Məhkəmə qərarları › İş №1(062)-128/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-128/2024

02.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-128/2024 02.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə 02 oktyabr 2024-cü il tarixdə Tovuz şəhərində, xx.xx.1973-cü ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayon Ağacqala kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda da yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 01 ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən işlək və atəşə yararlı tapançanı və 01 ədəd 08 ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş təyinatı üzrə yararlı, həmin kalibrli “Tokarev” (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı əldə edib yaşadığı Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən evin yataq otağında olan dolabın aşağı çəkməcəsində saxlamış, 26 iyun 2024-cü il tarixdə saat 11 radələrində Tovuz RPŞ-nin əməkdaşlarının keçirmiş olduqları əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan 01 ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən işlək və atəşə yararlı tapança və 01 ədəd 08 ədəd 7,62x25 mm kalibrli patronları Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. O, 1-ci Qarabağ müharibəsi iştirakçısıdır. Atəşkəs elan olunduqdan sonra o, şəhid komandiri Yaşara məxsus 01 (bir) ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda, 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7.62 mm kalibirli, yivli odlu silahı (tapançanı) və həmin silaha məxsus içərisində 03(üç) ədəd güllə olan sandıqçanı götürüb xatirə kimi yaşadığı Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən evində saxlamışdır. O, həmin silahı sarı rəngli parçaya bükmüş və arvadı Şahid1 vermişdir ki, birlikdə yaşadıqları evdə saxlasın. Arvadı Rəna da sarı rəngli parça ilə bükülmüş içərisində sözügedən 01(bir) ədəd “TT” markalı odlu silahı, döyüş sursatlarını və 01(bir) ədəd idman silahı olan bükümü içərisində silah sursat olmasından xəbəri olmadan yaşadıqları evin yataq otağında dolabın alt çəkməcəsinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə iki nəfər mülki bir nəfər polis geyimində üç nəfər şəxs onun yaşadığı evə gəlmişlər. Onlar özlərini təqdim etdikdən sonra ona məlum olmuşdur ki, həmin şəxslər polis əməkdaşlarıdır. Polis əməkdaşları onun yaşadığı evdə silah olmasından şübhələndiklərini bu səbəbdən yaşadığı evə baxış keçirmək istədiklərini bildirmişlər. O da polis əməkdaşları ilə razılaşmış və ərizə yazaraq polis əməkdaşlarının yaşadığı evə baxış keçirməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ona yaşadığı evdə odlu silah olub-olmaması barədə sual etmişlər. Həmçinin, bildirmişlər ki, əgər yaşadığı evdə odlu silah varsa onu təqdim etsin. O da polis əməkdaşlarına yaşadığı evdə 01(bir) ədəd “TT” markalı odlu silahını saxladığını bildirmişdir və həmin silahı saxladığı yaşadığı evin yataq otağındakı dolabın alt çəkməcəsindən çıxarıb təhvil vermişdir. Törətdiyi əməldən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. İş üzrə şahid qismində könüllü dindirilən Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. Əri bir neçə il bundan öncə ona sarı rəngli parçaya bükülmüş əşya verərək onu saxlamağı bildirmişdir. O da həmin bağlamanı evdə olan paltar şkafına qoymuşdur. O bağlamanın içərisində hansısa silahın olmasından xəbərsiz olmuşdur. Polislər onların yaşadığı evə gələrkən bundan xəbər tutmuş, ərinin ona verdiyi bağlamanın içərisində silah olduğunu bilmişdir. Cinayət işi üzrə şahid qismində dindirilən Şahid2 İnqilab oğlu məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RPŞ CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 iyun 2024-cü il tarixində Təqsirləndirilən şəxs ətrafında tərəfindən əməliyyat-axtarış tədbiri keçirmiş, nəticədə həmin tarixdə, Tovuz rayonu Dönük Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən evində odlu silah saxlamaqda şübhəli olması və hal-hazırda yaşadığı evdə odlu silah olması barədə məlumat almış, bu barədə raportla Tovuz RPŞ-nin rəhbərliyinə məruzə etmiş və rəhbərlik tərəfindən ona həmin şəxsin ifşa edilməsi ilə bağlı göstəriş verilmişdir. Bundan sonra o, Tovuz RPŞ-si, CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayon, Dönük Qırıqlı kəndində yerləşən evinə getmişdir. Həmin evin önündə xidməti vəsiqələrini Təqsirləndirilən şəxs göstərib polis əməkdaşı olduqlarını bildirərək özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Bundan sonra isə onlar Təqsirləndirilən şəxs hansı səbəblə bağlı şübhəli olduğunu izah etmişlər. Belə ki, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxlaması ilə bağlı şübhəli olduğuna görə onun yaşadığı Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən evinə baxış keçirməli olduqlarını bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs etiraz etməyərək onların yaşadığı evə baxış keçirmələrinə etiraz etməmiş və yaşadığı evdə axtarış keçirmələrinə etirazı olmaması barədə ərizə yazmışdır. Nəticədə onlar Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirmişlər. Axtarış aparılması Tovuz RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Ruflan Əliyevə həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Ruflan Əliyev Təqsirləndirilən şəxs ona hüquq və vəzifələrini, eyni zamanda da hansı səbəblə şübhəli olduğunu izah edərək, barəsində şəxsi axtarış aparılmazdan əvvəl müdafiəçiyə malik olmaq hüququnun olduğunu bildirmişdir və yaşadığı evdə odlu silah saxlayıb saxlamamsını soruşmuşdur, həmçinin əgər odlu silah saxlayırsa onu təqdim etməyi təklif etmişdir. Təqsirləndirilən şəxs də yaşadığı evdə odlu silah saxladığını bildirmiş və yaşadığı evin yataq otağında olan dolabın aşağı çəkməcəsində saxladığı 01(bir) ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda, 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7.62 mm kalibirli, yivli odlu silah hesab edilən tapança və onun döyüş sursatı, 01(bir) ədəd idman yarışlarında istifadə olunan siqnalı vermək üçün nəzərdə tutulan tapançanı təhvil vermişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 1(bir) ədəd “Tokarev” (TT) konstruksiyalı 7.62 mm kalibirli, yivli odlu silahı iştirakçısı olduğu İ Qarabağ müharibəsi zamanı şəhid olmuş komandiri Yaşardan xatirə kimi və 1(bir) ədəd siqnal vermək üçün nəzərdə tutulmuş idman silahını isə təxminən 10(on) il bundan öncə dəmir yolunun kənarından taparaq saxladığını bildirmişdir. Bundan başqa axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunmuş hər hansı əşya və maddə aşkar edilməmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01(bir) ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda, 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7.62 mm kalibirli, yivli odlu silah hesab edilən tapança və onun döyüş sursatı, 01(bir) ədəd idman yarışlarında istifadə olunan siqnalı vermək üçün nəzərdə tutulan tapançanın odlu silah olub-olmamasını, odlu silahdırsa hansı növə, modelə və sistemə aid olmasını, hansı tarixdə istehsal edilməsi, həmin silahın atəşə yararlı olubolmaması, silahın texniki cəhətdən saz olub-olmaması, əgər saz deyildirsə nasazlığının səbəbini müəyyən etmək, həmin silahın hissələrinin üzərində sonradan hər hansı əlavə və dəyişikliklərin edilməsini, əgər edilmişdirsə həmin dəyişikliklər hansı üsulla icra edilməsi və silahın təyinatı dəyişdirilib dəyişdirilməməsi, həmçinin həmin silahdan əvvəllər hər hansı bir cinayətdə istifadə edilib-edilməməsinin müəyyən edilməsi məqsədi ilə məhkəmə ballistik ekspertizası təyin edilərək rəy alınması üçün Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilməsindən ötrü götürülmüşdür. Məhkəmə iclasında şahid Əliyev X1 İntiqam İnqilab oğlunun məhkəmə iclasında verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi. İşin 23-30-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 27 iyun 2024-cü il tarixli, 24/1138 nömrəli məhkəmə-ballistik ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, 01 ədəd MP-4858 nömrəli silah, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1942-ci ildə istehsal olunmuş Tokarev (TT) konstruksiyalı 7,62 mm kalibrli tapança, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 7,62x25 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Tokarev (TT) konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Silahın hissə-mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 5,6 mm kalibrli pistonlar yerdəyişdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli İJ SPL modelli tapançaların komplekt hissəsidir-darağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Şahid1 ilə birgə nikahılarından 11 yanvar 2009-cu ildə Sənan və 20 iyul 2010-cu ildə Gülsəfa adında yetkinlik yaşına çatmayan uşaqları vardır. İşin 53-cü vərəqəsində olan Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin 62-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşin 70-71-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarekterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs veteran olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki yetkinlik yaşına çatmayan uşağın olmasını, törətdiyi əməli etiraf etməklə əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilməli və həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbsə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı tarixdən, yəni 02 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olub, Tovuz RPŞ-də saxlanılan 01 ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən işlək və atəşə yararlı tapançanı və 01 ədəd 08 ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş təyinatı üzrə yararlı, həmin kalibrli “Tokarev” (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına təhvil verilsin. İş üzrə mülki iddia və məhkəmə xərci yoxudr. Şərh olunanlara əsasən və Azərbaylan Respublikasının CPM-nin 39.1.11, 343-347-ci və 356-357-ci maddələrini rəhbər tutaraq HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 02 oktyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub, Tovuz RPŞ-də saxlanılan 01 ədəd MP-4858 nömrəli, keçmiş SSRİ dövlətində Tula silah zavodunda 1942-ci ildə istehsal olunmuş “Tokarev” (TT) konstruksiyalı 7,62 mm kalibrli, yivli odlu silah hesab edilən, texniki cəhətdən işlək və atəşə yararlı tapançanı və 01 ədəd 08 ədəd 7,62x25 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş təyinatı üzrə yararlı, həmin kalibrli “Tokarev” (TT) konstruksiyalı tapançaların komplekt hissəsi olan darağı hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası DİN-nin silah-sursat anbarına təhvil verilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar