Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-142/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 oğlunun və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1988-ci ildə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və həbs edilənədək həmin ünvanda yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2024-cü il tarixdən həbsdə olan və hazırda Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 15 iyul 2024-cü il tarixdə, saat 13 radələrində Zərərçəkmiş şəxs2 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə həyətyanı daş hasarın üzərindən keçib əvvəlcə həyətə, oradan isə ev sahibinin və digər ailə üzvlərinin evdə olmamasından istifadə edib evin plastik pəncərəsini itələyib açmaqla mətbəxə və digər otaqlara qanunsuz daxil olaraq mətbəx mebelinin üzərindən 1 ədəd 100 (bir yüz) manat dəyərində olan “Apple” markalı qulaqcığı, 1 ədəd 300 (üç yüz) manat dəyərində olan “Newgen medicals SW-450” markalı qol saatını, 1 ədəd 35 (otuz beş) manat dəyərində olan “Powerbank” markalı elektrik cihazını və 55 (əlli beş) manat məbləğində kağız və qəpik pulları oğurlamış, yəni Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 490 (dörd yüz doxsan) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 17 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki dəmir darvazanın altından sürünərək əvvəlcə həyətə, oradan isə ev sahibinin və digər ailə üzvlərinin evdə olmamasından istifadə edib evin plastik qapısını itələyib açmaqla yaşayış sahəsinə qanunsuz daxil olaraq, fərdi yaşayış evinin yataq otağında olan divanın üstünə yığılmış yorğan-döşək yükünün içərisindən sellofan torbaya qoyulmuş 40600 (qırx min altı yüz) manat məbləğində nağd pul vəsaitini və həmin otaqda olan 2021-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd 70 (yetmiş) manat dəyərində “Samsung”A50” markalı mobil telefonu oğurlamış, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 40670 (qırx min altı yüz yetmiş) manat məbləğində əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, 17 iyul 2024-cü il tarixdə, saat 11 radələrində Zərərçəkmiş şəxs1 məxsus Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evindən 40600 (qırx min altı yüz) manat məbləğində nağd pul vəsaitini və 2021-ci ildə Çin Xalq Respublikasında istehsal olunmuş 1 ədəd 70 (yetmiş) manat dəyərində “Samsung”A50” markalı mobil telefonu oğurladıqdan sonra törətdiyi cinayətin izini itirmək məqsədi ilə fərdi yaşayış evinin oğurluq etdiyi yataq otağını yandırmaqla qəsdən məhv etmək qərarına gələrək, bu niyyətlə evin sayca birinci yataq otağının daxilində, divanın yerləşdiyi sahəyə, kənardan düşmüş od mənbəyini, yəni yanılı vəziyyətdə olan siqareti yataq otağında olan yun materialdan hazırlanmış yorğan-döşək dəstinin üzərinə ataraq evi tərk etmiş, baş vermiş yanğın nəticəsində otaqda olan 1 ədəd 300 (üç yüz) manat dəyərində divan, 1 ədəd 60 (altmış) manat dəyərində iki qapılı paltar şkaf, 1 ədəd 100 (bir yüz) manat dəyərində iki nəfərlik çarpayı, 1 ədəd 50 (əlli) manat dəyərində güzgü, 2 ədəd hər biri 100 (bir yüz) manat dəyərində olmaqla cəmi 200 (iki yüz) manat dəyərində olan döşəklər, 2 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla cəmi 30 (otuz) manat dəyərində olan yastıqlar, 3 ədəd hər biri 50 (əlli) manat dəyərində olmaqla cəmi 150 (yüz əlli) manat dəyərində olan yorğanlar, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla cəmi 100 (bir yüz) manat dəyərində olan odeyallar, 3 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla cəmi 120 (bir yüz iyirmi) manat dəyərində olan xalçalar, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan pərdə, 1 ədəd 18 (on səkkiz) manat dəyərində olan pərdə, 1 ədəd 48 (qırx səkkiz) manat dəyərində olan döşək üzlüyü, 5 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla cəmi 75 (yetmiş beş) manat dəyərində can dəsmalları, 6 ədəd hər biri 6 (altı) manat dəyərində olmaqla cəmi 36 (otuz altı) manat dəyərində olan dəsmallar, 10 dəst hər biri 15 (on beş) manat olmaqla cəmi 150 (bir yüz əlli) manat dəyərində olan yataq üzləri, 1 dəst 80 (səksən) manat dəyərində olan pambıq parçadan hazırlanmış naxışlı yorğan döşək üzü, 1 ədəd 50 (əlli) manat dəyərində olan yataq örtüyü, 25 ədəd hər biri 45 manat dəyərində olmaqla cəmi 1125 (bir min yüz iyirmi beş) manat dəyərində olan koftalar, 15 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 525 (beş yüz iyirmi beş) manat dəyərində olan qadın şalvarları, 3 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 135 (bir yüz otuz beş) manat dəyərində olan kişi köynəkləri, 4 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 140 (bir yüz qırx) manat dəyərində olan kişi köynəkləri, 5 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 225 (iki yüz iyirmi beş) manat dəyərində olan cins materiallı kişi şalvarlar, 20 ədəd hər biri 35 (otuz beş) manat dəyərində olmaqla cəmi 700 (yeddi yüz) manat dəyərində olan yay donları, 15 ədəd hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla cəmi 375 (üç yüz yetmiş beş) manat dəyərində olan yubkalar, 10 ədəd hər biri 55 manat dəyərində olmaqla cəmi 550 (beş yüz əlli) manat dəyərində olan qadın nazik gödəkçələri, 10 ədəd hər biri 45 (qırx beş) manat dəyərində olmaqla cəmi 450 (dörd yüz əlli) manat dəyərində olan atlas şifon parçalardan hazırlanmış koftalar, 1 ədəd 340 (üç yüz qırx) manat dəyərində olan kişi dublyonkası, 1 ədəd 600 (altı yüz) manat dəyərində olan “Lama layka” şubası, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan qadın jileti, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan qadın gödəkçəsi, 1 ədəd 120 (bir yüz iyirmi) manat dəyərində olan qısa qol qadın jileti, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan dəst paltar, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan “Fakir” markalı tozsoran, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan çilçıraqlüstür, 6 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla cəmi 60 (altmış) manat dəyərində olan stullar, 1 ədəd 10 (on) manat dəyərində olan divar saatı, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində olan kondisioner, 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində olan “Husenso” markalı televizor, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan “LG” markalı televizor, 1 ədəd 20 (iyirmi) manat dəyərində olan gülqabı, 1 ədəd 30 (otuz) manat dəyərində olan güldan, 9 ədəd hər biri 1 (bir) manat dəyərində olmaqla cəmi 9 (doqquz) manat dəyərində olan güllər, 2 ədəd hər biri 150 (bir yüz əlli) manat dəyərində olmaqla cəmi 300 (üç yüz) manat dəyərində olan pərdələr, 1 ədəd 56 (əlli altı) manat dəyərində olan tül pərdə, 2 ədəd 98 (doxsan səkkiz) manat dəyərində olan kaptella pərdələr, 2 ədəd hər biri 200 (iki yüz) manat dəyərində olmaqla cəmi 400 (dörd yüz) manat dəyərində olan kaptella pərdələr, 2 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla cəmi 20 (iyirmi) manat dəyərində olan kaptella pərdənin kənarına tikilmiş muncuqlar, 2 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla cəmi 60 (altmış) manat dəyərində olan ağ atlas parçadan hazırlanmış günlüklər, 2 ədəd hər biri 150 (bir yüz əlli) manat dəyərində olmaqla cəmi 300 (üç yüz) manat dəyərində olan sintetik materialdan hazırlanmış xalçalar, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan 13 şamdanlı çıl-çıraq, 1 ədəd 110 (bir yüz on) manat dəyərində olan ütü, 1 ədəd 1300 (bir min üç yüz) manat dəyərində olan “HP” markalı nootbuk kompyuter, 1 ədəd 550 (beş yüz əlli) manat dəyərində olan “Samsung” markalı nootbuk kompyuter, 1 ədəd 58 (əlli səkkiz) manat dəyərində olan saç ütüləyən fen, 1 ədəd 80 (səksən) manat dəyərində olan saç qurudan fen, 1 ədəd 450 (dörd yüz əlli) manat dəyərində olan 8 nəfərlik stol, 8 ədəd hər biri 80 (səksən) manat dəyərində olmaqla cəmi 640 (altı yüz qırx) manat dəyərində olan stullar, 1 ədəd 250 (iki yüz əlli) manat dəyərində olan divan, 1 ədəd 1200 (bir min iki yüz) manat dəyərində olan künc divanı, 1 ədəd 100 (bir yüz) manat dəyərində olan qaz sobası ilə birlikdə cəmi 15453 (on beş min dörd yüz əlli üç) manat dəyərində əşyaların tamamilə yanaraq məhv olmasına və fərdi yaşayış evinə tikinti üzrə cəmi 10877 (on min səkkiz yüz yetmiş yeddi) manat məbləğində ziyan vurulmasına səbəb olaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 xeyli miqdarda ziyan vurmaqla cəmi 26330 (iyirmi altı min üç yüz otuz) manat dəyərində əmlakını yandırmaqla qəsdən məhv etmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Tovuz şəhəri, E.Quliyev küçəsi 15 №-li evdə atası, qeyri-rəsmi nikahda olduğu Şahid2 Zəfər qızı və iki azyaşlı övladları olan 2022-ci il təvəllüdlü Hüseyn və 2024-cü il təvəllüdlü Xədicə ilə birlikdə yaşayır. Psixi xəstə deyil. Narkotikə və spirtli içkilərə meyilli deyil. O, Tovuz şəhər Ə.Cavad küçəsində yaşayan Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. xx.xx.2024-cü il tarixdə günorta saat təxminən 13 radələrində tək piyada Tovuz şəhəri Ə.Cavad küçəsi ilə evinə gəlirdi. Bu zaman bir nəfər gənc qadının uşaqları ilə birlikdə evindən çıxaraq markasını və nömrəsini xatırlamadığı və sürücüsünü tanımadığı taksi avtomobilinə minib getdiyini görmüşdür. Həmin vaxtı ətrafa baxmış və heç kimin olmadığına tam əmin olub bu evdən oğurluq etmək qərarına gəlmişdir. Evin ətrafına çəkilmiş daş hasarın üstünə çıxaraq buradan da həyətə keçmişdir. Həyətdə olan evdə heç kimin olmadığına tam əmin olduqdan sonra evin açıq qalmş pəncərəsinə yaxınlaşmışdır. Əli ilə itələyib pəncərəni açıb buradan da evin içinə keçmişdir. İçəri girəndə buranın evin mətbəxi olmasını görmüşdür. Yemək bişirilməsi üçün nəzərdə tutulmuş qaz sobasının yanında bir ədəd telefon qulaqcığı və adaptorunu və burada olan iki manat miqdarında qəpik pulları götürüb cibinə qoyaraq yenidən pəncərinin yanına gəlmişdir. Həmin vaxtı əli ilə pəncərəni açdığından əl izi pəncərədə qalmışdır. Ona görə də izi pəncərəyə vurulmuş pərdə ilə silərək həyətə düşmüşdür. Bundan sonra əlinin izinin tam yoxa çıxması üçün pərdəni tutub əli ilə bayıra çıxartmış və pərdənin əlini sildiyi hissəsini siqaretlə yandırmış və həmin hissə yandıqdan dərhal sonra əl izinin tam yoxa çıxmasına əmin olub söndürmüş və sonra darvazanı açıb hadisə yerindən uzaqlaşıb evinə gəlmişdir. 17 iyul 2024-cü il tarixdə Tovuz RPŞ-nin əməkdaşları tərəfindən tutulduqdan sonra həmin oğurladığı əşyaları polisə təqdim etmişdir. Həmin evdən başqa əmlak oğurlamamışdır. Həmin evi yandırmaq məqsəd və niyyəti olmamışdır. Elə fikri olsa idi həmin vaxt bunu etməyə ona heç kim mane olmamışdır. Ev sahibi Zərərçəkmiş şəxs2 məxsus evdən qol saatı və 55 manat pulu oğurlamamışdır. Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini Şahid1 və onun ailə üzvlərini heç bir zaman tanımamışdır. Təxminən iki il əvvəl, yəni 2017-ci ildə Unibankın Bakı şəhəri Xəzər rayonunda yerləşən ofisindən şəxsi ehtiyacı üçün 1950 (bir min doqquz yüz əlli) manat kredit və içərisində 710 (yeddi yüz on) manat olan “Albalı” kart götürmüşdür. Həmin ərəfələrdə Bakı şəhəri Qara Qarayev küçəsində olan “Kontakt home” mağazalar şəbəkəsindən 82 dioqanal “LG” markalı televizor və həmin firmaya məxsus ikiqapılı soyuducu götürmüşdür. Televizorun qiyməti təxminən 700 manat, soyuducunun qiyməti isə 1800 manat olmuşdur. Həmin vaxtlarda Bakı şəhərində 2020-ci ildə karantin vaxtlarında “Araz” marketdə və sonra isə 2022-ci ilin əvvəllərində “Al Market”lərdə fəhlə işləyirdi. İşlədiyi dövrdə televizorun pulunu ödəsədə soyuducunun pulunu ödəyə bilməmişdir. Eyni zamanda götürdüyü krediti vaxtlıvaxtında ödəyə bilmədiyindən bank onu məhkəməyə verdiyindən hər ay o, veriləcək bonusla birlikdə 500 (beş yüz ) manatdan çox əmək haqqından gecikmə faizləri hesablanmaqla orta hesabla 250 (iki yüz əllli) manat pul bank hesabına köçürülmüşdür. 2022-ci ilin noyabr ayında Bakıda yaşaya bilmədiyinə görə, yəni kirayə pulunu verə bilmədiyinə və eyni zamanda başqa ehtiyaclarını ödəyə bilmədiyinə görə məcbur olub işdən çıxıb evinə gəlmişdir. Tovuz şəhərində yaşadığı müddətdə bank kredini və soyuducunun pulu ödəyə bilmədiyinə görə Tovuz rayon mərkəzi bazarında fəhləlik etməyə başlamışdır. Ara-sıra Bakı şəhərində də iş olduqda 10-15 günlük Bakı şəhərinə gedib-gəlmişdir. Tovuz rayonunda qaldığı müddətdə əlavə olaraq gündəlik evə lazım olan bazarlığı da borc edərək alırdı. Beləliklə sonda artıq bank ödənişləri ilə birlikdə onun təxminən 8000 (səkkiz min) manata yaxın borcu yarandığını görmüşdür. Eyni zamanda həmin borc sahibləridə onu narahat edib borclarını ödəməyi istəmişlər. xx.xx.2024-cü il tarixdə gecə saatlarında yaşadığı evdə olan zaman mənzillərə girərək oğurluq etmək qərarına gəlmişdir ki, borclarını qaytarsın. xx.xx.2024-cü il tarixdə yuxudan qalxaraq səhər yeməyini yeyib saat təxminən 10 radələrində evdən çıxıb piyada Tovuz mərkəzi bazarının qarşısına gəlmiş və burada tanımadığı taksiyə əyləşərək Tovuz rayon köhnə xəstəxanasının yaxınlığına gəlmişdir. Taksidən düşdükdən sonra xəstəxana olan küçə ilə piyada gəzərək qapısı bağlı evlərə baxmağa başlamışdır. Məqsədi qapısı bağlı ev olduqda evə daxil olub oğurluq etmək olmuşdur. Tovuz rayon Aşağı Öysüzlü kəndində yerləşən adı sonradan məlum olan Şahid1 məxsus evə yaxınlaşdıqda evin qapısında qıfıl olduğunu və ətrafda isə heç kəsin olmadığını görmüş və evə oğurluq məqsədilə daxil olmaq qərarına gəlmişdir. İlk öncə həyətin kənarında quraşdırılmış dəmir barmaqlıqların üzərindən hoppanaraq həyətə daxil olmaq istəsədə dəmir barmaqlıqlar hündür olduğu üçün keçə bilməmişdir. Daha sonra həyətə daxil olmaq üçün nəzərdə tutulmuş iki taylı dəmir darvazanın yanına yaxınlaşmış və darvazanın altında yer ilə məsafənin böyük olduğunu görüb qapının altından sürünərək həyətə keçmək qərarına gəlmişdir. Bununla da darvazanın altından sürünərək həyətə daxil olmuşdur. Həyətə daxil olduqda sol tərəfdə bir traktor görmüş, yaşayış evi isə həyətin sağ tərəfində olmuşdur. Ev bir mərtəbələ idi və evə giriş qapısı plastik qapıdan ibarət idi. Evin qapısına yaxınlaşmış və qapının boş olduğunu görüb əlini qapının tutacağından tutaraq sağ çiyni ilə güc verərək qapını açıb içəri keçmişdir. İlk öncə evə girişin sağ tərəfində mətbəxt olduğunu görüb ora daxil olmuşdur. Üzərində siqaret yandırmaq üçün alışqan olmadığı üçün mətbəxtdə olan alışqan ilə siqaretini yandırmışdır. Daha sonra mətbəxtdən çıxaraq onunla üzbəüz otağa daxil olmuş və bu otağın hamam otağı olduğunu görmüşdür. Burada da heç bir dəyərli əşya tapa bilməyib oradan çıxmışdır. Sonra evin zal hissəsinə daxil olmuş və zal otağının qarşısında iki yataq otağı olduğunu görüb ilk öncə evin sol tərəfində yerləşən yataq otağına daxil olub oranı axtarmağa başlamışdır. Həmin otaqdan markasını bilmədiyi ağ rəngli mobil telefon cihazı tapıb çibinə qoyub oradan çıxıb digər yataq otağına daxil olmuşdur. Həmin otağı axtarsa da əvvəl heç bir dəyərli əşya və pul tapmamışdır. Daha sonra həmin otağın pəncərəsini açıb oradan çıxmaq qərarına gəlmişdir. Pəncərəni açdıqdan sonra əlində yanmış vəziyyətdə olan siqareti pəncərədən bayıra atmış və təkrar otağı axtarmağa başlamışdır. Otağın sağ küncündə divan yerləşmiş və həmin divanın üzərində isə yorğan-döşək yükü yığılmışdır. Təkrar olaraq həmin yükün içərisinə əlini saldıqda əli sellofan torbaya toxunmuş və həmin sellofanı yükün içərisindən çıxartmışdır. Sellofan torbanın içərisinə baxan zaman içərisində çoxlu miqdarda pul olduğunu görmüşdür. Həmin vaxt həyəcanlanaraq sellofan torbanı götürüb evin mətbəxtinə keçib oradakı alışqan ilə siqaret yandırmışdır. Siqareti yandırdıqdan sonra təkrar pul tapdığı yataq otağına qayıtdı ki, pəncərədən çıxaraq evi tərk etsin. Pəncərədən baxdıqda yoldan avtomobil keçdiyini görüb fikrini dəyişdi ki, evin bağ sahəsindən çıxsın. Yataq otağından çıxdıqda əlində olan siqareti yataq otağında olan divanın üzərinə atmışdır. Məqsədi o idi ki, pul götürdüyü yer yansın və əl izləri qalmasın. Evdən həyətə çıxıb həyətə daxil olduğu darvazanın altından sürünərək təkrar həyətdən çıxmışdır. Həyətdən çıxdıqdan sonra sellofan bükümdə olan pulu qarın nahiyyəsinə, tapdığı mobil telefonu isə əynində olan şalvarın sol çibinə qoyaraq piyada dəmiryol vağzalı istiqamətində getməyə başlamışdır. Dəmiryolun yaxınlığında dayanaraq oğurladığı ağ rəngli mobil telefonu dəmiryolun kənarına atmışdır. Daha sonra isə piyada Tovuz rayon avtovağzalına, oradan isə taksi ilə mərkəzi bazarın qarşısında yerləşən “Zəfəran” aptekinin qarşısına gəlmişdir. Bazara gəldikdən sonra üzərində olan gödəkçənin çirkli olduğunu görüb bazarın qarşısında yerləşən “Osman” adlı geyim paltarları satılan mağazaya daxil olub, oradan özünə 22 (iyirmi iki) manat dəyərində qara rəngli gödəkcə almışdır. Daha sonra oradan çıxaraq evi istiqamətinə tərəf getdikdə qəbirstanlığın yaxınlığında gödəkcəni dəyişib evinə gəlmişdir. Evə gəldikdən sonra evdə qonaqların olduğunu görüb evin mətbəxinə keçmişdir. Mətbəxtə keçdikdən sonra üzərində olan sellofanı açıb içərisindən açıq, yəni dəst formasında olmayan pulu götürüb yerdə qalan pulu isə sellofana bükərək mətbəxdə yerləşən şkafın üstündə olan plastik qabın içərisinə qoymuşdur. Həmin vaxt oğurladığı pulun məbləğini bilməmiş və saymamışdır. Həmin pulu oğurluq edərək evə gətirdiyindən və pulu evdə gizlətdiyindən heç kəsin məlumatı yox idi. Evdən çıxdıqdan sonra təkrar bazara gəlmişdir. Bazara gəldikdən sonra bazarda yerləşən xırdavat mağazasına yaxınlaşıb və ora olan 160 (yüz altmış) manat, daha sonra isə bazarda olan ət dükanına yaxınlaşıb ora olan 30 (otuz) manat borcunu ödəmişdir. Bundan başqa bazarın yaxınlığında olan meyvə satılan yerə yaxınlaşaraq ora olan 45 (qırx beş) manat borcunu da ödəmişdir. Həmin vaxt istifadəsində olan mobil nömrəyə 10 (on) manatlıq danışıq kartı yükləmişdir. Sonra isə bazarın qarşısında yerləşən mobil telefon satılan mağazaya gedib əvvəlcədən 70 (yetmiş) manat beh kimi vermiş olduğu “Redmi 8” markalı mobil telefona 90 (doxsan) manatda əlavə ödəniş edib götürmüşdür. Daha sonra bazarın qarşısında yerləşən “Milliön” aparatına yaxınlaşaraq “Unibank”a olan 780 (yeddi yüz səksən) manat kredit borcunu ödəmişdir. Bazardan çıxdıqdan sonra isə evə tərəf getməyə başlamışdır. Evinə tərəf gedən zaman bazara girişin yaxınlığında tərəvəz satılan yerin qarşısında arvadı Şahid2 görüb çağırdı ki, evə yoldaşlı getsinlər. Arvadı ilə yolu gedən zaman evin qarşısına çatmamış kənardan evin qarşısında polis əməkdaşlarının olduğunu görüb əlində olan mobil telefonu arvadı Gilasa vermişdir. Evin qarşısına çatdıqda arvadı Gilas evə daxil olmuş və özü isə polis əməkdaşları ilə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra oğurluq etdiyinə görə gətirildiyini bilmiş və oğurladığı pulun məbləğinin isə 39600 (otuz doqquz min altı yüz) manat məbləğində olduğunu öyrənmişdir. Həmin pulun üzərindən ümumilikdə 1189 (min yüz səksən doqquz) manat pul xərcləmişdir. 8272 (səkkiz min iki yüz yetmiş iki) manat pul polis əməkdaşları tərəfindən üzərindən aşkar olunaraq götürülmüş, 30.000 (otuz min) manat nağd pul isə oğurluqdan sonra yaşadığı evdə heç kimin xəbəri olmadan gizlətdiyi qabın içərisindən polis əməkdaşları tərəfindən aşkar olunaraq götürülmüşdür. Aşağı Öysüzlü kənd sakini Şahid1 evinə heç bir məlumat əsasında girməmiş və oğurluq etməyi barədə də heç kəsə məlumat verməmişdir. Hazırda əməlindən peşman olmasını, himayəsində 2 (iki) nəfər azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslərə vurmuş olduğu ziyanı ödəməklə barışmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o, Tovuz rayon Aşağı Öysüzlü kəndində əri Şahid1, oğlanları Təvəkkül və Rəşad Məmmədəliyevlə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əri işləmir, özü isə “Nəsimi” ticarət mərkəzində Yunis adlı şəxsə məxsus obyektdə peraşki və kətə bişirib satmaqla məşğul olur. Yunisin obyektini aylıq 260 və 300 manata danışmış və hər ay pulu ödəmişdir. Həmin obyektin yanında İradə adlı şəxsə məxsus obyekt var. İradənin həmin obyekti 50.000 (əlli min) manata satmasını eşidib obyekti ondan almaq barədə onunla razılığa gəlmişdir. Həmin ərəfələrdə burada Sevinc adlı şəxs icarə əsasında işləyirdi. 06 iyun 2024-cü il tarixdə qaynı Gündüzün evini və adına olan yer əkən traktoru “Access” bankın Tovuz filialında girova qoyub həmin bankdan ayda 2140 (iki min yüz qırx) manat kredit ödəmək şərtilə iki il müddətinə 50.000 (əlli min) manat pul kredit götürmüşdür. 05 iyul 2024-cü il tarixdə kreditin 2150 (iki min yüz əli) manat pulunu qazancı hesabına ödəmişdir. Bankdan götürülən həmin məbləğdən kredit ödənilmək üçün istifadə olunmamışdır. 50.000 manat pulun bir qismindən, yəni 10.200 (on mun iki yüz) manat pula Qovlar şəhərində tanımadığı şəxsdən 6.000 ABŞ dolları alınmışdır. Həmin pul Qovlar şəhərində yaşayan bacısı İradənin evində saxlanılmış və hal-hazırda özündədir. Yerdə qalan pul, yəni 40.600 ( qrx min alt yüz ) manat isə evində olmuşdur. Pul yataq otağındakı divanın üstünə yığılmış yorğan döşək dəstinin arasına sellofan torbaya qoyulmuş vəziyyətdə olmuşdur. Həmin pullar milli pullar idi, 50, 100 və 200 manatlıq əskinazlar olmuşdur. Bankdan 50.000 manat pul kreditə götürülməyi ondan və ərindən başqa kənar şəxs bilməmişdir. 17 iyul 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə evdən çıxmışlar. Evi giriş qapısını daxilə keçən qıfılla bağlamışdır. Əri özünə məxsus olan “Toyota “ markalı ** HN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Tovuz şəhər ərazisinə çıxmış, onu bazarda düşürdükdən sonra bazarın qarşısında saxlamışdır. Uşaqları isə fəhləlik etməkdən ötrü Dondar Quşçu kəndinə getmişlər. Həyətin iki laylı dəmir darvazasının üzərində isə ağ rəngli, paslanmayan asma qıfıl olmuşdur. Açarlar özlərində olmuşdur. Evdən çıxarkən qaz və işıqları keçirmişlər. Yalnız soyuducu və zalda olan kondisioner işlək vəziyyətdə olmuşdur. 17 iyul 2024-cü il tarixdə saat təxminən 12 radələrində bazarda olmuşdur. Həmin vaxt bazarda olduğundan ərinin ona zəng etməsini telefonu səssizlik rejiminə qoyduğu üçün eşitməmişdir. Sonradan oğlu Təvəkkülə zəng edəndə ona demişdir ki, “ay ana deyirlər evimiz yanıb bilmirsənmi?” Telefona baxanda ərinin dörd dəfə zəng etdiyini görmüşdür. Tez evinə gəlmişdir. Evə gələndə yanğınsöndürənlərin olmasını görmüşdür. Həmin vaxtı ilk dəfə yadına düşən pul olmuşdur. İstədi ki, içəri keçə, lakin, yanğınsöndürənlər dedilər ki, “girmə içəri tüstüdür, boğula bilərsən.” Lakin, icazə alıb içəri girdikdə burada divanı və üstündə olan yorğan döşəyin tam yandığını görmüşdür. Sonradan yataq otağından 40600 (qırx min altı yüz) manat pulunun oğurlandığını aşkar etmişdir. Hadisə zamanı həmçinin, yataq otağında olan, SSRİ dövlətinin Krasnodar şəhərində istehsal edilmiş, təxminən 30 il əvvəl alınmış dsp materialından hazırlanmış, qiyməti 200 (iki yüz) manata olan divanı tamam yanmış, iki qapılı, qiyməti 300 ( üç yüz ) manat olan paltar şkafı, qiyməti 400 ( drd yüz ) manata olan taxta materialdan hazırlanmıış iki nəfərlik çarpayı, qiyməti 200 ( iki yüz ) manata olan bədənnümə güzgüsü (termom) yararsız və istifadə olunmayan hala düşmüşdür. Ümumilikdə, yanğın nəticəsində evinin hər 3 (üç) otağı yararsız vəzyyətə düşmüş və orada yaşamaq mümkün deyildir. Mətbəx isə hislə örtülmüşdür. Ümumilikdə təmir və usta xərci nəzərə alınmadan baş vermiş yanğın nəticəsində ona 30000 (otuz min) manat maddi ziyan dəymişdir. Əlavə edib bildirir ki, hadisə zamanı ona məxsus üç il əvvəl 450 (dörd yüz əlli) manata almış olduğu oğurluqdan qabaq istifadəyə yararlı Çin istehsallı “SAMSUNG”A 50 markalı mobil telefonu oğurlanmışdır. Həmin telefonun üstündə nömrə olmamışdır. Eyni zamanda hadisə zamanı aşağıdakı istifadəyə yararlı, təzəsindən seçilməyən əşyaları tamam yanmışdır. Həmin əşyalar bunlardır. 2023-cü ildə özü sifariş əsasında hazırlatdığı iki ədəd təzə, içərisində didilmiş, təzə 16 kq quzu yunu olan, uzunu 2 metr 40 sm, eni 1 metr 20 sm olan üzü Türkiyə istehsalı olan “bombard” parçadan hazırlanmış döşəklər hər birini 120 manat, 2023-cü ildə hazırlanmış, 2 ədəd 60x60 kv həcmdə olan, hərəsində 3 kq qaz tükü olan üzü tük buraxmaz parçadan olan iki ədəd balışlar-hər birini 20 manat, 2023-cü ildə özü sırıdığı 3 ədəd- içərisində təmiz didilmiş 3 kq quzu yunu olan, uzunu 2 metr, eni 1 metr 60 sm olan gilan çitindən hazırlanmış üç ədəd yorğanlar–hər birinə 80 manat, 2 ədəd 2024-cü ildə aldığı, təzə, Pakistanda istehsal edilmiş uzunu 2 metr 40 sm, eni 1 metr 60 sm olan “puxovıy” odeyallar-hər birinin qiyməti 25 manat, 2023-cü ildə istehsal edilmiş, 3 ədəd, İranda istehsal edilmiş, uzunu 1 metr eni 60 sm olan yundan hazrlanmıış xalçalar-hər biri 40 manat, 2019-cu ildə istehsal olunmuş, otağın pəncərəsinə vurulmuş, hündürlüyü 2 m 80 sm, eni 4,5 metr olan naxışlı qalın, yerli istehsal olan atlas parçadan hazırlanmış pərdə 60 manat, 2023-cü ildə yerli istehsal olan ağ atlas parçadan tikdirdiyi pərdəaltı günlük 18 manat, döşəyin və balıncın üzərinə örtülmüş, Türkiyədə istehsal edilmiş çit materialdan hazırlanmış bir ədəd üzlük 45 manat, 2024-cü ildə istehsal olunmuş, şkafın içində olan 5 ədəd Türkiyə istehsallı, təzə, istifadə olunmamış, pambıq materialdan hazırlanmış, uzunluğu 1 metr 50 sm olan qətvə (can dəsmalı)–hər birinin qiyməti 20 manat, 6 ədəd Türkiyə istehsallı, 2024-cü ildə aldığı, təzə istifadə olunmamış, pambıq materialdan hazırlanmış, uzunluğu 80 sm olan məhrəbalar–hər birinin qiyməti 15 manat, on dəst, istifadə edilmiş, Türkiyə istehsalı olan gilan parçadan tikilmiş uzunluğu 2 metr 20 sm, eni 2 metr 40 sm olan yataq üzləri-çuxollar-bir dəstin qiyməti 45 manat, bir ədəd istifadə edilməmiş, pampıq parçadan hazırlanmış naxışlı dəst yorğan döşək üzü korobkaya qablaşdırılmış vəziyyətdə olmuş, 2024-cü il istehsalı idi, Türkiyə malı idi qiyməti 80 manat, bir ədəd Pakistanda istehsal edilmiş 2 metr 40 sm uzunu, 2 metr 20 sm eni olan dəvə tükündən hazırlanmış yataq örtüyü qiyməti 15 manat, 2020-ci ildə istehsal edilmiş 25 ədəd, hər birinin qiyməti 45 manata olan Türkiyədə istehsal edilmiş özünə məxsus pambıqdan hazrlanmış 36- 38 ölçülü koftalar hər birinin qiyməti 45 manat, 2022-ci ildə istehsal edilmiş, Türkiyə istehsalı, 44-46 razmer, sintetik parçadan hazırlanmış 15 ədəd şalvarlar hər birinin qiyməti 35 manat, 2023-cü ildə Türkiyədə istehsal edilmiş, 3 ədəd pambıq materialdan qolu uzun 3 düymə kişi köynəyi, ölçüsü 2 XL –hər birinin qiyməti 45 manat, 2023-cü ildə Türkiyə istehsal edilmiş, pambıq parçadan olan 4 ədəd 3 düymə kişi köynəyi, ölçüsü 2 XL- hər birinin qiyməti 35 manat, 2023-cü ildə Türkiyə istehsalı olan 5 ədəd ölçüsü 2 XL cins şalvar qiyməti hər birinin 45 manat, 2023-cü ildə Türkiyə istehsalı olan 20 ədəd pambıq materialdan hazırlanmş yay donları ölçüsü 48-54 hər birinin qiyməti 35 manat, 2023-cü ildə Türkiyə istehsalı olan adi parçadan hazrlanmış 48-54 ölçülü 15 ədəd yubkalar birini 25 manata qiymətləndirir, 2023-cü ildə Türkiyə istehsalı olan atlas parçadan hazırlanmış 10 ədəd vitrovkalar nazik gödəkçələr birini 55 manata qiymətləndirir, 2023-cü il Türkiyə istehsalı olan atlas şifon parçalardan hazrlanmış 10 ədəd koftalar hər birini 45 manatdan qiymətləndirir, 2024-ci ildə Türkiyədə istehsal edilmiş bir ədəd 50 ölçülü dəri materialdan hazırlanmış kişi “dublyonka”sı-340 manat qiymətləndirir, 2023-cü il istehsallı Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü “Lama layka” şubası- 600 manat qiymətləndirir, 2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü yun materialdan hazırlanmış jiletka- qiyməti 100 manat, bir ədəd 2023-cü ildə Türkiyədə istehsal edilmiş təzə 44 ölçülü təmiz dəri materiladan hazırlanmış qara rəngli qadın gödəkçəsi qiyməti 450 manat, 2024-cü ildə Türkiyədə istehsal olunmuş bir ədəd yun materialdan hazırlanmış qırmızı rəngli istifadə edilməmiş, 42 ölçülü qolu kəsik jilet qiyməti 120 manat, 2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü atlas materildan hazırlanmış dəst paltar (dvoyka)-qiyməti 250 manat, 2023-cü ildə Türkiyə istehsalı olan bir ədəd su ilə işləyən “Fakir” markalı tozsoran qiyməti 280 manat, 2023-cü ildə İranda istehsal olunmuş 3 şamdanı olan adi şüşə materialdan hazırlanmş çilçıraq-lüstür qiyməti 50 manat, 2020-ci ildə yerli istehsal olunmuş altı ədəd,taxtadan hazırlanmış stul–hər birinin qiyməti 50 manat. Bundan başqa zalda isə aşağıdakı əmlakı tamamilə yanıb məhv olmuşdur: bir ədəd, İranda istehsal edilmiş iki ədəd orta ölçülü batareya daşı ilə işləyən, plastmast materialdan hazırlanmış hündürlüyü 80 sm. eni 40 sm olan divar saatı- qiyməti 80 manat, 2020-ci ildə Çində istehsal olunmuş “LG” markalı 50 kv metr ərazini əhatə edən istifadəyə yararlı 3 il əvvəl 1300 manat alnmış kondinsioner, 2022-ci ildə Almaniyada istehsal olunmuş iki il əvvəl aldığı bir ədəd “HUSENSO” markalı 1 metr dioqanallı istifadəyə yararlı televizor-qiyməti 1500 manat, 2017-ci ildə Çində istehsal edilmiş bir ədəd,LC markalı 82 dioqanallı istifadəyə yararlı televizor-qiyməti 450 manat, bir ədəd, hündürlüyü 50 sm olan 2019-cu ildə Rusiyada istehsal edilmiş adi şüşə materialdan hazırlanmış gül qabı- qiyməti 25 manat, 2022-ci ildə İran istehsalı olan bir ədəd hündürlüyü 1 metr 20 sm olan güldan - qiyməti 35 manat, 2022-ci ildə İranda istehsal edilmiş 9 ədəd adi sintetik materialdan hazrlanmış hündürlüyü 1 metr 30 sm olan güllər- hər birinin qiyməti 8 manat, 2019-cu ildə Türkiyə istehsalı olan hündürlüyü 2 m 80 sm, eni 6 metr olan tül parçadan hazırlanmış 2 ədəd divar pərdələri- bir metrinin qiyməti 22 manat, 2019-cu ildə Türkiyə istehsalı hündürlüyü 2 metr 80 sm, eni 6 metr tül pərdələr və üstünün Türkiyə istehsalı olan hündürlüyü 2 m 80 sm, eni 6 metr olan 2 ədəd kaptella pərdələri-tül pərdənin bir metrinin qiyməti 20 manat və kaptella pərdənin bir metrinin qiyməti isə 35 manat, 2021-ci ildə Rusiyada istehsal olunmuş kaptella pərdənin kənarına tikilmiş aksessuar- 2 ədəd muncuqlar-hər bir muncuğun qiyməti 50 manat, 2023-cü ildə Türkiyədə istehsal olunmuş uzunluğu 2 metr 80 sm. eni 2 metr olan ağ atlas parçadan hazırlanmış 2 ədəd günlüklər-cəmi 50 manat, 2019-cu ildə İranda istehsal edilmiş 2 ədəd 4x5 ölçülü sintetik materialdan hazırlanmş xalçalar-hər birini qiyməti 250 manat, bir ədəd, 2017-ci ildə Rusiyada istehsal olunmuş 13 şamdanlı büllür materialdan hazırlanmış istifadəyə tam yararlı çilçıraq qiyməti 450 manat, bir ədəd, 2020-ci ildə Türkiyədə istehsal olan markası bilinməyən ütüqiyməti 110 manat, bir ədəd, 2023-cü ildə Çində istehsal edilmiş HP markalı nootbuk kompyuter-qiyməti 1300 manat, bir ədəd, 2023-cü ildə Çində istehsal edilmiş “Samsung” markalı nootbuk kompyuter-qiyməti 550 manat, bir ədəd 2024-cü ildə Türkiyədə istehsal olunan markasını bilmədiyi saç ütüləyən fen- qiyməti 58 manat, bir ədəd, 2023-cü ildə Türkiyədə istehsal olunan markasını bilmədiyi saç qurudan fen- qiyməti 80 manat, 2022-ci ildə istehsal edilmiş bir ədəd taxta materialdan hazrlanmş 8 nəfərlik qabaq stolu və stullarıstolun qiyməti 450 manat və bir ədəd stulu isə 80 manatdan qiymətləndirir, 2023-cü ildə istehsal olunmuş,yerli istehsal DİK materialdan hazırlanmış qiyməti 250 manata olan divan, 2021-ci ildə istehsal olunmuş, yerli istehsal, taxta materialdan hazırlanmış qiyməti 1200 manata olan künc divanı, bir ədəd, 2014-cü il İranda istehsal edilmiş, qaz ilə işləyən istifadəyə yararlı qaz sobası- qiyməti 100 manatdır. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilməsə də, o qalan ziyanı ondan tələb etmir. Odur ki, heç bir şikayət və tələbinin olmamasını bildirərək Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 Zülfəli oğlu ifadəsində göstərdi ki, o, Tovuz şəhəri, Ə.Cavad küçəsi 14 A-№-li fərdi evdə ailəsi ilə birlikdə yaşayır. 15 iyul 2024-cü il tarixdə "xxxx" MMC-nin Ağstafa şəhərində yerləşən şöbəsində işdə olmuşdur. Ailəsi isə Tovuz şəhəri Əzizbəyov küçəsində yerləşən çoxmərtəbəli binada yaşayan atası gilə getmişdir. Bununla da, saat təxminən 13:00-dan saat 20 radələrinə evdə heç kim olmamışdır. Evinin həyəti və ətrafına çəkilmiş daş hasarı var və evə giriş ikilaylı dəmir darvazadandır. Ailəsi evdən çıxan zaman evin pəncərə və qapıları bağlı vəziyyətdə olmuşdur. Həmin gün saat 18 radələrində işdən çıxıb atası evinə gəlib buradan ailəsini götürüb evinə gəlmişdir. Evə gələndə dəmir darvazanın açılıb sonradan bitişdirilmiş vəziyyətdə bağlı olmasını gördükdə hiss etmişdir ki, kimsə həyətə keçmişdir. Amma, evin qapısı bağlı vəziyyətdə idi və kənardan heç bir müdaxilə olunmamışdır. Qapını açıb ailəsilə birlikdə evin içinə keçmişdir. Otağına keçib əynini dəyişmiş və evin içində olan mətbəxə keçdikdə burada plastik pəncərinin yarı açıq vəziyyətdə qalmasını və həmin anda da pəncərəyə vurulnuş sintetik parçadan hazırlanmış 3 illik, yerli istehsal olan qiyməti 250 manat olan pərdənin orta hissədən yandırıldığını və döşəmə üzərində yarı yanmış ağ rəngli kağız parçasını və pərdənin yararsız vəzyyətə düşməsini görmüşdür. Tam əmin oldu ki, onların evdə olmamağından istifadə edən şəxs və ya şəxslər mətbəxin plastik pəncərəsini açmaqla evə girmişlər. Evin pəncərələrinin qabağında dəmir reşotka yoxdur. Bunu görüb dərhal DİN-nin 102 Zəng Xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bundan çox keçməmiş Tovuz rayon polis şöbəsinin əməkdaşları evinə gəlmişlər. Baxış zamanı mətbəxdən bir ədəd 8 ay əvvəl qablaşdırılmış vəziyyətdə mağazadan 100 ( yüz ) manata almış olduğu istifadəyə yararlı və heç bir zədəsi olmayan original ABŞ-da istehsal edilmiş “Apple” markalı qulaqcıq, bir ədəd, iki il əvvəl 300 manata almış olduğu original, istifadəyə yararlı heç bir zədəsi olmayan “Newgen medicals SW-450” markalı qol saatı, qiyməti 144 manata olan bir il əvvəl təzə və istifadə olunmamış vəziyyətdə almış olduğu bir ədəd “Powerbank” firmasına məxsus telefonu cərəyana qoşmaq üçün istifadə edilən qurğu-akkumlyator və içərisində təxminən 55 manat miqdarında kağız və qəpik pullar olan uşaq kassasına yığılmış 55 manat pulun oğurlandığı müəyyən edilmişdir. Kassa isə oğurlanmamışdır. Bununla da, ona ümumilikdə pərdə də hesab edilməklə maddi ziyan dəymişdir. Məhkəmə istintaqı dövründə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonuncudan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Zərərçəkmiş şəxs1 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2024-cü il tarixdə saat 11:33 dəqiqədə Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Şahid1 DİN-nin 102 Zəng Xidmətinə məlumat və daha sonra elə həmin günü də ərizə ilə Tovuz RPŞ-nə müraciət edərək 17 iyul 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə saat 06:00 dəqiqədən saat 11 radələri arası olan müddət ərzində evdə olmadığı müddətdə naməlum şəxs və şəxslər tərəfindən evindəki yataq otağındakı divanın üstünə yığılmış yorğan döşək yükünün içərisinə qoymuş olduğu 39.600 manat pulunun oğurlanması və həmin otağın yandırılması, nəticədə alovun yayılaraq evinin qismən yanması və oğurluq nəticəsində ona cəmi 39.600 manat məbləğində ziyan dəyməsi barədə məlumat vermişdir. Həmin vaxtı əməliyyat qrupu ilə birlikdə o da hadisə yerinə getmişdir. Hadisə baş vermiş evin qonşuluğunda olan digər evin müşahidə kamerasına baxıldıqda əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 186.2.1 və 186.2.2-ci və 315-ci maddələri ilə məhkum olunmuş, sonradan cəzasını çəkib evinə gəlmiş, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs Şahid1 həyət darvazasının altından sürünərək həyətə keçməsi görünmüşdür. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə şübhəli olması və onun istintaqa təhvil verilməsinə əsaslar olduğundan CAB-nin əməkdaşı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı evin qarşısında saxlanılmışdır. Özlərinin xidməti vəsiqələrini çıxardıb Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin CAB-nin əməkdaşları olduğunu təqdim etdikdən sonra Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə məlumat verib ona həmin cinayəti etməkdə şübhəli olduğu bildirilmiş, həmin şəxsə onlarla birlikdə Tovuz RPŞ-nə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə ünvan 4 ünvanda yerləşən Tovuz RPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti etməsini etiraf etmiş və burada üzərində olan 8272 (səkkiz min iki yüz yetmiş iki) manat pulu cibindən çıxardıb təqdim edərək həmin pulu Şahid1 məxsus olduğunu və oğurlamış olduğu pulun bir hissəsi olduğunu və evdə etmiş olduğu cinayətin izini itirmək məqsədi ilə yandırdığını bildirmişdir. Bundan sonra 8272 (səkkiz min iki yüz yetmiş iki) manat pul götürülmüş və raportla istintaqa təqdim edilmişdir. Məhkəmə iclasında Şahid2 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə olan qeyrirəsmi nikahdan iki azyaşlı övladları, 2022-ci il təvəllüdlü Hüseyn və 2024-cü il təvəllüdlü Xədicə anadan olmuşlar. Evlənməmişdən əvvəl Təqsirləndirilən şəxs əvvəllər tutulmasını və məhkum olmasını bilsə də həmin şəxsə qarşı səmimi münasibəti olduğu üçün onunla ailə qurmuşdur. Ailə kimi yaşadığı müddətdə aralarında hər hansı bir narazılıq olmamışdır. Evlənəndən sonra Bakı şəhərinə köçüb altı il Məhəmmədi qəsəbəsində kirayədə yaşamışlar. Əri burada müxtəlif işlərdə fəhlə kimi işləmiş və ailənin dolanışığını təmin etmişdir. Hətta kreditə evə soyuducu və televizorda almışdır. Sonradan Teymurun atası Əli kişi xəstələndiyindən və tək qaldığından onlar ailəliklə Tovuz şəhərinə köçüb qayınatasının evində 2022-ci ilin axırlarından yaşamağa başlamışlar. Teymur yenədə fəhləlik etməklə ailəni dolandırırdı. Özü bir yerdə işləmir, uşaqların tərbiyəsi ilə məşğul olur. Tovuz şəhərinə köçdükdən sonra da onunla Teymur arasında heç bir problem olmamışdır. 2024-cü ilin iyul ayı olardı, daha dəqiq vaxtını xatırlamır. Günortaya yaxın vaxtlar olardı. Tovuz şəhəri Mərkəzi bazarının qarşısında dayanmışdır. Buraya gəlməkdə məqsədi uşaqlara “pompers” almaq olmuşdur. Həmin vaxt ərinin onu çağırmasını eşitmişdir. Onu bazarın ortasında dayandığını görmüşdür. Teymur ona dedi ki, “bir yerdə evə yoldaşlı gedək”. Həmin vaxtı Teymurun əlində adi sellofan paket olmuşdur. Birlikdə yolu gedən zaman qayınatasının evinin qarşısına çatmamış kənardan evin qarşısında polis əməkdaşlarının dayandığını görmüşdür. Həmin vaxtı Teymur əlində olan sellofan torbanı ona verdi. Evin qarşısına çatdıqda evə daxil olmuş, Teymur isə polis əməkdaşları ilə polis şöbəsinə getmişdir. Bir az keçmiş polis əməkdaşları evə gəlmiş və evdə aparılan axtarış zamanı evin mətbəxində olan şkafın üstündə olan plastik qabın içərisinə qoyulmuş sellofanın içərisindən açıq, yəni, dəst formasında olmayan pulu götürmüşlər. Həmin pul yanında sayıldı, amma, nə qədər olmasını xatrlamır. Ərinin ona vermiş olduğu sellofan torbanı polis əməkdaşlarının yanında açdıqda içərisində korobkada markasını bilmədiyi və rəngi yadında qalmayan mobil telefon aparatını görmüşdür. Həmin sellofan torba ilə birlikdə mobil telefon aparatını və pulu polis əməkdaşları götürüb aparmışlar. Sonradan bilmişdir ki, əri Teymur adını bilmədiyi şəxsin evinə girib pul oğurladıqdan sonra həmin şəxsin evini yandırmışdır. Bu hadisədən əvvəlcədən məlumatı olmamışdır. Əgər bilsəydi ki, ərinin kiminsə evindən oğurluq etmək fikri olmuş, onun qarşısını qətiyyətlə alıb ərinin belə bir cinayət etməsinə imkan verməzdi. Çünki, evlənəndə Teymur ona söz vermişdir ki, bir daha cinayət etməyəcəkdir. Məhkəmə iclasında Şahid3 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 17 iyul 2024-cü il tarixdə saat 11:33 dəqiqədə Tovuz rayon Aşağı Öysüzlü kənd sakini Şahid1 DİN-nin 102` Zəng Xidmətinə məlumat və daha sonra elə həmin günü də ərizə ilə Tovuz RPŞ-nə müraciət edərək 17 iyul 2024-cü il tarixdə ailə üzvləri ilə birlikdə saat 06:00 dəqiqədən saat 11 radələri arası olan müddət ərzində evdə olmadığı müddətdə naməlum şəxs və şəxslər tərəfindən evindəki yataq otağındakı divanın üstünə yığılmış yorğan döşək yükünün içərisinə qoymuş olduğu 39.600 manat pulunun oğurlanması və həmin otağın yandırılması, nəticədə alovun yayılaraq evinin qismən yanması və oğurluq nəticəsində ona cəmi 39.600 manat məbləğində ziyan dəyməsi barədə mıəlumat vermişdir. Həmin vaxtı əməliyyat qrupu ilə birlikdə o da hadisə yerinə getmişdir. Hadisə baş vermiş evin qonşuluğunda olan digər evin müşahidə kamerasına baxıldıqda əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 186.2.1 və 186.2.2-ci və 315-ci maddələri ilə məhkum olunmuş, sonradan cəzasını çəkib evinə gəlmiş, Tovuz şəhər sakini Təqsirləndirilən şəxs Şahid1 həyət darvazasının altından sürünərək həyətə keçməsi görünmüşdür. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə şübhəli olması və onun istintaqa təhvil verilməsinə əsaslar olduğundan CAB-nin əməkdaşı Şahid4 ilə birlikdə Təqsirləndirilən şəxs həmin gün saat 13 radələrində yaşadığı evin qarşısında saxlanılmışdır. Özlərinin xidməti vəsiqələrini çıxardıb Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin CAB-nin əməkdaşları olduğunu təqdim etdikdən sonra Təqsirləndirilən şəxs baş vermiş hadisə barədə məlumat verib ona həmin cinayəti etməkdə şübhəli olduğu bildirilmiş, həmin şəxsə onlarla birlikdə Tovuz RPŞ-nə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs da heç bir müqavimət göstərmədən onlarla birlikdə ünvan 4 ünvanda yerləşən Tovuz RPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti etməsini etiraf etmiş və burada üzərində olan 8272 (səkkiz min iki yüz yetmiş iki) manat pulu cibindən çıxardıb təqdim edərək həmin pulu Şahid1 məxsus olduğunu və oğurlamış olduğu pulun bir hissəsi olduğunu və evdə etmiş olduğu cinayətin izini itirmək məqsədi ilə yandırdığını bildirmişdir. Bundan sonra 8272 (səkkiz min iki yüz yetmiş iki) manat pul götürülmüş və raportla istintaqa təqdim edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2024-cü il tarixli, 9/6620 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki: 2024-cü ilin iyul ayına Zərərçəkmiş şəxs1 məxsus yanmış mallar: SSRİ dövlətində istehsal edilmiş təxminən 30 il əvvəl alınmış Krasnodar şəhərində istehsal edilmiş-aydın deyil 1-DSP materialdan hazırlanmış divan-aydın deyil; 2-iki qapılı paltar şkafı-60 manat; 3-iki nəfərlik çarpayı-100 manat; 4-tamam yanmış bədənnüma güzgüsü (termo)-50 manat -Üç il əvvəl alınmış istifadəyə yararlı Çin istehsallı SAMSUNG”A50 markalı mobil oğurlanmış telefon-70 manat 1-2023-cü ildə sifariş əsasında hazırlanmış iki ədəd təzə, içərisində didilmiş,təzə 16 kq quzu yunu olan uzunu 2 metr 40 sm, eni 1 metr 20 sm olan, üzü Türkiyə istehsalı olan “bombard” parçadan hazırlanmış döşəklər- hər biri 100 manat olmaqla cəmi 200 manat ; 2-2023-cü ildə hazırlanmış 2 ədəd 60x60 kv həcmdə olan hərəsində 3 kq qaz tükü olan üzü tük buraxmaz parçadan olan iki ədəd balış- hər biri 15 manat olmaqla cəmi 30 manat; 3-2023-cü ildə sırınmış 3 ədəd- içərisində təmiz didilmiş 3 kq quzu yunu olan uzunu 2 metr, eni 1 metr 60 sm olan gilan çitindən hazırlanmış üç ədəd yorğanlar-hər biri 50 manat olmaqla cəmi 150 manat; 4- 2 ədəd 2024-cü ildə alınmış Pakistanda istehsal edilmiş uzunu 2, 40 sm, eni 1 metr 60 sm olan “puxovıy” odeyallar- hər biri 50 manat olmaqla cəmi 100 manat; 5- 2023-cü ildə İranda istehsal edilmiş 3 ədəd,uzunu 1 metr eni 60 sm olan yundan hazrlanmıış xalçalar- aydın deyil; 6-2019-cu ildə yerli istehsal atlas parçadan hazırlanmış, otağın pəncərəsinə vurulmuş hündürlüyü 2 m 80 sm, eni 4,5 metr olan naxışlı qalın pərdə- 100 manat; 7- 2023-cü il istehsalı yerli istehsal olan ağ atlas parçadan tikilmiş altı günlüklü pərdə-aydın deyil; 8-Döşəyin və balıncın üzərinə örtülmüş Türkiyədə istehsal edilmiş çit materialdan hazırlanmış bir ədəd üzlük-aydın deyil; 9-2024-cü ildə istehsal olunmuş 5 ədəd Türkiyə istehsalı təzə və istifadə olunmamış pambıq materialdan hazırlanmış uzunluğu 1 metr 50 sm olan qətvə (can dəsmalı) - hər biri 15 manat olmaqla cəmi 75 manat; 10-6 ədəd Türkiyə istehsallı 2024-cü ildə aldığı, təzə və istifadə olunmamış pambıq materialdan hazırlanmış uzunluğu 80 sm olan məhrəbalar - hər biri 6 manat olmaqla cəmi 36 manat; 11- 2023-cü ildə Türkiyədə istehsal edilmiş on dəst istifadə edilmiş gilan parçadan tikilmiş uzunluğu 2 metr 20 sm, eni 2 metr 40 sm olan yataq üzləri-çuxollar- hər biri 15 manat olmaqla cəmi 150 manat; 12-2024-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd istifadə edilməmiş,pambıq parçadan hazırlanmış naxışlı dəst yorğan döşək üzü-aydın deyil; 13- Bir ədəd Pakistanda 2023-cü ildə istehsal edilmiş.2 metr 40 sm,, uzunu, 2 metr 20 sm eni olan dəvə tükündən hazırlanmış yataq örtüyü -50 manat; 16- 2020-ci ildə Türkiyədə istehsal edilmiş 25 ədəd, pambıqdan hazrlanmış 36-38 ölçülü koftalar-aydın deyil; 17-2022-ci ildə istehsal edilmiş Türkiyə istehsalı 44-46 razmer sintetik parçadan hazırlanmış 15 ədəd qadın şalvarları-aydın deyil; 18-2023-cü ildə Türkiyədə istehsal edilmiş pambıq materialdan hazrlanmış 3 ədəd ölçüsü 2 XL qolu uzun 3 düymə kişi köynəyi aydın deyil; 19-2023-cü ildə istehsal edilmiş pambıq parçadan olan 4 ədəd Türkiyə istehsal olan 3 düymə kişi köynəyi, ölçüsü 2 XL- aydın deyil: 20-2023-cü ildə Türkiyə istehsalı olan ölçüsü 2 XL 5 ədəd cins kişi şalvarı-aydın deyil; 21-2023-cü ildə Türkiyə istehsal olan 20 ədəd, pambıq materialdan hazırlanmış ölçüsü 48-54 yay donları -aydın deyil; 22-2023-cü ildə Türkiyə istehsal olan adi parçadan hazrlanmş 48-54 ölçülü 15 ədəd yubkalar-aydın deyil; 23-2023-cü ildə Türkiyə istehsalı olan atlas parçadan hazırlanmış 10 ədəd qadın vitrovkaları-nazik gödəkçələr-aydın deyil; 24-2023-cü il Türkiyə istehsalı olan atlas şifon parçalardan hazırlanmış 10 ədəd koftalar-aydın deyil; 25-2024-ci ildə Türkiyədə istehsal edilmiş bir ədəd 50 ölçülü dəri materialdan hazırlanmış kişi “dublyonka”sı-aydın deyil; 26-2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü “Lama layka” şubası aydın deyil; 27-2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü yun materialdan hazırlanmış qadın jiletkası-aydın deyil; 28-Bir ədəd, 2023-cü ildə Türkiyədə istehsal edilmiş təzə, 44 ölçülü təmiz dəri materiladan hazırlanmış qara rəngli qadın gödəkçəsi-aydın deyil; 29- 2024-cü ildə Türkiyədə istehsal olunmuş bir ədəd yun materialdan hazırlanmış qırmızı rəngli,istifadə edilməmiş,42 ölçülü qolu kəsik qadın jileti-aydın deyil; 30-2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd 42 ölçülü atlas materildan hazırlanmış dəst paltar ( dvoyka) -aydın deyil; 31-2023-cü ildə Türkiyədə istehsal edilmiş bir ədəd su ilə işləyən “Fakir” markalı tozsoran-qiyməti 100 manat; 32-2023-cü ildə İranda istehsal olunmuş 3 şamdanı olan adi şüşə materialdan hazırlanmş çilçıraq–lüstür -qiyməti 100 manat; 33-2020-ci ildə yerli istehsal altı ədəd,adi taxtadan hazırlanmış stullar -hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 50 manat; 34-Bir ədəd,İranda istehsal edilmiş iki ədəd orta ölçülü batareya daşı ilə işləyən, plastmast materialdan hazırlanmış hündürlüyü 80 sm. eni 40 sm olan divar saatı-qiyməti 10 manat; 35-2020-ci ildə Çində istehsal olunmuş LC markalı 50 kv metr ərazini əhatə edən istifadəyə yararlı kondensioner-qiyməti 550 manat; 36-2022-ci ildə Almaniyada istehsal olunmuş iki il əvvəl alınmış bir ədəd “HUSENSO” markalı 1 metr dioqanallı istifadəyə yararlı televizor-qiyməti 350 manat; 37-2017-ci ildə Çində istehsal edilmiş, bir ədəd LC markalı 82 dioqanallı istifadəyə yararlı televizor-qiyməti 250 manat; 36-Bir ədəd, hündürlüyü 50 sm olan 2019 cu ildə Rusiyada istehsal edilmiş adi şüşə materialdan hazırlanmış gül qabı-qiyməti 20 manat; 37-2022-ci ildə İranda istehsal olunmuş bir ədəd hündürlüyü 1 metr 20 sm olan güldan-qiyməti 30 manat; 38-2022-ci ildə İranda istehsal edilmiş 9 ədəd adi sintetik materialdan hazrlanmış hündürlüyü 1 metr 30 sm olan güllər- hər birinin qiyməti 1 ( bir ) manat olmaqla cəmi qiyməti 9 (doqquz) manat; 39-2019-cu ildə Türkiyədə istehsal olumuş hündürlüyü 2 m 80 sm, eni 6 metr olan tül parçadan hazırlanmış 2 ədəd divar pərdələri hər birinin qiyməti 150 manat olmaqla cəmi qiyməti 300 manat; 40- 2019-cu ildə Türkiyədə istehsal olunmuş pərdələr aydın deyil; 41-Türkiyə istehsalı olan hündürlüyü 2 m 80 sm,eni 6 metr olan 2 ədəd kaptella pərdələri hər birinin qiyməti 200 manat olmaqla cəmi qiyməti 400 manat; 42-2021-ci ildə Rusiyada istehsal olunmuş kaptella pərdənin kənarına tikilmiş aksessuar- 2 ədəd muncuqlar hər birinin qiyməti 10 manat olmaqla cəmi qiyməti 20 manat; 43-2023-cü ildə Türkiyədə iistehsal olunmuş, uzunluğu 2 metr 80 sm. eni 2 metr olan ağ atlas parçadan hazırlanmış 2 (iki)ədəd günlüklər - hər birinin qiyməti 30 manat olmaqla cəmi qiyməti 60 manat; 44-2019-cu ildə İranda istehsal edilmiş 2 ədəd, 4x5 ölçülü sintetik materialdan hazrlanmş xalçalar- hər birinin qiyməti 150 manat olmaqla cəmi qiyməti 300 manat; 45-Bir ədəd 2017-ci ildə Rusiyada istehsal olunmuş,13 şamdanlı büllür materialdan hazırlanmş istifadəyə tam yararlı çilçıraq -aydın deyil; 46-Bir ədəd 2020-ci ildə Türkiyədə istehsal olunmuş markası bilinməyən ütü -aydın deyil; 47-Bir ədəd 2023-cü ildə Çində istehsal edilmiş HP markalı nootbuk kompyuter aydın deyil; 48-Bir ədəd 2023-cü ildə Çində istehsal edilmiş “Samsung” markalı nootbuk kompyuter -aydın deyil; 49-Bir ədəd, 2024-cü ildə Türkiyədə istehsal olunan markası bilinməyən saç ütüləyən fen -aydın deyil; 50-Bir ədəd 2023-cü ildə Türkiyədə istehsal olunan markası bilinməyən saç qurudan fen-aydın deyil; 51-2021-ci ildə yerli istehsal oln bir ədəd taxta materialdan hazırlanmş 8 nəfərlik qabaq stolu və stullar-aydın deyil; 52-2023-cü ildə yerli istehsal olan, DİK materialdan hazırlanmış divan-aydın deyil; 53-2021-ci ildə yerli istehsal olan, taxta materialdan hazırlanmış künc divanı-aydın deyil; 54-Bir ədəd 2014-cü ildə İranda istehsal edilmiş, istifadəyə yararlı qaz sobası-aydın deyil; Cəmi dəymiş zərər 3780 ( üç min yeddi yüz səksən ) manat təşkil edir. Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2024-cü il tarixli, 10/6620 saylı məhkəmə-yanğın texniki ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin konstruktiv elementləri üzərində yaranmış texniki zərər izlərinin xarakterinə və nisbi dərəcəsinə görə baş vermiş yanğının mənbəyi evin sayca birinci yataq otağının daxilində, divanın yerləşdiyi sahədə olmuşdur. Hadisənin baş vermə səraitini, mənbə zonasında işlək vəziyyətdə hər hansı istilik ixrac edə bilən texniki qurğu, yaxud onların qalıqlarının aşkar edilmədiyini, eləcədə mənbə zonasında yanğını şərtləndirə bilən digər amillərin (öz özünə alışan, alışqan və s. maddələrin) saxlanılmadığını nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın istintaq tərəfindən müəyyən edildiyi kimi, yəni kənardan düşmüş od mənbəyinin təsirindən baş vermişdir. Yanğın nəticəsində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinə tikinti üzrə dəymiş ziyan 10877,00 (on min səkkiz yüz yetmiş yeddi) manat təşkil edir. Аzərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin vermiş olduğu 08 oktyabr 2024-cü il tarixli 9/7614 saylı rəyindən görünür ki, 2024-cü ilin iyul ayına Zərərçəkmiş şəxs2 Rərviz oğluna məxsus oğurlanmış əmlak:
1. Zərərçəkmiş şəxs2 Rərviz oğluna məxsus pəncərəyə vurulması üçün nəzərdə tutulmuş sintetik parçadan hazırlanmış, 3 illik, yerli istehsal hündürlüyü 2 metr olan pərdəaydın deyil
2. 8 ay əvvəl qablaşdırılmış vəziyyətdə mağazadan alınmış istifadəyə yararlı və heç bir zədəsi olmayan original, ABŞ-da istehsal edilmiş “Apple” markalı qulaqcıq-qiyməti 100 manat
3. Bir ədəd iki il əvvəl alınmış iki yaşı olan original, istifadəyə yararlı heç bir zədəsi olmayan “Newgen medicals SW-450” markalı qol saatı-aydın deyil
4. Bir il əvvəl təzə və istifadə olunmamış vəziyyətdə alınmış bir ədəd “Powerbank” firmasına məxsus telefonu cərəyana qoşmaq üçün istifadə edilən qurğu-35 manat. İş materiallarında olan Tovuz Rayon İHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 186.2.1 və 186.2.2-ci maddələri ilə təqsirli bilinib 08 (səkkiz) il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il tarixdə anadan olmuş Hüseyn və xx.xx.2024-cü ildə anadan olmuş Xədicə adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onların təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Məhkəmə törədilmiş hər bir cinayətə görə ayrılıqda cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə ona azadlığın məhdudlaşdırılması cəzası deyil, azadlıqdan məhrum etmə cəzası təyin edilməsini Cinayət Məcəlləsinin məqsədlərinə uyğun hesab edir. Belə ki, təqsirləndirilən şəxsin əvvəlki məhkumluğu onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alınmasa da belə, onun əvvəllər də eyni üsulla, yəni yandırmaqla eyni növ cinayəti törətməsi ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzanın təyin edilməsini istisna edir. Ümumiyyətlə verilmiş ittihamlar üzrə cəza təyin edilərkən məhkəmə dəymiş ziyanın tam ödənilmədiyini də nəzərə alır. Belə ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam ödəməsə də, ödənilməyən hissə ilə razılaşmış və ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Ona görə də məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə onun himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını da CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs müsbət xarakterizə edən icra nümayəndəliyinin xasiyyətnaməsində göstərilənləri qəbul etmir. Belə ki, xasiyyətnamədə şəxs barədə nümayəndəliyə hər hansı ərizə və şikayətin daxil olmamasını onu müsbət xarakterizə edən hal kimi göstərmişdir. Cinayət işindən görünür ki, şəxs əvvəllər də cinayət törətmiş və bununla bağlı aidiyyəti orqanlara şikayətlər edilmişdir. Məhkəmə hesab edir ki, şəxsdə cinayəti gizlətmək artıq ən-ənəvi hal almaq üzrədir.Belə ki, yuxarıda da qeyd edildiyi kimi şəxsin əvvəllər də eyni üsulla,yəni törətmiş olduğu oğurluq cinayətini ört-basdır etmək məqsədi ilə törətməsi onun tərəfindən icrta edilən bu cinayətin mütəşəkkil xarakter və peşəkar istiqamət aldığından xəbər verir. Odur ki, məhkəmə hesab edir ki, bu hal CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi xüsusilə nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza Azərbaycan Respublikası CM-nin 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından daha məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 17 iyul 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş Zərərçəkmiş şəxs1 məxsus 38272 (otuz səkkiz min iki yüz yetmiş iki) manat məbləğində pulun, Zərərçəkmiş şəxs2 məxsus “Apple” markalı qulaqcığın və “Powerbank” cihazına aid naqilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 265 (iki yüz altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
H ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4 və 186.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4-ci maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 186.2.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən, ona təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə üzərində qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 17 iyul 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunmuş Zərərçəkmiş şəxs1 məxsus 38272 (otuz səkkiz min iki yüz yetmiş iki) manat məbləğində pulun, Zərərçəkmiş şəxs2 məxsus “Apple” markalı qulaqcığın və “Powerbank” cihazına aid naqilin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 265 (iki yüz altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Hakim Zaur Hünmətov