Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-143/2025 16.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, müdafiəçi - Tovuz rayonu vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxx 1996-ci il tarixdə Sumqayıt şəhəri 41-ci mikrorayonda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Tovuz şəhərində qeydiyyatda olmaqla Düz Cırdaxan kəndində yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən kafedə ofisiant işləməsi ilə bağlı aralarında yaranmış tanışlığa görə sonuncuya məxsus həmin kənddə yerləşən fərdi yaşayış evində hüquqamüvafiq qaydada müntəzəm yaşamaqla 16 iyul 2025-ci il tarixdə, saat 14 radələrində tanışı Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinin mətbəx otağındakı pəncərənin qarşısında quraşdırılmış "WİFİ" aparatının üzərinə qoyulmuş bir ədəd pul qabının içərisində olan 2323 (iki min üç yüz iyirmi üç) manat məbləğində pulu sonuncunun yatmasından istifadə edərək və hərəkəti sonuncunun gəlini Şahid3 tərəfindən aşkar edilərkən Zərərçəkmiş şəxs tapşırığı ilə hərəkət etdiyini yalandan bildirib Şahid3 öz hərəkətinin hüquqazidd olmadığına inandırmağa nail olmaqla oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus 2323 (iki min üç yüz iyirmi üç) manat məbləğində pulu gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır. Gülnazın Tovuz rayonu Düz-Cırdaxan kəndində kafesi var. O, Gülnazla həmin kafedə tanış olmuşdur. O, 3 aydır ki, Gülnaza məxsus kafedə işləmişdir. Amma buna baxmayaraq Zərərçəkmiş şəxs təxminən 5 ildir ki, tanıyır. O, işə başladıqdan bəri Gülnazın Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən evində onunla birlikdə yaşamışdır. Gülnaz işə gec gedib, işdən gec qayıtdığı üçün o, hər gün saat təxminən 15 radələrində işə gedib kafeni açır, gecə 03 radələrində isə işdən çıxmışdır. O, ad günü şənliyi keçirmək üçün Gülnazdan 1200 manat borc pul almışdır. Ad günü şənliyi keçirdikdən sonra Gülnaza 300 manat pul qaytarmış və 900 manat borcu qalmışdır. Gülnaza borcunun çox olması onu mənəvi cəhətdən sıxmışdır. O, bu səbəbdən evdən qaçmaq qərarına gəlmişdir. Lakin yol xərcləri üçün ona pul lazım olmuşdur. Onun isə pulu olmamışdır. 16 iyul 2025-ci il tarixdə, təxminən saat 14 radələrində o, yuxudan oyanmışdır. Həmin vaxt Gülnaz işdən gec çıxdığı üçün yatmışdır. O, hər zaman Gülnazdan əvvəl oyanıb işə gedərkən özünün və Gülnazın əl çantasını da kafeyə aparmışdır. Gülnazın pul qabı da çantasının içərisində olmuşdur. O, evdən çıxarkən Gülnazın pul qabının pəncərənin qarşısındakı "WİFİ" aparatının üzərində olduğunu görmüşdür. O, pul qabını oradan götürüb öz çantasının içərisinə qoymuş və Gülnazla özünün çantasını götürüb evdən çıxmışdır. Zərərçəkmiş şəxs evi ilə kafesinin yolu qısadır. Yolda, yəni kafenin arxasında, gizli bir yerdə Gülnazın pul qabını açıb içərisinə baxmış və pul qabının içərisində pul vəsaiti olduğunu görmüşdür. O, həmin vaxt pul vəsaitini saymış və Gülnazın pul qabında 2323 (iki min üç yüz İyirmi üç) manat pul olduğunu görmüşdür. Ondan sonra o, yenidən həmin pul vəsaitini Gülnazın pul qabının içərisinə qoymuşdur. Ondan sonra o, pul qabını əyninə geyindiyi göy rəngli cins şalvarın sağ yan cibinə qoyub Gülnaza məxsus kafeyə daxil olmuşdur. O, kafeyə girdikdə kafenin "Gülü" ləqəbli yeni işçinin kafeni açıb içərini təmizlədiyini gördüm. Həmin vaxt mən özümə və Gülnaza məxsus çantaları kafeyə qoyub kafedən çıxmışdır. Kafedən çıxan zaman da "Gülü" ləqəbli kafenin işçisinə şəxsi işi ilə bağlı Ağstafa rayonuna gedəcəyini və təxminən 1-2 saata qayıdacağını demişdir. Həmin vaxt o, Gülnazın kafesindən bayıra çıxmış və onu aparması üçün təxminən 2 ildir ki, taksi sürücüsü kimi tanıdığı Yusif adlı şəxsə zəng edərək onu kafenin qarşısından götürməsini demişdir. Yusif də bir neçə dəqiqə sonra markasını bilmədiyi və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil ilə kafenin qarşısına gəlmişdir. O, həmin gün, yəni 16 iyul 2025-ci il tarixdə, təxminən saat 15 radələrində Yusif adlı taksi sürücüsünün avtomobilinə əyləşib Yusif adlı taksi sürücüsünə Bakı şəhəri istiqamətində sürməsini xahiş etmişdir. O, həmin vaxt Yusifdən Bakı şəhərinə getmək üçün ondan nə qədər pul alacağını soruşmuşdur. Yusif də bunun üçün ondan 120 (yüz iyirmi) manat pul alacağını demişdir. O, həmin vaxt Yusif adlı taksi sürücüsü ilə razılaşmış və Gülnazın pul qabından 120 (yüz iyirmi) manatını çıxarıb Yusifə vermiş, yerdə qalan pulu isə özündə saxlamışdır. Onlar bir qədər yol getdikdən sonra Yusif adlı taksi sürücüsü idarə etdiyi avtomobili Şəmkir rayonunda yerləşən "Səbət" adlı bazarın yaxınlığında, avtomobil yolunun kənarında olan mağazanın qarşısında saxlamışdır. Həmin vaxt Yusif su almaq üçün avtomobildən düşüb marketə getmişdir. O, həmin vaxt Gülnazın pul qabında olan pul vəsaitini pul qabından çıxarıb əynində olan göy rəngli cins şalvarın cibinə qoymuşdur. Ondan sonra o, avtomobildən düşüb marketin sol kənarında olan zibil qabına yaxınlaşaraq Zərərçəkmiş şəxs məxsus olan açıq çəhrayı rəngli pul qabını oraya atmış və geri qayıdıb avtomobildə əyləşmişdir. Yusif adlı taksi sürücüsü mağazadan ikisi üçün də su alıb qayıtmışdır. Həmin vaxt Yusif adlı taksi sürücüsü avtomobilə əyləşib Bakı şəhəri istiqamətində hərəkətinə davam etmişdir. Ondan sonra o, Gülnazın pul qabından oğurladığı pulun bir qisminə yol boyu yemək və su almışdır. O, Yusif adlı taksi sürücüsünün avtomobili ilə Bakı şəhərinə çatdıqda Yusif adlı taksi sürücüsündən onu Bakı şəhərində yerləşən "20 Yanvar" metrosunun yaxınlığına aparmasını xahiş etmişdir. Yusif adlı taksi sürücüsü də ondan bunun qarşılığında əlavə olaraq 20 (iyirmi) manat da pul vəsaiti verməyini bildirmişdir. O da yenə Gülnazın pul qabından oğurladığı puldan 20 (iyirmi) manat pul vəsaiti götürüb Yusif adlı taksi sürücüsünə vermişdir. Yusif adlı taksi sürücüsü də onu idarə etdiyi avtomobil ilə Bakı şəhərində yerləşən "20 Yanvar" metrosunun yaxınlığına düşürmüşdür. O, həmin vaxt Yusif adlı şəxsin avtomobilindən düşüb başqa taksiyə əyləşmişdir. Həmin taksi ilə "Nərimanov" metro stansiyasının yaxınlığına gedib gecəni Rənad adlı qadının evində qalmışdır. Növbəti gün isə rəhmətlik atasının yas mərasimi ilə əlaqədar Şamaxı rayonuna gəlmişdir. 16 iyul 2025-ci il tarixdə, saat 14 radələrində evində yaşadığı Zərərçəkmiş şəxs məxsus, içərəsində 2323 (iki min üç yüz iyirmi üç) manat nağd pul, bank kartları və başqa sənədlər olan pul qabını gizlin oğurlayaraq pul qabında olan 2323 (iki min üç yüz İyirmi üç) manat nağd pulu götürüb pul qabını isə Şəmkir rayonunda yerləşən mağazalardan birinin zibil qabına atmışdır. O, həmçinin bildirmişdir ki, etmiş olduğu əməldən çox peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən özünə məxsus kafeni işlədir. O, həmin kafedə qadın ofisiantlar işlədir. Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs 3 aydır ki, ona məxsus kafedə işləmişdir. Təqsirləndirilən şəxs özünün deməsinə görə Sumqayıt şəhərindən gəlmişdir və 5 ildir ki, Tovuz rayonunda yaşayır. Təqsirləndirilən şəxs işə başlağı gündən ondan Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən evində onunla birlikdə yaşayır. O, Büllurə ilə özünə məxsus evdə tək yaşamışdır. Çünki ailə üzvləri, yəni övladları Bakı şəhərində yaşayır. O, işə gec gedib, işdən gec qayıtdığı üçün Büllurə də saat 15 radələrində işə gedib kafeni açır, gecə 03 radələrində isə kafeni bağlayıb işdən evə qayıtmışdır. O, bildirmişdir ki, əl çantası evinin dəhlizində qaz sobasının üstündə, pulqabı isə yataq otağında yastığının altında olmuşdur. Təxminən on-onbeş gün olmuşdur ki, az yaşlı nəvələri və gəlini onun evinə qonaq gəlmişdir. 16 iyul 2025-ci il tarixdə, səhər saatlarında o, yuxudan oyanıb pulqabının içərisindən 20 manat pul götürüb işığın pulunu ödəməsi üçün əri Nazimə vermişdir. Nazim pulu götürüb getmişdir. O, isə pulqabını yenidən yastığının altına qoymamış, mətbəxdə olan pəncərənin qarşısındakı WİFİ aparatının üzərinə qoymuşdur. Həmin vaxt Büllurə və gəlini də evdə olmuşdur. Onu da qeyd etmişdir ki, pulqabısının içərisində ümumilikdə 2323 (iki min üç yüz iyirmi üç) manat pul olmuşdur. Belə ki, pullar pulqabının içərisində ayrı-ayrı gözlərdə olmaqla 2.000 (iki min) manat bir gözündə, 270 (iki yüz yetmiş) manat bir gözündə, 53 (əlli üç) manat da bir gözündə olmuşdur. Həmin pullar onun özünə məxsus olan pullar olmuşdur. Belə ki, pullar xəstə qızının pensiyasından yığılan və işlətdiyi obyektdən əldə etdiyi gəlirdən ibarət pullar olmuşdur. Həmin pullar ondan bir neçə gün əvvəl yaşadığı evdə olan pul yığmaq üçün nəzərdə tutulan oyuncağı içərisində olmuşdur.Lakin, gəlini Aytən ona nəvəsinin həmin oyuncağı götürüb oynatdığını bildirdiyinə görə o, pulları oyuncağın içərisindən çıxardıb pulqabına qoymuşdur. Oyuncağın içərisində saxladığı qızıllarını isə yataq otağında olan paltar dolabının içərisindəki gödəkçəsinin cibinə gizlətmişdir. Bu barədə gəlini Aytənin də məlumatı olmuşdur. Gəlini Aytən həm də oyuncağın içərisində olan pulların təxmini məbləğini də bilmişdir. 16 iyul 2025-ci il tarixdə, saat 17 radələrində yaşadığı evdə yuxudan oyanmışdır. Həmin vaxt Büllurə ondan əvvəl işə getdiyindən evdə olmamışdır. O, evdən çıxıb iş yerinə getmişdir. İş yerində olarkən Billurənin işə gəlmədiyini görmüşdür. Bir qədər keçmiş Gülü ləqəbli digər işçisinə demişdir ki, birlikdə gedib obyektə bazarlıq edək. Həmin vaxt yadına düşmüşdür ki, ona məxsus pulqabı evdə qalmışdır. Ona görə də gəlini Aytənə zəng etmişdir ki, azyaşlı nəvəsi Hüseynlə pulqabını ona göndərsin və Aytənə həmçinin demişdir ki, pulqabı mətbəxdə pəncərənin qarşısındadır. Aytən isə ona bildirmişdir ki, pulqabını Büllurə aparmışdır. Belə ki, Aytən həmin vaxt Büllurədən pulqabını niyə apardığını soruşanda Büllurə onu aldatmaq üçün yaldan demişdir ki, guya o, istədiyinə görə pulqabını götürüb obyektə aparır. Həmin vaxt o, Büllurənin pulqabını oğurladığını dəqiqləşdirmiş və Büllurəyə dəfələrlə zəng etsə də o, telefona cavab verməmişdir. 16 iyul 2025-ci il tarixdə, saat təxminən 17 radələrində tanımadığı nömrədən ona zəng gəlmişdir. Telefonu açdıqda qarşı tərəfdə danışan şəxs onun ad-soyadını soruşub Gülnaz olubolmadığını xəbər almışdır. O, həmin şəxsə adının Gülnaz olduğunu demişdir. Danışan şəxs içərisində ona məxsus sürücülük vəsiqəsi, şəxsiyyət vəsiqəsi, bank kartları və digər sənədlər olan pul qabı tapdığını demişdir. O, həmin şəxsdən yerini soruşduqda telefonla danışan şəxs ona Şəmkir rayonunda yerləşən "Səbət" adlı bazarın yaxınlığındakı mağazada çalışdığını demişdir. O, öz avtomobilii ilə həmin şəxsin dediyi mağazaya getmişdir. Həmin şəxs onunla görüşüb mağazada çalışdığını, bir nəfər xanımın özünü şübhəli apararaq mağazadan bazarlıq edib getdiyini demişdir. Həmin şəxs xanım çıxarkən zibil qabına zibil atdığını, daha sonra arxası ilə çıxıb zibil qabına baxarkən pul qabının orada olduğunu gördüyünü bildirmişdir. Daha sonra mağazanın işçisi onun üçün mağazanın təhlükəsizlik kameralarını açmışdır. O, kamera görüntülərinə baxarkən Büllurənin dövlət qeydiyyat nişanı görünməyən "Kia" markalı avtomobildən bir nəfər kişi ilə düşdüyünü, əlində onun pul qabı olduğunu və mağazaya daxil olub bazarlıq etdikdən sonra həmin avtomobilə əyləşərək birlikdə çıxıb getdiklərini görmüşdür. 16 iyul 2025-ci il tarixdə, saat 15 radələrində onunla eyni evdə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən çıxarək içərisində 2323 (iki min üç yüz iyirmi üç) manat pul olan pul və sənədlərim olan pulqabını oğurlayaraq içərisindəki pulu götürmüş, daha sonra içərisində olan sənədlərlə birlikdə pulqabını Şəmkir rayonunda yerləşən mağazanın qarşısında olan zibil qabına ataraq çıxıb getmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Bir neçə ay əvvəl Büllurə ondan özünə ad günü keçirtmək üçün təxminən 1500-1600 manata yaxın borc almışdır. Büllurə həmin borcun bir qismini qaytarmış, lakin Büllurənin 1030 manat borcu qalmışdır. Sonradan isə hissəhissə ondan 165 manat borc almışdır. Bundan başqa, gəlini ona 300 manat dəyərində paltar almışdır. Həmin paltarların pulunun bir qismini ödəmiş, 115 manat borcu qalmışdır. Sonra isə Büllurə ondan 50 manat pul alıb özünə yataq örtülüyü almışdır. Büllurənin onun evində kirayədə yaşamasına, kommunal xərclərinə görə isə 470 manat borcu qalmışdır. Daha sonra Büllurə 200 manat da ona olan borcundan pul qaytarmışdır. Büllurənin ona oğurladığı 2323 (iki min üç yüz iyirmi üç) manatdan əlavə 1630 (bir min altı yüz otuz) manat borcu var. O, heç kimə şər atmır. Büllurənin ona olan borcu başqa, pulqabından oğurladığı pul başqa. O, həqiqəti deyir.Bunu Büllurə özü də təsdiq edə bilər.O,elə yalan danışan olsa deyər ki, qızıllarını da Büllurə aparmışdır. Təqsirləndirilən şəxsə qarşı hazırda şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qayınanasıdır. Yəni o, Zərərçəkmiş şəxs oğlu X1 arvadıdır. Onlar Bakı şəhərində yaşasalar da qayınanası Zərərçəkmiş şəxs Tovuz rayonu, Düz Cırdaxan kəndində yaşayır və həmin kəndin ərazisində, yaşadığı evin yaxınlığında özünə məxsus kafeni işlədir. O və əri İlkin övladları ilə birlikdə arabir vaxt edib qayınanası Zərərçəkmiş şəxs Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən evinə qonaq gəlir və bir neçə gün qayınanası Zərərçəkmiş şəxs evində qonaq qaldıqdan sonra yenidən yaşadıqları Bakı şəhərinə geri qayıdırlar. 2025-ci ilin iyul ayının əvvəllərində, dəqiq xatırlamadığı gündə o, yenə əri İlkin və övladları ilə birlikdə qayınanası Zərərçəkmiş şəxs Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən yaşadığı evə qonaq gəlmişlər. Onlar təxminən 2025-ci ilin iyul ayının axırlarınadək Tovuz rayonu, Düz Cırdaxan kəndində qayınanası Zərərçəkmiş şəxs Tovuz rayonu, Düz Cırdaxan kəndində yerləşən evində qonaq qalaraq yenidən Bakı şəhərinə qayıtmışlar. O, hadisənin mahiyyəti üzrə göstərmişdir ki, 16 iyul 2025-ci il tarixdə təxminən saat 10-11 radələrində yuxudan oyanmış və həmin vaxt qayınanası Gülnaz və qayınanası Gülnazın kafesində ofisiant işləyən Təqsirləndirilən şəxs evin yataq otaqlarında yatmışlar. Çünki həmin şəxslər kafedə işlədiklərindən evə təxminən gecə saat 04 radələrində gəlmişlər. Həmin vaxt əri İlkin evdə olmasa da azyaşlı övladı Hüseyn yuxudan oyanmış və oyun oynamışdır. O, həmin vaxt bir qədər ev işləri görməklə məşğul olmuşdur. Həmin gün, yəni 16 iyul 2025-ci il tarixdə, təxminən saat 14 radələrində Təqsirləndirilən şəxs yuxudan oyanıb evin mətbəxinə keçmişdir. O da həmin vaxt evin mətbəxinə keçəndə görmüşdür ki, Təqsirləndirilən şəxs mətbəxin pəncərəsinin qarşısına qoyulmuş "WİFİ" aparatının üzərindəki qayınanası Zərərçəkmiş şəxs məxsus çəhrayı rəngli pul qabını götürüb özünə məxsus çantanın içərisinə qoymuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs da çantasını götürüb evdən çıxmaq istəyəndə o, həmin vaxt Təqsirləndirilən şəxs qayınanası Zərərçəkmiş şəxs pul qabını nə məqsədlə götürdüyünü soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona qayınanası Zərərçəkmiş şəxs özünün pul qabını götürməsini və çantası ilə birlikdə kafeyə aparmasını tapşırdığını bildirmişdir. O da belə olan halda Təqsirləndirilən şəxs heç bir söz deməmiş və ev işləri ilə məşğul olmağa davam etmişdir. Büllurə də evdən çıxıb kafeyə getdiyini bildirmişdir. Həmin gün, yəni 16 iyul 2025-ci il tarixdə, təxminən saat 17 radələrində qayınanası Zərərçəkmiş şəxs yuxudan oyanıb yaşadığı evin yaxınlığındakı özünə məxsus kafeyə getmiş və təxminən 10-15 dəqiqə sonra ona məxsus telefona zəng etmişdir. Həmin vaxt qayınanası Gülnaz ondan mətbəxin pəncərəsinin qarşısına qoyduğu özünə məxsus pul qabını ona çatdırmağını xahiş etmişdir. O da həmin vaxt qayınanası Zərərçəkmiş şəxs məxsus pul qabını işçisi Büllurənin götürüb özü ilə kafeyə apardığını bildirmişdir. Həmin vaxt qayınanası Zərərçəkmiş şəxs özünə məxsus çəhrayı rəngli pul qabında sənədlər və bank kartlarından əlavə 2323 (iki min üç yüz iyirmi üç) manat məbləğində pul vəsaitinin olduğunu bildirmişdir. Onun Təqsirləndirilən şəxs ilə aralarında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Qayınanası Zərərçəkmiş şəxs məxsus pul qabında 2323 (iki min üç yüz iyirmi üç) manat məbləğində nağd pul vəsaiti olmuşdur Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, bir neçə ildir ki, Şəmkir rayonu, Çinarlı kəndi ərazisində yerləşən və "Səbət Bazarı" adlanan bazarın yaxınlığındakı mağazada satıcı işləyib ailəsini dolandırır. Həmçinin bildirmişdir ki, həmin mağaza Bakı-Qazax yolunun kənarında yerləşir və mağazanın üzərində "7/24 saat" sözləri yazılmışdır. 16 iyul 2025-ci il tarixdə, təxminən axşam saat 18 radələrində mağazanın bayır tərəfdən kənarına qoyulmuş mağazaya məxsus zibil qabına zibil atdığı zaman zibil qabının içərisində açıq çəhrayı rəngli və kiçik ölçülü pul qabı olduğunu görmüşdür. Həmin vaxt o, pul qabının rəngindən və quruluşundan başa düşmüşdür ki, həmin pul qabı qadın cinsinə məxsus şəxsə aiddir. O, pul qabını işlədiyi mağazaya məxsus kapron materialdan ibarət zibil qutusundan çıxarmış və həmin pul qabının ağzını açanda görmüşdür ki, pul qabının içərisində bank kartları, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, avtomobilə aid qeydiyyat şəhadətnaməsi, VÖEN sənədləri və digər sənədlər olmuşdur. Lakin həmin pul qabının içərisində heç bir pul vəsaiti olmamışdır. O, şəxsiyyət vəsiqəsindən və digər sənədlərdən başa düşmüşdür ki, pul qabı Tovuz rayon sakini olan Zərərçəkmiş şəxs məxsusdur. O, pul qabının içərisində olan sənədlərdən birinin üzərindən hazırda rəqəmlərini xatırlamadığı mobil nömrə yazıldığını görmüşdür. O, tez həmin mobil nömrəyə zəng etmiş və telefonda onun zəngini qəbul edən şəxsin səsindən qadın cinsinə məxsus olan şəxs olduğunu başa düşmüşdür. Həmin vaxt özünü ona Gülnaz kimi təqdim edən şəxsə pul qabının onda olduğunu demiş və Gülnaz adlı şəxsə olduğu ünvanı başa salmışdır. 16 iyul 2025-ci il tarixdə, təxminən saat 20 radələrində Gülnaz adlı qadın Şəmkir rayonu, Çinarlı kəndi ərazisindən keçən avtomobil yolunun kənarında yerləşən onun işlədiyi mağazaya gəlmiş və özünə məxsus pul qabını içərisində olan sənədlərlə birlikdə ondan təhvil almışdır. Həmin vaxt Gülnaz adlı qadın özünə məxsus pul qabını ondan götürəndə həmin pul qabının Tovuz rayonu ərazisində işlətdiyi kafedə işçisi olan Büllurə adlı qadın tərəfindən oğurlandığını ona bildirmişdir. O da həmin vaxt mağazanın təhlükəsizlik kameralarının videogörüntülərini Gülnaz adlı qadına göstərmişdir. Məhkəmə iclasında Şahid1 Hafız oğlunun ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İfadənin yerində yoxlanması haqqında” 19 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi halları hadisə yerində göstərmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran hallarım olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Tovuz rayonunda çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00- dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut 01 ədəd pul qabının sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Tovuz rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Tovuz rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd pul qabının sahibinə qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Süleyman Hacıyev
Məhkəmə qərarları › İş №1(062)-143/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-143/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver