Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-125/2024 21.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Tovuz rayonu, Kirən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Kirən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirtmək məqsədilə tanışı, Tovuz rayon Bozalqanlı kənd sakini Zərərçəkmiş şəxs1 sonuncunun şəkər xəstəsi olan həyat yoldaşı Şahid2 əlillik təqaüdü düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2022-ci ilin dekabr ayında Tovuz rayon Bozalqanlı kəndində olan evində 2000 (iki min) manat və dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2023-cü ilin dekabr ayında Tovuz rayon Bozalqanlı kəndində yerləşən yaşadığı evində 2000 (iki min) manat olmaqla cəmi 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirərək, Zərərçəkmiş şəxs1 cəmi 4000 (dörd min) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrar, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayon Düz Cırdaxan kənd sakini Zərərçəkmiş şəxs2 övladı Şahid3 İİ qrup əlillik dərəcəsini yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, dəqiq günü və vaxtı istintaqa məlum olmayan 2023-cü ilin fevral ayında Tovuz rayon Düz Cırdaxan kəndində yerləşən yaşadığı evində 3500 (üç min beş yüz ) manat məbləğində pul vəsaitini ələ keçirərək, Zərərçəkmiş şəxs2 cəmi 3500 (üç min beş yüz) manat məbləğində ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs verilən ittiham üzrə ifadəsində göstərmişdir ki, Tovuz rayon Kirən kəndində daimi pasport qeydiyyatda olmaqla həmin ünvanda həyat yoldaşı X7, anası X8 ilə birlikdə yaşayır.Rəsmi olaraq heç yerdə işləmir, İİİ qrup əlildir. Zərərçəkmiş şəxs1 və əri Şahid2 uzun müddətdir ki, tanıyır. Belə ki, Şahid2 təxminən 20 ildən çoxdur ki, tanışıdır. Ramiz Tovuz rayon Dondar priyezində avtomobil ehtiyat hissələri mağazası işlədir. 2022-ci ilin dekabr ayında Tovuz rayon Dondar priyezində Ramizin mağazasının qarşısında özünə məxsus avtomobilin təkərlərini düzəltməyə getmişdir. Həmin vaxt Ramiz ona yaxınlaşaraq ondan əlillik təqaüdünü düzəldib-düzəltməməyini soruşduqda ona əlillik təqaüdü düzəltdirdiyini bildirmişdir. Ramiz ona da təqaüd düzəltdirməyə köməklik etməyini xahiş etdikdə ona köməklik edə biləcəyini demişdir. Daha sonra isə 2021-ci ildən tanıdığı X10 zəng edərək bu barədə ona məlumat vermişdir. Afət telefon danışığı zamanı əillik təqüdünü düzəltmək üçün ümumilikdə sənədlərin düzəldilməsinə 2000 (iki min) manat məbləğində pul istəmişdir. Ramizə əlillik təqaüdünün düzəldilməsinə 2000 (iki min) manat pul lazım olduğunu bildirmişdir. Ramiz isə onunla razılaşmış və ona sənədlərin arxası ilə getməyə vaxtı olmadığını 2000 (iki min) manat pulu ona verəcəyini bildirmişdir. Ertəsi gün Ramiz ona zəng edərək işlədiyi mağazaya gəlməyini istəmişdir. O da həmin gün Ramizin işlədiyi mağazaya gəlmişdir. Mağazaya gəldikdə Ramiz ona 2000(iki min) manat pul vermişdir. Həmin vaxt mağazada heç kəs olmamışdır. Həmin pulu Ramizdən götürdükdən sonra Afətə zəng etmişdir. Afət ona Samux rayonunda olduğunu, səhəri gün görüşə biləcəyini bildirmişdir. Ertəsi gün Afətin yaşadığı Gəncə şəhərində yerləşən Əlillər binasına getmişdir. Həmin binanın 4-cü mərtəbəsinə qalxaraq Afətin yaşadığı evin qapısını döymüş və Afət bloka çıxmışdır. Həmin vaxt evə daxil olmamışdır. Blokda Afətə 2000 (iki min) manat pulu vermiş və Afət əlində olan dəftərə qeyd yazaraq sənədin iki aydan sonra hazır olacağını bildirmişdir. Afət Gəncə şəhər 3 saylı şəhər poliklinkasında kompyuter mütəxəssisi vəzifəsində işləyirmiş. Afəti təxminən bir il müddətdə gözləmişlər. Sonuncu dəfə Afət ilə telefon danışığı etdikdə Afət ona həmin sənədin sistemə oturacağını bildirmişdir. O da özünü ona tibbi siğortanın həkimi kimi təqdim etmiş X3 zəng edərək Ramizin sənədinin sistemə oturub-oturmamağını soruşduqda Emil ona Ramizin şəxsiyyət vəsiqəsinin surətini göndərməyi və mərkəzi sistemdə yoxladacağını bildirmişdir. Ramizin şəxsiyyət vəsiqəsinin surətini Emilə göndərmişdir. Ertəsi gün, yəni, 2023-cü ilin dekabr ayında Emil ona zəng edərək Ramizin adının mərkəzi sistemə oturduğunu və ora hörmət olunacağı tədqirdə Ramizin sənədinin təsdiq olunacağını bildirib həmin məbləği isə ertəsi gün deyəcəyini bildirmişdir. Ertəsi gün Emil ona zəng edərək həmin sənədin təsdiqi üçün təkrar 2000 (iki min) manat məbləğində pul lazım olduğunu demişdir. Həmin vaxt Tovuz rayon priyezdində olduğu üçün Emilə Ramizə yaxınlaşdığını və özünə deməyini demişdir. Daha sonra Ramizin işlədiyi yerə yaxınlaşaraq Emillə Ramizi danışdırmışdır. Ramiz isə razılaşaraq ona yaşadığı evə getməyi və evdən arvadı Zərərçəkmiş şəxs1 2000 (iki min) pul götürəcəyimi demişdir. Daha sonra isə özü Ramizin evini tanımadığı üçün bacanağı Viləyət adlı şəxsi də onunla birlikdə yaşadığı evə göndərmişdir. Ramizin yaşadığı Tovuz rayon Bozalqanlı kəndində yerləşən evinə gəlmişdir. Həyətə daxil olduqda Ramizin yaşadığı evdə Ramizin arvadı Zərərçəkmiş şəxs1 və gəlini olmuşlar. Evin həyətinə daxil olduqdan sonra Zərərçəkmiş şəxs1 ilə həyətdə stolun arxasında əyləşmişlər və Əminə 2000 (iki min) manat məbləğində pulu video çəkiliş vasitəsilə ona vermişdir. Həmin pulu Emil adlı şəxsin kart hesabına Tovuz rayon Dondar preyizində yerləşən “Quşçu” marketdə yerləşən terminaldan göndərmişdir. Həmin qəbzi təhqiqatda izahat verərkən təqdim etmişdir. Lakin daha sonra isə Ramizin işini həll edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs2 20 ilə yaxındır ki tanıyır, belə ki, o qardaşı Vaqifin qonşusudur. 2023-cü ilin fevral ayının ortalarında Aslanın oğlu Şahid3 ona zəng edərək harada olduğunu soruşduqda ona Qazax rayonunda olduğunu bildirmişdir. Etibardan soruşduqda nə lazımdır, Etibar ondan yaşadıqları evə gəlməyini istəmişdir. Etibar israr etdikdən sonra axşam Qazax rayonundan gələndə Aslanın yaşadığı Düz-Cırdaxan kəndində yerləşən evinə gəlmişdir. Evə gəldikdə Aslan və oğlu Etibar ondan təqaüdü necə düzəltdirməyini və hansı sənədlər lazım olduğunu soruşmuşlar. Etibar əvvəllər İİ qrup təqaüdçü olmuşdur, lakin daha sonra təqaüdü kəsilmişdir. Onlara bir nəfər olduğunu demiş və həmin şəxslə danışıb xəbər edəcəyini bildirib onların evindən çıxmışdır. Ertəsi gün Emil adlı şəxsə zəng edib bu barədə məlumat vermişdir. Emil isə ona sənədləri və 2000 (iki min) manat məbləğində pul göndərməklə həmin işi həll edəcəyini demişdir. O da həmin günü Aslanın yaşadığı evinə getmişdir. Evə gedərkən Etibar və atası Aslan evdə olmuşlar. Aslanın evinə qonşusu Rəhman ilə getmişdir. Rəhman taksi sürücüsü kimi fəaliyyət göstərir. Onlar stolun kənarında əyləşmişlər və Etibar burada ona 2000 manat pulu sayıb vermişdir. Həmin pulu götürüb X1 hesabına Dondar priyezində yerləşən “Quşçu” marketdə yerləşən terminaldan göndərmişdir. Bir müddət sonra Emil Etibarı komissiyadan keçməyə göndərsə də Etibar komissiyadan keçə bilməmiş və həkim komissiyasından Etibarın sağlam olması barədə rəy almışdır. Daha sonra isə Emildən pulu geri istəsə də Emil pulu geri qaytarmamışdır. Hazırda zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanı tam olaraq ödəmişdir. Onların hər hansı şikayət və tələbi yoxdur. Etdiyi əməldən peşmançılıq hissi keçirir. Odur ki, qanunamüvafiq qərar çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 hər ikisi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı tam ödədiyini və təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələblərinin olmadığını bildirmişlər. Məhkəmə iclasında şahid X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qaynanasıdır və birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs təxminən bir il altı aya yaxındır ki, tanıyır. Belə ki, Kənanın qaynatası Ramizə təqaüd düzəldəcəyindən məlumatı var. İlk dəfə 2022-ci ilin dekabr ayında qaynanası Əminə ilə yaşadıqları evdə olan zaman Əminə evdən 2000 manat pul götürərək evin həyətində Kənana vermişdir. Həmin vaxtı Əminə pulu onun yanında verməsə də, məlumatı olmuşdur ki, Kənan yaşadıqları evə pul götürmək məqsədilə gəlmişdir. Həmin vaxt Kənanı görməmişdir. Daha sonra isə 2023-cü ilin sentyabr ayında isə Kənan təkrar olaraq ikinci dəfə yaşadıqları evə pul götürmək məqsədilə gəlmişdir. Həmin vaxtı yenə yaşadıqları evdə qaynanası Əminə və ondan başqa heç kəs yox olmamışdır. Həmin vaxtı Kənan yaşadıqları evin həyətinə daxil olmuş və evin həyətində yeləşən stolun kənarında əyləşmişdir. Əminə evdən pulu gətirib sayıb Kənana verən zaman Kənandan şübhələndiyini və özünə məxsus mobil telefon vasitəsilə videoçəkiliş aparmağını istəmişdir. Eyni zamanda Əminə bu barədə Kənana da məlumat verib pulu verən zaman video çəkiliş etmək istədiyini bildirmişdir. Kənan isə heç bir etiraz etmədən razılıq vermişdir. Daha sonra isə qaynanası Əminə 2000 (iki min) manat məbləğində pulu yaşadıqları evin həyətində sayaraq Kənana təqdim etmişdir. O isə həmin görüntünü mobil telefon vasitəsilə qeydə almışdır. Daha sonra isə mobil telefonu qaynanasına vermiş və qaynanası həmin video çəkilişi polisə təqdim etmişdir. Qaynanası Əminə həmin pulu Kənana qaynatası Ramizə təqaüd düzəltdirmək məqsədilə vermişdir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Tovuz rayon Bozalqanlı kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda həyat yoldaşı Zərərçəkmiş şəxs1, oğlu X5 və gəlini Şahid1 Arzu qızı ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq ticarət ilə məşğul olub ailənin və özünün maddi ehtiyaclarımı ödəməyə çalışır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Belə ki, Kənanın vəfat etmiş atası Tofiq ilə uzun müddət yaxın olmuşlar. Əvvəllər İİ qrup əlil olmuşdur. 2019-cu ildən 2022-ci ilədək təqüdçü olmuş, daha sonra isə təqaüdü dövlət tərəfindən dayandırılmışdır. Təqsirləndirilən şəxs ilə təqaüdün düzəldilməsi barədə heç söhbət aparmamışdır. Hətta arvadı Əminənin Kənan vasitəsilə özünə təqaüd düzəltməyindən də məlumatı olmayıb. Lakin 2023-cü ilin dekabr ayında məlumatı olmuşdur ki, arvadı Əminə ona təqaüd düzəltdirmək məqsədilə Kənana ilk dəfə 2022-ci ilin dekabr ayında 2000(iki min) manat məbləğində, 2023-cü ilin dekabr ayında isə təkrar yenə də 2000 (iki min) manat məbləğində pul vermişdir. Arvadı Əminə ikinci dəfə Kənana 2000 (iki min) manat məbləğində pul verdikdən sonra ona Emil adlı şəxsdən zəng gələrək təqaüdünün 10 gün ərzində hazır olacağını bildirildikdə məlumatı olmuşdur ki, Əminə Kənana 4000 (dörd min) manat məbləğində pul vermişdir. Kənan ilə təqaüdünün düzəldilməsi barədə heç bir söhbəti olmayıb və ona heç bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Tovuz rayon Kirən kəndində daimi pasport qeydiyyatda olmaqla həmin ünvanda həyat yoldaşı X13 və atası X11 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, lakin buna baxmayaraq taksi fəaliyyəti ilə məşğul olur. Həmıkəndlisi Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. 2023-cü ilin fevral ayında Təqsirləndirilən şəxs ilə birlikdə Ağstafa rayonunda tanımadığı kənddə işləyirmiş. Bu zaman Kənana mütamadi olaraq tez-tez mobil telefonuna zənglər gəlirmiş. Kənan isə ondan aralanaraq kənarda telefon ilə danışırmış. İşi qurtardıqdan sonra Kənan ilə birlikdə Ağstafa rayonundan yaşadığı evə özünə məxsus olan VAZ 2105 minik markalı ** LB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə gəlirmişlər. Kənan avtomobilə əyləşdikdə ona avtomobilinə yanacaq vuracağını və onunla birlikdə Tovuz rayon Düz Cırdaxan kəndində gedəcəyini bildirmişdir. Kənan ilə razılaşmışdır. Daha sonra onlar Tovuz rayon Düz Cırdaxan kəndində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə gəlmişlər. Burada maşına 15 manat məbləğində yanacaq vurub Kənanın dediyi ünvana gəlmişlər. Həmin evin qarşısına çatdıqda Kənan ev sahibinə zəng edərək evin qarşısında olduğunu bildirmişdir. Daha sonra bir nəfər cavan oğlan, yəni adı sonradan ona məlum olan Şahid3 adlı şəxs onları qarşılayıb evə dəvət etmişdir. Kənan ilə evə daxil olub evin zal otağında əyləşmişlər. Həmin vaxt Etibarın atası adı sonradan ona məlum olan Zərərçəkmiş şəxs2 da orada olmuşdur. Masa ətrafında oturub çay içə-içə Kənan Aslan ilə oğlu Etibara təqaüd düzəltməyi barədə söhbət etmişdir. Daha sonra isə Aslan masadan qalxaraq gedib bir qədər sonra masaya gəlmiş və əlində olan pulu oğlu Etibara vermişdir ki, sayıb Kənana versin. Etibar da öz növbəsində əlində olan 100 (yüz) manatlıq əskinazları sayıb 2000 manat pulu Kənana vermiş və qalıq qalan məbləği isə işi tam düzəltdikdə verəcəyini bildirmişdir. Kənan isə pulu götürüb onlar ilə razılaşıb və daha sonra sağollaşaraq oradan çıxmışlar. Oradan çıxdıqdan sonra Kənanı gətirib yaşadığı Tovuz rayon Kirən kəndində yerləşən evinə gətirmiş, sonra isə yaşadığı evə gəlmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayon Kirən kənd sakini Kənanı təxminən 3 ildir ki, tanıyır. Belə ki, həmin şəxsin qardaşları Vaqiflə Asəf yaşadığı kənddən ev almışlar. Onlara görə onu tanımışdır. Aralarında münasibət yaxşı olmuşdur. 2016-cı ildə baş vermiş aprel döyüşlərində yaralanmış və 2-ci qrup əlildir. Bu vəziyyətdədə hərbi xidmətdən hərbi əməliyyatlardan sonra tərxis olunmuşdur. Hər ay dövlət tərəfindən verilmiş 479 ( dörd yüz yetmiş doqquz ) manat məbləğində pensiya almışdır. 2023-cü ilin fevral ayında həmin pensiya kəsilmişdir. Təqsirləndirilən şəxs 2023-cü ildə kəndə gəlmişdir. Həmin vaxtı danışılan söz söhbətdən eşitmişdir ki, Təqsirləndirilən şəxs əlillik işlərinə görə təqaüd düzəldə bilir və eyni zamanda kəsilmiş təaqüdü bərpa etmək imkanına malikdir. Daha kimlərinsə əli ilə belə bir iş görməsini bilmir. 2023-cü ilin fevral ayının ortalarında atası Aslanla birlikdə Kənanla kənddə evində görüşmüşdür. Belə ki, ilk əvvəl atası Kənana onun problemi barədə demiş və o da işi pul müqabilində düzəldə biləcəyinə söz vermişdir. Həmin vaxtı Kənan atasına demişdir ki, bu işə görə səndən ilkin olaraq 3500 (üç min beş yüz ) manat pul alacam. Daha sonra isə iş düzələndən sonra səndən əlavə 1500 (min beş yüz) manat pul alacağam. Beləliklə, onun əlilliyinin bərpa edə biləcəyi barədə Təqsirləndirilən şəxs dediklərinə atası inanıb və onun təklif etdiyi cəmi 5000 manat pul ödəməli olduğu təklifi ilə razılaşmışlar. 2023-cü ilin fevral ayının təxminən 23-də evlərində atası Təqsirləndirilən şəxs cəmi 3500 (üç min beş yüz) manat pul vermişdir. Kənanın yanında tanımadığı şəxs də olmuşdur. Belə ki, Kənan həmin şəxsin idarə etdiyi qırmızı rəngli VAZ-2107 markalı nömrəsini xatırlamadığı taksi avtomobil ilə gəlmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu şəxsin adı Qabildir, Kirən kəndində qonşusudur. Atası 3500 manat pulu Kənana vermişdir. Pulu verən vaxtı həmin sürücü orada olmuşdur. Həmin pullar özünə məxsus olmuşdur. Belə ki, xırda buynuzlu heyvan saxlamış, həmin heyvanları satıb pulu Təqsirləndirilən şəxs vermişdir. Pulların hamısı 100 manatlıqlar olmuşdur. O da pulları saymış, cəmi 3500 manat pul oduğunu görüb götürüb, sonra atasına demişdir ki, narahat olma, əliliyi bərpa olunduqdan sonra onun adı sistemə düşəcək, pul da səkkiz ay qabağa hesablanacaqdır. Amma onun nə qədər pensiya alması barədə ona heç bir söz deməmişdir. Atası 3500 (üç min beş yüz ) manat pulu Təqsirləndirilən şəxs inandığı üçün vermişdir. Bundan sonra atası Təqsirləndirilən şəxsla bir neçə dəfə görüşüb işin taleyi ilə maraqlandıqda o hər dəfə arxayın edirmiş ki,narahat olma iş gedir, oğlunun əlilliyi bərpa olunacaqdır. Təxminən 3 ay əvvəl onunla kənddə görüşüb onun işi ilə maraqlandıqda cavab vermişdir ki, iş hazırdır, bir-iki günə əmri veriləcəkdir və təqaüd kartını Kapital bankdan götürəcəkdir. Bu barədə SMS gələcəkdir. Həmin söhbətdən iki gün sonra onun ***-***-**-** nömrəli mobil telefonuna Sosial Müdafiə Nazirliyinin sistemindən əlilliyin bərpa olunmasından imtina edilməsi barədə cavab gəlmişdir. Təqsirləndirilən şəxs onları aldatmışdır. Təqsirləndirilən şəxsla bütün telefon danııqları telefona yazdırmış və həmin səs yazılarını istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı məhkumluğu yoxdur. «Şübhəli şəxs qismində tutma haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmaraq Tovuz rayon X9 Saxlama Yerinə yerləşdirilmişdir. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cü maddəsi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. «Təqsirləndirilən şəxsin X6 azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi» haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş və haqqında «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmişdir. Cinayət-Prosessual Məcəllənin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etiraf edici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsi 178.2.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında»Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 07 nömrəli Qərarının birinci bəndində qeyd olunmuşdur ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətinin xarakterini, həmin əmələ görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-cimaddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Həmçinin məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı xx.xx.2024 -cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi müvəqqəti saxlama yerində saxlanıldığı müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalıdır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tam olaraq ödənilməsi nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya İdarəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-125/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-125/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver