Məhkəmə qərarları › İş №1(062)-111/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-111/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-111/2023 28.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs X6 və müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1976-cı il tarixdə Tovuz rayonu İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatda olan və yaşamış, barəsində 12 oktyabr 2023-cü il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 26 oktyabr 2023-cü il tarixdən həbsdə olan və Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: X11 cavabdeh kimi ondan xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat məbləğində aliment alınıb tələbkar Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-5484/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)-664/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən gündən, yəni xx.xx.2019-cu il tarixdən cinayət təqibi başlanılması məsələsinə baxılması üçün sonuncu təqdimat verilən xx.xx.2023-cü il tarixədək 3650 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X11 ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızı ilə xx.xx.2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar, birgə nikahlarından X12 adlı bir uşaqı doğulmuşdur. Əvvəllər Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızı ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızı 2016-cı ildə məhkəməyə müraciət edərək Tovuz Rayon Məhkəməsinin 2(062)-5484/2016 saylı 23 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 05 oktyabr 2016-cı il tarixdən başlayaraq 24 yanvar 2012ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınıb Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına verilməsi qət edilmişdir. İcra sənədi 23 yanvar 2017-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş və qərarın surəti ünvanına göndərilmişdir. Maddi imkanı olmadığına görə icraat dövründə məhkəmə qətnaməsi üzrə yaranmış aliment borcunu ödəyə bilməmişdir. Tovuz rayon Məhkəməsinin 8(062)-154/2018 saylı 28 mart 2018-ci il tarixli qərarı ilə ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Əvvəllər xx.xx.2016-cı il tarixdən ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilə günə kimi yəni 05.102019-cu il tarixə kimi məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 3600 manat aliment borcundan icra dövründə 2100 manat ödəmiş, lakin 1500 manat aliment borcu yaranmışdır. Qeyd olunan aliment borcunu ödəyə bilmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə barəsində cinayət işi başlanılmışdır. Bundan sonra yaranmış 1500 manat aliment borcunu tam ödədiyinə görə Tovuz Rayon Məhkəməsinin 1(062)- 61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra yaranmış aliment borcunu ödəyə bilmədiyinə görə Tovuz rayon Məhkəməsinin 3(062)- 406/2022 saylı 11 may 2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra ona yenidən müddət verilmiş, lakin həmin müddətdə də məhkəmə qərarının icrasını təmin edə bilməmişdir. İlkin cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən gündən, yəni xx.xx.2019-cu il tarixdən sonuncu cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 4100 manat aliment borcundan, icra dövründə 450 manat ödəmiş, lakin ödənilməmiş aliment borcu 3650 manat qalmışdır. Həmin borcu ödəyə bilməmişdir. Hazırda fərdi qaydada fəhlə kimi işləyir, orta hesabla aylıq gəliri 500 manat olur. Aylıq qazancını özünün zəruri tələbatları üçün xərcləyir. Məşğulluq filialı tərəfindən ona təklif olunan işə görə ödənilməsi nəzərdə tutulan əməkhaqqı məbləği az olduğuna görə həmin iş təklifini qəbul etməmişdir. Məhkəmə istintaqı dövründə o, aliment borcundan zərərçəkmiş şəxsə 1000 manat ödəniş etmişdir. Geri qalan məbləği də hissə-hissə tez bir zamanda ödəyəcəkdir. Əməlindən peşman olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızı ifadəsində göstərdi ki, X11 ilə 2010-cu ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2010-cu il tarixdə rəsmiləşdirilmişdir. Yasin Bağırov ilə olan nikahlarından Aysu adlı bir övladı olmuşdur. Evli olduqları müddətdə Yasin Bağırov fərdi qaydada fəhlə kimi işləyirdi və orta hesabla aylıq gəliri 300-400 manat olurdu. X10 münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Yasin Bağırov ona və övladına baxmamışdır. Bu səbəbdən də o, 2016-cı ildə məhkəməyə müraciət etdiyinə görə Tovuz Rayon Məhkəməsinin 2(062)-5484/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsinə əsasən X2ndan 05 oktyabr 2016-cı il tarixdən başlayaraq 24 yanvar 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. İcra sənədi 23 yanvar 2017-ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. X6 əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. 01 may 2018-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin 8(062)-154/2018 saylı 28 mart 2018-ci il tarixli qərarı ilə X6 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. X2 xx.xx.2016-cı il tarixdən başlayaraq ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilə günə kimi, yəni xx.xx.2019cu il tarixə kimi məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 3600 manat aliment borcundan icra dövründə 2100 manat ödəmiş, lakin 1500 manat ödənilməmiş aliment borcu qalmışdır. Qeyd olunan aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Yasin Bağırovun barəsində cinayət işi başlanılmışdır. Bundan sonra yaranmış 1500 manat aliment borcunu tam ödədiyinə görə Tovuz Rayon Məhkəməsinin 1(062)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Yasin Bağırovun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra yaranmış aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Tovuz Rayon Məhkəməsinin 3(062)-406/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yenidən müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. X2 ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən gündən, yəni xx.xx.2019-cu il tarixdən sonuncu dəfə cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 4100 manat aliment borcundan icra dövründə cəmi 450 manat ödəmiş, lakin ödənilməmiş 3650 manat aliment borcu qalmışdır. Göründüyü kimi, sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi borclu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Yasin Bağırov məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, X11 məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. X16 maddi imkanı olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Məhkəmə istintaqı dövründə Yasin Bağırov ona olan aliment borcundan 1000 manatını ödəsə də borcunu tam olaraq ödəməmişdir. Odur ki, təqsirləndirilən şəxs X9 cəza təyin edilərkən aliment borcundan ödəniş etməsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz rayon Məhkəməsinin 2(062)-5484/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, X2ndan 05 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb 24 yanvar 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına verilməsi qət edilmişdir. İcra sənədi 23 yanvar 2017ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. X6 əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. 01 may 2018-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin 8(062)-154/2018 saylı 28 mart 2018-ci il tarixli qərarı ilə X6 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. X2 xx.xx.2016-cı il tarixdən başlayaraq ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilə günə kimi, yəni xx.xx.2019-cu il tarixə kimi məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 3600 manat aliment borcundan icra dövründə 2100 manat ödəmiş, lakin 1500 manat ödənilməmiş aliment borcu qalmışdır. Qeyd olunan aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Yasin Bağırovun barəsində cinayət işi başlanılmışdır. Bundan sonra yaranmış 1500 manat aliment borcunu tam ödədiyinə görə Tovuz Rayon Məhkəməsinin 1(062)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Yasin Bağırovun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra yaranmış aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Tovuz Rayon Məhkəməsinin 3(062)-406/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yenidən müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. X2 ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən gündən, yəni xx.xx.2019-cu il tarixdən sonuncu dəfə cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 4100 manat aliment borcundan icra dövründə cəmi 450 manat ödəmiş, lakin ödənilməmiş 3650 manat aliment borcu qalmışdır. İş materiallarından göründüyü kimi, sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi borclu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, o, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Həmçinin, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsədə, X11 məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Məhkəmə iclasında şahid Tovuz rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Tovuz rayon Məhkəməsinin 2(062)-5484/2016 saylı, 23 noyabr 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən, X2ndan 05 oktyabr 2016-cı il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində aliment alınıb 24 yanvar 2012-ci il tarixdə anadan olmuş X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına verilməsi qət edilmişdir. İcra sənədi 23 yanvar 2017ci il tarixdə Tovuz rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul olunaraq bildiriş tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. X6 əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar olunmamışdır. 01 may 2018-ci il tarixdə Tovuz Rayon Məhkəməsinin 8(062)-154/2018 saylı 28 mart 2018-ci il tarixli qərarı ilə X6 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. X2 xx.xx.2016-cı il tarixdən başlayaraq ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilə günə kimi, yəni xx.xx.2019-cu il tarixə kimi məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 3600 manat aliment borcundan icra dövründə 2100 manat ödəmiş, lakin 1500 manat ödənilməmiş aliment borcu qalmışdır. Qeyd olunan aliment borcunu ödəmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Yasin Bağırovun barəsində cinayət işi başlanılmışdır. Bundan sonra yaranmış 1500 manat aliment borcunu tam ödədiyinə görə Tovuz Rayon Məhkəməsinin 1(062)-61/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə Yasin Bağırovun barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməklə cinayət məsuliyyətindən azad edilmişdir. Daha sonra yaranmış aliment borcunu ödəmədiyindən və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Tovuz Rayon Məhkəməsinin 3(062)-406/2022 saylı, 11 may 2022-ci il tarixli qərarı ilə X11 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya yenidən müddət verilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. X2 ilkin cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən gündən, yəni xx.xx.2019-cu il tarixdən sonuncu dəfə cinayət təqibi məsələsinə baxılması üçün təqdimat verilən günə, yəni xx.xx.2023-cü il tarixədək məhkəmə qətnaməsi üzrə ödəməli olduğu 4100 manat aliment borcundan icra dövründə cəmi 450 manat ödəmiş, lakin ödənilməmiş 3650 manat aliment borcu qalmışdır. İş materiallarından göründüyü kimi, sözügedən məhkəmə qətnaməsində göstərilən tələbi borclu icra etməkdən qərəzli olaraq boyun qaçırmışdır. Belə ki, o, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxartmamışdır. Həmçinin, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsədə, X11 məhkəmə qərarının icrasını təmin etməsi üçün heç bir təşəbbüs göstərməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-5484/2016 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2012-ci il tarixdə anadan olmuş X12 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2016-cı il tarixdən başlayaraq, hər ay 100 manat sabit pul məbləğində aliment X5 tutularaq X3 verilməsi qət edilmişdir. “İcraat başlama haqqında” xx.xx.2017-ci il tarixli qərardan görünür ki, Tovuz Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(062)-5484/2016 saylı icra sənədi üzrə icraata başlanmışdır. “Tələbin könüllü icrası barədə” xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, X2na icraata başlama haqqında qərarın surəti təqdim edilmiş və tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 8(062)-154/2018 saylı qərardadından görünür ki, X6 ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Tovuz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(062)-664/2022 saylı qərarından görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Tovuz Rayon İcra və Probasiya şöbəsi tərəfindən X9 göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, ona qətnamə üzrə yaranmış aliment borcunu ödəməyəcəyi təqdirdə Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün təqdimat verilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, X6 məhkumluğu yoxdur. Tovuz rayon İHB-nin İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X11 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X6 haqqında axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X11 xx.xx.2023cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilən ödəniş qəbzindən görünür ki, X11 məhkəmə istintaqı dövründə aliment borcundan zərərçəkmiş şəxs Feyzullayeva (Bağırova) Lətafət Hüseyn qızına 1000 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, X6 aliment borcundan 1000 manat ödəniş etməsinin nəzərə alınmasını xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə cəza teyin edərkən təqsirləndirilən şəxs X6 əməlindən səmimi peşman olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Məhkəmədə təqsirləndirilən şəxs X6 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, X9 təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini ona görə qanuna müvafiq hesab edir ki, təqsirləndirilən şəxs azadlıqdan məhrum edilərsə, o zaman alimentlə bağlı məhkəmə qətnaməsi uzun müddət icrasız qala bilər. Azadlığın məhdudlaşdırılması növündə cəza çəkən məhkumun aliment borcundan ödənişlər etməsi və bununla da məhkəmə aktının icra edilməsi real görünür. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər; 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, X6 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxs X6 barəsində həbs qətimkan tədbiri seçilməklə 26 oktyabr 2023-cü ildən həbsdədir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X6 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı 26 oktyabr 2023-cü il tarixdən 28 dekabr 2023-cü il tarixədək müddət, yəni həbsdə saxlanıldığı 02 (iki) ay 02 (iki) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 04 (dörd) ay 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 07 (yeddi) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. X6 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. X6 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. X6 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X11 cəzasını yaşayış yeri üzrə çəksin. X6 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar