Məhkəmə qərarları › İş №1(062)-11/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-11/2024

11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-11/2024 11.01.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1971-ci ildə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Xatınlı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 1 ədəd bükümdə, təmiz çəkisi 1,214 qram narkotik vasitə оlan heroini və 1 ədəd bükümdə təmiz çəkisi 1,071 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib əynində olan göy rəngli cins şalvarın qabaq sol yan cibində saxlamış və daşımış, 13 yanvar 2023cü il tarixdə saat 17 radələrində Tovuz rayonu Xatınlı kəndi inzibati ərazisində saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə, saat 17:40-dan 18:10-dək olan müddət ərzində ünvan 1 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın qabaq sol yan cibindən 1 ədəd bükümdə təmiz çəkisi 1,214 qram narkotik vasitə оlan heroin və 1 ədəd bükümdə təmiz çəkisi 1,071 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Xatınlı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı kənddə olan zaman üç nəfər mülki geyimdə şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, şübhələndiklərini bildirib onu Tovuz RPŞ-yə gətirmişlər. Həmin vaxtı onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Onun üzərinə narkotik vasitə Tovuz Rayon Polis Şöbəsinin binasında Emin Cavadov tərəfindən qoyulmuşdur. Emin Cavadov da əməliyyat qrupunda olmuşdur. Əsasən fəallığı Emin Cavadov göstərirdi. X8 təsir göstərilmiş, təsir altında ifadə vermişdir. Polis əməkdaşları onu saxlayan ərazinin yaxınlığındakı obyektdə video kamera olmuş, təxminən 15 gün sonra o kamera görüntülərini istədikdə bildirmişlər ki, kameranın bir həftəlik yaddaşı vardır. Ona görə də həmin görüntülərin əldə edilməsi mümkün olmamışdır. Odur ki, təqsiri sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 İnqilab oğlu ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis baş leytenantıdır. Tovuz rayonu Xatınlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması, gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin əməliyat məlumatı əsasında Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X5 və Tovuz RPŞ-nin PPX-nin əməkdaşı Şahid3 ilə birlikdə əməliyyataxtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Tovuz rayonu Xatınlı kəndində saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirilmiş, sonuncu onlarla birlikdə RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirdi. Belə ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd gümüşü siqaret falqasına bükülünü çıxarıb təhqiqatçı Məhərrəm Məmmədova təqdim etmişdir. Həmin iki ədəd gümüşü siqaret falqasına bükülülər təhqiqatçı tərəfindən götürülmüş və hər iki bükülü açılaraq içərisinə baxış keçirilməyə başlanmışdır. Qeyd olunan iki ədəd bükülüyə baxış zamanı müəyyən edildi ki, bükülünün birində narkotik vasitə olan heroin, digər bükülünün içərisində isə psixotrop maddə olan metamfetamin olması aşkar edildi. Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, üzərindən aşkar edilmiş kütlələr heroin və metamfetamindir. Həmin narkotik vasitən olan heroin və psixotrop maddə olan metafetamini isə 2-3 gün əvvəl Bakı şəhərində olan zaman Bakı şəhəri ərazisində yolun kənarında gedən zaman yerdən tapmış, gələcəkdə özü istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra iki ədəd siqaret falqasına bükülü narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini siqaret falqası ilə də birlikdə əczaçı tərəzisində çəkilmişdir. Həmin gümüşü rəngdə siqaret falqa bükümündə təmiz çəkisi 1,214 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər gümüşü rəngdə siqaret falqa bükümündə təmiz çəkisi 1,071 qram maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin təşkil etmişdir. Daha sonra həmin kütlə təhqiqatçı X1 tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış, zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulmuş və həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola da bütün iştirakçıların hamısı imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə isə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 İnqilab oğlunun ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqəsi və düşmənçiliyi olmamışdır. Qeyd olunan cinayət işi üzrə o, əməliyyat tədbirində iştirak etməmişdir. Təqsirləndirilən şəxs ümumiyyətlə polis şöbəsində görməmiş, üzərinə baxış keçirilərkən sonuncunun üzərindən narkotik maddənin aşkar olunmasının şahidi olmamışdır. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri kimi xidmət edir və polis serjantıdır. Tovuz rayonu Xatınlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 13 yanvar 2023-cü il tarixdə Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Allahverdiyev X2 Mahir Cəmil oğlunun üzərində qanunsuz olaraq narkotik vasitə daşımaqda şübhəli olması və Tovuz rayonu Xatınlı kəndində olması barədə məlumat alıb, bu barədə Tovuz RPŞ-nin rəhbərliyinə məruzə edib və rəhbərlik tərəfindən Şahid1 həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Həmin əməliyyat məlumatı əsasında Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X5 və onunla birlikdə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Təqsirləndirilən şəxs Tovuz rayonu Xatınlı kəndində saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirilmiş, sonuncu onlarla birlikdə RPŞ-yə getmişdir. Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X1 tərəfindən araşdırma aparılmış, araşdırma zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, onun barəsində şəxsi axtarış aparılmazdan əvvəl hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi dəvət olunmuş, onların və müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olubolmadığını soruşulmuş, Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində belə bir əşya olduğunu bildirdi. Belə ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd gümüşü siqaret falqasına bükülünü çıxarıb təhqiqatçı Məhərrəm Məmmədova təqdim etmişdir. Həmin iki ədəd gümüşü siqaret falqasına bükülülər təhqiqatçı tərəfindən götürülmüş və hər iki bükülü açılaraq içərisinə baxış keçirilməyə başlanmışdır. Qeyd olunan iki ədəd bükülüyə baxış zamanı müəyyən edildi ki, bükülünün birində narkotik vasitə olan heroin, digər bükülünün içərisində isə psixotrop maddə olan metamfetamin olması aşkar edildi. Təqsirləndirilən şəxs şifahi olaraq bildirdi ki, üzərindən aşkar edilmiş kütlələr heroin və metamfetamindir. Həmin narkotik vasitən olan heroin və psixotrop maddə olan metafetamini isə 2-3 gün əvvəl Bakı şəhərində olan zaman Bakı şəhəri ərazisində yolun kənarında gedən zaman yerdən tapmış, gələcəkdə özü istifadə etməsi üçün üzərində saxlamışdır. Bundan sonra iki ədəd siqaret falqasına bükülü narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini siqaret falqası ilə də birlikdə əczaçı tərəzisində çəkilmişdir. Həmin gümüşü rəngdə siqaret falqa bükümündə təmiz çəkisi 1,214 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, digər gümüşü rəngdə siqaret falqa bükümündə təmiz çəkisi 1,071 qram maddə küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamin təşkil etmişdir. Daha sonra həmin kütlə təhqiqatçı X1 tərəfindən gələcəkdə ekspertizaya təqdim edilməsi üçün götürülərək zərfə qoyulub zərfin ağzı bağlanmış, zərfin üzərinə Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü vurulmuş və həmin zərfin üzərinə bütün iştirakçılar imza etmişlər. Şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola da bütün iştirakçıların hamısı imza etmişlər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni kimə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsinin 14 yanvar 2023-cü il tarixli 16/69 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlələr...” sözləri və imzalar olan kağız paketdəki: bir ədəd “gümüşü” rəngli qalqa bükümündə təmiz çəkisi 1,214 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Bir ədəd “gümüşü” rəngli qalqa bükümündə təmiz çəkisi 1,071 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Ekspertiza rəyinin qeyd hissəsində heroinin təmiz çəkisi – 1,214 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 1,114 qram, metamfetaminin təmiz çəkisi 1,071 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq 0,971 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 03 mart 2023-cü il tarixli 375 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Tovuz Rayon İHB-nin Xatınlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində özünü təqsirli bilməyərək, polis əməkdaşları tərəfindən ona təsir göstərilməsi və təsir altında ifadə verməsi ilə bağlı dəlillər irəli sürmüşdür. Onun bu dəlilləri məhkəmə istintaqı zamanı araşdırılmış və təsdiqini tapmamışdır. Həmin dəlillərin yoxlanılması üçün Tovuz Rayon Prokurorluğundan araşdırılma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Belə olduğu halda onun ibtidai istintaq zamanı verdiyi ifadəsini şübhə altına alan hər hansı digər hallar iş materillarında mövcud deyildir. Eyni zamanda Emin Cavadov əlavə şahid qismində dindirilərkən də onun ifadəsinin mötəbərliyini şübhə altına alan hər hansı hallar da mövcud olmamışdır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi dəlillər ittihamın dəf edilməsi üçün yetərli deyildir və onun məhkəmə istintaqında verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsini ona görə sübut kimi qəbul etmir ki, o ifadəsində hər vəchlə ittihamdan yayınmağa çalışmışdır. Belə ki, o ifadəsində qonşuluqdakı obyektdə video kameranın olmasını bildirmişdir. O iki gün şübhləli şəxs qismində tutulduqdan sonra müvəqqəti saxlama yerindən azad edilsə də, o qonşusundan həmin video görüntülərin istənilməsinə can atmamışdır. Halbu ki, o əvvəlcədən həmin obyektdə kameranın olduğundan xəbərdar idi. Buna baxmayaraq o məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, o tutulduqdan 15 gün sonra kamera görüntülərini istəmiş, ona görüntülərin saxlanılmadığı bildirilmişdir. Məhkəmə qeyd edir ki, əgər Təqsirləndirilən şəxs yalan ittiham verilmişdirsə, onda o qısa müddətdə kamera görünteülərini əldə edərək vəzifəli şəxslərin qanunsuz əməllərini ifşa edə bilərdi. Ona görə də məhkəmə hesab edir ki, o verdiyi ifadəsində səmimi deyildir və CPM-nin ona verdiyi imkanlardan istifadə edərək yalan ifadə verir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o həmin gün narkoptik vasitədən istifadə etməsə də, tutulduqdan 1-2 gün qabaq heroindən istifadə etmişdir. Ona görə də məhkəmə hesab edir ki, haqlı olaraq Təqsirləndirilən şəxs barədə əməliyyat tədbirləri həyata keçirilmiş və onun qanunsuz əməlləri ifşa edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 yanvar 2023cü il tarixdən 15 yanvar 2023-cü il tarixədək 2 (iki) gün şübhəli şəxs qismində tutulmuşdur. Ona görə də Təqsirləndirilən şəxs cəza təyin edilərkən həmin 2 (iki) gün müddət nəzərə alınmalı və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 11 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,114 qram heroin və 0,971 qram мetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 11 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,114 qram heroin və 0,971 qram мetamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar