Məhkəmə qərarları › İş №1(062)-114/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-114/2025

13.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-114/2025 13.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1962-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində doğulmuş. Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli. işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, on dörd yaşına çatmayan şəxsə qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Belə ki, o, istintaqla dəqiq müəyyən olunmayan 2025-ci ilin mart ayının əvvəllərindən mütəmadi olaraq xx.xx.2025-ci il tarixədək, o cümlədən xx.xx.2025-ci il tarixdə saat 13 radələrində, xx.xx.2025-ci il tarixdə saat 13 radələrində və xx.xx.2025-ci il tarixdə saat 14 radələrində, Tovuz rayonu Qovlar şəhəri, "Gillik" adlanan ərazidə istifadəsində olan "VAZ 2106" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda öz gərilmiş kişi cinsiyyət orqanını xx.xx.2011-ci ildə anadan olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına, döş nahiyələrinə sürtməklə, həmçinin ağız boşluğuna daxil edib irəli geri hərəkətlər etdirməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-in 152.4.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğu müəyyən edildiyindən ona CM-in həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsini və cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılması və onun həbsdə saxlama müddəti 02 ay müəyyən edilməklə xx.xx.2026-ci il tarixədək uzadılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs - istintaqla dəqiq müəyyən olunmayan 2025-ci ilin mart ayının əvvəllərindən mütəmadi olaraq xx.xx.2025-ci il tarixədək, o cümlədən xx.xx.2025-ci il tarixdə saat 13 radələrində. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində və xx.xx.2025-ci il tarixdə saat 14 radələrində, Tovuz rayonu Qovlar şəhəri, "Gillik" adlanan ərazidə istifadəsində olan "VAZ 2106" markalı, **- GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda öz gərilmiş kişi cinsiyyət orqanını xx.xx.2011-ci ildə anadan olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına, döş nahiyələrinə sürtməklə, həmçinin ağız boşluğuna daxil edib irəli geri hərəkətlər etdirməklə sonuncuya qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. İş materiallarında olan mobil cihazdan götürülmüş görüntülərin olduğu bir ədəd diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, qeyd olunan mobil telefon Samsung A12 markalı İMEİ/1-**********62628 və İMEİ/2-**********62627 kodludur. Baxış iştirakçısı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs qarşı seksual hərəkətləri edən zaman hərəkətlərinin video görüntüsünü öz mobil cihazı ilə qeydə almışdır. Həmin görüntülər telefonun qalareya bölməsindədir. Mobil telefonun qalareya bölməsinə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsi xx.xx.2025- ci il tarixə aid iki ədəd, xx.xx.2025-ci il tarixə aid isə bir ədəd, olmaqla ümumilikdə üç adəd 02:10 dəqiqəlik 01:05 dəqiqəlik və 00:19 dəqiqəlik video görüntülərdə öz əksini tapmışdır. Bütün video görüntülərdə Tovuz rayonu Qovlar şəhəri ərazisində "Gillik" adlanan orazidə Təqsirləndirilən şəxs istifadəsində olan VAZ 2106 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində qeydə alınmışdır. Video görüntülərdə Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə və cinsiyyət orqanına sürtməsi. həmçinin cinsiyyət orqanını Zərərçəkmiş şəxs ağzına soxması. bundan başqa Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Məhəmmep oğlunun cinsiyyət orqanını özünün süd vəzilərinə, bədəninin sinə nahiyyəsinə sürtməsi və ağzına soxması müəyyən olunur. Video görüntüdən görünür ki, X1 Aygün İlqar qızına qarşı seksual xarakterli hərəkətlər edən zaman nə heç bir vasitə ilə nə də hər hansı formada zor tətbiq etməmişdir. Onlar öz aralarında sərbəst formada danışıb gülmüşlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs bir neçə dəfə idarə etdiyi "VAZ 2106" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz rayonu Qovlar şəhəri, "Gillik" adlanan ərazisinə aparsa da ancaq bu görüşlərin ikisində ona qarşı seksual xarakterli digər hərəkətlər etdiyini bildirmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində qeyd etmişdir ki, Kavı Əlsəgərov öz avtomobili ilə onu Tovuz rayonu Qovlar şəhəri, "Gillik" adlanan ərazsinə üç dəfə aparmış və bu zamanda hər üçündə də ona qarşı seksual xarakterli hərəkətlər etmişdir, ilk ikisi zamanı öz hərəkətlərini mobil telefonla çəkmişlər, yəni xx.xx.2025ci il və xx.xx.2025-ci il tarixlərində, sonuncu dəfə isə, yəni xx.xx.2025-ci il tarixində Təqsirləndirilən şəxs əynində olan şalvarı çıxarıb avtomobilin arxa oturacağında onun üzərinə uzanıb ona qarşı seksual xarakterli hərəkətlər edən zaman polis əməkdaşları gəlmişdir. İş üzrə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə rəisi, polis leytenantı Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixində Tovuz rayonu Qovlar PB-nin ərazisi olan Tovuz rayonu dağ kəndlərindən geri qayıdan zaman Tovuz rayonu İbrahimhacılı kəndindən Qovlar şəhəri ərazisinə keçmişlər. Qoyvlar şəhəri ərazisində "Gillik" adlanan ərazinin ağaclıq olan hissəsində naməlum avtomobil olmasını görmüşlər. Onlar avtomobilin əkin və yaşayış olmayan ərazidə durmasında şübhələnmiş və həmin avtomobilə yaxınlaşmışlar. Onlar avtomobilə yaxlınlaşdıqda avtomobilin VAZ 2106 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobil olmasını, həmin avtomobilin arxa oturacağında adlarını sonradan öyrəndikləri Qovlar şəhər sakinləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yarı çılpaq formada olmalarını və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüşlər. Belə ki, onlar öz istifadələrində olan avtomobil ilə Təqsirləndirilən şəxs istifadəsində olan avtomobilə yaxnlaşan zaman nə Təqsirləndirilən şəxs nə də Zərərçəkmiş şəxs onların yaxınlaşmasının fərqində olmamışlar. Onlar gəldikləri avtomobildən enib VAZ 2106 markalı **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilə tam yaxınlaşdıqda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etdiyini görmüşlər. Onlar Təqsirləndirilən şəxs tam yaxınlaşmış və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli hərəkətlər etməsini tam olaraq görmüşlər, yalnız bundan sonra Təqsirləndirilən şəxs onların gəldiyini görmüşdür, bu zaman Təqsirləndirilən şəxs avtomobilin sükanına keçmək istəmiş, Zərərçəkmiş şəxs eyni qayda da paltarını geyinməyə cəhd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Tovuz RPŞ-nin Qovlar PB-nin sahə polis nəfərləri, polis baş serjantı Şahid1, polis serjantı Şahid4 oğlu və polis serjantı Şahid3 oğlu da Şahid2 göstərdiklərini eyni ilə təsdiq etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patalojo Anatomiya birliyi publik hüquqi şəxsin Tovuz rayon şöbəsinin 24 may 2025-ci il tarixli. 343 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bəpeu səthində xəsarət aşkar edilməmişdir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır. Belə ki, hal-hazırda qızdır. Zərərçəkmiş şəxs arxa keçəcəyində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilmədi. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 publik hüquqi şəxsin 13 iyun 2025-ci il tarixli, 362 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müv ehheti pozulması, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs qarşı edilmiş hüquqazidd hərəkətlər zamanında o, psixisi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. O. öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs görmüş olduğu hadisələri qavramaq və həmin hadisələr barədə düzgün ifadə vermək qabiliyyətindədir. Cinayət işinə əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2011-ci ildə anadan olmuş, ona xx.xx.2019cu il tarixdə ASAN-TOVUZ tərəfindən AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Məhkəmə, dövlət ittihamçısının vəsatətində göstərdiyi halları cinayət işinin materialları və məhkəmədə araşdırılmış sübutlarla müqayisəli şəkildə təhlil edərək, iş üzrə məhkəməyə təqdim edilmiş sübutlar, işin faktiki halları və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham arasında uyğunsuzluq olmasını müşahidə olunduğunu, Təqsirləndirilən şəxs mütəmadi olaraq xx.xx.2025-ci il tarixədək, o cümlədən xx.xx.2025-ci il tarixdə saat 13 radələrində. xx.xx.2025-ci il tarixdə saat 13 radələrində və xx.xx.2025-ci il tarixdə saat 14 radələrində, Tovuz rayonu Qovlar şəhəri, "Gillik" adlanan ərazidə istifadəsində olan "VAZ 2106" markalı, **-GL-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda öz gərilmiş kişi cinsiyyət orqanını xx.xx.2011-ci ildə anadan olmaqla on iki yaşına çatmış, lakin on dörd yaşına çatmayan azyaşlı Zərərçəkmiş şəxs qadın cinsiyyət orqanına, döş nahiyələrinə sürtməklə, həmçinin ağız boşluğuna daxil edib irəli geri hərəkətlər etdirməklə sonuncuya qarşı təkrar seksual xarakterli digər hərəkətlər etməsini nəzərə alır və bu səbəbdən də dövlət ittihamçısının vəsatətinin Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin tələbələrinə uyğun olduğu qənaətinə gəlib vəsatətin təmin edilməsini əsaslı sayır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 318.2-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Həmin Məcəllənin 318.2-1-ci maddəsinə əsasən, bu Məcəllənin 318.2-ci maddəsində nəzərdə tutulmuş qərar çıxarıldıqda, məhkəmə həbsdə saxlanılan təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddətinin müəyyən edilməsi məsələsinə baxmalıdır. Göründüyü kimi, cinayət-prosessual qanunvericiliyin müddəalarına görə dövlət ittihamçısının vəsatəti əsasında təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu əsası ilə cinayət işinə baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarılması imperativ xarakter daşıyır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, dövlət ittihamçısının vəsatəti təmin edilməli, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə cinayət işinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.2 və 318.2-1-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.4.1-ci maddəsi ilə ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Həbsdə saxlanılan Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 02 ay, yəni xx.xx.2026-cı il tarixədək müəyyən edilsin. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar