Məhkəmə qərarları › İş №1(062)-140/2023

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-140/2023

12.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-140/2023 12.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1976-cı ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işsiz, Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 1(060)-645/2023 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, məhkumluğu ödənilməmiş və götürülməmiş, Biləsuvar şəhəri X4 prospekti ev 5 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs – Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 12 dekabr 2023-cü il tarixdə, Tovuz şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə 11000 (on bir min) manat məbləğində pul vəsaiti qarşılığında Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər təyin olunmuş, lakin sonradan ləğv edilmiş əlillik üçün nəzərdə tutulmuş sosial təqaüdün bərpa edilməsinə, həmçinin sonuncunu Tovuz rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin hər hansı birində sürücü kimi işə düzəldəcəyinə dair yalan vəd verib aldatmış, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcədən verdiyi özünə aid “Kapital Bank”a məxsus **********981453 nömrəli kart hesabına Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2022ci il tarixdə, saat 08:33-də ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından köçürülmüş 3000 (üç min) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 09:17-də Tovuz rayonu ərazisində fəaliyyət göstərən X5raşdırılmış “eManat” ödəmə terminalından köçürülmüş 2500 (iki min beş yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 15:34-də ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından köçürülmüş 3000 (üç min) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 19:30-da ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından köçürülmüş 1500 (bir min beş yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 10:48-də ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından köçürülmüş 1000 (bir min) manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 11000 (on bir min) manat məbləğində, yəni xeyli miqdarda pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Bundan başqa o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 4000 (dörd min) manat məbləğində pul vəsaiti qarşılığında Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yaşayan Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində 02 (iki) sot torpaq sahəsi alacağına dair yalan vəd verib aldatmış, bu məqsədlə vahid niyyətlə əhatə olunan qəsdlə əvvəlcədən verdiyi özünə aid “Kapital Bank”a məxsus **********981453 nömrəli kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 1400 (bir min dörd yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 1300 (bir min üç yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 1400 (bir min dörd yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 600 (altı yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 600 (altı yüz) manat məbləğində, xx.xx.2022-ci il tarixdə istifadəsində olan mobil telefonun “Birbank” tətbiqi vasitəsilə köçürülmüş 100 (bir yüz) manat məbləğində, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini dələduzluq, yəni etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində özünü təqsirli bilərək göstərdi ki, Tovuz rayon sakinləri Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs1la 2021-ci ilin avqust ayında “Lalafo” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Həmin dövrdə o, “Lalafo” sosial şəbəkəsində hazırda xatırlamadığı, özünə məxsus mobil nömrəni satmaq üçün reklamını yerləşdirmiş, Zərərçəkmiş şəxs1 da onun yerləşdirdiyi reklamı görüb “Lalafo” saytında yerləşdirilmiş ona məxsus əlaqə nömrəsinə zəng edərək özünü Ayxan adlı şəxs kimi təqdim edib “Lalafo” sosial şəbəkəsində reklamını yerləşdirdiyi nömrənin xoşuna gəldiyini deyib, həmin nömrənin qiymətini ondan soruşmuşdur. O, da öz növbəsində özünü Emin adlı şəxs kimi təqdim edib reklam yerləşdirdiyi mobil nömrənin qiymətinin 30 (otuz) manat olduğunu, alacağı təqdirdə qiymətdə endirim edərək 20 (iyirmi) manata sata biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona hazırda pulunun olmadığını bildirib yalnız qiymətlə maraqlanmaq üçün zəng etdiyini demişdir. Həmin vaxt o, problem olmadığını, nömrənin pulunu nə vaxt pulu olasa verə biləcəyini deyib nömrəni sənədləşdirmək üçün Zərərçəkmiş şəxs1 bir ədəd şəxsiyyət vəsiqəsi istəmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 elə həmin gün anası Şahid3 məxsus bir ədəd şəxsiyyət vəsiqəsinin şəklini ona göndərmiş, o da öz növbəsində “Lalafo” saytında reklamını yerləşdirdiyi mobil nömrəni sənədləşdirib Tovuz rayonuna göndərmişdir. Beləliklə, həmin vaxtdan onun Zərərçəkmiş şəxs1la münasibəti yaranmağa başlamışdır. Onlar mütəmadi olaraq mobil telefon üzərindən əlaqə saxlamış və hal-əhval tutmuşlar. Həmin dövrdə Zərərçəkmiş şəxs1 ona Azərbaycan Respublikası ərazisində olmadığını, Gürcüstan Respublikasında tikinti şirkətində işlədiyini bildirmişdir. 2022-ci ilin yanvar ayının əvvəlində o, borclandığı üçün pula ehtiyacı yaranmış, buna görə də təcili borclarını vermək məqsədilə pul əldə etməli olmuşdur. Həmin vaxt Zərərçəkmiş şəxs1la mütəmadi olaraq “Vatsap” proqramı vasitəsilə danışırmışlar, danışıq əsnasında o, Zərərçəkmiş şəxs1 işi, qazancı ilə maraqlanmış, sonuncu ilə aralarında səmimi dostluq münasibətləri olduğundan Zərərçəkmiş şəxs1 ona səmimi şəkildə işinin və qazancının yaxşı olduğunu bildirmişdir. Bu zaman o, Zərərçəkmiş şəxs1la aralarındakı etibarlı münasibətdən sui-istifadə edib sonuncuya Bakı şəhəri ərazisindən torpaq sahəsi almağı təklif etmək və bu adla Zərərçəkmiş şəxs1 aldadıb sonuncudan ələ keçirəcəyi pul vəsaiti ilə borclarının bir qismini ödəmək qərarına gəlmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs1 guya Bakı şəhərində yaşayan bir nəfər tanışının çox ucuz qiymətə 02 (iki) sot torpaq sahəsi satdığını bildirib, həmin torpaq sahəsini satın almasını Zərərçəkmiş şəxs1 təklif etmiş, sonuncu ondan torpaq sahəsinin qiymətini soruşduqda isə o, Zərərçəkmiş şəxs1 həmin torpaq sahəsinin qiymətini maraqlanacağını, almaq istəsə bir qədər ucuz qiymətə ala biləcəyini demişdir. Zərərçəkmiş şəxs1 ona bu barədə anası Şahid3 ilə məsləhət edib bundan sonra fikrini bildirəcəyini demişdir. Bundan sonra 2022-ci ilin yanvar ayının sonlarında Zərərçəkmiş şəxs1la telefon danışıqları zamanı o, torpaq sahəsinin bir sotunun 2000 (iki min) manat, ümumilikdə 02 (iki) sotunun isə 4000 (dörd min) manat məbləğində pul qarşılığında satın almağın mümkün ola biləcəyini deyib, həmin torpaq sahəsinin Bakı şəhəri Kürdəxanı qəsəbəsi ərazisində yerləşdiyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 anası ilə telefon əlaqəsi saxlayıb ardınca ona zəng etmiş və həmin torpaq sahəsini almaq istədiyini ona bildirmiş və ondan ödəniş etməsi üçün kart hesabı istəmişdir. O, həmin vaxt Zərərçəkmiş şəxs1 güvənini daha da qazanmaq üçün ödəniş üçün tələsməməsini, əvvəlcə anası Şahid3 Bakı şəhərinə gəlməsini, yaşadığı evdə qonaq qalmasını, həmçinin Bakı şəhəri Kürdəxanı qəsəbəsi ərazisində yerləşən 02 sot torpaq sahəsini öz gözü ilə görməsini, sonra bəyənsə ödənişi etməyi tövsiyyə etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs1 anası 2022-ci ilin yanvar ayının sonlarında hazırda dəqiq xatırlamadığı gündə ünvan 3 ünvanında yerləşən yaşadığı evə qonaq gəlmişdir. Bir gecə qaldıqdan sonra o, Şahid3 Kürdəxanı qəsəbəsi ərazisinə aparıb həmin qəsəbə ərazisində 02 sotluq sahəsi olan boş torpaq sahəsi göstərib həmin torpaq sahəsini 01 sotunu 2000 (iki min) manat qarşılığında oğlu Ayxana satın alacağını demişdir. Beləliklə, Zərərçəkmiş şəxs1 guya Bakı şəhəri Kürdəxanı qəsəbəsi ərazisində 01 sotunu 2000 (iki min) manat qarşılığında olmaqla, ümumilikdə 4000 (dörd min) manat pul vəsaiti qarşılığında 02 sot torpaq sahəsi alacağı barədə yalan vəd verib, sonuncu ilə aralarındakı etibarlı münasibətdən sui-istifadə edərək pulunu ələ keçirməyə çalışmışdır. Bundan sonra Zərərçəkmiş şəxs1 ona ilkin ödəniş olaraq xx.xx.2022ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən Birbank tətbiqi vasitəsilə ona məxsus **********981453 saylı, “Kapital Bank”a aid kart hesabına Zərərçəkmiş şəxs1 anası Şahid3 **********623055 saylı kart hesabından 1400 (bir min dörd yüz) manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs1 deməsinə görə, həmin dövrdə sonuncu istifadəsində olan mobil telefona birbank tətbiqi yükləyərək anası Şahid3 icazəsi ilə sonuncuya məxsus kart hesabına öz pul vəsaitləri həmin kart hesabına yükləyərək əməliyyatlar həyata keçirmişdir. Zərərçəkmiş şəxs1 ilk ödənişi etdikdən sonra növbəti ödənişi xx.xx.2023-cü il tarixdə 1300 (bir min üç yüz) manat məbləğində olmaqla Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə ona məxsus **********981453 saylı, “Kapital Bank”a aid kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından ödəniş etmişdir. Həmin müddətdə o, Zərərçəkmiş şəxs1 və sonuncunun anası Şahid3 ilə əlaqə saxlayaraq torpaq sahəsinin sənədlərini sahibindən götürdüyünü və ödənişin qalan hissəsini də ödədikdən sonra sənədləşdirmə məsələlərini tam həll edəcəyini bildirmişdir. Bütün bunlarla yanaşı o, 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs1 zəng edərək yaşadığı evdə olan televizorunu övladının sındırmasını bildirib aybay özü ödəmək şərtilə Zərərçəkmiş şəxs1 öz adına 01 (bir) ədəd televizor kreditə götürməsini xahiş etmişdir. Həmin dövrdə Zərərçəkmiş şəxs1 Tovuz rayonunda olmuşdur. Onun xahişini yerə salmayan Zərərçəkmiş şəxs1 televizor kredit götürəcəyinə dair söz vermiş və 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə Tovuz rayonu ərazisində fəaliyyət göstərən Soliton mağazasında öz adına bir ədəd 1349 (bir min üç yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş və ona bildirmişdir. Bundan sonra o, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisində fəaliyyət göstərən Soliton mağazasından televizoru götürmüşdür. O, həmin televizoru dələduzluq niyyəti ilə əldə etməmişdir. Belə ki, həqiqətən də yaşadığı evdə olan televizor sınmış və ona kredit verilmədiyi üçün Zərərçəkmiş şəxs1 öz adına 01 ədəd televizor kreditə götürməsini xahiş etmiş, lakin o, Zərərçəkmiş şəxs1 vasitəsilə krediti 01 ədəd “LG” markalı televizoru götürdükdən sonra təcili pula ehtiyacı olduğundan məcbur olaraq hazırda xatırlamadığı şəxsə 700 (yeddi yüz) manat pul qarşılığında satıb əldə etdiyi pul vəsaiti ilə borclarının bir qismini ödəmişdir. Daha sonra o, növbəti dəfə 2022-ci ilin iyul ayının hazırda dəqiq xatırlamadığı günündə Zərərçəkmiş şəxs1 zəng edərək bacısı qızının toyu olduğunu bildirib ona bir ədəd televizor hədiyyə etmək istədiyini bildirmişdir. O, 01 ədəd televizor almaq üçün nağd pulu olmadığından televizor ala bilmədiyini deyib Zərərçəkmiş şəxs1 kredit olaraq daha bir televizor da götürüb ona verməsini xahiş etmişdir. O, yenə Zərərçəkmiş şəxs1 ödənişi aybaay özü edəcəyinə söz vermişdir. Əvvəl tərəddüd etsə də Zərərçəkmiş şəxs1 bu dəfə də ona etiraz etməmiş və öz adına əvvəl ona televizor götürdüyü üçün bu dəfə anası Şahid3 sonuncunun adına soliton mağazasından yeni bir televizor kredit olaraq götürməsini xahiş edəcəyini bildirmişdir. Daha sonra 2022-ci ilin iyul ayının dəqiq xatırlamadığı günündə Tovuz rayonu ərazisində fəaliyyət göstərən Soliton mağazasında Zərərçəkmiş şəxs1 anası Şahid3 öz adına bir ədəd 1249 (bir min iki yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş, ardınca o Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ərazisində Soliton mağazası filiallarının birindən televizoru götürmüşdür. O, həmin televizoru da təcili pula ehtiyacı olduğundan məcbur olaraq hazırda xatırlamadığı şəxsə 700 (yeddi yüz) manat pul qarşılığında satıb əldə etdiyi pul vəsaitini maddi ehtiyacları üçün xərcləmişdir. 2022-ci ilin avqust ayında o, Tovuz rayonunda, Zərərçəkmiş şəxs1 yaşadığı evə qonaq getmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 onu qohumu Zərərçəkmiş şəxs2 ilə tanış etmişdir. Zərərçəkmiş şəxs2la söhbətləri əsnasında sonuncu İrakda Sülhməramlıların tərkibində hərbi xidmətdə olduğunu, müharibə zamanı aldığı xəsarətlər nəticəsində müharibə veteranı olduğunu bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs2 hazırda müharibə veteranı olduğuna görə sosial təqaüd alıb-almadığını soruşmuşdur. Zərərçəkmiş şəxs2 ona 2016-cı il tarixdə hərbi xidmətdən təxris olunduğunu, hərbi xidmətdən təxris olunduqdan sonra ona 2-ci qrup əlillik dərəcəsi təyin edildiyini və 2016-cı il tarixdən sosial təqaüd almağa başladığını, 01 mart 2021-ci il tarixdən etibarən isə ona təyin olunmuş təqaüdün dayandırıldığını, bu səbəbdən sosial təqaüdü dayandırıldığı üçün dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, əvvəl ona əlillik dərəcəsinə görə təyin edilmiş təqaüdün bərpa edilmədiyini bildirmişdir. Həmin vaxt o, söhbət əsnasında Zərərçəkmiş şəxs2la aralarında səmimi münasibət yaradıb daha sonra sonuncuya əvvəllər təyin edilmiş sosial təqaüdü yenidən bərpa etdirmək adı ilə pulunu ələ keçirmək qərarına gəlmişdir. Bundan sonra 2022-ci ilin avqust ayının sonlarında o, Zərərçəkmiş şəxs2la söhbətləri əsnasında dostlarının bəzilərinin Azərbaycan Respublikası Əmək və əhalinin sosial müdafiəsi nazirliyində işlədiklərini bildirib təqaüdünün yenidən təyin olunmasında kömək edə biləcəyini demişdir. O, həmin vaxt konkret hər hansısa şəxsin adını çəkməmişdir. Zərərçəkmiş şəxs2 ondan kömək etməyini xahiş etdikdə o, Zərərçəkmiş şəxs2 guya dostları ilə danışdığını ümumilikdə 6000 manat pul qarşılığında ona əvvəllər təyin olunmuş sosial təqaüdün yenidən bərpa olunacağını bildirmişdir. Zərərçəkmiş şəxs2 da onunla razılaşmışdır. Zərərçəkmiş şəxs2la danışıqları əsnasında sonuncu eyni zamanda hazırda işsiz olduğunu və iş axtardığını da bildirmişdir. O, Zərərçəkmiş şəxs2 onu sürücü olaraq Tovuz rayon ərazisində fəaliyyət göstərən səhiyyə qurumlarının birində işə düzəldəcəyini demişdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2la telefonla əlaqə saxlayarkən sonuncuya həm əlillik təqaüdünün bərpa edilməsi üçün, həm də Tovuz rayonu ərazisində yerləşən tibb müəssisələrinin birində sürücü olaraq işə düzəlməsi ilə bağlı aidiyyəti şəxslərlə danışdığını bildirib 6000 (altı min) manat məbləğində sosial təqaüdün yenidən bərpası üçün, 5000 (beş min manat məbləğində isə işədüzəlməsi üçün pul vəsaiti tələb etmişdir. Ümumilikdə 11000 (on bir min) manat məbləğində pul istəmişdir. Zərərçəkmiş şəxs2 onunla razılaşdıqdan sonra sonuncu tələb etdiyi 11000 (on bir min) manat məbləğində pulu ona məxsus kart hesabına hissə-hissə göndərməyə başlamışdır. Belə ki, Zərərçəkmiş şəxs2 ilk dəfə xx.xx.2022-ci il tarixdə, saat 08:33 dəqiqədə ona məxsus **********981453 nömrəli kart hesabına 3000 (üç min) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 09:17 dəqiqədə ona məxsus **********981453 nömrəli kart hesabına 2500 (iki min beş yüz) manat məbləğində, onlayn pul köçürməsi etmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs2la vatsap proqramı vasitəsilə əlaqə saxlayaraq artıq sonuncunun sosial təqaüdünün bərpası ilə bağlı aidiyyəti şəxslərlə danışdığını və tezliklə digər ödənişləri də edib yekunlaşdırdıqdan sonra sosial təqaüdün bərpa olunacağını bildirmişdir. Bundan sonra 19 sentyabr 2022-ci il tarixdə o, Tovuz rayonuna getmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 yaşadığı evə onu qonaq dəvət etmişdir. Tovuz rayonunda o, 02 gün, yəni xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Zərərçəkmiş şəxs2 yaşadığı evdə qonaq olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Tovuz rayonundan çıxıb Bakı şəhərinə getmişdir. xx.xx.2022-ci il tarixdə, saat 15:34 dəqiqədə Zərərçəkmiş şəxs2 ona məxsus **********981453 nömrəli kart hesabına 3000 (üç min) manat məbləğində, xx.xx.2022-ci il tarixdə, saat 19:30 dəqiqədə ona məxsus **********981453 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat məbləğində, xx.xx.2023-cü il tarixdə, saat 10:48-də ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə quraşdırılmış “eManat” ödəmə terminalından ona məxsus **********981453 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində onlayn pul köçürməsi etmişdir. Beləliklə, Zərərçəkmiş şəxs2la aralarındakı etibarlı münasibətdən suiistifadə edərək sonuncuya əvvəllər təyin edilmiş sosial təqaüdün yenidən təyin etdirəcəyinə dair, eyni zamanda Tovuz rayonu ərazisində fəaliyyət göstərən tibb müəssisələrinin birində sürücü olaraq işə düzəldəcəyinə dair yalan vəd verib xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 11000 (on bir min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bundan sonra onlar mütəmadi olaraq Zərərçəkmiş şəxs2la mobil telefon əlaqəsi yaratmışlar. O, Zərərçəkmiş şəxs2 ələ keçirdiyi pul vəsaitləri ilə borclarının bir qismini ödəyib, eyni zamanda şəxsi ehtiyyacları üçün xərcləmişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs1 zəng edərək 02 sot torpaq sahəsi üçün ödəməli olduğu 1300 (bir min üç yüz) manat pulu ödəməsini və sənədləşdirmə işlərini tez bir zamanda həll edib torpaq sahəsini almaqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla danışdıqdan sonra xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə ona məxsus **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. Növbəti ödənişi yenidən xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə ona aid **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs1 ona torpaq sahəsi alınması adı ilə son ödənişi xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə onun **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 100 (yüz) manat ödəniş etmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs1 Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisindən 02 sot (ar) torpaq sahəsi alacağına dair yalan vədlər verərək, aralarındakı etibarlı münasibətdən sui-istifadə edib xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. 2023cü ilin fevral ayında Zərərçəkmiş şəxs2 Bakı şəhərinə gəldiyini və onunla görüşmək istədiyini bildirmişdir. Bakı şəhəri Ayna Sultanova ərazisində Zərərçəkmiş şəxs2la hazırda xatırlamadığı kafelərin birində görüşmüşlər. Həmin vaxt onların yanında hər hansı bir şəxs olmamışdır. Görüş zamanı Zərərçəkmiş şəxs2 ondan işinin nə yerdə olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs2 narahat olmamasını, pensiya təqaüdünün yenidən bərpa olunacağı, həmçinin sürücü olaraq işə düzəlməsi ilə bağlı da aidiyyəti şəxslərlə danışdığını bildirmişdir. Beləliklə, bir müddət də Zərərçəkmiş şəxs2la danışmağa başlamışlar və sonuncu ilə 2023-cü ilin aprel ayından artıq əlaqələri kəsilmişdir. Zərərçəkmiş şəxslərə vurduğu zərəri hazırda ödəməyə maddi imkanı yoxdur. Gələcəkdə azad olunduqdan sonra zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəyəcəkdir. Hazırda əməlindən səmimi peşman olmasını, nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş etdi. Cinayət işi üzrə Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, hazırda Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, 2016-cı ilə qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində müddətdən artıq hərbi qulluqçu olaraq çalışmışdır. 2005-ci il tarixdə İrak İslam Respublikasında Sülhməramlıların tərkibində olan zaman odlu silah partlayışı zamanı boyun və sifət nahiyələrindən xəsarət almışdır. Həmin xəsarət səbəbindən səhhətində yaranmış problemlə bağlı o, 2016-cı il tarixdə hərbi xidmətdən təxris olunmuşdur. Hərbi xidmətdən təxris olunduqdan sonra ona 2-ci qrup əlillik dərəcəsi təyin edilmiş və 2016-cı il tarixdən o, təqaüd almağa başlamışdır. 01 mart 2021-ci il tarixdən etibarən ona təyin olunmuş təqaüd dayandırılmışdır. O, həmin tarixdən sonra dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, əvvəl ona əlillik dərəcəsinə görə təyin edilmiş təqaüd bərpa edilməmişdir. Bu hadisələrdən sonra 2022-ci ilin avqust ayında qohumu Zərərçəkmiş şəxs1 onu Bakı şəhərində yaşayan, Biləsuvar rayonunda qeydiyyatda olan Təqsirləndirilən şəxs ilə Tovuz rayonunda tanış etmişdir. O, Təqsirləndirilən şəxs ilə Tovuz rayonunda tanış olduqdan sonra qohumu Zərərçəkmiş şəxs1 yanında Təqsirləndirilən şəxs 2016-cı il tarixdən əlillik dərəcəsinə görə təqaüd təyin olunduğunu, 2021-ci il tarixdən isə həmin təqaüdün verilməsinin dayandırıldığını demişdir. Söhbət əsnasında o, eyni zamanda işsiz olduğunu və fürsət olsa işə də düzəlmək istədiyini bildirmişdir. Həmin dövrdə qohumu Ayxan Təqsirləndirilən şəxs vəzifədə işləyən tanışlarının olduğunu, əlinin hər yerə çatdığını demişdir. Həmçinin qohumu Ayxanın da öz şəxsi işləri ilə bağlı Təqsirləndirilən şəxs pul verdiyini bildiyi üçün o, da özlüyündə Təqsirləndirilən şəxs etibar etmişdir. Onların danışıqları əsnasında Təqsirləndirilən şəxs ona əlliliyinə görə təyin edilmiş təqüdünün bərpa edilməsində və yenidən ona təqaüd təyin edilməsində kömək göstərə biləcəyini, həmçinin işlə təmin olunacağımı da bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona Əmək və əhalinin sosial müdafiəsi nazirliyində işləyən dostunun olduğunu bildirmiş və istəsə həmin şəxslə danışaraq onun sosial təqaüdünü bərpa etdirəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs həmin vaxt hər hansı vəzifəli şəxsin adını çəkməmişdir. İşlə təmin olunmaq məsələsinə gəldikdə isə onu sürücü olaraq Tovuz rayon ərazisində fəaliyyət göstərən səhiyyə qurumlarının birində sürücü olaraq işə düzəldəcəyini demişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının əvvəlində Təqsirləndirilən şəxsla istifadəsində olan mobil telefonun “Votsapp” proqramı vasitəsilə əlaqə saxlayarkən sonuncu ona həm əlillik təqaüdünün bərpa edilməsi üçün, həm də Tovuz rayonu ərazisində yerləşən tibb müəssisələrinin birində sürücü olaraq işə düzəlməsi ilə bağlı aidiyyəti şəxslərlə danışdığını bildirib 6000 (altı min) manat məbləğində sosial təqaüdün yenidən bərpası üçün, 5000 (beş min manat məbləğində isə işədüzəlməsi üçün pul vəsaiti tələb etmişdir. Ümumilikdə 11000 (on bir min) manat məbləğində pul istəmişdir. O, Təqsirləndirilən şəxs həqiqətən də onun pensiyasını yenidən təyin etdirəcəyinə, həmçinin sürücü olaraq onu işə düzəldəcəyinə dair vədinə inanaraq sonuncu ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs tələb etdiyi pulu hissə-hissə göndərməyə başlamışdır. Belə ki, ilk dəfə xx.xx.2023-cü il tarixdə, saat 08:33 dəqiqədə ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına 3000 (üç min) manat məbləğində onlayn pul köçürməsi etmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla o, Vatsap proqramı vasitəsilə telefon əlaqəsi yaradaraq pul köçürməsi etdiyini, növbəti ödənişləri də qısa müddətə edəcəyini bildirmişdir. Bunun ardınca xx.xx.2023-cü il tarixdə, saat 09:17 dəqiqədə Tovuz rayonu ərazisində fəaliyyət göstərən X6 Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına 2500 (iki min beş yüz) manat məbləğində online pul köçürməsi etmişdir. Bundan sonra o, yenə Təqsirləndirilən şəxsla vatsap proqramı vasitəsilə əlaqə saxlayaraq ödənişin bir qismini də, yəni 2500 (iki min beş yüz) manat məbləğdə ödəniş etdiyini bildirmişdir. Telefon danışıqları zamanı Təqsirləndirilən şəxs artıq onun pensiya təqaüdünün bərpası ilə bağlı aidiyyəti şəxslərlə danışdığını və tezliklə digər ödənişləri də edib yekunlaşdırdıqdan sonra pensiyasının bərpa olunacağını bildirmişdir. Həmin müddətdə o, Təqsirləndirilən şəxsla görüşməmişdir. Bundan sonra 19 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə qonaq dəvət etmişdir. Təqsirləndirilən şəxs 02 gün, yəni xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək yaşadığı evdə qonaq olmuşdur. Bundan sonra xx.xx.2023-cü il tarixdə, saat 15:34 dəqiqədə ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına 3000 (üç min) manat məbləğində, xx.xx.2023-cü il tarixdə, saat 19:30 dəqiqədə isə ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat məbləğində və xx.xx.2023-cü il tarixdə, saat 10:48 dəqiqədə ünvan 2 ünvanında fəaliyyət göstərən “Ayxan” marketdə yerləşən “eManat” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına 1000 (bir min) manat məbləğində onlayn pul köçürməsi etmişdir. Beləliklə, ümumilikdə 11000 (on bir) manat məbləğində pul vəsaitini Tovuz rayonu ərazisində onlayn ödəmə üsulu ilə Təqsirləndirilən şəxs məxsus **********981453 nömrəli kart hesabına köçürmüşdür. Bundan sonra 2022-ci ilin sentyabr ayından 2023-cü ilin may ayına kimi olan müddət ərzində mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə mobil telefon əlaqəsi saxlamışdır. Hətta 2022-ci ilin fevral ayında o, Bakı şəhəri Ayna Sultanova ərazisində Təqsirləndirilən şəxs ilə hazırda xatırlamadığı kafelərin birində görüşmüşlər. Həmin vaxt onların yanında hər hansı bir şəxs olmamışdır. Görüş zamanı o, Təqsirləndirilən şəxs işinin nə yerdə olduğunu soruşmuşdur. Sonuncu isə ona narahat olmamağını, pensiya təqaüdünün yenidən bərpa olunacağı, həmçinin sürücü olaraq işə düzəlməyi ilə bağlı da aidiyyəti şəxslərlə danışdığını bildirmişdir. Beləliklə, o, həmin dövrdən etibarən də Təqsirləndirilən şəxsla danışmağa başlamış, sonuncu ilə 2023-cü ilin aprel ayından artıq əlaqələri kəsilmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu aldatmasını və nəticədə 11000 (on bir min) manat məbləğində nağd pulunu ələ keçirməsini başa düşmüş və bu barədə Tovuz RPŞ-nə ərizə ilə müraciət etmişdir. Həmin pul vəsaitininin 4000 (dörd min) manat hissəsinin qohumu Ramin adlı şəxsdən, 5000 (beş min) hissəsini Nazim adlı dostundan əldə etmişdir. Qalan 2000 (iki min) hissəsi isə öz şəxsi vəsaiti olmuşdur. Ona dələduzluq cinayəti nəticəsində ümumilikdə 11000 (on bir min) manat məbləğində maddi ziyan dəymişdir. Ona dəymiş zərər ödənilərsə Təqsirləndirilən şəxs tutulmasını istəmir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məhkəmə iclasının vaxti və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirakının üzrlü hesab olunması barədə məhkəməyə ərizə təqdim etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 315.2ci maddəsinə əsasən zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs1 ibtidai araşdırma zamanı istintaqa bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla 2021-ci ilin avqust ayında “Lalafo” sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Belə ki, həmin dövrdə o, Gürcüstan Respublikasında “Kristal Abşeron” tikinti şirkətində fəhlə işləyirərkən “Lalafo” sosial şəbəkəsində bir mobil nömrəninin satış reklamını görüb nömrədən xoşlandığı üçün reklamı yerləşdirən şəxsin əlaqə nömrəsi ilə əlaqə saxlamışdır. Həmin vaxt nömrə sahibi özünü Təqsirləndirilən şəxs kimi təqdim edib tanışlıq vermişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs reklamını yerləşdirdiyi mobil nömrədən xoşlandığını və bəyəndiyini bildirib həmin mobil nömrənin qiymətini maraqlanmışdır. Təqsirləndirilən şəxs ona reklamını yerləşdirdiyi mobil nömrənin qiymətinin 30 (otuz) manat olduğunu bildirib 20 (iyirmi) manata ona sata biləcəyini demişdir. O, Təqsirləndirilən şəxs hazırda pulunun olmadığını bildirib yalnız qiymətlə maraqlanmaq üçün zəng etdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona heç bir problem olmadığını mobil nömrəni ona satacağını, pulunu isə imkanı olanda ödəyə biləcəyini bildirmiş və ondan mobil nömrəni sənədləşdirmək üçün bir ədəd şəxsiyyət vəsiqəsi istəmişdir. Bundan sonra o, anası Şahid3 məxsus bir ədəd şəxsiyyət vəsiqəsini Təqsirləndirilən şəxs göndərmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin mobil nömrəni göndərdiyi sənəd əsasında sənədləşdirib Tovuz rayonuna göndərmişdir. Beləliklə, həmin vaxtdan onun Təqsirləndirilən şəxsla münasibəti yaranmağa başlamışdır. Onlar mütəmadi olaraq mobil telefon üzərindən əlaqə saxlamış və hal-əhval tutmuşlar. Danışıqları əsnasında o, Təqsirləndirilən şəxs Azərbaycanda olmadığını işi ilə əlaqəli Gürcüstan Respublikasında olduğunu da bildirmişdir. Beləliklə, 2022-ci ilin yanvar ayının əvvəlində Təqsirləndirilən şəxsla “Vatsap” proqramı vasitəsilə danışarkən sonuncu ona Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində 01 (bir) sotunu 2000 (iki min) manata olmaqla 02 (iki) sot torpaq sahəsi almağı təklif etmişdir. O, Təqsirləndirilən şəxs bu təklifini müsbət qarşılayıb bu haqda düşünəcəyini bildirmişdir. Daha sonra anası Şahid3 ilə məsləhət edib sonuncunun da razılığını aldıqdan sonra Təqsirləndirilən şəxs razı olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona əvvəlcə anası Şahid3 Bakı şəhərinə dəvət etmək istədiyini və sonuncu ilə birlikdə torpaq sahəsinə baxdıqdan sonra almağı uyğun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu təklifi onun lap ürəyincə olmuş və o, dərhal anası Şahid3 Bakı şəhərinə getməsini, orada Təqsirləndirilən şəxsla görüşüb sonuncunun ona almaq istədiyi 02 sot torpaq sahəsinə özünün də baxmasını demişdir. Anası Məhəbbət onunla razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixdə tək Bakı şəhərinə getmiş və Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüşdür. Həmin gün o, anası Şahid3 ilə telefon əlaqəsi yaradan zaman sonuncu ona Təqsirləndirilən şəxs ona Bakı şəhəri ərazisində tanımadığı ünvanda 02 (iki) sot boş torpaq sahəsini göstərib həmin torpaq sahəsinin 01 sotunun 2000 manata satıldığını demişdir. O, anası Şahid3 da Bakı şəhərinə getdiyini və Təqsirləndirilən şəxs ona almaq istədiyi torpaq sahəsini özü gördüyündən o, Təqsirləndirilən şəxs tam inanıb etibar etmişdir. Buna görə də, xx.xx.2022-ci ildə o, Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 1400 (bir min dörd yüz) ödəniş etmişdir. Belə ki, o, həmin dövrlərdə istifadəsində olan mobil telefona birbanak tətbiqi yükləyərək anası Şahid3 icazəsi ilə sonuncuya məxsus kart hesabı üzərindən əməliyyatlar həyata keçirmişdir. O, ilk ödənişi etdikdən sonra növbəti ödənişi xx.xx.2023-cü il tarixdə 1300 (bir min üç yüz) manat məbləğində olmaqla Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından ödəniş etmişdir. O, həmin ödənişləri etdikdən sonra Təqsirləndirilən şəxs ona ilkin ödəniş etdiyini bildirib torpaq sahəsinin sənədləşdirmə işlərinin görüldüyünü ona bildirmişdir. Bundan sonra o, xx.xx.2022ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. Növbəti ödənişi yenidən xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. O, Təqsirləndirilən şəxs ona torpaq sahəsi alması adı ilə inanıb etibar edərək son ödənişini xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 100 (yüz) manat ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisindən 02 sot (ar) torpaq sahəsi alacağına dair yalan vədlər verərək, onun etibarından sui-istifadə edib xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bütün bunlarla yanaşı o, 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə Təqsirləndirilən şəxs ona zəng edərək yaşadığı evdə olan televizorunu övladının sındırmasını bildirmiş və ondan öz adına bir ədəd televizor kreditə götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs isə krediti aybaay özü ödəcəyini bildirmişdir. O, həmin vaxt Trovuz rayonunda olmuşdur. O, Təqsirləndirilən şəxs xahişini geri çevirməyib sonuncuya televizor kredit götürəcəyinə dair söz vermişdir. Bundan sonra 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində fəaliyyət göstərən Soliton mağazasında öz adına bir ədəd 1349 (bir min üç yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş və Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində Soliton mağazası filiallarının birindən televizoru götürmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının hazırda dəqiq xatırlamadığı günündə ona zəng edərək bacısı qızının toyu olduğunu bildirib ona hədiyyə almaq istədiyini bildirmiş və ondan anası Şahid3 adına bir ədəd televizor kreditə götürməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs krediti aybaay özü ödəcəyinə dair söz vermişdir. O, bu dəfə də Təqsirləndirilən şəxs inanıb anası Şahid3 öz adına bir ədəd televizor kreditə götürüb Təqsirləndirilən şəxs verməsini xahiş etmişdir. Beləliklə, 2022-ci ilin iyul ayının hazırda dəqiq xatırlamadığı günündə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində fəaliyyət göstərən Soliton mağazasında anası Şahid3 öz adına bir ədəd 1249 (bir min iki yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş və Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində Soliton mağazası filiallarının birindən televizoru götürmüşdür. Təqsirləndirilən şəxs vermiş olduğu 4000 (dörd min) manat məbləğində pul vəsaiti onun özünə məxsus olmuşdur. Hər hansı şəxsdən almamışdır. O, Təqsirləndirilən şəxsla sonuncuya məxsus ***-***- **-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Ona dələduzluq cinayəti nəticəsində ümumilikdə 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. Qohumu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs yalnız 3000 manat verməsindən məlumatı olub. Belə ki, 2022-ci ilin sentyabr ayının əvvəlində Zərərçəkmiş şəxs2 ona zəng edərək Təqsirləndirilən şəxs pensiyasının düzəldilməsi adı ilə 3000 manat pul vermək istədiyini bildirmiş, ondan bu barədə fikrini soruşmuşdur. O, Zərərçəkmiş şəxs2 “Öz işindir, istəyirsən pul ver, istəyirsən də vermə” demişdir. Lakin sonradan əlavə 8000 manat pulu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs göndərməsindən məlumatı olmamışdır. İş üzrə Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun əridir. Əri Zərərçəkmiş şəxs2 2-ci qrup əlil olduğu üçün ona 2016-cı il tarixdən təqaüd təyin edilmişdir. 01 mart 2021-ci il tarixdən etibarən əri Zərərçəkmiş şəxs2 təyin olunmuş təqaüd dayandırılmışdır. Bundan sonra əri Zərərçəkmiş şəxs2 dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsə də, əvvəl sonuncuya əlillik dərəcəsinə görə təyin edilmiş təqaüd bərpa edilməmişdir. 19 sentyabr 2022-cü il tarixdə əri Zərərçəkmiş şəxs2 şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs özü ilə birlikdə yaşadıqları evə gətirib sonuncunu qohumları Zərərçəkmiş şəxs1 dostu olaraq təqdim etmiş və Təqsirləndirilən şəxs bir neçə günlük yaşadıqları evdə qonaq qalacağını demişdir. Bundan sonra Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün müddətində yaşadıqları evdə qonaq qalıb xx.xx.2022-ci il tarixdə yaşadıqları evdən çıxıb getmişdir. Həmin tarixdən sonra Təqsirləndirilən şəxs yaşadıqları evə gəlməmişdir. Əri Zərərçəkmiş şəxs2 ona verdiyi məlumata əsasən, məlum olmuşdur ki, sonuncu Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 əvvəllər əlillik dərəcəsinə görə aldığı təqaüdün yenidən bərpa etdirəcəyi və sonuncunu işə düzəldəcəyinə dair həmin vaxt dəqiq məbləğini bilmədiyi pul vəsaiti vermişdir. Belə ki, əri Zərərçəkmiş şəxs2 ona Təqsirləndirilən şəxs nə qədər pul vəsaiti verdiyini bildirməmişdir. Bu hadisələrdən bir neçə ay sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edib aldatmaqla ona əvvəllər əlillik dərəcəsinə görə aldığı təqaüdün yenidən bərpa etdirəcəyi və işə düzəldəcəyinə dair yalan vəd verməklə ümumilikdə 11000 (on bir min) manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. İş üzrə Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun oğludur. Təqsirləndirilən şəxs da tanıyır. Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 dostu olmuşdur. Onlar 2021-ci ilin avqust ayında tanış olmuşlar. Həmin dövrdə oğlu Zərərçəkmiş şəxs1 Gürcüstan Respublikasında “Kristal Abşeron” tikinti şirkətində fəhlə işləmişdir. Həmin dövrdə xatırladığı qədər oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil telefon alıb ona məxsus şəxsiyyət vəsiqəsi ilə sənədləşdirmişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs arasında mütəmadi olaraq dostluq əlaqələri olmuşdur. Bundan sonra 2022-ci ilin yanvar ayının əvvəlində oğlu Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs vasitəsilə Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisində 01 (bir) sotunu 2000 (iki min) manata olmaqla 02 (iki) sot torpaq sahəsi almaq istədiyini bildirmişdir. Belə ki, oğlunun deməsinə görə Təqsirləndirilən şəxs oğlu Zərərçəkmiş şəxs1 Bakı şəhəri Kürdəxanaı qəsəbəsi ərazisində 4000 (dörd min) manat pul qarşılığında 02 sot sahədə torpaq sahəsi alacağına dair vəd vermişdir. O, həmin vaxt oğlu Ayxana almaq istəyirsə alsın demişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs1 qərara gəlmişdir ki, Təqsirləndirilən şəxsla razılaşıb tələb olunan 4000 (dörd min) manat məbləğində pul vəsaitini sonuncuya versin. Bundan sonra oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxsla telefon əlaqəsi saxlayıb yenidən ona zəng edərək sonuncunun əvvəlcə onu Bakı şəhərinə qonaq dəvət etmək istədiyini və onunla birlikdə torpaq sahəsinə baxdıqdan sonra almağın uyğun olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs bu təklifi həmin vaxt onda və oğlu Ayxanda Təqsirləndirilən şəxs qarşı daha da etibarlılıq hissi, inam hissi yaratmışdır. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə tək Bakı şəhərinə getmiş və Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüşdür. Bakı şəhərində Təqsirləndirilən şəxs onu öz yaşadığı evə qonaq aparmışdır. O, bir gecəlik Təqsirləndirilən şəxs evində qonaq olmuşdur. Həmin vaxt ailə üzvləri də evdə olmuşlar. Həmin dövrdə Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində tanımadığı ünvanda 02 (iki) sot boş torpaq sahəsini göstərib həmin torpaq sahəsinin 01 sotunun 2000 manata satıldığını demişdir. Həmin torpaq sahəsinin kimə məxsus olması, niyə satması barədə Təqsirləndirilən şəxs ona hər hansı məlumat verməmişdir. Onlar razılaşdıqdan sonra torpaq sahəsinin sahibini dəvət edəcəyini və sənədləri sahibindən alıb onlara verəcəyini və sonra sənədləşdirmə işində də özü kömək edəcəyini bildirmişdir. Bundan sonra o, torpaq sahəsini gördükdən sonra oğlu Zərərçəkmiş şəxs1la əlaqə saxlamış və sonuncuya Bakı şəhərində olduğunu, Təqsirləndirilən şəxs satmaq istədiyi torpaq sahəsini gözü ilə gördüyünü bildirmişdir. Qeyd edim ki, həmin vaxt ona məxsus kart hesabını oğlu Zərərçəkmiş şəxs1 özünəməxsus mobil telefon vasitəsilə idarə etmişdir. Beləliklə oğlu Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci ildə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına ona məxsus **********623055 saylı kart hesabından 1400 (bir min dörd yüz) manat ödəniş etmişdir. İlk ödənişi etdikdən sonra oğlu Zərərçəkmiş şəxs1 növbəti ödənişi xx.xx.2023-cü il tarixdə 1300 (bir min üç yüz) manat məbləğində olmaqla Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına mənə məxsus **********623055 saylı kart hesabından ödəniş etmişdir. Həmin ödənişləri etdikdən sonra Təqsirləndirilən şəxs ona ilkin ödəniş etdiyini bildirib torpaq sahəsinin sənədləşdirmə işlərinin görüldüyünü onlara bildirmişdir. Bundan sonra oğlu Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına ona məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. Növbəti ödənişi yenidən xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına ona məxsus **********623055 saylı kart hesabından 600 (altı yüz) manat ödəniş etmişdir. Oğlu Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs inanıb etibar edərək sonuncunun torpaq sahəsi almasına dair vədinə inanıb son ödənişini xx.xx.2022-ci il tarixdə Gürcüstan Respublikası, Batumi şəhərində olarkən istifadəsində olan mobil telefonun Birbank tətbiqi vasitəsilə Təqsirləndirilən şəxs **********981453 saylı kart hesabına anası Şahid3 məxsus **********623055 saylı kart hesabından 100 (yüz) manat ödəniş etmişdir. Oğlu Zərərçəkmiş şəxs1 hər dəfə ödəniş etdikdə ona da bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs ona Bakı şəhəri, Kürdəxanı qəsəbəsi ərazisindən 02 sot (ar) torpaq sahəsi alacağına dair yalan vədlər verərək, oğlu Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edib xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ümumilikdə 4000 (dörd min) manat məbləğində pul vəsaitini ələ keçirmişdir. Bütün bunlarla yanaşı xatırladığı qədər 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə oğlu Zərərçəkmiş şəxs1 ona zəng edərək Təqsirləndirilən şəxs oğlu Ayxandan öz adına bir ədəd televizor kreditə götürməsini xahiş etdiyini və krediti aybaay Təqsirləndirilən şəxs özünün ödəcəyini bildirmişdir. Həmin vaxt oğlu Zərərçəkmiş şəxs1 Tovuz rayonunda olmuşdur. Bundan sonra 2022-ci ilin aprel ayının hazırda dəqiq xatırlamadığı günündə oğlu Zərərçəkmiş şəxs1 Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində fəaliyyət göstərən Soliton mağazasında öz adına bir ədəd 1349 (bir min üç yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş və Təqsirləndirilən şəxs məlumat vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində Soliton mağazası filiallarının birindən televizoru götürmüşdür. Bundan sonra 2022ci ilin iyul ayının hazırda dəqiq xatırlamadığı günündə oğlu Ayxan Gürcüstan Respublikası ərazisində olarkən ona zəng edərək Təqsirləndirilən şəxs oğlu Ayxana zəng edərək bacısı qızının toyu olduğunu bildirdiyini və ona hədiyyə olaraq onun adına bir ədəd televizor kreditə götürməyini xahiş etdiyini demişdir. Oğlu Zərərçəkmiş şəxs1 yenə Təqsirləndirilən şəxs krediti aybaay özü ödəcəyinə dair söz verdiyini demişdir. O, oğlu Ayxanın sözü ilə 2022-ci ilin iyul ayının hazırda dəqiq xatırlamadığı günündə Tovuz şəhəri, Musa Musayev küçəsi ərazisində fəaliyyət göstərən Soliton mağazasında öz adına bir ədəd 1249 (bir min iki yüz qırx doqquz) manat dəyərində “LG” markalı televizor kredit formasında əldə edib sənədləşdirmiş və Təqsirləndirilən şəxs bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Bakı şəhəri ərazisində Soliton mağazası filiallarının birindən televizoru götürmüşdür. Hazırda bu qədər müddət keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs nə oğlu Zərərçəkmiş şəxs1 Bakı şəhəri əraisindən torpaq sahəsi almış, nə də televizorların aylıq kredit ödənişini etmişdir. İş üzrə Şahid4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun yeznəsidir. Yeznəsi Zərərçəkmiş şəxs2 2022-ci ilin sentyabr ayında ona məxsus mobil telefona zəng edərək borca pul lazm olduğunu bildirib ondan 4000 (dörd min) manat məbləğində pul istəmişdir. O, da həmin vaxt pulu olduğundan yeznəsi Emil Hüsyenova borc verə biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının hazırda dəqiq xatırlamadığı günündə o, Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən yaşadığı evin önündə qohumu Zərərçəkmiş şəxs2 nağd və əlbəəl şəkildə 4000 (dörd min) manat məbləğində pul vəsaiti vermişdir. Həmin vaxt onların yanında hər hansı bir şəxs olmamışdır. Həmçinin qohumu Zərərçəkmiş şəxs2 ondan borc qismində aldığı pulu nəyə xərcləyəcəyini, kimə nə məqsədlə verəcəyini bildirməmişdir. İş üzrə Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun dostudur. Dostu Zərərçəkmiş şəxs2 2022-ci ilin sentyabr ayında ona məxsus mobil telefona zəng edərək borca pul lazım olduğunu bildirib ondan 5000 (beş min) manat məbləğində pul istəmişdir. O, da həmin vaxt pulu olduğundan dostu Zərərçəkmiş şəxs2 borc verə biləcəyini demişdir. Bundan sonra 2022-ci ilin sentyabr ayının hazırda dəqiq xatırlamadığı günündə o, Tovuz rayonu, Yuxarı Öysüzlü kəndi ərazisində dostu Zərərçəkmiş şəxs2 nağd və əlbəəl şəkildə 5000 (beş min) manat məbləğində pul vəsaiti vermişdir. Həmin vaxt onların yanında hər hansı bir şəxs olmamışdır. Həmçinin dostu Zərərçəkmiş şəxs2 ondan borc qismində aldığı pulu nəyə xərcləyəcəyini, kimə nə məqsədlə verəcəyini bildirməmiş, nə də o, ondan bu barədə soruşmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl kifayət qədər sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmalıdır və o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. İşin 66-67-ci vərəqəsində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 24 iyul 2008-ci il tarixli hökmü ilə 11 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 20 fevral 2019-cu ildə Təqsirləndirilən şəxs cəzasının sonu ilə azad edilmişdir. İşin 152-159-cu vərəqəsində olan Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 iyul 2008-ci il tarixli 1(101)-762/08 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin 164-168-ci vərəqəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 1(060)-645/2023 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən həmin hökmlə təyin edilmiş cəza Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 iyul 2008-ci il tarixli hökmü ilə təyin olunmuş və icra olunmamış 1080 manat cərimə cəzası ilə tamamailə birləşdirilməklə ona hökmlərin məcmusu üzrə qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə və 1080 manat miqdarında cərimə cəzası təyin edilmişdir. Cinayət işinin 70-ci vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşin 195-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 19 avqust 2019-cu il təvəllüdlü Şəhrizad adlı azyaşlı uşağı vardır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 24 iyul 2008ci il tarixli hökmü ilə məhkum olunmuş cəzasını çəkib qurtarsa da məhkumluğu ödənilməmişdir. Onun məhkumluğu ödənilmədən yenidən cinayət törətməsi cinayətin residvini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətlərin residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsini müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62ci və 70-ci maddələrinin tətbiq olunmasına əsaslar yoxdur. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini və yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 1(060)-645/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 1080 manat cərimə cəzası ilə qismən toplanaraq üzrəində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080 manat cərimə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş 1080 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 06 may 2023-cü il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 343-347, 351-353 və 356-357-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4cü maddəsində nəzərədə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəza Sumqayıt Şəhər Məhkəməsinin 19 sentyabr 2023-cü il tarixli 1(060)-645/2023 saylı hökmü ilə təyin edilmiş 02 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası və 1080 manat cərimə cəzası ilə qismən toplanaraq üzrəində qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası və 1080 manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş 1080 manat cərimə cəzası Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən müstəqil icra edilsin. Cəzaçəkmə müddətinin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökmdən 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar