Məhkəmə qərarları › İş №1(062)-13/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-13/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-13/2025 20.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X1, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə 20 may 2025-ci il tarixdə, Tovuz şəhərində 04 avqust 1990-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 və xx xxxx 1982-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qazax şəhəri Bakı küçəsi ev 209da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1- Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə xx.xx.2024-cü il tarixdə, saat 14 radələrində Tovuz rayonu, Əsrik Cırdaxan kəndi ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini X2 məxsus bir baş, dişi və yerli cins, 160 kiloqram diri çəkiyə malik, bir yaş altı aylıq, sağlam, 1150,00 (bir min yüz əlli) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni zərərçəkmiş şəxs X2 məxsus 1150,00 (bir min yüz əlli) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Tovuz rayonu, Yanıqlı kəndi ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş, erkək və yerli cins, 220 kiloqram diri çəkiyə malik, bir yaş altı aylıq, sağlam, 1550,00 (bir min beş yüz əlli) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 1550,00 (bir min beş yüz əlli) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Sarıtala kəndi ərazisində yol kənarına bitişik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus bir baş, dişi və yerli cins, 150 kiloqram diri çəkiyə malik, bir yaş dörd aylıq, sağlam, 1100,00 (bir min yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamağa cəhd etmiş, lakin polis əməkdaşı Şahid2 idarə etdiyi “VAZ-2121” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yaxınlaşması səbəbindən niyyətini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs3 məxsus 1100,00 (bir min yüz) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Tovuz rayonu, Yanıqlı kəndi ərazisində yerləşən otlaq sahəsindən həmin kənd sakini Zərərçəkmiş şəxs2 məxsus bir baş, erkək və yerli cins, 220 kiloqram diri çəkiyə malik, bir yaş altı aylıq, sağlam, 1550,00 (bir min beş yüz əlli) manat dəyərində iri buynuzlu heyvanı oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus 1550,00 (bir min beş yüz əlli) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamışdır. Bundan başqa o, təkrar, özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Sarıtala kəndi ərazisində yol kənarına bitişik ərazidən həmin kənd sakini Zərərçəkmiş şəxs3 məxsus bir baş, dişi və yerli cins, 150 kiloqram diri çəkiyə malik, bir yaş dörd aylıq, sağlam, 1100,00 (bir min yüz) manat dəyərində iri buynuzlu heyvanı oğurlamağa cəhd etmiş, lakin polis əməkdaşı Şahid2 idarə etdiyi “VAZ-2121” minik markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin yaxınlaşması səbəbindən niyyətini başa çatdıra bilməmiş, yəni Zərərçəkmiş şəxs3 məxsus 1100,00 (bir min yüz) manat dəyərində bir baş iribuynuzlu heyvanı gizli olaraq talamağa cəhd etmişdir. Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittihamda təqsirli bilərək məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Yanıqlı kəndində daimi pasport qeydiyyatında olmaqla Bakı şəhəri Qaraçuxur qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Qazax rayon sakini Təqsirləndirilən şəxs1 əvvəllər tanımışdır, onunla dostluq münasibəti olmuşdur. xx.xx.2024-cü il tarixdə o, Bakı şəhərindən müştəri ilə birlikdə taksi sürücüsü olaraq Tovuz rayonuna gəlib növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Tovuz şəhərinə getmişdir. Həmin vaxt tanışı Təqsirləndirilən şəxs1la telefon əlaqəsi yaradıb sonuncunu Tovuz rayonuna çay içməyə dəvət etmişdir. Telefon danışıqlarından təxminən 1 saat sonra Təqsirləndirilən şəxs1 Tovuz rayonuna gəlmişdir. Tovuz şəhəri avtovağzalının yaxınlığında olan çayxanaların birində Təqsirləndirilən şəxs1la əyləşib çay içib bir qədər söhbət etdikdən sonra Tovuz rayonu Əsrik kəndinə gəzməyə getməyi qərara almışlar və ona məxsus Khazar markalı, **- PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Əsrik kəndinə getmişlər. Həmin vaxt avtomobildə o və tanışı Vüqardan başqa hər hansı şəxs olmamışdır. Bundan sonra saat 12 radələrində Əsrik kəndinə çatmışlar. Hazırda xatırlamadığı bulaqda Vüqarla əl-üzlərini yuyub su içdikdən sonra bulağın yaxınlığında yerləşən meşəlikdə 6-7 baş iribuynuzlu heyvan olduğunu görmüşlər. Həmin vaxt o, iribuynuzlu heyvanları görüb həmin heyvanların arasından birini nisbətən kiçik olanını oğurlamaq qərarına gəlmiş və bu niyyətini həmin vaxt onunla birlikdə olan Vüqara bildirmişdir. Vüqar ondan imtina etmişdir. O təkbaşına heyvanların içərisindən nisbətən kiçiyini oğurlayaq özünə məxsus Khazar markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə, yəni baqaja yerləşdirib aparmışdır. Törədilən həmin əməldən Təqsirləndirilən şəxs1 heç bir əlaqəsi olmamış və onu təkbaşına törətməsini istintaq zamanı da bildirmişdir. Sadəcə o əməli törədən zaman Vüqar maşında olmuşdur. Bunu istintaq zamanı da bildirmişdir. Sonradan bilmişdir ki, həmin heyvan Zərərçəkmiş şəxs1 məxsus olmuşdur. X3 vurduğu zərərin bir hissəsini, yəni 350 manat hissəsini ödəmiş, məhkəmə zamanı isə yaxınları tərəfindən digər hissəsi ödənilmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə o, özünə məxsus Khazar markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə tanımadığı müştəri ilə Tovuz rayonuna gəlmişdir. Həmin gün gecələyib növbəti gün tanışı Vüqarla görüşmək üçün Ağstafa rayonu Dağkəsəmən kəndinə sonuncunun yaşadığı evə getmişdir. Vüqarın yaşadığı evdə həmin vaxt hər hansı şəxs olmamışdır. Onlar birlikdə bir qədər söhbət etdikdən sonra söhbətləri əsnasında qərara gəlmişlər ki, oğurluq cinayəti etsinlər. Bu məqsədlə də Vüqarın evindən təxminən 2 metr uzunluğunda, işlənmiş, kəmər formasında olan ip götürüb həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 12 radələrində ona məxsus Khazar markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yanıqlı kəndinə getmişlər. Yanıqlı kəndinin mərkəzində məktəblə üzbəüz ərazidən sağa, meşəliyə gedən yola daxil olmuşlar. Kəndin mərkəzindən meşə yolu ilə təxminən 2 km məsafə getdikdən sonra meşəliyə daxil olmuşlar və meşəlikdə özbaşına formada otlayan təxminən 5 baş iribuynuzlu heyvanın olduğunu görüb içərisindən birini oğurlamaq məqsədilə yaxınlaşmış və həmin heyvanlardan birini, qara-açıq qırmızı rəngli, erkək cinsindən olan, təxminən 70 kiloqram çəkidə olan tayını ağacların arasında sıxışdırıb ipi boynuna bağlayıb avtomobilinin baqajına yerləşdirmişlər. Daha sonra oradan uzaqlaşmışlar və Ağstafa rayonu Dağkəsəmən kəndinə, Vüqarın yaşadığı evə getmişlər. Bundan sonra o, avtomobilini Vüqarın yaşadığı evin həyətinə sürmüşdür. Həmin vaxt evdə hər hansı şəxs olmamışdır. Bundan sonra baqaja yerləşdirdikləri dananı köməkli yerə düşürüb həyətdə bağlamışlar. Tanışı Vüqar yenidən yanına gəlib oğurladıqları dananın qiymətinin 400 manat olduğunu bildirmiş və ona 200 manat verəcəyini demişdir. O, da etiraz etməmişdir. Daha sonra cibindən 200 manat çıxarıb ona nağd və əlbəəl vermişdir. Bundan sonra o, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 19 radələrində tək avtomobili ilə Tovuz rayonu avtovağzalına gəlib müştəri götürüb birbaşa Bakı şəhərinə getmişdir. Həmin oğurladıqları dananı da bildiyi qədərilə Vüqar kəsib ətini satmışdır. xx.xx.2024cü il tarixdə o, Bakı şəhərindən Tovuza geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yenidən Qazax rayonu, Dağkəsəmən kəndində Vüqarla görüşmüşlər. Bundan sonra yenidən oğurluq etməyi planlaşdırıb bu məqsədlə Tovuz rayonuna gəlmişlər. Daha sonra ona məxsus avtomobillə Gədəbəy- Saratovka avtomobil yolu ilə Yanıqlı kəndinə getmişlər. Yanıqlı kəndi mərkəzinə çatmağa 1.5 km qalmış Yanıqlı kəndi ərazisində yol kənarında yerləşən mağazadan 2 metr uzunluqda 1.30 qəpiyə hörməşəkilli yeni ip almışlar. Daha sonra üzü Gədəbəyə doğru hərəkət etmişlər. Tovuz rayonu, Sarıtala kəndinə doğru çəkilmiş torpaq yolla hərəkət etmişlər. Torpaq yolla təxminən 4-5 dəfə dövr edib qalxdıqdan sonra yol kənarında 6 baş iribuynuzlu heyvan olduğunu görüb avtomobili saxlayıb heyvanlardan birinə, boz rəngli dişi danaya yaxınlaşıb sıxışdırıb ipi boynuna keçirmişlər. Həmin an o, Sarıtala kəndi istiqamətdən onlara doğru 300-400 metr məsafədən bir ədəd ağ Niva markalı avtomobilin gəldiyini görmüşdür. Dərhal ipi açıb avtomobilinə əyləşib oradan uzaqlaşmışlar. Daha sonra Qazax rayonuna getmişlər, o, Vüqarı evinə düşürüb Bakı şəhərinə geri qayıtmışdır. Onun istifadəsində ***-***-**-** saylı mobil nömrə olmuşdur. O, ifadəsində göstərdiyi əməllərdən başqa cinayət əməli törətməmişdir. xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Əsrik kəndindən 01 baş təxminən 60 kiloqram çəkidə, qara rəngli, dişi cinsli dananı Təqsirləndirilən şəxs1la birlikdə oğurladığını bildirmişdir. Lakin həmin dananın oğurlanmasında Vüqar iştirak etməmişdir, həmin oğurluğuy təkbaşına etmiş və Zərərçəkmiş şəxs1 vurduğu zərəri tək ödəmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduqları zərəri tamamilə ödəyərək, onlarla barışıq əldə etmişlər. Odur ki, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə onunla barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş üzrə Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək məhkəmə iclasında göstərdi ki, Təqsirləndirilən şəxs2 tanışıdır. xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə Tovuz şəhərində görüşüb çay içmiş, daha sonra birlikdə xx.xx.2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs2lə birlikdə Tovuz rayonu, Əsrik Cırdaxan kəndi ərazisinə getmiş, həmin kənd ərazisində meşəlikdə Təqsirləndirilən şəxs2 ona oğurlamaq istədiyi heyvanı göstərmiş, lakin o, oğurluq etmək fikri ilə razılaşmayıb geri qayıtmışdır. Təqsirləndirilən şəxs2 bir dəfə dana almış, pulunu da ona ödəmişdir. Odur ki, zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs1 tanımır. Ona da heç bir zərər vurmamışdır. Təqsirləndirilən şəxs2 ona Tovuz rayonu Əsrik Cırdaxan kəndində cinayət törətmək təklif etdikdə o razılaşmamışdır. Digər cinayətlər isə onun iştirakı ilə baş vermişdir. Belə ki, tanışı Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə saat 10 radələrində ona zəng edərək harada olduğunu soruşmuş, o, da Qazax rayonu, Dağkəsəmən kəndində yaşadığı evdə olduğunu bildirmişdir. Kərim ona evdə olmağını, bir neçə saata yaşadığı evə gələcəyini demişdir. Bundan sonra saat təxminən 11 radələrində Təqsirləndirilən şəxs2 tək “Khazar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı evə gəlmişdir. Yaşadığı evdə həmin vaxt hər hansı şəxs olmamışdır. Beləliklə, bir qədər danışdıqdan sonra Təqsirləndirilən şəxs2 ona birlikdə oğurluq etməyi təklif etmişdir. O, da tamahına yenilib oğurluq etmək niyyətinə düşmüş və Kərimin təklifi ilə razılaşmışdır. Bundan sonra birlikdə xx.xx.2024-cü il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs2 məxsus “Khazar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonuna gəlmişlər. Tovuz rayonu, Yanıqlı kəndinin mərkəzində məktəblə üzbəüz ərazidən sağa, meşəliyə gedən torpaq yola daxil olmuşlar. Kəndin mərkəzindən meşə yolu ilə təxminən 2 (iki) km məsafə getdikdən sonra meşəliyə daxil olmuşlar və meşəlikdə ətrafda heç kəsin olmadığı bir sahədə özbaşına formada otlayan təxminən 10 baş iribuynuzlu heyvanı Təqsirləndirilən şəxs2 ona tərəf ürküdüb gətirmişdir. Həmin heyvanların içərisindən birini qara-açıq qırmızı rəngli, erkək cinsindən olan, təxminən 60-70 kiloqram diri çəkidə olan tayını oğurlamaq məqsədilə Kərim yaxınlaşmış və boynundan tutub yerə yıxmışdır. O, da tez yaxınlaşıb kömək etmişdir. Daha sonra ipi dananın boyununa bağlayıb avtomobilin baqajına yerləşdirmişlər və oradan uzaqlaşıb birbaşa Qazax rayonu, Daşkəsəmən kəndinə, yaşadığı evə getmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 avtomobili yaşadığı evin həyətinə sürmüşdür. Həmin vaxt evdə hər hansı şəxs olmamışdır. Bundan sonra baqaja yerləşdirdikləri dananı köməkli yerə düşürüb həyətdə bağlamışlar. Ardınca o, oğurladığı dananın qiymətinin 300 manat olduğunu bildirmiş və Kərimə 180 manat nağd və əlbəəl pul vəsaiti vermişdir. O, həmin gün, yəni xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2lə birlikdə oğurladıqları dananı kəsib paylaşma edib qonşusu Şahid3, qəssab tanışlarına satmışdır. xx.xx.2024cü il tarixdə saat 10 radələrində yenidən Qazax rayonu, Dağkəsəmən kəndində Kərimlə görüşmüşlər. Bundan sonra yenidən oğurluq etməyi planlaşdırıb bu məqsədlə Tovuz rayonuna gəlmişlər. Daha sonra Təqsirləndirilən şəxs2 məxsus “Khazar” markalı, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gədəbəy- Saratovka avtomobil yolu ilə Yanıqlı kəndinə getmişlər. Yanıqlı kəndi mərkəzinə çatmağa 1.5 km qalmış Yanıqlı kəndi ərazisində yol kənarında yerləşən mağazadan 2 metr uzunluqda 1.30 qəpiyə hörməşəkilli yeni ip almışlar. Daha sonra üzü Gədəbəyə doğru hərəkət etmişlər. Tovuz rayonu, Sarıtala kəndinə doğru çəkilmiş torpaq yolla hərəkət etmişlər. Torpaq yolla təxminən 4-5 dəfə dövr edib qalxdıqdan sonra yol kənarında 6 baş iribuynuzlu heyvan olduğunu görüb avtomobili saxlayıb heyvanlardan birinə, boz rəngli dişi danaya yaxınlaşıb sıxışdırıb ipi boynuna keçirmişdir. Həmin an o, Sarıtala kəndi istiqamətdən onlara doğru 300-400 metr məsafədən bir ədəd ağ Niva markalı avtomobilin gəldiyini görmüşdür. Dərhal ipi buraxıb avtomobilə əyləşib oradan uzaqlaşmışlar. Daha sonra Qazax rayonuna getmişlər, Təqsirləndirilən şəxs2 onu yaşadığı evə düşürüb sonradan geri qayıtmışdır. Zərərçəkmiş şəxs2 vurduğu zərəri tam ödəyərək onunla barışıq əldə etmişlər. Odur ki, məhkəmədən səmimi peşmançılığını, zərərçəkmiş şəxsə vurduğu zərəri ödəməklə onunla barışıq əldə etməsini, digər zərərçəkənin şikayət və tələbinin olmamasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu Yanıqlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kənd təssərrüfatı və maldarlıqla məşğul olur. Özünə məxsus iribuynuzlu heyvanları yaz-yay aylarında Tovuz rayonu Yanıqlı kəndi ərazisində yerləşən kənd bələdiyyəsinə məxsus otlaq sahələrində otarır. Gündəlik səhər 08 radələrində özünə məxsus iribuynuzlu mal-qaranı yaşadığı evin yaxınlığında yerləşən otlaq sahəsinə aparıb sonra geri qayıdır, daha sonra axşam 18 radələrində iribuynuzlu heyvanları özü yaşadığı evə geri qayıdır. O, gün ərzində müxtəlif saatlarda yaşadığı evin yaxınlığındakı təpələrin üzərinə çıxıb özünə məxsus görüntüyaxınlaşdırıcı əşya (Binokul) ilə heyvanlarına nəzarət etmişdir. xx.xx.2024-cü il tarixdə o, hər zamankı kimi saat 08 radələrində özünə məxsus 08 baş iribuynuzlu heyvanlarını yaşadığı evə bitişik tövlədən çıxarıb otlaq sahəsinə aparmışdır. Otlaq sahəsində özünə məxsus 08 baş iribuynuzlu heyvanlarını iplə bağlanılmamış, yəni açıq vəziyyətdə otlaq sahəsinə buraxmışdır. Həmin vaxt ətrafda hər hansı şəxs olmamışdır. Bundan sonra o, yaşadığı evə geri qayıtmışdır. Həmin gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, yenidən binokulu ilə heyvanlarına baxmışdır. Həmin vaxt heyvanlarımdan 4-ü görünmüş, digərləri isə görünməmişdir. O, heyvanlarının kolluq ərazidə olduğunu düşünüb yaxına getməmişdir. Belə ki, uzun illərdir ki, bu qaydada heyvandarlıqla məşğul olurlar və heç bir vaxt heyvanları oğurlanmamışdır. Beləliklə, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində ona məxsus iribuynuzlu heyvanlar otlaq sahəsindən tövləyə geri gəlmişlər. Həmin vaxt o, heyvanlarını saydıqda 07 baş olduğunu 01 baş iribuynuzlu, erkək cinsindən olan, qara rəngli, 01 yaş 6 aylıq, diri çəkisi təxminən 220 kiloqram olan heyvanının digərlərinin arasında olmadığını görmüşdür. Daha sonra bu barədə anası Fatmanisə Tağıyevaya bildirib tək otlaq sahəsinə gedib 01 baş iribuynuzlu erkək dananı axtarmağa başlamış, lakin otlaq sahəsində özünə məxsus 01 baş iribuynuzlu erkək danasının olmadığını görmüşdür. Bu zaman o, iribuynuzlu heyvanının canavar tərəfindən parçalanaraq yeyilməsi ehtimalını düşünüb heyvanının cəsədini tapmaq üçün otlaq sahəsinə yaxın ətraf ərazini dolaşmış, lakin yenə də tapa bilməmişdir. Həmin gün saat 23 radələrində o, yaşadığı evə geri qayıtmışdır. Beləliklə, o, 03 may 2024-cü il tarixdən 07 may 2024-cü il tarixədək özünə məxsus 01 baş iribuynuzlu, erkək cinsindən olan, qara rəngli, 01 yaş 6 aylıq, diri çəkisi təxminən 220 kiloqram olan heyvanını axtarmaqda davam etmiş, lakin tapa bilməmiş və heyvanının oğurlandığı qənaətinə gəlib xx.xx.2024-cü il tarixdə özünə məxsus 01 baş iribuynuzlu, erkək cinsindən olan, qara rəngli, 01 yaş 6 aylıq, diri çəkisi təxminən 220 kiloqram olan heyvanının oğurlanması barədə Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Ona dəymiş zərər təqsirləndirilən şəxslər tərəfindən tam olaraq ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Əsrik-Cırdaxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kənd təssərrüfatı və maldarlıqla məşğul olaraq maddi ehtiyaclarını qarşılayır. O, özünə məxsus 2 baş iribuynuzlu heyvanını yaz-yay aylarında Tovuz rayonu, Əsrik-Cırdaxan kəndi ərazisində yerləşən otlaq sahələrində otarır. Belə ki, gündəlik səhər 08 radələrində özünə məxsus iribuynuzlu mal-qarasını tövlədən çıxarıb yaxınlıqda yerləşən sahələrə göndərir, axşam saat 18 radələrində iribuynuzlu heyvanları özü yaşadığı evə geri qayıdır. 23 aprel 2024-cü il tarixdə də o, özünə məxsus 2 baş iribuynuzlu heyvanlarını tövlədən açıb otlaması üçün sahəyə göndərmişdir. Həmin vaxt heyvanlarının heç birini iplə bağlamamışdır. Bundan sonra o, yaşadığı evə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində ona məxsus 01 baş inəyi geri qayıtmış, lakin 01 baş, iribuynuzlu, dişi cinsindən olan, qara rəngli, 01 yaş 6 aylıq, yerli cinsdən olan, diri çəkisi təxminən 160 kiloqram olan, sağlam danasının gəlmədiyini görüb bu barədə ailə üzvlərinə bildirib bundan sonra 01 baş, iribuynuzlu, dişi cinsindən olan, qara rəngli, 01 yaş 6 aylıq, yerli cinsdən olan, diri çəkisi təxminən 160 kiloqram olan, sağlam danasını axtarmağa başlamış, lakin otlaq sahəsində özünə məxsus 01 baş iribuynuzlu dişi danasını tapa bilməmişdir. Bu zaman o, iribuynuzlu heyvanının canavar tərəfindən parçalanaraq yeyilməsi ehtimalını düşünüb heyvanının cəsədini tapmaq üçün otlaq sahəsinə yaxın ətraf ərazini dolaşmış, lakin yenə də tapa bilməmişdir. Beləliklə, o, özünə məxsus bir baş iribuynuzlu heyvanını tapa bilmədikdə heyvanının oğurlanması barədə Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Hazırda ona baş vermiş oğurluq nəticəsində maddi ziyan dəymişdir. Ona məxsus heyvanının oğurlandığını görən şəxs olmamışdır. Təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs2 tanıyır. Təqsirləndirilən şəxs1 isə tanımr. Heç bir vaxt görməmişdir. Mənə Təqsirləndirilən şəxs2 tərəfindən zərər vurulmuşdur ki, onu da qaytaracağını bildirmişdir. Hazırda həmin pulun ödənilməsini xahiş edir. Məhkəmə iclasından sonrakı tarixdə yəni 29 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək ona vurulmuş zərərin ödənilməsini və təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. Həmçinin məhkəmə iclasında iştirak edə bilməyəcəyini və nəzərə alınmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu Sarıtala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Kənd təssərrüfatı və maldarlıqla məşğul olaraq maddi ehtiyaclarını qarşılayır. Hazırda özünə məxsus 3 baş iribuynuzlu heyvanı var. O, özünə məxsus iribuynuzlu heyvanları yaz-yay aylarında Tovuz rayonu Sarıtala kəndi ərazisində yerləşən otlaq sahələrində otarır. Belə ki, gündəlik səhər 08 radələrində özünə məxsus iribuynuzlu mal-qaranı tövlədən çıxarıb yaxınlıqda yerləşən sahələrə göndərir, axşam 18 radələrində iribuynuzlu heyvanları özü yaşadığı evə geri qayıdırmış. 05 may 2024-cü il tarixdə də o, özünə məxsus 3 baş iribuynuzlu heyvanlarını tövlədən açıb otlaması üçün sahəyə göndərmişdir. Həmin vaxt heyvanlarının heç birini iplə bağlamamışdır. Bundan sonra o, yaşadığı evə geri qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 16 radələrində ona məxsus iribuynuzlu heyvanları tövləyə geri gəlmişlər. Həmin vaxt o, heyvanlarını saydıqda 02 baş olduğunu, 01 baş iribuynuzlu, dişi cinsindən olan, boz rəngli, 01 yaş 4 aylıq, yerli cinsdən olan, diri çəkisi təxminən 150 kiloqram olan, sağlam danasının digərlərinin arasında olmadığını görmüşdür. O, həmin vaxt evdə ailə üzvlərinə məlumat verib, digər heyvanını axtarmağa çıxmışdır. Həmin vaxt hava yağışlı olduğundan ona məxsus heyvanın dağdan yıxıldığını fikirləşmişdir. Buna görə də, həmin heyvanını axtarmağa başlamışdır. Bundan təxminən 15 dəqiqə sonra özünə məxsus 01 baş iribuynuzlu, dişi cinsindən olan, boz rəngli, 01 yaş 4 aylıq, yerli cinsdən olan, diri çəkisi təxminən 150 kiloqram olan sağlam dananın özü geri qayıtmışdır. O, həmin vaxt özünə məxsus heyvanının boyun hissəsinə ip bağlandığını görmüşdür. Həmin vaxt ipin kim tərəfindən nə məqsədlə bağlanıldığını bilməmişdir. Bu hadisədən bir gün sonra ona Tovuz RPŞ Qovlar PB-nin polis nəfəri Süleyman adlı polis əməkdaşı xx.xx.2024-cü il tarixdə Sarıtala kəndi ərazisində yas mərasimindən gələrkən 2 nəfər şəxsin “Naz Lifan” markalı avtomobilə bir baş iribuynuzlu heyvanı baqaja yerləşdirmək istədiklərini, həmin şəxslərə yaxınlaşan zaman heyvanı buraxıb getdiklərini bildirmişdir. Bundan sonra ona məlum olmuşdur ki, özünə məxsus 01 baş iribuynuzlu, dişi cinsindən olan, boz rəngli, 01 yaş 4 aylıq, yerli cinsdən olan, diri çəkisi təxminən 150 kiloqram olan heyvanını oğurlamağa cəhd etmişlər, lakin həmin vaxt polis əməkdaşı Süleyman hadisə yerinə gəldiyi üçün oğurlamağa nail olmamışlar. Ona heç bir zərər dəyməmişdir. Ona görə də təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə Şahid1 məhkəmə iclasında verərək göstərdi ki, ünvan 1 ünvanda da yaşayır. Özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamaq üçün Gədəbəy-Saratovka avtomobil yolunun Tovuz rayonu, Yanıqlı kəndi ərazisində yerləşən özünə məxsus “Kənan” marketdə satıcı işləyib alver edir. 05 may 2024-cü il tarixdə saat 11 radələrində o, özünə məxsus “Kənan” marketdə olarkən marketimin qarşısında Khazar minik markalı, ağ rəngli hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil dayanmış və bir qədər sonra həmin avtomobilin ön sərnişin oturacağından bir nəfər tanımadığı təxminən 40 yaşlarında olan şəxs (kişi cinsi) düşərək marketə daxil olmuş, ardınca da avtomobilin sürücüsü tanımadığı şəxs avtomobildən düşüb marketə daxil olmuşdur. Həmin şəxslər ondan paltar asmaq üçün marketində ip olubolmadığını soruşmuşlar. O, paltar asmaq üçün ipi göstərmiş, lakin həmin şəxslər ipə baxıb öz aralarında nəsə danışaraq həmin ipi almaqdan imtina etmişlər. Bundan sonra həmin şəxslər marketindən çıxarkən giriş hissədə yerdə olan topa şəklində olan ağ və göy rənglərlə bir-birinə dolanmış bir qədər qalın və möhkəm ipə baxıb həmin ipi almaq istədiklərini demişlər. Bundan sonra o, həmin ipi götürüb neçə metr lazım olacağını soruşmuşdur. Həmin şəxslər 5 metr lazım olduğunu bildirdikdən sonra o, 5 metr həmin ipdən kəsib tanımadığı həmin şəxslərə 1 metri 40 qəpikdən satmışdır. Həmin şəxslər ödəniş etdikdən sonra ipi də götürüb Khazar markalı avtomobilə əyləşib oradan uzaqlaşmışlar. İş üzrə Şahid2 məhkəmə iclasında ifadə verərək göstərdi ki, Tovuz rayon X5 polis bölməsi sahənin polis nəfəri vəzifəsində çalışır. 05 may 2024-cü il tarixdə o, tək özünə məxsus Niva markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə xidməti ərazisi olan Tovuz rayonu, Sarıtala kəndi ərazisində olarkən ondan təxminən 30 metr uzaqlıqda bir ədəd ağ rəngli, Khazar minik markalı avtomobilin yol kənarında dayanaraq durduğunu, iki nəfər şəxsin isə bir baş iribuynuzlu dananın boyun və buynuz hissələrinə ip bağlanmış formada Khazar minik markalı avtomobilin arxa baqaj, yəni yük yeri hissəsinə doğru apardıqlarını görmüşdür. O, idarə etdiyi avtomobil ilə bir neçə metr də irəlilədikdən sonra həmin tanımadığı iki nəfər şəxs onu görmüşlər və dərhal tutduqları bir baş dananı iplə birlikdə əllərindən buraxıb, eyni zamanda baqajı da örtüb Khazar minik markalı avtomobilə əyləşərək sürətlə həmin ərazidən uzaqlaşmışlar. O, əvvəlcə həmin avtomobilin dövlət qeydiyyat nişanını görməmiş, sonradan həmin avtomobilin arxası ilə idarə etdiyi avtomobili hərəkət etdirib qeydiyyat nişanına dəqiq baxdıqda **-PE-*** dövlət qeydiyyat nişanlı olduğunu dəqiq müəyyən etmişdir. Daha sonra həmin avtomobil sürətlə uzaqlaşmışdır. O, **-PE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblik hüququnun kimə məxsus olması barədə dövlət yol polisinin müvafiq sistemindən müəyyənləşdirdikdə, həmin avtomobilin lizinqlə Təqsirləndirilən şəxs2 istifadəsində olduğunu müəyyən etmişdir. Bundan sonra baş vermiş hadisə barədə raportla Tovuz RPŞ-si Qovlar PB-nə müraciət etmişdir. Eyni zamanda sonradan məlum olmuşdur ki, Tovuz rayonu, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs2 və sonuncunun tanışı Qazax rayon sakini Təqsirləndirilən şəxs1 oğurlamağa cəhd etdikləri bir baş dana Tovuz rayonu, Sarıtala kənd sakini Zərərçəkmiş şəxs3 məxsusdur. İş üzrə məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təqsirləndirilən şəxs1 onun qonşusudur. Onun Təqsirləndirilən şəxs1la aralarında ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 uzun illərdir ki, onunla qonşu evdə yaşayır. Qonşusu Təqsirləndirilən şəxs1 qəssab, yəni heyvan kəsib ət satmaqla məşğuldur. O və ailə üzvləri mütəmadi olaraq Təqsirləndirilən şəxs1 ət alır. Təqsirləndirilən şəxs1 bəzi vaxtlar kəsdiyi heyvanların ətini alışma kimi də satır, yəni kəsib əti satır, lakin pulunu növbəti ayda alır. xx.xx.2024-c ü il tarixdə qonşusu Təqsirləndirilən şəxs1 ona təzə dana kəsdiyini və növbəti aya kimi ona da sata biləcəyini demiş, o, da razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 10 kiloqram ət satın almışdır. Daha sonra 01 may 2024-cü il tarixdə alışma kimi satın aldığı ətin pulunu vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs1 ona yenə alışma edəcəyini demişdir. xx.xx.2024-cü il tarixdə o, Təqsirləndirilən şəxs1 yenidən alışma şəklində 10 kiloqram ət satın almışdır. Bundan sonra bir daha Təqsirləndirilən şəxs1 alışma etməmişdir. Son olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 satın aldığı ətin oğurluq nəticəsində əldə edildiyindən heç bir vaxt məlumatı olmamışdır. Cinayət işinin 36-cı vərəqəsində olan 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 18 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 103-cü vərəqəsində olan 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 20 may 2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 52-ci vərəqəsində olan 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 18 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cild 115-ci vərəqəsində olan 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 20 may 2024-cü il tarixdə Tovuz RPŞ-nin MSY-dən azad edilməklə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin İ cild 228-ci vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunması müəyyən edilir. İşin 160-cı vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması müəyyən edilir. Cinayət işi İ cild 173-174-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğunun olmaması müəyyən olunur. İşin İ cild 169-172-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğunun olmaması müəyyən olunur. Cinayət işinin İ cild 230-cu vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İşin İ cild 231-232-ci vərəqələrində olan 19 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 iyul 2024-cü il tarixli, 9/4428 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, ekspertiza təyini haqqında qərarda göstərilən iribuynuzlu heyvanların 2024-cü ilin aprel və may aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3800 manat müəyyən edilir. O cümlədən: - X2 məxsus 01 baş dişi və yerli cins, diri çəkisi təxminən 160 kiloqram olan, qara rəngli, 01 yaş 6 aylıq sağlam dana-1150 manat; - Zərərçəkmiş şəxs2 məxsus 01 baş erkək və yerli cins, diri çəkisi 220 kiloqram olan, qara rəngli, 01 yaş 6 aylıq sağlam dana-1550 manat; - Zərərçəkmiş şəxs3 məxsus 01 baş dişi və yerli cins, diri çəkisi təxminən 150 kiloqram olan, boz rəngli, 01 yaş 4 aylıq sağlam dana- 1100 manat. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs2 oğlu tərəfindən verilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara vurmuş olduqları zərəri tamamilə ödəmişlər, onlarla barışmışlar. Onlardan şikayət və tələbləri yoxdur. İşə əlavə olunmuş Zərərçəkmiş şəxs3 oğlu tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona zərər vurmamışlar, odur ki, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində axtarış elan edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Axtarışda olan şəxsin tutulması barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs1 06 fevral 2025-ci il saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 11 fevral 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilərək barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilmişdir. Könüllü gəlmə barədə protokolun surətindən görünür ki, Təqsirləndirilən şəxs2 18 mart 2025-ci il saxlanılaraq Tovuz RPŞ-nin MSY-nə yerləşdirilmişdir. İş materiallarında olan Tovuz rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli tam sübuta yetirilir, onun bu əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə tövsif edilməli və o həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2-ci maddələri ilə tövsif edilməli və o həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir, lakin onun əməlində CM-nin 177.2.2-ci maddəsinin olması öz təsdiqini tapmadı. Belə ki, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxs X2 münasibətdə əməli törətməsi zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxslərin öz ifadələri ilə öz təsdqini tapmır. Belə olan halda həmin hissədə yəni başa çatmış cinayətin təkrar törədilməsi hissəsində ittiham cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən xaric edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs1 zərəçəkmiş şəxs X2 münasibətdə olan oğurluq əməlinin törədilməsində iştirak etməməsini əsas götürərək ittihamdan həmin bəndin çıxarılmasını ədalətli və qanunvericliyin tələbinə uyğun hesab edir. Məhkəmə bu qənaətə gələrkən məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərin ifadələrini, zərərçəkmiş şəxslərin verdiyi izahatların cəmini əsas götürür və cinayət-prosessual qanunvericliyin prinsiplərini rəhbər müddəa kimi nəzərə alır. Həmçinin məhkəmə qərara gələrkən məhkəmə istintaqı zamanı tədqiq edilmiş hallara əsaslanır və qanunvericiliyin tələbinə əsasən hökm çıxararkən yalnız məhkəmə istintaqı zamanı baxılmış sübutlara istinad edəcəyini diqqətə çatdırır. Bundan başqa materialları digər sübutlarla bir yerdə tədqiq edən məhkəmə qeyd edir ki, ittiham aktı istisna olmaqla ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs1 Tovuz rayonu Əsrik Cırdaxan kəndində oğurluq etməsi faktı öz əksini tapmır. İşin İ cild 70-74-cü vərəqələrində olan foto cədvəldən Təqsirləndirilən şəxs2, 78-79-cu vərəqələrində isə Təqsirləndirilən şəxs1 cinayəti törətdikləri ərazi göstərilmişdir. Bundan başqa işdə olan təqsirləndirilən şəxslərin istifadəsində olan mobil telefonların anten dairəsi çıxarılaraq onların cinayəti törətdikləri gün harada olması araşdırılmışdır. Şəxsin həmin ərazidə olması cinayəti törətməsi anlamına gələ bilməz. Şəxsin cinayət məsuliyyətinə cəlb olunması üçün onun cəza təhdidi altında qadağan olunmuş ictimai təhülkəli əməli təqsirli olaraq törətməlidir. Əks halda əməl cinayət hesab olunmur. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Təqsirin olması üçün sübutların cəminə obyektiv qiymət verildikdən sonra nəticəyə gəlinməli və şəxsə ittiham irəli sürülməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 ittihamından həmin epizod yəni Zərərçəkmiş şəxs1 məxsus heyvanın oğurlanması hissəsi xaric edilməlidir. Belə olan halda onun ittihamından Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi xaric edilməlidir. Bundan əlavə Təqsirləndirilən şəxs2 həmin epizodu təkbaşına törətdiyinə görə ittihamın həmin hissəsində “Təqsirləndirilən şəxs1 ilə birlikdə” cinayət törətməsi epizodu xaric edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs2 cinayətini etiraf edib əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasındsa Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs1 cinayətini etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, ondan şikayət və tələbin olmamasını, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yuxarıda qeyd olunan cəzalarını yüngülləşdirən hallarla yanaşı onların şəxsiyyətini, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayəti törətdikdən sonrakı davranışlarını nəzərə alaraq onların azadlıqdan məhrum edilmədən islah və tərbiyə oluna biləcəyi inamına gələrək onlara təqsirləndikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırlması cəzasının təyin olunmasını qanuni, əsaslı və cəzanın məqsədinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlağın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifəlri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq; 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər. 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. Alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadıqları müvafiq olaraq Tovuz və Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifləri qoyulmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 57 (əlli yeddi) gün, cəmi 59 (əlli doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və həbsdə saxlanıldığı 06 (altı) gün, cəmi 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 29, 177.2.1, 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həbsdə saxlanıldığı 57 (əlli yeddi) gün, cəmi 59 (əlli doqquz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Tovuz rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 29, 177.2.1, 29, 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həbsdə saxlanıldığı 06 (altı) gün, cəmi 08 (səkkiz) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin 01 (bir) günü azadlığın məhdudlaşdırılmasının 02 (iki) gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək tərk etməsinə və yaşadığı Qazax rayon ərazisi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada alınıb dövlət nəfinə ödənilsin. Hökmün icrası Təqsirləndirilən şəxs2 Etibar oğluna münasibətdə Tovuz Rayon İcra və Probasiya Şöbəsinə, Təqsirləndirilən şəxs1 münasibətdə Qazax Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyrimi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar