Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-139/2023 20.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2, Zərərçəkmiş şəxs X2 hüquqi varisi X1 iştirakları ilə, xx.xx.1949-cu ildə Tovuz rayonu, İbrahim Hacılı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Tovuz rayonu, İbrahim Hacılı kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə, saat 22 radələrində idarə etdiyi “Vaz- 2106” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayonu İbrahimhacılı kəndindən üzü Tovuz rayonu Alakol kəndi istiqamətində hərəkətdə olan zaman ondan arxada onunla eyni istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin onu ötməsinə məhəl qoymadan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq həmin tələblərə əsasən sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda həmin tələblərə riayət etməyərək öz hərəkəti istiqamətində sola dönmə əməliyyatı həyata keçirərkən onunla eyni istiqamətdə hərəkətdə olan “Vaz- 21074” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşma nəticəsində “Vaz-21074” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarə etməni itirdiyi üçün avtomobil yolun sol tərəfindəki torpaq sahəsinə aşmış, nəticədə həmin avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol gicgah nahiyəsinin açıq kəllə beyin travması və baş beyinin hər iki alın payının hemorragik əzilməsi, sol temporal-yəni gicgah payının subdural-yəni sərt qişa altı hematoması, pnemosefaliya, sol təpə sümüyünün və sol gicgah sümüyünün pullu hissəsinin mastoid hüceyrələrinin cuzi yerdəyişən sınıqları, sol tərəfli hematotinpaium, otohematolikvoreya ilə müşayiət edilən, posttravmatik serebral koma, reaktiv plevrit, asteno-nevrotik təzahürlər və hər iki gözün mürəkkəb miopikastiqmatizmi nəticəsində görmə itiliyinin azalması ilə nəticələnmiş əzilmiş-cırılmış yarasından sonrakı çapığı kimi dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər almasına, həmin avtomobilin sərnişini X2 baş beyin toxumasına, qişasına və mədəciklərinə qansızmalar, kəllə əsasının və tağının sınığı, sağ əlin İİ barmağının sınığı, alt çənə nahiyəsinin əzilmiş yarası, sağ əlin İ barmağının uc falanqasının, İİ barmağının orta və uc falanqasının, İİİ barmağının orta və uc falanqasının soyulmuş yaraları, boyun nahiyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının və sol yan sərthinin, sağ said nahiyəsinin qançırları, sağ əlin arxa səthinin sıyrıqları kimi ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid olan xəsarətlər alaraq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, hal-hazırda Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır, evlidir, orta təhsillidir, təqaüdçüdür. VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil oğlu X3 məxsusdur. Onun həmin avtomobili idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi var, həmin avtomobili idarə etmək üçün etibarnaməsi yoxdur. 11 iyun 2023-cü il tarixdə saat 18 radələrində ona zəng vurub demişlər ki, gəlin xəstədi onun anasını gətirmək lazımdır. O, da oğlu X3 məxsus VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili sürüb İbrahim Hacılı kəndində yaşayan qudası İsfanın yaşadığı evə getmişdir, orada gəlininin anasını və gəlinini avtomobilə mindirmişdir. Onlar avtomobildə arxa oturacaqda oturmuşlar. Avtomobili o özü idarə etmişdir. O, avtomobili sürüb İbrahim Hacılı kəndində İbrahim Hacılı kəndindən Alakol kəndinə gedən avtomobil yolu ilə üzü Alakol kəndi istiqamətində saatda 10 km/saat sürətlə hərəkət edib öz hərəkəti istiqamətində yolun sol tərəfinə doğru dönmək üçün dönmə işığını yandırmışdır və öz hərəkəti istiqamətində sola doğru avtomobili manevr etdirmişdir. O, yolun soluna doğru dönən vaxt yolun çox hissəsini döndükdən sonra onunla eyni istiqamətdə üzü Alakol kəndinə doğru onun avtomobilinin arxa tərəfi ilə hərəkətdə olan VAZ 2107 markalı avtomobil sürətlə sol tərəfdən onun avtomobilinin sol tərəf qabaq hissəsinə dəymiş, onun idarə etdiyi avtomobilə dəydikdən sonra həmin VAZ 2107 markalı avtomobil qarşı tərəfdə yolun sol tərəf ehtiyat hissəsindəki daşa dəyib sol tərəfdə yolun kənarındakı qaja düşüb qajın içi ilə xeyli sürüşüb sol tərəfdəki məhləyə tərəf aşmış və dayanmışdır. Onun idarə etdiyi avtomobil isə öz hərəkəti istiqamətində sağ tərəfə sürüşüb dayanmışdır. O, avtomobildən yerə düşmüşdür. Həmin vaxt hadisə yerinə toplaşanlar ona su vermişlər sonra həmin avtomobildəkilərə yardım etmişlər. O, həmin avtomobili onun idarə etdiyi avtomobili vurandan sonra görmüş, o idarə etdiyi avtomobili sola doğru manevr etdirəndə həmin avtomobilin gəldiyini görməmişdir. Buna görə də hadisənin qarşısını almaq üçün heç bir tədbir görə bilməmişdir. Çünki hadisə bir anın içərisində baş vermiş, ona görədə onun hadisənin qarşısını almaq üçün hər hansı bir tədbir görməyi mümkün olmamışdır. Bununla belə baş vermiş hadisə nəticəsində peşmançılıq hissi keçirir. Odur ki, bu kimi halların nəzərə alınmaqla ədalətli hökm çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X2 hüquqi varisi X4 ifadəsində göstərdi ki, mərhum X7 onun doğma oğludur, 11 iyun 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində ölənə kimi onunla birlikdə yaşamışdır. 11 iyun 2023-cü il tarixdə o Rusiya Federasiyasında olmuşdur, ona zəng vurub demişlər ki, Elvin yol nəqliyyat hadisəsinə düşüb xəsarət alıb. O, həmin günü gecə dərhal təyyarə ilə Azərbaycana gəlmişdir. Evə gələndə bilmişdir ki, oğlu Elvin hadisə nəticəsində hadisə yerində ölmüşdür. Hadisə ilə bağlı maraqlandıqda öyrənmişdir ki, Elvin həmkəndlisi Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildə sərnişin kimi oturmuş və Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə İbrahim Hacılı kəndindən Alakol kəndinə doğru sürətlə hərəkət edən zaman İbrahim Hacılı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toqquşduqdan sonra avtomobil aşmışdır və oğlu Elvin hadisə yerində ölmüşdür. X14 Rayon Mərkəzi xəstəxanasına aparmışlar. Lakin xəstəxanada oğlu Elvin müayinə olunarkən onun öldüyü müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Odur ki, ona yüngül cəza verilməsini xahiş etdi. Digər Zərərçəkmiş şəxs iştirak etdiyi məhkəmə iclasında aldığı xəsarət nəticəsində heç nə xatırlamadığını bildirərək ifadə verə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid3 ifadəsində göstərmişdir ki, hal hazırda Tovuz rayonu İbrahimhacılı kəndində qeydiyyatdadır və faktiki olaraq həmin kənddə yaşayır, evlidir, orta təhsillidir, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun qızı Pərvanənin qaynatasıdır. 11 iyun 2023-cü il tarixdə saat 20 radələrində qızının qaynatası Təqsirləndirilən şəxs VAZ 2106 markalı ** BJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə onların evinə getmişdir. Qızı ona demişdir ki, həkimə getməlidir. O, da ona demişdir ki, gedək qaynananı da götürək birlikdə gedək. Bu məqsədlə o, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı avbtomobilin arxa oturacağında sağ tərəfdə oturmuşdur. Qızı Pərvanə isə arxada sol tərəfdə sürücünün arxasında oturmuşdur. Avtomobili Təqsirləndirilən şəxs özü idarə etmişdir. Mehdi avtomobili yavaş sürətlə idarə edib öz evlərinə tərəf dönmək üçün sola doğru manevr edən vaxt onların içərisində olduğu avtomobilin arxası ilə onlarla eyni istiqamətdə hərəkətdə olan VAZ 2107 markalı avtomobil onların avtomobilinin qabaq sol tərəfindən vurmuşdur. Həmin vaxt qızı Pərvanə özünü pis hiss etdiyi üçün onun başı qızı Pərvanəyə qarışmışdır buna görə də bundan sonra nə baş verdiyini xatırlamır. O, ancaq onu xatırlayır ki, Mehdi maşını yavaş sürətlə üzü Alakol kəndinə gedən avtomobil yolu ilə hərəkət etdirib sol tərəfə dönmək üçün sola doğru manevr edəndə həmin avtomobil onların içərisində olduğu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sol tərəf qabaq hissəsindən vurmuşdur. O, həmin hadisə zamanı heç bir xəsarət almamışdır ancaq hadisədən qorxub narahat olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən zaman Şahid2 da digər Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilən zaman Şahid1 göstərmişdir ki, hal-hazırda Tovuz rayonu Alakol kəndində qeydiyyatdadır və həmin kənddə də yaşayır. X10 adına Alakol kənd tam orta məktəbin 11-ci sinif şagirdidir. Tovuz rayonu Alakol kənd sakini X5 və Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxsla heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur, mərhum X7 ilə ataları əmioğludur, onunla bir qohum kimi yaxın münasibəti olmuşdur. 11 iyun 2023-cü il tarixdə Tovuz rayonu Alakol kəndində həmkəndlisi Sahib Məhəmməd oğlu oğluna toy məclisi keçirmişdir. Onun atasını da toya dəvət etmişlər, atası Azərbaycanda olmadığı üçün anası Fərqanə ilə o toy məclisində iştirak etmək üçün getmişdir. Toy məclisi Alakol kəndində Sahibin öz həyətində keçirilmişdir. O, anası Fərqanə ilə birlikdə xx.xx.2023-cü il tarixdə saat 17 radələrində toy məclisinə getmişdir. Məclisdə Zərərçəkmiş şəxs, X7 və X6 ilə birlikdə oturmuşdur. O, təxminən 30-40 dəqiqə onlarla bir yerdə oturub çörək yemişdir, həmin vaxt mərhum X12 Abbasov spirtli içki olan araq içmişlər, ancaq Ruslanla o araq içməmişlər. Sonradan o özünü narahat hiss etdiyi üçün məclisdən çıxıb nənəsigilə getmişdir. O, təxminən 40 dəqiqə nənəsigildə olmuşdur. Sonra nənəsigildən çıxıb yenə məclisə getmək qərarına gəlmişdir. O, küçəyə çıxanda toy evindən təxminən 100 metr aralıda küçədə Orxanın maşını qabağından gəlmişdir. Orxan maşını saxlayıb ondan soruşmuşdur ki, hara gedirsən o da ona demişdir ki, evə gedir. Orxan ona demişdir ki, gəl otur məndə evə gedirəm maşını dəyişib o biri maşını götürəcəm. O, Orxanın idarə etdiyi VAZ 2107 markalı avtomobilin arxa oturacağında oturmuşdur. Ruslan avtomobildə qabaq oturacaqda oturmuşdur. Orxan maşını sürüb bir az getmişdir ki, Elvinin yolun kənarında maşını saxlayıb içərisində oturduğunu görüb dayanmışdır. Orxan maşını saxlayıb Elvinlə söhbət edən vaxt Elvin öz maşınından düşüb gəlmişdir. O, Ruslana demişdir ki, sən keç arxada otur, Ruslan keçib arxa oturacaqda sağ tərəfdə oturmuşdur, o isə arxada sol tərəfdə oturmuşdur, Elvin də qabaq oturacaqda oturmuşdur. O, maşını sürüb Köhnəqala kəndinin mərkəzindəki Şəhidlər bulağının yanında maşını geriyə döndərib İbrahim Hacılı kəndinin mərkəzinə doğru getmişdir. İbrahim Hacılı kəndinin mərkəzindən üzü Alakol kəndinə doğru Orxan avtomobili saatda təxminən 90-100 km/saat sürətlə idarə edib üzü Alakol kəndinə doğru hərəkət edən vaxt Orxan yol boş olduğu üçün avtomobili yolun orta hissəsi ilə idarə etmişdir. Onların avtomobilinin qarşısı ilə onlarla eyni istiqamətdə yavaş sürətlə hərəkətdə olan VAZ 2106 markalı avtomobilə yaxınlaşanda Orxan dönmə işığını yandırıb həmin VAZ 2106 markalı avtomobili ötmək istəyən vaxt həmin VAZ 2106 markalı avtomobil onların içərisində olduqları Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin qarşısından sola doğru manevr edib dayanmadan hərəkətini davam etdirərək küçəyə dönmək istəmişdir. Həmin vaxt Orxan idarə etdiyi avtomobilin həmin VAZ 2106 markalı avtomobilə dəyməməsi üçün avtomobili öz hərəkəti istiqamətində sola manevr etdirmişdir. Bu zaman onların içərisində olduqları avtomobilin qabaq hissəsi əvvəlcə yüngülcə həmin VAZ 2106 markalı avtomobilin qabaq hissəsinə dəymişdir, sonra yolun kənarında olan daşa dəymiş, həmin vaxt o qorxduğu üçün gözlərini yummuşdur, avtomobil təxminən 2-3 dəfə aşıb dayanmışdır. O, tez avtomobildən yerə düşmüşdür və Ruslanı çağırmışdır, Ruslan da maşından yerə düşmüşdür. Baxıb görmüşdür ki, Elvin Hüseynov avtomobildən təxminən 2-3 metr kənarda olan dirəyin yanında yerdə uzanıqlı vəziyyətdədir. O, Orxanı maşından çıxartmışdır o xırıldamış özünü bilməmişdir. Onu yerə uzatmışdır sonra Elvinə yaxınlaşmışdır Elvinin nəbzini yoxlayıb görmüşdür ki, o artıq ölüb. Həmin vaxt hadisə yerinə toplaşanlar Elvinlə Orxanı maşına mindirib xəstəxanaya aparmışlar. Həmin vaxt onun başı yaralanmışdır, burnu qanamışdır, ancaq Ruslanın heç bir yeri yaralanmamışdır. Sonradan o müayinə olunmaq üçün xəstəxanaya müraciət etmişdir. Zərərçəkmiş şəxs avtomobili yolun orta hissəsi ilə hərəkət edirmişdir, onun idarə etdiyi VAZ 2107 markalı avtomobil qarşı tərəfdən onlarla eyni istiqamətdə hərəkətdə olan VAZ 2106 markalı avtomobilə təxminən 8-10 metr məsafə qalanda Orxan həmin avtomobili ötüb keçmək istəmişdir. Həmin vaxt VAZ 2106 markalı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2107 markalı avtomobilin arasında təxminən 8-10 metr məsafə olardı. Zərərçəkmiş şəxs həmin VAZ 2106 markalı avtomobili ötmək istəyən anda həmin avtomobildə sola doğru dayanmadan hərəkət etdiyi sürətlədə manevr etməyə başlamışdır. Orxan idarə etdiyi avtomobilin həmin avtomobilin ortasından dəyməməsi üçün idarə etdiyi avtomobili öz hərəkəti istiqamətində sola doğru manevr etdirmiş, həmin vaxtda avtomobillər toqquşmuşdur, daha sonra onların içərisində olduqları avtomobil qarşı tərəfdə yolun sol tərəfindəki ehtiyyat hissədə olan daşa dəymişdir, bundan sonra o avtomobil dayananda özünə gəlmişdir. Onu da əlavə etmişdir ki, yolda həmin VAZ 2106 markalı avtomobildən başqa heç bir avtomobil olmamışdır, yol boş olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA X15 Şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 22 nömrəli ekspert rəyindən görünür ki, X2 meyitində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Baş beyin toxumasına, qişasına və mədəciklərinə qansızçalar, kəllə əsasının və tağının sınığı; -sağ əlin İİ barmağının sınığı; -alt çənə nahiyyəsinin əzilmiş yarası; Sağ əlin İ barmağının uc falanqasının, İİ barmağının orta və uc falanqasının, İİİ barmağının orta və uc falanqasının soyulmuş yaraları; -boyun nahiyyəsinin, döş qəfəsinin ön səthinin sol yarısının və sol yan səthinin, sağ said nahiyyəsinin qançırları; -sağ əlin arxa səthinin sıyrığı; X2 meyitində qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən az əvvəl, yəni qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə bir-başa səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdir. Qeyd edilən xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəriatdə, yəni onun sərnişini olduğu avtomaşının hərəkətdə olan digər avtomobillə toqquşduqdan sonra aşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. X2 ölümünə səbəb nəqliyyat travması nəticəsində kəllə tağı və kəllə əsasının sınığı, baş beyin toxumasına, yumşaq qişalarına və mədəciklərinə olan qansızmalar olmuşdur. X2 qanında məhkəmə kimya tədqiqatı nəticəsində etilspirti və digər güclü təsir edici maddələr aşkar edilməmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA birliyinin publik hüquqi şəxsin Tovuz rayon şəbəsinin xx.xx.2023-cü il tarixli, 700 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyəsinin açıq kəllə beyin travması və baş beyinin hər iki alın payının hemorragik əzilməsi,sol temporal-yəni gicgah payının sudural-yəni sərt qişa altı hematoması, pnemosefaliya, sol təpə sümüyünün və sol gicgah sümüyünün pullu hissəsinin mastoid hüceyrələrinin cuzi yerdəyişən sınıqları, sol tərəfli hematotinpaium,otohemaktolikvoreya ilə müşayiət edilən,posttravmatik serebral koma,reaktivplevrit, asteno-nevrotik təzahürlər və hər iki gözün mürəkkəb miopik astiqmatizmi nəticəsində görmə itiliyinin azalması ilə nəticələnmiş əzilmiş-cırılmış yarasından sonrakı çapığı;başın ənsə nahiyyəsinin və sol mil-bilək oynağının əzilmiş-cırılmış yaralarından sonrakı çapığı küt əşyanın(əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz MRX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ bilməsi istisna edilmir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni onun sürücüsü olduğu avtomaşının hərəkətdə olan digər avtomaşınla toqquşduqdan sonra aşması nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/2684 nömrəli ekspert rəyindən görünür ki, VAZ 21063 markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.VAZ-21074 markalı, ** BK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və sürücünün hərəkətlərində “Yol hərəkəti haqqında “ Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İbrahim Hacılı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İbrahim Hacılı kəndində yaşadığı müddət ərzində özünü yaxşı aparmış, qonşuların və şəhər sakinlərinin hörmətini qazanmışdır. Barəsində nümayəndəliyə heç bir təqsirləndirici material daxil olmamışdır. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi etiraf edilməsə belə, ekspert rəyləri, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin Qanunun 42-ci maddəsinin İ hissəsinə görə sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 263.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, onun ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan hər hansı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda məhkəmə diqqətə çatdırır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında əsas cəza kimi yalnız azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Yuxarıda sadalanan cəzanı yüngülləşdirən halların dairəsi və bütövlükdə Cinayət Məcəlləsində cəza təyin etmənin ümumi əsaslarının təsbit olunduğu 58-ci maddə təqsirləndirilən şəxsə bundan da yüngül cəza növünün təyin olunmasına, yaxud onun şərti məhkum olunmasına imkan vermir. Lakin məhkəmə təqsirləndirilən şəxslə bağlı yuxarıda sadaladığı cəzanı yüngülləşdirən halların dairəsi, onların mahiyyəti, həmçinin təqsirləndirilənin şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası nisbətən yuxarı həddindən aşağı həddə təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsində göstərilmişdir ki, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzanı məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış «Vaz 21063» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan «Vaz 21074» minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» növündə qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış «Vaz 21063» minik markalı, ** BJ *** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Tovuz Rayon Polis Şöbəsinin cərimə meydançasında saxlanılan «Vaz 21074» minik markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-139/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-139/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver