Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-133/2024 01.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1984-cü ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Bayramlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 01 oktyabr 2024-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdən başlayaraq hər ay, bir uşağa 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq 13 iyul 2009-cu il təvəllüdlü Aysel adlı və 22 sentyabr 2010-cu il təvəllüdlü Elgün adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması məqsədilə tələbkar Abulova (Hüseynova) Leyla Elqam qızının xeyrinə ödəməsinə dair Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 avqust 2020-ci il tarixli, 2(062)-1512/2020 saylı qətnaməsinin icrasının təmin edilməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 04 may 2022ci il tarixli, 3(062)-395/2022 saylı qərarı və 27 fevral 2023-cü il tarixli 3(062)- 190/2023 saylı qərarları ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək müvafuq olaraq 8 və 20 gün müddətində inzibati həbs edilməsinə və məhkəmə aktının icra edilməsi ilə əlaqədar ona 02 dekabr 2023-cü il tarixdə məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim edilməsinə baxmayaraq cinayət təqibi başlanması məsələsinə baxılması üçün 27 fevral 2024-cü il tarixədək şəxsi maraq niyyəti ilə cəmi 5000 manat aliment borcunu tələbkara ödəməməklə, habelə sonuncuya maddi ziyan vurmaqla məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, Abulova (Hüseynova) Leyla Elqam qızı ilə evlənib ailə qurmuş, birgə nikahlarından Aysel və Elgün adlı uşaqları doğulmuşdur. Bir yerdə yaşamaqları mümkün olmadığından nikahları məhkəmə qaydasında pozulmuşdur. 2020-ci il tarixdə ona qarşı aliment tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 27 avqust 2020-ci il tarixli, 2(062)-1512/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, hər ay, bir uşağa 100 manat olmaqla, iki uşağa görə cəmi 200 manat sabit pul məbləğində aliment tutularaq uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün tələbkarın xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildirişlər təqdim etməklə qətnamənin icrasını tələb etmişlər. Keçən müddət ərzində 5000 manat aliment borcundan 2800 manat ödəniş etmişdir. 2200 manat borcunu da ödəmək istəyir. Lakin borcun məbləği çox olduğu üçün dəqiq deyə bilmir ki, borcu nə vaxt ödəyəcək. Hazırda da maddi imkanı olmadığı üçün borcunu tam ödəyə bilmir. Odur ki, məhkəmədən ədalətli qərar verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs Abulova (Hüseynova) Leyla Elqam qızı verdiyi ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla evlənib ailə qurmuşlar. Onların birgə nikahlarından 13 iyul 2009-cu ildə Aysel adlı və 22 sentyabr 2010-cu ildə Elgün adlı uşaqları anadan olmuşdur. Məhkəmənin 27 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən uşaqların saxlanması üçün bir uşaq üçün 100 manat cəmi 200 manat alimentin Təqsirləndirilən şəxs alınaraq ona verilməsi qət olunmuşdur. Təqsirləndirilən şəxs borcundan 2800 manat ödəmə etmiş, 2200 manat aliment borcunu isə ödəməmişdir. Borcun tam ödənilməsini tələb edir. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir və ondan aliment borcunun alınmaqla ona qanuni cəza verilməsini xahiş etdi. İş üzrə şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Tovuz Rayon Məhkəməsinin 2(062)-1512 saylı 27 avqust 2020-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün borclu Təqsirləndirilən şəxs hər ay 200 manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət olunmuşdur. İcra sənədi Tovuz rayon İcra və probasiya şöbəsinə daxil olduqdan sonra borclu Təqsirləndirilən şəxs icra sənədini könüllü icra etmək üçün aliment üzrə borclarından ödəniş etməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Aliment borcunun ödənilməsi üçün icra tədbrirləri görülsə də Təqsirləndirilən şəxs borcundan ödəmələr etməmişdir. Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli 3(062)-190/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsinə əsasən təqsirli bilinərək 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Təqsirləndirilən şəxs 27 fevral 2024-cü il tarixədək yığılmış aliment borcu 5000 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunsa da o aliment borcunu ödəməmişdir. Məhkəmə iclasında Şahid2 məhkəmə iclasında şahid X2 verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verdi. Cinayət işinin 13-cü vərəqəsində olan 27 avqust 2020-ci tarixli icra vərəqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdən başlayaraq 13 iyul 2009-cu il təvəllüdlü Aysel və 22 sentyabr 2010cu il təvəllüdlü Elgün adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay sabit məbləğdə bir uşaq üçün 100 (bir yüz) manat, cəmi 200 (iki yüz) manat aliment pulunun Abulova (Hüseynova) Leyla Elqam qızına verilməsi qət olnmuşdur. İşin 39-40-cı vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. İşin 68-71-ci vərəqəsində olan Tovuz Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 20 gün müddətində inzibati qaydada həbs edilmişdir. Cinayət işin 86-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin icra vərəqəsinin icrasının təmin olunması üçün icra məmurları borclu Təqsirləndirilən şəxs yaşadığı evdə olmuşlar, lakin tələbin yönəldilə biləcəyi hər hansı əmlak aşkar olunmamışdır. İşin 59-cu vərəqəsində olan xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, icra sənədini təmin etmək məqsədilə borclu Təqsirləndirilən şəxs inzibati həbsdən sonra Tovuz rayon icra və probasiya şöbəsində cinayət məsuliyyətinə cəlb olunması haqqında xəbərdarlıqla tanış olub imzalamışdır. Cinayət işinin 79-ci vərəqəsində olan 13 iyun 2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs X1 mərkəzinə müraciət etmək haqqında bildiriş göndərilsə də o, mərkəzə müraciət etməmişdir. İşin 167-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilir. İşin 84-cü vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən olunur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların məcmuuna obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, aliment borcundan qismən ödəniş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası CM-nin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 70-ci maddəsinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümum rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalıdır. Cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 01 oktyabr 2024-cü il tarixdən hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-133/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-133/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver