Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-135/2024 12.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə xx.xx.1993-cü ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 (bir) nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni bir ədəd gümüşü falqa bükümündə təmiz çəkisi 0,651 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edərək üzərində “Prime deluxe” yazısı olan siqaret qutusunun içərisinə yerləşdirib əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibində saxlamış, xx.xx.2024cü il tarixdə, saat 15:05 dəqiqədə Tovuz şəhərinin Şəhriyar küçəsində yolun kənarında saxlanılaraq rayon polis şöbəsinə dəvət olunmuş, həmin tarixdə, saat 15:25 dəqiqədən saat 15:43 dəqiqəyədək olan müddət ərzində ünvan 3 ünvanda yerləşən Tovuz rayon polis şöbəsinin inzibati binasında onun üzərində keçirilmiş şəxsi axtarış zamanı üzərində “Prime deluxe” yazıları olan siqaret qutusunun içərisində bir ədəd gümüşü falqa bükümündə təmiz çəkisi 0,651 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin onun əynindəki açıq göy rəngli cins şalvarın sağ yan cibində aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən əldə etdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını şəxsi istehlakı üçün gələcəkdə qurudub istifadə etmək məqsədi ilə 2024-cü ilin avqust ayında Tovuz çayının Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən hissəsinin sağ sahilində torpaq sahəsinə basdırmaqla qanunsuz olaraq narkotik tərkibli, çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, Tovuz rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar 19 avqust 2024-cü il tarixdə, saat 20:40 dəqiqədən saat 21:03 dəqiqəyədək rayon polis şöbəsinin əməkdaşları tərəfindən Tovuz çayının Tovuz şəhəri Abulbəyli yaşayış ərazisindən keçən hissəsinin sağ sahilində torpaq sahəsinə baxış keçirilərkən oradan Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin İİİ siyahısı” ilə müəyyən edilmiş xeyli miqdar təşkil edən 6 (altı) ədəd, 700 (yeddi yüz) qram çəkidə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında qeydiyyatda olmaqla hazırda ünvan 6vanında yaşayır. Rəsmi olaraq hər hansı bir yerdə işləmir. O, 2020-ci il tarixdən narkotik vasitə istifadə edir. Belə ki, “Patı” olaraq bildiyi psixotrop maddə olan metamfetamindən daha çox istifadə edir. O, öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini bəzən tapır, bəzən də maddi imkanı yol verdikdə sosial şəbəkələr vasitəsilə online formada satın alır. Sonuncu dəfə öz şəxsi istifadəsi üçün psixotrop maddə olan metamfetamini satın aldığını xatırlamır. Əvvəllər psixotrop maddə olan metamfetamin satın aldığı sosial şəbəkələri xatırlamır. X2 rəhmətə getdiyi üçün o, dəfn mərasimində iştirak etmək məqsədilə xx.xx.2024-cü il tarixdə Tovuz şəhərinə gəlmişdir. Bundan sonra atası Samvel Rəhimovun qırx mərasiminə kimi mütəmadi olaraq Bakıya gedib yenidən Tovuza geri qayıtmışdır. Belə ki, Bakı şəhərinə taksi kimi işləyib pul qazanmağa getmişdir. 02 iyul 2024-cü il tarixdə saat 11 radələrində o, yaşadığı evdən çıxdıqda məhlədə piyada siqaret çəkə-çəkə gedərkən yol kənarında təzə 01 (bir) ədəd siqaret qutusu olduğunu görmüşdür. Həmin vaxt o, qutuya ayağı ilə vurduqda qutudan səs çıxmış və içərisinin dolu olduğunu hiss etmişdir. Bu zaman maraqlı olduğundan əyilib qutunu yerdən götürmüş və içərisini açıb baxmışdır. Həmin qutu “Prime deluxe” qutusu olmuşdur. O, qutunu götürüb içərisinə baxdıqda içərisində 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülü formada kütlə olduğunu görüb, bir qədər oradan uzaqlaşmış və sakit bir yerdə açıb bükülünün içərisinə baxdıqda bükümdə psixotrop maddə olan metamfetamin olduğunu aşkar etmişdir. Bundan sonra həmin kütləni öz şəxsi istifadəsi üçün cibinə qoyub oradan uzaqlaşmışdır. O, həmin tapdığı psixotrop maddədən rayona geri qayıdanda istifadə etməyi planlaşdırıb üzərində saxlamışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə səhər saatlarında Tovuz rayonuna gəlmişdir. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində o, tək Tovuz şəhəri, Şəhriyar küçəsi ilə piyada hərəkət edən zaman 2 nəfər tanımadığı, mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib, ondan üzərində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməyində şübhələndiklərini bildirib onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, müqavimət göstərməyin lüzumsuz olacağını düşünüb, polis əməkdaşlarının dəvəti ilə Tovuz RPŞ-yə getmişdir. Daha sonra o, bir otağa daxil olmuşdur. Polis əməkdaşları onu nə üçün şöbəyə dəvət etdiklərini bir daha izah edib, ona hüquqlarını izah etmişlər. Sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O, da həmin siyahının içərisindən Müdafiəçi2 özünə vəkil olaraq seçmişdir. Müdafiəçisi Müdafiəçi2 iştirakı ilə onun üzərində şəxsi axtarış keçirmişlər. Şəxsi axtarış aparmazdan əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, üzərində qanunla qadağan olunmuş əşya olduğunu könüllü formada etiraf edib həmin vaxt əynində olan açıq göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd üzərində “Prime deluxe” yazısı olan siqaret qutusunu çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxta qədər onun üzərində axtarış keçirilməmiş, nə də üzərində qanunsuz əşya olub-olmadığı soruşulmamışdır. Bundan sonra həmin siqaret qutusuna açılaraq baxış keçirilmişdir. Həmin siqaret qutusunun içərisində bir ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə, bir ədəd metanfetamini istifadə etmək üçün nəzərdə tutulmuş vasitə, bir ədəd gümüşü rəngli falqa aşkar edilmişdir. Bir ədəd gümüşü rəngli siqaret falqasında olan kütləyə açılaraq baxış keçirilən zaman içərisində şəffaf, kristal halda olan ilkin görünüşdən psixotrop maddə metafetaminə bənzər kütlənin olması müəyyən edilmişdir. Daha sonra onun təqdim etdiyi üzərində “Prime deluxe” yazısı olan siqaret qutusunun içərisində gümüşü rəngli siqaret falqasında olan kütlə elektron tərəzidə çəkilmişdir. Gümüşü rəngli siqaret falqasında olan kütlənin çəkisi bükümlə birlikdə 0,74 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd gümüşü rəngli siqaret falqasında olan kütlə, bir ədəd metanfetamini istifadə etmək üçün nəzərdə tutulmuş vasitə, bir ədəd gümüşü rəngli falqa zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. O, həmin psixotrop maddə olan metamfetamini yalnız öz şəxsi istifadəsi üçün tapdıqdan sonra üzərində gəzdirmişdir. Onun satmaq niyyəti olmamışdır. O, şəxsi axtarış istintaq hərəkəti zamanı üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamini tapan zaman ətrafında onu görən şəxs olmamışdır. Bundan başqa o tutulmamışdan öncə bir xeyli müddət bundan əvvəl özündə saxladığı qanunla əkilib becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə-kannabis kollarının toxumunu Tovuz şəhəri, Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının sağ sahilində boşluq sahəyə səpmişdir ki, həmin bitkilərə qulluq edib böyütsün, sonrada özü istifadə etsin. O, həmin bitki kollarını yarımçıq kəsilmiş plasmas su qablarında əkmişdir və həmin bitki kollarını plastik su qabı ilə suvarmışdır. xx.xx.2024-cü il tarixdə, saat 20 radələrində o özü təkcə yenidən həmin bitki kollarına qulluq etmək üçün bitki kollarını əkdiyi yerə Tovuz çayının kənarındakı sahəyə gəlmişdir. O, bitki kollarını suvaran zaman iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib ondan qanunla əkilib-becərilməsi qadağan edilmiş narkotik tərkibli çətənə-kannabis kollarını əkməkdə və qulluq etməkdə şübhələndiklərini bildirmişlər. O da onlara bildirmişdir ki, həmin qulluq göstərdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir, özü istifadə etmək məqsədilə əkib qulluq edir. Daha sonra həmin yerə mütəxəssis və digər şəxslər gəlmişlər. Həmin torpaq sahəsinə onun, mütəxəssisin və baxışda iştirak edən şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan həmin torpaq sahəsində əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkib-əkmədiyi soruşulmuşdur. O, həmin torpaq sahəsinə əkib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkdiyini bildirmişdir. Daha sonra onun və iştirakçıların iştirakı ilə qeyd olunan torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin torpaq sahəsindən 06 ədəd aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan edilmiş çətənə-kannabis kolları aşkar edilmişdir. Bundan sonra aşkar edilmiş 06 ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş, aqro-texniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kolları onun və iştirakçıların iştirakı ilə köklərindən çıxarılaraq 01 ədəd ağ rəngli torbaya qoyularaq bir ədəd elektron tərəzidə çəkilmişdir. 06 ədəd aqro-texniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kollarının ümumi çəkisi kisə ilə birlikdə 8 kiloqram 715 qram təşkil etmişdir. Daha sonra 06 ədəd aqrotexniki qaydada qulluq edilmiş narkotik tərkibli bitki kolları qablaşdırılmış və həmin ağ rəngli kisə Azərbaycan Respublikası DİN-in 177 nömrəli möhürü ilə möhürlənərək üzəri onun özü və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onun qanunla əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli bitki kollarını əkdiyi torpaq sahəsində ətraflı baxış keçirilmişdir. Baxış zamanı torpaq sahəsindən 1 ədəd 2 litrlik, 3 ədəd bir litrlik plastik su qabları iş üçün maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülərək qablaşdırılmışdır. Onun Tovuz rayonu, Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının sağ sahilindəki əraziyə narkotik tərkibli bitki kollarını əkib-becərməkdə məqsədi sonradan həmin narkotik vasitəni özü istifadə etmək olmuş, həmin narkotik vasitələri satmaq məqsədi olmamışdır. Onun Tovuz rayonu, Abulbəyli yaşayış ərazisindən keçən Tovuz çayının sağ sahilindəki əraziyə narkotik tərkibli bitki kollarını əkib-becərdiyi zaman ona bu işdə hər hansı şəxs və ya şəxslər köməklik etməmiş və onun bu əməllərindən hər hansı şəxs və ya şəxslərin xəbəri olmamışdır. O, özü də bu barədə heç kimə heç nə deməmişdir, həmin yerə hər dəfə gedəndə ətrafa baxmışdır, heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin bitkilərə qulluq göstərmişdir. Hazırda əməlindən səmimi peşman olmasını və himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-si CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-si CAB-ın baş əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid2 ilə birlikdə 04 iyul 2024-cü il tarixdə, saat 15:05 dəqiqədə Təqsirləndirilən şəxs Tovuz şəhəri, Şəhriyar küçəsi ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özünü polis əməkdaşı olaraq təqdim edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Tovuz RPŞ-nə dəvət etmişlər. Tovuz RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs təhqiqat bölməsinin əməkdaşı tərəfindən hüquqları izah edildikdən sonra hüquqlarının müdafiəsi üçün vəkillər siyahısını təqdim edilmiş, Təqsirləndirilən şəxs təqdim edilmiş siyahı üzrə vəkil Müdafiəçi2 hüquqlarının müdafiəsi üçün özünə vəkil seçdikdən sonra vəkil Müdafiəçi2 və iştirakçılarla birlikdə Tovuz RPŞ-nin inzibati binasında şəxsi axtarış istintaq hərəkəti aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki açıq göy rəngli şalvarın sağ yan cibindən bir ədəd üzərində “Prime deluxe” yazısı olan siqaret qutusunu çıxarıb təqdim etmişdir. “Prime deluxe” yazısı olan siqaret qutusunun içərisində olmaqla bir ədəd gümüşü rəngli siqaret falqasında bükümlə birlikdə 0,74 qram çəkidə kütlə aşkar edilmişdir. Həmin kütləyə baxış nəticəsində kütlənin ilkin görünüşdən psixotrop maddə olan metamfetaminə bənzədiyi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş kütləni, yəni psixotrop maddəni 02 iyul 2024-cü il tarixdə Bakı şəhəri ərazisində, yaşadığı küçədən tapdığını və həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Şəxsi axtarış istintaq hərəkəti keçirilən zaman videoçəkiliş aparılmışdır. Bundan sonra aşkar olunmuş psixotrop maddə kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin ağızı bağlanaraq Azərbaycan Respublikası DİN-in 177 saylı möhürü ilə möhürlənmiş və zərfin üzəri imzalandıqdan sonra Tovuz RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış istintaq hərəkəti zamanı aşkar edilmiş psixotrop maddəni kimdən və nə məqsədlə əldə etməsi, psixotrop maddə əldə edərkən hər hansı bir şəxs(lər)in sonuncunu görüb-görməməsi barədə hazırda məlumatı yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı bir şəxsə qanunsuz olaraq narkotik vasitə satıb-satmaması barədə, nə də sonuncudan qanunsuz olaraq narkotik vasitə satın alma barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayır, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır, onunla heç bir qohumluq əlaqəsi, ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması üzərində gəzdirməsi, narkotik vasitədən istifadə etməsi və narkotik vasitəni qanunsuz olaraq əkib becərməsi barədə mütəmadi olaraq ona məlumatlar daxil olmuşdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxladığı və üzərində gəzdirdiyi üçün xx.xx.2024-cü il tarixdə onun barəsində Tovuz RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə olan marixuana kollarını əkib-becərməkdə şübhəli olduğu üçün onun qanunsuz əməlinin ifşa olunması və qanunsuz olaraq əkib-becərdiyi və aqrotexniki qaydada qulluq etdiyi narkotik vasitələrin dövriyyədən çıxarılmasının təmin edilməsi üçün xx.xx.2024-cü il tarixdə o, soraqlaşma təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul etmişdir. Həmin qərar Tovuz rayon polis şöbəsinin rəisi tərəfindən təsdiq olunduqdan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində Tovuz çayının kənarında əkib-becərdiyi narkotik vasitələrə qulluq göstərməsi barədə onlara məlumat daxil olmuşdur. Bu məlumat onlara daxil olan kimi o, dərhal Tovuz RPŞnin CAB-nin baş əməliyyat müvəkkili Şahid4 ilə birlikdə həmin yerə getmişlər və Təqsirləndirilən şəxs Tovuz şəhəri Abulbəyli yaşayış ərazisində Tovuz çayının sağ tərəfində yerləşən torpaq sahəsində əklib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə bitkilərinə qulluq edərək onların dibinə su verdiyini müəyyən etmişlər. Onlar ona yaxınlaşaraq özlərini təqdim edib ona polis əməkdaşları olduqlarını bildirərək ona qanunsuz olaraq narkotik vasitə əkib-becərməkdə şübhəli olduğunu, buna görə də onun həmin əkib-becərdiyi bitkilərə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs həmin sahəyə baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra o, bu barədə raportla rəisə məruzə etmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əkib-becərərək qulluq göstərdiyi bitkilərə baxış keçirilməsi və qanuni tədbir görülməsi Tovuz RPŞ-nin TBnin təhqiqatçısı X1 həvalə edilmişdir. Bundan sonra təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmişdir. Daha sonra Tovuz rayon DAİMnin bitkiçilik sektorunun aqronom mütəxəssisi Şahid5 aqronom-mütəxəssis kimi, Tovuz şəhər İƏD üzrə nümayəndənin müavini X4 da həmin sahəyə baxış keçirilməsində iştirak etmək üçün dəvət edilmişlər. Bundan sonra baxışda iştirak edən aqronom-mütəxəssisin, Tovuz şəhər İƏD üzrə nümayəndəsinin müavini Fariz Rüstəmovun və onun iştirakı ilə Tovuz şəhəri Abulbəyli yaşayış ərazisi Tovuz çayının sağ tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs həmin bitkilərin onun tərəfindən əkilib-becərilməsi və ona qulluq edilib-edilməməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini özü əkibbecərdiyini, onlara mütəmadi olaraq aqrotexniki qayadada qulluq göstərərək dibini yumşaltdığını, alasını təmizləyərək su verib qulluq etdiyini bildirmişdir. Həmin torpaq sahəsinə aqronom-mütəxəssisin və iştirakçıların iştirakı ilə baxış keçirilmişdir və baxış zamanı həmin torpaq sahəsindən 06 ədəd uzunluğu 50 sm-dən 150 sm-ə qədər olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş çətənə kannabis kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 06 ədəd çətənə bitkilərinin toxumları əvvəldən onda olmuşdur, həmin toxumları həmin yerə səpərək aqrotexniki qaydada onlara qulluq edərək əkib-becərmişdir ki, özü istifadə etsin. Daha sonra həmin 06 ədəd narkotik tərkibli çətənə bitkilərinə mütəxəssis aqronom tərəfindən baxış keçirilmişdir və müəyyən edilmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Bu barədə aqronom-mütəxəssis baxış keçirdikdən sonra həmin 06 ədəd narkotik tərkibli bitkilər köklərindən çıxarılaraq 01 ədəd ağ rəngli torbaya qoyularaq elektron tərəzidə çəkilmişdir. Həmin bitkilərin ümumi çəkisi torba ilə birlikdə 8 kiloqram 715 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik tərkibli bitki kolları 01 ədəd kisəyə qoyulub qablaşdırılmışdır və kisənin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar və aqronom mütəxəssis tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olub-olmaması, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsi və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Baxış və götürmə zamanı fotoşəkillər çəkilmiş və videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuşdur, protokol doğru tərtib olunduğu üçün heç bir əlavə və etirazı olmamışdır, buna görə də protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir. Onun Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə hər hansı bir məlumatı yoxdur. Onda Təqsirləndirilən şəxs həmin Tovuz çayının sağ kənarındakı sahədə əkib-becərdiyi narkotik tərkibli bitkiləri kimdən və haradan alması barədə hər hansı bir məlumat yoxdur. Təqsirləndirilən şəxs özünün deməsinə görə həmin bitkinin toxumlarını yabanı halda bitən bitkilərin toxumlarından yığaraq gələcəkdə özü istifadə etmək məqsədilə özündə saxlamış və sonrada Tovuz çayının kənarında heç kimin görmədiyi sakit bir yerdə əkmiş və həmin bitkilərə aqrotexniki qaydada qullu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Şahid3 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu Əyyublu kəndində yaşayır, Tovuz rayon X9 Mərkəzində aparıcı mütəxəssis vəzifəsində işləyir. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Qafur Məmmədov küçəsi ev 1-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir qohumluq əlaqələri, ədavəti və düşmənçiliyi olmamışdır. xx.xx.2024-cü il tarixdə Tovuz RPŞ-dən məktubla DAİM-nə müraciət edərək aqronom mütəxəssis dəvət etmişlər. O, xx.xx.2024-cü il tarixdə Tovuz rayon polis şöbəsinin əməkdaşları və Tovuz şəhər İƏD üzrə nümayəndənin müavini Fariz Rüstəmovla birlikdə Tovuz rayonu Abulbəyli kəndinin ərazisində Tovuz çayının sağ tərəfində yerləşən torpaq sahəsindəki əkin sahəsinə baxış keçirilməsi üçün getmişlər. Orada Tovuz RPŞ-nin təhqiqatçısı Məhərrəm Məmmədov tərəfindən Təqsirləndirilən şəxs hüquqları izah edilmiş, onun Tovuz şəhər İƏD üzrə nümayəndəsinin müavini Fariz Rüstəmovun və polis əməkdaşlarının iştirakları ilə Tovuz şəhəri Abulbəyli yaşayış ərazisi Tovuz çayının sağ tərəfində yerləşən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs həmin bitkilərin onun tərəfindən əkilib-becərilməsi və ona qulluq edilməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini özü əkib-becərdiyini, onlara mütəmadi olaraq qulluq göstərdiyini bildirmişdir. Bundan sonra həmin torpaq sahəsinə baxış keçirilmişdir və baxış zamanı həmin torpaq sahəsindən 06 ədəd uzunluğu 50 smdən 150 sm-ə qədər olan aqrotexniki qaydada qulluq edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş çətənə kannabis kolları aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 06 ədəd çətənə bitkilərinin toxumları əvvəldən onda olmuşdur, həmin toxumları həmin yerə səpərək aqrotexniki qaydada qulluq edərək əkib-becərmişdir ki, özü istifadə etsin. Daha sonra həmin 06 ədəd narkotik tərkibli çətənə bitkilərinə o, mütəxəssis aqronom kimi baxış keçirmişdir və müəyyən etmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Daha sonra həmin 06 ədəd bitkilər baxışda iştirak edən iştirakçıların iştirakı ilə köklərindən çıxarılaraq 01 ədəd ağ rəngli torbaya qoyularaq elektron tərəzidə çəkilmişdir. Həmin bitkilərin ümumi çəkisi torba ilə birlikdə 8 kiloqram 715 qram təşkil etmişdir. Bundan sonra həmin narkotik tərkibli bitki kolları 01 ədəd kisəyə qoyulub qablaşdırılmışdır və kisənin ağzı Azərbaycan Respublikası DİN-nin 177 nömrəli möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütlənin narkotik vasitə olubolmaması, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib-göstərilməməsi və dəqiq çəkisi barədə rəy alınması üçün təhqiqatçı Məhərrəm Məmmədov tərəfindən ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Baxış və götürmə zamanı fotoşəkillər çəkilmiş və videoçəkiliş də aparılmışdır. Bu barədə protokol tərtib olunmuşdur, protokol doğru tərtib olunduğu üçün heç bir əlavəsi və etirazı olmamışdır. Buna görədə protokol doğru tərtib edildiyindən o da həmin protokola imza etmişdir. Bundan sonra həmin sahədən aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi barədə rəy vermişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 05 iyul 2024-cü il tarixli 16/762 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd “Prima” adlı siqaret qutusundakı; - 1 (bir) ədəd “gümüşü” falqa bükümündə təmiz çəkisi 0,651 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. - 1 (bir) ədəd rulon şəklində burulmuş kağızın üzərində və 1 (bir) ədəd üzəri iz şəklində olan “gümüşü” falqa parçasının üzərində metamfetamin izləri vardır, metamfetamin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, marixuana Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1-ci siyahısının İİ bəndinə daxildir. Ekspertiza rəyinin qeyd hissəsində metamfetaminin təmiz çəkisi – 0,651 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,601 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 16/871 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs əkdiyi narkotik vasitə hesab edilən çətənə kannabis kollarına oxşar bitkilər” adlar və imzalar olan baş-başa keçirilmiş sintetik kisədəki, 6 (altı) ədəd ümumi təmiz çəkisi 700 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxəssis) Şahid5 Cümşüd oğlunun rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Qeyd: Çətənə bitkisi ümumi çəkisi -700 qram tədqiqata istifadə olundu cəmi-0,12 qr(hər ob 0,02 qr), qalıq-699,88 qramdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 10 avqust 2024-cü il tarixli 1423 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstələyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Bakı Şəhər Binəqədi Rayon İHB-nin Biləcəri qəsəbəsi İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X10 xx.xx.2024-cü il tarixli, xx/xx-9006 nömrəli arayışdan görünür ki, ünvan 7 ünvanında yaşayan xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-xx.xx.2020, xx.xx.2021-xx.xx.2021, xx.xx.2022-xx.xx.2022, xx.xx.2023-xx.xx.2023, xx.xx.2023xx.xx.2023, xx.xx.2024-xx.xx.2024, xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə “Opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” (F19x2) diaqnozu ilə yuxarıda adı göstərilən mərkəzdə könüllü olaraq stasionar müalicədə olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli rəydən görünür ki, baxış zamanı yarı kəsilmiş plasmas su qablarında hündürlüyü təxminən 0,50-1,50 m, ümumi çəkisi dibçəklərlə birlikdə 8,715 kq-a qədər olan aqrotexniki qulluq olunmuş 6 (altı) ədəd narkotik tərkibli çətənə kannabis bitkiləri aşkarlandı. Həmin bitkilər (əkilib-becərilməsi) kultivasiya edilməsi qanunla qadağan olunmuş, tərkibində narkotik maddələr olan, aqrotexniki qaydada qulluq göstərilmiş çətənə kannabis bitkiləridir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, himayəsində 1 (bir) nəfər azyaşlı uşağının olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3-cü bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi; məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanılmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanılması hesab olunur. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 5-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04 iyul 2024-cü il tarixdən 06 iyul 2024-cü il tarixədək 02 (iki) gün, 19 avqust 2024-cü il tarixdən 21 avqust 2024-cü il tarixədək 02 (iki) gün, cəmi 04 (dörd) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməlidir. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 12 dekabr 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə proflaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,601 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 699,88 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 12 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,601 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 699,88 qram çəkidə narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 64,80 (altmış dörd manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-135/2024
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-135/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver