Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-138/2023 13.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs2 Azad oğlunun iştirakı ilə, xx.xx.1972-ci ildə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 24 yanvar 2022-ci il tarixdə, saat 24 radələrində alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi, “X1 Cəmiyyətinə məxsus, 27 noyabr 2014-cü il tarixli, 1775-L/14 nömrəli lizinq müqaviləsi əsasında əldə edərək idarə etdiyi “Belarus-892” markalı, qeydiyyat nişanı olmayan traktorla Tovuz rayonu, Alakol kəndinin ərazisində üzü Tovuz-Zəyəm avtomobil yolu istiqamətində hərəkətdə olarkən “X2” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin, 36-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin, 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin və 49-cu maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən traktoru dövlət qeydiyyat nişanı olmadan sərxoş vəziyyətdə idarə etməməli, diqqətini daim dəyişən yol şəraitindən və nəqliyyat vasitəsinin idarə olunmasından ayırmamalı, idarə etdiyi nəqliyyat vasitəsinin öz hərəkət zolağı ilə hərəkət hissəsinin sağ kənarına mümkün qədər yaxın idarə etməli, qarşıdan əks istiqamətdə nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə nəqliyyat vasitəsinin hərəkət hissəsinin ortası ilə, nəqliyyat vasitəsinin sol hissəsi qarşı sol hərəkət hissəsində olmaqla idarə edərək bir-birinin hərəkəti üçün təhlükə yaratmamalı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, normal hərəkət zamanı nəqliyyat vasitəsinin sürücüsü vəziyyətdən asılı olaraq yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməli və beləliklə də, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu qaydalara əməl etməyib öz hərəkətini davam etdirərək əks hərəkət zolağında əks istiqamətdə, yəni Şəmkir rayonunun Tatarlı kəndi istiqamətdə hərəkət edən, Şəmkir rayonunun Tatarlı kənd sakini Şahid1 idarə etdiyi və ona məxsus “Mersedes Benz C180” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan həmin traktorda əyləşmiş sərnişin Zərərçəkmiş şəxs3 sol tərəfli pnevmotaraksla nəticələnmiş döş qəfəsinin qapalı küt travması, alın nahiyəsinin sıyrıqları və sol yanaq nahiyəsinin səthi yarası ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır, habelə, “Mersedes Benz C180” minik markalı, **-KF-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşmiş sərnişinlər Zərərçəkmiş şəxs1 burun nahiyəsinin burun sümüyünün və burun sümüyünün alın şaxəsinin yerdəyişməli sınığı ilə müşayiət edilən qançır-şişkinliyi və əzilmiş yarası, üst dodaq nahiyəsinin qançır-şişkinliyi və həmin nahiyənin selikli qişasının səthi yarası, sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma və qançırları ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır, Zərərçəkmiş şəxs2 Azad oğlunun boyun əzələlərinin Vİ boyun fəqərəsinin arxa qövsünün və arxa çıxıntısının sağ tərəfli yerdəyişməli sınığı və travmatik sıxılması ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurulmasına səbəb olmuşdur.Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz rayon Dönük Qırıqlı kəndində ailəsi ilə birlikdə yaşayır. “Belarus-892” markalı qeydiyyat nişanı olmayan traktoru lizinq müqaviləsi əsasında 05 dekbar 2014-cü il tarixdə almış, həmin traktoru sürücülük vəsiqəsi əsasında idarə edir. 24 yanvar 2022-ci il tarixdə saat təxminən 20-21 radələrində Alakol kəndində həmkəndlisi Rasif adlı şəxslə birlikdə adını xatırlamadığı şəxsin evinin həyətində traktorunun arxa tərəfinə qoşulmuş ot üyüdən aparatla 30 ədəd presdə olan otu üyüdüb qurtardıqdan sonra ev sahibi onlara evində yemək-içmək vermişdir. Həmin qonaqlıq zamanı özü təxminən 100 qram araq içmişdir. Saat təxminən 24 radələrində evdən çıxıb traktorunun kabinasına əyləşmiş, otüyüdən isə həyətdə qalmış, yəni, traktora qoşulmamışdır. Ev sahibi ona içkili olduğunu deyib traktoru həyətdə qoyub getməyi təklif etsə də onu eşitməmişdir. Alakol kəndində kənd arası yolla asta sürətlə Dönük Qırıqlı kəndində olan evinə xətasız gedəcəyini güman edib traktorunu həyətdən hərəkət gətirib idarə etməyə başlamışdır. Həmin vaxtı həmkəndlisi Rasif də kabinada əyləşmişdir. Asfalt yola çıxıb üzü Alakol kəndinin Tovuz-Zəyəm avtomobil yoluna götürdükdə giriş hissəsinə doğru hərəkətdə olmağa başlamışdır. Alakol kəndində hərəkət istiqamətinin sağ tərəfində yerləşən mağazanı görüb siqaret almaqdan ötrü traktoru sağa çəkmiş, həmin vaxtı da mağazanın bağlı olmasını görüb traktoru öz hərəkət zolağında asfaltın üzərində 5 km saat sürətləı idarə etməyə başlamışdır. Traktor texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Qabaq işığı yaxına vurma işığı rejimində yanırmış. Hərəkəti üçün yolda heç bir maneə olmamışdır. Yol tamamilə boş vəziyyətdə olmuşdur. Yorğun və yuxulu olmamışdır. Bu zaman hərəkətinin əks istiqamətində nömrəsini görmədiyi “Mersedes- Benz” markalı avtomobilin gəlməsini görmüşdür. Həmin anda idarə etdiyi traktorla bu avtomobilin arasında təxminən 100-150 metr məsafə olmuşdur. Bu avtomobilin idarə etdiyi traktorun hərəkəti üçün heç bir təhlükə törətmədiyini görüb sakit tərzdə həmin sürətlə də, yəni, 5 km saat sürət ilə traktorunu öz hərəkət zolağında hərəkət etdirməyə başlamışdır. “Mersedes- Benz” markalı avtomobilin sürəti təxminən 100 km saat olmuşdur. Həmin avtomobilin işıqları gur yanmırmış, yəni, uzağa vurma rejimində işləməmişdir. Ona görə də avtomobilin işıqları onun hərəkəti üçün heç bir maneə törətməməklə yanaşı gözünə də düşməmişdir. Bu zaman gözləmədiyi halda ”Mersedes-Benz” markalı avtomobilin sürücüsü nə səbəbdənsə də avtomobilini idarə edə bilməmiş, nəticədə hərəkət zolağına daxil olub avtomobilin ön tərəfi gəldiyi sürətlə də idarə etdiyi traktorun sol qabaq təkərinə dəymişdir. “Mersedes-Benz” markalı avtomobilin sürücüsü avtomobili ilə yoluna daxil olduğu anda aralarında təxminən 10- 15 metr məsafə olmuşdur. Ona görə də hadisənin qarşısını ala bilməmişdir. Toqquşma hadisəsi baş verən vaxtı ətrafda heç kim olmamışdır. Toqquşmadan sonra hadisə yerinə kənd sakinləri gəlmiş və həmin şəxslər birləşib ”Mersedes-Benz” markalı avtomobildə sürücü ilə birlikdə olan cəmi 5 nəfər şəxsi maşından çıxartmışlar. Sürücü sonradan tanıdığı Şəmkir rayon Tatarlı kənd sakini Tural adlı şəxs çıxmışdır. Digər şəxsləri tanımamışdır. Hadisə yerinə zənginə əsasən gəlmiş oğlu Dəmir İsmayılov DİN-nin 102 Zəng Xidmətinə zəng edib baş vermiş toqquşma yol-nəqliyyat hadisəsi barədə məlumat vermişdir. Bundan sonra Tovuz RPŞ-nin X3 bölməsinn əməkdaşları müstəntiqlə birlikdə hadisə yerinə gəlmişlər. Burada olub axıra kimi hadisə yerində qalmış və hadisə yerinə baxışda iştirak etmişdir. Daha sonra, Tovuz rayon xəstəxanasında tibbi müayinədən keçmiş və burada həkim tərəfindən tərtib edilmiş protokola imza atıb spirtli içki qəbul etməyini özü yazaraq etiraf etmişdir. Həmin vaxtı onu müayinə edən həkimi aldatmaqdan ötrü ona yalandan arağı səhər vaxtı içməyini deyib bu barədə həmin protokolda öz xətti ilə yazmışdır. Amma, faktiki olaraq hadisədən 1-2 saat əvvəl evində işlədiyi şəxs onu öz evində qonaq edərkən araq içmişdir. Hazırda əməlindən peşmandır. Zərəçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ondan heç bir şikayət və tələbi yoxdur. Digər zərərçəkmiş şəxs isə hazırda ölkə hüdudlarından kənardadır. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 Azad oğlu ifadəsində göstərdi ki, Şəmkir rayon Tatarlı kəndində yaşayır və Şahid1 həmkəndlisidir. Turalın özünə məxsus “Mercedes Benz” markalı ** KF *** dövlət nömrə nişanlı avtomaşını vardır. 24 yanvar 2022-ci il tarixdə saat 22 radələrində o, həmkəndliləri Amin, Eldəniz və Gündüzlə Tovuz rayonu, Qovlar şəhərində “Zalotoy” adlanan çay evində çay içmişlər. Saat təxminən 23 radələrində evə getmək qərarına gəlmişlər. Bu vaxt nəqliyyat vasitəsi tapa bilmədikləri üçün Amin həmkəndlisi Turala zəng edib gəlib onları aparmasını xahiş etmişdir. Təxminən 40 dəqiqə sonra Tural gəlib çıxmış, onlar avtomaşına əyləşib Şəmkir rayonu, Tatarlı kəndi istiqamətində hərəkət etməyə başlamışlar. Tural sükan arxasında, ön sağ oturacaqda Eldəniz, arxa oturacaqda sağda Gündüz, ortada Amin arxa sol tərəfdə isə özü əyləşmişdir. Tovuz rayonu, Alakol kəndinə el arasında aşıq Zülfiyyə kimi tanınan aşığın evinin qarşısına çatdıqda qarşıdan əks istiamətdə gələn traktor markalı avtomaşın onların yolumuza çıxmışdır. Traktorun ön işıqları uzaq vuran işıqda yanırmış, onların avtomaşınına çatmağına 2-3 metr qalmış sürücü avtomaşının projektorlarını da yandırmışdır. Traktor onların avtomaşına çatmağına təxminən 10 metr qalmış onun olduğu avtomobilin hərəkət zolağımıza çıxdığı üçün hər iki avtomaşınlar toqquşmuşdur. Bu vaxt başı sürücünün oturacağına dəyib geri qatlanmış və boynundan xəsarət almışdır. Qəzadan sonra Amin qohumlarına zəng edib çağırmışdır. Həmin şəxslər gəlib onları xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Tovuz rayonu, Dönük Qırıqlı kəndində yaşayır. Təqsirləndirilən şəxs həmkəndlisidir. Telmanın “Belarus” markalı traktoru var. Telman traktorla əkin sahələrində yer şumlayır. O da, əksər vaxlarda Telmanla işə gedib-gəlir. 24 yanvar 2022-ci il tarixdə saat 23 radələrində Telmanla birlikdə ona məxsus traktorla Tovuz rayonu, Alakol kəndində oğlunun qaynatası İsanın yaşadığı evdə oturub yemək yemişlər. İsa və Telman həmin vaxt spirtli içki olan araq içmişlər. O, isə spirtli içki içmədiyi üçün onlarla araq içməmişdir. 24 yanvar 2022-ci il tarixdə saat 22 radələrində Telmanla İsanın evindən çıxıb Telmana məxsus traktora əyləşmişlər. Telman traktoru hərəkətə gətirib üzü Alakol kəndinin içərisi ilə Dönük Qırırlı kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Alakol kəndində asfalt yolla hərəkətdə olarkən Telamn yolun kənarında olan marketdən siqaret almaq istəmiş,ona görə də traktoru yolun kənarına sürüb saxlamışdır. Market bağlı olduğu üçün Telman yenidən traktora qayırmış və traktoru hərəkətə gətirib üzü Tovuz rayonu, Dönük Qırıqlı kəndi istiqamətində hərəkətini davam etdirmişdir. Bu vaxt əks hərəkət zolağı ilə hərəkətdə olan Mercedes markalı avtomaşınla Telmanın idarə etdiyi avtomaşın toqquşmuşdur. Toqquşma zamanı kürək nahiyəsi traktorun salonuna dəymiş,nəticədə xəsarət almışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Tatarlı kəndində yaşayır. “Mersedes Benz C180” minik markalı ** KF *** qeydiyyat nişanlı minik avtomobil özünə məxsus olmuş, avtomobili sürücülük vəsiqəsi əsasnda idarə etmişdir. Hal-hazırda “Mersedes Benz C180” minik markalı ** KF *** qeydiyyat nişanlı minik avtomobilini 24 yanvar 2022-ci il tarixdə saat 24 radələrində Tovuz rayonu Alakol kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsindən sonra yararsız hala düşdüyündən 2022-ci ilin fevral ayında Gəncə şəhərində Elnur adlı şəxsə 1500 (min beş yüz) manata satmışdır. Tovuz rayon Dönük Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 24 yanvar 2022-ci il tarixdə saat təxminən 23 radələri olarmış. Bu zaman evdə olmuşdur. Həmkəndlisi Zərərçəkmiş şəxs1 ona zəng edərək Qovlar şəhərində “Zolotoy kafe” adlanan yerdə digər həmkəndliləri Şahid2, Şahid3, Zərərçəkmiş şəxs2 Azad oğlu ilə birlikdə olmalarını bildirib , gəlib onları kafedən götürüb evlərinə gətirməyi xahiş etmişdir. O, da həmin şəxslərlə münasibəti yaxşı olduğu üçün Aminə etiraz etməmiş və özünün “Mersedes Benz C180” minik markalı ** KF *** qeydiyyat nişanlı minik avtomobilinə minib Tatarlı kəndindən Qovlar şəhərinə deyilən ünvana gəlmişdir. Buraya gələndə avtomobildə tək olmuşdur. Spirtli içki içməmişdir. Kafeyə girib onlarla görüşüb bir stəkan kofe də içmişdir. Burada təxminən 20 dəqiqə olmuşdur. Kafeyə gəldikdə onların hərəsinin qarşısında içi dolu olan bir bokal pivə görmüşdür. Avtomobilini özü sürməyini nəzərə alıb pivə və digər spirtli içki sifariş verməmiş, habelə içməmişdir. Saat təxminən 24 radələrində kafedən çıxmışlar. Yanında Şahid2, arxa sol tərəfdə Zərərçəkmiş şəxs2 Azad oğlu, ortada Zərərçəkmiş şəxs1, sağ arxa tərəfə isə Şahid3 oturmuşlar. Avtomobildə digər yük olmamışdır. Maşınla Qovlar şəhərinin ərazisindən keçən Tovuz-Zəyəm avtomobil yolu ilə üzü Zəyəm istiqamətində hərəkət etməyə başlamışdır. Qovlar şəhərindən təxminən 4 km aralıda olan Alakol kəndinin giriş hissəsinə çatıb sağa dönərək Alakol kəndinin ərazisində olan asfalt yolla üzü Tatarlı kəndi istiqamətinə doğru avtomobili idarə etməyə başlamışdır.Yorğun və yuxulu olmamışdır. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobillə Alakol kəndi ilə hərəkət edib sonra sağa dönüb Tovuz rayon İbrahimhacılı kəndinə çıxmalı və buradan da üzü Tatarlı kəndi istiqamətində hərəkətini davam etdirməliymiş. Kəndin içərisi olduğundan asfalt yolda avtomobili 40-50 km saat sürətilə idarə etmişdir. Hərəkəti üçün heç bir təhlükə olmamış, yolun asfalt örtüyü qarlı olmamış, eyni zamanda da yol sürüşkən vəziyyətdə olmamışdır. Hava qaranlıq olsa da duman olmamışdır, avtomobil faralarının işığı altında yolu görmək tamam mümkün olmuşdur. Asfalt yol və onun sağ və sol tərəfləri tamam boş olmuşdur. Həmin vaxtı hərəkətinin əks istiqamətində asfalt üzərində “Belarus” markalı qeydiyyat nişanı olmayan traktorun uzağa və yaxına vurma işıq rejimində öz hərəkət zolağında gəlmiş vəziyyətdə olmasını görmüş aralarında təxminən 50 metr məsafə olmuşdur. Traktorun sürücüsünə idarə etdiyi “Mersedes Benz C180” Minik markalı ** KF *** qeydiyyat nişanlı minik avtomobil ilə gəlməyi barədə avtomobilin qabaq işıqlarını yandırıb-keçirməklə xəbərdar etmiş və gəldiyi 50 km saat sürətilə hərəkətini davam etdirmişdir. Həmin anda traktor onun hərəkəti üçün heç bir maneə törətməmişdir. Traktorun sürücüsünün onu avtomobillə gözləyəcəyini, ondan sonra hərəkət edəcəyini güman edib öz hərəkot zolağı ilə gedən vaxtı gözləmədiyi halda traktorun sürücüsü traktorla sol tərəfə dönməyə başlamışdır. Asfalt üzərində qarşı-qarşıya nəqliyyat axınını ayırmaq üçün uzununa çəkilmiş ağ rəngli bütöv xətt vardır. Həmin vaxtı traktor qabaq sol təkəri ilə bu xətti keçməklə hərəkət zolağına daxil olmuşdur. Bu elə bir ani halda baş vermişdir ki, ayağını əyləcə ata, eyni zamanda da sükanını sağa döndərməyə vaxt imkanı tapa bilməmişdir, toqquşma hadisəsi baş vermiş, yəni, idarə etdiyi avtomobilin qabaq sol tərəfi traktorun qabaq sol təkərinin iç tərəfindən dəymişdir. Zərbənin təsirindən avtomobili yerində fırlanmış, o və avtomobildə olan sərnişinlər xəsarətlər almışlarr. Traktorun sürücüsü, adını sonradan bildiyi Tovuz rayon Dönük Qırıqlı kənd sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Həmin şəxs zəng edib oğlunu çağırmış,sonradan həmin şəxsin oğlu gəlib DİN-nin 102 Zəng Xidmətinə zəng edib hadisə barəsində məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 da digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 55 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar edilmiş xəsarətlər-burun nahiyyəsinin burun sümüyünün və burun sümüyünün alın şaxəsinin yerdəyişməli sınığı ilə müşayiət edilən qançır-şişkinliyi və əzilmiş yarası,üst dodaq nahiyəsinin qançır-şişkinliyi və həmin nahiyənin selikli qişasının səthi yarası,sağ hər iki göz qapaqlarının və sağ gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayiət edilən qançırları küt əşyaların təsiri nəticəsində, yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 66 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədən səthində aşkar edilmiş xəsarətlər - sol tərəfli pnevmotaraksla nəticələnmiş döş qəfəsinin qapalı küt travması,alın nahiyəsinn sıyrıqları və sol yanaq nahiyəsinn səthi yarası küt əşyaların təsirindən müayinədən 3-5 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən tarixdə, yəni, xx.xx.2022-ci il tarixdə əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs3 bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə ,yəni, onun sərnişini olduğu avtomobilin hərəkətdə olan digər avtomaşınla toqquşması nəticəsində əmələ gəlməsi istisna edilmir. Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 67 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 Aydın oğlunun bədən səthində aşkar edilmiş xəsarətlər-boyun əzələlərinin Vİ boyun fəqərəsinin arxa qövsünün və arxa çıxıntısının sağ tərəfli yerdəyişməli sınığı və travmatik sıxılması küt əşyaların təsiri nəticəsində, yəni, xx.xx.2022-ci il tarixdə hərəkətdə olan avtomobillərin toqquşması nəticəsində əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli 8/1669 №-li ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Belarus-892” markalı qeydiyyat nişanı olmayan traktorunun sürücüsü Təqsirləndirilən şəxs sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin 1-ci bəndinin və 49cu maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrinin tələblərinə riayət etməklə onun hadisənin qarşısnı almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxstraktoru dövlət qeydiyyat nişanı olmadan idarə etdiyindən onun hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs traktoru sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “X2” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş 50 №-li protokoldan görünür ki, həmin gün saat 01:55 dəqiqədə Təqsirləndirilən şəxs spirtli içkinin qalığı müşahidə olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Naziriliyi Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Tovuz RQİ və TB şöbəsindən verilmiş xx.xx.2023-ci il tarixli 12 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək “Bİ,B,Cİ,C “ kateqoriyalı, BC-310759 №-li sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük vəsiqəsindən məhrum edilənlər siyahısında yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cц il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etiraf edici ifadəsi ilə yanaşı, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “X2” Azərbaycan Respublikası Qanunun 29-сu maddəsinin İ hissəsinə görə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı Azərbaycan Respublikasının ərazisində və ya onun hüdudlarından kənarda yol hərəkətində olan hər bir nəqliyyat vasitəsini fərqləndirən, onun qabaq və arxa hissələrində (motosikletlərdə, traktorlarda və qoşqularda isə yalnız arxa hissəsində) müəyyən edilmiş yerlərdə bərkidilmiş xüsusi lövhədir. Azərbaycan Respublikasında nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı ərəb rəqəmlərində və latın əlifbasının baş hərflərindən istifadə edilməklə tərtib olunur. Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar Həmin Qanunun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinə görə mexaniki nəqliyyat vasitəsinin sürücüsü hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol, narkotik vasitələr, psixotrop maddələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsi nəticəsində, diqqəti və çevikliyi azaldan dərman vasitələrinin təsiri altında, xəstə və əzgin, yorğun vəziyyətdə nəqliyyat vasitəsini idarə etməməli, habelə nəqliyyat vasitəsini idarə etmək ixtiyarını bu cür vəziyyətdə olan və ya eyni kateqoriyalı (altkateqoriyalı) nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsə verməməlidir. Həmin Qanunun 49-cu maddəsinin İ hissəsinə görə normal hərəkət zamanı nəqliyyat vasitələrinin sürücüləri vəziyyətdən asılı olaraq, yolun hərəkət hissəsinin sağ kənarı ilə hərəkət etməlidirlər. Yaşayış məntəqələrindən kənarda, habelə yaşayış məntəqələrində 5.1 və ya 5.3 nişanları ilə işarələnmiş yolun hərəkət hissəsində hərəkət istiqamətində sağ zolaq boş olduğu halda sol zolaqlarla hərəkət etmək qadağandır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263-1.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxslərdən ikisinin ondan hər hansı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış “Belarus-892” markalı qeydiyyat nişanı olmayan traktor və “Mersedes Bens C180 Minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan “Belarus-892” markalı qeydiyyat nişanı olmayan traktor və “Mersedes Bens C180 Minik markalı, ** KF *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-138/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-138/2023
13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver