Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-13/2024 12.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1989-cu ildə Tovuz rayonu Bozalqanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,12 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək sağ ayağına geyinmiş olduğu, üzərində ağ cizgilər olan, qara rəngli corabın içərisində saxlamış, Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 iyun 2023-cü il tarixdə, saat 06 radələrində Tovuz şəhəri, H.Əliyev prospektində saxlanılaraq ünvan 2 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında həmin tarixdə, saat 07:05-dan saat 07:40-dək olan müddət ərzində üzərində keçirilmiş şəxsi axtarış zamanı bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,12 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana onun sağ ayağına geyinmiş olduğu, üzərində ağ cizgilər olan, qara rəngli corabın içərisindən aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidin ifadəsi, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü məhkəmə istintaqında verdiyi ilkin ifadəsində təqsirli bilməyərək göstərmişdir ki, o, Tovuz rayon Abulbəyli yaşayış ərazisində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Əvvəllər nakotik vasitədən istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 07 radələrində Tovuz şəhəri, H.Əliyev prospekti ilə piyada yaşadığı Tovuz rayon Abulbəyli yaşayış ərazisində yolun kənarı ilə yaşadığı evinə tərəf piyada gələrkən 2 nəfər mülkü geyimdə olan şəxs yaxınlaşıb özlərini Tovuz RPŞ-nin əməkdaşı kimi təqdim etmişlər. Üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğu üçün onlarla birlikdə Tovuz RPŞ-yə getməli olduğunu izah etdikdən sonra etiraz etməyib onlarla birlikdə Tovuz RPŞ-yə gəlmişdir. Оrada hüquqları izah edilib müdafiə hüquqları təmin edilməklə Tovuz RPŞ-nin inzibati binasında müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmış, bundan əvvəl polis əməkdaşları ona narkotik vasitə olan qurudulmuş marixuananı corabına qoymağı təklif etmiş, o da təzyiq və təsirdən ehtiyat edərək polis əməkdaşları ilə razılaşmışdır. Bundan sonra o üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı sağ ayağına geyinmiş olduğu corabdan çıxarıb təhqiqatçıya təqdim etmişdir. 10 iyun 2023-cü il tarixdə Tovuz RPŞ-də baş təhqiqatçı Ruflan Əliyev tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, sağ ayağında geyinmiş olduğu corabın içərisindən bir ədəd kibrit qutusu, içərisində narkotik maddə olan marixuana aşkar olunub götürülmüş, elektron tərəzidə çəkildikdə çəkisi kibrit qutusu ilə birlikdə 8,53 qram olmuşdur. Həmin kütlə zərfə qoyulub qablaşdırılıb zərfin ağzı möhürlənmiş, bu barədə tərtib edilmiş müvafiq protokolu və həmin kağız zərfin üzərini digər iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Sonrakı məhkəmə iclasında isə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananın onun özünə məxsus olmasını bildirmiş və əvəvlki məhkəmə iclaslarında verdiyi ifadənin özünü müdafiə xarakterli olduğunu qeyd etmişdir. Odur ki, məhkəmədən aşağı həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili işləyir. Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti, həmçinin heç bir qohumluq əlaqəsi və ya ziddiyyəti olmamışdır. Onun qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi və narkotik vasitə qəbul etməsi barədə Tovuz RPŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də Tovuz RPŞ-nin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə xx.xx.2023-cü il tarixli soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərar rəis tərəfindən təsdiq olunduqdan sonra həmin tarixdə saat 06:45 radələrində Tovuz RPŞnin NMQ-nin baş əməliyyat müvəkkili Şahid1 ilə birlikdə Tovuz şəhəri H.Əliyev prospektində yolun kənarında Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlayıb özlərini təqdim edərək ona polis əməkdaşları olduqlarını bildirmişlər. Onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində ondan şübhələndiklərini bildirərək birlikdə Tovuz RPŞ-yə getməsini təklif etmişlər və bundan sonra onlar Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə gətirmişlər. Bu barədə Şahid1 tərəfindən raportla rəisə məruzə edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərək qanuni tədbir görülməsi RPŞ-nin təhqiqat bölməsinin baş təhqiqatçısı Ruflan Əliyevə həvalə olunmuş və onun tərəfindən müvafiq sənədləşmə aparılaraq Təqsirləndirilən şəxs müdafiə hüquqları dövlət hesabına təmin edilməklə Tovuz Rayon Vəkil Bürosunun vəkli Müdafiəçi1 müdafiəçi təyin edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Müdafiəçi1 iştirakı ilə üzərinə şəxsi axtarış və götürmə aparılması elan edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üstündə əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan olunan hər hansı bir əşyanın olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs üzərində əldə edilməsi, saxlanılması və daşınması qanunla qadağan edilmiş əşya olduğunu bildirib sağ ayağınа geyinmiş olduğu, üzərində ağ cizgilər olan, qara rəngli corabın içərisindən bir ədəd kibrit qutusunda olan kütləni təqdim etmişdir. Təqdim etdiyi kibrit qutusunda olan kütləyə açılaraq baxış keçirilmiş və həmin kütlənin yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusunda olan kütlə elektron tərəzidə çəkilmiş və kütlə kibrit qutusu ilə birlikdə 8,53 qram olmuşdur. Həmin kütlə zərfə qoyulub qablaşdırılıb zərfin ağzı möhürlənmiş, bu barədə tərtib edilmiş müvafiq protokolu və həmin kağız zərfin üzərini digər iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin marixuananı təxminən bir ay əvvəl Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsinin sahilindən tapmış, üzərində daşıyaraq saxlamışdır. Həmin kütləni taparkən tək оlmuş, ətrafda heç kim olmamışıdır. Üzərindən aşkar edilmiş marixuananı gələcəkdə özü istifadə etmək məqsədilə saxlamış, satmaq niyyəti və məqsədi olmamışdır. Üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Saxlanılarkən ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs kimlərdən narkotik vasitə alması və kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin X1 baş əməliyyat müvəkilli işləyir. Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münsibəti və qohumluq əlaqəsi yoxdur. Onun qanunsuz olaraq narkotik vasitə gəzdirdiyi və narkotik vasitə qəbul etməsi barədə Tovuz RPŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəfindən Tovuz rayonu Abulbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli olması barədə xx.xx.2023-cü il tarixli soraqlaşma təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Qərar rəis tərəfindən təsdiq olunduqdan sonra həmin tarixdə saat 06:45 radələrində Tovuz RPŞnin CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Tovuz şəhəri H.Əliyev prospektində yolun kənarında Təqsirləndirilən şəxs müəyyən edərək onu saxlayıb özlərini təqdim edərək ona polis əməkdaşları olduğu və üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində ondan şübhələndiklərini izah edib Tovuz RPŞ-yə dəvət edilmiş, Tovuz RPŞ-də hüquqları izah edilib müdafiə hüquqları təmin edilməklə Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs müdafiəçisinin və digər iştirakçıların iştirakı ilə videoçəkilişdən də istifadə edilməklə şəxsi axtarış istintaq hərəkəti aparılmış, həmin vaxt Təqsirləndirilən şəxs üzərindəki narkotik vasitə olan qurudulmuş marixuananı sağ ayağınа geyinmiş olduğu corabdan çıxarıb təhqiqatçıya təqdim etmişdir. 10 iyun 2023-cü il tarixdə Tovuz RPŞ-də baş təhqiqatçı Ruflan Əliyev tərəfindən üzərində şəxsi axtarış aparılması həyata keçirilərkən, sağ ayağında geyinmiş olduğu corabın içərisindən bir ədəd kibrit qutusu, içərisində narkotik maddə olan marixuana aşkar olunub götürülmüş, elektron tərəzidə çəkildikdə çəkisi kibrit qutusu ilə birlikdə 8,53 qram оlmuşdur. Həmin kütlə zərfə qoyulub qablaşdırılıb zərfin ağzı möhürlənmiş, bu barədə tərtib edilmiş müvafiq protokolu və həmin kağız zərfin üzərini digər iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin marixuananı təxminən bir ay əvvəl Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsinin sahilindən tapmış, üzərində daşıyaraq saxlamışdır. Həmin kütləni taparkən tək olmuş, ətrafda heç kim olmamışıdır. Üzərindən aşkar edilmiş marixuananı gələcəkdə özü istifadə etmək məqsədi ilə saxlamış, satmaq niyyəti və məqsədi olmamışdır. Üzərində narkotik vasitə olan qurudulmuş marixuananın olması barədə heç kimin məlumatı olmamışdır. Saxlanılarkən ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs kimlərdən narkotik vasitə alması və kimlərə narkotik vasitə satması barədə məlumatı yoxdur. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsi tərəfindən verilmiş 10 iyun 2023-cü il tarixli 16/610 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kibrit qutusunda olan kütlə...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofana bükülmüş kibrit qutusunda təmiz çəkisi 5,12 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza rəyinin qeyd hissəsində marixuanın təmiz çəkisi – 5,12 qram, tədqiqata sərf edildi – 0,02 qram, qalıq – 5,10 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 25 iyun 2023-cü il tarixli 1102 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtityacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş İNCİ müalicə-diaqnostika mərkəzinin verdiyi laborator nəticələrdən görünür ki, Təqsirləndirilən şəxs qanında narkotik tərkibli preparatlar aşkar edilməmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı əvvəlcə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuşdur. Belə ki, ona təklif etmişlər ki, o marixuananı corabına yerləşdirsin. O da təsir və təzyiqdən ehtiyat edərək polislərin təklifini qəbul etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, şəxsin irəli sürdüyü dəlillər cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cinayət törətməsini inkar edən hər hansı hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi “İNCİ” müalicə-diaqnostika mərkəzinin verdiyi laborator nəticələri ilə bağlı onu qeyd edir ki, həmin analizlər 29 sentyabr 2023cü ildə götürülmüşdür. Hadisə isə 10 iyun 2023-cü ildə baş vermişdir. Yəni, şəxsin qanında marixuanın 3 aydan artıq müddətə mübadilə edilməsi gözləniləndir. Belə ki, laborator nəticələrin farmokoloji preparatların metabolitləri qrafasında nəticələrin neqativ göstərilməsi həmin günə aid olan nəticəni özündə əks etdirir. Narkotik vasitələrin qanda yoxlanılması preparatın özünün deyil, parçalanma məhsullarının təyininə əsaslanır. Bundan başqa da şəxsin üzərində narkotik vasitənin aşkar edilməsi həmin narkotik vasitənin mütləq özü tərəfindən istehlak edilməli olması anlamına da gəlinə bilməz. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxs özü əvvəllər marixuanadan istifadə etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, göründüyü kimi əvvələr istifadə etməsinə baxmayaraq, onun özü tərəfindən təqdim etdiyi laborator nəticələrdə qanda hər hansı narkotik tərkibli dərmanların olması müəyyən edilməmişdir. Yəni, şəxs əvvəllər narkotik vasitədən istifadə etmişdirsə o zaman təqsirləndirilən şəxsin məntiqi ilə bu analizdə əvvəlki nəticələr də göstərilməli idi. Məhkəmə qeyd edir ki, deməli narkotik qəbulundan uzun müddət keçdikdən sonra göstərilməməsi həmin tərkibin müəyyən müddətdən sonra mübadilə edilməsi anlamına gəlir.Belə olduğu halda məhkəmə qeyd edir ki, həmin nəticələrin iş üçün hüquqi əhəmiyyəti yoxdur və məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin rəyini sübut kimi qəbul edir. Belə ki, həmin rəy Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 7 avqust tarixli, 135 nömrəli qərarı ilə ilə təsdiq edilmiş sərxoşluq hallarının bütün növlərinin və insan bədəni daxilində narkotik vasitələrin və psixotrop maddələrin gizlədilməsi hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi Qaydasına və CPM-nin tələblərinə uyğun əldə edilmişdir. Həmin Qaydaların 1-2-ci bəndlərində göstərilmişdir ki, insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının bütün növlərinin müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji tibb müəssisəsinin həkim-narkoloqu, həkim olmadıqda isə feldşer-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə təhqiqat istintaq orqanlarının və ya məhkəmənin qərarı əsasında, habelə işəgötürənin vəsatəti və ya müayinə olunan şəxsin təşəbbüsü əsasında həyata keçirilir.Tibbi müayinə vasitəsi ilə yoxlanılan şəxsin narkotik sərxoşluq vəziyyətində olub-olmaması, orqanizmdə insanın bioloji mühitlərinin tədqiqatı nəticəsində aşkarlanan narkotik vasitələrin və psixotrop maddələrin növü ehtiyac olduqda, miqdarı və təxmini istehlak etmə vaxtı təyin olunur. Tibbi müayinənin keçirilməsinin səbəbi, gedişi, aparılan tədqiqatın növləri və nəticəsi tərtib edilmiş rəydə öz əksini tapır. Məhkəmə qeyd edir ki, şəxsin sonradan ifadəsini dəyişərək, özünü təqsirli bilməsi ona işarə edir ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla ona verilmiş ittihamın təsdiq edilməsi gözləntisi özünü doğrultmuşdur. Təqsirləndirilən şəxs etiraf edici ifadə verməsə də belə onun qeyd edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 10 iyun 2023-cü il tarixdən 11 iyun 2023-cü il tarixədək 01 (bir) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,10 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X2 şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,10 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32,40 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-13/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-13/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver