Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-130/2025 04.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Tovuz rayon vəkil bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi Şahid iştirakı ilə, xx.xx.1976-cı il tarixdə Tovuz rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Tovuz rayonu Qovlar şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 19 radələrində Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi 8-də yaşadığı evin zalında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiylərinə bir neçə dəfə qəsdən yumruqla və təpiklə zərbələr vuraraq sonuncuya sol tərəfli onuncu qabırğanın yerdəyişməsi olmayan sınığı ilə müşayət edilən döş qəfəsinin sol yan səthinin hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat dövründə verdiyi ifadəsində özünü AR CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi ev 8-də yaşayır, Tovuz Siqnal İdarəsində fəhlə işləyir. O, arvadı Zərərçəkmiş şəxs onun barəsində yazdığı şikayət ərizəsi ilə tanış olmuşdur. O Zərərçəkmiş şəxs ilə 2000-ci ildə rəsmi olaraq ailə qurmuşdur. Bu evlilikdən iki övladı var. Onun anası Şahid onlar ilə birlikdə yaşayır. Arvadı Zərərçəkmiş şəxs ilə anası Güllü arasında mütamadi olaraq söz-söhbət narazılıq olur. Zərərçəkmiş şəxs onun anası Güllüyə cavab qaytarır, onu evdə ağbirçək kimi, qaynana kimi saymır. Bunun üstündə onların ailəsində dəfələr ilə münaqişə olmuş, lakin heç biri heç vaxt polisə müracət etməmişlər. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində o, yaşadığı evə gələn zaman həyətdə olan beşiyin yerində olmadığını görmüşdür. O yaşadığı evin zalında arvadı Zərərçəkmiş şəxs beşiyi nə üçün həyətdən götürdüyünü soruşmuşdur. Xatirə yaxşı etdiyini deyərək ona qışqırmağa başlamışdır. O, Xatirəyə demişdir ki, ayıbdır səsini aşağı salsın. O, belə deyəndə Xatirə onun üstünə qışqıraraq “sən kimsən mənim işimə qarşırsan, nə edirəmsə yaxşı edirəm, sənin mənim işimə qarışmağa haqqın yoxdur” demişdir. Onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Xatirə onun üzərinə gəlib onunla əl qol hərəkətləri ilə danışıb onu hövsəldən çıxarmışdır. O, əsəbləşdiyi üçün, Xatirənin onu ər kimi hesaba almadığı üçün hirslənərək onun saçından tutub yerə yıxdım, sonra qəsdlə yumruqla və təpiklə Xatirənin başına və bədəninin müxtəlif nahiyyələrinə bir neçə dəfə zərbə vuraraq onu döymüşdür. O, Xatirəni döydükdən sonra sonuncu sakitləşmişdir. Bundan sonra Xatirə onun evindən çıxıb öz atası evinə getmişdir. Hazırda Xatirə atası evindədir. O, Xatirəni onu hövsəldən çıxardığı üçün döyüb ona xəsarət yetirmişdir. Bu hadisə Tovuz rayonu Qovlar şəhərində Xəqani küçəsi ev 8-də onun yaşadığı evin zalında baş vermişdir. Hadisə zamanı onların yanında onun anası Şahid olmuşdur. Onunla arvadı Xatirə arasında olan mübahisəni və sonradan onun Xatirəni döyməyini yalnız anası Güllü görmüşdür. Anası Şahid başqa heç kim onun arvadı Xatirəni döyməyini görməmişdir. Bu hadisə Tovuz rayonu Qovlar şəhərində Xəqani küçəsi ev 8-də onun yaşadığı evin zalında baş vermişdir. Hadisə təxminən 1-2 (bir-iki) dəqiqə davam etmişdir. Nə hadisə zamanı, nə də hadisdən sonra onların yanna qonşular, kənar şəxs və ya şəxslər gəlməmişdir. Evdə yalnız o, arvadı Xatirə və anası Güllü olmuşdur. Hadisəni anası Güllü görmüşdür. Onun Zərərçəkmiş şəxs döyməyinə səbəb ona cavab qaytarması, onu ər kimi hesaba almaması olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığı evdə aralarında yaranan mübahisə zamanı o, hirsləndiyi üçün qəsdlə yumruqla və təpiklə arvadı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiylərinə o cümlədən onun döş qəfəsinin sol tərəfinə bir neçə dəfə yumruqla və təpiklə zərbə vurmuşdur. Onun Zərərçəkmiş şəxs döş qəfəsinin sol tərəfinə vurduğu yurmuq və təpik zərbəsi nəticəsində Zərərçəkmiş şəxs onuncu qabırğanın yerdəyişməsi olmayan sınığı və ilə müşayət edilən döş qəfəsinin sol yan səthinin hematoması xəsarəti almışdır. Yuxarıda qeyd etdiyim kimi xx.xx.2025-ci il tarixdə saat 19 radələrində yaşadığımız evdə aralarında yaranan mübahisə zamanı o, hirsləndiyi üçün qəsdlə yumruqla və təpiklə arvadı Zərərçəkmiş şəxs başına və bədəninin müxtəlif nahiylərinə vurmuş, onu döymüş və ona yuxarıda bədən xəsarətləriri yetirmişəm. Həmin vaxt o, hirsli olduğu üçün arvadı Zərərçəkmiş şəxs döymüşdür. O, bu əməlindən peşimandır və səmimi peşimançılıq hissi keçirir. Məhkəmə iclasında ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs təhqiqat dövründə verdiyi ifadəsində göstərmişdir ki, Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi ev 8-də yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. O, Təqsirləndirilən şəxs ilə 2000-ci ildə rəsmi olaraq ailə qurmuşdur. Bu evlilikdən iki övladı var. Onun əri Elman anası Güllünün sözü ilə hərəkət edir. Güllü evdə daim oğlu Elmanı qızışdırıb evdə dava salır. Onların ailəsində mütamadi olaraq münaqişə dava olur. Lakin o, heç vaxt nə ərindən, nə də qaynanasından polisə şikayət etməmişdir. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində o, evdə olan zaman əri Təqsirləndirilən şəxs evə gəlmişdir. O, həmin gün yəni xx.xx.2025-ci il tarixdə həyətdə təmizlik işləri görən zaman həyətdə olan köhnə beşiyi götürüb evin arxasına qoymuşdur. Çünki həmin beşikdə bütün gün sahibsiz pişiklər yatırmış. Həmin gün yəni xx.xx.2025-ci il tarixdə saat 19 radələrində əri Təqsirləndirilən şəxs evə gələn zaman beşiyin həyətdə olmadığını görmüşdür. Təqsirləndirilən şəxs ona demişdir ki, nə üçün beşiyi götürmüşdür, onda uşaq yatır. O, Elmana demişdir ki, beşikdə uşaq yox, küçə pişikləri yatır. O, belə deyəndə Elman onun ünvanına yazılması etik normlara sığmayan sözlər deyərək onu söyüb təhqir etmişdir. O, Elmanın söyüşlərini eşitməsin deyə içəri keçib tozsoranı işə salıb evin tozunu almağa başlamışdır. Lakin Elman həyətdə ona söyməkdə davam edirmiş. O, hövsələmi saxlaya bilməyib həyətə çıxaraq Elmana demişdir ki, niyə ona söyür. O, belə deyən kimi Elman yaxşı etdiyini deyərək evə girib evin zalında onun saçından tutub yerə yıxaraq yumruqla və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döyüb ona xəsarətlər yetirmişdir. Həmin vaxt qaynanası Güllü gəlib onu Elmanın əlindən güclə almışdır. Elman onu döydüyü üçün o, əri evindən çıxıb atası evinə getmişdir. xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixinə keçən gecə saat 02 radələrində o, bədənində kəskin ağrılar hiss etmişdir. Elman onu çox bərk döymüşdür və ona xəsarətlər yetirmişdir. O, bədənində olan xəsarətlərin ağrısından yata bilmədiyi üçün xx.xx.2025-ci il tarixdə saat 03 radələrində Tovuz RM xəstəxanasına getmişdir. Tovuz RM xəstəxanasında ona tibbi yardım etmişlər və sonra evə buraxmışlar. O, xəstəxanadan çıxandan sonra əri Elman tərəfindən döyülməyi barədə Tovuz RPŞ-ə ərizə ilə müracət etmişdir. Hazırda o, atası evində yaşayır. Hadisə zamanı yəni əri Elman onu döyən zaman onların yanında qaynanası Güllü olmuşdur və hadisəni yalnız qaynanası Güllü görmüşdür. Bu hadisə Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi ev 8-də yaşadığı evin zalında baş vermişdir. Hadisə təxminən 1-2 (bir-iki) dəqiqə davam etmişdir. Nə hadisə zamanı, nə də hadisdən sonra onların yanna hər hansı kənar bir şəxs gəlməmişdir. Hadisə zamanı yalnız qaynanası Güllü onların yanına gəlib onu Elmanın əlindən almışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tovuz rayonu Qovlar şəhəri Xəqani küçəsi ev 8-də yaşadığımız evin zalında öncə onun saçını yolmuş, sonra onun saçından tutub yerə yıxaraq yumruqla və təpiklə onun başına və bədəninin müxtəlif nahiyələrinə zərbələr vuraraq onu döymüş və ona bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs vurduğu təpik zərbəsi nəticəsində onun bir qabırğası sınmışdır. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi Şahid ərizə ilə məhkəməyə müraciət edərək, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dünyasını dəyişdiyindən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Tovuz rayon şəbəsinin xx.xx.2025-ci il tarixli 678 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlər sol tərəfli X qabırğanın yerdəyişməsi olmayan sınığı ilə müşayət edilən döş qəfəsinin sol yan səthinin hematoması, sol diz oynağının, sol bud nahiyəsinin, sol bazu oynağının, sol bazu nahiyəsinin qançırları, hər iki dirsək oynaqlarının, sol bazu bazu nahiyəsinin və sol gicgah nahiyəsinin məməyəbənzər çıxıntı hissəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMXna müracət etdiyi vaxtdan bir qədər əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən sol tərəfli X qabırğanın yerdəyişməsi olmayan sınığı ilə müşayət edilən döş qəfəsinin sol yan səthinin hematoması, xəsarəti ərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlrə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Ölüm haqqında şəhadətnamə və AZE MİS elektron məhkəmə sistemi üzərindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqi varisi Şahidnun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs dünyasını dəyişdiyindən iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün və zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir(CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs və zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin, zərərçəkmiş şəxsin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə) başlanan cinayət təqibinə xitam verilməlidir. 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.2-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirakı olan, yaxud həmin əməllə mənəvi, fiziki və ya maddi ziyan vurulmuş yaxın qohum ölmüş şəxsin hüquqi varisi hesab edilə bilməz. 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106- 1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. 106-1.4-ci maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. 106.1-ci maddəsinə əsasən hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur. 106.3-cü maddəsinə görə zərər çəkmiş şəxsin qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. 305.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərara ibtidai istintaq mərhələsində qəbul edilmiş qətimkan tədbirlərinin və vurulmuş ziyanın ödənilməsinin təmin edilməsinə dair tədbirlərin, habelə digər cinayət-prosessual məcburiyyət tədbirlərinin ləğv edilməsi barədə qərarlar daxil edilir və həmin qərarda maddi sübutların taleyi barədə məsələ həll edilir. Qanunun sadalanmış normalarının tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub- olmaması barədə yazılı bildiriş göndərmiş, anası Şahid onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini məhkəməyə bildirmiş və məhkəmə tərəfindən Təqsirləndirilən şəxs hüquqi varis qismində tanınmışdır. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı baxılması üçün məhkəməyə göndərilmiş, lakin Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə ölmüş və bu fakt ölüm haqqında şəhadətnamə və elektron məhkəmə sistemində fərdi şəxsi məlumatlarına dair çıxarış ilə təsdiq olunmuşdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyi ilə bağlı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin qohumlarına bildiriş ünvanlanmış, Şahid hüquqi varis qismində tanınması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqi varisi Şahid ərizə ilə məhkəməyə müraciət edərək razılıq vermişdir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə öldüyündən Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən onun barəsində olan cinayət təqibinə xitam verilməlidir. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43.3-1, 197-198, 305, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-130/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-130/2025
04.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver