Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-121/2023 07.11.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci inistansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 07 noyabr 2023-cü il tarixdə Tovuz şəhərində, xx.xx.1980-ci ildə Tovuz rayonu Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də sürücü işləyən, məhkumluğu olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyaytda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Tovuz rayonu Qovlar şəhəri Məhsəti Gəncəvi küçəsində qonşusu Zərərçəkmiş şəxs yaxınlaşaraq sonuncunun gecə vaxtı onun yaşadığı evin qarşısında olmasının səbəbini aydınaşdıran zaman şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq onun burun sümüyünün distal üçdə birnin sınığı, burun qanaxması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 15 may 2023-cü il tarixdə saat 23 radələrində sərxoş halda Tovuz rayonu Qovlar şəhəri Məhsəti Gəncəvi küçəsində yerləşən yaşadığı evə gedərkən qonşusu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında telefonla danışdığını görmüşdür. O həmin vaxt sərxoş halda Zərərçəkmiş şəxs yaxınlaşıb sonuncuya yaşadığı evin qarşısından getməsini bildirmişdir. Bu vaxt aralarında mübahisə baş vermiş və o bir dəfə Zərərçəkmiş şəxs sifətindən yumruq zərbəsi ilə vurmuşdur. Onu vurduqdan sonra səsə qonşuları gəlmiş və onları sakitləşdirərək aralamışlar. Hazırda zərərçəkmiş şəxslə barışmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Əvvəllər aralarında hər hansı ədavət və ya düşmənçilik olmamışdır. 15 may 2023-cü il tarixdə saat 23 radələrində küçədə qonşunun internetindən istifadə edərək telefonla danışarkən Təqsirləndirilən şəxs sərxoş halda gələrək ona orada niyə dayandığını irad şəklində bildirmişdir. Bundan sonra aralarında mübahisə olmuş və Təqsirləndirilən şəxs onun üzündən bir dəfə yumruqla vurmuşdur. Sonradan səs-küyə bir neçə qonşu gələrək onları ayırmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun ögey oğludur. Təqsirləndirilən şəxs isə qonşularıdır. 15 may 2022-ci il tarixdə saat 23 radələrində küçədən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Dərhal küçəyə çıxmışdır. Təqsirləndirilən şəxs küçədə ucadan səsini eşitmişdir. Sonra o Zərərçəkmiş şəxs nə baş verdiyini soruşduqda Mətləb də ona Rizvanın onu döydüyünü bildirmişdir. Bundan sonra o DİN-in 102 xidməti zəng mərkəzinə zəng edərək, məlumat vermişdir. Bundan sonra hadisə yerinə polislər gəlmişdir. Cinayət işi üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. 15 may 2022-ci il tarixdə saat 23 radələrində yaşadıqları evin həyətində siqaret çəkərkən qonşusu Zərərçəkmiş şəxs evindən qışqırıq səslərinin gəldiyini eşitmişdir. Ora getdikdə Rizvanın mübahisə nəticəsində Mətləbi döydüyünü görmüşdür. Mübahisə böyüməsin deyə onların hər ikisini aralamışlar. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Dava olan zaman qonşusu Şahid3 da Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Bir qədər sonra polis əməkdaşları gəlmişlər. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun qonşularıdır. 15 may 2022-ci il tarixdə saat 23 radələrində küçədə səs-küy gəldiyini eşitmişdir. Həmin vaxt orada nə baş verdiyini aydınlaşdırmaq məqsədilə küçəyə çıxdıqda orada Rizvan və Mətləbin mübahisə etməsini, mübahisə nəticəsində Rizvanın Mətləbi vurduğunu eşitmişdir. İşin 22-ci vərəqəsində olan 16 may 2022-ci il tarixli 260 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs burun sümüyünün distal 1/3-nin sınığı olan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 97-98-ci vərəqəsində olan tələbnamədən görünür ki, X2 əvvəllər məhkum olunmamışdır. 03 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilmişdir. İşin 104-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəmə sorğusu nəticəsində əldə olunmuş və iş materiallarına əlavə olunmuş iş yeri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə etmiş, ondan heç bir şikayət və tələbi yoxdur. İşə əlavə olunmuş axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İşə əlavə olunmuş Tovuz Rayon Məhkəməsinin 24 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş islah işləri cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 9 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü islah işlərinin 04 (dörd) gününə bərabər hesablanmaqla 36 gün təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaylan Respublikasının CPM-nin 39.1.11, 343-347-ci və 356-357-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq gəlirinin 10 (on) faizi dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə olduğu 9 (doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü islah işlərinin 04 (dörd) gününə bərabər hesablanmaqla 36 gün təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq aylıq qazancının 10 (on) faizi dövlət nəfinə tutulmaqla 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddətə islah işləri cəzası saxlanılsın. Cəzasının əvvəli aylıq qazancından ilk tutulmalar aparıldığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-121/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-121/2023
07.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver