Məhkəmə qərarları › İş №1(062)-120/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-120/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-120/2024 13.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 13 avqust 2024-cü il tarixdə Tovuz şəhərində, xx xxxxxx 1985-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmayan, Tovuz rayonu Aşağı Mülkülü kəndində yaşayan, Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 26 iyul 2024-cü il tarixdə saat 20:30 radələrində Tovuz rayonu Aşağı Mülkülü kəndində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruqla həmkəndlisi Zərərçəkmiş şəxs sol gözaltı nahiyəsinə bir dəfə qüvvətli zərbə vuraraq sonuncuya sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sol əng, sol almacıq, sol gicgah nahiyələrinin maksillanın ön, lateral, medial divarlarının yerdəyişmiş və yerdəyişməmiş sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında bildirdi ki, Tovuz rayonu Aşağı Mülkülü kəndində şəxsi münasibətlər zəminində mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs yumruqla sifət nahiyəsinə vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Bir daha ona qarşı heç bir qeyri-qanuni hərəkətlər etməyəcək. Odur ki, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi qalmamış, odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin ifadələrini, dövlət ittihamçısının fikrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsi və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. İşin 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 tərəfindən 30 iyul 2024-cü il tarixli 617 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin hematomaları kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və sol əng, sol almacıq, sol gicgah nahiyələrinin maksillanın ön, lateral, medial divarlarının yerdəyişmiş və yerdəyişməmiş sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşin 47-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. İşə əlavə edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsində bu Məcəllənin 127.1, 128, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını və cinayət işinə xitam verilməsi barədə ərizələrini nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə, məhkəmə gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə xitam verilə bilər. Belə olan halda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyrimi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar