Məhkəmə qərarları › İş №1(062)-114/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-114/2024

11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-114/2024 11.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçiləri Müdafiəçi2, Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Tovuz rayonu, Əlibəyli kəndində doğulmuş, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Tovuz rayonu Əlibəyli kəndində qeydiyyata olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1 – ci maddəsi ilə, xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonu, Çılqır kəndində doğulmuş, orta təhsilli, evli, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Xaçmaz rayonu, Çılqır kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayandırılmış həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-2109 minik markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq qərarına gəlmiş, bu niyyətlə, xx.xx.2023-cü il tarixdə, saat 00.10 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayandırılmış VAZ-2109 minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin işə salma kilidini sındırıb naqillər vasitəsi ilə avtomobilin mühərrikini işə salmağa cəhd etmiş, lakin alınmadığını görüb avtomobilin sürətlər qutusunu sərbəst hərəkət vəziyyətinə gətirərək avtomobili itələyib qaçırmış, təxminən 500 metr məsafə qət etdikdən sonra Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci kilometrliyinin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında həmin avtomobili ehtiyatsızlıqdan dərəyə aşırmaqla Zərərçəkmiş şəxs məxsus avtomobilə 1645 (bir min altı yüz qırx beş) manat dəyərində maddi zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir (qaçırmışdır). Belə ki, o, tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayandırılmış həmin kənd sakini Zərərçəkmiş şəxs məxsus VAZ-2109 minik markalı, **-DS- *** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmaq qərarına gəlmiş, bu niyyətlə, xx.xx.2023-cü il tarixdə, saat 00.10 radələrində sərxoş vəziyyətdə Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayandırılmış VAZ-2109 minik markalı, **-DS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrikinin işə salma kilidini sındırıb naqillər vasitəsi ilə avtomobilin mühərrikini işə salmağa cəhd etmiş, lakin alınmadığını görüb avtomobilin sürətlər qutusunu sərbəst hərəkət vəziyyətinə gətirərək avtomobili itələyib qaçırmış, təxminən 500 metr məsafə qət etdikdən sonra Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci kilometrliyinin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında həmin avtomobili ehtiyatsızlıqdan dərəyə aşırmaqla Zərərçəkmiş şəxs məxsus avtomobilə 1645 (bir min altı yüz qırx beş) manat dəyərində maddi zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 verilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayon sakini Təqsirləndirilən şəxs2 və Cəlilabad rayon sakini Şahid1 iki ildir ki, tanıyır, onlarla Rusiya Federasiyasının Nijniy Tagilq şəhərində tanış olmuş, Tovuz rayonunda tikintidə iş olduğuna görə onları işləmək üçün dəvət etmiş, Elgün və Nurlan da işləmək üçün Tovuz rayonuna gəlib atasının evində yaşamaqla birlikdə tikintidə işləmişlər. 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Elgün və Nurlanla birlikdə atasının evində oturub yemək yeyib bir litr tut arağı içdikdən sonra Şahid1 məxsus ** EE *** dövlət qeydiyyat nömrə nişanlı BMV markalı avtomaşına oturub Tovuz şəhərinə gəlmişlər. Spirtli içki qəbul etdiklərinə görə sərxoş vəziyyətdə olmuşlar. Avtomobili Nurlan idarə etmiş, Tovuz rayonu, Aşağı Quşçu kəndinin ərazisindən Əlibəyli kəndinə qayıdan zaman yolun kənarında avtomobil təmiri sexinin qarşısında, dəmir yola yaxın yerdə sahibsiz qara rəngdə VAZ 2109 markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil görmüşlər. Nurlan həmin avtomobilin yanında avtomobilini dayandırmış, özü yanında olan dostlarına həmin avtomobili götürüb sürmələrini təklif etmiş, birlikdə həmin avtomobilin yanına gəlib itələyərək sexin yanından kənara çıxartdıqdan sonra özü avtmobilin sükan arxasına keçərək mühərriki işə salmaq üçün sükanın altındakı naqillərini çıxartmış, lakin mühərriki işə sala bilməmiş, avtomobilin üzərində akkumulyatorun olub-olmadığını yoxlamaq üçün mühərriki örtüyünü qaldırıb baxmamışdır. Avtomobilin mühərriki işə düşmədiyi üçün itələyib aparmaq üçün çalışmışlar. Özü avtomobilin sükanının tutub ayaq üstə Nurlan və Elgün isə arxadan itələyib təxminən 500 metr apardıqdan sonra avtomobili saxlaya bilmədiklərinə görə avtomobil dərəyə aşaraq zədələnmişdir. Avtomobili dərədən çıxartmaq üçün fikirləşdikləri zaman Tovuz RPŞ-nin əməkdaşları yanlarına gəlib onları Tovuz RPŞ-nə aparmışlar. Tovuz RPŞ-də həkim müayinəsindən keçirildikdən sonra sərxoş olmaları müəyyən edilmiş, özgəsinə məxsus avtomobili Nurlan və Elgün ilə birlikdə qaçırmalarına və avtomobilə zərər vurduqlarına görə peşmandır. Avtomobilə dəymiş ziyan ümumi 1645 manat olmuş və zərərçəkmişə 1700 manat ödənilmişdir. Özü də əlavə zərərçəkmişin nə maddi tələbi varsa qarşılamağa hazırdır. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 verilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Xaçmaz rayonu, Cılqır kəndində qeydiyyatda olmaqla orada yaşayır. Tovuz rayonu Əlibəyli kənd sakini Təqsirləndirilən şəxs1 və Cəlilabad rayon sakini Şahid1 təxminən iki ildir ki, tanıyır. Onlarla Rusiya Federasiyasının Nijniy Tagil şəhərində tanış olmuşdur. Taleh onu və Nurlannı Tovuz rayonunda tikintidə işləmək üçün dəvət etdiyinə görə Tovuz rayonuna gəlib Nurlanla birlikdə Talehin atasının evində yaşamaqla tikintidə işləmişlər. 11 oktyabr 2023-cü il tarixdə saat 20 radələrində Nurlan və Taleh ilə bir yerdə yaşadıqları evdə oturub yemək yeyib bir litr tut arağı içdikdən sonra Şahid1 məxsus ** EE *** dövlət qeydiyyat nömrə nişanlı, BMW markalı avtomaşına əyləşib Tovuz şəhərinə gəlmişlər. Spirtli içki çox içdiklərinə görə sərxoş vəziyyətdə olmuşlar. Avtomobili Şahid1 idarə etmiş, Tovuz rayonu Aşağı Quşçu kəndinin ərazisindən Əlibəyli kəndinə qayıdan zaman yolun kənarında, avtomobil təmiri emalatxanasının qarşısında dəmir yoluna yaxın yerdə sahibsiz qara rəngdə VAZ 2109 markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşın görmüşlər. Taleh onlara həmin avtomobili sürmək üçün götürmələrini təklif etdikdən sonra birlikdə həmin avtomobilin yanına gəlib avtomobili itələyib emalatxananın yanından uzaqlaşdırmışlar, Taleh avtomobilin sükanı arxasına keçib sükanın altından naqilləri çıxardaraq mühərriki açarsız isə slmaq istəmiş, lakin mühərrik işə düşməmiş, avtomobilin üzərində akumulyatorun olub-olmadıını yoxlamaq üçün mühərrik örtüyünü qaldırıb yerinə baxmayaraq avtomobili itələyib təxminən 500 metr məsafə qət etdikdən sonra avtomobili saxlaya bilmədiklərinə görə avtomobil dərəyə aşaraq zədələnmiş, avtomobilin yanında dayanıb dərədən çıxartmaq üçün fikirləşdikləri zaman Tovuz RPŞ-nin əməkdaşları gəlib onlara şöbəyə aparmışlar. Tovuz RPŞ-də həkim müayinəsindən keçirildikdən sonra sərxoş olmaları müəyyən edilmişdir. Taleh onlara VAZ 2109 markalı, ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili güya qanuni yolla aldığını deyərək qaçırmalarını təklif etmiş, sərxoş olduqlarına görə onunla razılaşmışlar. Talehin onlara yalan məlumat verməsini sonradan bilmişlər. Hazırda etdikləri əməldən peşmaçılıq hissi keçirir. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyan artıqlaması ilə ödənilmişdir. Odur ki, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Tovuz rayonu Dondar Quşçu kəndində yaşayır. Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri sexində dəmirçi işləyir. xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhər sakinindən 3700 (üç min yedd yüz) manata VAZ 2109 markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil almış və həmin avtomobil ona məxsusdur. 11 oktyabr 2023-cü il tarixdə saat 21 radələrində avtomobil təmiri sexindən çıxaraq tək piyada evinə getmiş, avtomobilini isə sexin yaxınlığında saxlamış, 12 oktyabr 2023-cü il tarixdə saat 08 radələrində sexə gəldikdə axşam saxladığı VAZ 2109 markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin saxladığı yerdə olmadığını və naməlum şəxslər tərəfindən götürülməsini aşkar etmiş, ona görə Tovuz RPŞnə gələrək şikayət ərizəsi ilə müraciət etmiş, sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2,Şahid1 və Təqsirləndirilən şəxs1 tərəfindən 12 oktyabr 2023-cü il tarixdə saat 00:10-da Tovuz rayonu Dondar Quşçu kəndinin ərazisində yerləşən işlədiyi avtomobil təmiri sexinin qarşısından ona məxsus VAZ 2109 markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili talama məqsədi olmadan qaçırmışlar və həmin avtomobili aşıraraq zədələmişlər. Avtomobilin dəyərini 3700 manat qiymətləndirir və sonradan avtoservis tərəfindən verilmiş arayışla müəyyən olunmuşdur ki, ona məxsus həmin avtomobilə 1645 manat məbləğində zərər vurulmuşdur. Dəymiş ziyanın əvəzi olaraq ona Nurlan və Elgün tərəfindən 1700 manat pul ödənilmişdir. Taleh isə hər hansı məbləğ ödəməmişdir. Ondan da 1000 manat tələb edir. Çünki avtomobil tam yararsızdır. Ziyanı ödəniləcəyi halda heç bir şikayət bə tələbi yoxdur. Məhkəmə iclasında şahid Tovuz rayon polis şöbəsinin post patrul xidməti bölməsinin tağım komandiri Şahid2 ifadəsində göstərmişdir ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində digər xidmət yoldaşları ilə birlikdə xidmətdə olarkən Tovuz rayonu Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci km-nin Tovuz rayonu, Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında ** EE *** dövlət qeydiyyat nömrə nişanlı BMV markalı avtomobilin və həmin avtomobilin yaxınlığında 3 nəfər şəxslərin şübhəli hərəkətləri diqqətini cəlb etdiyinə görə onlara yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxslərin Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 olmaları, sərxoş vəziyyətdə VAZ 2109 markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini qanunsuz ələ keçirməklə qaçıraraq Tovuz rayonu Tovuz-Dondar Quşçu avtomobil yolunun 1-ci km-nin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında həmin avtomobili dərəyə aşırmalarını bilmişlər. Həmin şəxslər sərxoş vəziyyətdə özlərini qeyri-səmimi apararaq qanunu tələblərinə tabesizlik etməyə başlamışlar, onları sakitləşdirib nizam-intizama dəvət etdikdən sonra Tovuz rayon polis şöbəsinə dəvət edib raportla hadisə barədə şöbə rəhbərliyinə məruzə olunmuşdur. Həmin şəxslər onlara qarşı müqavimət göstərməmiş, hər hansı xəsarət yetirməmişlər. Onlarla söhbət aparılıb sakitləşdirib Tovuz rayon Polis Şöbəsinə dəvət etmişlər, tərəfindən onlara qarşı hər hansı bir fiziki zorakılıq hərəkətləri edilməmiş, həmin şəxslər onlara qarşı hər hansı bir cinayət xarakterli hərəkətlər etməmişlər. Sonradan ona məlum olmuşdur ki, 12 oktyabr 2023-cü il tarixdə, saat 00:10 radələrində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Şahid1 birlikdə sərxoş vəziyyətdə Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yerləşən avtomobil təmiri emalatxanasının həyətyanı sahəsində dayanmış Tovuz rayonu Dondar Quşçu kəndində yaşayan Zərərçəkmiş şəxs məxsus VAZ 2109 markalı ** DS *** dövlət qeydiyyat nömrə nişanlı minik avtomobilini itələyib qaçıraraq Tovuz rayonu Tovuz- Dondar Quşçu avtomobil yolunun 1-ci km-nin Tovuz rayonu Dondar Quşçu kəndi ərazisindən keçən hissəsinin kənarında dərəyə aşırmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Tovuz rayon polis şöbəsinin post patrul xidməti bölməsinin əməkdaşları Şahid3, Şahid5 və Şahid6 Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2024-cü il tarixli, 9/322 saylı rəyindən görünür ki, VAZ-2109 markalı, **-DS-*** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının əzilməsi ilə mülkiyyətçisinə 1645,00 (bir min altı yüz qırx beş) manat ziyan vurulmuşdur. Avtomobilin 2023-cü ilin oktyabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 3850 (üç min səkkiz yüz əlli) manat müəyyən olunmuşdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin verdiyi xx.xx.2023cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin verdiyi 18.11. 2023cü il tarixli tələbnamədən surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdir. Tovuz rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə tutularaq saat 22:00-da MSY-nə təhvil verilmişdir. Tovuz rayon Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutularaq saat 09:20-də MSY-nə təhvil verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə görə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində onların təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 185.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayət hadisəsi üzrə vurulmuş ziyanın ödənilməsini Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, cinayət hadisəsi üzrə vurulmuş ziyanın ödənilməsini, habelə, himayəsində yetkinlik yaşına çatmamış uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadıqları Tovuz və Xaçmaz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin müvəqqəti saxlama yerində saxlanıldığı və həbsdə olduğu müddət onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş və hazırki vaxta qədər İstintaq Təcridxanasında saxlanılır. Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə axtarışda olan şəxs kimi tutulmuş və hazırki vaxta qədər İstintaq Təcridxanasında saxlanılır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış VAZ 2109 minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbirləri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «həbs» qətimkan tədbirləri ləğv edilməli, təqsirləndirilən şəxslər məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barələrində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməklə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində olan «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu və həbsdə olduğu 21 gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 18 (on səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində olan «həbs» qətimkan tədbiri ləğv edilsin və o məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs2 barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilsin və qətimkan tədbiri qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu və həbsdə olduğu 07 gün müddət azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Xaçmaz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Maddi sübut kimi tanınmış VAZ 2109 minik markalı ** DS *** dövlət qeydiyyat nişanlı avtomobilin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar