Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-123/2023 18.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, onların müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi4, Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Tovuz rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında X1 İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın məsləhətçi-psixoloqu Qanuni nümayəndə və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi, xx.xx.2007-ci ildə Tovuz rayonu, Qovlar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan ünvan 3 ünvanda yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaq qərarına gəlmiş, bu niyyətlə xx.xx.2022-ci il tarixdə, gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrikini işə saldıqdan sonra həmin avtomobili idarə edib qaçıraraq Tovuz və Şəmkir rayonlarının müxtəlif ərazilərində idarə edərək həmin gün saat 05 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxlamışlar. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırmışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində birləşərək, ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirməklə qaçırmaq qərarına gəlmiş, bu niyyətlə 06 oktyabr 2022-ci il tarixdə, gecə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin qarşısında saxladığı sonuncuya məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mühərrikini işə saldıqdan sonra həmin avtomobili idarə edib qaçıraraq Tovuz və Şəmkir rayonlarının müxtəlif ərazilərində idarə edərək həmin gün saat 05 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxlamışlar. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ifadəsində özünü tam təqsirli bilərək göstərdi ki, Tovuz rayonu, Qovlar şəhərində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onun qonşusu Zərərçəkmiş şəxslə münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. O, dostu və qonşusu Amil ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən kafedə bir qədər yeyib-içdikdən sonra kafedən birlikdə çıxıb həmin küçədə oturub söhbət etməyə başlamışlar. Həmin vaxt səbəbsiz yerə onun ürəyi avtomobil sürmək istəmiş və o, bu istəyini Amilə bildirmişdir. Bu zaman Amil bir qədər fikirləşib ona qonşuları Həmidə məxsus olan avtomobilin evlərinin qarşısında olduğunu və Həmidin avtomobilini götürə biləcəklərini demişdir. O, əvvəlcə dostu Amil ilə razılaşmasa da sonra Amil ilə razılaşmışdır. Həmin gün saat 02 radələrində o, Amil ilə birlikdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən Həmid adlı şəxsin yaşadığı evin qarşısına getmiş və Həmidə məxsus olan “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin orada olduğunu və həmin avtomobilin sürücü tərəfdən qapısının açıq olduğunu görmüşdür. O, Amil ilə birlikdə Həmidə məxsus avtomobili itələyərək həmin yerdən uzaqlaşdırmışlar. Sonra isə o, avtomobilə əyləşərək avtomobilin sükanının alt hissəsini sındırıb avtomobili işə salmaq istəmişdir. Lakin avtomobili işə sala bilməmişdir. Daha sonra isə avtomobilin naqillərini bir-birinə qoşaraq avtomobili işə salmışdır. O, həmin avtomobilin sürücüsü qismində əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bu zaman Amil həmin avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. O, avtomobili idarə edərək Amil ilə birlikdə Şəmkir rayonuna qədər getmişlər. O, Amil ilə birlikdə bir neçə saat həmin avtomobil ilə Şəmkir rayonu və Tovuz rayonu ərazisində hərəkət etdikdən sonra təxminən saat 05 radələrində Həmidə məxsus olan “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürüb Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtomobil yuyulan yerin qarşısında saxlamışdır. Bundan sonra da Həmidin yaşadığı evə gedərək avtomobili onların aparmaqları barədə məlumat vermişlər. O, xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili dostu və qonşusu olan Amilin təklifi əsasında, Amil ilə birlikdə qaçırmışdır. Onlar Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sadəcə sürüb əylənmək məqsədi ilə qaçırmışlar. Onların həmin avtomobili qaçırmaqda başqa məqsədləri və niyyətləri olmamışdır. Onlar xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçıran zaman sərxoş vəziyyətdə olmuşlar. O, dostu və qonşusu Amil ilə birlikdə 061.0.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçıran zaman onları kənardan heç kim görməmişdir. Həmin vaxt o, Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili işə salmaq üçün sükanın alt hissəsində olan yeri əli ilə çəkib çıxarmışdır. Lakin o və tanışı Amil həmin avtomobilin digər detallarına qəsdən heç bir ziyan yetirməmişlər. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilən zaman ifadəsində özünü tam təqsirli bilərək göstərdi ki, Tovuz rayonu, Qovlar şəhərində nənəsi Şahid3 ilə birlikdə yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun qonşusudur. Onun Zərərçəkmiş şəxslə münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. O, dostu və qonşusu Nurlan ilə birlikdə xx.xx.2022-ci il tarixdə, saat 01 radələrində Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən kafedə bir qədər yeyibiçdikdən sonra kafedən birlikdə çıxıb həmin küçədə oturub söhbət etməyə başlamışlar. Həmin vaxt Nurlanın ürəyi avtomobil sürmək istəmiş və o, bu istəyini ona bildirmişdir. Bu zaman o, bir qədər fikirləşib Nurlana qonşuları Həmidə məxsus olan avtomobilin evlərinin qarşısında olduğunu və Həmidin avtomobilini götürə biləcəklərini demişdir. Nurlan əvvəlcə onunla razılaşmasa da sonra onun təklifi ilə razılaşmışdır. Həmin gün saat 02 radələrində o, Nurlan ilə birlikdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən Həmid adlı şəxsin yaşadığı evin qarşısına getmiş və Həmidə məxsus olan “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin orada olduğunu və həmin avtomobilin sürücü tərəfdən qapısının açıq olduğunu görmüşdür. Bu zaman o, Nurlan ilə birlikdə Həmidə məxsus avtomobili itələyərək həmin yerdən uzaqlaşdırmışlar. Sonra isə Nurlan avtomobilə əyləşərək avtomobilin sükanının alt hissəsini sındırıb avtomobili işə salmaq istəmişdir. Lakin avtomobili işə sala bilməmişdir. Daha sonra isə avtomobilin naqillərini bir-birinə qoşaraq avtomobili işə salmışdır. Nurlan həmin avtomobilin sürücüsü qismində əyləşərək həmin yerdən uzaqlaşmışdır. Bu zaman o, həmin avtomobildə qabaq tərəfdən sərnişin oturacağında əyləşmişdir. Nurlan avtomobili idarə edərək onun ilə birlikdə Şəmkir rayonuna qədər getmişlər. Onlar birlikdə bir neçə saat həmin avtomobil ilə Şəmkir rayonu və Tovuz rayonu ərazisində hərəkət etdikdən sonra təxminən saat 05 radələrində Həmidə məxsus olan “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürüb Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtomobil yuyulan yerin qarşısında saxlamışlar. Bundan sonra da Həmidin yaşadığı evə gedərək avtomobili onların aparmaqları barədə məlumat vermişlər. O, xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onun təklifi əsasında, tanışı Nurlan ilə birlikdə qaçırmışlar. Onlar Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sadəcə sürüb əylənmək məqsədi ilə qaçırmışlar. Onların həmin avtomobili qaçırmaqda başqa məqsədləri və niyyətləri olmamışdır. Həmin vaxt o da dostu Nurlan da xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçıran zaman sərxoş vəziyyətdə olmuşlar. O, dostu və qonşusu Nurlan ilə birlikdə xx.xx.2022-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qaçıran zaman onları kənardan heç kim görməmişdir. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs məxsus “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil işə salmaq üçün sükanın alt hissəsində olan yeri əli ilə çəkib çıxarmışdır. Lakin o və tanışı Nurlan həmin avtomobilin digər detallarına qəsdən heç bir ziyan yetirməmişlər. Hazırda etdiyi əməldən peşmandır və ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən zaman Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Qovlar şəhəri, Azadlq küçəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Nurlan və Amin adlı şəxslər onun qonşularıdır. Onun həmin şəxslərlə münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. Onun özünə məxsus qırmızı rəngli, “Vaz 2106” markalı, **- BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili var. O, həmin avtomobilini Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən yaşadığı evin qarşısında saxlayır. 05 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində ona məxsus olan “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilini yenə yaşadığı evin qarşısında saxlamışdır. Həmin avtomobilin sürücü tərəfindən qapısı açıq, digər qapıları isə bağlı olmuşdur. 06 oktyabr 2022ci il tarixdə, saat 02 radələrində o, hava almaq üçün Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən yaşadığı evin qarşısına çıxdıqda ona məxsus avtomobilinin evin qarşısında olmadığını görmüşdür. Bu zaman o, arvadı Şahid1 məlumat vermişdir. Arvadı Şahid1 da Tovuz rayon X3 Polis bölməsinə gedib bu barədə məlumat vermişdir. O, özü də yaşadığı evdən çıxıb özünə məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilini axtarmağa başlamış, lakin tapa bilməyib yaşadığı evə geri qayıtmışdır. Daha sonra polis əməkdaşları yaşadıqları ünvana gələrək bildirmişlər ki, ona məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili qonşuları Nurlan və Amin adlı şəxslər ondan icazəsiz götürmüşlər. Həmin gün saat 06 radələrində Nurlan və Amin adlı şəxslər yaşadıqları evə gələrək ona məxsus olan “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili onların apardıqlarını, hazırda isə avtomobilin Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində avtomobil yuyulan yerdə olduğunu bildirmişlər. O, isə həmin ünvana gedib avtomobilini götürmüşdür. Avtomobilinə 800-900 manat civarında ziyan dəymişdir. Bununla belə təqsirləndirilən şəxslərin cavan olmasını nəzərə alıb onların şikayət tələbi yoxdur. Odur ki, onlara yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 ifadəsində göstərdi ki, Nurlan onun oğludur. Onun oğlu Təqsirləndirilən şəxs1la münasibəti normaldır və aralarında ədavət, düşmənçilik yoxdur. Oğlu Təqsirləndirilən şəxs1 onunla birlikdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən ona məxsus evdə yaşayır. xx.xx.2022-ci il tarixdə, gecə saat 03 radələrində o, Qovlar şəhəri, Azadlıq küçəsində yaşadığı evdə yatan zaman evinin giriş qapısının döyülməsi səsinə yuxudan oyanmışdır. O, gedib qapını açanda görmüşdür ki, qapını döyən Tovuz rayon X3 Polis Bölməsinin üzdən tanıdığı lakin adlarını bilmədiyi iki nəfər polis əməkdaşıdır. Polis əməkdaşları ona oğlu Təqsirləndirilən şəxs1 onlarla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus, qırmızı rəngli, “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısından qaçırmasını bildirmişlər. Bu zaman o, təəccüblənərək gedib oğlu Nurlan yatan otağa baxmış və Nurlanın çarpayısında olmadığını görmüşdür. Həmin vaxt o, Nurlanın yaşadıqları evdə olmadığını gördükdən sonra oğlu Nurlanın qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobili qaçıra biləcəyini düşünmüşdür. O, tez vaxt itirmədən qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına polis əməkdaşlarının və qonşuların toplaşdığını görmüşdür. O, oğlu Təqsirləndirilən şəxs1 zəng edib Nurlandan bu barədə soruşanda Nurlan ona sadəcə gələcəyini bildirib telefon danışığını yekunlaşdırmış və ona həmin vaxt başqa heç bir söz deməmişdir. Həmin gün saat 06 radələrində Nurlan onlarla qonşuluqda yaşayan Amil adlı şəxslə birlikdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin qarşısına gələrək qonşuları Zərərçəkmiş şəxs məxsus olan “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili apardıqlarını, hazırda isə avtomobilin Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində avtomobil yuyulan yerdə olduğunu bildirmişlər. Daha sonra oğlu Təqsirləndirilən şəxs1 və qonşuları Təqsirləndirilən şəxs2 etmiş olduqları əməldən peşman olduqlarını dilə gətirib Zərərçəkmiş şəxs üzr istəmişlər. Onun xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində oğlu Təqsirləndirilən şəxs1 qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobilini digər qonşuları Təqsirləndirilən şəxs2lə birlikdə ələ keçirib qaçırmasından əvvəlcədən onun xəbəri olmamışdır. O, yalnız polis əməkdaşları yaşadığı evə gələrək ona bu barədə məlumat verdikdən sonra oğlu Təqsirləndirilən şəxs1 qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobili ələ keçirib qaçırmasından xəbəri olmuşdur. Həmçinin o, oğlu Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs məxsus avtomobili qonşuları Təqsirləndirilən şəxs2lə birlikdə ələ keçirib qaçırmaqlarını Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına çatanda orada olan polis əməkdaşlarından öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 onun nəvəsidir. Onun nəvəsi Təqsirləndirilən şəxs2lə münasibəti normaldır və aralarında ədavət, düşmənçilik yoxdur. Nəvəsi Təqsirləndirilən şəxs2 onunla birlikdə Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən ona məxsus evdə yaşayır. xx.xx.2022-ci il tarixdə, gecə saat 03 radələrində o, Qovlar şəhəri, Azadlıq küçəsində yaşadığı evdə yatan zaman evinin giriş qapısının döyülməsi səsinə yuxudan oyanmışdır. O, gedib qapını açanda görmüşdür ki, qapını döyən qonşusu Şahid1dır. Şahid1 ona nəvəsi Təqsirləndirilən şəxs2 digər qonşuları Təqsirləndirilən şəxs1la birlikdə əri Zərərçəkmiş şəxs məxsus, qırmızı rəngli, “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadıqları fərdi yaşayış evinin qarşısından qaçırmaqlarını bildirmişdir. Bu zaman o, təəccüblənərək gedib nəvəsi Amil yatan otağa baxmış və Amilin çarpayısında olmadığını görmüşdür. Həmin vaxt o, nəvəsi Amilin yaşadıqları evdə olmadığını gördükdən sonra nəvəsi Təqsirləndirilən şəxs2 qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobili qaçıra biləcəyini düşünmüşdür. O, tez vaxt itirmədən qonşusu Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına getmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin qarşısına polis əməkdaşlarının və qonşuların toplaşdığını görmüşdür. Həmin vaxt qonşusu Şahid2 da orada olmuşdur. Şahid2 Təqsirləndirilən şəxs1 anasıdır. O, Zərərçəkmiş şəxs məxsus evin qarşısına çatandan bir qədər sonra Şahid2 oğlu Təqsirləndirilən şəxs1 zəng edib Nurlandan bu barədə soruşanda Nurlan anası Şahid2 sadəcə gələcəyini bildirib telefon danışığını yekunlaşdırmış və anası Şahid2 həmin vaxt başqa heç bir söz deməmişdir. Həmin gün saat 06 radələrində nəvəsi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evin qarşısına gələrək qonşusu Zərərçəkmiş şəxs məxsus olan “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili apardıqlarını, hazırda isə avtomobilin Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində avtomobil yuyulan yerdə olduğunu bildirmişlər. Daha sonra nəvəsi Təqsirləndirilən şəxs2 və onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 etmiş olduqları əməldən peşman olduqlarını dilə gətirib Zərərçəkmiş şəxs üzr istəmişlər. Onun xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində nəvəsi Təqsirləndirilən şəxs2 qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobili digər qonşuları Təqsirləndirilən şəxs1la birlikdə ələ keçirib qaçırmasından əvvəlcədən onun xəbəri olmamışdır. O, yalnız qonşusu və həmçinin Zərərçəkmiş şəxs arvadı Şahid1 yaşadığı evə gələrək ona bu barədə məlumat verdikdən sonra nəvəsi Təqsirləndirilən şəxs2 Nurlan İbrahimlovla birlikdə qonşuları Zərərçəkmiş şəxs məxsus avtomobili ələ keçirib qaçırmaqlarından xəbəri olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid1 ifadəsində göstərdi ki, Nurlan və Amin adlı şəxslər onun qonşularıdır. Onlarla münasibəti normal olmuş və aralarında ədavət, düşmənçilik olmamışdır. Əri Zərərçəkmiş şəxs məxsus, qırmızı rəngli, “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili var. O, həmin avtomobili Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən yaşadıqları evin qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə, saat 12 radələrində əri Zərərçəkmiş şəxs “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili yenə yaşadıqları evin qarşısında saxlamışdır. Əri Zərərçəkmiş şəxs dediyinə görə həmin gün avtomobilin sürücü tərəfindən qapısı açıq, digər qapıları isə bağlı olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 02 radələrində əri Zərərçəkmiş şəxs hava almaq üçün Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində yerləşən yaşadığıqları evin qarşısına çıxdıqda ona məxsus avtomobilin evin qarşısında olmadığını görmüşdür. Həmin vaxt yatmışdır. Bu zaman əri Zərərçəkmiş şəxs həyacanlı bir şəkildə onu yuxudan qaldırıb özünə məxsus avtomobilin evin qarşısında olmadığını demişdir. Həmin vaxt tez yatdığı yerdən qalxmış və Tovuz rayon X3 Polis Bölməsinə gedib əri Zərərçəkmiş şəxs məxsus avtomobilin yaşadıqları evin qarşısından naməlum şəraitdə yoxa çıxdığını bildirmişdir. Oradakı polis əməkdaşları əri Zərərçəkmiş şəxs məxsus avtomobilin yaşadıqları evin qarşısından onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 tərəfindən qaçırıla biləcəyini ehtimal etmişlər. Bu zaman Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək əri Zərərçəkmiş şəxs məxsus “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobilin qonşuları Təqsirləndirilən şəxs1 tərəfindən qaçırılması barədə məlumat vermişdir. Çox keçmədi ki, polis əməkdaşları yaşadıqları ünvana gələrək bildirmişlər ki, əri Zərərçəkmiş şəxs məxsus avtomobili qonşuları Nurlan və Amin adlı şəxslər ondan icazəsiz götürmüşlər. Həmin gün saat 06 radələrində Nurlan və Amin adlı şəxslər yaşadıqları evə gələrək əri Zərərçəkmiş şəxs məxsus olan “Vaz 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili onların apardıqlarını, hazırda isə avtomobilin Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində avtomobil yuyulan yerdə olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın ləğv olunması və cinayət işinin başlanması haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2022-ci il tarixli cinayət işinin başlanması haqqında qərar edilmiş və toplanmış materialda Cinayət Məcəlləsinin 185.1-ci maddəsinin tərkib əlamətləri olduğundan fakta görə həmin maddə ilə 23074017 nömrəli cinayət işi başlanmışdır. «Cinayət əməlinin tövsif edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə aparılan 23074017 nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 185.2.1-ci maddəsinə tövsif edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. «İfadənin yerində yoxlanılması» barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı, 60-BT-98 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qonşusu Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısından ilələyərək təxminən 130-140 metr apardıqdan sonra həmin avtomobilin mühərrikini işə saldığı, Təqsirləndirilən şəxs2 isə avtomobildə sərnişin qismində əyləşdikdən sonra hansı istiqamətə sürdüyü və daha sonra Təqsirləndirilən şəxs2lə birlikdə gətirib Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxladığı yeri bir daha göstərmişdir. «İfadənin yerində yoxlanılması» barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Tovuz rayonu, Qovlar şəhəri, Azadlıq küçəsində onunla qonşuluqda yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ-2106” markalı, 60-BT-98 dövlət qeydiyyat nömrə nişanlı avtomobili qonşusu Təqsirləndirilən şəxs1 Eldar oğlu ilə birlikdə Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin qarşısından ilələyərək təxminən 130-140 metr apardıqdan sonra Təqsirləndirilən şəxs1 həmin avtomobilin mühərrikini işə saldığı, onun isə avtomobildə sərnişin qismində əyləşdikdən sonra hansı istiqamətə sürdüyü və daha sonra onunla birlikdə gətirib Qovlar şəhəri, Vağzal küçəsində yerləşən avtoyuma məntəqəsinin qarşısında saxladığı yeri bir daha göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində məlumat yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ciil tarixli qərarla Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən rədd edilmişdir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etiraf edici ifadələri ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsinə görə avtomobil və ya başqa nəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə (qaçırma) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxslər tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxslərin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə onlara istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, habelə cinayətin törədilməsində təqsirləndirilən şəxslərin təqsirliliyi sübut edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxslərin hər birinin əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxslər barəsində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 185.2.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini və cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakterini, həmin əməllərə görə cəzalarını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, onlara təqsirləndirildikləri Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə diqqətə çatdırır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış 1985-ci il buraxılışlı “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə qətimkan tədbiri ilə bağlı diqqətə çatdırır ki, təqsirləndirilən şəxslər barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış 1985-ci il buraxılışlı “VAZ 2106” markalı, **-BT-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-123/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-123/2023
18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver