Məhkəmə qərarları › İş №1(062)-127/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-127/2023

24.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-127/2023 24.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi X2 iştirakları ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə 24 oktyabr 2023-cü il tarixdə Tovuz şəhərində 14 avqust 1992-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Tovuz rayonu Aşağı Quşçu kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 01 iyun 2023-sü il tarixdə, saat təxminən 22 radələrində özünə məxsus idarə etdiyi “Hundai Sonata minik” markalı **-CZ- *** nömrə nişanlı avtomobillə Tovuz rayonu Qazqulu kəndi ərazisində üzü Tovuz rayonu Yuxarı Öysüzlü kəndi ərazisində “qazqulu dairəsi” istiqamətində, saatda 40-50 kilometr sürətlə hərəkətdə olarkən “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən hərəkət intensivliyini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, həmin tələblərə əməl etməyərək, yolun sol kənarından sağ kənarına tərəf keçməkdə olan piyada X4 yolun sol hərəkət zolağında avtomobilin qabaq sol hissəsi ilə vurmuş, nəticədə X1 qanitirmə,qaraciyərin cırılmış yaraları, nazik və yoğun bağırsaq müsariqələrinin cırılmış yaraları, paranefral, paraduodenal, hepatoduodenal zonaların total hematoması, sağ ağciyərin aşağı payının cırılmış yarası, orta payının travmatik kontuziyası ilə müşayiət edilən sağ tərəfli İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və döş sümüyünün yerdəyişmiş sınıqları, sol qasıq və sirkə kasası damının yerdəyişmiş sınıqları, sağ aşağı ətrafın hər iki topuqlarının kəskin yerdəyişməli sınıqları, sol baldır aşıq oynağının çıxığı, başın sağ təpə-sağ gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması ilə müaşayiət edilən əzilmişcırılmış yarası, sol said nahiyyəsinin cırılmış yaraları, alın, burun, sol almacıq, hər iki bazu, sol süd vəzi, sol qalça, sağ dirsək oynağı, sağ said, döş qəfəsi, sağ sağrı, sağ bud nahiyyəsinin sıyrıqları, sağ alt göz qapağı-sağ gözaltı nahiyyənin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırşişkinliyi, hər iki əl nahiyyəsinin, həmçinin sol əlin İ,İİ və İV barmaqlarının qançır-şişkinliyi, sol dirsək oynağı-sol said nahiyyəsinin hematoması ilə nəticələnən xəsarətlər almaqla ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, “Hyundai Sonata minik” markalı **-ZC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin mülkiyyətçisi özüdür. Avtomobili idarə etmə üçün “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır. 01 iyun 2023-cü il tarixdə o, özünə məxsus avtomobil ilə saat 22 radələrində Tovuz rayonu Yuxarı Öysüzlü kəndinə getmək qərarına gəlmişdir. Tovuz şəhəri M.Musayev küçəsi ilə üzü “Turan” şadlıq sarayı istiqamətinə doğru hərəkət edib həmin şadlıq sarayının qarşısındakı dairədən sola dönüb üzü “qazqulu dairəsi” istiqamətinə doğru hərəkətimə davam etmişdir. Həmin vaxt o, avtomobili təxminən 40-50 km/saat həddi ilə idarə etmişdir. Həmin yerdə küçə işiqlandırılmadığı və hava qaranlıq olduğu üçün avtomobilin işığı düşən hissədən kənar yerlər yaxşı görünmürmüş. O, avtomobil yolunun özünə aid olan sağ hərəkət zolağı ilə hərəkət edirmiş. Qarşıdan isə nörmə nişanını görə bilmədiyi və markasını xatırlamadığı avtomobil onun avtomobilini ötüb keçəndən sonra birdə yolun oratasında bir nəfər qadın, adı sonradan ona məlum olan mərhum X7, onun hərəkət zolağında, onun hərəkət istiqamətindən götürdükdə yolun sol tərəfindən sağ tərəfinə keçdiyini görmüşdür. O, piyadanı görəndə piyada artıq onun hərəkət zolağında olmuşdur. Elə həmin anda da o, idarə etdiyi avtomobili qabaq sol hisəsi ilə piyada mərhum X4 vurmuşdur. Sonra avtomobilini saxlayıb tez yerə düşmüşdür. O, qadını qucaqlayıb yerdən qaldırmağa çalışmışdır. Bir qüclə onu yerdən qaldırıb avtomobilinin arxa oturacağına uzatmış və xəstəxanaya çatdırmışdır. Bütün səylərə baxmayaraq qadın xəstəxanada əməliyyat zamanı vəfat etmişdir. Həmin günü avtomobildə tək olmuşdur. Hadisə zamanı ətrafda heç kəs olmamışdır. O, piyadanı vurduqdan sonra bir-iki nəfər tanımadığı şəxslər həmin yerə toplaşmışlar. Onlardan biri onun avtomobilinin qapısını açmağa köməklik göstərmişdir. Hadisə baş verən vaxt hava qaranlıq olduğu üçün o, piyada X3 onun hərəkət yoluna daxil olmasını və daxil olduqdan sonra 6,50 metr məsafə qət etməsini əvvəlcədən görməmişdir. Hazırda törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə köməklik etməklə onunla barışmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxsin prosessual hüquqi varisi X5 məhkəmə iclasında göstərdi ki, xx.xx.2023-cü il tarixdə Tovuz rayonu Qazqulu kənd ərazisində baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmiş X7 anasıdır. Hadisə barədə o, qayınanası Qiymət Qasımovanın vasitəsi ilə məlumat almışdır. Həmin vaxt onlar evdə olmuşlar. Bu məlumatı alıb ailə üzvləriylə dərhal rayon xəstəxanasına getmişlər. Xəstəxanada olarkən məlum olmuşdur ki, anasını əməliyyat otağına qaldırıblar. Təxminən bir saatdan sonra anası Lalə Qocayevanın əməliyyat zamanı vəfat etdiyini öyrənmişdir. Baş vermiş hadisə zamanı anası Lalə Sadıqovanın almış olduğu xəsarətlədən ölməsinə baxmayaraq bu barədə heç kimə qarşı şikayət və tələbi yoxdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. İşin 4-cü vərəqəsində olan sərxoşluq hallarının təyini məqsədi ilə aparılan 01 iyun 2023-cü il tarixli test müayinə arayışından görünür ki, Təqsirləndirilən şəxs 01 iyun 2023-cü il tarixdə ayıq olmuşdur. Cinayət işinin 33-cü vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə “BC” dərəcəli AF800403 saylı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2030-cu il tarixədək etibarlıdır. İşin 37-ci vərəqəsində olan DİN-in BDYPİ-nə biləvasitə tabe olan X6 İmtahan və X11 tərəfindən 13 iyun 2023-cü il tarixli 016-808 saylı məktubdan Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında olmadığı görünür. İşin 44-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 47-49-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X8 02 iyun 2023-ci il tarixli 21 saylı ekspert rəyindən görünür ki, mərhum X3 meyiti üzərində müəyyən edilmiş xəsarətlər- kəskin qanitirmə,qaraciyərin cırılmış yaraları, nazik və yoğun bağırsaq müsariqələrinin cırılmış yaraları, paranefral, paraduodenal, hepatoduodenal zonaların total hematoması, sağ ağciyərin aşağı payının cırılmış yarası, orta payının travmatik kontuziyası ilə müşayiət edilən sağ tərəfli İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və döş sümüyünün yerdəyişmiş sınıqları, sol qasıq və sirkə kasası damının yerdəyişmiş sınıqları, sağ aşağı ətrafın hər iki topuqlarının kəskin yerdəyişməli sınıqları, sol baldır aşıq oynağının çıxığı, başın sağ təpə-sağ gicgah nahiyyəsinin qapalı kəllə-beyin travması ilə müaşayiət edilən əzilmişcırılmış yarası, sol said nahiyyəsinin cırılmış yaraları, alın, burun, sol almacıq, hər iki bazu, sol süd vəzi, sol qalça, sağ dirsək oynağı, sağ said, döş qəfəsi, sağ sağrı, sağ bud nahiyyəsinin sıyrıqları, sağ alt göz qapağı-sağ gözaltı nahiyyənin sağ gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırşişkinliyi, hər iki əl nahiyyəsinin, həmçinin sol əlin İ,İİ və İV barmaqlarının qançır-şişkinliyi, sol dirsək oynağı-sol said nahiyyəsinin hematoması olmuşdur. Cinayət işinin 58-ci vərəqəsində olan 11 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manatdır. İşin 59-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 sentyabr 2023-cü il tarixli 8/2500 saylı ekspert rəyindən görünür ki, Hyundai Sonata markalı **-ZC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları və özünün etiraf edici ifadəsi ilə tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. İşin 45-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 notarial qaydada təsdiq olunmuş və məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını və onunla barışıq əldə etməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib törətdiyi əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməklə sonuncunun ailəsinə maddi yardım göstərməsini, dəfn və yas mərasimlərində yaxından iştirak etməsini, onlarla barışmasını, həmçinin hadisə yerində zərərçəkmiş şəxsə yardım etməklə onu xəstəxanaya aparmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yeri olmasını, Azərbaycan Respublikası CPM-nin 155.1-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan “Hyundai Sonata minik” markalı **-ZC- ***dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan “Hyundai Sonata minik” markalı **-ZC- ***dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi ) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar