Məhkəmə qərarları › İş №1(062)-129/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-129/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-129/2025 10.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə xx xxxxxx 1980-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, İİİ qrup əlilliyi olan, Tovuz rayonu Kirən kəndində yaşayan, barəsində başqa yeə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 259.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 10 mart 2026-cı il tarixdə, Tovuz şəhərində, Tovuz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs2 əvvəllər təyin edilmiş, lakin sonradan dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, 2023-cü ilin iyul ayında, istintaqa məlum olmayan tarixdə və vaxtda Zərərçəkmiş şəxs2 yaşadığı Tovuz rayonu Abulbəyli kəndində yerləşən fərdi yaşayış evində sonuncudan 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 məxsus cəmi 3300 (üç min üç yüz) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə, tanışı Zərərçəkmiş şəxs1 əvvəllər təyin edilmiş, lakin sonradan dayandırılmış əlilliyə görə əmək pensiyasının yenidən bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə 17 aprel 2023-cü il tarixdə, istintaqla müəyyən olmayan vaxtda, sonuncudan 4000 (dörd min) manat məbləğində pul vəsaitini Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının həyətində nağd şəkildə əlbə-əl alıb, həmin məqsədlə 2023-cü ilin sentyabr ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda, Tovuz rayonu Əyyublu kəndində 200 (iki yüz) manat məbləğində pul vəsaitinin istifadəsində olan istintaqa məlum olmayan kart hesabına köçürülməsinə nail olub, həmin məqsədlə 2023-cü ilin sentyabr ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda, Gəncə şəhərində 350 (üç yüz əlli) manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl alıb, həmin məqsədlə 2023-cü ilin sentyabr ayının sonlarında, istintaqa məlum olmayan tarixdə və vaxtda, Bakı şəhərində 450 (dörd yüz əlli) manat məbləğində pul vəsaitini nağd şəkildə əlbəəl alıb, həmin məqsədlə 24 noyabr 2023-cü il tarixdə, saat 18:18 dəqiqədə Tovuz rayonu Əyyublu kəndində yerləşən mərkəzi univermağa quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitinin tanışı X4 "xxxx" ASC-də olan 5103-0714-6564-8497 nömrəli kart hesabına köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs1 məxsus xeyli miqdarda ümumilikdə 6000 (altı min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, 30 mart 2025-ci il tarixdə, ünvan 1 ünvanının qarşısında Tovuz rayon Qovlar Bələdiyyəsinin mülkiyyətində olan bir ədəd diametri 20 santimetr, bir ədəd diametri 22 santimetr, bir ədəd diametri 26 santimetr, bir ədəd diametri 28 santimetr, bir ədəd diametri 30 santimetr, bir ədəd diametri 34 santimetr, iki ədəd diametri 38 santimetr, bir ədəd diametri 44 santimetr, iki ədəd diametri 48 santimetr, bir ədəd diametri 50 santimetr, bir ədəd diametri 60 santimetr ölçülərdə Qovaq cinsli olmaqla, ümumilikdə 13 ədəd köküstə yaş halda müxtəlif cinsli qovaq ağaclarını qazanc əldə etmək məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli, 321 nömrəli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi qaydaları”nın tələblərinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair ərizə ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qəsdən müraciət etmədən və yaşıllığın götürülməsi vərəqəsini almadan həmin torpaq sahəsində olan qeyd olunan qovaq ağaclarının şəxsiyyəti istintaqa məlum olmayan və cinayətdən xəbərsiz olan şəxsə 100 (bir yüz) manat məbləğində pulun müqabilində kəsilməsinə dair verdiyi qanunsuz tapşırığının icrası ilə əlaqədar torpaq sahəsində mövcud olmuş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli, 421 saylı qərarı ilə təsdiq edilmiş “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”nın tələblərinə uyğun olaraq hər birinin dəyəri müvafiq olaraq 180 manat, 200 manat, 250 manat, 250 manat, 300 manat, 350 manat, 400 manat, 400 manat, 600 manat, 800 manat, 800 manat, 900 manat, 1400 manat qiymətləndirilən, meşə fonduna daxil olmayan cəmi 13 ədəd bioloji inkşafda olan qovaq ağaclarını qəsdən kəsməklə ümumilikdə Tovuz rayon Qovlar Bələdiyyəsinə 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayon Əyyublu kənd sakini Zərərçəkmiş şəxs1 əvvəllər tanımamışdır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir düşmənçiliyi və ədavəti olmamışdır. İİ qrup əlillik əlaqədar olaraq pensiya alır. Təxminən 2 il bundan əvvəl onun da əlillik ilə bağlı olaraq aldığı pensiyası kəsilmişdir. O, əlillik dərəcəsini bərpa etdirmək üçün göndəriş almaq üçün Kamal doktorun yanına getmişdir. O, orada olan zaman Tovuz rayonu, Əyyublu kənd sakini Zərərçəkmiş şəxs1 da əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı müraciət etdiyini görmüşdür. Həmin zaman o, orada Elşənlə söhbət əsnasında Elşən ona demişdir ki, ona da köməklik etsin. O da Elşənə demişdir ki, göndəriş alıb Bakıya getsin. Həmin zaman o, orada Elşənin, Elşən də onun telefon nömrələrini bir-birilərinə vermişlər. Bundan sonra isə o, bir müddət Elşənlə əlaqə saxlamamışdır. Lakin, bir müddət sonra isə Elşən ona zəng etmiş və Bakı şəhərinə gedib-gəldiyini və oradan rəy alıb gətirdiyini ona demişdir. Həmçinin, Elşən ona demişdir ki, forma 88 doldurmaq üçün Kamal doktorun yanına gedir, oa də demişdir ki, sən də ora gəl. O da bundan sonra Elşənlə görüşmək üçün Tovuz rayon Mərkəzi Xəstəxanasına getmişdir. O, orada Elşənə zəng edərək Elşənlə orada görüşmüşdür. Elşən ona demişdir ki, forma 88 yazmaq üçün sənədlərini Kamal doktora vermib, xahiş etmişdir ki, əlillik dərəcəsinin bərpa edilməsi üçün ona köməklik etsin. Bundan sonra isə o, söhbət əsnasında Elşənə demişdir ki, sənə köməklik edə bilərəm. Sonra o, Elşənə demişdir ki, əlillik dərəcəni bərpa etdirmək üçün səndən 8000 manat pul alacağam. Elşən də ona cavab olaraq bildirmişdir ki, hal-hazırda o qədər pulu yoxdur. Lakin, Elşən ona demişdir ki, həmin pulu hissə-hissə verə bilər. O, Elşənlə razlaşmış və onlar vaxt təyin etmişlər. Elşən ona ilk olaraq 4000(dör min) manat verməli imiş. Daha sonra isə Elşən ona qalan 4000(dörd min) manatı verəcəkmiş. O, 2023-cü ilin aprel ayında dəqiq yadında qalmayan tarixdə Tovuz rayon Mərkəzi xəstəxanasında Zərərçəkmiş şəxs1la görüşmüşdür. Həmin zaman Elşən ona Tovuz rayon Mərkəzi xəstəxanasının həyətində 4000(dörd min) nağd pul verdi. O da Elşəndən 4000(dörd min) manat pulu götürmüş və Elşənə bildirmişdir ki, sənin işin tez bir zamanda düzələcəkdir. O, Zərərçəkmiş şəxs1 aldığı pulu onun əlillik dərəcəsini bərpa etdirmək adı ilə alsa da maddi ehtiyacları olduğu üçün o, həmin pulu hissə-hissə olmaqla özünün şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonra isə Zərərçəkmiş şəxs1 onunla müxtəlif vaxtlarda əlaqə saxlasa da o, Zərərçəkmiş şəxs1 hər dəfəsində deyirmiş ki, narahat olma işin tez bir zamanda düzələcəkdir. Daha sonra isə ona yenidən pul lazım olduğu üçün Elşənə zəng etmiş və ona demişdir ki, sənin işin artıq düzəlib həkimə hörmət etmək üçün 1000(bir min) manat məbləğində pul lazımdır. Bundan sonra həmin tarixdə o, Zərərçəkmiş şəxs1 “Vhatsapp” vasitəsilə dostu Tovuz rayon Əsrik Cırdaxan kənd sakini X6 məxsus olan Kapital Bank ASC-də olan 5103-0714-6564-8497 nömrəli kart hesabını ona göndərmişdir. Həmin dostu Füzuli ilə birlikdə ot satdığı üçün Füzilinin kartı onda imiş. Bunun üçün də o, həmin bank kart hesabını ona göndərmişdir. Bundan sonra həmin tarixdə Zərərçəkmiş şəxs1 həmin bank kart hesabına 1000 manat pul vurmuş və çekin şəklini çəkərək ona göndərmişdir. O da həmin 1000 manatı kart hesabından çıxarmışdır. Daha sonra isə müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs1 ümumilikdə hissə-hissə olmaqla 1000 manat pul da yenidən almışdır. Daha sonra isə Zərərçəkmiş şəxs1 ona telefonla zəng edərək demişdir ki, onun əlillik dərəcəsinin bərpa edilməsi ilə bağlı imtina gəlib. Bundan sonra isə Elşən ona demişdir ki, əlillik dərəcəsinin bərpa edilməsi üçün ona vermiş olduğu 6000(altı min) manat pulu geri qaytarsın. O, həmin zaman Elşənə demişdir ki, narahat olma almış olduğum məbləği tam həcmdə geri qaytaracaqdır. Sonra isə maddi vəziyyəti yaxşı olmadığı üçün o, Zərərçəkmiş şəxs1 heç bir məbləğdə pul verə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs1 vurduğu zərəri tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs2 da təxminən 2 ildir ki, tanıyır, həmin zaman Zərərçəkmiş şəxs2 2023-cü ilin iyul ayının dəqiq xatrılamadığı günündə onunla telefon əlaqəsi saxlamış və o, bundan sonra Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yaşadığı evində onunla görüşmüş və Zərərçəkmiş şəxs2 ona xəstəliklə bağlı sənədlərini göstərmiş, o da Zərərçəkmiş şəxs2 sənədlərinə baxıb, demişdir ki, sən həqiqətən xəstəsən, sənin bütün sənədlərinin qaydasındadır, sənin təqaüdünü bərpa etdirə bilərəm. Bunun müqabilində o, Zərərçəkmiş şəxs2 6000(altı min) manat istəmişdir. Həmin zaman Sevda ona demişdir ki, onun həmin pulu verməyə gücü çatmır. Lakin, Zərərçəkmiş şəxs2 ona demişdir ki, əvvəlcə 3000(üç min) manat versin, iş düzəlib kartını alandan sonra 3000(üç min) min manatı verər. O da Zərərçəkmiş şəxs2 ilə razılaşmış, 2023-cü ilin iyul ayında 3300 manat məbləğində pulu Zərərçəkmiş şəxs2 Tovuz rayonu, Abulbəyli kəndində yerləşən yaşadığı evində atası X5 yanında ona vermişdir. O, Zərərçəkmiş şəxs2 pulu və xəstəliklə bağlı bütün sənədlərini almış və ona demişdir ki, sənin təqaüdünü bərpa etdirəcəm. O, Zərərçəkmiş şəxs2 ilə birlikdə Gəncə şəhərinə getmiş, Zərərçəkmiş şəxs2 orada müayinələrdən keçmiş, sonra Bakı şəhərinə də getmişlər, orada da həkim komissiyasının canlı baxışından keçmişdir. O, Zərərçəkmiş şəxs2 demişdir ki, tez bir zamanda sənin işin düzələcək, lakin o, Zərərçəkmiş şəxs2 bütün lazımi köməklikləri göstərsə də Zərərçəkmiş şəxs2 işi düzəlməmişdir. O, Zərərçəkmiş şəxs2 işinin düzəlmədiyini gördükdən sonra Zərərçəkmiş şəxs2dan alıdğı 3300(üç min üç yüz) manat pulu ona qaytarmışdır. Bundan başqa Tovuz rayonu Qovlar şəhəri X16 küçəsi ev 45 ünvanın qarşısında yerləşən 13 ədəd qovaq ağaclarının kəsilməsi ilə bağlı o, 2025-ci ilin mart ayının sonlarında material düzəltmək üçün ağac axtarırmış. Həmin vaxt Şahid3lə ona ağac axtarmaq üçün tanımadıqları taksi ilə getmişlər. Onlar Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi ilə hərəkətdə olan zaman 45 nömrəli evin qarşısında 13 ədəd qovaq ağaclarının olduğunu görmüşlər. Bundan sonra isə həmin küçədə olan şəxsdən həmin ağacların kimə məxsus olduğunu soruşmuşdur. Həmin şəxs də ona demişdir ki, ağaclar ev sahibi olan Şöhrət adlı qadınındır. Sonra o, həmin evin qapısını döymüş və Şöhrət adlı qadın qapıdan çölə çıxmışdır. O, həmin qadından çöldə olan ağacların kimə məxsus olduğunu soruşmuşdur. Həmin zaman Şahid1 ona demişdir ki, həmin ağaclar ona məxsusdur. O, bu zaman Şahid1 demişdir ki, ağacları satırsanmı?, Şahid1 isə ona cavab olaraq bildirmişdir ki, qonşunun damına, elektrik naqillərinə ziyan vermədən kəsə biləcəksinizsə həmin ağacları sizə satar. Həmin zaman o, Şahid1 ağacların qiymətini soruşduqda 13 ədəd qovaq ağacına 1600 manat pul istəmişdir. O, Şöhrət adlı qadınla danışan zaman onun yanında oğlu Afiq də orada olmuşdur. Onun dediklərindən sonra Şöhrət adlı qadın ona demişdir ki, qoy böyük oğlumla danışım məsləhət edim, sonra sizə məlumat verərəm. O, həmin zaman demişdir ki, qurtaran yeri o, həmin ağaclara 1000 manat pul verəcək. Həmçinin, o, Şahid1 özünə məxsus olan mobil telefon nömrəsini vermişdir. Bundan iki gün sonra isə Şöhrət adlı qadın ona zəng edərək razı olduğunu bildirmişdir. 01 aprel 2025-ci il tarixdə saat 09 radələrində Rəşadla birlikdə Qovlar şəhərində yerləşən işıq idarəsinə gedərək oradan Sabir küçəsində yerləşən naqilləri ayırmaq üçün elektrik ustası lazım olduğunu bildirmişdir. Bir nəfər şəxs çölə çıxaraq onlara bir nömrə vermiş və həmin nömrə ilə əlaqə saxlamaqlarını demişdir. Bundan sonra o, həmin telefon nömrəsi ilə əlaqəsi saxlamışdır. Həmin şəxslə işıq idarəsinin qarşısında görüşmüşlər və ona ağac kəsəcəklərini və orada bir neçə naqillərin problem yaratdığı üçün açılmalı olduğunu demişlər, həmin şəxs isə onlara demişdir ki, siz gedin mən lazımi ləvazimatlarımı götürüb gələrəm. Sonra o, Rəşada məxsus olan Qazel markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Rəşadla birlikdə Tovuz rayonu, Qovlar şəhəri, M.Ə.Sabir küçəsi 45 nömrəli evə getmişlər. Həmin zaman evdə Şöhrət adlı qadın, gəlini və nəvələri olmuşdur. Onlar Şahid1 ilə salamlaşan zaman o, onlara demişdir ki, naqilləri açmaq üçün elektrik ustası çağırmısınızmı? O isə ona cavab olaraq bildirmişdir ki, elektrik ustası ilə danışıb, indi gəlir. Arvad bundan sonra onunla razılaşmışdır. O, həmin zaman Şöhrət adlı qadından soruşmuşdur ki, siz ağaclarla bağlı bələdiyyədən icazə kağızı almısınızmı? Şahid1 isə ona demişdir ki, bələdiyyənin məlumatı var, hal-hazırda işdə yoxdur, Gəncə şəhərindədir, gələndə icazə kağızını yazıb verəcək. Bundan sonra o da elektrik ustasına göstəriş vermiş və ağaclara dəyən elektrik naqillərini müvəqqəti olaraq sökməsini istəmişdir. Həmin zaman Şöhrət adlı qadın demişdir ki, əvvəl pulu ver sonra işə başlayın. O, pulu alaraq çıxıb harasa getmək istəmiş, lakin o, Şahid1 demişdir ki, pulu sənə verəcəm sən də axıra kimi yanımda duracaqsan. Bundan sonra onlar razılaşmışlar və Şahid1 ondan 1000 manat istəmiş, həmin zaman onun üzərində 650 manat məbləğində pul olduğu üçün, qalan 350 manatını isə Rəşaddan almışdır. Sonra o, Rəşad və Bəhruzun yanında Şahid1 1000 manat pul vermişdir. O, da pulu götürdükdən sonra Elektrik ustasının naqilləri sökməyinə icazə vermişdir. Elektrik ustası naqilləri sökən zaman o da Rəşadla birlikdə fəhlə lazım olduğu üçün Qovlar şəhəri bazarın qarşısıda yerəşən fəhlə bazarına getmişdir. Həmin yerdən iki nəfər fəhlə tapmış və geri qayıtmışdır. Geri qayıtdıqdan sonra Şöhrət adlı qadın yanlarında qaz borusunun üzərində oturaraq əvvəldən axıra kimi ağacların kəsilib qurtarmasını gözləmiş, ağaclar kəsilib qurtardıqdan sonra isə elektrik ustası naqilləri yerinə düzəltmiş və çıxıb getmişdir. Həmin günü axşam saat 20 radələrinədək o, orada ağacların kəsilərək avtomobilə yüklənməsini gözləmişdir. Şöhrət adlı qadın da onların yanında ağacların kəsilərək avtomobilə yüklənməsini gözləmişdir. Bir qədər sonra isə Şöhrət adlı qadının oğlu Şahid2 gəlmiş, onlar Afiqlə oturub bir qədər söhbət etmişlər. Bundan bir qədər sonra isə ekologiyanın işçisi olan Şahid5 gəlmişdir. Həmin zaman Ramiz müəllim ağacların kimə məxsus olduğunu və ağacların kimin nə üçün kəsdiyini soruşmuşdur. Bu zaman ev sahibi olan Şahid1 bildirmişdir ki, kəsilən ağaclar ona məxsusdur, 50 il bundan qabaq həyat yoldaşı basdırıb. Həmin ağaclar onun olduğu üçün indi də satır. Bundan sonra isə Şöhrət adlı qadın, oğlu Afiq və ekologiyanın işçisi olan Şahid5lə mübahisə etməyə başlamışlar. Ekologiyanın işçisi Ramiz müəllim ev sahiblərinə bildirmişlər ki, sabah səhər hər ikisi Ekologiya idarəsində olsun. Həmin günün səhərisi gün o, Rəşadla birlikdə Ekologiya idarəsinə getmişlər. Orada avtomobilə və içərisində olan odunlara baxış keçirilmişdir. Sonra isə oradan çıxıb getmişlər. Zərərçəkmiş şəxslərlə barışıq əldə edərək onlara vurduğu zərəri tamamilə ödəmişdir. Özünün əlil olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə onlarla barışıq əldə etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu Abulbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq “Dost2 MMC-də dalandar işləyir. Təxminən 15 il, 2-ci qrup əlilliklə bağlı təqaüd almşdır. Sonradan təxminən 2021-ci ildə təqaüdünü kəsmişlər, o da bir neçə dəfə bununla bağlı sənədlərini yığaraq əlillik dərəcəsinin bərpa edilməsi məqsədi ilə təqdim etsə də ona imtina cavabı gəlmişdir. 2023-cü ilin iyul ayının dəqiq xatrılamadığı günündə atasıgilə qonşu yaşayan Anar adlı şəxs ona demişdir ki, bir nəfər tanıyır, o, təqaüdü kəsilənlərin təqaüdünü düzəldə bilir, istəyirsənsə səni də həmin adamla tanış edim, sənə lazımi köməklik etsin. O da Anarla razılaşmış, Anar da onu Kənan adlı bir nəfər şəxslə tanış etmişdir. Kənan onun sənədlərinə baxıb demişdir ki, sən həqiqətən xəstəsən, sənin bütün sənədlərin qaydasındadır, sənin təqaüdünü bərpa etdirə bilərəm. Bunun müqabilində ondan 6000(altı min) manat istəmişdir. O, Kənana demişdir ki, onun həmin pulu verməyə gücü çatmır. Kənan ona demişdir ki, əvvəlcə 3 min manat ver işini düzəldib kartını alandan sonra 3 min manatı verərsən. O da Kənanla razılaşmış, 2023-cü ilin iyul ayında 3300 manat məbləğində pulu öz yaşadığı evdə atası X5 yanında Kənan adlı şəxsə vermişdir. Kənan ondan pulu və bütün xəstəliklə bağlı sənədlərini alıb ona bildirmişdir ki, onun təqaüdünü bərpa etdirəcək. Kənan onu Gəncə şəhərinə aparmış, orada müayinələrdən keçmiş, lakin sonra Bakı şəhərinə getmişlər, orada həkim komissiyasından canlı baxışından keçmişdir. Orada ona demişlər ki, əgər epilepsiya xəstəliyin tutsa çəkib ona göndərsin. Onun xəstəlikləri tutan vaxt videoya çəkib Kənan atmışdır. Kənan da ona demişdir ki, sənin işlərin həllini tapacaq. Lakin, onun işi düzəlməmiş, ona nə mənfi, nə də müsbət bir cavab verməmişlər. O, hər dəfə Kənandan soruşanda Kənan ona söz verirmiş ki, düzələcək narahat olma. Ancaq aradan uzun müddət keçməsinə baxmayaraq ona heç bir cavab verilməmişdir. O, Kənana zəng vuranda Kənan onun zənglərinə cavab verməmişdir. Sonradan o, Kənanla görüşmüşdür. Kənana demişdir ki, onun işini düzəldə bilmədiyi üçün pulunu geri qaytarsın. Kənan da ona demişdir ki, sənin işin düzələcək, sənə müsbət cavab gələcək. O da Kənan demişdir ki, sən məni aldadırsan, mənim pulumu qaytar. Bundan sonra Kənan onlara gələrək 1600(bir min altı yüz) manat pulunu geri qaytarmışdır. Qalan hissəsi isə onda qalmışdır. Bundan sonra o, məcbur olaraq şikayət ərizəsi yazmışdır. Zərərçəkmiş şəxs2 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, əvvəllər 2-ci qrup əlilliklə bağlı təqaüd alırmış. Pensiyası kəsildiyi üçün isə o, qonşuları olan Anarın vasitəslə Kənanı tanımışdır. O, Təqsirləndirilən şəxs 2023-cü ilin iyul ayında Tovuz rayonu, Abulbəyli kəndidə yaşadığı evdə atası X5 iştirakı ilə pul vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş olan 3300 manat maddi ziyanı tamamilə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu, Əyyublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. İ Qarabağ müharibəsi iştirakçısıdır və İİ qrup əlildir. O təxminən 2 il bundan əvvələ qədər İİ qrup əlilliklə əlaqədar olaraq pensiya alırmış. Lakin təxminən 2 il bundan əvvəl onu həkim komissiyasına çağırıblar. O da həmin vaxt Bakı şəhərinə gedərək X2 həkim komissiyasından keçmiş və onun İİ qrup əlilliklə bağlı pensiyasını dayandırıblar və İİ qrup əlillik dərəcəsini ləğv ediblər. Bundan sonra isə o əlillik dərəcəsini yenidən bərpa etdirmək üçün Tovuz rayon Mərkəzi xəstəxanasının həkimi olan Kamal dokturun yanına getmişdir. O Kamal doktora sənədlərini təqdim etmişdir və ona “forma88” doldurmasını xahiş etmişdir. Kamal doktor söhbət əsnasında ona bildirmişdir ki, Kənan adlı tanışı var və həmin Kənan adlı şəxs ona əlillik dərəcəsinin bərpa olunması ilə bağlı lazımi köməklik edə bilər. O da Kamal doktoru əvvəlcədən də tanıdığı üçün onunla razılaşmışdır. Bundan sonra isə Kamal doktor Kənan adlı şəxsə telefonla zəng etmiş və ondan xəstəxanaya gəlməsini istəmişdir. Kənan isə həmin zaman bildirmişdir ki, sabah səhər gələ biləcək. Bundan sonra isə o çıxıb yaşadığı evə getmişdir. Həmin günün səhərisi günü o yenidən Kamal doktorun yanına getmişdir. Kamal doktor onun yanında Kənana zəng vuraraq onu xəstəxanaya çağırmışdır. Bir qədər sonra isə Kənan onların yanına gəlmiş və o ona söhbət zamanı bildirmişdir ki, İ Qarabağ müharibəsi iştiakçısı və İİ qrup əlil olduğunu deyib əlillik dərəcəsini ləğv edildiyini ona bildirmişdir. Kənan da həmin zaman ona əvvəl almış olduğu İİ qrup əlillik dərəcəsinin yenidən bərpa etdirəcəyini vəd etmişdir. O da Kənanın dediklərinə inanmış və onunla razılaşmışdır. Kənan həmin zaman ona əlillik dərəcəsini düzəldəcəyinə söz verib, ondan ümumilikdə 8000(səkkiz min) manat pul alacağını bildirmişdir. Kənan bu sözləri deyən zaman onlar Tovuz rayon Mərkəzi xəstəxanasında Kamal doktorun yanında onun xidməti otağında imiş. Kamal doktor isə həmin zaman demişdir ki, narahat olma sən Kənanı mənə görə tanıyırsan heç bir problem olan deyil. O da söhbət zamanı Kənana demişdir ki, onun hal-hazırda 8000(səkkiz min) manatı verməyə gücü çatmayacaq. Lakin o həmin pulu hissə-hissə yəni yarı yarı verə bilər. Kənan da həmin zaman onunla razılaşmışdır. Bundan sonra Kənan ona demişdir ki, sən pulu nə vaxt verə bilərsən. O da ona demişdir ki, qapıda heyvanı var, bazar günü həmin heyvanları satıb 4000(dörd min) manat verə bilər. Bir neçə gün sonra Kənan ona yenidən zəng edərək Bakı şəhərində yerləşən X2 tanış həkim ilə işini danışdığını və işinin düzəlməyi üçün təcili olaraq 4000(dörd min) manat pul lazım olduğunu deyib, ondan pulu düzəldib, ona verməyini istəmişdir. O da özünə məxsus olan iribuynuzlu heyvanları satdığı üçün əlində nağd olaraq 4000(dörd min) manat pul düzəldibmiş. Həmçinin, Kənana inandığı üçün o Kənana zəng edib 4000(dörd min) manatı hazır etdiyini və onunla Tovuz RMXnın yaxınlığında görüşə biləcəyini demişdir. Bundan sonra isə o Tovuz Rayon Mərkəzi Xəstəxanasına gəlmiş və xəstəxananın həyətində Kənanla görüşmüşdür. Həmin zaman Kənan onunla görüşməyə qırmızı rəngli VAZ 21011 markalı avtomobillə gəlmişdir. O Kənana məxsus olan avtomobilə əyləşmiş və özü ilə birlikdə gətirdiyi 4000(dörd min) manatı çıxarıb Kənana vermişdir. O Kənana pulu verən zaman bir qədər tərəddüd etdiyi üçün pulu ona verən zaman Kənanın səsini öz telefonuna yazmışdır. Həmin zaman Kənan 4000(dörd min) manatı sayıb götürmüş və 3 ay ərzində ona əlillik dərəcəsinin bərpa ediləcəyini demişdir. Bundan sonra o Kənanla sağollaşmış və çıxıb yaşadığı evə getmişdir. Aradan təxminən 2 il keçdikdən sonra Kənan ona zəng edərək, işinin artıq həll olduğunu və sənədlərini yazan həkimə 1000(bir min) manat şirinlik verməli olduğunu deyib, ona 1000 manat pul göndərməyini istəmişdir. O da həmin zaman işinin düzəlməyinə inanmış və 1000 manat pul düzəldib, Kənana zəng etmişdir. Kənan da həmin gün ona "xxxx" ASC-nə məxsus olan 5103-0714- 6564-8497 nömrəli kart hesabını göndərmiş və pulu həmin kart hesabına göndərməyini istəmişdir. O da həmin günü, yəni xx.xx.2023-cü il tarixdə saat 18:18-də yaşadığı Tovuz rayonu, Əyyublu kəndi ərazisində yerləşən mərkəzi univermaqda quraşdırılmış “Milliön” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs mənə “Vhatsapp” mobil tətbiqi vasitəsilə göndərmiş olduğu "xxxx" ASC-nə məxsus olan 5103-0714-6564-8497 nömrəli kart hesabına 1000(bir min) manat pul göndərmişdir. Bundan sonra isə hissə-hissə müxtəlif vaxtlarda Kənana 100 manat, 350 manat və 450 manat məbləğində pul vermişdir. Qeyd etmişdir ki, o əlillik dərəcəsinin bərpa edilməsi üçün Təqsirləndirilən şəxs ümumilikdə 6000(altı min) manat məbləğində pul vermişdir. O Kənana pulları verdikdən təxminən 3 ay sonra onun mobil telefonuna əlillik dərəcəsi almamağı ilə bağlı imtina gəlmişdir. O da əlillik dərəcəsi bərpa edilmədiyi üçün Kənana mobil telefon vasitəsilə zəng etmiş və ona bildirmişdir ki, əlillik dərəcəsi bərpa edilməyib. Bunun üçün də o ondan vermiş olduğu 6000(altı min) manatı geri istəmişdir. Kənan isə həmin zaman ona demişdir ki, mənə bir qədər vaxt ver pulun hamısını geri qaytaracağam. Lakin o bundan sonra iki il ərzində dəfələrlə Kənanla telefonla danışan zaman ondan pulunu istəsə də o ona heç bir məbləğdə pul verməmişdir. O isə sonda baş vermiş hadisə ilə əlaqədar olaraq Tovuz rayon polis şöbəsinə müraciət etmişdir. Bildirmişdir ki, o Təqsirləndirilən şəxs vermiş olduğu 6000(altı min) manat pulu ona verən zaman onun yanında heç bir şəxs olmamışdır. Lakin o ona ilk dəfə 4000(dörd min) manat verən zaman onun səsini öz telefonu vasitəsilə yazmışdır. 1000 manat pulu isə onun göndərdiyi kart hesabına göndərmişdir. Qalan 1000 manat pulu isə hissə-hissə olmaqla əlbəəl vermişdir. Belə ki, Kənan onu əlillik dərəcəsinin bərpa edilməsi məqsədi ilə 3 dəfə Bakı şəhərinə 1 dəfə isə Gəncə şəhərində yerləşən müxtəlif xəstəxanalara aparmışdır. O da Bakı şəhərində olan zaman ona 450 manat, Gəncə şəhərində isə 350 manat vermişdir. 200 manat pulu isə Kənanın ona göndərmiş olduğu, lakin yadında qalmayan bank kart hesabına göndərmişdir. O, təhqiqat dövründə 1000 manat pulu göndərən zaman götürdüyü qəbzin surətini və 4000 manat pulu verən zaman yazmış olduğu səs yazısını təqdim etmişdir. Zərərçəkmiş şəxs1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun bu barədə heç bir məluamtı yoxdur, çünki həmin zaman Kamal doktor ondan heç bir məbləğdə pul vəsaiti istəməmişdir. O, ilk dəfə Kənala görüşüb söhbət edən zaman onlar Kamal doktorun xidməti iş otağında əlillik dərəcəsinin bərpa edilməsi məqsədi il danışmışlar. Həmçinin, Kənan ondan 8000(səkkiz) min manatı Kamal doktorun yanında istəmişdir. O, Təqsirləndirilən şəxs pulu verən zaman onların yanında kənardan heç bir şəxs olmamışdır. Onlar ilk olaraq Kamal doktorun yanında əlillik dərəcəsinin bərpa edilməsi üçün söhbət etmişlər. Bundan başqa isə o, Kənana 6000 manat pulu verən zaman onların yanında heç bir şəxs olmamışdır. Hazırda Təqsirləndirilən şəxs ona vurduğu zərəri tamamilə ödəmişdir. Kənan Taöısoydan heç bir şikayət və tələbi yoxdur. İş üzrə zərərçəkmiş Tovuz rayon Qovlar şəhər Bələdiyyəsinin nümayəndəsi X7 məhkəmə iclasında göstərdi ki, Qovlar şəhər Bələdiyyəsinin sədrinin müavini vəzifəsinə seçilmişdir. 02 aprel 2025-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X3 Xidmətindən bir nəfər əməkdaş sədrə telefonla zəng edərək ünvan 6 ünvanında yerləşən torpaq sahəsində yaş kökü üstə biloji inkişafda olan 13 ədəd müxtəlif diametrli qovaq cinsli ağacın qanunsuz kəsilməsi barədə məlumat vermişdir. Həmin gün sədr, ünvan 6 ünvanında yerləşən torpaq sahəsinə baş çəkmiş və həmin sahənin Tovuz rayon Qovlar Bələdiyyəsinin mülkiyyətində olduğunu müəyyən etmişdir. Bildirmişdir ki, ağacların qanunsuz kəsilməsi nəticəsində Tovuz rayon Qovlar Bələdiyyəsinə 6830 (altı min səkkiz yüz otuz) manat məbləğində maddi ziyan vurulmuşdur. 02 aprel 2025-ci il tarixdə sədr, rəsmi arayış yazaraq Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi 45 nömrəli evin qarşısında yerləşən torpaq sahəsinin Tovuz rayon Qovlar Bələdiyyəsinin mülkiyyətində olmaqla həmin torpaq sahəsində olan 13 ədəd qovaq ağaclarının da Tovuz rayon Qovlar Bələdiyyəsinin mülkiyyətində olduğunu bildirmişdir. Lakin, həmin ağacların hansı şəxs və ya şəxslər tərəfindən kəsilməsi barəsində məlumatı olmamışdır. Təqsirləndirilən şəxs şikayət və tələbləri yoxdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 2025-ci ilin mart ayının sonlarında o Təqsirləndirilən şəxsla birlikdə material düzəltmək üçün ağac axtarırmış. Həmin zaman onun yanında Kənan və Bəhruz adlı şəxs olmuşdur. Həmin zaman onlar ağac axtarmaq üçün tanımadığı taksi ilə getmişlər. Onlar Tovuz rayonu Qovlar şəhəri M.Ə.Sabir küçəsi ilə hərəkətdə olan zaman 45 nömrəli evin qarşısında 12 ədəd qovaq ağaclarının olduğunu görmüşlər. Bundan sonra isə həmin küçədə olan ağsaqqaldan həmin ağacların kimə məxsus olduğunu soruşmuşlar. Həmin şəxs də onlara demişdir ki, ağaclar ev sahibi olan Şöhrət adlı qadınındır. Sonra Kənan həmin evin qapısını döymüş və Şöhrət adlı qadın qapıdan çölə çıxmışdır, Kənan ondan çöldə olan ağacların kimə məxsus olduğunu soruşmuşdur. Həmin zaman Şahid1 Kənana demişdir ki, həmin ağaclar bizimdir. Bundan sonra Kənan ev sahibi olan Şahid1yla söhbət etməyə başlamışdır. Həmin zaman Kənan ondan ağacların qiymətini soruşduqda 13 ədəd qovaq ağacına 1600 manat pul istəmişdir. Bundan sonra 01 aprel 2025-ci il tarixdə isə səhər saat 09 radələrində Kənan və Bəhruzla birlikdə Qovlar şəhərində yerləşən işıq idarəsinə gedərək oradan Sabir küçəsində yerləşən naqilləri ayırmaq üçün elektrik ustası lazım olduğunu istəmişlər. Bir nəfər şəxs çölə çıxaraq onlara bir nömrə vermiş və həmin nömrə ilə əlaqə saxlamalarını demişdir. Bundan sonra Kənan həmin telefon nömrəsi ilə əlaqəsi saxlamışdır. Həmin şəxslə işıq idarəsinin qarşısında görüşmüşlər və ona ağac kəsəcəklərini və orada bir neçə naqilin problem yaratdığı üçün açılmalı olduğunu demişlər, o, isə onlara demişdir ki, siz gedin mən lazımi ləvazimatlarımı götürüb gələrəm. Sonra o Kənanla ona məxsus olan Qazel markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu, Qovlar şəhəri, M.Ə.Sabir küçəsi 45 nömrəli evə getmişdir. Həmin zaman evdə Şöhrət adlı qadın, gəlini və nəvələri də var imiş. Onlar onunla salamlaşan zaman onlara demişdir ki, naqilləri aşmaq üçün elektrik ustası çağırmısınızmı? Kənan isə ona cavab olaraq bildirmişdir ki, elektrik ustası ilə danışmışıq indi gəlir. Kənan həmin zaman Şöhrət adlı qadından soruşdu ki, siz ağaclarla bağlı bələdiyyədən icazə kağızı almısınızmı? O isə Kənana dedi ki, bələdiyyənin məlumatı var, hal-hazırda işdə yoxdur, Gəncə şəhərindədir, gələndə icazə kağızını yazıb verəcək. Həmin zaman ev sahibi Kənana dedi ki, 1000 manat pulu ver daha sonra ağacları kəsməyə başlayın. Ev sahibinin dediklərinin o şahidi olmuşdur. Bundan sonra isə Kənan ona demişdir ki, 650 manat pulu var və bunun üçün də ondan 350 manat borc pul istəmişdir. O da Kənana 350 manat borc pul vermişdir və Kənan ev sahibi olan Şahid1 1000 manat pul vermiş və bundan sonra fəhlələr işlərini görməyə başlamışlar. O da kənarda duraraq heç bir işə qarışmamışdır. Həmin günü axşam saat 20 radələrinədək orada olan ağacların kəsilərək avtomobilə yüklənməsini gözləmişdir. Şöhrət adlı qadın da onların yanında ağacların kəsilərək avtomobilə yüklənməsini gözləmişdir. Bir qədər sonra isə Şöhrət adlı qadının oğlu Şahid2 gəlmiş, onlar onunla oturub bir qədər söhbət etmişlər. Bundan bir qədər sonra isə Ekologiyanın işçisi olan Şahid5 gəlmişdir. Həmin zaman müəllim ağacların kimə məxsus olduğunu və ağacların kimin nə üçün kəsdiyini soruşmuşdur. Bu zaman ev sahibi olan Şahid1 bildirmişdir ki, kəsilən ağaclar ona məxsusdur, 50 il bundan qabaq həyat yoldaşı basırmışdır. Həmin ağaclar onun olduğu üçün indi də satır. Bundan sonra isə Şöhrət adlı qadın, oğlu Afiq və ekologiyanın işçisi olan Şahid5lə mübahisə etməyə başlamışlar. Ekologiyanın işçisi Ramiz müəllim ev sahiblərinə bildirmişdir ki, sabah səhər hər ikiniz Ekologiya idarəsində olun. Həmin günün səhərisi günü o Rəşadla birlikdə Ekologiya idarəsinə getmişdir. Orada avtomobilə və içərisində olan odunlara baxış keçirilmişdir. Sonra isə oradan çıxıb getmişlər. Şahid3 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, onun 13 ədəd qovaq ağacının kəsilməsində hər hansı bir iştirakı olmamışdır. Belə ki, o orada sürücü kimi ağacları daşımaq üçün hər reysi üçün 30 manat pul alırmış.Həmçinin bildirmişdir ki, Kənan ona demişdir ki, 650 manat pulu var və bunun üçün də ondan 350 manat borc pul istəmişdir. O da Kənana 350 manat borc pul vermiş və Kənan ev sahibi olan Şahid1 1000 manat pul vermişdir. O da baş verən bütün hadisələrin şahidi olmuşdur. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 01 aprel 2025-ci il tarixdə onun yaşadığı evin qarşısında hasarın kənarında, yol qırağında vaxtı ilə tərəfindən əkilmiş olan 13 ədəd “qovaq” ağaclarının kəsilməi faktı ilə əlaqədar olaraq bildirmişdir ki, həmin qovaq ağacları irigövdəli olduğu üçün həmin ağacların aşaraq qonşuların evinə və hasarlarına ziyan dəyəcəyini zənn etmişdir. O da bunun üçün əvvəlcə həmin ağacları kəsdirmək istəyibmiş, lakin imkanı olmadığı üçün həmin ağacları kəsdirə bilməmişdir. 31 mart 2025-ci il tarixdə isə oğlu Afiq ona demişdir ki, ona Kənan adlı şəxs zəng etmişdir və həmin ağacları kəsmək istədiklərini, gəlib kəsə biləcəyini demişdir. Həmçinin oğlu demişdir ki, mən ağacların kəsilməyi ilə bağlı onunla razılaşmadım sən də həmin ağacların kəsilməsinə icazə vermə. Bundan sonra həmin günün səhəri oğlu Afiq işləmək üçün çıxıb getmişdir. Saat təxminən 10 radələrində isə adını sonradan bildiyi Kənan adlı şəxsin onun yaşadığı evə gəldiyini görmüşdür və o, ona demişdir ki, ağacı kəsmək istəyən mənəm. Həmçinin, ona bildirmişdir ki, ağacların kəsilməsi ilə bağlı hər bir dövlət orqanından icazəsi vardır. Kənan dediklərindən sonra o onunla razılaşmışdır. O isə həmin zaman Kənan adlı şəxsə demişdir ki,13 ədəd ağac üçün 1000 manat pul alacağam. Kənan da onun dedikləri ilə razılaşmışdır. O həmin zaman Kənana demişdir ki, 1000 manat pulu ver daha sonra ağacları kəsməyə başla. Kənan isə demişdir ki, qoy hamı yığışsın sonra verəcəyəm. Lakin həmin zaman Kənan ona heç bir məbləğdə pul verməmişdir. Bundan sonra isə Kənan özü ilə gətirdikləri şəxslərlə ağacları kəsməyə başlamışdır. Günorta saat təxminən 14 radələrində o yenidən Kənandan ağacların pulunu yenidən istəmiş, lakin Kənan yenidən bir bəhanə gətirərək 1000 manat pulu ona verməmişdir. Günortadan sonra isə onlar ağacları tamamilə kəsib qurtarıblar. Saat təxminən 19 radələrində isə oğlu Afiq işdən çıxıb evə gəlmişdir. Həmin zaman oğlu Afiq də bilmişdir ki, o ağacları 1000 manat müqabilində Kənan adlı şəxslə razılaşaraq vermişdir. Həmçinin, Afiq də bilmişdir ki, ağacların müqabilində Kənan ona heç bir məbləğdə pul verməmişdir. Bir qədər sona isə hadisə yerinə X10 Mühafizə Cəmiyyətinin sədri Şahid5 gəlib çıxdığını görmüşdür. Ramiz müəllim gəldikdən sonra ona bir sənəd göstərmiş və özünü təqdim etmişdir. O, Ramiz müəllimlə söhbət etməmiş və evə daxil olmuşdur, oğlu Afiq isə çöldə qalaraq onunla söhbət etmişdir. Bundan başqa isə onun olanlar barəsində heç bir məlumatı olmamışdır. Şahid1 ona verilən əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə ağacların kəsilməsi ilə əlaqədar olaraq əvvəlcədən heç bir razılıq əldə etməmişdir. 01 aprel 2025-ci il tarixdə Kənan onun yaşadığı evə gələrək ağacları kəsmək istədiyini və hər bir razılığının olduğunu ona demişdir, Kənan dediklərindən sonra o onunla razılaşmışdır. O, ağacların kəsilməsi ilə bağlı hər hansı bir sənəd almamışdır. Lakin, Kənan adlı şəxs ona telefonla zəng edəndə onun yaşadığı evə gələndə bildirmişdir ki, ağacların kəsilməsi ilə bağlı olaraq lazımi dövlət orqanlarından icazəsi var. O, evlərinin qarşısında yerləşən 13 ədəd “Qovaq” ağaclarının kəsilməsi ilə bağlı Kənan adlı şəxslə 1000 manata razılaşmışdır. Lakin, Kənan ona heç bir məbləğdə pul vəsaiti verməmişdir. Kənan onunla danışan zaman ona dəfələrlə demişdir ki, ağacların kəsilməyi ilə bağlı olaraq hər bir dövlət orqanından icazə alıb, o da Kənanın dediklərinə inanmış və bunun üçün ondan heç bir sənəd istəməmişdir. Ağacların qanunsuz kəsilməyi ilə bağlı məsuliyyətin olduğunu bilmirmiş, lakin Kənan ona demişdir ki, onun icazəsi var, bunun üçün də o onunla razılaşmışdır. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ünvan 7 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 01 aprel 2025-ci il tarixdə onun yaşadığı evin qarşısında hasarın kənarında, yol qırağında vaxtı ilə onun valideynləri tərəfindən əkilmiş olan 13 ədəd “qovaq” ağaclarının tanımadığı şəxslər tərəfindən kəsilməsi faktlı ilə əlaqədar olaraq bildirmişdir ki, həmin gündən bir gün əvvəl ona məxsus olan mobil telefon nömrəsinə ***-***-**-**, ***-***-**-**, ***-***-**-** nömrələrdən xx.xx.2025-ci il tarixdə günün müəyyən saatlarında ona zəng edərək ağacların kəsilməsi haqqında bələdiyyədən və digər qurumlardan icazə aldıqlarını bildirib, sözü gedən ağacları kəsib doğramaq istədiklərini bildirmişlər. Həmin ona zəng edən şəxsin sonradan Kirən kənd sakini Təqsirləndirilən şəxs olduğunu bilmişdir. O, Kənanla danışan zaman razı olmadığını demişdir. Sonra isə O, Kənanla telefon əlaqəsini bitirmişdir. Həmin günün sabahısı gün o, səhər saat 09 radələrində yaşadığı evdən çıxaraq işləmək üçün Şəmkir rayonunda yerləşən istixanalara getmişdir. Həmin günü axşam saat təxminən 18 radələrində o, yaşadığı evə geri qayıdan zaman 3 nəfər fəhlənin və iki nəfər başqa şəxslərin qapının çölündə olan ağacların hamısının kəsdiyini görmüşdür. O, ora çatan zaman ağacların hər birinin kəsildiyini və ağacları Qazel markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yüklənildiyini görmüşdür. O, bu zaman onlara demişdir ki, ağacların qarşılığında hər hansı bir pul veribsənmi?. Kənan adlı şəxs isə ona demişdir ki, pul kartdadır. Həmin zaman o, bildirmişdir ki, Kənan adlı şəxslə anası Şahid1 ilə 13 ədəd ağacın qarşılığında 1000(bir min) manat pula razılaşıblar. Lakin, o, həmin zaman bildirmişdir ki, Kənan anasına heç bir məbləğdə pul vəsaiti verməyib. O, Kənandan pulun verilməsini istədikdə də Kənan ona demişdir ki, kartdan çıxarıb gətirib verəcəyək. Bundan bir qədər sonra isə X10 Mühafizə Cəmiyyətinin sədri Şahid5 gəlib çıxdığını görmüşdür. Ramiz müəllim gəldikdən sonra Ramiz müəllim ondan ağac kəsilməklə bağlı olaraq rüşvət istəmişdir. Lakin, Ramiz müəllim ona dəqiq məbləğ deməmişdir. O da ona cavab olaraq demişdir ki, mən ağacların qarşılığında heç bir məbləğdə pul almamışam, nə üçün sizə pul verməliyəm. Ramiz müəllim demişdir ki, nə verirsən ver problem yoxdur. Lakin, o, onlara heç bir məbləğdə pul vəsaiti verməmişdir. Sonra isə Ramiz müəllim ağacı kəsən şəxsləri özləri ilə birlikdə aparmışdır. O daha sonra bilmişdir ki, Şahid5 Kənan adlı şəxsdən 400 manat pul alıb və onu sərbəst buraxıb. O, həmin günün sabahısı gün yuxarıda qeyd etdiyi mobil telefon nömrələri ilə əlaqə saxlamış, lakin Kənan onun telefon zənglərinə cavab verməmişdir. Bir nəfər qadın onun zənginə cavab vermiş və demişdir ki, Kənan ağacın pulunu şirkətdən almayıb, alanda gəlib sizin pulunuzu verəcəkdir. Şahid2 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs ilə ağacların kəsilməsi ilə əlaqədar olaraq heç bir razılıq əldə etməmiş, Kənan ona 31 mart 2025-ci il tarixdə də zəng edən zaman o, Kənanla razılaşmamışdır. Bildirmişdir ki, o, ağacların kəsilməsi ilə bağlı hər hansı bir sənəd almamışdır. Lakin, Kənan adlı şəxs ona telefonla zəng edən zaman bildirmişdir ki, ağacların kəsilməsi ilə bağlı olaraq lazımi dövlət orqanlarında icazəsi var. O, evlərinin qarşısında yerləşən 13 ədəd “Qovaq” ağaclarının kəsilməsi müqabilində hər hansı məbləğdə qazanc əldə etməmişdir. Həmçinin, qeyd etmişdir ki, onun həmin ağacların kəsilməsi ilə bağlı olaraq razılığı və məlumatı olmayıb. Cinayət işi üzrə Şahid5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, X10 Mühafizə Cəmiyyətinin sədri vəzifəsində işləyir. 01 aprel 2025-ci tarixdə saat təxminən 19 radələrində Tovuz rayonu ərazisində Qovlar şəhərində yolla gedərkən təsadüfən küçədə hasar boyu ağacların kəsildiyini görmüşdür. Həmçinin, həmin ağacları Qazel marakalı avtomobilə yükləyirmişlər. O, onlara yaxınlaşan zaman fəhlələrə demişdir ki, bu nə məsələdir, sizə kim icazə verib bu ağacları kəsirsiz. Fəhlələr isə ona demişdir ki, bizim xəbərimiz yoxdur, ev sahibi oradadır ondan soruşun. Bundan sonra o fəhlələrin yanında dayanmış ev sahibi olan Şöhrət adlı qadına yaxınlaşmışdır. Həmin zaman Şöhrət adlı qadının yanında ad soyadını sonradan bildiyi oğlu Şahid2 da orada olmuşdur. Onlara demişdir ki, bu ağacları fəhlələrə sizmi kəsdirirsiniz. Həmin zaman Şöhrət adlı qadın demişdir ki, bəli ağacları özüm əkmişəm, indi də ehtiyacım var satıram. O isə onlara bildirmişdir ki, bu ağaclar sizin mülkiyyətinizdə deyil, bələdiyyənin mülkiyyətindədir. Bu ağaclar sizə hər hansı bir problem yaradacağı halda bələdiyyəyə müraciət edərək ekologiya ilə razılaşma əsasında həmin ağacları kəsdirə bilərsiniz. Onlar isə ona deyiblər ki, sən və yaxud bələdiyyə mənnən bərabər ağacmı əkib ki, indidə sizdən icazə alım. Sonra isə onlar mənimlə mübahisə etməyə başlamışdır. Şöhrət və oğlu Afiq ona demişdir ki, 13 ədəd ağacı 1000(bir min) manata satıblar. Həmçinin, orada ağacları alan Kənan adlı şəxslə söhbət edən zaman ona demişdir ki, razılaşma əsasında ağacları 1000 (bir min) manata alıbdır. Orada olan zaman Şöhrət və oğlu Afiq Kənan adlı şəxsə demişdir ki, görürsən gəlib problem edirlər, gəl bunları yola sal. Kənan isə həmin zaman bildirmişdir ki, “sən mənə demisən ki, ağacı kəsmək ilə bağlı icazə almışam mən kimə nə deyim”. Həmin günün sabahısı o 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə müraciət etmişdir və baş vermiş hadisə ilə əlaqədar olaraq məlumat vermişdir. Şahid5 ona verilən suallara cavab olaraq bildirmişdir ki,o həmin zaman ora yaxınlaşan zaman orada ev sahibi Şöhrət, onun oğlu Afiq, ağacı alan şəxs Təqsirləndirilən şəxs, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Rəşad və ad soyadlarını dəqiq bilmədiyi 3 nəfər fəhlə var imiş. O oraya yaxınlaşan zaman 13 ədəd iri gövdəli qovaq ağaclarının kəsildiyini görmüşdür. Həmin ağacların içərisində diametri kifayət qədər böyük olan ağaclar var imiş. O, orada olan zaman Kənan adlı şəxsin Şöhrət adlı qadına 1000 manat pul verdiyin şahidi olmamışdır. Lakin, Kənan ona demişdir ki, 13 ədəd ağacı kəsmək üçün Şöhrət adlı qadın ondan 1000 pul almışdır, 1000 manat pulu aldıqdan sonra kəsilməsinə icazə vermişdir. Kənanın bu dediklərini Şöhrət və onun oğlu Afiq təsdiqləmişdir və bildirmişlər ki, bəli 13 ədəd ağacın müqabilində 1000 manat pul almışıq. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz RMX-da travmatoloq həkim vəzifəsində işləyir. Zərərçəkmiş şəxs1 çoxdan tanıyır. Belə ki, Elşən onun xəstəsi olmuş və o, dəfələrlə Elşəni müayinə edib, sənədlərini əlillik dərəcəsi almaq üçün həkim komissiyasına göndərmişdir. Onun Elşən ilə münasibəti yaxşı olmuş, aralarında ədavətləri olmamışdır. Baş vermiş hadisənin mahiyyəti üzrə bildirnişdir ki, təxminən 2 il bundan əvvəl Elşən Tovuz RMX-na onun yanına gəlmişdir. O, Elşəni həmin vaxt görüb, ondan nə üçün gəldiyini soruşmuşdur. Elşən də ona İİ qrup əlillik dərəcəsinin ləğv edildiyini və pensiyasının kəsildiyini deyib, ona köməklik etməyini xahiş etmişdir. O da Elşənə demişdir ki, o, həkimdir, ancaq onun sənədlərinin yazılmağına köməklik edə bilər, sənə əlillik dərəcəsinin düşüb-düşmədiyini Bakı şəhərində həkim komissiyasının cavabı təsdiq edir. Elşən də onunla razılaşmışdır. Ancaq o, dəfələrlə Elşənin sənədlərini yazıb, Bakı şəhərində yerləşən həkim komissiyasına göndərsə də, ona hər dəfə əlillik dərəcəsinin düşməsi ilə bağlı imtina cavabı gəlmişdir. Bundan sonra Elşən yenidən Tovuz RMX-na onun yanına gəlmiş və ondan köməklik etməyini istəmişdir. O da Elşənə Tovuz rayon Kirən kənd sakini Kənan adlı şəxsin olduğunu, onun əlillik dərəcəsi düzəltməklə məşğul olduğunu eşitdiyini demişdir. Elşən də ondan Kənanın mobil nömrəsini almış və çıxıb getmişdir. Bir neçə aydan sonra Elşən onun yanına gəlmiş və ona Kənanın onu aldadaraq, onun pulunu alıb, işini düzəltməyərək, ona qarşı dələduzluq elədiyini demişdir. O da Elşənə demişdir ki, sənin ona pul verməyinin ona aidiyyatı yoxdur. Elşən də çıxıb getmişdir. Bildirmişdir ki, o, Elşənin Kənana nə qədər pul verdiyini bilmir, bu barədə heç bir məlumatı yoxdur. Şahid4 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Kənanın özü onun xəstəsi olmuşdur, bunun üçün də o, Kənanı xeyli müddətdir ki, tanıyır. Kənan onun yanına gəlib gedən zaman öz əlillik dərəcəsini asanlıqla düzəltdiyini demişdir. O da bunun üçün Elşənə Kənandan bu barədə köməklik istəməsini demişdir. O, Təqsirləndirilən şəxs belə işlər görərək vətəndaşları aldatması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 259.1-ci maddəsi ilə tövsif olunmalıdır və həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin İ cild 41-42-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər məhkum olması müəyyən edilir. İşə əlavə olunmuş 21 noyabr 2024-cü il tarixli 1(062)-125/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İşə əlavə olunmuş məhkəmənin təşəbbüsü ilə əldə olunmuş Tovuz Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X8 tərəfindən verilmiş 21 yanvar 2026-cı il tarixli amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 2.6-cı bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzadan azad edilmişdir. İşin İ cild 44-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 12 noyabr 2025-ci il tarixli 1(062)- 129/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 16 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 29 noyabr 2025-ci il tarixdə Tovuz rayonu ərazisində tutularaq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. İşdə olan Tovuz Rayon Məhkəməsinin 23 dekabr 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan Elektron məhkəmə informasiya sistemindən məhkəmə sorğusu nəticəsində əldə olunmuş arayışdan Təqsirləndirilən şəxs İİ qrup əlil olması müəyyən olunmuşdur. Həmin tarixdə Təqsirləndirilən şəxs özü tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron bazasından əldə edərək məhkəməyə təqdim etdiyi arayışdan isə onun İİİ qrup əlil olması müəyyən edilmişdir. Məhkəmə mövcud vəziyyətin araşdırılması üçün Təqsirləndirilən şəxs hansı qrup əlilliyin mövcud olması zərurəti yarandığından (zərurət X9 barəsində Azərbaycan Respublikası Milli Məclisi tərəfindən elan edilmiş 19 dekabr 2025-ci il tarixli amnistiya aktının təsir dairəsinə düşməsinin aydınlaşdırılması məqsədi ilə araşdırılmışdır) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məktub ünvanlanmışdır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məhkəməyə göndərilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdən üçüncü dərəcə müddətsiz əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayətini etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəməklə barışıq əldə etməsini, İİİ qrup əlil olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CМ-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alıb Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 21 noyabr 2024-cü il tarixli hökmü ilə 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktına əsasən həmin cəzanı çəkməkdən azad edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməlin 178.2.2-ci madddəsi olan hissəsi əvvəlki hökm çıxarılmışdan əvvəl törədilmişdir. Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə olan hissəsi isə yuxarıda qeyd edilən hökm çıxarıldıqdan sonrakı müddətə təsadüf edir. Təqsirləndirilən şəxs amnnistiya aktına əsasən cəzad azad edildiyinə görə Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinin tətbiqinə zəruərət qalmır. 21 noyabr 2024-cü il tarixli hökmdən əvvəl törədilmiş cinayətə aid hissədə isə məhkəmə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tətbiqini məqsədə müvafiq hesab etmir. Belə ki, həmin hökm Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən birləşdirildikdə Təqsirləndirilən şəxs cəzadan azad edilməsinə baxmayaraq ona təyin olunacaq cəza daha yuxarı həddə ola bilər. Belə olan halda məhkəmə hesab edir ki, bu hal Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli amnistiya aktının ruhuna zidd mövqe yarada bilər. Ona görə də təqsirləndirilən şəxsin qanunla qorunan mənafeyinin, Azərbaycan Respublikası CM-nin prinsiplərini rəhbər tutaraq məhkəmə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi ilə deyil, CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları birləşdirməklə hökm çıxarmağı məqsədə müvafiq hesab edir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin Azərbaycan Respublikası CMnin 58.3-cü maddəsinə əsasən təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs 29 noyabr 2025-ci il tarixdən 23 dekabr 2025-ci il tarixədək həbsdə olduğu 25 (iyirmi beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılması 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4. Azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. 52-1.5. Məhkəmənin müəyyən etdiyi vəzifələri mütəmadi və ya qərəzli olaraq yerinə yetirməkdən boyun qaçıran məhkumun cəzasının çəkilməmiş hissəsi cəzanın icrasına nəzarət edən orqanın təqdimatı əsasında məhkəmə tərəfindən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza ilə əvəz edilir. Bu zaman iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanır. 52-1.6. Azadlığın məhdudlaşdırılması hərbi qulluqçulara, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, habelə Azərbaycan Respublikası ərazisində daimi yaşayış yeri olmayan şəxslərə təyin edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.4 və 259.1-ci maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə, Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsə alındığı 25 (iyirmi beş) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 04 (dörd) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafuq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanın yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar