Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-108/2025 21.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Tovuz Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.2002-ci ildə Tovuz rayonu, Düz Cırdaxan kandində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Tovuz rayonu, Düz Cırdaxan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 19 iyun 2024-cü il tarixdə, saat 16 radələrində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ olmadan, həmçinin "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərini pozaraq dövlət qeydiyyat nişanı olmayan "Traktor" markalı nəqliyyat vasitəsini Tovuz-Qazax avtomobil yolunun Tovuz rayonu Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində idarə edərək "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinı pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazsan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda, bu tələblərə riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, ötmə əməliyyatı yerinə yetirən sürücü Şahid1 idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs sol mil sümüyünün tipik yerdən sınığı və sağ diz oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən sıyrığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər almaqla sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməmiş və ifadəsində göstərmişdir ki, 19 iyun 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi traktorla Tovuz-Qazax yolunun Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsi ilə Ağstafa rayonu istiqamətində hərəkətdə olarkən VAZ-21011 markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil onu ötməyə başlamışdır. Bu zaman qarşıdan qırmızı rəngli Sovet istehsalı başqa bir avtomobil gəldiyi üçün ötmə edən VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmadan yayınmaq üçün traktora yaxınlaşmış və traktorun qabaq təkərinə dəyərək idarəetməni itirib yolun solunda olan işıq dirəyinə çırpılmışdır. Həmin vaxt o, idarə etdiyi traktorla heç bir dönmə əməliyyatı etməmiş, hadisə traktor düz hərəkətdə olarkən baş vermişdir. Onun sol tərəfə dönmək üçün heç bir səbəbi olmamışdır. O, hadisə yerindən təxminən 300 metr irəlidə yolun sağ hissəsində yaşayan bibisigilə gedirmiş. Hadisədən sonra traktoru yolun sol kənarında saxlayıb qəzaya uğrayan avtomobilə yaxınlaşmış, avtomobildə olan şəxslərə kömək etməyə çalışmışdır. VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ötmə əməliyyatı edərkən sürəti çox olmuşdur Bu onun sürüşmə məsafəsinin çox olmasından da aşkar görünür. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, özünün sürücülük hüququnun olmamasının baş vermiş hadisə ilə heç bir əlaqəsi yoxdur. Hadisə vaxtı təxminən 30 km/saat sürətlə hərəkətdə olmuşdur. VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun arxası ilə gəldiyini görsə də ötməyə başladığını, traktorun sol tərəfinə necə keçdiyini görməmişdir. Toqquşma nəticəsində traktorda heç bir zədə yaranmamışdır. VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təxminən sağ orta hissəsi traktora sürtünmüşdür. Traktorun yan güzgüsü olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 19 iyun 2024-cü il tarixdə, saat 16 radələrində övladı Şahid1 idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz- Qazax yolunun Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsi ilə Ağstafa rayonu istiqamətində hərəkət edərkən onların olduğu avtomobildən ön tərəfdə traktor hərəkət etməsini görmüşdür. Traktor yavaş hərəkət etdiyi üçün övladı siqnal verib onun yanından keçməyə başladıqda traktor gözlənilmədən sola dönmüş və onların olduğu avtomobil traktorun ön təkərinə dəyərək yoldan çıxıb qəzaya uğramışdır. Hadisə zamanı avtomobilin arxa oturacağında əyləşmiş və qolundan xəsarət almışdır. Təqsirləndirilən şəxs onlara heç bir maddi kömək göstərməmiş, sağlamlığına dəymiş zərərin aradan qaldırılmasına heç bir dəstək göstərməmişdir. Buna baxmayaraq Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində o, "VAZ-21011" minik markalı, **-CB- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ila Tovuz-Qazax avtomobil yolu ilə Tovuz şəhəri istiqamətindən üzü Qazax rayonuna doğru 70 km/saat sürətlə hərəkətdə olan zaman idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin önü ilə bir ədəd üzərində dövlət qeydiyyat nişanı traktorun hərəkətdə olduğunu görmüşdür. İdarə etdiyi avtomobil ilə traktoru ötməyi qərara almışdır. O, idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə ötmə əməliyyatını icra edərək əks hərəkət zolağında hərəkətdə olan zaman traktorun sürücüsü anidən və gözlənilmədən sükanı sola doğru döndərmişdir. Aralarında məsafə çox az olduğundan o, tormoz versə də toqquşmadan yayına bilməmişdir. Nəticədə traktorun ön sol tərəf təkəri idarə etdiyi avtomobilin ön sağ qanad hissəsinə zərbə ilə vurulmuşdur. Baş vermiş toqquşma nəticəsində idarəetməni itirərək avtomobil yolunun üzü Qazax rayonuna doğru sol tərəf ehtiyyat hissəsinə daxil olmuş və avtomobilinin ön hissəsi ilə yolun ehtiyyat hissəsində quraşdırılmış bir ədəd işıq dirəyinə vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobildə arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs, Şahid2 və ön sərnişin oturacağında əyləşmiş Şahid3 müxtəlif dərəcəli xəsarət almışlar. Hadisənin qarşısını almaq üçün yalnız tormoza basıb sükanı sola doğru döndərmiş, lakin traktorun sürücüsü anidən sükanı sola çəkdiyi üçün və aralarında ara məsafəsi çox az olduğundan o, toqquşmadan yayına bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində qohumu Şahid1 idarə etdiyi "VAZ- 21011" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə həkim müayinəsindən qayıdarkən Tovuz-Qazax avtomobil yolu ilə Tovuz şəhəri istiqamətindən üzü Qazax rayonuna doğru hərəkətdə olmuşlar. Avtomobilin arxa oturacağında əyləşmişdir. Onlar hərəkətdə olan zaman qohumu Şahid1 idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin önü ilə traktorun hərəkətdə olduğunu görmüşlər. Sürücü Şahid1 idarə etdiyi avtomobil ilə traktorun arxası ilə hərəkətinə davam etmiş, traktora çatmağa az qalmış əks hərəkət zolağına çıxaraq traktoru ötüb keçməyə başlamışdır. Bu zaman nə arxadan, nə də qarşı tərəfdən başqa avtomobil gəlmirdi. Elə bu vaxt Şahid1 idarə etdiyi "VAZ-21011" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobil onlara tərəf istiqamətini dəyişən traktora dəymiş və qəza baş vermişdir. Fikri yolda olduğu üçün hadisənin necə baş verdiyini dəqiqliklə görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir və bildirir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində qohumu Şahid1 idarə etdiyi "VAZ-21011" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Tovuz-Qazax avtomobil yolu ilə Tovuz şəhəri istiqamətindən üzü Qazax rayonuna doğru hərəkətdə olmuşlar. Onlar hərəkətdə olan zaman qohumu Şahid1 idarə etdiyi VAZ-21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobilin önü ilə bir ədəd traktor hərəkətdə olduğunu görmüşdür. Qohumu Şahid1 VAZ- 21011 markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əks hərəkət zolağına çıxıb traktoru ötərkən traktor onlar tərəfə hərəkət edib onların qarşısına çıxmış, onların avtomobili traktorun təkərinə dəyərək yoldan çıxmış və yolun solunda dirəyə çırpılmışdır. Əlavə verilmiş suallara cavab olaraq bildirmişdir ki, onların olduğu avtomobil traktorun sol təkərinə dəymiş, buna səbəb traktorun sola, yəni onlara doğru istiqamətini dəyişməsi olmuşdur. Hadisədən sonra Vasif traktorun sürücüsündən niyə belə etdiyini soruşduqda traktorun sürücüsü dönmək istədiyini bildirmiş, işıqları işləmədiyinə görə dönmə işığını yandırmadığını demişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyun 2025-ci il tarixli protokolla müəyyən edilmişdir ki, yol-nəqliyyat hadisəsinin baş veridiyi yer “Tovuz-Qazax” avtomobil yolunun Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən asfalt örtüyə malik avtomobil yolunda yerləşir. Həmin yol-nəqliyyat hadisəsi baş verən zaman yol örtüyü asfalt-beton örtüklü, quru və hamar olmaqla bərabər avtomobillərin iki tərəfli hərəkəti üçün nəzərdə tutulmuşdur. Bununla yanaşı hadisənin baş verdiyi yerdə yolun hərəkət hissəsi enişli və ya yoxuşlu deyildir, yəni düzdür. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş vermiş avtomobil yolunun hərəkət hissəsinin eni 8 (səkkiz) metrdir. Yolun hərəkət hissəsində nişanlanma xətti mövcud deyil. Yol sağ və sol tərəfdən yol çiyni ilə birləşir. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, toqquşma nöqtəsi Tovuz-Qazax avtomobil yolunun üzü Qazax rayonu istiqamətinə götürdükdə avtomobil yolunun sol kənarından yolun mərkəz hissəsinə doğru 0,60 metr aralı ərazidə yerləşir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X1 Publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 01 iyul 2025-ci il tarixli, 499 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-sol mil sümüyünün tipik yerdən sınığı və sağ diz oynağının həmin oynaqda hərəkət məhdudluğu ilə müşayiət edilən sıyrığı küt əşyanın təsirindən onun tibbi yardım üçün Tovuz RMX-ya gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 8/1944 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru dövlət qeydiyyat nişanı olmadan idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinə əlavə edilmiş DİN-nin BDYPİ-nin Tovuz RQİ və TB şöbəsindən daxil olmuş 03 iyul 2025-ci il tarixli, 016-843 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2034-cü il tarixədək “B1,B,C1,C” kateqoriyalı, BD- 317024 saylı sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Təqsirləndirilən şəxs ona verilən ittihamda özünü təqsirli bilməmiş, özünü müdafiə məqsədilə dəlil gətirərək bildirmişdir ki, yol-nəqliyyat hadisəsi baş verərkən o, traktoru düzünə hərəkət etdirmiş, sol tərəfə doğru manevr etməmişdir. Hadisənin baş verməsinə səbəb Şahid1 "VAZ-21011" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili traktorun ön təkərinə vurması və nəticədə idarəetməni itirməsi olmuşdur. Həmçinin həmin avtomobilini sürəti yüksək olduğu üçün tormozlama etsə də tormoz məsafəsi çox olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə gətirdiyi dəlillər cinayət işi materiallarında olan xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 8/1944 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və şahid qismində dindirilmiş Şahid3, Şahid2 ifadələri ilə təkzib edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokola əsasən nəqliyyat vasitələrinin toqquşma yeri yolun sol kənarından 0.6 metr məsafədə, yəni yolun sol tərəfində yerləşir və toqquşma yerinədək 24 metr uzunluğunda tormoz izi vardır. Həmçinin toqquşmadan sonra traktorun məhz yolun sol kənarında dayandırılması onun sola manevr etməsi fikrini daha da qüvvətləndirir. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 10 sentyabr 2024-cü il tarixli, 8/1944 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyinin təsviri hissəsində də göstərilmişdir ki, hadisə yerində əks hərəkət zolağında toqquşma yerinə kimi 24 metr uzunluğunda tormoz izinin qalması onu izah edir ki, traktor sola istiqamətlənərkən VAZ- 21011 avtomobil artıq əks hərəkət zolağında hərəkətdə olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətləri tədqiq olunaraq göstərilir ki, mövcud şəraitdə hərəkət təhlükəsizliyinin təmin edilməsi və hadisənin qarşısının alınması məqsədi ilə o, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Qeyd olunan maddənin tələblərinə riayət etməklə sürücü Təqsirləndirilən şəxs traktoru sola istiqamətləndirməzdən əvvəl həmin manevrin təhlükəsiz başa çatmasına və digər hərəkət iştirakçılarına maneə yaratmayacağına əmin olmalı idi. Mövcud şəraitdə sürücü Z.K. Vəliyev arxadan eyni istiqamətdə əks hərəkət zolağı ilə nəqliyyat vasitəsinin hərəkətdə olmasını nəzərə almalı, traktoru sola istiqamətləndirərək həmin avtomobilin sürücüsünün həm üçün təhlükə yaratmamalı, onun təhlükəsiz keçib getməsini təmin etməli və sonra sola doğru manevr əməliyyatı aparmalı idi. Lakin istintaq tərəfindən göstərildiyi kimi hadisədən əvvəl VAZ- 21011 markalı avtomobil əks hərəkət zolağı ilə hərəkətdə olarkən qarşıda eyni istiqamətdə sağ zolaq ilə hərəkətdə olan traktorun sürücüsü idarə etdiyi traktoru sola doğru istiqamətləndirməsi və əks hərəkət zolağında hərəkətdə olan avtomobil ilə əks hərəkət zolağının kənarında toqquşması faktları onu izah edir ki, mövcud şəraitdə hadisənin baş verməsi sürücü Təqsirləndirilən şəxs təhlükəsizliyin təmin olunmasına əmin olmadan traktoru solu doğru istiqamətləndirməsi ilə əlaqədar olmuşdur. Bundan başqa zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahid qismində dindirilmiş Şahid1 və şahid qismində dindirilmiş Şahid3, Şahid2 ifadələrində qəti olaraq göstərmişdir ki, "VAZ-21011" minik markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil sol (qarşı zolağa) hərəkət zolağına traktoru ötməyə başlayarkən traktor sola doğru hərəkət edərək minik avtomobilinin qarşısına çıxmış və toqquşma baş vermiş, hadisə vaxtı nə qarşıdan, nə də arxadan başqa nəqliyyat vasitəsi gəlməmişdir. Mötəbər və yekun nəticəyə gəlməyə imkan verən bu sübutları sistemli və müqayisəli şəkildə təhlil edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə məqsədilə gətirdiyi dəlillər əsassızdır və cinayət məsuliyyətindən yayınmağa cəhd xarakteri daşıyır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Məhkəmə cinayət hadisəsinin, yəni Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayətinin mövcud olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl əsas obyekt olaraq yol hərəkətinin təhlükəsizliyini təmin edən ictimai münasibətlərə, əlavə obyekt olaraq insanın həyat və ya sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərə qəsd etmişdir. Obyektiv cəhətdən avtomobili idarə edən sürücü Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasına səbəb olan dərəcədə pozulmasında, yəni Yol hərəkəti haqqında Qanunda onun üçün müəyyən olunan vəzifələrə, habelə yol hərəkətinin müxtəlif qaydalarına riayət edilməməsində ifadə olunmuşdur. Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə mövcuddur. Əməl maddi tərkibli olmaqla qeyd edilən ictimai təhlükəli nəticənin baş verdiyi andan başa çatmışdır. Təqsirləndirilən şəxs əməli subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq forması ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs 263-1-ci maddəsinin subyekti ilə bağlı şərtlərə cavab verməklə əməli törətdiyi anda 16 yaşına çatmış, anlaqlı olmuş və nəqliyyat vasitələrini idarə etmək hüququ olmamışdır. Qeyd edilən obyektiv və subyektiv əlamətlər Təqsirləndirilən şəxs əməlini cinayət kimi səciyyələndirdiyindən məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasının sübuta yetirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən hal hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: Cinayət işi üzrə qəbul edilmiş 19 iyun 2025-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən əldə edilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Tovuz rayon İHB-nın Düz Cırdaxan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasının alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər barışıq əldə etməsi onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmışdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Həmçinin, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə ödənilməli, iş üzrə maddi sübutların qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263- 1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-108/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-108/2025
21.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver