Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-120/2025 09.10.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1980-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən, əkilməsi və yetişdirilməsi qanunla qadağan olunmuş çətənə-kannabis bitkisinin toxumlarını qanunsuz əldə edərək yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, xx.xx.2025-ci il tarixdə, saat 16:00 dəqiqədən saat 16:27 dəqiqəyədək olan müddət ərzində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən onun yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə keçirilmiş baxış və axtarış zamanı oradan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin” İİİ Siyahısı ilə müəyyən edilmiş xeyli miqdar təşkil edən, ümumi sayı 12 (on iki) ədəd, ümumi təmiz çəkisi – 2550 qram əkilməsi və yetişdirilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanda yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, taksilik fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. O, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin yay aylarında Tovuz şəhəri, Fariz Ələkbərov küçəsində yerləşən evinin həyatyanı torpaq sahəsində çətənə kolları əkmişdir. Həmin çətənə kolunu öz şəxsi istifadəsi üçün qurutmuş və ondan istifadə etmişdir. 2025-ci ilin yaz aylarında həmin kolların toxumlarından tərkibində narkotik tərkibli bitkilər olan çətənə kollarının çıxdığını görmüşdür. O, həmin kollara aqrotexniki qaydada qulluq edib böyütməyə başlamışdır. Belə ki, həmin bitki kollarını hovuzdan rezin boru ilə su çəkərək suvarmışdır. Həmçinin dibinin alasını yolub təmizləmiş və dırmıqlamışdır. Artıq 3 (üç) aydan artıqdır ki, o, məhlədə olan çətənə kollarına aqrotexniki qaydada qulluq edir. Həmin çətənə kollarının sayı 12 (on iki) ədəddir. Onların boyu təxminən 130 santimetrdən 230 santimetrə qədərdir. 04 iyul 2025-ci il tarixdə, saat 14 radələrində o, yaşadığı evdən çıxıb Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” adlı marketin yaxınlığına getmişdir. Orada olduğu zaman, yəni 04 iyul 2025-ci il tarixdə, saat 14:30-da mülki geyimdə iki nəfər şəxs ona yaxınlaşmışlar. Onlar özlərini polis əməkdaşları kimi təqdim etmiş və onu Tovuz RPŞ-yə dəvət etmişlər. Tovuz RPŞ-də ondan izahat alınan zaman o, narkotik tərkibli bitki kollarını yaşadığı evin həyətyanı torpaq sahəsində əkdiyini etiraf etmişdir. Bundan sonra ona məxsus evə onun iştirakı ilə baxış keçirilmişdir. Həmin vaxt ondan əkib-becərdiyi torpaq sahəsinə baxış keçirməzdən əvvəl həmin torpaq sahəsində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkib-əkmədiyini soruşmuşlar. O, əkib-becərdiyi torpaq sahəsinə əkilibbecərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkdiyini bildirmişdir. Baxış zamanı ona məxsus evin həyatyanı torpaq sahəsindən 12 (on iki) ədəd, uzunluğu 130 santimetrdən 230 santimetrə qədər olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş çətənə-kannabis kolları aşkar edilmişdir. Daha sonra aşkar edilmiş 12 (on iki) ədəd əkilib-becərilməsi qanunla qadağan edilmiş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kolları köklərindən çıxarılaraq 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və həmin ağ zərf Azərbaycan Respublikası DİN-in 177 nömrəli möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, imkan tapdıqca Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsinin sahilinə balıq tutmağa və istirahət etməyə gedir. 2024-cü ilin yay aylarında, dəqiq xatırlamadığı gündə Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsinin sahilinə getmiş və orada yabanı formada bitmiş olan çətənə bitkisinin toxumlarını götürmüşdür. Həmin toxumları götürən zamanda onları yaşadığı evin həyətyanı torpaq sahəsində əkib yetişdirməyi nəzərdə tutmuşdur. Çünki o, narkotik vasitə aludəçisidir. Bu səbəbdən həmin çətənə kollarını yetişdirib, sonra isə qurudaraq şəxsi istifadəsi üçün əkmiş və onlara qulluq etmişdir. O, yaşadığı evin həyətyanı torpaq sahəsindən başqa heç bir evdə və ya hər hansı ərazidə əkilməsi becərilməsi qanunla qadağan olunmuş hər hansı bitkini əkməmişdir. Onun yaşadığı evin həyətyanı torpaq sahəsində çətənə (kannabis) bitkisini əkmiş olduğundan hər hansı şəxs və ya şəxslərin məlumatı olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Əlibəyli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 04 iyul 2025-ci il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə çətənə kolları əkib-becərməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” adlı marketin yaxınlığında olması barədə məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-nin, NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Tovuz RPŞ-nin KMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-nin, NMQ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 və Tovuz RPŞ-nin KMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” adlı marketin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs görüb Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birliktə Tovuz RPŞ-yə gəlmişdir. O, bu barədə raportla müraciət etmişdir. Onlarda olan məlumat əsasında Təqsirləndirilən şəxs izahatı alınmışdır. İzahat zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli çətənə (kannabis) birkisinin toxumlarını Tovuz şəhəri, F.Ələkbərov küçəsində yerləşən yaşadığı evin həyatyanı torpaq sahəsində əkdiyini, nəticədə əkmiş olduğu toxumlardan ümumilikdə 12 (on iki) ədəd kolun yetişdiyini etiraf etmişdir. Bundan sonra polis şöbəsinin digər əməkdaşları və aqronom mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Tovuz şəhəri, F.Ələkbərov küçəsində yerləşən evinə getmişlər. Evə baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi Tovuz şəhəri, F.Ələkbərov küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin məhləsidir. Evə giriş dəmir qapı vasitəsi ilə mümkündür. Ətrafı daş hasarla bağlıdır. Evin qarşısında fərdi yaşayış evləri vardır. Həyat yanı torpaq sahəsi 0,08 hektardır. Evdə və torpaq sahəsində baxış və axtarış aparmazdan öncə Təqsirləndirilən şəxs buna etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Ondan sonra evin həyatyanı torpaq sahəsində baxış və axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əkib-becərdiyi torpaq sahəsində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkib-əkmədiyi soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində 12 (on iki) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkdiyini bildirmişdir. Daha sonra iştirakçılarla birlikdə həyatyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyatyanı torpaq sahəsinin baş hissəsində, ağacların altında ümumilikdə 12 (on iki) ədəd uzunluğu 130 sm-dən 230-sm-ə qədər olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş çətənəkannabis kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, torpaq sahəsində aşkar edilmiş 12 ədəd aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik tərkibli bitkilər olan çətənə-kannabis kollarını özü səpdiyi toxumdan əldə etmiş və həmin narkotik tərkibli bitki kollarına aqrotexniki qaydada qulluq etmişdir. Ondan sonra aşkar edilmiş 12 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kolları köklərindən çıxarılaraq 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həmin ağ rəngli zərf Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir ədavəti və qohumluq əlaqəsi yoxdur. 04 iyul 2025-ci il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbiri barəsində bildirmişdir ki, 04 iyul 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evdə çətənə kolları əkib-becərməkdə şübhəli olması və hal-hazırda yaşadığı Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” adlı marketin yaxınlığında olması barədə Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 məlumat alıb bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və Tovuz RPŞ-nin KMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs saxlanılaraq Tovuz RPŞ-yə gətirilməsi, yəni əməliyyat-axtarış tədbirində onların birlikdə iştirak etməkləri göstərişi verilmişdir. Beləliklə də Tovuz RPŞ-nin CAB-ın baş əməliyyat müvəkkili Şahid1 və Tovuz RPŞ-nin KMQ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs olduğu Tovuz şəhəri, H.Aslanov küçəsində yerləşən “Bravo” adlı marketin yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs görüb Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birliktə Tovuz RPŞ-yə gəlmişdir. O, bu barədə raportla müraciət etmişdir. Onlarda olan məlumat əsasında Təqsirləndirilən şəxs izahatı alınmışdır. İzahat zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik tərkibli çətənə (kannabis) birkisinin toxumlarını Tovuz şəhəri, F.Ələkbərov küçəsində yerləşən yaşadığı evin həyatyanı torpaq sahəsində əkdiyini, nəticədə əkmiş olduğu toxumlardan ümumilikdə 12 (on iki) ədəd kolun yetişdiyini etiraf etmişdir. Bundan sonra polis şöbəsinin digər əməkdaşları və aqronom mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Tovuz şəhəri, F.Ələkbərov küçəsində yerləşən evinə getmişlər. Evə baxış zamanı müəyyən edilmişdir ki, torpaq sahəsi Tovuz şəhəri, F.Ələkbərov küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin məhləsidir. Evə giriş dəmir qapı vasitəsi ilə mümkündür. Ətrafı daş hasarla bağlıdır. Evin qarşısında fərdi yaşayış evləri vardır. Həyat yanı torpaq sahəsi 0,08 hektardır. Evdə və torpaq sahəsində baxış və axtarış aparmazdan öncə Təqsirləndirilən şəxs buna etirazı olmaması barədə ərizə ilə müraciət etmişdir. Ondan sonra evin həyatyanı torpaq sahəsində baxış və axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs əkib-becərdiyi torpaq sahəsində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkib-əkmədiyi soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin həyatyanı torpaq sahəsində 12 (on iki) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkdiyini bildirmişdir. Daha sonra iştirakçılarla birlikdə həyatyanı torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həyatyanı torpaq sahəsinin baş hissəsində, ağacların altında ümumilikdə 12 (on iki) ədəd uzunluğu 130 sm-dən 230-sm-ə qədər olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş çətənəkannabis kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, torpaq sahəsində aşkar edilmiş 12 ədəd aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş tərkibində narkotik tərkibli bitkilər olan çətənə-kannabis kollarını özü səpdiyi toxumdan əldə etmiş və həmin narkotik tərkibli bitki kollarına aqrotexniki qaydada qulluq etmişdir. Ondan sonra aşkar edilmiş 12 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş, aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kolları köklərindən çıxarılaraq 01 ədəd ağ rəngli zərfə qoyularaq qablaşdırılmış və həmin ağ rəngli zərf Azərbaycan Respublikası DiN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni hər hansı şəxs və ya şəxslərə satması və ya digər formada verməsi ilə bağlı heç bir məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 05 iyul 2025-ci il tarixli 16/605 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs məxsus Tovuz şəhəri, F.Ələkbərov küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən aşkar edilmiş 12 ədəd bitki kolları” sözləri və imzalar olan kisə bağlamadakı, ümumi sayı 12 (on iki) ədəd, ümumi təmiz çəkisi – 2550 qram olan bitki nümunələrindən əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronommütəxəssis X1 rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada qulluq olunmuşdur. Ekspertiza rəyinin qeyd hissəsində çətənə bitkisi 12 ədəd, ümumi təmiz çəkisi – 2550 qram, tədqiqata sərf edildi – 0,24 qram, qalıq – 2549,76 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 21 iyul 2025-ci il tarixli 1146 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aqronom mütəxəssis rəyindən görünür ki, 04 iyul 2025-ci ildə saat 16:00 radələrində ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus həyətyanı torpaq sahəsinə aqronom mütəxəssis X2 və polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirilərkən 12 ədəd hündürlüyü 1,30-2,30 metr, tərkibində narkotik maddələr olan, çətənə kannabis bitkiləri aşkarlanmışdır. Bu bitkilərə aqrotexniki qulluq edilmiş, kultivasiya (əkilib-becərilməsi) edilməsi qanunla qadağan olunmuş, tərkibində narkotik maddələr olan çətənə kannabis bitkiləridir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Sabir adlı 1 (bir) nəfər azyaşlı uşağı var. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Belə ki, məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 (bir) nəfər azyaşlı və 1 (bir) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi onun uşaqlarının və ailəsinin həyat şəraitinə və cəzanın məqsədlərinə daha uyğun olacağı qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2025-ci il tarixdən 06 iyul 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd, 2549,76 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 12 ədəd, 2549,76 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-120/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-120/2025
09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver