Məhkəmə qərarları › İş №1(062)-110/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-110/2024

01.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-110/2024 01.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X4 iştirakları ilə xx.xx.1997-ci ildə Kürdəmir rayonu Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Öyləqulu kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,21 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxlamış, 21 may 2024-cü il tarixdə, saat 01:00-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz rayonu Düz Qırıqlı kəndində saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 01:35-dən saat 01:52-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,21 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu Mehdili ərazi dairəsinin Öyləqulu kəndində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. O, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində yolun kənarı ilə hərəkət edən zaman yerdə bir ədəd kibrit qutusunun olduğunu görüb yerdən götürərək içərisinə baxmışdır. Kibrit qutusunun içərisinə baxan zaman içərisində iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə olduğunu görüb cibinə qoymuşdur. O, həmin kibrit qutusunda olan kütləni istifadə etmək qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Tovuz rayonu Düz Qırıqlı kəndinə getmişdir. O, yolun kənarı ilə hərəkətdə olan zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib ondan şübhələndiklərini bildirib onu Tovuz RPŞ-yə gətirmişlər. Daha sonra o, bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə gətirdiklərini demiş və ona hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi seçmişdir. Müdafiəçi iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Onun üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməyi ona təklif edilmişdir. O, üzərində əşya olduğunu deyib əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilmişdir. Bir ədəd kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Bir ədəd kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 8,20 qram təşkil etmişdir. Onun təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin may ayının 20-də Tovuz rayonu Əyyublu kəndi ərazisində tapan zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. O, həmin narkotik vasitəni yalnız özü istifadə etmək məqsədilə üzərində saxlamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Həmin vaxt onun istifadəsində (051)-561-54-34 mobil nömrəsi olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Qovlar PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz RPŞ-nin İB-də istintaqı aparılan müvafiq cinayət işi üzrə göstərmişdir ki, Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görə də həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 21 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində bildirmişdir ki, həmin tarixdə, saat 01 radələrində o, Tovuz RPŞ-nin Qovlar PB-də xidmətini davam etdirmişdir. Bu zaman ona Kürdəmir rayon sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisində olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyataxtarış tədbirində onların birlikdə iştirak etməkləri ilə bağlı göstəriş verilmişdir. Beləliklə də Tovuz RPŞ-nin Qovlar PB-nin polis nəfəri, polis kiçik serjantı Şahid2 ilə o, həmin gün saat 01 radələrində avtomobilə əyləşib Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisinə getmişlər. Onlar Tovuz rayonu Düz Qırıqlı kəndinə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz rayonu Düz Qırıqlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarı ilə piyada hərəkət edir. Bundan sonra onlar avtomobili saxlamış və Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib və polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞyə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Nəticədə Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədiyi üçün Təqsirləndirilən şəxs elə öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X1 həvalə edilmişdir. Bundan sonra Məhərrəm Məmmədov özünü Tovuz RPŞ-yə gətirdikləri Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı X6 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçila tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl, təhqiqatçı Məhərrəm Məmmədov Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində elə bir əşya olduğunu bildirib əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən bir ədə kibrit qutusunda olan kütləni çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilmişdir. Bir ədəd kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əynində olan tünd boz rəngli şalvarın sol yan cibindən çıxarıb təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütləni 20 may 2024-cü il tarixdə Tovuz rayonu Əyyublu kəndində yolun kənarında tapıb özü istifadə etməsi üçün üzərində saxlamışdır. Ondan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə içərisində olduğu bir ədəd kibrit qutusu ilə birlikdə 8,20 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola onlar bütün iştirakçılar imza etmişlər. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinə göndərilməsindən ötrü götürülmüş və protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. O, həmçinin bildirmişdir ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən içərisində olduğu bir ədəd kibrit qutusu ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. 21 may 2024-cü il tarixli, 16/591 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli 16/591 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,21 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 5,21 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 5,16 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 20 iyun 2024-cü il tarixli 1122 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Kürdəmir Rayon İHB-nin Mehdili kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21 may 2024-cü il tarixdən 22 may 2024-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Kürdəmir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Kürdəmir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,16 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar