Məhkəmə qərarları › İş №1(062)-131/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-131/2025

10.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-131/2025 10.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi məhkəmə iclasının katibi Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1960-cı ildə Şərur rayonu Siyaqut kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Sumqayıt rayonu Corat bağları 2339A ünvanında qeydiyyatda olan və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs Sumqayıt şəhərində fəaliyyət göstərən tikinti şirkətlərinin birində aylıq 1500 (bir min beş yüz) manat əməkhaqqısı olan mühəndis işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən hissə-hissə olmaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Bünyadov prospekti 1965 ünvanında yerləşən marketdə quraşdırılmış “milli ön” ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 1000 (bir min) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə, saat 17:01 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə, saat 12:14 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 200 (iki yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:33 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 1500 (bir min beş yüz) manat məbləğdə, xx.xx.2025ci il tarixdə saat 17:39 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 500 (beş yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə, saat 15:20 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 700 (yeddi yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “EK store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 200 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:03 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 11:00 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 50 (əlli) manat məbləğdə və xx.xx.2025-ci il tarixdə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində yerləşən “Bazar store” ticarət mərkəzindəki “mpay” ödəmə terminalı vasitəsilə özünün adına olan **********129395 saylı kart hesabına 50 (əlli) manat məbləğdə pul vəsaitlərinin köçürülməsinə nail olub ələ keçirərək, Zərərçəkmiş şəxs məxsus cəmi 4400 (dörd min dörd yüz) manat məbləğdə pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2024-cü ilin dekabr ayından tanıyır. Zərərçəkmiş şəxslə “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Sonradan onların aralarında dostluq münasibəti yaranmağa başlamışdır. O, Zərərçəkmiş şəxs orta məktəbdə coğrafiya müəllimi işlədiyini bildirmişdir. Sosial şəbəkədə ünsiyyətləri zamanı Zərərçəkmiş şəxs ona əvvəllər hərbi qulluqçu olduğunu demiş, işləmədiyini, təqaüdə çıxdığını bildirmişdir. Hazırda da mayor rütbəsi daşıyan ehtiyyatda olan hərbi qulluqçu olduğunu demişdir. Ünsiyyətləri əsnasında o, Zərərçəkmiş şəxs Sumqayıt ŞİH başçısının qohumu olduğunu bildirmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs əmisi qızı Əminə adlı qadının Sumqaytın icra başısının arvadı olduğunu demişdir. Onlar Facebookda yazışan zaman o, Zərərçəkmiş şəxs demişdir ki, Sumqayıtın İcra başısının köməkliyi ilə onu işə düzəldə bilər. Zərərçəkmiş şəxs də hazırda təqaüddə olduğunu və yaxşı maaşlı iş olarsa işləmək istədiyini demişdir. O, Zərərçəkmiş şəxs demişdir ki, bu barədə əmisi qızı Əminə xanımla söhbət edib ona bir cavab desin. xx.xx.2024-cü ildə Zərərçəkmiş şəxs “Whatsap” sosial şəbəkəsində yazaraq Sumqayıtın İcra başçısının arvadı Əminə xanımla görüşüb Zərərçəkmiş şəxs işə düzəlməyi barədə danışdığını demişdir. O, Zərərçəkmiş şəxs demişdir ki, Əminə xanım Sumqayıt şəhər icra başçısının kürəkəni Qalib adlı şəxsə yönləndirib. xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs “Whatsap” sosial şəbəkəsində yazaraq bu gün Qaliblə görüşüb onun işə düzəlmək məsələsini danışdığını, Sərvəri Qalibin vasitəsi ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Tikinti şirkətinə sahə rəisi kimi işə düzələcəyini demişdir. O, həmin şirkətdə çalışan Dilqəm adlı şəxsin 2025-ci ilin yanvar ayında 70 yaşı tamam olacağını və Zərərçəkmiş şəxs Dilqəmin yerinə tikinti şirkətinə sahə rəisi kimi işə düzəldəcəyini, işə başladıqdan sonra aylıq 1500 manat əməkhaqqı alacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs tikinti şirkətində mühəndis kimi işə düzəlməyi üçün Qalib adlı şəxsə 3500 (üç min beş yüz) manat verməli olacağını demişdir. Zərərçəkmiş şəxs pulu verməyə razı olmuş, lakin həmin 3500 manat pulu bir dəfəyə verə bilməyəcəyini demişdir. O, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətini, diplomumun kserosurətini, 02 (iki) ədəd fotoşəklini və hərbi biletinin kserosurətini 1500 (bir min beş yüz) manat ilə birlikdə götürüb Bakı şəhərinə gəlməsini demiş və pulu onun özünə verməyi demişdir. Zərərçəkmiş şəxs ona cəmi 1000 (bir min) manat pulunun olduğunu demişdir. Daha sonra xx.xx.2025-ci il tarixdə Bakı şəhərində, 20 Yanvar metrosunun yanında Zərərçəkmiş şəxslə görüşmüşlər. Zərərçəkmiş şəxs ona sənədlərinin surətlərini vermişdir. O, tələb etdiyi 1000 (bir min) manat pul vəsaitini Esmira bank kartıma köçürməsini xahiş etmişdir, Zərərçəkmiş şəxs nə üçün pulu nağd şəkildə götürmədiyini soruşanda o, pulu itirəcəyindən qorxduğu üçün pulu nağd şəkildə götürmədiyini demişdir. Beləliklə, Zərərçəkmiş şəxs xx.xx.2025-ci il tarixdə onun 4169 7388 9712 9395 nömrəli bank kartına 1000 (min) manat pul köçürmüşdür. O, Zərərçəkmiş şəxs pulun qalan hissəsini, yəni 2500 (iki min beş yüz) manat pulu da düzəldib göndərməsini xahiş etmişdir. Aradan bir qədər keçdikdən sonra o, guya yanlış anlaşılma oldğunu deyib, Sərvərə işə düzəlməyi üçün 3500 (üç min beş yüz) manat deyil, 4500 (dörd min beş yüz) manat pul verməli olduğunu demişdir. Belə ki, həmin vaxt özünə 3500 manat yox, 4500 manat pul lazm olmuş və buna görə də o, Zərərçəkmiş şəxs işə düzəlməsi üçün 3500 yox 4500 manat pul istəmişdir. Zərərçəkmiş şəxs isə 4400 manata razılaşmış və pulu ödəməyə razı olmuşdur. Daha sonra hissə-hissə həmin 4400 (dörd min dörd yüz) manat pulu onun bank kartına köçürmüşdür. Belə ki, Zərərçəkmiş şəxs Sumqayıt şəhərində fəaliyyət göstərən tikinti şirkətində aylıq 1500 (bir min beş yüz) manat məbləğdə əməkhaqqısı olan sahə rəisi vəzifəsinə işə düzəldəcəyinə dair vədinə inanıb xx.xx.2025-ci il tarixdə saat 17:01 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 12:14 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 200 (iki yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:33 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 1500 (bir min beş yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 17:39 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 500 (beş yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 15:20 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 700 (yeddi yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 200 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:03 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartıma 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 11:00 dəqiqədə ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 50 (əlli) manat məbləğdə və xx.xx.2025-ci il tarixdə hazırda dəqiq xatırlamadığı vaxtda ona məxsus 4169 7388 9712 9395 nömrəli bank kartına 50 (əlli) manat məbləğdə olmaqla ümumilikdə ona 4400 (dörd min dörd yüz) manat məbləğdə pul vəsaiti ödəniş etmişdir. O, Zərərçəkmiş şəxs ələ keçirdiyi pul vəsaitlərin hamısını “Yellov” banka kreditim olduğu üçün kreditinə ödəniş etmişdir. O, pula ehtiyyacı olduğu üçün, yəni əvvəllər götürdüyü krediti bağlamaq üçün Zərərçəkmiş şəxs 4400 manat məbləğdə pul vəsaiti ələ keçirmək qərarına gəlmiş və bu niyyətini həyata keçirmək üçün Zərərçəkmiş şəxs guya Sumqayıt şəhərində tikinti şirkətində işə düzəldəcəyinə dair vədlər vermişdir. O, bu barədə yalan demişdir, onun Əminə adlı qohumu yoxdur, onun Sumqayıt şəhər icra başçısı ilə də qohumluğu yoxdur, həmçinin Qalib adlı şəxsi də özündən uydurmuşdur. O, ümumiyyətlə heç kimə Zərərçəkmiş şəxs işə düzəltmək üçün xahiş etməmişdir. Məqsədim isə Zərərçəkmiş şəxs özümə inandırmaq olmuşdur. Ona Zərərçəkmiş şəxs 4400 manat məbləğdə pul vəsaitlərini ələ keçirərək dələduzluq cinayəti törətməkdə hər hansı bir şəxs kömək göstərməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin dekabr ayında tanımışdır. Təqsirləndirilən şəxs ilə “Facebook” sosial şəbəkəsində tanış olmuşdur. Sonradan onların aralarında dostluq münasibəti yaranmışdır. Təqsirləndirilən şəxs ona orta məktəbdə coğrafiya müəllimi işlədiyini bildirmişdir. Sosial şəbəkədə ünsiyyətləri zamanı Təqsirləndirilən şəxs ondan hazırda işləyib-işləmədiyini soruşmuş, o, da hazırda işləmədiyini, təqaüdə çıxdığını bildirmişdir. Hazırda da mayor rütbəsi daşıyan ehtiyyatda olan hərbi qulluqçu olduğunu demişdir. Ünsiyyətləri əsnasında Təqsirləndirilən şəxs ona Sumqayıt ŞİH başçısının onun qohumu olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona əmisi qızı Əminə adlı qadının Sumqaytın icra başısının arvadı olduğunu demişdir. Onlar Facebookda yazışan zaman Təqsirləndirilən şəxs ona demişdir ki, Sumqayıtın İcra başısının köməkliyi ilə onu işə düzəldə bilər. O, da hazırda təqaüddə olduğunu və yaxşı maaşlı iş olarsa işləmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, bu barədə əmisi qızı Əminə xanımla söhbət edib ona bir cavab deyəcək. xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs ona “Whatsap” sosial şəbəkəsində yazaraq Sumqayıtın İcra başçısının arvadı Əminə xanımla görüşüb onun işi barədə danışdığını demişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, Əminə xanım onu qızının əri, yəni Sumqayıt şəhər icra başçısının kürəkəni Qalib adlı şəxsə yönləndirib. xx.xx.2024-cü il tarixdə Esmira ona “Whatsap” sosial şəbəkəsində yazaraq bu gün Qaliblə görüşüb onun işə düzəlmək məsələsini danışdığını, onu Qalibin vasitəsi ilə Sumqayıt şəhərində fəaliyyət göstərən Tikinti şirkətinə sahə rəisi kimi işə düzələcəciyini demişdir. Təqsirləndirilən şəxs həmin şirkətdə çalışan Dilqəm adlı şəxsin 2025-ci ilin yanvar ayında 70 yaşı tamam olacağını və onu Dilqəmin yerinə tikinti şirkətinə sahə rəisi kimi işə düzəldəcəyini, işə başladıqdan sonra aylıq 1500 manat əməkhaqqı alacağını bildirmişdir. Esmira onun tikinti şirkətində mühəndis kimi işə düzəlməyi üçün Qalib adlı şəxsə 3500 (üç min beş yüz) manat verməli olacağını demişdir. O, da pulu verməyə razı olmuş, lakin həmin 3500 manat pulu bir dəfəyə verə bilməyəcəyini demişdir. Esmira demişdir ki, o, şəxsiyyət vəsiqəsinin kserosurətini, diplomunun kserosurətini, 02 (iki) ədəd fotoşəklimi və hərbi biletinin kserosurətini 1500 (bir min beş yüz) manat ilə birlikdə götürüb Bakı şəhərinə gəlsin və pulu Esmiranın özünə versin. O, Təqsirləndirilən şəxs cəmi 1000 (bir min) manat pulumun olduğunu demişdir. Təqsirləndirilən şəxs sənədlərini və 1000 (bir min) matant pulunu götürüb Bakı şəhərinə gəlməyini istəmişdir. O, da xx.xx.2025-ci il tarixdə Bakı şəhərində getmiş və növbəti gün səhəri yəni xx.xx.2025-ci il tarixdə Bakı şəhərində, 20 Yanvar metrosunun yanında Təqsirləndirilən şəxs ilə görüşmüşdür. O, Esmiraya sənədlərinin surətlərini vermişdir. Təqsirləndirilən şəxs tələb etdiyi 1000 (bir min) manat pul vəsaitini Təqsirləndirilən şəxs vermək istəyən zaman sonuncu ona demişdir ki, 1000 (bir min) manat pulu onun bank kartına köçürsün, o da öz növbəsində həmin pulu Qalibin bank kartına köçürəcək. O, Esmiradan nə üçün pulu nağd şəkildə götürmədiyini soruşanda o, pulu itirəcəyindən qorxduğu üçün pulu nağd şəkildə götürmədiyini demişdir. O, da buna görə xx.xx.2025-ci il tarixdə Bakı şəhərində 20 Yanvar metrosunun yanında Z.Bünyadov prospekti 1965-də yerləşən adını xatıralmadığı marketdən Milli ön ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 1000 (min) manat pul köçürmüşdür. Esmira demişdir ki, pulun qalan hissəsini yəni 2500 (iki min beş yüz) manat pulu da düzəldib ona göndərsin, o da öz nöbəsində həmin pulu Qalibə versin. Aradan bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs yanlış anlaşılma oldğunu, onun işə düzəlməyi üçün 3500 (üç min beş yüz) manat deyil, 4500 (dörd min beş yüz) manat pul verməli olduğunu demişdir. O, da pulu ödəməyə razı olmuş və hissə-hissə həmin 4500 (dörd min beş yüz) manat pulu Təqsirləndirilən şəxs bank kartına köçürmüşdür. Belə ki, o, Təqsirləndirilən şəxs onu Sumqayıt şəhərində fəaliyyət göstərən tikinti şirkətində aylıq 1500 (bir min beş yüz) manat məbləğdə əməkhaqqısı olan sahə rəisi vəzifəsinə işə düzəldəcəyinə dair vədinə inanıb ona etibar edərək xx.xx.2025-ci il tarixdə saat 17:01 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdən MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 12:14 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazarstore” ticarət məkrəzindəki MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 200 (iki yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:33 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində yerləşən “Qovlar” marketdən MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 1500 (bir min beş yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 17:39 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində yerləşən “Qovlar” marketdəki MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs 4169 7388 9712 9395 nömrəli bank kartına 500 (beş yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 15:20 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “BazarStore” ticarət mərkəzindəki MPAY ödəmə terimianlından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömnrəli bank kartına 700 (yeddi yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində yerləşən “EK Store” marketdən MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 200 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 13:03 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsi ərazisində yerləşən Qovlar marketdəki MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömrəli bank kartına 100 (yüz) manat məbləğdə, xx.xx.2025-ci il tarixdə saat 11:00 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində yerləşən “BazarStore” ticarət mərkəzindəki MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs Saman qızının 4169 7388 9712 9395 nömnrəli bank kartına 50 (əlli) manat məbləğdə və xx.xx.2025-ci il tarixdə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində yerləşən “BazarStore” ticarət mərkəzindəki MPAY ödəmə terminalından Təqsirləndirilən şəxs 4169 7388 9712 9395 nömrəli bank kartına 50 (əlli) manat məbləğdə olmaqla ümumilikdə Təqsirləndirilən şəxs 4400 (dörd min dörd yüz) manat məbləğdə pul vəsaiti ödəniş etmişdir. Təqsirləndirilən şəxs Saman qızı onun 4400 (dörd min dörd yüz) manat məbləğdə pul vəsaitimi ələ keçirsə də vədinə əməl etməmiş və onu şirkətə işə düzəltməmişdir. Hazırda Təqsirləndirilən şəxs onu aldadaraq etibarından sui-istifadə edərək ona 4400 (dörd min dörd yüz) manat maddi ziyan vurmuşdur. O, yalnız 50 (əlli) manat ödəniş etdiyim əməliyyatın çekini itirmişdir. Qalan bütün çeklərin əsilləri və surətləri onda vardır. Həmin pul vəsaitlərindən 1000 manat hissəsi özünə məxsus idi, qalan 3400 manat hissəsini isə özünə məxsus heyvanlarını satıb göndərmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan **********129395 saylı kart hesabına xx.xx.2025ci il tarixdə, saat 17:01 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış “mpay” ödəmə terminalı vasitəsilə 100 (bir yüz), xx.xx.2025-ci il tarixdə, saat 12:14 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 200 (iki yüz), xx.xx.2025-ci il tarixdə saat 13:33 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 1500 (bir min beş yüz), xx.xx.2025-ci il tarixdə, saat 17:39 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 500 (beş yüz), xx.xx.2025-ci il tarixdə, saat 15:20 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 700 (yeddi yüz), xx.xx.2025-ci il tarixdə saat 17:15 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “EK store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 200 (iki yüz), xx.xx.2025-ci il tarixdə saat 13:03 dəqiqədə Tovuz rayonu, Qovlar şəhəri, Vağzal küçəsində yerləşən “Qovlar” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 100 (bir yüz), xx.xx.2025-ci il tarixdə saat 11:00 dəqiqədə Tovuz şəhəri, Musa Musayev küçəsində yerləşən “Bazar store” marketdə quraşdırılmış mpay ödəmə terminalı vasitəsilə 50 (əlli) və xx.xx.2025-ci il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində yerləşən “Bazar store” ticarət mərkəzindəki “mpay” ödəmə terminalı vasitəsilə 50 (əlli) manat məbləğində pul vəsaitləri köçürülmüşdür. Mobil telefona baxış keçirilməsi haqqında 11 iyul 2025-ci il tarixli protokoldan görünür ki, profilində Təqsirləndirilən şəxs şəkili olan “Eldar m” olaraq qeyd olunmuş hesab ilə Zərərçəkmiş şəxs arasında sonuncunun işə düzəldilməsi barədə 4500 manat məbləğdə pul vəsaitinin tələb olunmasına dair yazılı mesajlar qeyd olunub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 20 avqust 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsoğlunun Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında Dövlət ittihamçısı “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.14 və 5.1-ci bəndləri tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş zərəri tam şəkildə ödədiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək Amil Məmmədovun verilmiş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən peşman olmasını bildirmiş, qadın olmağını və 60 yaşının olmağını nəzərə alaraq onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs oğlu barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı (bundan sonra – Amnistiya Qərarı) tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddələrinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən, icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar. Həmin qərarın 1.12-ci bəndinə əsasən qadınlar, 1.14-cü bəndinə əsasən, bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilməlidir (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərar qüvvəyə minənədək böyük ictimai təhlükə törətməyən cinayət törətmiş Təqsirləndirilən şəxs 60 yaşına çatmışdır və qadındır, Qərarının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiqi dairəsinə düşmür. Beləliklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsoğlu cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İşdə xüsusi müsadirə, maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.12, 1.14 və 5.1-ci bəndinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar