Məhkəmə qərarları › İş №1(062)-136/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-136/2024

05.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-136/2024 05.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan X5 qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 05 noyabr 2024-cü il tarixdə Tovuz şəhərində xx.xx.1989-cu ildə Tovuz rayon, Xatınlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Tovuz rayonu, Cilovdarlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs - Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında sərxoş halda idarə etdiyi “X18111 CDİ minik” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Tovuz rayonu, Abulbəyli kəndi ərazisindən keçən avtomobil yolu ilə üzü Tovuz rayonu, Xatınlı kəndi istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, sürücü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən, hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, bu tələblərə riayət etməyərək, həmçinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, həmin tələblərə əsasən, yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olduğu halda, həmin tələbləri pozaraq 80 km/saat surətlə hərəkət edərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətlərini davam etdirməklə, həmin vaxt Tovuz rayonu Abulbəyli kəndinə dönən yol ayrıcında sola dönmə əməliyyatını yerinə yetirən sürücü Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “VAZ- 2103” minik markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sol körpücük sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır, həmin avtomobildə sərnişin qismində əyləşmiş X3 açıq kəllə beyin travması, baş beyinin kontuziyası, subdural və epidural hematoma və alın-gicgah sümüklərinin xətti sınığı ilə müşayiət edilən kəllənin dərialtı hematoması, sağ ayaq pəncəsinin sıyrıq izi ilə müşayiət edilən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır və həmin avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 baş beyinin kontuziyası, subdural və epidural hematoma, pnevmosefaliya, həmçinin sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət edilən açıq kəllə beyin travması, ağciyərlərin aspirasiyası və kontuziyası ilə nəticələnmiş döş qəfəsinin küt travması, dalağın, mədəaltı vəzin, nazik və yoğun bağırsaqların daxili qanaxma ilə müşayiət edilən zədələnməsi halında qarının küt travması, sağ bud sümüyünün boyununun yerdəyişməli sınığı, sol üz sinirinin travmatik zədələnməsi və sol üst göz qapağının parezi ilə nəticələnən dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, sürücülük edərək ailəsini dolandırır. O, xx.xx.2024-cü il tarixdə Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini X2 ilə aralarında olan şifahi razılaşmaya əsasən Cavanşir Mustafayevə məxsus “Mersedes Benz VİTO- 111 CDİ” markalı, VAQON tipli dizel mühərrikli, ** LP *** dövlət nömrə qeydiyyat nişanlı 08+1 oturacaq yerli minik avtomobilini icarəyə götürmüş və həmin avtomobil ilə Tovuz-Bakı marşurutu üzrə sərnişin daşıma fəaliyyəti ilə məşğul olur. 06 aprel 2024-cü il tarixdə saat 16 radələrində həmin avtomobil ilə sərnişin gətirmiş və Tovuz şəhər avtovağzalında sərnişinlər düşmüşlər. Həmin avtomobili Tovuz şəhəri Rəsulzadə küçəsində saxlayıb qapılarını bağlayaraq başqa taksi avtomobili ilə Tovuz rayonu Cəlilli kəndinə gəlmiş və orada bir neçə şəxsi işini görüb Tovuz rayonu Cəlilli kəndi ərazisində yerləşən yeməkxanada əyləşib tanışı Emin adlı şəxslə yemək yeyib bir ədəd 0,5 l-lik şüşə olmaqla araq içmişlər. 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində oradan çıxaraq Tovuz şəhəri Rəsulzadə küçəsində əvvəl saxladığı həmin avtomobilin yanına gəlib avtomobili Tovuz- Xatınlı avtomobil yolu ilə üzü Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru hərəkət etmişdir. Tovuz rayonu, Abulbəyli kəndi ərazisində yerləşən Vərəm Dispanserinin yaxınlığında avtomobili içkili halda saatda 80- km sürətlə idarə edərkən həmin vaxt yol örtüyü yağışdan sonra yaş olmuş, yəni az əvvəl yağış yağdığı üçün yol örtüyü yaş olmuşdur. Həmin vaxt təxminən 40 metr məsafədən qarşıda onunla eyni istiqamətdə yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru adını sonradan bildiyi Tovuz rayonu, Abulbəyli kənd sakini Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və həmin avtomobil onun hərəkəti üçün hər hansı maneə yaratmadığı üçün hərəkətini davam etdirmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili öz hərəkət yolunda saxlamış və öz hərəkət yolundan sola tərəf dönmək istəmişdir. Zərərçəkmiş şəxs1 idarə etdiyi həmin avtomobilin sola dönmə işığını yandırıb yandırmadığını xatırlamır. Həmin vaxt Tovuz rayonu, Xatınlı kəndi istiqamətindən yəni əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi hərəkət edib öz hərəkət yolu ilə keçib getdikdən dərhal sonra o, yolun öz hərəkət zolağında yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru sağ hərəkət yolundan sol hərəkət yoluna yəni qarşıdan Xatınlı istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin hərəkət yoluna çıxaraq həmin avtomobili ötmə əməliyyatına başlamışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilə həmin avtomobilə 30 metr məsafə qalmış Zərərçəkmiş şəxs1 avtomobilin güzgüsündən baxmadan yəni onun idarə etdiyi avtomobilin gəlməsini görmədən idarə etdiyi “VAZ-2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili yerindən hərəkətə gətirib sola tərəf döndərmişdir. O, toqquşmamaq üçün idarə etdiyi avtomobili sağa tərəf çəksə də toqquşmadan yayına bilməmiş və onun idarə etdiyi avtomobilin qabaq hissəsi həmin avtomobilin sol yan arxa hissəsinin arxa hissə ilə birləşən hissəsi ilə yolun orta hissəsində həmin avtomobilin qövsvari yəni yarı köndələn vəziyyətdə olarkən toqquşmuş və toqquşduqdan sonra o, idarə etməni itirmiş və idarə etdiyi həmin avtomobil yolun sağ kənarında olan elektrik dirəyinə çıpılaraq qalmışdır. Həmin avtomobil isə yolun sol kənarında olan daş hasara çırpılıb qalmışdır. Hadisə zamanı o, yüngül xəsarət alsa da xəstəxanaya müraciət etməmişdir. Həmin avtolmobildə olan sürücü və sərnişinlər xəsarət almışlar. Toqquşma 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində Tovuz-Xatınlı avtomobil yolunun Tovuz rayonu, Abulbəyli kəndi ərazisçindən keçən hissəsində yerləşən Vərəm Dispanserinin yaxınlığında baş vermişdir. Əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərə vurduğu zərərdən bir qədər köməklik etmişdir. Dəfələrlə onlarla barışıq əldə etməyə cəhd etmişdir. Onlarla barışıq əldə etmək üçün bir neçə dəfə müraciət etsə də barışıq əldə edə bilməmişdir. Onlara vurduğu maddi zərəri hissə-hissə ödəməyə hazırdır. Himayəsində azyaşlı uşaqları var. Hazırda hadisədən peşman olmasını, zərərçəkmiş şəxslərə yardım edərək onlarla barışıq əldə etməyə cəhd etməsini nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, idarə etdiyi “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobil anası X4 məxsusdur və anası ona avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində “VAZ-2103” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobili Tovuz-Xatınlı avtomobil yolu ilə üzü Xatınlı kəndi istiqamətinə doğru hərəkət etmişdir. Həmin vaxt avtomobilin salonunda arxa oturacaqda sağ tərəfdə qardaşı Qanuni nümayəndə arvadı Zərərçəkmiş şəxs2, sol tərəfdə isə arvadı Şahid, orta hissədə isə qardaşı qızı X8 və Mələyin bacısı X6 əyləşmişdir. Hadisə vaxtı onun arvadı Şahid 8 aylıq hamilə olmuşdur. Avtomobili Tovuz- Xatınlı avtomobil yolunun Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru Vərəm dispanserinin yaxınlığına çatdıqda Tovuz rayonu Abulbəyli kəndi ərazisində onun istiqamətində sol tərəfdə yerləşən yaşadığı evin yerləşdiyi küçəyə dönmək üçün 10 metr məsafə qalmış sola dönmə işığını yandırmış və qarşıdan əks istiqamətdən, yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin keçməsini gözləmək üçün avtomobili dayandırmışdır. Qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi keçdikdən sonra idarə etdiyi həmin avtomobili sola tərəf döndərmiş və hərəkətdə olarkən yəni onun idarə etdiyi avtomobil yarı köndələn vəziyyətdə olarkən arxadan hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli Mersedes Benz VİTO-111 CDİ markalı ** LP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini yüksək sürətlə, təxminən 120 km sürətlə idarə edərək həmin avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi VAZ-2103 markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsindən vurmuşdur. Toqquşmadan sonra həmin avtomobil idarə etməni itirmiş və həmin avtomobil yolun sağ kənarında olan elektrik dirəyinə çıpılaraq qalmışdır. Onun idarə etdiyi avtomobil isə yolun sol kənarında olan daş hasara çırpılıb qalmışdır. Hadisə zamanı o və onun avtomobilində olan sərnişinlər xəsarət almışlar. Toqquşma 06 aprel 2024-cü il tarixdə saat 18 radələrində Tovuz-Xatınlı avtomobil yolunun Tovuz rayonu Abulbəyli kəndi ərazisçindən keçən hissəsində yerləşən Vərəm Dispanserinin yaxınlığında Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli Mersedes Benz VİTO-111 CDİ markalı VAQON tipli dizel mühərrikli ** LP *** dövlət nömrə qeydiyyat nişanlı 08+1 oturacaq yerli minik avtomobilini sürücülük hüququ və vəsiqəsi olmaqla etibarnamə əsasında sərxoş vəziyyətdə idarə etdiyi Mersedes Benz VİTO-111 CDİ markalı VAQON tipli dizel mühərrikli ** LP *** dövlət nömrə qeydiyyat nişanlı 08+1 oturacaq yerli minik avtomobilini saatda 120 km sürətlə idarə edərkən yolun hərəkət hissəsi sulu olmaqla avtomobilinin hərəkəti üçün hər hansı maneə yaratmadığı vəziyyətdə əks istiqamətdən yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin gəlməsini görüb dayanmağı və əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi gəlib keçməsini gözləməyi, qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi keçdikdən dərhal sonra idarə etdiyi avtomobili sola tərəf hərəkət etdirib yarım köndələn vəziyyətdə olarkən həmin avtomobil tormoz vermədən onun hərəkət yolunda idarə etdiyi avtomobilin qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol arxa yan hissəsi ilə toqquşması şəratində baş vermişdir. Həmin avtomobili idarə edən sürücünün toqquşmadan yayınmaq üçün yolun sağ ehtiyat hissəsi ilə keçib getmək imkanı olsa da bundan istifadə etməmişdir. Hadisədən sonra Təqsirləndirilən şəxs onlara qismən ödəmə etsə də qohum və tanışlarının yanına gələrək barışıq əldə etmək istəsə də, onlarla heç bir ünsiyyət saxlamamış və barışıq üçün heç bir addım atmamışdır. Odur ki, Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində “VAZ-2103” markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili qayını Zərərçəkmiş şəxs1 Tovuz- Xatınlı avtomobil yolu ilə üzü Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru hərəkət etdirmişdir. Həmin vaxt avtomobilin salonunda arxa oturacaqda sağ tərəfdə o, orta hissədə onun qızları X8 və X6 əyləşmişlər. Arxa oturacaqda sol tərəfdə isə eltisi, yəni qayını Zərərçəkmiş şəxs1 arvadı Şahid əyləşmişdir. Həmin vaxt qayını Zərərçəkmiş şəxs1 avtomobilin Tovuz-Xatınlı avtomobil yolunun Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru Vərəm dispanserinin yaxınlığına çatdıqda Tovuz rayonu Abulbəyli kəndi ərazisində onun hərəkət istiqamətində sol tərəfdə yerləşən yaşadıqları evin yerləşdiyi küçəyə dönmək üçün 10 metr məsafə qalmış sola dönmə işığını yandırmış və qarşıdan əks istiqamətdən yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin keçməsini gözləmək üçün avtomobili dayandırmışdır. Qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi keçdikdən sonra qayını Raqif idarə etdiyi həmin avtomobili sola tərəf döndərmiş və hərəkətdə olarkən, yəni onun idarə etdiyi avtomobil yarı köndələn vəziyyətdə olarkən arxadan hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Mersedes Benz VİTO-111 CDİ” markalı ** LP *** dövlət qeydiyyat nişanlı minik avtomobilini yüksək sürətlə, təxminən saatda 120 km sürətlə idarə edərək həmin avtomobilin qabaq hissəsi ilə qayını Zərərçəkmiş şəxs1 idarə etdityi “VAZ-2103” markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsindən vurmuşdur. Toqquşmadan sonra həmin avtomobil idarə etməni itirmiş və həmin avtomobil yolun sağ kənarında olan elektrik dirəyinə çırpılaraq qalmışdır. Həmin vaxt qayını Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil isə yolun sol kənarında olan daş hasara çırpılıb qalmışdır. Hadisə zamanı onunla bərabər avtomobildə olan şəxslər xəsarət almışlar. Həmin avtomobili idarə edən sürücünün toqquşmadan yayınmaq üçün yolun sağ ehtiyat hissəsi ilə keçib getmək imkanı olsada bundan istifadə etməmitşdir. Toqquşma anınadək həmin avtomobilin şəraiti hansı məsafədən görməsi, hansı məsafədə hərəkət etməsi, onun sərnişini olduğu avtomobili hansı məsafədən görməsi barədə heç nə deyə bilmir. Təqsirləndirilən şəxs şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. İş üzrə Qanuni nümayəndə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 06 aprel 2024-cü il tarixdə saat 18 radələrində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı ona məlumat vermişlər. Hadisə yerinə gedərkən ailə üzvlərinin, qardaşı və onun ailəsinin maşında olduğunu və xəsarət almasını görmüşdür. Hadisənin necə baş verməsi barədə orada olan şahidlərdən eşitmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edir. İş üzrə Şahid məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 06 aprel 2024-cü il tarixdə, saat 18 radələrində “VAZ-2103” markalı, ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobili həyat yoldaşı Zərərçəkmiş şəxs1 Tovuz- Xatınlı avtomobil yolu ilə üzü Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru hərəkət etdirmişdir. Həmin vaxt avtomobilin salonunda arxa oturacaqda sağ tərəfdə qaynı Qanuni nümayəndə arvadı Zərərçəkmiş şəxs2, orata hissədə isə Zərərçəkmiş şəxs2 qızı X8 və onun bacısı X6 əyləşmişlər. Arxa oturacaqda sol tərəfdə isə o, özü əyləşmişdir. Həmin vaxt o, 8 aylıq hamilə olmuşdur. Zərərçəkmiş şəxs1 avtomobili Tovuz- Xatınlı avtomobil yolunun Tovuz rayonu, Xatınlı kəndi istiqamətinə doğru Vərəm dispanserinin yaxınlığına çatdıqda Tovuz rayonu, Abulbəyli kəndi ərazisində onun hərəkət istiqamətində sol tərəfdə yerləşən yaşadığı evin yerləşdiyi küçəyə dönmək üçün 10 metr məsafə qalmış sola dönmə işığını yandırmış və qarşıdan əks istiqamətdən yəni Tovuz rayonu, Xatınlı kəndi istiqamətindən hərəkət edən nəqliyyat vasitəsinin keçməsini gözləmək üçün avtomobili dayandırmışdır. Qarşıdan əks istiqamətdən hərəkət edən nəqliyyat vasitəsi keçdikdən sonra Raqif idarə etdityi həmin avtomobili sola tərəf döndərmiş və hərəkətdə olarkən yəni onun idarə etdiyi avtomobil yarı köndələn vəziyyətdə olarkən arxadan hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi qırmızı rəngli “Mersedes Benz VİTO-111 CDİ” markalı VAQON tipli, dizel mühərrikli, ** LP *** dövlət nömrə qeydiyyat nişanlı minik avtomobilini yüksək sürətlə, təxminən 120 km sürətlə idarə edərək həmin avtomobilin qabaq hissəsi ilə Zərərçəkmiş şəxs1 idarə etdityi VAZ-2103 markalı ** BC *** dövlət nömrə qeydiyyat nişanlı avtomobilin sol yan arxa hissəsindən vurmuşdur. Toqquşmadan sonra həmin avtomobil idarə etməni itirmiş və həmin avtomobil yolun sağ kənarında olan elektrik dirəyinə çıpılaraq qalmışdır. Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil isə yolun sol kənarında olan daş hasara çırpılıb qalmışdır. İşin 17-ci vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 06 apel 2024-cü il tarixli müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs 06 aprel 2024-cü il tarixdə 0,813 promil alkoqol sərxoşu olmuşdur. Cinayət işinin 24-cü vərəqəsində olan sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə “BC” dərəcəli AE 310956 saylı sürücülük vəsiqəsi verilmiş və həmin sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixədək etibarlıdır. İşin 167-ci vərəqəsində olan DİN-in BDYPİ-nə biləvasitə tabe olan X10 İmtahan və X17 tərəfindən 04 sentyabr 2024-cü il tarixli ***-**** saylı məktubdan Təqsirləndirilən şəxs adı sürücülük hüququndan məhrum edilənlərin siyahısında olmadığı görünür. İşin 104-cü vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 82-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 18 aprel 2024-cü il tarixli 272 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər - sol körpücük sümüyünün orta 1/3-nin qapalı, qəlpəli yerini dəyişmiş sınığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İşin 86-87-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 01 may 2024-cü il tarixli 311 saylı ekspert rəyindən görünür ki, X3 bədənində aşağıdakı xəsarətlər - açıq kəllə beyin travması, baş beyinin kontuziyası, subdural və epidural hematoma və alın-gicgah sümüklərinin xətti sınığı ilə müşayiət edilən kəllənin dərialtı hematoması, sağ ayaq pəncəsinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Cinayət işinin 88-90-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X15 16 may 2024-cü il tarixli 360 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər - baş beyinin kontuziyası, subdural və epidural hematoma, pnevmosefaliya, həmçinin sol gicgah sümüyünün xətti sınığı ilə müşayiət edilən açıq kəllə beyin travması, ağciyərlərin aspirasiyası və kontuziyası ilə nəticələnmiş döş qəfəsinin küt travması, dalağın, mədəaltı vəzin, nazik və yoğun bağırsaqların daxili qanaxma ilə müşayiət edilən zədələnməsi halında qarının küt travması, sağ bud sümüyünün boyununun yerdəyişməli sınığı, sol üz sinirinin travmatik zədələnməsi və sol üst göz qapağının parezi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İşin 114-cü vərəqəsində olna 29 iyul 2024-cü il tarixli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. Cinayət işinin 115-118-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 iyul 2024-cü il tarixli 8/1557 saylı ekspert rəyinin tədqiqatın nəticəsində göstərilir: “X18-111” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1ci bəndinin və 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluqla hadisəsinin baş verməsi arasında səbəbli əlaqə olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisəsinin qarşısını almağa texniki imkanı olmaqla sürücü Təqsirləndirilən şəxs “X18- 111” markalı avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış bir-birini tamamlayan sübutların cəminə obyektiv qiymət verərək, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl iş materialları, zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri və özünün etiraf edici ifadəsi və ekspert rəyləri ilə tam sübuta yetirilir, onun bu əməli Azərbaycan Respublikası CM-nin 263-1.2ci maddəsi ilə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 41-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 44-46-cı vərəqələrində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü Aydan, xx.xx.2011-ci təvəllüdlü Mətləb və xx.xx.2023-cü il təvəllüdlü Mehdi adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-ci maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməldən səmimi peşman olmasını, ilk dəfə cinayət törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə vurduğu zərərdən qismən ödəmə etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etmək üçün cəhd etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 62-ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yeri olmasını, Azərbaycan Respublikası CPM-nin 155.1-ci maddəsində göstərilən halların olmamasını nəzərə alaraq, barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini məqsədə müvafiq hesab etmir. Ona görə də Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut olan “X18-111 CDİ” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2103” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343- 347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Cinayət işi üzrə çəkilmiş 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut olan “X18-111 CDİ” markalı, **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobil və “VAZ 2103” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmdən 20 (iyirmi ) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar