Məhkəmə qərarları › İş №1(062)-113/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-113/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-113/2024 02.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1991-ci ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, xeyli miqdarda, yəni 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib əynində olan qara rəngli şalvarın sağ yan cibində saxlamış, 22 iyun 2024-cü il tarixdə, saat 01:10-da Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz şəhəri, H.Əliyev prospektində, şəhər parkının qarşısında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 01:30-dan saat 02:10-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı qanunsuz olaraq əldə edib üzərində saxladığı 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində qeydiyyatda olmaqla hazırda həmin ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. xx.xx.2024-cü il tarixdə axşam saat 02 radələrində o, Tovuz şəhəri Heydər Əliyev prospektində yerləşən “Şəhər” parkının qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışlar və ona üzərində qanunsuz narkotik vasitə saxlamaqda və gəzdirməkdə şübhəli olduğunu bildirib onu Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-də polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Bir neçə dəqiqədən sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. O, vəkillərin siyahısına baxmış və həmin siyahıdan Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi özümə vəkil seçmişdir. Bundan sonra ona hüquq və vəzifələri oxunmuşdur. Daha sonra onun seçdiyi vəkilin və iştirakçıların iştirakı ilə ona üzərində qanunla əldə edilməsi, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya və maddənin olub-olmadığı, əgər varsa təqdim etməyi təklif edilmişdir. O, üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya olduğunu bildirib əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni, bir qutu “Vincester” markalı siqareti, həmin cins şalvarın sol yan cibindən bir ədəd alışqanı və biri ədəd “Samsung Duas” markalı mobil telefonu təqdim etmişdir. Onun təqdim etdiyi kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixunaya bənzər kütlə olması müəyyən edilmişdir. Onun təqdim etdiyi kibrit qutusunda olan kütlə bir ədəd elektron tərəzidə çəkilmiş və həmin kütlə kibrit qutusu ilə birlikdə 9,10 qram olması müəyyən edilmişdir. Onun şəxsi axtarış zamanı təqdim etdiyi kibrit qutusunda olan kütlə qurudulmuş marixuanadır və həmin qurudulmuş marixuananı təxminən 20-25 gün əvvəl, yəni 2024-cü ilin may ayının axırı və ya iyun ayının əvvəllərində dəqiq xatırlamadığı gündə yaşadığı Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində yerləşən su kanalının kənarına balıq tutmağa gedən zaman həmin yerdə yerləşən yabanı halda bitmiş narkotik tərkibli bitki kolundan yığıb özü istifadə etmək üçün üzərində saxlamış, ancaq həmin kütlədən bu günədək istifadə etməmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə ağ rəngli kağız zərfə qoyulub qablaşdırılmış və zərf Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsinə göndərilməsi üçün götürülmüş və protokola əlavə edilmişdir. Daha sonra onun üzərində ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən başqa əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı təqdim etdiyi əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmışdır. O, üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 2024-cü ilin may ayının axırı və ya iyun ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə Tovuz rayonu Abulbəyli kəndi ərazisindən yabanı bitki kollarından yığan zaman təklikdə olmuş, həmin vaxt ətrafda heç kim olmamışıdır. O, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı gələcəkdə özü istifadə edər deyə üzərində saxlamışdır. Belə ki, üzərindən aşkar edilərək götürülmüş narkotik maddə olan qurudulmuş marixuananı heç vaxt satmaq fikri və məqsədi olmamışdır. Onun üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Belə ki, o, bu barədə heç kimə heç bir söz deməmiş və məlumat verməmişdir. Həmin vaxt onun istifadəsində (055)-441-68-75 mobil nömrəsi olmuşdur. Hazırda əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla ədavəti və qohumluq əlaqəsi yoxdur. xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirmişdir. Bu zaman Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri, H.Əliyev prospektində şəhər parkının yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də o, Şahid1 ilə həmin gün saat 02 radələrində avtomobilə əyləşib Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının yaxınlığına gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının qarşısında tək şəkildə dayanmışdır. Bundan sonra onlar avtomobili saxlamış və Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib və polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Nəticədə Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədiyi üçün sonuncunu elə öz avtomobilləri ilə Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra Şahid1 bu barədə şöbə rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmişdir. Bundan sonra baş təhqiqatçı Ruflan Əliyev özünü Tovuz RPŞ-yə gətirdikləri Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra baş təhqiqatçı X5 rayon Vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, baş təhqiqatçı Ruflan Əliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl baş təhqiqatçı Ruflan Əliyev Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində elə bir əşya olduğunu bildirmişdir. Ardı ilə də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni, bir qutu “Vincester” markalı siqareti, əynində olan şalvarın sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd “Samsung Duas” markalı mobil telefonu baş təhqiqatçı Ruflan Əliyevə təqdim etmişdir. Təqdim olunmuş bir ədəd kibrit qutusundakı kütlə baş təhqiqatçı Ruflan Əliyev tərəfindən götürülmüş və həmin kibrit qutusu açılaraq kibrit qutusunun içərisində olan kütləyə baxış keçirilmiş və baxış zamanı kibrit qutusunun içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı təxminən 20-25 gün əvvəl yaşadığı Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən su kanalının kənarına balıq tutmağa gedən zaman həmin yerdə yerləşən yabanı halda bitmiş narkotik tərkibli bitkinin kolundan yığıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 9,10 qram təşkil etmişdir. Bundan sonra təqdim edilmiş həmin bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinə göndərilməsindən ötrü götürülmüş və protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində baş təhqiqatçı Ruflan Əliyev tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis kapitanıdır. Tovuz RPŞ-də İB-də istintaqı aparılan müvafiq cinayət işi üzrə göstərmişdir ki, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ona görədə həmin şəxslə heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 22 iyun 2024-cü il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01 radələrində o, Tovuz RPŞ-də xidmətini davam etdirmişdir. Bu zaman ona Tovuz şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, gəzdirməkdə şübhəli olması və hal-hazırda Tovuz şəhəri, H.Əliyev prospektində şəhər parkının yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Ondan sonra Tovuz RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də Tovuz NMQ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2lə ilə o, həmin gün saat 02 radələrində avtomobilə əyləşib Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının yaxınlığına gəlmişlər. Onlar həmin əraziyə çatanda görmüşlər ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının qarşısında tək şəkildə dayanmışdır. Bundan sonra onlar avtomobili saxlamış və Tovuz şəhəri, Heydər Əliyev prospektində yerləşən şəhər parkının qarşısında dayanmış Təqsirləndirilən şəxs yaxınlaşmışlar. Ardı ilə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib və polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsi və saxlaması ilə bağlı şübhəli olduğuna görə onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs onlarla birlikdə Tovuz RPŞ-yə getməyə razılıq vermişdir. Nəticədə Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədiyi üçün Təqsirləndirilən şəxs elə öz avtomobilləri Tovuz RPŞ-yə gətirmişlər. Tovuz RPŞ-yə gəldikdən sonra o, bu barədə şöbə rəhbərliyinə müvafiq raportla məruzə etmişdir. Rəhbərliyin göstərişi ilə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparılması Tovuz RPŞ-nin Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis kapitanı X2 həvalə edilmişdir. Bundan sonra baş təhqiqatçı Ruflan Əliyev özünü Tovuz RPŞ-yə gətirdikləri Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir. Bundan sonra baş təhqiqatçı X5 rayon vəkillər Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs tədqim etmişdir. Bu zaman Təqsirləndirilən şəxs həmin siyahıdan vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Müdafiəçi dəvət əsasında Tovuz RPŞ-yə gəldikdən sonra isə o, baş təhqiqatçı Ruflan Əliyev tərəfindən Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkil Müdafiəçilə tanış olduqdan sonra vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra istintaq hərəkətinin iştirakçılarının hamısına elan edilmişdir ki, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılması həyata keçiriləcəkdir. Şəxsi axtarış istintaq hərəkəti aparılmazdan əvvəl baş təhqiqatçı Ruflan Əliyev Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs isə öz növbəsində üzərində elə bir əşya olduğunu bildirmişdir. Ardı ilə də əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda olan kütləni, bir qutu “Vincester” markalı siqareti, əynində olan şalvarın sol yan cibindən isə bir ədəd alışqanı və bir ədəd “Samsung Duas” markalı mobil telefonu baş təhqiqatçı Ruflan Əliyevə təqdim etmişdir. Təqdim olunmuş bir ədəd kibrit qutusundakı kütlə baş təhqiqatçı Ruflan Əliyev tərəfindən götürülmüş və həmin kibrit qutusu açılaraq kibrit qutusunun içərisində olan kütləyə baxış keçirilmiş və baxış zamanı kibrit qutusunun içərisindən yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin qurudulmuş marixuana olduğunu və həmin qurudulmuş marixuananı təxminən 20-25 gün əvvəl yaşadığı Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən su kanalının kənarına balıq tutmağa gedən zaman həmin yerdə yerləşən yabanı halda bitmiş narkotik tərkibli bitkinin kolundan yığıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd kibrit qutusunda olan kütlənin çəkisi kibrit qutusu ilə birlikdə 9,10 qram təşkil etmişdir. Bundan sonra təqdim edilmiş həmin bir ədəd kibrit qutusunda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra həmin zərfin üzərinə, o cümlədən şəxsi axtarış və götürmənin aparılması barədə tərtib edilən protokola bütün iştirakçılar imza etmişlər. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinə göndərilməsindən ötrü götürülmüş və protokola əlavə edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində baş təhqiqatçı Ruflan Əliyev tərəfindən ətraflı şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa əldə edilməsi, saxlanması və daşınması qanunla qadağan olunmuş hər hansı bir əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən bir ədəd kibrit qutusu ilə birlikdə tərəzi üzərinə qoyulub çəkilmişdir. 22 iyun 2024-cü il tarixli, 16/716 nömrəli ekspert rəyində göstərilən çəkilər isə narkotik vasitə olan qurudulmuş marixuananın təmiz və daha düzgün hesab edilməli çəkisidir. Məhz bu səbəbdən də qeyd olunan narkotik vasitə olan qurudulmuş marixuananın çəkisi ekspertizada göstərilən çəkidən artıq gəlmiş ola bilər. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X1 Bölməsi tərəfindən verilmiş 22 iyun 2024-cü il tarixli 16/716 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə..” yazlar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 5,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 5,94 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 5,92 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 11 iyul 2024-cü il tarixli 1189 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2024-cü il tarixdən 23 iyun 2024-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,92 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar