Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-123/2025 10.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi Zərərçəkmiş şəxs və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə 10 dekabr 2025-ci il tarixdə Tovuz şəhərində xx.xx.1993-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Füzuli rayonu Gorazıllı kəndində qeydiyyatda olan, Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəryabəyli küçəsi 2 nömrəli yataqxanada müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ona görə ki, 05 oktyabr 2024cü il tarixdə saat 21 radələrində Bakı-Qazax avtomobil yolunun Tovuz rayonu Düz Qırıqlı kəndinin ərazisindən keçən 424-cü kilometrliyində spirtli içkilərin qəbulu nəticəsində sərxoş halda yüksək səslə musiqiyə qulaq asan zaman tanışı X9 musiqinin səsini azaltmasını deməsini və onunla zarafat etməsini bəhanə edərək ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərməklə, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, X9 qanuni mənafelərinə toxunan, hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, zor tətbiq olunması ilə müşayiət edilən, həmin şəxsin və digər şəxslərin təxminən 15-20 dəqiqə ərzində narahatçılığına səbəb olan qəsdən qərəzli hərəkətlər etməklə, heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə yumruqla qəsdən X2 və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq, sonuncuya sağ almacıq sümüyünün sınığı kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid və sağ almacıq nahiyəsinin didilmiş və üst dodağın əzilmiş yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək, zərərçəkmiş şəxs X1 xuliqanlıq niyyətilə qəsdən az ağır zərər vurmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs 05 oktyabr 2024-cü il tarixdə saat 21 radələrində spirlti içkinin təsiri altında X13 ilə aralarında yaranmış mübahisə zəminində yumruqla qəsdən X2 və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq ona sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, Bakı şəhərində yaşayır. Bakı şəhərində yerləşən avtomobil təmiri sexində çilingər ustası işləyir. Bakı şəhərində yaşayan və işləyən dostu Şahid2 xx.xx.2024-cü il tarixdə Qazax rayonu Hüseynbəyli kəndində toyu olacağı üçün o, tanışları Şahid1 və X13 da toya dəvət olunmuşlar. xx.xx.2024-cü il tarixdə tanışı Seymur ona zəng edərək toya gedib-getməyəcəyini soruşmuş, o da toya gedəcəyəni bildirib Seymura görüş yeri təyin etmişdir. Bundan bir qədər sonra saat 12 radələrində Seymur idarə etdiyi Toyota Prius markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə 20 Yanvar dairəsinə gəlib onu götürmüşdür. O, avtomobilə əyləşəndən sonra Seymurdan Nəiminin arxasınca Tiblisi prospektində yerləşən “05 PAB” adlanan obyektə sürməyini xahiş etmişdir. Bundan sonra onlar həmin obyektə gedib oradan Nəimini götürmüşlər. Həmin zaman avtomobildə o, qabaq oturacaqda əyləşmiş, Nəimini götürən zaman isə o, avtomobildən düşərək Nəimi ilə salamlaşıb görüşmüşdür. Daha sonra Nəimi əlində olan bel çantasını “05” PAB kafenin qarşısında Toyota Prius markalı avtomombil arxa yük hissəsinə qoymuşdur. Bundan sonra o, yenidən qabaq oturacaqda əyləşmiş, Nəimi isə arxa oturacaqda sürücünün arxasında əyləşmişdir. O, avtomobilə əyləşməmişdən qabaq Nəimiyə qabaqda oturmağı da təklif etmiş, lakin Nəimi onunla razılaşmayaraq arxa oturacaqda əyləşmişdir. Sonra onlar Bakı şəhərindən Bakı-Qazax avtomobil yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olarkən Hacıqabul rayonu ərazisindən keçəndə dayanıb yol kənarında olan kafedə çay içmişlər. Onlar avtomobildən düşən zaman Nəimi özünə məxsus olan bel çantasını avtomobildən götürməmişdir. Çay içəndən sonra isə yollarına davam etmişlər. Yolda olarkən Nəimi, Naftalan şəhərində adını sonradan bildiyi Toğrul adlı əsgər yoldaşının yaşadığını və birlikdə həmin şəhərə gedib nahar etməklərini xahiş edib, əsgər yoldaşına zəng vurmuşdur. Toğrulda da onları Naftalan şəhərinə dəvət etmşdir. Həmin gün saat 15-16 radələrində Naftalan şəhərinə çatanda onlar rayonun girişində marketə düşmüşlər. Marketdə Nəimi bir ədəd “0,7 litr ağ rəngli Banket” arağı almış, həmçinin ona və sürücü Seymura siqaret də almış və aldıqlarının da pulunu Nəimi vermişdir. Nəiminin əsgər yoldaşı Toğrul özü deyil, onun qardaşı və qayınatası onları qarşılayıb Naftalan şəhərində yerləşən “Ay Ulduz” restoranına aparmışlar. Restoranda nahar edərkən Nəimi, o və həmin iki nəfər şəxs spirtli içki olan pivə, pivənin üstündə də araq içmişlər. Onlar nahar edən zaman 3 nəfərə 1,7 litr araq içmişlər. Lakin, o, həmin araqdan hamısını içməmiş, Nəimi isə arağın demək olar ki, böyük əksəriyyətini özü içmişdir. Nahar edib qurtardıqdan sonra saat təxminən 20 radələrində yollarına davam etmək üçün yenidən avtomobilə əyləşmişlər. O ön oturacaqda Nəimi isə arxa oturacaqda əyləşəndən sonra Seymur sükan arxasına keçib avtomobili Qazax rayonu istiqamətində hərəkət etdirmişdir. Hərəkətdə olarkən Nəimi arxa oturacağa uzanıb yatmağa başlamışdır. Onlar Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçəndə, yəni Tovuz yazılan yerə daxil olanda o, avtomobildə Seymurla birlikdə yüksək səslə musiqiyə qulaq asdıqları üçün Nəimi yuxudan qalxıb onu çimdikləyərək ona “bu nə mahnıdı qulaq asırsız” sözünü deyib ona əl-qol atmağa başlamış, paltarından tutub dartmışdır. O, bunu görüb Nəiminin ona əl-qol atdığna görə ona öz iradını bildirib ona “sənin mənimlə əl-qol zarafatın yoxdu,bu nə hərəkətidir” sözlərini deyəndə Nəimi onun sözlərinə məhəl qoymayaraq öz əl-qol hərəkətlərinə davam etməyə başlamışdır. O da Nəiminin sərxoş vəziyyətdə olduğunu bilib havasını dəyişmək məqsədi ilə Seymurdan maşını saxlamağını tələb etmişdir. Seymur maşını saxlayandan sonra Nəimi maşından düşüb ona əl-qol ataraq sinəsinə 3-4 dəfə yumruqla vuranda o da cavab olaraq yumruqla Nəiminin sifət və sinə nahiyyəsindən vurmağa başlamışdır. Bundan sonra söhbətə başlayaraq öpüşüb-görüşüb, qucaqlaşaraq barışıb yenidən maşına oturaraq Qazax istiqamətində hərəkətə başlamışlar. Təminən 2-3 km məsafə qət etmişlər ki, Nəimi Seymurdan maşını saxlamağını tələb etmişdir. Maşın dayandıqdan sonra Nəimi yerə düşüb baqajı açaraq özünə məxsus bel çantasını götürüb onlarla getməyəcəyini, geri qayıdacağını bildirəndə o, Nəiminin geri qayıtmaması üçün çantasını əlindən alıb avtomobilə əyləşdirmək istəyəndə Nəimi bundan əsəbləşib ona əl-qol atraq onu 3-4 dəfə sinə nahiyyəsindən yumruqla vuranda o da əsəbləşib Nəiminin sifət, sinə nahiyyələrinə yumruqla vurmağa başlamış, dava zamanı Nəminin çantası yerə düşmüş, lakin çantanı yerdən götürən olmamışdır. Həmin vaxt sürücü Seymur onları aralamaq istəyəndə Nəimi onu da vurmuşdur. Seymur bunu görüb ustası Murada zəng edərək bu barədə məlumat verib ondan gəlməsini xahiş etmişdir. Onlar dava edən zaman arxadan gələn boz rəngli qeydiyyat nişanını xatırlamadığı Hyundai Sonata markalı avtomobil yanlarıda dayanıb onlara hər-hansı bir köməyin lazım olubolmadığını soruşmuşlar. Seymur da həmin şəxslərə onları ayıra bilmədiyini deyib köməklik etmələrini xahiş etmiş, onlardan birini öz avtomobillərinə mindirib Qazax rayonuna aparmasını istəmişdir. Həmin avtomobilin sürücü və bir nəfər sərnişini razılıq verəndən sonra Seymur, X10 markalı avtomobilə əyləşdirmiş, o isə Seymurun avtomobilinə əyləşmiş və dal-qabaq olaraq Qazax rayonu istiqamətində, öndə onlar, arxalarınca isə Hyundai markalı avtomobil hərəkətə başlamışdır. Hərəkətdə olarkən Hyundai markalı avtomobil onları ötüb keçəndə Seymur həmin sürücünün telefon nömrəsini götürmək üçün ona işıqlar vasitəsi ilə saxla işarəsi verəndə avtomobil yol kənarında dayanmışdır. Sürücü avtomobildən düşüb onlara yaxınlaşaraq nə lazım olduğunu soruşanda Seymur ondan hər etimala qarşı telefon nömrəsini istəmişdir. Həmin şəxs Seymurun nömrəsini götürdükdən sonra öz telefon nömrəsini Seymura vermişdir. Bu zaman ani anda Nəimi əyləşmiş olduğu avtomobildən düşüb onun əyləşdiyi avtomobilə yaxınlaşaraq onun əyləşdiyi tərəfdə olan qapının şüşəsini yumruqlamağa başlayanda Seymur şüşə sınmasın deyə avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Təminən 5-6 km məsafə qət etmişlər ki, hərəkətdə olduqları zaman həmin Hyundai markalı avtomobil yanlarından ötüb keçəndə ön sağ tərəfdə əyləşmiş şəxs onlara qolları ilə X(iks) işarəsi vermiş və sürücü Seymura zəng edərək Nəminin onlara söyüş, nəlayiq ifadələr etdiyinə və səbəbsiz olaraq əl-qol atdığına görə onu yolda düşürdüklərini bildirmişdir. Seymur bunu eşidən kmi avtomobili saxlamış, o, Nəiminin harada olmasını soruşmaq üçün öz telefonu ilə Nəimiyə zəng etsə də Nəiminin telefonuna zəng çatmamış, telefon sönülü olmuşdur. Bundan sonra Seymur ustası Murada zəng edərək bu barədə məlumat vermiş və ondan onlar olan yerə gəlib Nəimini axtarıb-tapmasını xahiş etmişdir. Həmin zəngdən sonra onlar yerindən tərpənməyərək onları gözləməyə başlamışlar. Bundan təxminən 30-40 dəqiqədən sonra Murad başqa iki nəfərlə yanlarına gələndə onlar Muradgilə arxada geriyə qayıtmaq üçün yol olduğunu bildirib onlara həmin yerə gedərək Nəimini tapmaqlarını tapşırmışlar. Murad bu sözləri eşidəndən gəldikləri maşınla dedikləri istiqamətə getmişlər və təminən 1 saatdan sonra yanlarına gəlib Nəimini tapmadıqlarını demişlər. Nəimi tapılmayandan sonra o, Seymurundan avtomobilindən düşüb Muradın avtomobilinə əyləşmiş və Semurun maşını ilə dal-qabaq olaraq Qazax rayonuna Muradın evinə getmişlər. Evə çatandan sonra Seymur həmin kənddə yaşayan əmisi evinə getmiş, o isə toy evində qalıb orada gecələmişdir. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında toy evində olarkən Seymur yanına gəlib ona 2 ədəd telefon göstərərək telefonları avtomobili təmizləyərkən arxa ayaq altında tapdığını deyib telefonların Nəimiyə məxsus olduğunu bildirmişdir. O, telefonları görəndə bilmişdir ki, Nəimi avtomobildən düşəndə sərxoş vəziyyətdə olduğu üçün telefonları avtomobildə unudub. Bundan bir qədər sonra isə Seymur avtomobil idarə etdiyi üçün telefonları ona vermişdir. Həmin gün təxminən saat 17 radələrində Nəminin telefonuna zəng ediləndə telefona cavab vermişdir. Danşıq zamanı zəng edən şəxs özünü Tovuz rayon polis şöbəsinin əməkdaşı olduğunu bilirib telefon sahibi Nəiminin yol-nəqliyyat hadisəsi zamanı öldüyünü deyib telefonları polis şöbəsinə təhvil verilməyimi tələb etmişdir. Bu sözləri eşdəndən sonra onun işi olduğu üçün telefonları Seymura verib onu Tovuz rayon Polis şöbəsinə göndərmiş və ondan xahiş etmişdir ki, Nəimi ilə dalaşdıqları barədə polisə məlumat verməsin. Bundan sonra Seymur telefonları götürüb getmiş, sonra isə geri qayıdıb telefonları təhvil verdiyini və onların ifadə verməkləri üçün istintaqa dəvət edildiklərini demişdir. Həmin vaxt Seymurun deməsi ilə məlum olmuşdur ki, Nəimi avtomobilidən düşəndən sonra Tovuz rayonu Düz-Qırıqlı kəndi ərazisində yolun Bakı istiqamətində avtomobillə vurulub və almış olduğu xəsarətlərdən ölüb. Nəimi Musayevlə mübahisə edən zaman onun əlində heç bir alət olmamış, ancaq sağ əlinin nişan barmağında çoxdan istifadə etdiyi metaladan gümüşü rəngli üzük olmuşdur. Onun həmin telefon zənglərinə elə cavab verməkdə məqsədi Nəiminin tezlikdə onun yanına gələcəyini, tezliklə gəlib onları tapacağını düşündüyü üçün telefona belə cavab vermişdir. Mübahisəyə Nəimi səbəb olmuşdur. Onun Nəimi ilə dalaşmaq fikri olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin prosessual hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X5 doğma qardaşıdır. Sağlığında bir evdə yaşamışlar. xx.xx.2024-cü il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Moskva şəhərində olarkən evdən ona zəng edərək bildimişlər ki, Nəiminin Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində meyiti tapılmışdır. Bu xəbəri eşidəndən sonra yaxın qohumlarını Tovuz rayonuna göndərib Nəiminin hansı şəraitdə ölməsi barədə maraqlanmaqlarını tapşırmışdır. Bundan bir neçə saat sonra qohumları ona zəng edərək Nəiminin Bakı-Qazaz yolunun Tovuz rayonu ərazisindən keçən hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən öldüyünü bildirmişlər. O, Bakı şəhərinə qayıdaraq yas mərasimində olarkən ona məlum olmuşdur ki, xx.xx.2024cü il tarixdə Nəimi, adı ona məlum olmayan tanışının toyuna getmək üçün Bakı şəhəri Tbilisi prospektində yerləşən iş yerindən arxasınca taksi kimi gələn adını sonradan bildiyi Şahid1 idarə etdiyi Toyota Prius markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobillə digər tanışı, adını sonradan bildiyi Təqsirləndirilən şəxsla birgə Qazax rayonu istiqamətində hərəkətə başlamışlar, yolda olarkən Nəimi əsgər yoldaşı Tural adlı şəxsə zəng edərək yolüstü harada yemək yeyə bilkəcəklərini soruşanda Tural, Nəmini Naftalan şəhərinə dəvət etmiş, lakin özü şəhərdə olmadığına görə görüşə qardaşı və qayınatasının gələcəyini bildirmişdir. Bundan sonra Nəimi, tanışları ilə birgə Naftalan şəhərinə gedib orada Turalın qohumları ilə görüşərək restorana gedərək nahar etmiş və spirtli içki qəbul etmişlər. Nahar etikdən sonra yenidən avtomobilə əyləşib Qazax rayonuna yola düşmüşlər. Yolda olarkən Tovuz rayonu ərazisindən keçəndə bilmədəyi səbəbdən avtomobildə sərnişin qismində əyləşmiş tanışı Təqsirləndirilən şəxsla mübahisə edərək yerə düşüb qarşılıqlı olaraq dava etmişlər. Davadan sonra isə Cavid və sürücü Seymur yenidən Qazax rayonuna gedəndə Nəimi onlarla getməmiş, avtomobildən düşdüyü yerdə qalmış, bunun səhəri günü isə, yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında Nəiminin meyiti Tovuz rayonu, Düz Qırıqlı kəndi ərazisindən keçən hissəsində, yolun Bakı istiqamətindəki yol kənarında olan torpaqlıqdan tapılmışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarxidə 13:01-də Nəiminin əsgər yoldaşı Tural, Nəimiyə zəng etmiş, həmin vaxt bir nəfər şəxs Nəiminin adı ilə cavab verərək (hazırda başım qarışıqdı,sonra zəng edərəm) sözünü deyib telefonu söndürmüşdür. Bundan sonra həmin tarixdə saat 14:27 radələrində anam Nəiminin telefonuna zəng edəndə telefona başqa bir şəxs cavab vermiş, anam Nəiminin harada olduğunu soruşanda həmin şəxs cavab verərək Nəiminin toyda olduğunu,telefonu isə saxlamaq üçün ona verdiyini bildirmişdir. Həmçinin vaxt anam telefona cavab verən şəxsdən neçə nəfər olduqlarını və Bakıya birgəmi qaydacaqlarını soruşanda həmin şəxs 3 nəfər olduqlarını və birgə Bakı şəhərinə qayıdacaqlarını bildirmişdir. Bu danışıqdan 2 saat sonra, yəni 16:02-də anam yenidən Nəimiyə zəng etmiş, telefona bir daha başqa şəxs cavab verəndə anam Nəiminin harada olmasını soruşmuş, həmin şəxs də cavab verərək Nəiminin toyda olduğunu, telefonun isə saxlanılması üçün onun özündə olduğunu bildirmişdir. Baş vermiş hadisə, istər Nəiminin döyülməsi, istərsə də yol-nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərdən öldüyünə görə şikayətçidir, bu barədə təqsiri olan şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Əlavə olaraq bildirmişdir ki, Nəimi Bakı şəhərində işlədiyi yerdən çıxaraq Qazax rayonuna getmək üçün qeyd edilən Toyota Prius markalı avtomobilə əyləşəndə əlində qara rəngli böyük çantası, üzərində isə dəqiq miqdarını bilməsə də müəyyən miqdarda pul olub, lakin tibbi-ekspertiza zamanı onun üzərindən 162 manat pulu çıxıb, üzərində digər pul, sənəd olmayıb, çantası isə ümumiyyətlə tapılmayıb. Hazırda Caviddən şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında dindirilərkən ifadəsində göstərdi ki, işdən sonra isə kirayəyə götürdüyü Toyota Prius markalı **- RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Ustası Muradın xx.xx.2024-cü il tarixdə Qazax rayonu, Hüseynbəyli kəndində toyu olacağı üçün o da həmin toya dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixdə axşam saatlarında ustası Murad ona zəng edərək toya gələndə şəhərdən toya gələcək 4 nəfərin olduğunu bildirib ondan həmin şəxsləri də gətirməyini xahiş etmiş və ona ikisinin də tanışı olan X6 telefon nömrəsini vermişdir. O, Cavidi elə ustası Murada görə tanımışdır. Bundan sonra Cavidə zəng edib ondan toya gedib-getməyəcəyini soruşmuş, Cavid də toya gedəcəyəni bildirmişdir. Səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində əvvəlcədən danışdıqları kimi qeyd etdiyi avtomobili ilə 20 Yanvar dairəsinə gedib oradan Cavidi götürmüşdür. Cavid avtomobildə qabaq oturacaqda əyləşmişdir. Cavid avtomobilə əyləşəndən sonra daha bir nəfər tanışının toya gedəcəyini, digər iki nəfərin isə getməyəcəyini bildirib ondan həmin tanışının arxasınca Tibilisi prospektində yerləşən “05 PAB” adlanan obyektə sürməyimi xahiş etmişdir. Bundan sonra onlar həmin obyektə getmiş, obyektə çatanda əvvəllər bir dəfə gördüyü həmin PAB-ın sahibi, adını sonradan bildiyi X13 avtomobilə əyləşmişdir. Nəimi avtomobildə arxa sağ oturacaqda, yəni Cavidin arxasında əyləşmişdir. Nəimi avtomobilə əyləşəndən sonra o, avtomobili işə salıb idarə edərək Bakı şəhərindən Bakı-Qazax yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən Hacıqabul rayonu ərazisindən keçəndə dayanıb yol kənarında olan kafedə çay içmişlər. Çay içəndən sora isə yollarına davam etmişlər. Yolda olarkən Nəimi, Naftalan şəhərində əsgər yoldaşının yaşadığını və birlikdə həmin şəhərə gedib nahar etməklərini xahiş edib əsgər yoldaşına zəng vurmuş, Əsgər yoldaşı da onları Naftalan şəhərinə dəvət etmişdir. Həmin gün saat 15-16 radələrində Naftalan şəhərinə çatanda Nəiminin adlarını bilmədiyi əsgər yoldaşının özü deyil, qardaşı və qayınatası onları qarşılayıb onları şəhərdə yerləşən “Ay Ulduz” restoranına aparmışlar. Restoranda nahar edərkən Nəimi, Cavid və həmin o iki nəfər şəxs spirtli içki olan pivə, pivənin üstündə də 2 litr araq içmişlər. Bundan sonra yanlarına daha 1 nəfər adını bilmədiyi yaşlı kişi gəlmiş və birgə təzədən 0,5 lirt araq içmişlər. Nahar edib qurtardıqdan sonra saat təxminən 20 radələrində yollarına davam etmək üçün yenidən avtomobilə əyləşmişlər. Cavid ön sağ, Nəimi isə arxa oturacaqda əyləşəndən sonra o, sükan arxasına keçib avtomobili Qazax rayonu istiqamətində hərəkət etdirmişdir. Hərəkətdə olarkən Nəimi arxa oturacağa uzanıb yatmağa başlamışdır. Onlar da Bakı-Qazax yolunun Tovuz rayonu ərazisindən keçəndə, yəni Tovuz yazılan yerə daxil olanda Cavidlə birlikdə yüksək səslə musiqiyə qulaq asdıqları üçün Nəimi yuxudan qalxıb zarafatyana Cavidi çimdikləyərək ona “bu nə mahnıdı qulaq asırsız” sözünü deyəndə Cavid, Nəiminin onu çimdiklədiyindən əsəbləşərək Nəimiyə öz iradını bildirib ona sənin mənimlə əl-qol zarafatın yoxdur, bu nə hərəkətdir sözlərini deyəndə onların arasında söz mübahisəsi yaranmış, buna görə Nəimi ondan maşını saxlamağını tələb etmişdir. O, avtomobili yolun kənarında saxlayandan sonra Nəimi avtomobildən düşüb ön sağ qapını açaraq Cavidin yaxasından tutub onu avtomobildən bayıra çıxardıb Cavidə demişdir ki, “mən səninlə çörək kəsmişəm,aramızada dostluğumuz olub, indi sən mənim zarafatımdan küsüb-inciyirsən”. Nəimi bu sözləri deyəndə Cavid cavab olaraq Nəimiyə demişdir ki, “mən əl-qol zarafatını xoşlamıram”. Onlar 1-2 dəqiqə söz mübahisəsi etdikdən sonra bir-birlərini sillə-yurmuqla vurmağa başlamışlar. O, bunu görüb avtomobildən düşərək onları ayırmağa çalışmış və Cavidi aralayıb avtomobilə əyləşdirmişdir. Bu zaman Nəimi sərxoş olduğundan Cavidi onunla səhv salıb üstünə gələrərk 1-2 dəfə onu yumruqla vurmuşdur. Nəimi onu vuranda kənara qaçıb ustası Murada zəng edib bu barədə məlumat verərək ondan kömək istəmişdir. Bundan sonra geri qayıdıb Nəimini sakitləşirərək əl-üzünü yumuş, Cavidlə barışdırmış, onlar öpüşüb-görüşüb qucaqlaşmışlar. Nəimi Cavidlə barışdıqdan sonra onlara toya getməyəcəyini bildirib demişdir ki, “Üz gözüm pis vəziyyətdədir, mən toya getmək istəmirəm” və avtomobilin baqajını açaraq özünə məxsus bel çantasını götürmüşdür. Cavid də bunu görüb Nəimini qucaqlayaraq ondan geri qayıtmamasını, birgə toya getməklərini xahiş edib Nəimini avtomobilə əyləşdirmək istəyəndə Nəimi bundan əsəbləşib yenidən Cavidlə mübahisə etməyə başlamış, mübahisə zamanı Cavid Nəiminin əlindəki bel çantasını alıb çanta ilə Nəimini vuranda çanta yol kənarında olan dəmir səddən kənara, yəni torpaqlığa düşmüş, Cavid Nəimini çanta ilə vuran zaman Nəimi müqavimətini itirərək yolun kənarında qoyulmuş dəmir səddin üzərinə yıxılmışdır. O da həmin zaman Nəimini tutmuş və arxası üstə yıxılmasına qoymamışdır. Çanta həmin yerə düşəndə çantanı heç kim yerdən götürməmiş, elə yerində də qalmışdır. Onlar dava edən zaman arxadan gələn boz rəngli Hyundai Sonata markalı dövlət qeydiyyat nişanının son rəqəmləri 797 olan avtomobil yanlarında dayanmış, avtomobildən 2 nəfər cavan oğlan düşüb onlara yaxınlaşaraq hər-hansı bir köməyin lazım olubolmadığını soruşmuşlar. O da həmin şəxlərə Cavidlə Nəimini ayıra bilmədiyini demişdir. Həmin şəxslər ona Tovuz rayonuna getdiklərini, amma istənilən köməklik edə biləcəklərini demişlər. O, bunu eşidib onlardan xahiş etmişdir ki, dalaşan şəxsləri ayırıb birini onun avtomobili ilə, digərini isə onların avtomobili ilə Qazax rayonuna aparaq. Bu sözlərdən sonra onlar birlikdə Cavidlə Nəimini ayırıb Cavidi onun avtomobilinə, Nəimini isə Hyundai markalı avtomobilə əyləşdirmişlər. Onlar avtomobilin sükanı arxasına keçəndən sonra öndə o, arxasınca isə Hyundai markalı avtomobil dal-qabaq üzü Qazax istiqamətində hərəkətə başlamışlar. Hərəkətdə olarkən Hyudai markalı avtomobil onu ötüb keçəndə həmin sürücünün telefon nömrəsini götürmək üçün ona işıqlar vasitəsi ilə saxla işarəsi verəndə avtomobil yol kənarında dayanmışdır. Sürücü avtomobildən düşüb ona yaxınlaşaraq nə lazım olduğunu soruşanda ondan hər etimala qarşı telefon nömrəsini istəmişdir. Həmin şəxs onun nömrəsini götürdükdən sonra öz telefon nömrəsini ( ***-***-**-**) ona vermişdir. Bu zaman ani anda Nəimi əyləşmiş olduğu avtomobildən düşüb onun avtomobilinə yaxınlaşaraq ön sağ oturacaqda əyləşmiş Cavidi açıq pəncərədən 1 dəfə yumruqla vuranda o, avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Bundan təxminən 3-4 dəqiqə sonra hərəkətdə olduğu zaman həmin Hyundai markalı avtomobil yanından ötüb keçəndə ön sağ tərəfdə əyləşmiş şəxs ona qolları ilə X (iks) işarəsi vermiş və sürücü ona zəng edərək Nəminin onlara söyüş, nəlayiq ifadələr etdiyinə və səbəbsiz olaraq əl-qol atdığına görə onu yolda düşürdüklərini bildirmişdir. Həmin vaxt dəqiq olaraq saat 21:35 olmuşdur. O, bunu eşidən kimi avtomobili saxlayıb ustası Murada zəng edərək bu barədə məlumat vermiş və ondan onlar olan yerə tərəf gəlib Nəimini axtarıbtapmasını xahiş etmiş, yerindən tərpənməyərək onları gözləməyə başlamışdır. Bundan təxminən 25-30 dəqiqədən sonra Murad başqa iki nəfərlə yanlarına gələndə o, Murada arxada geriyə qayıtmaq üçün yol olduğunu bildirib həmin yerə gedərək Nəimini tapmaqlarını tapşırmışdır. Murad bu sözləri eşidəndən sonra gəldikləri maşınla dediyi istiqamətə getmişlər və təminən 40-60 dəqiqədən sonra yanına gəlib Nəimini tapmadıqlarını demişlər. Nəimi tapılmayandan sonra Cavid onun avtomobilindən düşüb Muradın avtomobilinə əyləşmiş və onlar dal-qabaq olaraq Qazax rayonuna Muradın evinə getmişlər. Qazax rayonu Hüseynbəyli kəndinə çatandan sonra Cavidi toy evinə düşürmüş və həmin kənddə yaşayan əmisi X3 evinə gedib orada yatmış və səhəri günü, yəni xx.xx.2024-cü il tarixdə yuxudan qalxıb avtomobili təmizləməyə başlamış, avtomobili təmizləyərkən arxa qapını açanda ayaq altıda 2 ədəd telefonun olduğunu görmüş, həmin telefonlar Nəiminin telefonları imiş. Ola bilsin ki, Nəimi avtomobildən düşəndə sərxoş vəziyyətdə olduğu üçün telefonları avtomobildə unutmuşdur. Telefonları əlinə alanda “Samsung” markalı telefonun cərəyanın olmadığını, “İphone” markalı telefonun isə işlək vəziyyətdə olduğunu görmüş və “Samsungu” cərəyana qoşmuşdur. Bundan bir qədər sonra isə təxminən saat 10-11 radələri arasında toy evinə getmiş, toy evində olarkən Nəiminin “Samsung” markalı telefonuna zəng gəldiyi üçün zəng edənin Nəimi olduğunu düşünüb telefona cavab vermişdir. Zəng edən Nəiminin həyat yoldaşı olmuşdur. Həmin şəxs ondan “Nəiminin harada olduğunu soruşanda cavab olaraq telefonun onda qaldığını bildirib bu barədə Nəimiyə deyəcəyimi söyləmiş”, lakin Nəiminin dünən axşamdan avtomobildən düşüb Bakı şəhərinə qayıtmaq istədiyini deməmiş ki, birdən Nəimi şəxsi işi ilə əlaqədar kənar bir yerdə olar. Bundan sonra o, avtomobil idarə etdiyi üçün telefonları Cavidə vermişdir. Həmin gün təxminən saat 17 radələrində Nəminin telefonuna zəng ediləndə Cavid telefona cavab vermişdir. Danışıq zamanı zəng edən şəxs özünü Tovuz rayon polis şöbəsinin əməkdaşı olduğunu bilirib telefon sahibi Nəiminin yol-nəqliyyat hadisəsi zamanı öldüyünü deyib telefonları polis şöbəsinə təhvil verilməyini tələb etmişdir. Bu sözləri eşdəndən sonra Cavid telefonları ona verib Tovuz rayon Polis şöbəsinə təhvil verməsini tapşırmış və ondan xahiş etmişdir ki, azyaşlı övladları olduqları üçün həbs edilcəyindən qorxduğundan polisə Nəimi ilə dalaşdığını, aralarında mübahisə olduğunu deməsin. O da Cavidə “yaxşı polisə bu barədə məlumat vermərəm” deyib Caviddən telefonları götürüb Tovuz rayonuna gedib hər iki telefonu təhvil vermişdir. Həmin vaxt ona məlum olmuşdur ki, Nəimi Tovuz rayonu Düz-Qırıqlı kəndi ərazisində yolun Bakı istiqamətində avtomobillə vurulub və almış olduğu xəsarətlədən ölüb. Telefonları təhvil verəndən sonra geri, toya qayıdıb Cavidlə görüşüb ona hər ikisinin istintaqa dəvət edildiklərini bildirmişdir. Cavid bu sözləri eşidəndən sonra bir daha ondan xahiş etmişdir ki, Nəimi ilə arasında olan mübahisə barədə polisə məlumat verməsin. O, istintaqa bir neçə dəfə ifadə vermiş, əvvəl ilkin ifadə verərkən Cavid Novruzovun ondan etdiyi xahişi nəzərə alaraq düzgün, dürüst ifadə verməmişdir. Lakin həmin ifadəni verib yaşadığı evinə qayıtdıqdan sonra düzgün ifadə vermədiyini anladığı üçün yenidən istintaqa gələrək hazırki ifadəsini vermişdir. Hadisə baş verənə kimi Nəimi ilə Cavidin arasında olan münasibət normal olmuşdur. Nəiminin üzərində hər hansı bir məbləğdə pul vəsaitinin olub-olmaması barədə heç bir məlumatı olmamışdır. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstədi ki, o, Bakı şəhəri Biləcəri qəsəbəsində avtovağzaqlın yanında yerləşən avtoservisdə elektrik ustası işləyir. X5 ilə onun tanışlığı təxminən 4-5 il bundan əvvələ təsadüf edir. Belə ki, Nəimi müştəri olaraq tez-tez onunn yanına gəlirmiş. 2024-cü ilin sentyabr ayının əvvələrində Nəimi yenidən avtomobili təmir etdirmək üçün onun işlədiyi sexə gəlmişdir. O da həmin zaman qabaqda toyu olacağı üçün dəvətnamə yazırmış, Nəimi də onun dəvətnamə yazdığını görərək bildirmişdir ki, o da toy mərasminə gələcəkdir. Nəimiyə bildirmişdir ki, istəyirsən sənə də dəvətnamə yazım, lakin Nəimi dəvətnaməyə ehtiyac olmadığını bildirmişdir. O da Nəimiyə həmin zaman demişdir ki, toy məclisi Hüseybəyli kəndində keçiriləcəkdir. Nəimidən başqa toyuna Bakı şəhərində yaşayan digər tanışları, həmçinin, Şahid1 və Təqsirləndirilən şəxs da dəvət etmişdir. Həmin şəxslər də onun iş yoldaşlarıdır. O, toyu olacağı üçün 28 sentyabr 2024-cü il tarixdə Qazax rayonu, Hüseynbəyli kəndinə gəlmişdir. Toya 3 gün qalmış Nəimi ona telefonla zəng edərək toy məclisinin olduğu yeri və qalmağa yerin olub olmayacağını ondan soruşmuşdur. O, isə cavabında Nəimiyə bildirmişdir ki, toy məclisi Qazax rayonu, Hüseynbəyli kəndində keçiriləcək, qalmaq üçün isə yer var. xx.xx.2024-cü il tarixdə yaşadığı Hüseynbəyli kəndində olarkən toy axşamına (ciyər axşamı) hazırlıq görülən zaman Cavid, Seymur və Nəiminin toy axşamına gələcəyi barədə məlumatı olduğu üçün günorta saatlarında Cavid ona zəng edərək yolda olduqlarını, lakin hazırda Naftalan şəhərində olduqlarını, axşam isə toy axşamına gələcəklərini bildirmişdir. Həmin gün axşam saatlarında evdə olduğu zaman Seymur ona zəng edərək Şəmkir rayonunu keçdikərini, lakin, Cavid ilə Nəiminin mübahisə etdiklərini, onları ayıra bilmədiyini deyib ondan Nəimi ilə Cavidin yanına gəlməyini xahiş etmişdir. Həmçinin, Seymur danışan zaman ona bildirmişdir ki, Nəimi avtomobilin pəncərələrini vurur. O, bunu eşidib təxminən 5 dəqiqədən sonra evdən çıxaraq Seymurun dediyi istiqamətdə hərəkətə başlamışdır. Həmin zaman onun yanında işləyən köməkçisi Şahid4 və tanımadığı taksi olmuşdur. Onlar yolda olan zaman o, Seymura telefonla yenidən zəng vurmuş, həmin zaman Seymur ona demişdir ki, Nəimini Hyundai markalı avtomobilə minidirib, üzü Qazax rayonu istiqamətində hərəkət edirlər. Təxminən 5 dəqiqə sonra isə Seymur ona zəng edərək bildirmişdir ki, Nəimi Hyundai markalı avomobildən yerə düşüb. Telefon əlaqəsindən sonra təxminən 5-10 dəqiqə sonra o, Seymurun olduğu yerə çatmışdır. Seymur onlarla əks istiqamətdə üzü Qazax rayonu istiqamətində dayanmışdır. O, Seymurun olduğu yerə çatdıqda orada dayanmış və avtomobildən düşərək yolu əks istiqamətə keçib Seymurun və Cavidin yanına yaxınlaşmışdır. Seymur həmin zaman ona bildirmişdir ki, Nəimi arxadadır, avtomobildən düşüb. O da yolu yenidən əks istiqamətə üzü Bakı şəhəri istiqamətinə keçmişdir. Avtomobildə qabaq oturacaqda əyləşmiş, avtomobillə hərəkət edə-edə yola baxırmış, lakin həmin zaman heç bir şey görə bilməmişdir. Onlar təxminən 1 kilometr sonra geri Seymurungilin olduğu yerə qayıtmağa başlamışlar. O, geri qayıdanda 1 kilomertr məsafəni piyada geri qayıtmışdır. O, Nəimini axtaran zaman Nəimiyə məxsus olan mobil telefon nömrəsinə bir neçə dəfə zəng etmiş, lakin həmin zaman Nəiminin telefonuna zəng çatmamışdır. Geri qayıdan zaman telefon işığı ilə yolun kənarına torpaq sahələrə baxmışdır ki, bəlkə Nəimi yolun kənarına yıxılıb eləyər. Lakin o, Seymurgilin yanına çatana qədər heç bir şey aşkar etməmişdir. O, Seymurun olduğu yerə çatan zaman Cavidi öz avtomobilinə əşyləşdirib yaşadığı kənddə qayıtmış, Seymur da öz avtomobili ilə arxasınca gəlmişdir. Yolda olarkən Cavidin deməsinə görə ona məlum olmuşdur ki, Seymur, Cavid və Nəimi Seymurun idarə etdiyi avtomobillə Naftalan şəhərindən Qazax rayonuna gələrkən Nəimi ilə Cavidin arasında mübahisə yarandığı üçün qarşılıqlı olaraq dava etmişlər, sonra isə yol ilə gedən Hyundai markalı avtomobil kömək məqsədi ilə onların yanında dayananda Nəimi həmin avtomobilə əyləşmiş, sonra isə məlum olmayan səbəbdən Nəimi Hyundai markalı avtomobildən düşmüşdür. xx.xx.2024-cü il tarixdə sabah saat 10 radələridə Seymur onlara gələrək bildirmişdir ki, Nəiminin telefonlarını avtomobili təmizləyən zaman ayaqaltından tapıbdır. O da telefonlara baxmış və zaryatkasının olmadığını görmüş və Seymura demişdir ki, telefonları zaryatkaya tax, ola bilsin ki telefonlara zəng etsin. Saat təxminən 16 radələrində toy məclisində olarkən Seymur yanına gələrək polisdən zəng edildiyini, Nəimini telefonlarının təhvil verlməsi üçün polisə çağırıldığını və dünən, yəni xx.xx.2024-cü il tarixdə axşam saatlarında Nəiminin Tovuz rayonu ərazisində, yəni Hyundai markalı avtomobildən düşdüyü ərazidə avtomobillə vurulduğu üçün almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişdir. Şahid4 Şaqi oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsində avtovağzalın yanında yerləşən avtoservisdə elektrik ustası köməkçisi işləyir. xx.xx.2024-cü il tarixdə Qazax rayonu, Hüseynbəyli kəndində yaşayan iş yoldaşı olan Muradın toy mərasiminə dəvət aldığı üçün o, toydan bir gün qabaq toy axşamına getmişdir. Bakı şəhərində işləyən zaman Şahid1 və Təqsirləndirilən şəxs da tanıyır. Onlarla münasibəti normal olmuşdur. xx.xx.2024-cü il tarixdə səhər saatlarında Qazax rayonuna getmiş və Muradla birlikdə olan zaman bilmişdir ki, toy məclisinmə Seymur və Cavid də dəvətlidirlər. xx.xx.2024-cü il tarixdə təxminən gönorta radələrində Cavid ona zəng edərək yolda olduqlarını Qazax rayonuna gəldiklərini demişdir. O, gün ərzində Muradgildə olan məclisdə spirtli içki olan araq qəbul etmişdir. Axşam təxminən saat 20 radələrində Murad ona demişdir ki, Cavid gələn zaman mübahisə edib. O, həmin zaman bilmişdir ki, Muradın dostu olan Nəimi də Cavidgillə birlikdə toy məclisinə gəlirmiş, gələrkən də yolda bir-birləri ilə mübahəsi ediblər. Murad ona demişdir ki, “Seymur ondan kömək istəyir, mən ora gedirəm”. O da həmin zaman Murada demişdir ki, “səni tək qoymayacam mən də səninlə birlikdə gedirəm”. Həmin zaman Muradgilin qapısını kimsə Opel markalı avtomobil ilə taksi kimi adam gətirmiş, onlar da həmin taksini saxladaraq onları Tovuz rayonuna aparmağını istəmişlər. Bundan sonra o, takisidə arxa oturacaqda, Murad isə qabaq oturacaqda əyləşmiş və onlar Tovuz rayonu istiqamətində hərəkətə başlamışlar. Onlar yolda olan zaman Seymur bir neçə dəfə Murada zəng edərək əlaqə saxlamışdır. Daha sona isə onlar Seymurgilin olduğu yerə çatmışlar. Onlar ora çatan zaman o və Murad avtomobidən düşərək yolun ortasında olan beton səddi aşaraq yolun digər tərəfinə keçmişlər. Həmin zaman Seymur ayaqüstə durmuş, Cavid isə avtomobildə qabaq oturacaqda əyləşmişdir. Onlar Nəiminin harada olduğunu soruşmuşlar. Seymur onlara demişdir ki, Nəimi onlardan bir qədər arxada mindiyi Sonata markalı avtomobildən düşüb. Seymur onlara demişdir ki, “siz üzü Bakı istiqamətində biraz gedin, Nəimi oralarda olacaq”. Onlar da bundan sonra qayıdaraq gəldikləri avtomobildə əyləşmiş və üzü Bakı istiqamətində hərəktə başlamışlar. Onlar elə bilirmişlər ki, Nəimi üzü Qazax rayonu istiqamətində yolun kənarındadır. Bunun üçün də onlar üzü Bakı istiqamətinə gedən zaman ətrafa diqqətlə baxmamışlar. Onlar bir qədər getdikdən sonra yeraltı keçiddən keçərək üzü Qazax rayonu istiqamətində geri qayıtmağa başlamışlar. Həmin zaman Murad avtomobidən düşərək piyada təxminən 500-600 metr məsafəni piyada olaraq getmiş, onlar da onun arxasınca gedərək işıq salmışlar ki, Murad ətrafa yaxşı baxsın. Lakin onlar həmin zaman yolun kənarında heç bir şəxs görməmiş və Seymurla Cavidin olduğu yerə çatmışlar. Onlar Seymurgilə bildirmişlər ki, Nəimi heç bir yerdə yoxdur. Daha sonra isə onlar elə fikirləşmişlər ki, Nəimi yolu keçərək Bakı istiqamətində geri qayıdıb. Bundan sonra isə onlar Cavidi öz gəldikləri avtomobildə əyləşdirmişlər. O da Seymurun avtomobilində əyləşmiş və üzü Qazax rayonu istiqamətində hərəkətə başlamışlar. Daha sonra isə onlar Muradgilə çatmışlar və Seymur çıxıb əmisigilə getmişdir. Onlar da orada qalmışlar. Səhərisi gün bilmişdir ki, Nəimi vəfat edib. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında dostu Kamranla Gəncə şəhərində olarkən Kamran ondan iş yeri olan Tovuz şəhərinə aparmağını xahiş etmişdir. O, buna razılıq verəndən sonra Kamran ona məxsus olan Hyundai Sonata markalı **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sağ oturacağında əyləşmişdir. Bundan sonra o, sükan arxasına keçib avtomobili işə salaraq Gəncə şəhərindən Bakı-Qazax avtomobil yoluna çıxıb Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. Hərəkətdə olarkən təxminən saat 21 radələrində həmin yolun Tovuz rayonu ərazisindən keçəndə yolun Qazax istiqamətindəki yol kənarında qəza işıqları yanan qara rəngli Toyota Prius markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayandığını, yerdə isə iki nəfər şəxsin dava etdiklərini, bir nəfər şəxsin isə onları ayırmağa çalışdığını görüb dava edən şəxsləri ayırmaq məqsədilə onların yanında dayanıb nə kömək lazım olduğunu soruşmuşdur. Bu zaman Toyota markalı avtomobilin sürücüsü onlara yaxınlaşaraq dava edən şəxsləri ayırmağa köməklik etməklərini xahiş etmişdir. Onlar da avtomobildən düşüb dava edən şəxsləri ayırmışlar və onlara təklif etmişlər ki, eyni yolu getdiklərinə görə onlardan biri onlara məxsus avtomobilə, digər isə Toyota markalı avtomobilə əyləsin ki, yenidən dava etməsinlər. Onlar mübahisə edən şəxslərə yaxınlaşan zaman Nəimi yerdə uzanmış vəziyyətdə olmuş, Cavid adlı şəxs isə onu dayanmadan yerdə yumruqla zərbə yetirirmişdir. Onlar mübahisə edən şəxslərə yaxınlaşaraq aralayan zaman Nəiminin sol gözünün altı göyərmiş, gözünün altı partlamış və qaşı isə çapılmışdır. Daha sonra isə Nəimiyə özünə gəlməsi üçün yarım litrlik butulkada olan su vermişlər, Nəimi də həmin sudan içmişdir. Daha sonra isə mübahisə edən digər şəxs Toyota Prius markalı avtomobilə əyləşmişdir. Xəsarət alan şəxs Nəimi isə Toyota markalı avtomobilə yaxınlaşaraq Cavidə söyüş söyərək avtomobilin şüşəsini yumurla vururmuşdur. Dostu Kamran ona demişdir ki, “biz eyni istiqamətə gedirik, onlardan birini özümüzlə aparaq”. Bundan sonra isə onlar Nəimini Sonota markalı avtomobilin arxa oturacağında əyləşdirmişlər. Onlar hərəkətə başlayandan sonra Nəimi onlardan siqaret istəmiş, onlar da Nəimiyə siqaret vermişlər, təxminən 3-4 kilometr getdikdən sonra arxaları ilə gələn Toyota Prius markalı avtomobilin sürücüsü işıqlardan istifadə edərək onları saxlatmışdır. Onlar da avtomobili yolun kənarına çəkərək saxlamışlar. Onlar avtomobili saxladıqdan sonra, digər avtomobildə olan hər iki şəxs avtomobildən yerə enərək onlara yaxınlaşmışlar, həmin zaman Cavid Nəimiyə şirin sözlərlə söhbət edərək ondan avtomobildən düşərək onlarla getmək istədiyini demiş və bildirmişlər ki, çox sağolun bura qədər siz gətirmisiz bundan sonra özümüz gedəcəyik. Bundan sonra isə Nəimi yenidən onlara nalayiq ifadələr işlədərək dalaşmağa başlamışdır. Onlar da həmin zaman digər şəxslərə bildirmişlər ki, siz gedin biz birtəhər Nəimi özümüzlə gətirərik. Həmin zaman digər avtomobildə olan şəxslər avtomobilə əyləşərək onlardan uzaqlaşmışlar. Onlar da həmin zaman Nəimini avtomobilə əyləşdirmək istəmişlər, lakin Nəimi onlara tərəf gələrək Kamrana demişdir ki, “siz kimsiniz ki məni maşına mindirirsiz” Kamran da bu zaman Nəiminin içkili olduğunu gördüyü üçün arxaya tərəf getməyə başlamışdır. O da həmin zaman avtomobilə əyləşmiş və Kamrana demişdir ki, avtomobilə əyləş gedək. Kamran da həmin zaman avtomobilə əyləşmiş və onlar Nəimini orada qoyaraq hərəkətə başlamışlar. Onlar avtomobillə hərəkətə başladıqdan sonra Kamran Prius markalı avtomobilin sürücüsünə zəng edərək bildirmişdir ki, onlara problem yaratdığı üçün onlar Nəimi orada qoymuşlar, qayıdın onu özünüz götürün. Onlar telefonla danışandan sonra təxminən 2 kilometr məsafə getdikdən sonra Prius markalı avtomobilə çatmış və onların yanında saxlamışlar. X18 markalı avtomobilə çatanda onların işıqlardan istifadə edərək geriyə doğru hərəkət etdiyini görmüşlər. Onlar da avtomobili Prius markalı avtomobilin yanında saxlamışlar. Kamran Prius markalı avtomobilin sürücüsünə bildirmişdir ki, onlar Nəimini avtomobildən düşürüblər, çünki Nəimi içkili olduğu üçün onlara problem yaradırmış. Bundan sonra isə o, dostu Kamranı Tovuzun mərkəzində parkın yanında avtomobildən düşürmüşdür. Daha sonra isə Samux rayonuna qayıtmışdır. Yolda geri qayıdan zaman isə Qazax istiqamətinə gəldiyi yolda heç bir şəxsi görməmişdir. İş üzrə zərərçəkmiş şəxsin prosessual hüquqi varisinin müdafiəçisinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 məhkəmə iclasında ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında dostu Elşəndən iş yeri olan Tovuz şəhərinə aparmağını xahiş etmişdir. Dostu buna razılıq verəndən sonra sonuncunun idarə etdiyi Hyundai Sonata markalı avtomobillə hərəkətə başlamışlar. Hərəkətdə olarkən təxminən saat 21 radələrində həmin yolun Tovuz rayonu ərazisindən keçəndə yolun Qazax istiqamətindəki yol kənarında qəza işıqları yanan qara rəngli Toyota Prius markalı avtomobilinin dayandığını, yerdə isə iki nəfər şəxsin dava etdiklərini, bir nəfər şəxsin isə onları ayırmağa çalışdığını görüb dava edən şəxsləri ayırmaq məqsədilə onların yanında dayanıb nə kömək lazım olduğunu soruşmuşlar. Bu zaman Toyota markalı avtomobilin sürücüsü onlara yaxınlaşaraq dava edən şəxsləri ayırmağa köməklik etməklərini xahiş etmişdir. Onlar da avtomobildən düşüb dava edən şəxsləri ayırmışlar və onlara təklif etmişlər ki, eyni yolu getdiklərinə görə onlardan biri onlara məxsus avtomobilə, digər isə Toyota markalı avtomobilə əyləşsin ki, yenidən dava etməsinlər. Cavidin onu vurmasını görməmiş, mübahisənin sonuna çatmışlar. O rəhmətlik Nəiminin qoluna girərək ayrımışdır. Dava olan zaman onları görməmişdir. Hadisə yolun qırağında olduğu üçün görə bilməmişlər. Həmin vaxt rəhmətlik Nəimi Cavidi nalayiq ifadələrlə söyürdü. Davadan sonra onları ayırdıqdan sonra hərəsini bir maşında oturtmuşlar. Maşına mindirdikdən sonra onlar maşını sürüb getmişlər. Dava olarkən digər şəxsi isə Prius sürən şəxs ayırırdı. Bir müddət getdikdən sonra Nəimi spirtli içkinin təsiri altında olduğuna görə onunla mübahisə etməyə çalışmışdır. Mübahisə olmasını deyə onlar yolda Nəimini düşürmüşlər. Yolda digər maşını saxlatdıraraq Nəimini yolda düşürmələrini bildirmişlər. Hadisə yolun qırağında yaşayış məntəqəsindən kənarda baş vermişdir. İşin 211-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Hüquqi Şəxsinin 17 aprel 2025-ci il tarixli T 361/2025 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizası zamanı başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə tağı, üz skeleti və kəllə əsası sümüklərinin çoxqəlpəli sınıqları, başın yumşaq toxumalarına, baş beyin toxuması, qişa və mədəciklərə qansızmalar, sağ döş-körpücük oynağının cırılması, sağ İ-V, sol İ-İV qabırğaların, çanaq sümüklərinin sınığı, sol alt göz qapağının əzilmiş yarası, üst dodaq, sağ gözün bayır bucağı, sağ üst göz qapağının əzilmiş-cırılmış yarası, sağ almacıq nahiyəsinin didilmiş yarası, sağ bazu oynağının deşilmiş yarası, sol dirsək oynağının sıyrıq və didilmiş yarası, sol əlin ovuc səthinin və sol dabanın alt səthinin əzilmiş yaraları, sağ və sol göz ətrafının və göz oynağı, kürəyin, döş qəfəsinin ön səthinin sağ yarısında, sol yarısında qarına yaxın, qarının sağ yarısının, bel, sol dirsək oynağı, sol bud, sağ diz oynağı, hər iki baldır, sağ iç torpaq, sağ daban, sol iç topuq və hər iki ayaq pəncəsinin sıyrıqları müəyyən edilmişdir. Qeyd edilən xəsarətlər küt yaranma mexanizminə malik olmaqla başın təpə nahiyəsinin əzilmiş-cırılmış yaraları, kəllə tağı və əsası sümüklərinin çoxqəlpəli sınıqları, başın yumşaq toxumalarına, baş beyin toxuması, qişa və mədəciklərə qansızmalar, sa döş-körpücük oynağının cırılması, sağ İ-V, sol İ-İV qabırğaların, çanaq sümüklərinin sınığı, sol alt göz qapağının əzilmiş yarası, sağ gözün bayır bucağı, sağ üst göz qapağının əzilmişcırılmış yarası, sağ bazu oynağının deşilmiş yarası, sol dirsək oynağının sıyrıq və didilmiş yarası, sol əlin ovuc səthinin və sol dabanın alt səthinin əzilmiş yaraları, sağ və sol göz ətrafının və gözaltı nahiyənin qançırı, sağ almacıq və yanağın yumşaq toxumalarının şişkinliyi fonunda qançır, burun, alın, üst dodaq, alt çənə, sağ bazu oynağı, kürəyin, döş qəfəsinin ön səthinin sağ və sol bud, sağ diz oynağı, hər iki baldır, sağ iç topuq, sağ daban, sol iç topuq və hər iki ayaq pəncəsinin sıyrıqları qərarda göstərilən şəraitdə və vaxtda, yəni xx.xx.2024-cü il tarixdə hərəkətdə olan avtomobillə piyadanın vurulması zamanı yarana bilərdilər, dərəcəsinə görə baş beyin zədələnməsi kəllə sümüklərinin qəlpəli sınıqları canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya, ikitərəfli qabırğa, sağ almacıq sümüyü və həmin nahiyənin didilmiş yarası, sağ döşkörpücük oynağının zədələnməsi və çanaq sümüklərinin sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərərvurmaya, əzilmişcırılmış yaralar sağlamlığın qısa müddətə polzulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, qançır və sıyrıqlar isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcələri təyin edilmir. Xəsarətlərin xarakteri, lokalizasiya və müxtəlif müstəvilərdə yerləşməsi nəzərə alınaraq sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş, üst dodağın əzilmiş yarası xx.xx.2024-cü il kənar şəxs tərəfindən həmin nahiyəyə yumruqla yetirilən zərbə nəticəsində yaranmasına uyğun gəlir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl zərəçəkmiş şəxs X13 ilə aralarında olan şəxsi münasibətlər zəminində mübahisədən sonra baş vermiş və onunla əlaqədar olmuşdur. Hadisə baş verən vaxt davada iştirak edən şəxslərdən yəni hadisə üzrə avtomobildə olan şəxslərdən başqa heç kəs olmamışdır. Yalnız dava davam etdiyi müddətdən sonra, faktiki olaraq zərərçəkmiş şəxs ilə təqsirləndirilən şəxs ayrıldıqdan sonra oraya iki nəfər yoldan keçən başqa maşın gəlmişdir. Onlar da dava edənləri ayırmışlar. Həm istintaq tərəfndən təqdim olunan şahidlərin, həmçinin zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş şahidin ifadəsindən də göründüyü kimi, Nəimi Musayev ilə Təqsirləndirilən şəxs davasında kənar şəxslər olmamışdır. «Xuliqanlıq» ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin törədilməsində ifadə olunur. Təqsirləndirilən şəxsin hərəkəti zərərçəkmiş şəxsə qarşı zor tətbiq olunması ilə müşayiət olunsa belə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər mövcud olmamışdır. Yalnız tərəflər arasında dava qurtardıqdan sonra şahidlər hadisə yerinə gəlmişlər. Eyni zamanda hadisə ictimaiyyətin olmadığı yerdə günün qaranlıq saatlarında baş vermişdir ki, bu da uzaqdan olmuş olsa belə hər hansı şəxsin rahatlığını pozmamış, kimsəni narahat etməmişdir. Bundan əlavə istintaq orqanının gəldiyi nəticəyə görə ictimai asayişin pozulması halı heç bir əsaslı səbəb olmadan baş vermişdir. Məhkəmə bu hala münasibət bildirməyi zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında münaqişə zərərçəkmiş şəxsin hərəkətlərindən sonra baş vermişdir. Dava-dalaş axşam saatlarında ictimai yerdən kənarda yolun kənarında baş vermişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı mübahisənin başlanmasına zərərçəkmiş şəxsin hərəkətləri ilə səbəbli əlaqəsi olmuşdur. Bu hal hətta zərərçəkmişin prosessual hüquqi varisinin vəkilinin vəsatəti əsasında dindirilmiş şahidin ifadəsi ilə də öz təsdiqini tapmışdır. Belə ki, şahid Kamran Qurbanov ifadəsində “rəhmətlik Nəiminin Cavidə nalayiq söyüş söydüyünü” bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsla Nəimi Musayev arasında dalaşmaya və münaqişəyə səbəb və təşəbbüskar zərərçəkmiş şəxsə xəsarət yetirməsi ilə tövsif olunması üçün heç bir əsas yoxdur və onun əməli xuliqanlıq niyyəti ilə xəsarət yetirmə kimi tövsif oluna bilməz. Eyni zamanda məhkəmə ekspert rəyinə qiymət verməyi zəruri hesab edir. Belə ki, ekspert rəyinə əsasən Nəimi Musayevə yetirilən sağ almacıq sümüyünün sınığı, sağ almacıq nahiyəsinin didilmiş, üst dodağın əzilmiş yarası xx.xx.2024-cü il tarixdə kənar şəxs tərəfindən həmin nahiyəyə yumruqla yetirilən xəsarətə xarakterikdir. Məhkəmə ekspertin gəldiyi nəticə ilə razılaşır və ekspert rəyini əsaslı hesab edir. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 07 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 fevral 2006-cı il tarixli (17 mart 2006-cı il tarixdə dərc edilmişdir) qərarında göstərilir ki, xuliqanlıq– öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. CM-nin 221.1-ci maddəsi xuliqanlıq cinayət əməlini– ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi müəyyənləşdirilir. Maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir. İctimai qaydanın kobud surətdə pozulması; Cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; Vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Konstitusiya Məhkəməsinin həmin qərarına görə bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Həmin qərara görə ictimai qaydanı kobud surətdə pozan hərəkətlər– təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər– təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Qeyd olunmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması öz-özlüyündə inzibati hüquqpozmadır və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 296-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Lakin CM-in 221-ci maddəsində nəzərdə tutulan cinayət tərkibinin yaranması üçün məhz yuxarıda qeyd olunan əlamətlər mövcud olmalıdır. Konstitusiya Məhkəməsinin şərhinə görə Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Göstərilənlər həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında da öz əksini tapmışdır. Bələ ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında 1№li qərarının 2-ci bəndində göstərilir ki, izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarına qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafındakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyatına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Plenum Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqlənməsi zəruriyyətinə cəlb edilsin, izah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələr ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıqaşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göstərilənlərə qiymət verərək və Konstitusiya Məhkəməsinin məlum hər iki şərhinə və Ali Məhkəmənin Plenum Qərarının tövsiyələrinə əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində «xuliqanlıq» cinayətinin əlamətləri yoxdur. Belə ki, Təqsirləndirilən şəxs təqsirkarla mübahisə zəminində ona yumruqla xəsarət yetirmişdir. Əməlin cərəyan etdiyi vaxt oktyabr ayında saat 21 radələrində baş vermişdir. Həmin vaxt sutkanın qaranlıq vaxtı olması ilə yanaşı hadisənin baş verdiyi məkan yəni yaşayış məntəqəsindən kənardadır və yaşayış məntəqəsindən kənarda olan həmin yerdə hər hansı iaşə obyekti, restoran və ya ictimai yer mövcud olmamışdır. Hadisənin qısa zaman kəsiyində baş verməsi ilə yanaşı oraya sonradan gələn şəxslər də (şahid qismində tanınaraq dindirilmiş Şahid3 və zərərçəkmiş şəxs tərəfin təşəbbüsü əsasında dindirilmiş X7) məhkəmə iclasında bildirdiklərindən də görünür ki, hadisə zamanı zərərçəkmiş şəxsin spirtli içkinin təsiri altında özünün mübahisəyə meyilli olması məhkəmənin diqqətindən kənarda qalmır. Hadisənin biləvasitə şahidləri olan Şahid3 və Kamran Qurbanovun ifadələri ilə həmçinin müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla Nəimi Musayev arasında baş vermiş dava-dalaş onlar ora yaxınlaşana qədər baş vermiş, həmin vaxt ərazidə onlardan yəni sürücü və münaqişə tərəflərindən başqa heç kim olmamışdır. Onlar orada olarkən olan mübahisə zamanı isə zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs bir-birlərini vurmuşlar. Mübahisə nəticəsində Təqsirləndirilən şəxs vuraraq zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmuşdur. Buradan da görünür ki, Təqsirləndirilən şəxs niyyəti əxlaq normalarını pozmaq, həmin normalara etinasız münasibət göstərmək deyil, şəxsi münasibətləri zəminində yaranmış problemləri həll etmək olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hərəkətlərində xuliqanlıq cinayətinin əlamətləri yoxdur. Lakin Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Nəimi Musayevin sağlamlığına az ağır zərər vurmaqla xəsarət yetirmişdir. Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma əməlləri ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırması zamanı həmçinin Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətləri mövcud olmamışdır. Əmələ hüquqi qiymət verən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində ibtidai istintaq orqanının qənatəincə gəlinmiş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma baş verməmişdir. Mübahisələr hadisələrin axarı zəminində baş verməklə təqsirləndirilən şəxsdə xuliqanlıq niyyəti ilə zərərçəkmişin sağlamlığına zərər vurmaq kimi niyyətinin mövcud olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin ifadəsi şahidlərin ifadəsi ilə uyğunluq təşkil etmiş və onların da bildirdiyinə görə mübahisənin başlanmasına səbəb zərərçəkmiş şəxs olmuşdur. Yolda mübahisədən sonra təqsirləndirilən şəxsin ayrılaraq zərərçəkmiş şəxsin başqa avtomobillə getmək istəyinin olması onun xuliqanlıq niyyəti ilə əməli törətmədiyinin göstəricisidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamda ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Ona görə də Təqsirləndirilən şəxs əməlinə Azərbaycan Respublikası CMnin 221.1-ci hissəsinə münasibətdə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət verilməli, əməlin CM-nin 127.2.3-cü maddəsi ilə olan hissəsi isə 127.1-ci maddəsi ilə tövsif edilməlidir. Həmin maddənin sanksiyası həddində ona cəza təyin ediməlidir. İşin 208-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 172-173-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı görünür. İşin 223-224-cü vərəqələrində olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X4 birgə nikahlarından 25 oktyabr 2014-cü ildə Aysu və 20 iyun 2017-ci il tarixdə Aylin adlı uşaqları anadan olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayətini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, himayəsində azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirib, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, hallarını və ictimai təhlükəlilik dərəcəsini nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəzanın növünü və həddini müəyyən edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olduğunu, cəzanı ağırlaşdıran halın isə olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında müəyyən olunmuş növdə və həddə cəza təyin olunmalıdır. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum edilmədən islah olunacağı məhkəmədə şübhə doğurur və onun barəsində daha ciddi cəza növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 10 dekabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə bəraət verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-123/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-123/2025
10.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver