Məhkəmə qərarları › İş №1(062)-111/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-111/2025

16.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-111/2025 16.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, müdafiəçi – Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Tovuz rayonu, Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvəllər məhkum olunmamış, Tovuz rayonu, Bozalqanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2021-ci il tarixindən başlayaraq 16:06.2010-cu il tarixdə doğulmuş X8, xx.xx.2015-ci il tarixdə doğulmuş X6 və xx.xx.2019-cu il tarixdə doğulmuş X9 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməsinə dair Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Tovuz Rayon Məhkəməsinin 3(062)- 663/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 gün, həmin məhkəmənin 3(062)- 942/2024 saylı, xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə, bundan sonra icra üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2024-cü il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə xx.xx.2024-cü il tarixədək 11150,00 manat məbləğində aliment borcunu zərərçəkmiş şəxs X3 ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, X7 ile el adəti ila evlənmiş və nikahları 11 oktyabr 2006-cı ildə rəsmiləşdirilmişdir. Birgə nikahlanından xx.xx.2010-cu ildə Vüsal, xx.xx.2015-ci ildə Nərgiz və xx.xx.2019-cu ildə Xəyal adını verdikləri üç uşaqları doğulmuşdur. Şahanə İsmayılova ilə əvvəlcə münasibətləri normal olsada sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Şahanə İsmayılova ilə münasibətlərinin pozulmasına səbəb onu bir er kimi sayıb hörmət etməməsi olmuşdur. Bu səbəbdəndə 2020-ci ilin fevral ayından Şahanə İsmayılova ayrılaraq uşaqlar ilə birlikdə Tovuz rayonu Abulbəyli kəndində yerləşən ata evinə getmişdir. Hal-hazırda həmin ünvanda uşaqları ilə birlikdə yaşayır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə Şahanə İsmayılova 2020-ci ilin yanvar ayında nikahın pozulması, uşaqların onun himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Tovuz Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə xx.xx.2006-cı il tarixli nikah qeydi ləğv edilməklə birgə nikahdan olan üç uşaq anası Şahanə İsmayılovanın himayəsinə verilməsi qət edilmişdir. Daha sonra Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan 21 04.2021-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il tarixde anadan olmuş X8, xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 ve xx.xx.2019-cu il tarixdə anadan olmuş X10 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment alınaraq, X1 xeyrinə ödənilməsi qət olunmuşdur. Sözügedən qətnamə üzrə verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icrasına dair bildirişlə birlikdə unvanına göndərilmişdir. Yaranmış aliment borcunu maddi imkanı olmadığına görə tam şəkildə ödəyə bilməmişdir. Buna görədə iki dəfə inzibati qaydada həbs edilmişdir. Bundan sonra ölkədən getmək hüququ icra məmurunun təqdimatına əsasən Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə müvəqqəti olaraq məhdudlaşdırımışdır. Bundan başqa inzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də yaranmış aliment borcunu tam ödəyə bilməmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə kimi ödəməli olduğu 11610,00 manat aliment borcundan icra müddətində cəmi 460.00 manat ödəniş etmiş, lakin ödənilməmiş 11150,00 manat aliment borcu qalmışdır. Həmin borcdan istintaq müddətində də, heç bir ödəniş etməmişdir. Hazırda Tovuz rayonu Bozalqanlı kəndində fərdi qaydada fəhlə kimi işləyir, aylıq gəliri 500,00-600,00 manat təşkil edir. Həmin vəsaiti özünün gündəlik zəruri tələbatları üçün xərcləyir. Avotomobil yuma məntəqəsində çalışır, gündəlik ən az 15-20 manat qazancı olur. Mülkiyyətində olan torpaq sahəsini borcunun qarşılığı olaraq zərərçəkmişə təkif edəcək. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X7 ifadəsində bildirmişdir ki, məhkəmə qətnaməsi üzrə cavabdeh Təqsirləndirilən şəxs Farman oğlu ilə o, xx.xx.2006-cı il tarixdə el adəti ilə ailə qurmuş, lakin nikahları xx.xx.2006-cı il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahlarından xx.xx.2010-cu il tarixdə Vüsal, xx.xx.2015-ci il tarixdə Nərgiz ve xx.xx.2019-cu il tarixdə Xəyal adını verdikləri üç uşaqları anadarı olmuşdur. Uşaqlar hazırda onun himayəsindədir. Təqsirləndirilən şəxs evli olduğu müddet ərzində Tovuz rayonu ərazisində fərdi qaydada usta yanında fəhlə işləyirmiş, aylıq gəliri 700,00-800,00 manat təşkil edirmiş. Təqsirləndirilən şəxsla əvvəlcə münasibətləri normal olsada sonradan baş vermiş söz söhbətlərə görə münasibətləri pozulmuşdur. Təqsirləndirilən şəxs evli olduqları müddət ərzində ailə başçısı kimi öz vəzifələrini yerinə yetirməmişdir. Ailə daxili yaranmış söz söhbətlərə görə 2020-ci ilin dekabr ayından Təqsirləndirilən şəxs ayrılaraq uşaqlan ilə birlikdə Tovuz rayonu Abulbəyli kəndində yerləşən ata evinə getmişdir. Hal-hazırda həmin ünvanda uşaqları ilə birlikdə yaşayır Bundan sonrada Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmamışdır. Faktiki olaraq ailə münasibətləri pozulduğuna görə o, 2021-ci ilin yanvar ayında nikahın pozulması, uşaqların onun himayəsində qalması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra nikahın pozulması və uşaqların onun himayəsində qalması barədə iddia tələbi Tovuz Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə təmin edilmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixindən başlayaraq xx.xx.2010-cu il tarixdə anadan olmuş X8, xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 və xx.xx.2019-cu il tarixdə anadan olmuş X11 adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 90,00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs alınaraq, onun xeyrinə ödənilməsi qət olunmuşdur. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi ilə bağlı Tovuz rayon icra və probasiya şöbəsində başlanılmış icraat dövründə icra məmuru tərəfindən görülmüş məcburi icra tədbirlerine baxmayaraq R. İsmayılov yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir. Təqsirləndirilən şəxs dəfələrlə icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və ondan qanuni qüvvəyə minmış qətnamənin icra olunması tələb olunsada o, müxtəlif bəhanələr gətirərək yaranmış aliment borcunu tam şəkildə ödəməkdən yayınmışdır. Təqsirləndirilən şəxs iki dəfə inzibati qaydada həbs olunmasına və ölkədən getmək hüququnun məhdudlaşdırılmasına baxmayaraq o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. İnzibati həbsdən sonrada ona yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, məhkəmə qərarının icrasını təmin etməmişdir. Bundan əlavə Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məyyən edilmiş alimentin məbləği Tovuz Rayon Məhkəməsinin 2(062)-2050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilərək hər ay hər bir uşağa görə 180,00 manat olmaqla, cəmi 540,00 manat müəyyən edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi Tovuz rayon icra və probasiya şöbəsində icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. İcra məmurunun ona verdiyi məlumata görə ikinci qətnamə üzrə heç bir icra hərəkəti aparılmadığına görə cinayət təqibinin başlanılması üçün təqdimat yalnız Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, 21 may 2021-ci il tarixli qətnaməsinə münasibətdə verilmişdir. Bu səbəbdən də aliment borcu həmin qətnamənin qüvvədən düşdüyü xx.xx.2024-cü il tarixə kimi hesablanılmışdır. R. İsmayılov yuxarıda qeyd olunan qətnamə üzrə xx.xx.2021-ci il tarixdən başlayaraq 26 11.2024-cü il tarixə kimi ödəməli olduğu 11610,00 manat aliment borcundan icra odvründə cəmi 460,00 manat ödəniş etsə de, xx.xx.2024-cü il tarixə kimi ödənilməmiş aliment borcu 11150,00 manat təşkil edir. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində fərdi qaydada fəhlə kimi işləyir və kifayət qədər qazanc əldə edir. Borclu Təqsirləndirilən şəxs maddi imkanın olmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməkdən boyun qaçırır. Ödənilməmiş aliment borcunun R. İsmayılovdan alınaraq tam şəkildə ona ödənilməsini, aks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Tovuz rayon icra və probasiya şöbəsinin sabiq icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz Rayon Məhkəməsinin 2(062)- 1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş Vüsal, xx.xx.2015-ci ildə anadan olmuş Nərgiz və xx.xx.2019-cu ildə anadan olmuş Xəyal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Təqsirləndirilən şəxs hər ay hər bir uşağa görə 90.00 manat olmaqla, cəmi 270,00 manat sabit pul məbləğində aliment alınaraq iddiaçı X4 verilməsi qət olunmuşdur. İcra sənədi xx.xx.2021-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş. xx.xx.2021-ci il tarixdə də, icraata başlamaq haqqında qərar qəbul olunaraq bildirişlə birlikdə tərəflərə göndərilmişdir. Başlanılmış icraat zamanı borclu məhkəmə qətnaməsinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs əmlakının və gəlirlərinin olub-olmaması ilə bağlı elektron icra sistemi vasitəsi ilə yoxlanılmış, borclunun paylı mülkiyyətində olan Tovuz rayon Bozalqanlı kəndində yerləşən 0.30 ha. ********** qeydiyyat nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi aşkar edilmişdir Qeyd etmək istəyirik ki, borclu Təqsirləndirilən şəxsn adına qeydiyyata alınmış Tovuz rayon Bozalqanlı kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərinə həbsin qoyulması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 89 nömrəli qərarına əsasən fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak kimi həmin torpaq sahəsi 1,0 hektardan az olduğu üçün mümkün olmamışdır Borclu Təqsirləndirilən şəxs Farman oğluna aliment üzrə borclarından ödəniş etməməsi ilə bağlı xəbərdarlıq edilmiş, Tovuz Rayon İcra və Probasiya şöbəsinə izahatı alınması üçün çağırışlar edilmiş, borcundan ödənişlər etmədiyi üçün ona xəbərdarlıqlar edilmişdir. Borclu Təqsirləndirilən şəxs AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək Tovuz Rayon Məhkəməsinin 3(062)- 663/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ile 15 gün, 3(062)-942/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən isə 20 gün müddətində inzibati qaydada həbs olunmuşdur. İnzibati həbsdən sonra borcluya yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də borclu məhkəmə qərarının icrasını təmin etməmişdir. İcra məmuru tərəfindən verilmiş təqdimat Tovuz Rayon Məhkəməsinin 8(062)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təmin edilərək borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılması barədə qərar qəbul edilmişdir. Həmin qərar icra şöbənin icraatına daxil olduqdan sonra icra olunması üçün aidiyyəti üzrə İcra Xidmətinə göndərilmiş və orada borclu Təqsirləndirilən şəxs ölkədən çıxışına qadağa tətbiq edilmişdir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə Təqsirləndirilən şəxs qeydiyyatda olduğu ünvana gedilmiş və borclunun qeydiyyatda olduğu ünvandakı fərdi yaşayış evinə baxış keçirilmişdir. Evə baxış keçirilən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlaklardan başqa əmlak aşkar edilməmişdir. Borclu İsmayılov X14 Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün təşəbbüs göstərməmişdir. Bundan əlavə Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə məyyən edilmiş alimentin məbləği Tovuz Rayon Məhkəməsinin 2(062)-2050/2024 nömrəli, 12.08 2024-cü il tarixli qətnaməsi ilə dəyişdirilərək hər ay hər bir uşağa görə 180,00 manat olmaqla, cəmi 540,00 manat müəyyən edilmişdir. Həmin qətnamə üzrə verilmiş icra vərəqəsi Tovuz rayon icra və probasiya şöbəsində icraata qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. R. İsmayılov qerar va bildirişi qəbul etse de icra sənədinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs baresinde şöbənin icraatında iki icra işi olmasına baxmayaraq bir icraatda birləşdirilməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)- 2050/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi üzrə heç bir icra hərəkəti aparılmadığına görə cinayət təqibinin başlanılması üçün təqdimat yalnız Tovuz Rayon Məhkəməsinin 2(062) 1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə münasibətdə verilmişdir. Bu səbəbdən də aliment borcu həmin qətnamənin alimentin hesablanılmasına münasibətdə qüvvədən düşdüyu 26.11 2024-cü il tarixə kimi hesablanılmışdır. R. İsmayılov yuxarıda qeyd olunan qətnamə üzre xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixe kimi ödəməli olduğu 11610,00 manat aliment borcundan icra odvründə cəmi 460,00 manat ödəniş etsə də, xx.xx.2024-cü il tarixə kimi ödənilməmiş aliment borcu 11150.00 manat təşkil edir. Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində fərdi qaydada fəhləlik edərək kifayət qədər gəlir elde etmesina baxmayaraq yaranmış aliment borcunu tam şəkildə ödəməmişdir İsmayılov X15 Rayon Məhkəməsinin 2(062)- 1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada iki dəfə həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi və işlə təmin olunması üçün Məşğulluq Mərkəzinə müraciət etməsi barədə xəbərdarlıq edilsə də, aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etmədiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi üzrə verilmiş icra vərəqəsi xx.xx.2021-ci il tarixdə Tovuz rayon icra və probasiya şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlanılması haqqında qəbul edilmiş qərar və bildiriş cavabdeh Təqsirləndirilən şəxs ünvanına göndərilməsinə baxmayaraq qətnamənin icrası sonuncu tərəfindən qərəzli olaraq təmin edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Tovuz rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Tovuz Rayon Məhkəməsinin 8(062)-207/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. İş materiallarına əlavə edilmiş X5 X2 Filialının xx.xx.2024-cü il tarixlı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Məşğulluq" altsistemində işaxtaran şəxs kimi qeydiyyata alınaraq ona "xxxx" MMC-də münasib iş təklifi edilsə də o, iş təklifini qəbul etməkdən imtina etmişdir. Tovuz rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)- 1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinin qərəzli olaraq icra olunmaması ilə bağlı cinayət təqibinin başlanılması məsələsinə baxılması üçün verilen xx.xx.2025-ci il tarixli təqdimatda qeyd olunan ödənilməmiş 11150.00 manat aliment borcundan istintaq dövründə heç bir ödəniş etməmişdir Cinayət işində olan müvafiq xəbərdarlıq məktublarından, eyni zamanda Tovuz Rayon Məhkəməsinin 3(062)-663/2024 saylı, xx.xx.2024-cü il tarixli ve 3(062)-942/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarlarından, habelə digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 2(062)-1135/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-663/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 15 gün müddətində həbs edilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(062)-942/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 20 gün müddətində həbs edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində göstərildiyi kimi, «Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar». Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin ikinci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2 oktyabr 2012-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırki iş materiallarından görünür ki, icra sənədinin icra edilməsi məqsədi ilə Təqsirləndirilən şəxs icra məmuru tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə, barəsində məhkəmə qərarı ilə iki dəfə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə baxmayaraq onun tərəfindən məhkəmə qətnaməsinin tələbləri yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 02 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; -borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Hazırki işin hallarından görünür ki, məhkəmə qətnaməsi uzun illər ərzində icra olunmamış, Təqsirləndirilən şəxs bu illər ərzində dəfələrlə xəbərdarlıq olunmaqla izahatları alınmış, o, qeyd olunan məhkəmə qətnaməsini icra etməməyə görə iki dəfə inzibati məsuliyyətə cəlb olunmuş və bundan nəticə çıxarmamış, qətnamənin icrası məqsədi ilə Dövlət Məşğulluq orqanı tərəfindən iş təklif edilsə də razılıq verməmiş və bununla da qətnamənin icrası üçün yetərli tədbirlər görməmiş, özünün də qeyd etdiyi kimi avtomobil yuma məntəqsində fərdi əməklə məşğul olmasına, sabit olmasa da gəlirinin olmasına və bununla da qətnamənin icrası üçün faktiki imkanlarının olmasına baxmayaraq məhkəmə qətnaməsini icra etməmişdir. Məhkəmə onu da xüsusi qeyd edir ki, təqsirləndirilən şəxsin Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat ve Statistik İnformasiya İdarəsinin məktubundan və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixdə tərəfimden Təqsirləndirilən şəxs Ferman oğlu barəsində Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qisminde cəlb etmə qərarı çıxarılmış, sonuncu istintaq orqanından gizləndiyi üçün haqqında axtarış elan edilməklə cinayət işi üzrə icraat dayandırmışdır. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə mindiyi vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab olunmadığı, maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinin təmin edilməsi üçün kifayət etməməsi nəticəsinə gələrək təqsirləndirilən şəxsin islah olunması və cəzanın məqsədlərinə nail olunması üçün onun cəmiyyətdən tam təcrid edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onun istintaq zamanı tutularaq saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1- ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 28 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək tutularaq saxlanıldığı 01 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 16 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar