Məhkəmə qərarları › İş №1(062)-109/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-109/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-109/2023 24.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 27 may 2022-ci il tarixdə cəzasının sonu ilə cəzadan azad olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Tovuz rayonu Aşağı Quşçu kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 24 oktyabr 2023-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 30 aprel 2023-cü il tarixdə, dəqiq vaxtı istintaqa məlum olmayan saat 11:00-dan saat 21:00-dək olan müddət ərzində Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin taxta qapısından qanunsuz olaraq yaşayış sahəsi hesab edilən qonaq otağına daxil olmuş, həmin otaqda güzgülü şkafın üzərində olan dəri materialdan hazırlanmış qara rəngli çantanın içərisindən həmin evdə yaşayan Zərərçəkmiş şəxs məxsus 2700 (iki min yeddi yüz) manat məbləğində nağd pulu oğurlayaraq talamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, Şahid təxminən 9 ay olar ki, tanıyır. Onunla fəhləliyə gedərkən tanış olmuşdur. Həmin vaxtdan onların münasibətləri yaranmışdır. Tanış olduqları müddət ərzində onunla aralarında heç bir ədavətləri və davadalaşları olmamışdır. 30 aprel 2023-cü il tarixdə saat təxminən 10 radələrində o, Tovuz rayonu Aşağı Quşçu kənd ərazisində, “dondar pereyezdi” adlanan yerin yaxınlığında yerləşən soyuducunun həyətindən sınmış səbətləri yenisindən ayırmış. Həmin gün saat təxminən 13 radələrində o, işini bitirib evə getmişdir. Evə dəyib evdəkilərdən hal-əhval olub daha sonra evdən çıxmışdır. Bir az piyada gedib, küçənin ayağından marşruta minmiş və birbaşa Şahid yaşadığı Tovuz rayonu Düz Cırdaxan kəndinə Sevinci görməyə getmişdir. Onun yaşadığı evin həyətinə daxil olmuşdur. Daha sonra evin qapısına yaxınlaşmışdır. Qapı açıq olduğu üçün o, birbaşa içəri girmişdir. Evdə heç kəsin olmadığına əmin olduqdan sonra, evi axtarmağa başlamışdır. Evin qonaq otağında olan güzgülü termonun üstündə, qara rəngli, dəri çanta diqqətini çəkmişdir. O, maraq üçün həmin dəri çantaya yaxınlaşmışdır. Çantanı açıb içərisinə baxarkən orada pul görmüşdür. Daha sonra pulları çantadan çıxardıb saymışdır. Pulların sayı 2700 (iki min yeddi yüz) manat olduğunu görmüşdür. Sonra həmin pulları çanta qarışıq götürüb evdən çıxmışdır. Küçələrin birində pulları çantadan çıxardıb cibinə qoymuşdur, çantanı isə tullamışdır. Həmin 2700 manatın 1500 manatına səhəri günü VAZ 21011 markalı avtomobil almış, yerdə qalan 1200 manat pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxsin 2700 manat pulunu tamamilə qaytararaq onunla barışıq əldə etmişdir. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsini dəyişərək və özünü təqsirli bilməyərək yeni ifadə verərək göstərdi ki, o oğurluq etməmişdir. Birgə işlədiyi dövrdə tanış olduğu Şahid ilə əvvəllər qeyri rəsmi bir yerdə yaşamışlar. Onunla münasibətləri ciddi olmuş və o qeyd olunan 2700 manat pulu Şahid borc almışdır. Daha sonra Şahid ilə ayrıldığına görə Sevinc pulu ondan istəmişdir. O isə məbləği tez bir müddətdə qaytara bilməyəcəyini bildirmişdir. Şahid oğlu isə Zərərçəkmiş şəxs isə bundan sonra polisə şikayət edərək pulu oğurlandığını bildirmiş və adını polisə vermişlər. Həmin pulu Şahid özündən əlbəəl almış, sonradan həmin pulu da qaytarmışdır. Hesab edir ki, barəsində olan iş cinayət xarakterli deyil. Odur ki, barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, “Şirinbaba” adlanan dönər evində dönərçi işləyir. İşə hər gün saat 11:00 radələrində gedir. Gecə saatların da isə işdən çıxır. Anası Sevinc isə gündəlik fəhləliyə gedir. O, da səhər saat 06:00-da iş üçün evdən çıxır, axşam 20:00-da isə evə qayıdır. Evdən çıxan zaman qapını qıfıllayıb gedirlər. Evin bir ədəd açarı olduğu üçün qapını qıfılladıqdan sonra qapının qarşısında olan gəvənin altında açarı gizlədirlər. Evdə ümumi 2760 manat nəğd pul olmuşdur. Həmin pulu anasıyla birlikdə yığmışlar. Pulun 60 manatı evdə olan güldanın içərisində olmuşdur. 2700 manat isə anası Sevincə məxsus kosmetika və pul qabı kimi istifadə olunan qara rəngli çantanın içərisində olmuşdur. Həmin çantanı anası evdəki güzgülü termo adlanan rəfin üzərində saxlayır. O, həmin pulla özü üçün avtomobil almalı idi. 30 aprel 2023-cü il tarixdə anası Sevinc saat 06:00-da evdən fəhləlik üçün Şəmkir rayonuna işə getmişdir. O, isə saat 11:07-də evdən çıxıb işə getmişdir. Evdən çıxarkən evin qapısını bağlamamışdır. Çünkü anası Sevinc axşamdan ona bacısı X2 onlara qonaq gələcəyini demişdir. O, da bu səbəbdən evin qapılarını bağlamamışdır. Evdən işə gedərkən içərisində 2700 manat pul olan həmin çanta evdə termonun üzərində olmuşdur. O, işdə olanda anası zəng edərək bacısı Nigarın evə gəlməyəcəyini demişdir. Lakin işdə olduğuna görə evə gedib qapını qıfılla bağlamamışdır. 30 aprel 2023-cü il tarixdə saat 21:30-da anası ona mobil telefonla zəng edərək ondan evin açarının yerini soruşmuşdur. O, anasına qapını bağlamadığını evin qapısının açıq olduğunu demişdir. Lakin anası qapının bağlı olduğunu demişdir. Anası belə dedikdə o, anasına pəncərədən evə düşüb qapını açmasını bildirmişdir. O, özü xx.xx.2023-cü il saat 22:30 radələrində işdən evə gəlmişdir. Üzərində olan 50 manat pulu evdə olan pulun üzərinə qoymaq istəmişdir. Bunun üçün anasından, evdə olan pulu gətirməsini xahiş etmişdir. Anası ona pulun güzgülü termonun qarşısında olduğunu demişdir. O, yaxınlaşıb baxdıqda pulun olduğu çantanın, güzgülü termonun üzərində olmadığını görmüşdür. İlk öncə onlar çantanın harasa qoyduqlarını düşünmüşlər və evi axtarmağa başlamışlar. Lakin içərisində 2700 manat pul olan çantanı tapa bilməmişlər. Bundan sonra o, evdən oğurluq olduğunu anlamış və DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət etmişdir. Belə ki, naməlum şəxs və ya şəxslər xx.xx.2023-cü il saat 11:07-dən 21:30-dək olan müddətdə onun Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qapıdan daxil olaraq, kosmetika çantası ilə birlikdə, içərisində olan 2700 manat nəğd pulu gizli şəkildə oğurlamışdır. Eyni zamanda həmin çantada ona aid sürücülük vəsiqəsi və Beynəlxalq banka məxsus veteranlıq kartı, həmçinin anası Sevincə aid şəxsiyyət vəsiqəsi olmuşdur. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödəmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işi üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs doğma oğludur. Ayxan Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Şirinbaba” adlanan dönər evində işləyir. O, işə hər gün 11:00 radələrində gedir. İşdən gecə saatlarında evə qayıdır. O, isə gündəlik fəhləliyə gedir. Hər gün səhər 06:00-da iş üçün evdən çıxır, axşam 20:00-da isə evə gəlir. Evin bir ədəd açarı var. Həmin açarla qapını qıfılladıqdan sonra açarı qapının qarşısında olan gəvənin altında gizlədirlər. Evdə 2760 manat nəğd pul vardı. Həmin pulu oğlu Ayxanla birlikdə yığmışlar. Pulun 60 manatı evdə olan güldanın içərisində olmuşdur. 2700 manat isə ona məxsus kosmetika və pul qabı kimi istifadə olunan qara rəngli çantanın içərisində olmuşdur. Həmin çantanı o, evdəki güzgülü termo adlanan rəfin üzərində saxlayırmış. Oğlu Ayxan həmin pulla özü üçün avtomobil almalıymış. 30 aprel 2023-cü il tarixdə o, saat 06:00-da fəhləlik üçün Şəmkir rayonuna işə getmişdir. Həmin vaxt oğlu Ayxan evdə qalmışdır. Ayxan saat 11:07-də evdən çıxıb işə getmişdir. Evdən çıxarkən evin qapısını bağlamamışdır. Çünki axşamdan oğlu Ayxana, bacısı X2 evə qonaq gələcəyini demişdir. Ayxan da bacısı çöldə qalmasın deyə evin qapılarını bağlamamışdır. Ayxan evdən işə gedərkən içərisində 2700 manat pul olan həmin çanta evdə olan termonun üzərində olmuşdur. Lakin həmin günü qızı Nigar gəlməyəcəyini demişdir. O, da oğlu Ayxana zəng edərək Nigarın evə gəlməyəcəyini demişdir. 30 aprel 2023cü il tarixdə saat 21:30-da o, işdən evə gəlmişdir. Evin qapısının bağlı olduğunu görmüşdür. Açarı axtarsa da tapa bilməmişdir. O, oğlu Ayxana mobil telefonla zəng edərək ondan evin açarının yerini soruşmuşdur. Ayxan ona qapını bağlamadığını, qapının açıq olduğunu demişdir. Lakin o, nə qədər etsə də qapını aça bilməmişdir. Belə olduqda pəncərədən evə düşərək evin qapısını açmışdır. Ayxan xx.xx.2023-cü il saat 22:30 radələrində işdən evə gəlmişdir. Vaxtaşırı işdən qayıdanda üzərində olan pulu evdəki pulların üzərinə qoyurdu. O, üzərində olan 50 manat pulu evdə olan pulun üzərinə qoymaq istədiyini bildirmiş və ondan, pul saxladığı çantanı gətirməsini xahiş etmişdir. O, Ayxana pulun güzgülü termonun qarşısında olduğunu demişdir. Lakin Ayxan oraya baxdıqdan sonra pulun olduğu çantanın güzgülü termonun üzərində olmadığını bildirmişdir. İlk öncə onlar çantanın harasa qoyduqlarını düşünmüşlər və evi axtarmağa başlamışlar. Lakin içərisində 2700 manat pul olan çantanı tapa bilməmişlər. Bundan sonra onlar evdən oğurluq olması barədə DİN-in 102 xidməti-zəng mərkəzinə müraciət etmişlər. Belə ki, naməlum şəxs və ya şəxslər xx.xx.2023-cü il saat 11:07-dən 21:30-dək olan müddətdə onların Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə qapıdan daxil olaraq orada kosmetika çantasında olan 2700 manat nəğd pulu gizli şəkildə oğurlamışdır. Eyni zamanda həmin çantada Ayxana aid sürücülük vəsiqəsi və Beynəlxalq banka məxsus veteranlıq kartı, həmçinin ona aid şəxsiyyət vəsiqəsi olmuşdur. Məhkəmə tərəfindən Şahid təkrar məhkəmə iclasına çağırılaraq dindirilməsinə təşəbbüs göstərilsə də ittiham və müdafiə tərəfi zərurət olmadığını bildirmişdir. İşin 93-94-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. İşin 96-102-ci vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli 1(062)-78/2018 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddəinə azadlıqdan məhrum edilmişdir. Cinayət işinin 38-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən təqdim olunmuş məktubdan müəyyən olunur ki, Zərərçəkmiş şəxs məxsus evdən baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş və təqdim edilmiş əl izləri DİN KTİ-nin ADİS məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində izlərdən bir ədədi (mobil telefon qutusu üzərindən götürülmüş) xx.xx.1987-ci ildə Tovuz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin şəhadət barmağı ilə eynilik təşkil etmişdir. Cinayət işinin 72-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs evdən götürülən pulun zərərçəkmiş şəxsin anası ilə yaxın münasibətlərinin olması səbəbindən ondan borc olaraq götürdüyünü və onunla mütəmadi əlaqələrinin olması ilə əlaqələndirmişdir. Məhkəmə bu hallara münasibət bildirməyi zəruri hesab edir. Belə ki, zərərçəkmiş şəxsin sonradan məhkəməyə daxil olmuş ərizəsində təqsirləndirilən şəxsin ona borcu olduğunu göstərmiş, lakin borcu qaytarmadığına görə görə hirsli olduğunu, bu səbəbdən ondan şikayət etdiyini bildirmişdir. Sonradan onun ərizəsi məhkəməyə daxil olmuş və həmin ərizədə əvvəlki ərizəsindən imtina etdiyini istintaq zamanı olan ifadəsini müdafiə etdiyini bildirmişdir. Ziddiyətlərin aradan qaldırılması məqsədilə onun təkrar ifadəsi alınarkən ilkin məhkəmə araşdırması zamanı verdiyi ifadəni təsdiq edərək onun evindən Təqsirləndirilən şəxs tərəfindən oğurluq olduğunu təsdiq etmiş, onların arasında hər hansı borc məsələsinin olmadığını bildirmişdir. Bu cür ərizəni isə Təqsirləndirilən şəxs yaxınlarının xahişi əsasında yazdığını sonradan isə könüllü geri götürdüyünü bildirmişdir. Beləliklə tərəflər arasında borcun olması inkar olunur. Digər tərəfdən məhkəmə müdafiə tərəfinin təqdim etdiyi şəkillərə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin anası ilə yaxın münasibətdə olması, onun həmin evə sərbəst istədiyi vaxt gəlib-getməsi, həmçinin həmin evdən istədiyini götürüb aparması üçün əsas ola bilməz. Bu həm qanuni tərəfdən, həm də mənəvi tərəfdən yolverilməzdir. Onun təqdim etdiyi şəkillər isə heç bir əxlaq normalarına uyğun deyil, həmin şəkillərin zərərçəkmiş şəxsin evində və yaxud da digər məkanda çəkilməsi müəyyən olunmur. Bundan başqa iş materiallarından görünür ki, hadisə yerindən götürülmüş əl izləri müqayisəli şəkildə yoxlanılarkən həmin izlərdən bir ədədi Təqsirləndirilən şəxs sol əlinin şəhdət barmağı ilə eynilik təşkil etmişdir. Bu hal onu deməyə əsas verir ki, hadisə zamanı Təqsirləndirilən şəxs hadisə yerində olan əmlakları yoxlamışdır. Odur ki, məhkəmə zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi kifayət qədər sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurduğu zərəri tamamilə ödəyərək onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs qəsdən cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Ona görə də onun əməli cinayətlərin residivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsini müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş CM-nin 177.2.3cü maddəsi ilə 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs 27 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. 27 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 24 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Hökmdən 20 (iyirmi ) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar