Məhkəmə qərarları › İş №1(062)-122/2023

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-122/2023

04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-122/2023 04.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun etibarnamə üzrə nümayəndəsi vəkil Müdafiəçi iştirakları ilə X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında məhkəmənin hazırlıq iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 şikayət ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək X1 əməllərində Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələr ilə cinayət məsuliyyətinə cəlb edilməsi və barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, barəsində şikayət etmiş olduğu X2 əvvəllər tanımamış, sonradan sonuncunun barəsində törətdiyi inzibati xəta ilə əlaqədar tərtib etdiyi protokoldan və barəsində şər-böhtan xarakterli şikayətlər etdikdən sonra tanımışdır. Cinayət təqibi üzrə X4 “İlqar Hüquq” şirkətinə etmiş olduğu müraciəti əsasında X8 cənab Vilayət Eyvazova, Birinci xanım Mehriban Əliyevaya, Baş Prokuror cənab Kamran Əliyevə şikayətlər ünvanlamaqla etikadan tam olaraq kənara çıxaraq onun polis adına, polisin şərəfinə və ləyaqətinə kölgə salmaqla ləkələyən şikayət yazaraq həmin cinayət əməlini törətmişdir. Sonuncunun etmiş olduğu şikayətlər tam olaraq araşdırılmış və onun inzibati xəta haqqında tərtib etmiş olduğu protokol əsaslı olduğu ortaya çıxmışdır. Qədim Mürsəlov ərizəsində onun işi ilə əlaqədar olaraq şikayət deyil, məhz ailəsi ilə bağlı olan və olmayan yalan ifadələr yazmışdır. Həmin ifadələrdən guya ki, onun mərhum atasının keçmiş icra başçısı Tofiq Zeynalovun evində işləyən zaman elektrik cərəyanı vurması səbəbindən vəfat etdiyi üçün onu işlə təmin etmişlər və o, atasının qanı bahasına həmin işdə işləyir. Halbuki, mərhum atası 2021-ci il tarixdə özünün çalışmış olduğu "xxxx" ASC-də işlədiyi vaxtda elektrik cərəyanı vurması səbəbindən dünyasını dəyişmişdir. Həmçinin, onun özbaşına post qurduğu, hər bir yük maşınından 15-20 manat rüşvət aldığını bildirmiş, lakin həmin faktlar ilə bağlı heç bir sübut təqdim edə bilməmişdir. Qədim Mürsəlovun onun barəsində “karrupsioner” deməsi ümumi polis əməkdaşlarının adına vurulmuş olan ləkədir, birbaşa təhqirdir. Ona görə də hazırki şikayətlə məhkəməyə müraciət etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi vəkil Müdafiəçi məhkəməyə ərizə verərək xüsusi ittiham qaydasında şikayətin geri qaytarılmasını xahiş etdi. Barəsində xüsusi itiham qaydasında şikayət verilmiş X4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ilk növbədə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasının yoxlanmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.2. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; 300.1.3. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimaixüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Cinayət Prosessual Məcəllənin 302.1-ci maddəsində qeyd olunmuşdur ki, Məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək aşağıdakılar barədə qərarlar çıxarır: 302.2.1. bu Məcəllənin 302.1.1-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.2. bu Məcəllənin 302.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xüsusi ittiham qaydasında verilmiş şikayətin baxılması üçün istintaq aidiyyəti üzrə göndərilməsi barədə; 302.2.3. bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Məhkəmə işdə olan sənədləri araşdırıb belə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 302-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittihamçının etibarnamə üzrə nümayəndəsi vəkil Müdafiəçi məhkəməyə ərizə verərək şikayətin geri qaytarılmasını xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məzmunu Cinayət Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadığından, bundan başqa xüsusi ittihamçının etibarnamə üzrə nümayəndəsinin şikayətin geri qaytarılması barədə ərizə verdiyindən şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan RespublikasıCinayət-Prosessual Məcəlləsinin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar