Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-115/2025 17.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9, müdafiəçi Tovuz Rayon Vəkil Bürosunun vəkili X6, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar oğurlamışdır. Belə ki, o, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs8 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs8 şəxsi məlumatlarını əldə etdikdən sonra 21 oktyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" BOKT MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs8 adına 200 (iki yüz) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaiti istifadəsində olan anası Şahid "xxxx" ASC-də olan 4098-5844-6754-1288 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs8 məxsus 200 (iki yüz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs2 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs2 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 26 noyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs2 adına 500 (beş yüz) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaiti istifadəsində olan anası Şahid "xxxx" ASC-də olan 4098-5844-6754-1288 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 500 (beş yüz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs7 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs7 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 26 dekabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs7 adına 500 (beş yüz) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vaxt istifadəsində olan tanışı X1 "xxxx" ASC-də olan 4098-58**-****-4181 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs7 məxsus 500 (beş yüz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs3 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs3 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində 26 yanvar 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMCnin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs3 adına 250 (iki yüz əlli) manat, xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs3 adına 65 (altmış beş) manat və xx.xx.2025-ci il tarixdə istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMCdən Zərərçəkmiş şəxs3 adına 59 (əlli doqquz) manat məbləğində pul vəsaitlərinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaitləri istifadəsində olan anası Şahid "xxxx" ASCdə olan 4098-5844-6754-1288 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs3 məxsus cəmi 374 (üç yüz yetmiş dörd) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs1 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 28 yanvar 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində, vahid niyyətlə əhatə olunan qəsdlə, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs1 adına 300 (üç yüz) və həmin tarixdə, istintaqa məlum olmayan vaxtda istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs1 adına 65 (altmış beş) manat məbləğində pul vəsaitlərinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaitləri istifadəsində olan anası Şahid "xxxx" ASC-də olan 4098-5844-6754-1288 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus cəmi 365 (üç yüz altmış beş) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs10 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs10 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində 15 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs10 adına 65 (altmış beş) manat, 16 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs10 adına 65 (altmış beş) manat, 16 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs10 adına 250 (iki yüz əlli) manat və 17 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs10 adına 200 (iki yüz) manat məbləğində pul vəsaitlərinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaitləri istifadəsində olan anası Şahid "xxxx" ASC-də olan 4098-5844-6754-1288 nömrəli kart hesabına və tanışı Zərərçəkmiş şəxs10 "xxxx" ASC-də olan 54** **** **** 2065 nömrəli kart hesablarına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs10 məxsus cəmi 580 (beş yüz səksən) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs9 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs9 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra, vahid niyyətlə əhatə olunan qəsdlə, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində 20 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMCnin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs9 adına 65 (altmış beş) manat, 20 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs9 adına 100 (bir yüz) manat və 21 fevral 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMCdən Zərərçəkmiş şəxs9 adına 65 (altmış beş) manat məbləğində pul vəsaitlərinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaitləri istifadəsində olan anası Şahid "xxxx" ASCdə olan 4098-5844-6754-1288 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs9 məxsus cəmi 230 (iki yüz otuz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs4 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 01 mart 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs4 adına 300 (üç yüz) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaiti həmin vaxt istifadəsində olan tanışı Zərərçəkmiş şəxs10 "xxxx" ASC-də olan 54** **** **** 2065 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs4 məxsus 300 (üç yüz) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs5 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 01 mart 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs5 adına 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaiti həmin vaxt istifadəsində olan tanışı Zərərçəkmiş şəxs10 "xxxx" ASC-də olan 54** **** **** 2065 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs5 məxsus 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını gizli olaraq elektron məlumat daşıyıcılarından istifadə etməklə talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs6 adına mobil tətbiq vasitəsi ilə kredit götürməklə həmin vəsaiti oğurlamaq qərarına gəlmiş, bu niyyətlə Zərərçəkmiş şəxs6 şəxsi məlumatlarını işə düzəltmək adı ilə əldə etdikdən sonra 11 mart 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda, yaşadığı Tovuz rayonu Aşağı Öysüzlü kəndində istifadəsində olan mobil telefon vasitəsi ilə sonuncunun şəxsi məlumatlarını onun xəbəri və icazəsi olmadan "xxxx" MMC-nin onlayn rejimdə fəaliyyət göstərən proqramına daxil edərək həmin MMC-dən Zərərçəkmiş şəxs6 adına 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitinin kredit yolu ilə ayrılmasına nail olub həmin vəsaiti həmin vaxt istifadəsində olan tanışı Zərərçəkmiş şəxs10 "xxxx" ASC-də olan 54** **** **** 2065 nömrəli kart hesabına köçürməklə oğurlamış, yəni Zərərçəkmiş şəxs6 məxsus 250 (iki yüz əlli) manat məbləğində pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə təkrar gizli olaraq talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü AR CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxsləri daha əvvəl tanımamışdır. Onları digər şəxslərin vasitəsilə sonradan təsadüfən tanımış, işə düzəltməyi təklif etmişdir. Bunun üçün ittihamda adları göstərilən zərərçəkmiş şəxsləri “SİMA” proqramında qeydiyyatdan keçirmiş, sonra işə düzəltmək üçün guya zəruri hərəkətləri etmək adı ilə onların adından onlayn kredit götürmüşdür. Zərərçəkmişlərin hesabına ayrılmış pulları onların xəbəri olmadan özünün istifadəsində olan başqa karta bank kartının hesabına yönləndirmiş və ələ keçirmişdir. Həmin kartlardan biri anasının adına olsa da həmişə onun özünün istifadəsində olmuş, anasının bu hərəkətlərdən məlumatı olmamışdır. Bu hərəkətləri törətməkdə ona heç kim kömək etməmişdir. Bu üsulu “Youtube” proqramında qarşısına çıxıan videorolikdən öyrənmiş və sonra zərərçəkmiş şəxslərə tətbiq etmişdir. Zərərçəkmiş şəxslərin pullarını oğurlamaq üçün onları aldatmışdır. Elan edilmiş ittihamda olan bütün epizodları qəbul edir, göstərilən hərəkətləri qeyd edilən üsulla törətdiyini etiraf edir. Pulları öz ehtiyaclarına sərf etmişdir. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 26 noyabr 2024-cü il tarixdə görmüş və tanımışdır. Onun Raqiflə heç bir ədavəti, düşmənçiliyi və yaxud qohumluq əlaqəsi olmamışıdır. O, Təqsirləndirilən şəxs keçmiş iş yoldaşı Ruslan Məsdanova görə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs iş yoldaşı Ruslanın tanışı imiş. Ruslan ona demişdir ki, Raqif Qarabağa işləmək üçün adam yığır. O da Ruslanın vasitəsilə telefonla Raqiflə danışmışdır. Raqif onunla telefonda danışan zaman onu işə düzəltmək üçün Tovuz şəhərinə çağırmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində o, Təqsirləndirilən şəxsla görüşmək üçün Tovuz rayonu, Sabir küçəsində, İcra Hakimiyyəti Binasının yaxınlığında görüşmüşdür. Raqif ona demişdir ki, gedib avtomobil keçidinin yanında olan çayxanada oturub çay içək və lazımı sənədləşmə işlərini həll edək. Onlar daha sonra gedib avtomobil keçidinin yaxınlığında yerləşən çayxanada oturmuşlar. Raqif ona demişdir ki, Qarabağda şirkətdə sürücü işləyir, həmin şirkətdə kadrla münasibətləri yaxşıdır və onu da oraya sürücü düzəldəcək, hər ay 1200-1300 manat məbləğində maaş alacaq. O da Raqifin dediyi bu sözlərə inanmış və Raqiflə razılaşmışdır ki, onu da həmin şirkətə sürücü kimi işə düzəltsin. Bundan sonra Raqif ona demişdir ki, onun şəklini çəkərək adına portal açacaq və ümumi stajına baxacaq. Sonra vəsiqəsinin hər iki üzünü və öz şəkillərimi də telefonu ilə çəkmişdir. Həmçinin, Raqif öz telefonunda olan “Sima” proqramı vasitəsilə onu qeydiyyatdan keçirmişdir. Həmin zaman o, Raqifin onun adına kredit götürdüyünü bilmirmiş. Daha sonra onlar Raqiflə sağollaşaraq ayrılmışlar. Raqif onunla görüşdükdən bir neçə gün sonra onunla telefon əlaqəsi saxlamışdır. Raqif ona bildirmişdir ki, stajın az olduğu üçün işə qəbul olunmamışdır. O da bundan sonra Raqifə sağollaşmış və bir daha onunla telefon əlaqəsi qurmamışdır. xx.xx.2025-ci il tarixdə isə onun Tovuz rayonu, Əyyublu kənində yerləşən yaşadığı evinə “Kred Aqro” kredit təşkilatından məktub gəldiyini bilmişdir. O, həmin məktuba açaraq baxan zaman görmüşdür ki, xx.xx.2024-cü il tarixdə onun xəbəri olmadan “Kred Aqro” kredit təşkilatından 500(beş yüz) manat məbləğində kredit götürülüb və ödənilmədiyi üçün keçikməyə düşüb və üzərinə fazi gəlib. O, bundan sonra kredit təşkilatından maraqlanan zaman bilmişdir ki, həqiqətən də onun adına kredit götürülüb və Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Şahid Sucəddin qızına məxsus olan kart hesabına köçürülmüşdür. Zərərçəkmiş şəxs2 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona özünü Qarabağda şirkətdə işləyən şəxs kimi təqdim etmiş və ona demişdir ki, həmin şirkətə sürücü lazımdır. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə özünün və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkmiş, həmçinin onu Sima proqramında qeydiyyatdan keçdirmişdir. Həmin zaman Raqifin onun adına kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Raqiflə Tovuz şəhərində görüşən zaman yanında heç bir şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində bildirmişdir ki, o, hal-hazırda Tovuz rayonu, Çobansığnaq kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvlərimlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Tovuz rayon sakini Təqsirləndirilən şəxs 28 yanvar 2025-ci il tarixdə görmüş və tanımışdır. Onun Raqiflə heç bir ədavəti, düşmənçiliyi və yaxud qohumluq əlaqəsi olmamışıdır. O, Təqsirləndirilən şəxs bibisi oğlu X2 görə tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs bibisi oğlu Bahadurun iş yoldaşı olub. Bibisi oğlu da ona demişdir ki, Raqif Qarabağa işləmək üçün adam yığır. O da Bahudurun vasitəsilə telefonla Raqiflə danışmışdır. Raqiflə onunla telefonda danışan zaman onu xx.xx.2025-ci il tarixdə Tovuz rayon İcra Hakimiyyətinin binası yerləşən küçədə görüşməyə çağırmışdır. O da həmin günü saat 20 radələrində Raqif adlı şəxslə görüşmək üçün Tovuz şəhəri, Sabir küçəsinə gəlmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxsla görüşmüşdür. Raqiflə bir qədər söhbət etmiş, Raqif ona bildirmişdir ki, özü Ağdamda şirkətdə işləyir, həmin şirkətə xeyli sayda işçi qüvvəsi lazımdır. O, Raqifin dedikləri sözlərə inanmışdır. Bundan sonra Raqif ona demişdir ki, onun şəklini çəkərək adına portal açacaq. Bundan sonra vəsiqəsinin hər iki üzünü və öz şəkillərini də öz telefonu ilə çəkmişdir. Həmin zaman o, Raqifin onun adına kredit götürdüyünü bilmirmiş. Daha sonra Raqif ona demişdir ki, 80 manat pul lazımdır. Həmin pulla polisdən məhkumluq haqqında arayış və xəstəxanadan sənəd almaq üçün lazımdır. xx.xx.2025-ci il tarixdə Raqif onu yenidən Tovuz rayonuna çağıraraq guya vəsiqəsinin sistemə oturmadığını demiş və onun yenidən şəkillərini çəkmiş və yenidən vəsiqəsinin hər iki üzünü çəkmişdir. Sonra o, Raqiflə danışıb razılaşmış və ona demişdir ki, heç bir problem yoxdur. Bundan 2-3 gün sonra Raqif onunla yenidən əlaqə saxlamış və ona demişdir ki, guya yenə sistemdə problem yaranıb və onun şəkillərini yenidən çəkmişdir. Sonra onlar Kapital Bankın qarşısında yerləşən çayxanada oturaraq bir qədər çay içmişlər Həmin zaman Raqif ona demişdir ki, səni tezliklə işə çağıracaqlar, vaxt keçdikcə də maaş artacaq. Həmçinin ona demişdir ki, fevral ayının 15-dən sonra işlər başlayacaq. O, Raqiflə bir qədər söhbət etdikdən sonra ondan ayrılmışdır. Daha sonra o, bir neçə dəfə Raqiflə əlaqə saxlamaq istəsə də, Raqif onun zənglərinə cavab verməmişdir. O, 06 fevral 2025-ci il tarixdə kredit götürmək üçün "xxxx" a müraciət etmişdir. Həmin zaman ona demişlər ki, "xxxx" MMC-dən onun adına xx.xx.2025-ci il tarixdə və xx.xx.2025-ci il tarixdə kredit götürülmüşdür. O, həmin zaman bilmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq Tovuz şəhərinə çağıran zaman adına 65 manat və 300 manat məbləğində kredit götürüb, bildirimişdir ki, onun Raqifin gördüyü işlər barəsində heç bir məlumatı olmamışdır. O, Raqifin onun adına kredit götürdüyünü də bilməmişdir. Sadəcə olaraq Raqif onu işə düzəltmək adı ilə özünün və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkmişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs ona ümumilikdə 445 manat məbləğində maddi ziyan vurmuşdur. Zərərçəkmiş şəxs1 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona özünü Ağdamda şirkətdə işləyən şəxs kimi təqdim etmiş və ona demişdir ki, həmin şirkətə işçi qüvvəsi lazımdır. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə özünün və şəxsiyyət vəsiqəsinin şəkillərini çəkmişdir.Həmin zaman Raqifin onun adıma kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Bildirmişdir ki, ilk dəfə yəni xx.xx.2025-ci il tarixdə Raqiflə görüşən zaman yanında həmkənlisi Rəsul İsayev olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qonşusu X3 görə tanımışdır. Fikrət ona demişdir ki, bir nəfər şəxs var Ağdam rayonunda işə düzəldir, aylıq da 1250 manat pul alırsan. O da Fikrətlə razılaşmış və 24 yanvar 2025-ci il tarixdə birlikdə Tovuz şəhərinə gəlmişdir. Onlar şəhərdə “Gümbəz” adlı yeməkxanada oturub çay içmiş və həmin zaman Fikrət onu Raqiflə tanış eləmişdir. Tanışlıq əsnasında Raqif ona demişdir ki, şirkətdə işləyir, həmin şirkət Türk şirkətidir. Şirkət Qarabağda yol çəkir, bunun üçün də işləməyə adam yığırlar. İşlədiyi işin qarşılığında isə 1250 manat pul alacaqsan. Raqif ona həmin zaman demişdir ki, səndən 50 manat şirinlik alacam. O isə Raqifə demişdir ki, onu işə düzəltdikdən sonra sənə 50 manatı da verəcəm, bir qonaqlıq da verəcəyəm. Həmin zaman Raqif telefonla kiminləsə əlaqə saxlamış, dediyinə görə türklərlə danışırmış. Raqif ona demişdir ki, ona deyiblər ki, onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib onlara atmaq lazımdır. Bundan sonra Raqif şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. Sonra Raqif onun yanında Fikrətin də üz şəklini çəkmişdir. Həmin vaxt Raqif ona demişdir ki, sənin də üzünün şəklini çəkib atmaq lazım olacaq. Lakin həmin günü Raqif onun üz şəkillərini çəkməmişdir. Sonra onlar sağollaşmış və Fikrətlə birlikdə yaşadıqları kəndə getmişlər. Daha sonra 26 yanvar 2025-ci il tarixdə Raqif ona zəng edərək bildirmişdir ki, onun şəklini istəyiblər, 14 fevral 2025-ci il tarixdə iş başlayır, ona görə lazımdır. O, Raqiflə danışdıqdan sonra həmin tarixdə Raqiflə görüşmək üçün Tovuz şəhərinə gəlmiş, həmin zaman o, Raqiflə görüşməyə tək gəlmişdir. O, Raqiflə İcra hakimiyyətinin binasının yanındakı dayanacaqda görüşmüşdür. Raqif ona demişdir ki, türklər onun üzünün şəklini istəyir, şəkil olandan sonra işə qəbul olunacaq. O da bundan sonra Raqiflə razılaşmışdır. Raqif də öz telefonu çıxardaraq guya ki, işlə bağlı onu qeydiyyatdan keçirmək adı ilə onun üz şəklini çəkmişdir. Raqif onun şəklini çəkdikdən sonra demişdir ki, şəklini türklərə atmışam, fevral ayının 14-də iş başlayacaq, xəbər edəcəm, gəlib işləyərsən. Daha sonra sonra o, Raqiflə sağollaşmış və çıxıb yaşadığı kəndə getmişdir. O, 4-5 gündən bir Raqiflə telefon əlaqəsi saxlayırmış. O, Raqiflə danışan zaman ona hər dəfəsində deyirmiş ki, yaxın günlərdə iş başlayacaqdır. O, daha sonra Fikrət Alıyevlə danışan zaman Fikrət ona demişdir ki, Təqsirləndirilən şəxs vətəndaşları aldadaraq adına kredit götürüb, bunun üçün də onu polis əməkdaşları tutublar. Bundan sonra o da baş vermiş hadisə ilə əlaqədar olaraq 11 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. O daha sonra Tovuz şəhərində yerləşən “Access Bank” a müraciət etmiş və orada bilmişdir ki, adına 59(əlli doqquz), 65(altmış beş) və 250(iki yüz əlli) manat məbləğində kredit götürülüb. O da həmin zaman bilmişdir ki, Təqsirləndirilən şəxs onu işə düzəlmək adı ilə aldaradaq onun xəbəri və icazəsi olmadan adına kredit götürübdür. Bununla da ona ümumilikdə 374 (üç yüz yetmiş dörd) manat məblğində maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, o, həmin kreditləri ödəmədiyi üçün hal-hazıradək həmin kreditlərin üzərinə faizlər gəlmişdir. Zərərçəkmiş şəxs3 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ona özünü yol çəkən şirkətdə işləyən şəxs kimi təqdim etmiş və həmin şirkət Ağdamda yol çəkəcəklər, bunun üçün də həmin şirkətə sürücü lazımdır. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə Sima proqramından qeydiyyatdan keçirmiş, o, həmin zaman Raqifin onun adıma kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs onun adına sima proqramı açaraq qeydiyyatdan keçirdən zaman yanında həmkəndlisi X5 olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə görmüş və tanımışdır. O, həmin tarixdə Tovuz rayonuna həmkəndlisi Saləddinlə birlikdə gəlmişdir. Onlar Kapital bakın qarşısında çayxanada oturub çay içən zaman adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxs onlara yaxınlaşaraq söhbət etməyə başlamışdır, söhbət əsnasında işlə bağlı söhbət etmişlər. Həmin şəxs onlara bildirmişdir ki, yaxın dostu var işə düzəltməklə bağlı lazımı köməklik edə bilər. Daha sonra isə həmin şəxsin dostu onların yanına gəlmiş və onlar həmin şəxslə iş barəsində söhbət etməyə başlamışlar. Sonradan gələn şəxs adını onlara Rauf kimi bildirmişdir. Sonra isə o, Rauf və həmkəndlisi Saləddin birlikdə söhbət etməyə başlamışdır. Söhbət əsnasında Rauf adlı şəxs onlara bildirmişdir ki, özü şirkətdə işləyir, Gədəbəy rayonun İvnovka kəndində Hərbi yol çəkirlər. Bunun üçün də onlara sürücü lazımdır. Həmin şəxs onlardan işə düzəltmək üçün heç bir məbləğdə pul vəsaiti istəməmiş, lakin bildirmişdir ki, həmin şirkətə işə qəbul olunmaq üçün sima proqramından keçmək lazımdır. Bunun üçün də Sim nömrə lazım oldğunu onlara bildirmişdir. Bundan sonra onlar avtomobil keçidinin yaxınlığında Azercell mağazasından sim nömrə almışlar. Daha sonra isə o və Saləddin Raqif adlı şəxsin yanına qayıtmışlar. Onlar Raqifin yanına qayıtdıqdan sonra isə Raqif adlı şəxs onların nömrələri götürmüş və bildirmişdir ki, nömrə onda qalacaq işə çıxanda həmin nömrələri onlara qaytaracaq. Bundan sonra isə Rauf adlı şəxs onlara məxsus nömrələri öz telefonuna taxmış və onu Sima proqramı vasitəsilə qeydiyyatdan keçirmişdir. Daha sonra isə Raqif adlı şəxs demişdir ki, polisdən məhkumluq haqqında arayış alacaq. Bundan 15 dəqiqə sonra isə telefona mesaj gəldiyini və onun heç bir məhkumluğu olmadığını demişdir. Daha sonra isə demişdir ki, siz işə qəbul olmusunuz, sizi qeydiyyatdan keçirdəcəm, iş açılan zaman sizi işlə təmin edəcəklər. Həmçinin, onlara bildirmişdir ki, hələki qabaqda bayramlar gəlir, işlər bayramdan sonra başlayacaq. Sonra isə onlar Raqiflə sağollaşmış və yaşadıqları kəndə qayıtmışlar. Onlar Rauf adlı şəxslə daha sonra bir neçə dəfə əlaqə saxlamaq istəsələr də onunla əlaqə saxlaya bilməmişlər. 01 aprel 2025-ci il taxidə isə o, bilmişdir ki, Təqsirləndirilən şəxs onu aldadaraq Sima proqramında qeydiyyatdan keçirdikdən sonra 01 mart 2025-ci il tarixdə onun icazəsi və xəbəri olmadan adına 300 manat məbləğində kredit götürmüşdür. Həmçinin o, daha sonra bilmişdir ki, Raqif onun adına götürdüyü 300 manat pulu 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs10 Sadiq oğlununa məxsus olan bank hesablna köşürmüşdür. Zərərçəkmiş şəxs4 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir, Təqsirləndirilən şəxs onun adına sima proqramı açaraq qeydiyyatdan keçib, adına kredit götürərkən yanında həmkəndlisi Saləddin olmuşdur. Təqsirləndirilən şəxs onunla söhbət edən zaman ona demişdir ki, səni işə düzəldəcəyəm, lakin Raqif onun adına kredit götürəcəyi barəsində ona heç bir söz deməmişdir. Yəni ki, Raqif onun xəbəri və icazəsi olmadan "xxxx" BOKT MMC-dən 300 manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 öz ifadəsində bildirmişdir ki, Tovuz rayon sakini Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdə görmüş və tanımışdır. Həmin vaxta qədər onun həmin şəxslə heç bir münasibəti olmamışdır. O, həmin tarixdə Tovuz şəhərinə həmkəndlisi Ramizlə birlikdə gəlmişdir. Onlar Kapital bakın qarşısında çayxanada oturub çay içən zaman adını bilmədiyi, lakin üzdən tanıdığı bir nəfər şəxs onlara yaxınlaşaraq söhbət etməyə başlamışdır, söhbət əsnasında işlə bağlı söhbət etmişlər. Həmin şəxs onlara bildirmişdir ki, yaxın dostu var işə düzəltməklə bağlı lazımı köməklik edə bilər. Daha sonra isə həmin şəxsin dostu onların yanına gəlmiş və onlar həmin şəxslə iş barəsində söhbət etməyə başlamışlar. Sonrada gələn şəxs adını onlara Rauf kimi bildirmişdir. Sonra isə o, Rauf və həmkəndlisi Ramizlə birlikdə söhbət etmişlər. Söhbət əsnasında Rauf adlı şəxs onlara bildirmişdir ki, özü şirkətdə işləyir, Gədəbəy rayonun İvnovka kəndində hərbi yol çəkirlər. Bunun üçün də onlara sürücü lazımdır. Həmin şəxs onlardan işə düzəltmək üçün heç bir məbləğdə pul vəsaiti istəməmiş, lakin bildirmişdir ki, həmin şirkətə işə qəbul olunmaq üçün sima proqramından qeydiyyatdan keçmək lazımdır. Bunun üçün də Sim nömrə lazım olduğunu onlara demişdir. Bundan sonra onlar avtomobil keçidinin yaxınlığında yerləşən Azercell mağazasından Azercellə məxsus mobil telefon nömrəsi almışlar. Daha sonra isə o və Ramiz, Rauf adlı şəxsin yanına qayıtmışlar. Onlar onun yanına qayıdıqdan sonra isə həmin şəxs onların nömrələri götürmüş və bildirmişdir ki, nömrə onda qalacaq işə çıxanda həmin nömrələri onlara geri qaytaracaq. Bundan sonra isə həmin şəxs onlara məxsus nömrələri öz telefonuna taxmış və onu öz telefonu vasitəsilə Sima proqramından qeydiyyatdan keçirmişdir. Daha sonra isə o, onlara demişdir ki, sizi polisdən məhkumluğunuz olub-olmaması ilə bağlı arayış alacağam. Bundan 15 dəqiqə sonra isə telefona mesaj gəldiyini və onun heç bir məhkumluğunun olmadığını demişdir. Daha sonra isə bildirmişdir ki, siz işə qəbul olmusunuz, sizi qeydiyyatdan keçirdəcəm, iş açılan zaman sizi Gədəbəy rayonu, İvanovka kəndində çağıraraq işlə təmin edəcəklər. Həmçinin onlara bildirmişdir ki, hələki qabaqda bayramlar gəlir, işlər bayramdan sonra başlayacaq. Sonra isə onlar onunla sağollaşmış və yaşadıqları kəndə qayıtmışlar. Onlar Rauf adlı şəxslə daha sonra bir neçə dəfə əlaqə saxlamaq istəslər də onlar onunla əlaqə saxlaya bilməmişlər. 01 aprel 2025-ci il tarixdə “Yelo Bank”da işləyən Ehtiram adlı tanışından adına kredit olub-olmamasını yoxlamağını istəmişdir. Həmin günü həmkəndlisi Ehtiram ona bildirmişdir ki, adına 250 manat kredit götürülüb və adına keçikmə var. O, həmin zaman bilmişdir ki, 01 mart 2025-ci il taxidə özünü ona Rauf adı ilə tanıdan şəxs əslində Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxsdur və onu aldadaraq Sima proqramında qeydiyyatdan keçirdikdən sonra onun şəxsi məlumatlarını özündə saxlayaraq onun xəbəri və icazəsi olmadan 01 mart 2025-ci il tarixdə adıma 250 manat məbləğində kredit götürmüşdür. Zərərçəkmiş şəxs5 ona verilmiş əlavə suallara cavab olaraq bildrimişdir ki, Təqsirləndirilən şəxs ona özünü yol çəkən şirkətdə işləyən şəxs kimi təqdim etmiş və ona demişdir ki, həmin şirkət Gədəbəyə yol çəkəcəklər, bunun üçün də həmin şirkətə sürücü lazımdır. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə Sima proqramından qeydiyyatdan keçirmiş, o, həmin zaman Raqifin onun adına kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs onun adına sima proqramı açaraq qeydiyyatdan keçirdən zaman yanında həmkəndlisi Ramiz olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 3 ay bundan əvvəl tanımışdır. Təqsirləndirilən şəxs özünü ona “Tekven” şirkətinin sahə rəisi kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs əvvəllər ona bildirmişdir ki, işə düzəltməklə bağlı nə olsa həll edə bilər. O, Raqiflə bir neçə dəfə danışmışdır. 7 mart 2025-ci il tarixdə o, Raqiflə danışan zaman ona demişdir ki, öz adına “Sim” nömrə alarsan. O da bundan sonra gedib özü üçün “Azercell”dən ***-***-**-** mobil telefon nömrəsi almışdır. Sonuncu dəfə isə Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə ona zəng edərək bildirmişdir ki, Tovuz rayon Mərkəzi xəstəxanasının yanına gəl və sənədlərini özünlə birlikdə gətir. Daha sonra isə o, Raqiflə danışdıqdan sonra 11 mart 2025-ci il tarixdə saat 09:30 radələrində Tovuz rayon Mərkəzi xəstəxanasının yanına getmişdır. O, həmin zaman Raqiflə görüşməyə qardaşı Abdıyev Fəridlə birlikdə getmişdir. Raqifin orada olduğunu görmüş və onunla görüşərək bir qədər söhbət etmişlər. Raqiflə görüşdükdən sonra mərkəzi xəstəxananın qarşısında yerləşən çayxanada oturaraq çay içmişlər. Çayxanada oturan zaman Raqif ona bildirmişdir ki, Tekven şirkəti Şəmkir-Qazax rayonları arasında hərbi üçün yol çəkəcəkdir. Deməsinə görə onu da həmin şirkətə fəhlə olaraq işə düzəldəcəkdir. Həmçinin, Raqif ona bildirmişdir ki, işə düzəldikdən sonra hər ay 1400 manat məbləğində pul alacaq. O da Raqiflə razılaşmışdır. Daha sonra Raqif ona bildirmişdir ki, işə düzəlmək üçün adına Sima proqramı açılmalıdır. Raqif daha sonra özünə məxsus olan telefonla Sima proqramı açmış və ona üzünü telefona yaxınlaşdırmağını istəmişdir. Daha sonra isə onu Sima proqramından qeydiyyatdan keçirmişdir. Sonra isə Raqifin öz telefonunda hansı əməliyyatları etdiyini bilməmişdir. Həmin zaman Raqif onun şəxsiyyət vəsiqəsinin və aldığı mobil telefon nömrəsini götürərək özündə saxlamışdır. Raqif sonra ona demişdir ki, nömrəyə link gələcəkdir. Telefon nömrəsini bunun üçün özündə saxladığını bildirmişdir. Sonra isə Raqif ona demişdir ki, link gələsidir, link gəlmədiyi üçün Raqif demişdir ki, o, Gəncə şəhərinə getməlidirm. Onlar daha sonra sağollaşmışlar. Raqif ona həmin zaman bildirmişdir ki, sənədlərini xəstəxananın yanında olan Ailəm marketə verəcəyək. Sonra isə o, Raqiflə bir neçə dəfə telefon əlaqəsi saxlamış, Raqif isə ona bildirmişdir ki, qeydiyyatdan keçmisən narahat olma. Mart ayının axırı isə səni Bakı şəhərinə çağıracaqlar. Daha sonra isə o, Raqiflə telefon əlaqəsi saxlamaq istəsə də Raqif onun zənglərini açmamışdır. Sonra isə 10 mart 2025-ci il tarixdə evdə olan zaman oğlu kompyuterdə baxan zaman ona demişdir ki, adına 250 manat məbləğində "xxxx" MMC-də kredit var. O da həmin zaman bilmişdir ki, 11 mart 2025-ci il tarixdə o, Raqiflə görüşən zaman Raqif onun şəxsi məlumatlarını ələ keçirib və onun adına kredit götürübdür. Xahiş etmişdir ki, Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülsün. Zərərçəkmiş şəxs6 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, həmin tarixdə Təqsirləndirilən şəxsla görüşən zaman onların yanında qardaşı Fərid olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə görmüş və tanımışdır. Belə ki, onun Təqsirləndirilən şəxsla tanışlığı iş yoldaşı Məstanov Ruslana görə olmuşdur. Ruslan Məstanov ona bildirmişdir ki, yaxın bir tanışı var, işi olmayan adamlara işə düzəltməklə bağlı köməklik edir. Həmin zaman Ruslan Məstanov ona Raqif adlı tanışının nömrəsini vermişdir. O, telefon vasitəsilə Raqiflə adlı şəxslə əlaqə saxlamışdır. Daha sonra o, xx.xx.2024-cü tarixdə yaşadığı Daşkəsən rayon Alunitdağ qasəbasindən çıxaraq Tovuz rayonuna gəlmişdir. Həmin tarixdə saat təxminən 10:30 radələrində o, Tovuz şəhərinə gəlib çatmışdır. O, Təqsirləndirilən şəxsla Tovuz rayon avtovağzalının yanında görüşmüş və onlar oradan maşın keçidinin yanına doğru getmişlər. Həmin zaman Raqif qırmızı rəngli VAZ 2107 markalı avtomobil ilə gəlmişdir. O, Raqifin avtomobilində əyləşmiş, Raqif onunla bir qədər söhbət etmiş və ona bildirmişdir ki, "Tekfen" inşaata səni sürücü kimi işə düzəldəcəyəm ayda 1300 manat məbləğində pul alacaqsan. Həmin iş yeri isə dediyinə görə Ağdam rayonu ərazisində yerləşirmiş. Daha sonra Raqif ona demişdir ki, həmin işlə bağlı səni “Sima” proqramından qeydiyyatdan keçirdəcəm və səni orada işə qeydiyyata alacaqlar. O da həmin zaman Raqiflə razılaşmışdır. Bundan sonra Raqif öz telefonunda onu “Sima” proqramından qeydiyyatdan keçirdərək telefonu onun üzünə tutmuş və onun üz simasını götürmüşdür. Raqif ona demişdir ki, səni işlə bağlı qeydiyyatdan keçirtdim. Həmin zaman Raqif ondan heç bir nağd pul almamış, həmçinin, o da Raqifin onun adına hər hansı bir məbləğdə kredit götürdüyünü bilməmişdir. Daha sonra isə ona demişdir ki, sənin barəndə məhkumluq haqqında arayış onlayn formada götürəcəyəm. Bildirmişdir ki, sənə bununla bağlı kod gələcək həmin kodu da mənə göndərərsən. Onların bu proses təxminən yarm saat davam etmişdir. Baş verən bütün hadisələrin hər biri Təqsirləndirilən şəxs məxsus olan qırmızı rəngli VAZ 2107 markalı avtomobildə olmuşdur. Sonra Raqif ona bildirmişdir ki, fevral ayının 5-10 arası hamımız birlikdɔ işləmək üçün gedəcəyik. O da Raqiflə razılaşmış və onun yanından ayrılmış və yaşadığı Daşkəsən rayonun qayıtmışdır. 2025-ci ilin fevral ayının əvvəllərində isə onun yaşadığı ünvana “Kred Aqro” adlı bank olmayan kredit təşkilatından məktub gəlmişdir. O, həmin məktuba baxan zaman bilmişdir ki, onun adına xx.xx.2024-cü il tarixdə 500(beş yüz) manat məbləğində kredit götürülüb. Həmin kredit ödənilmədiyi üçün isə onun üzərinə faiz gəlmişdir. O, bundan sonra bilmişdir ki, xx.xx.2024-cü il tarixində Tovuz şəhərinə gələn zaman Təqsirləndirilən şəxs onun adına Sima proqramından keçərək kredit götürmüşdür. Həmin zaman isə o, bununla bağlı DİN-in 102 zəng xidmətinə zəng etmişdir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs sikayətçidir, Raqifdən onun adına götürdüyü kreditin ödənilməsini istəyir. Əks təqdirdə isə onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmişdir. Zərərçəkmiş şəxs7 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, həmin zaman Raqifin onun adına kredit götürməsi barəsindɔ heç bir məlumatı olmamışdır. O, bununla bağı kredit şirkətindən evinə məktub göndərilən zaman xəbəri olmuşdur. Təqsirləndirilən şəxs onun adına Sima proqramı açaraq qeydiyyatdan keçib adına kredit götürərkən onardan əlavə yanlarında heç bir şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 öz ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayının ortalarından tanıyır, belə ki, onun yaşadığı evin yanında yerləşən fermasında işləyən zaman tanımışdır. Həmçinin, həmin fermaya işləmək üçün Raqifdən başqa anası Şahid və arvadı Nuranə də gəlib-gedirmişlər. Həmin zaman Raqif dediklərinə görə ağ ciyarından xəstə imiş. Onlar orada işləyən zaman Raqif və onun ailəsi ilə onun və həyat yoldaşı Pərvanə Əkbərovanın da yaxşı münasibəti var imiş. Onlar fermaya ara-sıra gedib-gələn zaman söhbət əsnasında Raqif bilmişdir ki, onların bir qədər pula ehtiyacları var. Təxminən 21 oktyabr 2025-ci il tarixdə Raqif onlarla söhbət edən zaman demişdir ki, istəyirsənsə sənin adına kredit götürüm. Həmin zaman da onun pula ehtiyacı olduğu üçün Raqifə demişdir ki, əgər adına kredit götürmək olursa, kredit götürsün. Bundan sonra Raqif bildirmişdir ki, sənin adına kart almaq lazımdır. O da Raqiflə bildirmişdir ki, o, 3-cü qrup əlildir, adına hər ay 150 manat pensiya köçür, istəyirsənsə həmin kartı verim. Raqif isə demişdir ki, xeyir, həmin karta görə kredit verməyəcəklər. Sonra isə Raqif demişdir ki, gedib Tovuz şəhərindən “Uni bank”dan yeni kart sifariş edib götürək. Sonra isə o, Raqiflə birlikdə “Uni bank”a getmiş və oradan sifariş etdikləri kartı götürmüşlər. Kartı götürdükdən sonra isə yenidən fermaya geri qayıtmışlar. Fermada olan zaman Raqif özünə məxsus olan telefonla onu “Sima proqramı”ndan qeydiyyatdan keçirmiş və ona məxsus olan şəxsiyyət vəsiqəsinin hər iki üzünü çəkmişdir. Bundan sonra isə Raqif həmin zaman ona bildirmişdir ki, sənin adına gecikmə olub buna görə də sənə kredit düşmür. O da Raqifin dediklərinə inanmış və oradaca söhbət bağlanmışdrı. Həmin zamandan indiyədək isə o, Raqifin onu aldadaraq adına kredit götürdüyünü bilməmişdir. Lakin sonradan telefona gələn mesajda o, bilmişdir ki, 21 oktyabr 2024-cü il tarixdə adına "xxxx" BOKT MMC-dən onun xəbəri və icazəsi omadan 200 manat məbləğində kredit görütürülüb və indiyə kimi üzərinə faiz gəlib və 622 manata olubdur. Xahiş etmişdir ki, ona dəymiş ziyanı ödəməkdə ona köməklik olunsun. Zərərçəkmiş şəxs8 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs o, demişdir ki, onun adına kredit götürsün, həmin zaman onun pula ehtiyacı var imiş, lakin Raqif isə ona demişdir ki, sənə kredit düşmür, ancaq həmin zaman Raqif onu aldadaraq onun xəbəri olmadan 200 manat kredit götürübmüş və həmin krediti də anası Şahid kartına köçürübmüş. Bildirmişdir ki, Təqsirləndirilən şəxs onun adına Sima proqramı açaraq qeydiyyatdan keçirən zaman yanında həyat yoldaşı Pərvanə və Raqifin arvadı Nuranə var imiş. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 öz ifadəsində bildirmişdir ki, o, Tovuz rayon sakini Təqsirləndirilən şəxs 20 fevral 2025-ci il tarixdə görmüş və tanımışdır. Həmin vaxta qədər onun həmin şəxslə heç bir münasibəti olmamışdır. Belə ki, o, yaxın dostu olan Zərərçəkmiş şəxs10 görə Raqifi tanımışdır. Zərərçəkmiş şəxs10 ona söhbət əsnasında bildirmişdir ki, Raqif adlı şəxs var, işə düzəlməklə bağlı lazımı köməklik edir, o da işsiz olduğu üçün Vüqarın dedikləri ilə razılaşmış və Raqiflə danışıb görüşmək qərarına gəlmişdir. Bundan sonra Vüqardan Raqifin nömrəsini almış və özünə məxsus olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə zəng edərək Raqiflə danışmışdır. Raqif ona demişdir ki, Tovuz şəhəri Sabir küçəsində Beynəlxalq bankın yanında görüşək. O, Raqiflə danışdıqdan sonra onunla görüşmək üçün Tovuz şəhərinə gəlmiş və poçtun yanında yerləşən Azercell telefon mağazasının yanında görüşmüşdür. O, Raqiflə görüşdükdən sonra Raqif ona demişdir ki, ilk olaraq işə qəbul olunmaq üçün onun öz adına nömrə almaq lazımdır. O da Raqiflə razılaşmış və Azercell mağazasından Sim mobil telefon nöməsi almışdır. Həmin mobil telefon nömrəsi onun adına alınmışdır, lakin nömrənin neçə saylı telefon nömrəsi olduğu dəqiq yadında deyil. O, mobil telefon nömrəsi aldıqdan sonra Raqiflə birlikdə Beynəlxalq bankın yanında yerləşən çayxanaya gedərək orada oturmuşdur. Həmin zaman onların yanında əlavə olaraq heç bir şəxs yox imiş. Onlar orada oturan zaman Raqif onunla söhbət etməyə başlamış Raqif ona bildirmişdir ki, onu öz işlədiyi Gədəbəydə yerləşən “Tekven” şirkətinə mühafizə xidmətinə müdir düzəldəcəkdir. O da Raqifin dediklərinə inanmış və onunla razılaşmışdır, bundan sonra Raqif öz telefonu vasitəislə onu “Sima” proqramından qeydiyyat keçirdəcəyini demişdir. O, Raqiflə razılaşdıqdan sonra Raqif onu özünə məxsus olan mobil telefon vasitəsilə qeydiyyatdan keçirmişdir. Həmçinin, onun şəxsiyyət vəsiqəsinin hər iki üzünün şəkillərini də çəkmişdir. Daha sonra Raqif ona demişdir ki, sənin polisdən məhkumluğunun olub-olmaması ilə bağlı arayış alacağam. Daha sonra isə Raqif ona demişdir ki, heç bir problem yoxdur. Sənin sənədlərini şirkətə təqdim edəcəm və qəbul olub-olmamağınla bağlı sənə məlumat verəcəyəm. O da Raqiflə razlaşmış və daha sonra ondan ayırlaraq yaşadığı kəndə getmişdir. Bir müddət sonra isə dostu Vüqar ona zəng edərək Raqifin dələduz olduğunu və bir neçə nəfər şəxsin adına kredit götürdüyünü demişdir. O da bundan sonra dostu Vüqarın yanına gəlmiş və onunla Tovuz şəhərnində görüşərək “UNİ Banka” getmişdir. Orada adlarına kreditin olub-olmamsını örgənmişlər. Həmin zaman o, bilmişdir ki, Raqif onu işə düzəltmək adı ilə aldadaraq xx.xx.2025-ci il tarixdə 65 və 100 manat, xx.xx.2025-ci il tarixdə isə yenidən 65 manat məbləğində kredit götürmüşdür. Bildirmişdir ki, Raqifin onun adına kredit götürdüyündən onun xəbəri olmamışdır. Yalnız sonrada Vüqarın ona dediklərindən və banka gedib yoxlatdırdıqdan sonra onun xəbəri olmuşdur ki, Raqif onun adına ümumilikdə 230 manat məbləğində kredit götürərək öz hesabına köçürmüşdür. Bankdan ona tez-tez zənglər gəldiyi üçün və adına götürülmüş kreditin üzərinə faizi gəldiyi üçün yaxınlarımdan borc alaraq 100(bir yüz) manat məbləğində krediti Tovuz şəhəri, Həzi Aslanov küçəsində yerləşən Bravo marketdə quraşdırılmış Milliön ödəmə terminalı vasitəsilə ödəmişdir. Həmin çekləri isə Tovuz RPŞnin İstintaq Bölməsinə təqdim etmişdir. Xahiş etmişdir ki, ona dəymiş ziyanı ödəməkdə ona köməklik edilsin. Zərərçəkmiş şəxs9 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs özünü ona yol çəkən şirkətdə işləyən şəxs kimi təqdim etmiş və ona demişdir ki, həmin şirkət Gədəbəyə yerləşir və onu həmin şirkətə mühafizə rəisi kimi düzəldəcəkdir. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə Sima proqramından qeydiyyatdan keçirmiş, o, həmin zaman Raqifin onun adına kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs onun adına sima proqramı açaraq qeydiyyatdan keçirdən zaman yanında Raqifdən başqa heç bir şəxs olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 öz ifadəsində bildirmişdir ki, o, hal-hazırda Tovuz şəhəri İ.Mürşüdov küçəsində qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, lakin buna baxmayaraq Öysüzlü pavarotu deyilən ərazidə meyvə-tərəvəz dükanı işlədir, bununla da ailəsinin normal dolanışığını təmin edir. Qeyd etmişdir ki, o, Tovuz rayon sakini Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır, belə ki, o, işlədiyi meyvə-tərəvəz dükanına Raqif və onun yoldaşı tez-tez gəlib-getdiyi üçün tanıyırmış. Sonuncu dəfə isə 13- 15 fevral 2025-ci il tarixlərdə Raqif onun mağazasından al-ver edən zaman onunla söhbət etməyə başlamış və ona söhbət əsnasında bildirmişdir ki, o, Qarabağda işləyir. Onun işlədiyi şirkət “Tekven” şirkətidir, və həmin şirktə xeyli sayda işci qüvvəsi lazımdır. O, Raqifin dedikləri sözlərə inanmış və Raqifə demişdir ki, əgər elə bir iş varsa onu da oraya işə düzəltsin. O, Raqifin dedikləri ilə razılaşdıqdan sonra Raqif ona demişdir ki, səni asanlıqla oraya işə düzəldə bilərəm. Bundan sonra isə Raqif ondan şəxsiyyət vəsiqəsini istəmiş və ona demişdir ki, səni Sima proqramı vasitəsilə qeydiyyatdan keçirdəcəyəm. O da Raqiflə razılaşmış və özünə məxsus olan şəxsiyyət vəsiqəsinin şəkillərini Raqifə gönərmişdir. Raqif ona demişdir ki, Sima proqramından qeydiyyatdan keçmək həm işə düzəlmək üçün, həm də polisdən məhkumluq haqqında arayış almaq üçün lazımdır. O, əvvəlcə də belə bir işdə işlədiyi üçün Raqifin elədikləri ilə onun yadında qaldığı işlərin üstüstə düşdüyü üçün o, Raqifə daha da çox inanmışdır. Raqif onu Sima proqramında qeydiyyatdan keçirdikdən sonra o, Raqifə demişdir ki, bax birdən nəsə problem yaradarsan. Sonra aramızda problem yaranar, həmin zaman Raqif ona demişdir ki, narahat olma heç bir problem olan deyil. Daha sonra isə Raqif ona demişdir ki, səndə heç bir problem yoxdur. Sənin sənədlərini şirkətə təqdim edəcəm və qəbul olub-olmamağınla bağlı sənə məlumat verəcəyəm. Sonra isə Raqif ona demişdir ki, sənə hesab kartı da lazımdır, sən işə başlayanda həmin karta pul köçürdəcəklər. O, Raqiflə razılaşmış və Raqif ona demişdir ki, sənə “Uni Bank”dan Leo kart sifariş edirəm. Bundan sonnra Raqif ona Leo kart sifariş etmişdir. 17 fevral 2025-ci il tarixdə o, Raqiflə “Uni Bank”ın qarşısında görüşmüş və Raqifin onun üçün sifariş etdiyi “Uni Bank”a məxsus olan Leo kartı götürmüşdür. O, kartı götürdükdən sonra Raqif ondan həmin kartı istəmiş və demişdir ki, kartı sistemdə qeydiyyata alacam və maaş həmin karta köçəcək. O da bundan sonra kartı Raqifə vermiş, Raqif də həmin kartla öz telefonunda hansı əməliyyatları etməsindən xəbərim olmamışdır. Sonra isə Raqif onunla sağollaşmış və ona demişdir ki, tez bir zamanda səninlə əlaqə saxlayacağam. O da işə tələsdiyi üçün ondan ayrılıb işlədiyi yerə getmişdir. Təxminən 2025-ci ilin mart ayının sonlarında o, Raqiflə telefon əlaqəsi saxlamaq istəsə də Raqif onun heç bir zəngini açmamışdır. O da yaxını olan tanışları vasitəsilə banka müraciət etmiş və adına hər hansı bir əməliyyatın olub-olmamasını maraqlanmaq istəmiş və o, həmin zaman bilmişdir ki, onun adına müxtəlif kredit təşkilatlarından xx.xx.2025-ci il tarixdə 65 manat, xx.xx.2025-ci il tarixdə 65 manat, xx.xx.2025-ci il tarixdə 250 manat, xx.xx.2025-ci il tarixdə isə 200 manat məbləğində kredit götürülmüşdür. Bununlada ümumilikdə onun adına 580 manat məbləğində kredit götürmüşdür. O, həmin zaman bilmişdimr ki, Təqsirləndirilən şəxs 15 fevral 2025-ci il tarixdən 17 fevral 2025-ci il tarixlərdə olan müddət ərzində onu işə düzəltmək adı ilə aldadaraq onun adına 580 manat məbləğində kredit götürmüşdür. O, krediti götürüldüyünü bilən zaman adına götürülmüş kreditlərin üzərinə faizlərin gəldiyini bilmişdir. Onun adına kecikmə düşməsin deyə adına götürülmüş kreditləri xx.xx.2025-ci il tarixdə Tovuz şəhəri, Sultan marketdə quraşdırılmış Mpay ödəmə terminalı vasitəsilə ödəmiş, həmin zaman adına götürülmüş 580 manat olan kredit 729 manat olmuşdur. Həmin çekləri isə Tovuz RPŞ-ni İstintaq Bölməsinə təqdim etmişdir. Bildirmişdir ki, o, Təqsirləndirilən şəxs onun adına götürdüyü 580 manat kreditin faizi ilə birlikdə, yəni 729 manat məbləğin ödənilməsində ona köməklik olunsun. Zərərçəkmiş şəxs10 Sadiq oğlu ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun adı ilə “Uni Bank” dan Leo kart sifariş etmiş, həmin kartı isə o, Raqiflə birlikdə xx.xx.2025-ci il tarixdə “Uni Bank” dan götürmüşdür. Raqif həmin kartla öz telefonunda dediyinə görə işlə bağlı bir neçə əməliyyat etmiş, lakin onun heç bir xəbəri olmamışdır. Sonra Raqif kartı ona vermiş, kart onda qalmışdır. Lakin kart onda olsa da o, həmin kartdan heç bir vaxt istifadə etməmişdir. 2025-ci il iyun ayının əvvəllərində ona Uni Bankdan zəng etmişlər və ona demişlər ki, sizin adınıza olan Leo kartdan 4000(dörd min) manatdan çox əməliyyat olunub. O isə onlara bildirmişdir ki, həmin kartdan o, heç bir əməliyyat etməmişdir. Daha sonra o, Tovuz şəhərində yerləşən “Uni Bank”a getmiş və oradan kartın çıxarışını əldə etmiş və görmüşdür ki, həmin kartdan xeyli sayda əməliyyat olunub. Bildirmişdir ki, “Uni Bank”da olan Leo kart onun adına olmasına baxmayaraq o, həmin kartdan istifadə etməmişdir. Lakin həmin kartın rekvizitlərini Təqsirləndirilən şəxs özündə saxladığı üçün kartla edilən bütün əməliyyatları onun etdiyini bilir. Təqsirləndirilən şəxs ona özünü Qarabağda yerləşən “Tekven” şirkətdə işləyən şəxs kimi təqdim etmiş və ona demişdir ki, həmin şirkətə işçi qüvvəsi lazımdır. Həmin zaman o, Raqifə inanmış və Raqif onu işə düzəltmək adı ilə Sima proqramından qeydiyyatdan keçirmiş, şəxsiyyət vəsiqəsinin şəkillərini götürmüş, həmçinin “Uni Bank”dan Leo kart sifariş edərək həmin kartın rekvizitlərini özünə saxlamışdır. O, həmin zaman Raqifin onun adına kredit götürməyini və yaxud götürəcəyini bilməmişdir. Təqsirləndirilən şəxs onun adına Sima proqramı açaraq qeydiyyatdan keçirən zaman yanında Raqifdən başqa heç bir şəxs olmamışdır. Bildirmişdir ki, Raqifin etdiyi bütün proseslər Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən onun işlədiyi meyvə-tərəvəz dükanında baş vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid öz ifadəsində göstəmiş ki, Təqsirləndirilən şəxs onun övladıdır. Raqif hal-hazırda səhətində olan problemlərlə əlaqədar olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayından inidiyə kimi xeyli sayda şəxsi işə düzəltmək adı ilə aladadaraq onların adına kredit görürərək özününküləşdirmişdir. Bildirmişdir ki, şikayət edən şəxslər bildiriblər ki, Raqif onların adına kredit götürən zaman onun "xxxx" bank ASC-də olan 4098-5844-6754-1288 saylı bank kart hesabına köçürmüşdür. Lakin o, "xxxx" bank ASC-də olan 4098-5844- 6754-1288 saylı Leo kartını aldıqdan sonra bir neçə müddət istifadə etmişdir. Ancaq sonradan o, həmin kartı təxminən 3 ildir ki, oğlu Raqifə vermişdir. Həmin zamandan inidiyə kimi də o, həmin kartdan istifadə etməmiş və həmin karta edilən mədaxil və məxaric barəsində heç bir məlumatı olmamışdır. Şahid ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, "xxxx" bank ASC-də olan 4098-5844-6754-1288 saylı bank kartını oğlu Raqifə verdiyi üçün həmin kartdan istifadə etməmiş və həmin karta edilən köçümələr barəsində də heç bir məlumatı olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrinə əsasən, oğurluq, elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə təkrar törədildikdə — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə yuxarıda göstərilən sübutlara əsaslanaraq ittihamda qeyd olunan əməlin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi nəticəsinə gəlmiş, rədd edilməli olan digər sübutlar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməkdə öz təqsirini etiraf etməsi iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyindən ona qarşı ittihamın əsası kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxs ona istinad edilən əməlin törədilməsində iştirak etməməsini, əməlin başqa şəxs (şəxslər) tərəfindən törədilə bilməsini ehtiva edən heç bir hal müəyyən edilməmiş, onun cinayətin törədilməsinə aidiyyəti sübuta yetirilmişdir. Beləliklə, cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirliliyi sübuta yetirilmiş, onun əməli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. İş materiallarında olan: “Qətimkan tədbirinin seçilməsi və şəxsin azad edilməsi haqqında” 19 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Abşeron rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 179.1, 68.1.1-1-ci maddələri ilə təqsirli bilinərək 01 il 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2020-ci ildə cəzasını tam şəkildə çəkdiyi üçün qeydiyyatda çıxarılmışdır. Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz rayonu, Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyindən alınmış xasiyyətnamə və arayışdan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Tovuz rayonu, Aşağı Öysüzlü kəndində pasport qeydiyyatdadır və həmin ünvanda yaşayır, evlidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət- hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsi, əməlindən səmimi peşman olması, himayəsində 2 azyaşlı uşağın olması onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “basqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 17 fevral 2026-cı il tarixdən hesablansın. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi) 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-115/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-115/2025
17.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver