Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-137/2024 31.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1987-ci ildə Tovuz rayonu Aşağı Ayıblı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 25 iyun 2024-cü il tarixdə, saat 17 radələrində Tovuz rayonu, Əyyublu kəndində qonşusu Zərərçəkmiş şəxs ilə su arxının haradan çəkilməli olduğunu aydınlaşdıran zaman aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaq qərarına gəlmiş, bu niyyətlə onun sifət nahiyəsinə bir neçə dəfə yumruq zərbəsi vurаraq sonuncuya sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda Tovuz rayonu Əyyublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Hər hansı bir yerdə işləmir. Evlidir, himayəsində 2 azyaşlı uşaqları var. Özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamaq üçün bənna işləyir. Zərərçəkmiş şəxs onun həmkəndlisi, eyni zamanda qonşusudur. Vahid ilə qardaşı Vüsalın arasında əvvəllər ədavət və davaları olmuşdur. Həmin dava-ədavət ilə əlaqədar hazırda Tovuz rayon məhkəməsinin qərarı ilə sonuncu azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Zərərçəkmiş şəxs əvvəllər onunla heç bir münaqişəsi, ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində o, tək yaşadığı evdən çıxaraq işləmək üçün həmkəndlisi Nemət adlı şəxsin evinə getmək məqsədilə Tovuz-Qazax avtomobil yoluna doğru piyada getmişdir. Həmin vaxt qardaşı Vüsalın evinin yanından keçdikdə küçədə Zərərçəkmiş şəxs görmüşdür. Belə ki, Vahid onun önü ilə tək piyada getmişdir. O, həmin vaxt bir qədər hərəkət tempini azaldıb Vahidin ondan daha da uzaqlaşmasını gözləmişdir. Bir qədər sonra Vahid küçənin döngə hissəsindən digər küçəyə dönmüşdür. O, həmin əraziyə çatdıqda Vahidin dayanaraq tək gözlədiyini görmüşdür. O, heç bir söz demədən Vahidin yanından tək ötüb keçdikdə sonuncu ona “Sənin qardaşın sənə qaz yanacağı vermir” demişdir. O, Vahidin həmin sözünə sakit formada “Qardaşım bilər, mən bilərəm” demişdir. Həmin vaxt aralarında təxminən 1 metr məsafə olmuşdur. Bundan sonra Vahid ona “Siz kimsiz ki, mənə deyirsiz ki, su arxımı öz torpaq sahəmdən çəkim, yol ilə çəkməyim” demiş, o, həmin vaxt Vahidə yol ilə arxın çəkilməsinin mümkün olmayacağını bildirmişdir. Vahidin torpaq sahəsi onun evinin qarşısındadır. Vahid həmin torpaq sahəsinə gedən su arxını küçə ilə çəkmək istədiyi üçün aralarında mübahisə yaranmışdır. Beləliklə onlar bir qədər də mübahisə yönümlü söhbət etdikdən sonra Vahid bir neçə addım ona yaxınlaşmış və sol əlini sol çiyin nahiyəsinə qoyub “Qardaşına iz salmışam, elə etmə ki, sənə də iz salım” deyib su arxını yol ilə çəkəcəyini demişdir. Həmin vaxt o, Vahidə “gəl gedək göstər görüm sən su arxını haradan çəkəcən” demişdir. Bu zaman Vahid öz yaşadığı evə gedib bir neçə dəqiqə sonra evindən çıxmışdır. O isə öz evinin qarşısına gedib küçədə Vahidi gözləmişdir. Zərərçəkmiş şəxs öz torpaq sahəsinə doğru yaxınlaşdığını görmüşdür. Həmin vaxt Vahid ona yaxınlaşmışdır. O, Vahidə yolu göstərib “De görüb buradan necə arx çəkəcən?” demişdir. Həmin vaxt Vahid əli ilə yolu göstərib “Bax elə buradan istədiyim su arxımı çəkəcəm” demişdir. O, yenidən yol ilə su arxının çəkilməsinin mümkün olmayacağını, buna imkan verməyəcəyini demişdir. Həmin vaxt Vahid onun ünvanına deyilməsi etik normalara sığmayan nalayiq ifadə işlədib “Sənin acığına su arxımı bu yol ilə çəkəcəm” deyib anidən sağ əli ilə sol qulağından zərbə ilə vurmuşdur. Vahidin onu təhqir etməsinə və vurmasına görə o, da ayaqüstə Vahidin boyun və kürək hissəsindən hər iki əli ilə qucaqlayıb yerə yıxmışdır. Yerə yıxdıqdan sonra Vahidin üzərində olan vaxt sağ əli ilə bir-birinin ardınca Vahidin baş nahiyəsinə vurmuşdur. Vahidlə aralarında baş vermiş davadan əvvəl küçədə, yəni onların yaxın ətraflarında hər hansı şəxs olmamışdır, onların dava və səs-küylərindən sonra onun arvadı Şahid1 yaşadığı evdən çıxıb onlara yaxınlaşmışdır. Arvadı Şahid1 onlara yaxınlaşdıqda onlar Vahidlə hələ də yerdə olmuşlar. O, Vahidin üzərində yerdə olmuşdur. Arvadı Aidə onları aralamağa çalışmış, onlar ayaqüstə durduqda arvadı Aidə yenidən onları aralamağa çalışdıqda Zərərçəkmiş şəxs arvadı Aidənin sağ qılçasına topuqdan yuxarı dizə qədər olan hissəyə ayaq zərbəsi vurduğunu görmüşdür. Həmin vaxt o, Vahidə yenidən hücum edib vurmağa çalışmış, lakin hadisə yerinə toplaşmış qonşusu Şahin, Şəadət, Gülşən onları aralamışlar. Onların arasında olan dava ümumilikdə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt onun üzərində hər hansı kəsici-deşici alət olmamışdır. O, Vahid ilə dava etdikdən sonra arvadı Aidə və qardaşı arvadı Gülşən onu yaşadığı evə aparmışlar. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, hazırda hər hansı bir yerdə işləmir. Sürücü olaraq işləyərək özünün və ailə üzvlərinin gündəlik tələbatlarını qarşılamağa çalışır. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs qardaşı Vüsal Mirzəyevlə onun arasında xx.xx.2023-cü il tarixdə dava olmuş və hazırda həmin dava ilə əlaqədar Tovuz rayon məhkəməsinin qərarı ilə o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Vüsal Mirzəyevlə aralarında münaqişə olsa da sonuncunun qardaşı Təqsirləndirilən şəxslə münasibətləri daim yaxşı olmuş, münaqişələri olmamışdır. xx.xx.2024cü il tarixdə saat 17 radələrində o, həmkəndlisi Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olan torpaq sahəsində kartof məhsulunu çıxarmışdır. O, torpaq sahəsində işləyən fəhlələrə su gətirmək üçün tək yaşadığı ev istiqamətinə gedərkən həmkəndlisi Təqsirləndirilən şəxs də onun arxası ilə gəlmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşıb su arxını öz torpaq sahəsindən çəkdirməyinə dair ona göstəriş vermişdir. O, isə su arxının yol kənarı ilə çəkilməli olduğunu, hər yerdə bu qaydada olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə onun fikri ilə razılaşmayaraq arxın yol ilə yox, öz torpağından çəkilməli olduğunu bir daha aqressiv formada bildirmişdir. O, səbəbini soruşduqda belə əsaslandırmışdır ki, avtomobil yolu ensizdir, buna görə də yolu daha da ensiz etməmək üçün torpaq sahəsinin önündən çəkilmiş su arxının onun torpaq sahəsindən çəkilməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs su arxı öz torpaq sahəsindən çəkməyəcəyini bildirmişdir. Əgər dövlət nümayəndəsi qismində kənd bələdiyyəsi və icra nümayəndəliyindən səlahiyyətli şəxslər gəlib qanun çərçivəsində əsaslandırmaqla su arxını onun torpağından çəkilməli olduğunu bildirsələr, o halda arxı öz torpaq sahəsindən çəkər. Başqa halda sən və ya kiminsə şəxsi tələb və istəyi ilə su arxını öz pay torpağından çəkməyəcəyini demişdir. Bundan sonra o, mübahisənin böyüməməsi üçün Təqsirləndirilən şəxs yanından uzaqlaşmışdır. Bundan təxminən 10 dəqiqə sonra o, yaşadığı evdən içməli su götürüb fəhlələrə aparmaq üçün torpaq sahəsinə doğru tək piyada getmişdir. Torpaq sahəsinə yaxınlaşdıqda Təqsirləndirilən şəxs torpaq sahəsinin yaxınlığında su arxının yanında tək dayanaraq gözlədiyini görmüşdür. O, torpaq sahəsinə daxil olmaq istədikdə Təqsirləndirilən şəxs ona doğru baxıb əli ilə işarə edərək ona “Bura gəl” demişdir. O, da Təqsirləndirilən şəxs yaxınlaşmışdır. Təqsirləndirilən şəxs əli ilə su arxını göstərib bir qədər uca səslə və əsəbi formada həmin arxı onun torpaq sahəsindən çəkdirəcəyini demişdir. O, da cavabında “sən kimsən ki, özbaşına mənim torpaq sahəmdə nəsə iş görəsən” demişdir. Bu zaman Təqsirləndirilən şəxs ona “Sən qardaşı Vüsalla da dalaşıb dava etmisən, qardaşı Vüsalın cinsi orqanını sənin ağzına olsun” deyib sinəsindən onu itələmişdir. Bu zaman o, da Təqsirləndirilən şəxs sinəsinə vurduqda sonuncu onu yerə yıxıb üzərinə çıxmış və onun sifətinə, bədəninin müxtəlif yerlərinə yumruqla və təpiklə bir-birinin ardınca vurmuşdur. O, da Təqsirləndirilən şəxs zərbə endirməyə çalışsa da, Rəşad onun üzərində olduğu üçün müqavimət göstərib özünü müdafiə edə bilməmişdir. Həmin vaxt onlar dava etdikdən sonra hadisə yerinə Təqsirləndirilən şəxs arvadı Aidə, qonşuları Şahin gəlmişlər. Həmin vaxt Şahin Təqsirləndirilən şəxs onun üzərindən qaldırıb onları aralamışdır. Həmin vaxt kartof çıxardığı torpaq sahəsində olan arvadı Şahid3 ilə Rəşadın arvadı Şahid1 mübahisə etmişlər. Arvadı Şahid3 torpaq sahəsindən yola çıxış üçün nəzərdə tutulan qapını açmaqda çətinlik çəkdiyi üçün onlara yaxınlaşa və yola çıxa bilməmişdir. Aidə isə yolda, onlardan bir qədər kənarda dayanmışdır. Arvadı Şahnaz qapını açıb yola çıxdıqdan sonra hər ikisi yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxslə davaları təxminən 2 dəqiqə davam etmişdir. Dava vaxtı Təqsirləndirilən şəxs onun qarın və hər iki göz nahiyəsinə yumruq ilə zərbələr endirmişdir. O, da Təqsirləndirilən şəxs üz nahiyəsinə yalnız bir dəfə əli ilə zərbə endirmişdir. Onun Rəşadın arvadı Aidə ilə arasında heç bir dava-dalaş olmamışdır. O, Aidəyə heç bir zərbə endirməmiş, onu döyməmişdir, ümumiyyətlə həmin gün Aidə ilə onun arasında təxminən 3-5 metr məsafə olmuşdur. Rəşad ilə onun arasında olan davanı Şahin yaxından görmüş və onları aralamışdır. Eyni zamanda Arvadı Şahnaz da kənardan onların davasını görmüşdür. Torpaq sahəsində işləyən fəhlələr onlardan kənarda olmuş və onlar davanı görməmişlər. Həmin vaxt küçədə heç kəs olmamışdır. Sonradan hadisə yerinə Şahin, Rəşadın arvadı Aidə və arvadı Şahnaz gəlmişlər. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxslə barışmasını və şikayətinin olmamasını nəzərə alıb, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X3 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 515 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sol hər iki göz qapaqlarının və sol gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları, sağ qaş nahiyənin qançır-şişkinliyi küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələri (yumruq, təpik və s.) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əməl gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Gülay və xx.xx.2018-ci ildə anadan olmuş Aylin adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək, Təqsirləndirilən şəxs ilə barışmasını, ona dəymiş ziyanın ödənilməsini, sonuncudan şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsi barədə cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-137/2024
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-137/2024
31.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver