Məhkəmə qərarları › İş №1(062)-138/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-138/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-138/2025 30.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X5 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib cəzalandırılması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, dekorativ toyuq yumurtası tapmaqda ona köməklik etməsi üçün həmkəndlisi Murad Xalıqverdiyevdən xahiş etmişdir. Bundan bir müddət sonra o, Şəmkir şəhəri Şiştəpə kəndində yaşayan Elçin adlı tanışında 30 ədəd dekorativ toyuq yumurtası olduğunu və birini 3 manata satdığını demişdir. O da razılaşdır. Görüşüb həmin yumurtaları alıb 40 manatını Elçin Salmanova vermiş, qalan 50 manatını isə cücələr çıxanda verəcəyini bildirmiş və o da razılaşmışdır. Bir müddət sonra həmin yumurtalardan cəmi 8 ədad cücə çıxmışdır. O, onda başa düşmüşdür ki, həmin yumurtalar köhnə imiş. Bu səbəbdən də qalan 50 manatı verməmişdir. O, 26 avqust 2025-cü il tarixdə təxminən axşam saat 11-12 radələrində Tovuz rayonu Dönük Qırıqlı kəndində yerləşən “Vladivastok" kafesinin yaxınlığında həmin yumurtalardan qalan 50 manat məsələsinə aydınlıq gətirmək məqsədilə görüşərkən şahidlər X3 və X1 yanında onun barəsində alçaq, nalayiq sözlər deməklə ona qarşı bir birbaşa qəsdlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddələrinin cinayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun təhqir edilməyini şahidlər X7 və Murad Xudaverdiyev öz izahatlarında göstərmişlər. Təqsirləndirilən şəxs birbaşa dediyi təhqiramiz sözləri onun adını çəkməklə təhqiramiz ifadələrin onun barəsində işlədildiyi açıq şəkildə müəyyən edilir və eləcə də, təqsirləndirilən şəxs onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları, onun şərəf və ləyaqətini nalayiq formada alçaldan məlumatları eləcədə təhqiri, böhtanı kütləvi çıxışda yaydığını dərk edir və bunu arzu edir. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış xüsusi ittihamçı bunun səbəbləri barədə məhkəməni əvvəlcədən məlumatlandırmadan hazırlıq iclasına təkrarən gəlməmişdir. Məhkəmə tərəfindən iclasın vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs məhkəmə hazırlıq iclasına gəlməmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul olunmasından imtina edilməlidir. Belə ki, Cinayət-Prosessual Məcəlləsinin 299.8-ci maddəsinə görə xüsusi ittihamçının üzrlü səbəblər olmasını əvvəlcədən bildirmədən məhkəmənin hazırlıq iclasına təkrar gəlməməsi ittihamdan imtinaya bərabər tutulur və xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina barədə qərar çıxarır. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə görə isə şikayəti vermiş şəxsin məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməməsi hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtinaya əsas verir. İş materialları ilə təsdiq olunur ki, xüsusi ittihamçı məhkəmənin hazırlıq iclasına üzrlü səbəblər olmadan təkrarən gəlməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.3, 302.2.3 və 384.1.8-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X5 şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar