Məhkəmə qərarları › İş №1(062)-118/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-118/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-118/2024 16.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi X3 Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə oğlunun iştirakları ilə xx.xx.1989-cu ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 yanvar 2024-ci il tarixdə, saat 16 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Hyundai Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz şəhəri, X6 küçəsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələbini pozaraq, həmin tələblərə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə riayət etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirib həmin vaxt yolu sağdan sola keçən piyada Zərərçəkmiş şəxs vurmuş və nəticədə ehtiyatsızlıqdan sonuncunun sol diz oynağının posttravmatik artrozu, medial menskin İİİ dərəcəli cırılması, tibio-plato lateralda və fibulanın başının minimal yerdəyişməli sınığı halında qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Yəni, Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən gözəllik salonunda işləyir. Ona məxsus olan “Hyundai-Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili “B” seriyalı sürücülük vəsiqəsi əsasında idarə edir. 18 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində o, idarə etdiyi “Hyundai-Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə övladı Emilyanı Tovuz şəhərində yerləşən müəllim hazırlığı məşğələsinə düşürüb Tovuz şəhəri, Şəhriyar küçəsində yerləşən işlədiyi gözəllik salonuna qayıdırmış. Bu zaman o, Tovuz şəhəri, H.Aslanov küçəsi ilə hərəkət edib Tovuz rayon “Puşkin” adına orta məktəbə getmək üçün Tovuz şəhəri, A.Ə.Rzayev küçəsinə dönmüşdür. Onun həmin küçəyə dönməkdə məqsədi iş yoldaşı idarə etdiyi avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmiş Günel adlı xanımı “Puşkin” adına orta məktəbə düşürəcəkmiş. O, həmin vaxt, yəni 18 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “Hyundai-Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz şəhəri, H.Aslanov küçəsi ilə hərəkət edib Tovuz şəhəri, A.Ə.Rzayev küçəsinə dönüb təxminən 2-3 metr minumum sürətlə hərəkət edirmiş ki, hərəkət yolunun kənarında durmuş bir neçə avtomobillərin arasından qəfil təxminən 14-15 yaşlarında olan bir qız uşağı yola çıxaraq yolu keçmək istəmişdir. Bu zaman həmin Zərərçəkmiş şəxs sol qıç nahiyəsi onun idarə etdiyi “Hyundai-Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfdən ön hissəsinə dəymiş Zərərçəkmiş şəxs isə yerə çökmüş, lakin yıxılmamışdır. O, tez idarə etdiyi avtomobili saxlamış və iş yoldaşı Günel adlı xanımla birlikdə tez avtomobildən düşüb Zərərçəkmiş şəxs qucaqlayıb yerdən qaldırmışdır. Həmin vaxt oradan idarə etdiyi avtomobili ilə keçən bir nəfər tanımadığı gənc oğlan da avtomobilini saxlayıb onlara yaxınlaşmışdır. Onlar birlikdə Zərərçəkmiş şəxs ona məxsus “Hyundai- Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirmişlər. Bu zaman Zərərçəkmiş şəxs onlara özünü yaxşı hiss etdiyini və ondan onu yaşadığı evə aparmağını xahiş etmişdir. O, Zərərçəkmiş şəxs təkidlə onu xəstəxanaya aparıb müayinə etdirməyini təklif etsə də adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs adlı qız uşağı onun təklifini qəbul etməyib onu evlərinə aparmağını tələb etmişdir. O da özünə məxsus “Hyundai-Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili işə salıb X4 şəhəri, H.Aslanov küçəsində yerləşən yaşadıqları evə aparmışdır. O, Zərərçəkmiş şəxs anası Turanəyə təhvil vermişdir. O, həmin gün, yəni 18 yanvar 2024-cü il tarixdə, axşam saat 18 radələrində özünə məxsus avtomobil ilə Zərərçəkmiş şəxs valideynləri ilə birlikdə yaşadığı evdən götürüb Tovuz rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Tovuz rayon X1 Məmmədlinin sol qıç nahiyəsindən rentgen müayinəsi olunmuşdur. Bundan başqa o, həmin gündən başlayaraq demək olar ki, hər gün Nəzrinə baş çəkib ona maddi və mənəvi dəstək olmuşdur. Hazırda törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəməklə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qanuni nümayəndəsi – atası Qanuni nümayəndə iştirakı ilə verdiyi ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. O, xx.xx.2024-cü il tarixdə saat 15:50 radələrində yaşadığı ünvan 3 ünvanında yerləşən evdən çıxmış, ünvan 4rmiş. Yaşadığı dalandan çıxıb yolu keçmişdir. Tovuz rayonu Həzi Aslanov küçəsində yerləşən səki ilə hərəkət edirmiş. Həzi Aslanov küçəsi ilə X6 küçəslərinin kəsişməsində yol bitdiyi üçün təxminən 2-3 saniyə dayanmışdır ki, küçə ilə hər hansı avtomobilin gəlib-gəlməməsinə baxmışdır. Küçə ilə hər hansı avtomobilin gəlməməsindən əmin olub yolun digər tərəfinə keçmək üçün addımlamağa başlamışdır. Bu zaman hiss etmişdir ki, sol ayağının üzərinə avtomobil təkəri çıxmışdır. Bu səbəbdən o, ağrı hiss etmiş və qışqırmışdır. Bu zaman sürücü ayağının üzərində olan avtomobili önə sonra isə arxaya tərəf sürmüşdür. Həmin avtomobilin bu hərəkətləri nəticəsində onun ayağı təkərin altında qalmışdır. Ətrafda olan hadisəni görən şəxslər gəlmişlər və onun ayağını təkərin altından çıxarmışlar. Sonra tanımadığı şəxs onu sözügedən avtomobilə əyləşdirmişdir. Bundan sonra o, bilmişdir ki, qəzanı törədən avtomobilin sürücüsü orada olan adını sonradan bildiyi Təqsirləndirilən şəxsdır. Həmin qadının yanında bir nəfərdə qadın olmuşdur. Təqsirləndirilən şəxs onu avtomobili ilə bir az gəzdirmiş, xəsarət alan ayağına baxmış sonra isə onu yaşadığı evə aparmışdır. O, hadisə barədə valideyinlərinə məlumat verdikdən sonra onlar onu həkimə aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli 8/767 №-li məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsi komisyon məhkəmə tibbi ekspertizasının 16 iyul 2024-cü il tarixli, T 421/ 2024 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər - sol diz oynağının posttravmatik artrozu, oynaqdaxili minimal maye artışı, medial meniskusun arxa buynuzunun İİ dərəcə degenerasiyası, tibial-plateau lateralda və fibulanın başının yerdəyişməyən sınığı halında qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən yaranmış, yaranma müddəti qərarda göstərilən xx.xx.2024-cü ilə uyğun gəlir, avtoqəza zamanı əmələ gəlməsi mümkündür. Dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 697 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2033-cü il tarixədək “BC” kateqoriyalı, BA-442367 №-li sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxsnun adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Hyundai Elantra” markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 85 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar