Məhkəmə qərarları › İş №1(062)-145/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-145/2025

26.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-145/2025 26.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Müdafiəçilər Müdafiəçi1 və X2 Zərərçəkmiş şəxs Şahid2 iştirakları ilə

1. xx.xx.1982-ci ildə Qazax rayonu Eynallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqları olan, məhkumluğu olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və həbs olunanadək həmin kənddə yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 08 dekabr 2025-ci il tarixdən həbsdə olan və Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan

2. xx.xx.1980-ci ildə Tovuz rayonu Dönük Qırıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu Dönük Qırıqlı kəndində qeydiyyatda olan və həbs olunanadək həmin kənddə yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 03 dekabr 2025-ci il tarixdən həbsdə olan və Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan

Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə,

M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində 2024-cü ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan gündə, gecə saatlarında spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 5 ədəd, hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində, 76 mm diametrdə və 4 metr uzunluqda olan dəmir boruları, 12 ədəd, hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində, 5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 32 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində 5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 25 ədəd hər biri 24 (iyirmi dörd) manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində 4 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 20 ədəd hər biri 18 (on səkkiz) manat dəyərində olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində 3 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 12 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində 2.5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 10 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 120 (bir yüz iyirmi) manat dəyərində 2 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 96 (doxsan altı) manat dəyərində 4 metr uzunluqda, 5 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində 60 sm x 120 sm ölçüdə, dəmir qızdırıcı su radiatorları, 14 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat dəyərində 2.5 metr uzunluqda, 5 mm qalınlığında olan dəmir künclüklər, 1 ədəd 40 (qırx) manat dəyərində, 8 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boru, 2 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 8 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 18 ədəd hər biri 27 manat dəyərində olmaqla ümumilikdə 486 (dörd yüz səksən altı) manat dəyərində 6 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boruları, 3 ədəd hər biri 33 manat dəyərində olmaqla ümumilikdə 99 (doxsan doqquz) manat dəyərində 5.5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 14 ədəd hər biri 18 manat dəyərində olmaqla ümumilikdə 252 (iki yüz əlli iki) manat dəyərində 3 metr uzunluqda, 5 mm diametrdə olan “T” şəkilli dəmir künclükləri, 1 ədəd 150 (bir yüz əlli) manat dəyərində və 320 mm diametri olan artezian smistiteli, 1 ədəd 1.000 (bir min) manat dəyərində 30 kv-lıq üçfaza generator, 1 ədəd 600 (altı yüz) manat dəyərində işlək vəziyyətdə olmayan köhnə traktor mühərrikini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 5873 (beş min səkkiz yüz yetmiş üç) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində xx.xx.2024-cü il tarixdə, gecə saatlarında, spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 4 ədəd hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində, 1 sm diametrlərdə, 165 sm x 133 sm ölçüdə, dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli dəmir pəncərə barmaqlıqları, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində, 1 sm diametrli, 90 sm x 107 sm ölçüdə, dəmirdən yığılmış dəmir pəncərə barmaqlıqları, 1 ədəd 30 manat dəyərində və 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, 1 ədəd 50 manat dəyərində traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, 1 ədəd 45 manat dəyərində olmaqla diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 1 ədəd 50 manat dəyərində olmaqla 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 1 ədəd 40 manat dəyərində olmaqla 5 mm qalınlığı və 60 sm eni olan 3 metr uzunluğunda dəmir list və 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda ümumilikdə 12 manat dəyərində dəmir qırıntılarını oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 927 (doqquz yüz iyirmi yeddi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgənin xeyli miqdarda əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində 2024-cü ilin dekabr ayının ortalarında, istintaqa məlum olmayan gündə, gecə saatlarında spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 5 ədəd, hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 150 (bir yüz əlli) manat dəyərində, 76 mm diametrdə və 4 metr uzunluqda olan dəmir boruları, 12 ədəd, hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 480 (dörd yüz səksən) manat dəyərində, 5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 32 ədəd, hər biri 25 (iyirmi beş) manat dəyərində olmaqla ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində 5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 25 ədəd hər biri 24 (iyirmi dörd) manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində 4 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 20 ədəd hər biri 18 (on səkkiz) manat dəyərində olmaqla ümumilikdə 360 (üç yüz altmış) manat dəyərində 3 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 12 ədəd hər biri 15 (on beş) manat dəyərində olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat dəyərində 2.5 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 10 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 120 (bir yüz iyirmi) manat dəyərində 2 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 12 (on iki) manat dəyərində olmaqla ümumilikdə 96 (doxsan altı) manat dəyərində 4 metr uzunluqda, 5 mm diametrdə olan dəmir boruları, 8 ədəd hər biri 30 (otuz) manat dəyərində olmaqla ümumilikdə 240 (iki yüz qırx) manat dəyərində 60 sm x 120 sm ölçüdə, dəmir qızdırıcı su radiatorları, 14 ədəd hər biri 10 (on) manat dəyərində olmaqla ümumilikdə 140 (bir yüz qırx) manat dəyərində 2.5 metr uzunluqda, 5 mm qalınlığında olan dəmir künclüklər, 1 ədəd 40 (qırx) manat dəyərində, 8 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boru, 2 ədəd hər biri 40 (qırx) manat dəyərində olmaqla ümumilikdə 80 (səksən) manat dəyərində 8 metr uzunluqda, 50 mm diametrdə olan dəmir boruları, 18 ədəd hər biri 27 manat dəyərində olmaqla ümumilikdə 486 (dörd yüz səksən altı) manat dəyərində 6 metr uzunluqda, 40 mm diametrdə olan dəmir boruları, 3 ədəd hər biri 33 manat dəyərində olmaqla ümumilikdə 99 (doxsan doqquz) manat dəyərində 5.5 metr uzunluqda, 76 mm diametrdə olan dəmir boruları, 14 ədəd hər biri 18 manat dəyərində olmaqla ümumilikdə 252 (iki yüz əlli iki) manat dəyərində 3 metr uzunluqda, 5 mm diametrdə olan “T” şəkilli dəmir künclükləri, 1 ədəd 150 (bir yüz əlli) manat dəyərində və 320 mm diametri olan artezian smistiteli, 1 ədəd 1.000 (bir min) manat dəyərində 30 kv-lıq üçfaza generator, 1 ədəd 600 (altı yüz) manat dəyərində işlək vəziyyətdə olmayan köhnə traktor mühərrikini oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 5873 (beş min səkkiz yüz yetmiş üç) manat dəyərində xeyli miqdarda əmlakı gizli olaraq talamışdır. Bundan başqa, o, təkrar özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərkibində xx.xx.2024-cü il tarixdə, gecə saatlarında, spirtli içki qəbulu nəticəsində sərxoş vəziyyətdə Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs məxsus ətrafı hasarlanmış saxlanc yeri hesab edilən anbara taxta qapını açaraq qanunsuz daxil olub oradan 4 ədəd hər biri 150 manat dəyərində olmaqla ümumilikdə 600 (altı yüz) manat dəyərində, 1 sm diametrlərdə, 165 sm x 133 sm ölçüdə, dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli dəmir pəncərə barmaqlıqları, 2 ədəd hər biri 50 manat dəyərində olmaqla ümumilikdə 100 (bir yüz) manat dəyərində, 1 sm diametrli, 90 sm x 107 sm ölçüdə, dəmirdən yığılmış dəmir pəncərə barmaqlıqları, 1 ədəd 30 manat dəyərində və 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, 1 ədəd 50 manat dəyərində traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, 1 ədəd 45 manat dəyərində olmaqla diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 1 ədəd 50 manat dəyərində olmaqla 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 1 ədəd 40 manat dəyərində olmaqla 5 mm qalınlığı və 60 sm eni olan 3 metr uzunluğunda dəmir list və 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda ümumilikdə 12 manat dəyərində dəmir qırıntılarını oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus cəmi 927 (doqquz yüz iyirmi yeddi) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, onun Aqillə olan münasibətləri hər zaman yaxşı olmuşdur, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. 22 dekabr 2024-cü il tarixdə o, yaşadığı Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən evində olmuşdur. Həmin günü saat təxminən 17 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 ona zəng edərək demişdir ki, “həmkəndliləri Vüqargildə iş var, gedək orada işləyək.” O, bundan sonra yaşadığı evdən çıxaraq Vüqarın yaşadığı evə tərəf getmişdir, həmin zaman Vüqargilin evlərinin yaxınlığında yerləşən kafenin qarşısından keçən zaman həmin kafeni işlədən oğlandan Anarın orada olub-olmamasını soruşmuşdur. Ona demişlər ki, Anar içəridə oturubdur. Bundan sonra o, həmin kafeyə daxil olmuş və Anarın orada araq və pivə içdiyini görmüşdür. O da Anarın yanında oturmuşdur və onunla yeyibiçməyə başlamışdır. Orada təxminən oturub yarım saat ərzində spirtli içki olan araq və pivə qəbul etmişdir və onlar yeyib-içdikdən sonra oradan duraraq Vüqargilə getmişlər. Onlar Vüqargildə 10-15 dəqiqə ərzində oturmuşlar, onlar Vüqara demişlər ki, “pul ver həyətdə yerləşən tövlənin damını sökək.” Vüqar isə bildirmişdir ki, hal-hazırda pulu yoxdur. Onlar orada bir qədər durduqdan sonra Vüqargildən çıxmışlar və onun yaşadığı evə tərəf getmişlər. O, Anara demişdir ki, “onlarda bir qədər araq var gedib onu içək.” Onlar yolla gedərkən Aqil və Məhərrəmə məxsus olan anbarın yanına çatan zaman o və Anar içkili olduqları üçün və pula ehtiyacları olduğundan həmin anbara daxil olaraq oradan dəmirləri oğurlayıb satmaq qərarına gəlmişlər. Onlar bir-biri ilə razılaşmışlar. Bundan sonra həmin anbarın girişində olan darvazadan içəri daxil olmuşlar. Sonra isə anbara yaxınlaşmışlar və anbarın qapısını açaraq içəri keçmişlər. Bundan sonra anbarın mərkəzi hissəsində yerdə olan həcmləri dəqiq yadında qalmayan xeyli sayda boru, məhəccər və bir çox dəmir avadınlıqları həmin anbarın içərisindən götürərək darvazadan çölə, yəni yolun kənarına yıxmışlar. Həmin zaman onları kənardan heç bir şəxs görməmişdir, orada o və Təqsirləndirilən şəxs2 başqa heç bir şəxs olmamışdır. Onlar dəmirləri darvazadan çölə yığıqdan sonra Təqsirləndirilən şəxs2 onun mobil telefonu vasitəsilə həmkəndliləri Şahid1 zəng edərək ona demişlər ki, bir qədər dəmir var onu fermaya aparmaq lazımdır. Təqsirləndirilən şəxs2, Şahid1 zəng etməkdə məqsədi ondan ibarət olmuşdur ki, Allahverdinin “Qazel” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin olması və həmin dəmirlərin yük avtomobilinə dolduraraq aparıb satmaq olmuşdur. Həmçinin, həmin zaman o da Allahverdi ilə danışaraq ondan dəmirləri aparılması üçün gəlməsini istəmiş və ona bildirmişlər ki, dəmirlərin gəlib aparılması üçün ona 20 manat pul verəcəklər. Bundan bir qədər sonra dəmirlərin daşınması üçün Allahverdi özünə məxsus olan “Qazel” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Allahverdi gəldikdən sonra onlar yolun kənarın daşıyıb yığdıqları dəmirləri Qazelə yığmağa başlamışlar. Onlar dəmirlərin bir hissəsini Qazelə yığmışlar ki, həmin zaman anbarın sahibi olan həmkəndliləri Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Aqil ora gələn zaman o, Qazelin yanında durmuşdur, Aqil gələrkən onu görməmişdir və Təqsirləndirilən şəxs2la söhbət etməyə başlamışdır. Aqil Anara demişdir ki, bu dəmirlər onundur, sən kimsən ki bu dəmirləri götürüb aparırsan. Bundan sonra Aqil və Anar orada mübahisə etməyə başlamışlar. O da həmin zaman oradan qaçıb yaşadığı evə getmişdir. Bir qədər sonra isə polis əməkdaşları ona telefon vasitəsilə zəng etmişlər və onun yaşadığı evə gələrək onu Qovlar polis bölməsinə dəvət etmişlər, o da orada baş vermiş hadisə ilə əlaqədar olaraq öz izahatını vermişdir. Daha sonra isə onu oradan evə buraxmışlar. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq özünü təqsirli bilir və öz əməlindən peşmandır, həmçinin gələcəkdə də bir daha belə nöqsanlara yol verməyəcəyimə söz vermişdir. Onun və Anar X1 məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən saxlanc anbarından oğurluq etməkdə məqsələri orada olan dəmirləri aparıb satmaq və əldə etdikləri pulla spirtli içki alıb içmək olmuşdur. Həmin zaman onlar içkili vəziyyətdə olmurlar və əlavə olaraq yeyib- içmək üçün pulları olmadığı üçün həmin dəmirləri Təqsirləndirilən şəxs2la birlikdə anbardan oğurluq etmək qərarına gəlmişlər. Dəmirləri daşımaq üçün gələn Şahid1 dəmirlərin oğurluq olub-olmaması ilə bağlı heç bir söz deməmişlər, yəni ki, o, dəmirlərin oğruluq olub-olmaması ilə bağlı məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs2 Allahverdi ilə həmin dəmirlərin daşınması üçün 20 manata danışmışlar. O, həmin anbardan Təqsirləndirilən şəxs2la birlikdə sonunucu dəfə 22 dekabr 2024-cü il tarixdə qanunsuz daxil olaraq oradan oğurluq etmişdir. Həmçinin, bildirmişdir ki, 2024-cü ilin dekabr ayının ortalarında o, Təqsirləndirilən şəxs2la birlikdə həmin anbara gecə saatlarında daxil olmuşdur. Həmin zaman anbardan xeyli sayda dəmir avadanlıqlar, su nasosu, isidici radiatorlar, traktor matorunun hissələrini, dəmir borular və başqa bir neçə dəmir avadanlıqları oğurlayaraq aparıb Şəmkir rayonunda tanımadıqları bir yerdə satmışlar. Həmin zaman onlar oğurladıqları əşyaları lom qiymətinə 850 manata satmışlar və əldə etdikləri pulun 100 manatını yoldan tutduqları sürücüsünü tanımadıqları şəxsə vermişlər, qalan 750 manat pulu isə Təqsirləndirilən şəxs2la yarı-yarıya bölmüşlər. Həmin zaman onlar ora daxil olan zaman dəmirləri daşıyıb yolun kənarına yığmışlar, bundan sonra isə avtomobil tapmaq üçün asfalt yolun kənarına çıxmışlar. Həmin zaman isə Qazax rayonu istiqmətindən üzü Şəmkir rayonu istiqamətində irihəcimli bir avtomobilin gəldiyini görmüşlər. Onlar həmin avtomobili saxladaraq hara getdiyini soruşmuşlar. Həmin zaman o, avtomobilin sürücüsü onlara bildirmişdir ki, Şəmkir rayonuna gedir. Onlar da özlərinə məxsus dəmirləri olduğunu və həmin dəmirləri Şəmkir rayonuna aparmalı olduqlarını bildirmişlər. Bundan sonra həmin avtomobili anbarın yanına sürdürmüşlər və dəmirləri həmin avtomobilə yükləmişlər və apararaq Şəmkir rayonunda dəqiq tanımadıqları bir yerdə dəmir qəbulu yerinə sataraq pul əldə etmişlər. Həmin avtomobil yük avtomobili olmuşdur. Markasını və qeydiyyat nişanını xatırlamır. O, Şəmkir rayonunu yaxşı tanımır, həmçinin hadisə baş verən vaxt o, içkili olmuş və dəmirləri aparıb satdıqları yer onun dəqiq yadında deyil. O, yuxarıda qeyd etdiklərindən əlavə olaraq heç bir yerdən oğurluq etməmişdir. Anbardan oğurluq edən zaman isə içkili olmuş, həmin zaman pula ehtiyacı olub və bunun üçün də oradan oğurluq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq əməlimdən peşmandır, özünü təqsirli bilir və gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə istintaq zamanı o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanının bir qismini ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını və maddi ziyanın bir qismini ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Zərərçəkmiş şəxs onun həmkənlisidir, onun Aqillə olan münasibətləri hər zaman yaxşı olmuşdur, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. 22 dekabr 2024-cü il tarixdə o, yaşadığı Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən evində olmuşdur. Həmin günü saat təxminən 17 radələrində həmkənlisi Təqsirləndirilən şəxs1 zəng edərək demişdir ki, “Vüqargildə iş var, gedək orada işləyək.” O, həmin zaman Raminə demişdir ki, Dönük Qırıqlı priyezinin yanındadır, ora gəl. O, həmin zaman yaxınlıqda yerləşən Asifin kafesində oturaraq spirtli içki olan araq içmişdir. Bir qədər sonra isə Təqsirləndirilən şəxs1 onun yanına gəlmişdir, həmin zaman, Ramin içkili vəziyyətdə idi. Kafedə Ramin onun içdiyini gördüyü üçün o da içmək istəmişdir və gedib yarım litlik araq alıb gətirmişdir. Onlar bundan sonra Raminlə birlikdə kafedə oturaraq spirtli içki olan araq və pivə qəbul etmişlər və onlar yeyib-içdikdən sonra oradan duraraq Vüqargilə getmişlər. Onlar Vüqargildə 10-15 dəqiqə ərzində oturmuşlar, onlar orada iş görmək müqabilində Vüqara demişlər ki, “pul ver iş görək.” Vüqar isə həmin zaman bildirmişdir ki, “hal-hazırda pulu yoxdur. Sabah gələrsiz verərəm, işləyərsiz.” Onlar orada bir qədər durduqdan sonra Vüqargildən çıxmışlar və Dönük Qırıqlı dəmiryol keçidinə tərəf getmişlər. Onlar dəmiryol keçidinin yanında yerləşən “Oba” marketin yanına çatdıqda oradan o, bir ədəd pivə almışdır, Ramin də bir ədəd kiçik həcimli araq almışdır. Onlar həmin araq və pivəni də içmişlər. Bundan sonra isə onlar yenidən yeyibiçmək istəmişlər, lakin buna baxmayaraq onların pulları olmamışdır. Anar həmin zaman demişdir ki, “onlarda bir qədər araq var gedək onu içək.” Onlar Ramingilə gedən zaman kənddə yerləşən Aqilə məxsus olan anbarın qarşısından keçən zaman içkili olduqları üçün və pula ehtiyacları olduğundan həmin anbara daxil olaraq oradan dəmirləri oğurlayıb satmaq qərarına gəlmişlər. Sonra anbarın yanına gəlmişlər, bundan sonra həmin anbarın girişində olan darvazadan içəri daxil olmuşlar. Sonra isə anbara yaxınlaşmışlar və anbarın qapısını açaraq içəri keçmişlər. Bundan sonra anbarın mərkəzi hissəsində yerdə olan həcmləri dəqiq yadında qalmayan xeyli sayda boru, pəncərə barmaqlıqları, məhəccər və bir çox dəmir avadanlıqları həmin anbarın içərisindən götürərək darvazadan çölə çıxartmışlar və yolun kənarında olan ağacın altına yığmışlar. Həmin zaman onları kənardan heç bir şəxs görməmişdir, orada o və Təqsirləndirilən şəxs1 başqa heç bir şəxs olmamışdır. Onlar dəmirləri darvazadan çölə yığdıqdan sonra o və Ramin onun mobil telefon vasitəsilə həmkəndliləri Şahid1 zəng edərək ona demişlər ki, bir qədər dəmir var onu fermaya aparmaq lazımdır. Onların Şahid1 zəng etməkdə məqsədi ondan ibarət olmuşdur ki, Allahverdinin “Qazel” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin olması və həmin dəmirlərin yük avtomobilinə dolduraraq aparıb satsınlar. Həmçinin, həmin zaman o da Allahverdi ilə danışaraq ondan dəmirləri aparılması üçün gəlməsini istəmişdir və ona bildirmişlər ki, dəmirlərin gəlib aparılması üçün ona 20 manat pul verəcəklər. Bundan bir qədər sonra dəmirlərin daşınması üçün Allahverdi özünə məxsus olan “Qazel” markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə onların yanına gəlmişdir. Allahverdi gəldikdən sonra onlar yolun kənarına daşıyıb yığdıqları dəmirləri Qazelə yığmağa başlamışlar. Allahverdi həmin zaman dəmirlərin oğurluq olması barəsində heç bir məlumatı olmamışdır. Onlar dəmirlərin bir hissəsini Qazelə yığmışlar ki, həmin zaman həmkəndliləri Zərərçəkmiş şəxs onların yanına gəlmişdir. Aqil ora gələn zaman o, Qazelin yanında durmuşdur, Aqil gələrkən Ramin birdən-birə qaçıb çıxıb getmişdir və Aqil Ramini orada görməmişdir. O, həmin zaman Zərərçəkmiş şəxsla bir qədər söhbət etmişdir. Aqil ondan dəmirlərin kimə məxsus olduğunu soruşduqda o, Aqilə demişdir ki, həmin dəmirlər onundur. Aqil isə bildirmişdir ki, xeyir həmin dəmirlər ona məxsusdur. O, Aqilə yalandan demişdir ki, dəmirləri Ramindən almışdır. Sonra Aqil demişdir ki, bu barədə polisə məlumat verəcək. Həmin zaman Aqil telefon vasitəsilə DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir. Bundan sonra isə polis əməkdaşları tərəfindən hadisə yerinə baxmışlar və “Qazel” markalı avtomobili Qovlar polis bölməsinə aparmışlar. Baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq özünü təqsirli bilir və öz əməlindən peşmandır, həmçinin gələcəkdə də bir daha belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Onların həmin dəmirləri Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən saxlanc anbarından oğurluq etməkdə məqsədləri orada olan dəmirləri aparıb satmaq və əldə etdikləri pulla spirtli içki alıb içmək olmuşdur. Həmin zaman onlar içkili vəziyyətdə olmuşlar və əlavə olaraq yeyib-içmək üçün pulları olmadığı üçün həmin dəmirləri anbardan oğurluq etmək qərarına gəlmişlər. Dəmirləri daşımaq üçün gələn Şahid1 dəmirlərin oğurluq olub-olmaması ilə bağlı heç bir söz deməmişlər, yəni ki, Allahverdi dəmirlərin oğruluq olub-olmaması ilə bağlı məlumatsız olmuşdur. O və Ramin Allahverdiyə dəmirlərin daşınması müqabilində 20 manat verəcəklərini demişlər. Bundan sonra isə Allahverdi onlarla razılaşmışdır. O, həmin anbardan Təqsirləndirilən şəxs1lə birlikdə sonunucu dəfə 22 dekabr 2024-cü il tarixdə qanunsuz daxil olaraq oradan oğurluq etmişdir. Həmçinin, bildirmişdir ki, 2024-cü ilin dekabr ayının ortalarında o, Təqsirləndirilən şəxs1lə birlikdə həmin anbara gecə saatlarında daxil olmuşlar. Həmin zaman anbardan xeyli sayda dəmir avadanlıqlar, su nasosu, isidici radiatorlar, traktor matorunun hissələrini, dəmir borular və başqa bir neçə dəmir avadanlıqları oğurlayaraq aparıb Şəmkir rayonunda tanımadıqları bir yerdə satmışlar. Həmin zaman onlar oğurladıqları əşyaları lom qiymətin 850 manata satmışlar və əldə etdikləri pulun 100 manatını yoldan tutduqları sürücüsünü tanımadıqları şəxsə vermişlər, qalan 750 manat pulu isə Təqsirləndirilən şəxs1lə iki hissəyə bölmüşlər. Həmin zaman onlar anbara daxil olarkən xeyli sayda dəmir avadanlıqlar, su nasosu, isidici radiatorlar, traktor matorunun hissələrini, dəmir borular və başqa bir neçə dəmir avadanlıqlarını daşıyıb yolun kənarına yığmışlar, bundan sonra isə avtomobil tapmaq üçün asfalt yolun kənarına çıxmışlar. Həmin zaman isə Qazax rayonu istiqmətindən üzü Şəmkir rayonu istiqamətində irihəcimli bir avtomobilin gəldiyini görmüşlər. Onlar həmin avtomobili saxladaraq hara getdiyini soruşduqda avtomobilin sürücüsü onlara bildirmişdir ki, Şəmkir rayonuna gedir. Onlar da dəmirlərinin olduğunu və həmin dəmirləri Şəmkir rayonuna aparmalı olduqlarını bildirmişlər. Bundan sonra həmin avtomobili anbarın yanına sürdürmüşlər və dəmirləri həmin avtomobilə yükləmiş və apararaq Şəmkir rayonunda dəqiq tanımadıqları bir yerdə dəmir qəbulu yerinə sataraq pul əldə etmişlər. O, yuxarıda qeyd etdiklərindən əlavə olaraq heç bir yerdən oğurluq etməmişdir. Anbardan oğurluq edən zaman isə içkili olmuş, həmin zaman pula ehtiyacı olub və bunun üçün də oradan oğurluq etmişdir. Baş vermiş hadisə ilə əlaqədar olaraq əməlindən peşmandır, özünü təqsirli bilir və gələcəkdə belə nöqsanlara yol verməyəcəyinə söz vermişdir. Törətdiyi əməlindən peşmandır. Məhkəmə istintaq zamanı o, zərərçəkmiş şəxsə vurmuş olduğu maddi ziyanının bir qismini ödəməklə sonuncu ilə barışıq əldə etmişdir. Hazırda əməlindən peşman olmasını və maddi ziyanın bir qismini ödəməklə zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Tovuz Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarı ilə qeyd olunan cinayət işi üzrə Zərərçəkmiş şəxs Rusiya Federasiyasında olduğundan onun atası Şahid2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Şahid2 ifadəsində göstərdi ki, o, Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onun həmkəndliləridir. Onun həmin şəxslərlə arasında olan münasibət hər zaman yaxşı olmuşdur, onun həmin şəxslərlə hər hansı bir ədavəti və yaxud düşmənçiliyi olmamışdır. Onun Tovuz rayonu, Dönük Qırıqlı kəndi ərazisində yerləşən şəxsi əşyalarını saxladıqları anbarı var. Həmin anbarda müxtəlif əşyaları və dəmir borular, eyni zamanda dəmir barmaqları, müxtəlif dəmir ləvazimatları, generatoru, traktor mühərrikini saxlamışdır. Lakin, həmin anbardan təxminən 2024-cü ilin dekabr ayının ortalarında oğurluq baş vermişdir. O, həmin oğurluğu etməkdə Ramin və Anar adlı şəxslərdən şübhələnirmiş, lakin oğurluq edən şəxsləri dəqiq bilmədiyi üçün polisə müraciət etməmişdir. Belə ki, həmin anbar onun yaşadığı evin yaxınlığında yerləşir. O, həmin anbara tez-tez gedir. Birinci dəfə oğurluğu aşkar izlərin Təqsirləndirilən şəxs1 yaşadığı evə tərəf sürüklənərək aparıldığını, lakin izlərin sonra itdiyini aşkar etmişdir. Sonuncu dəfə 22 dekabr 2024-cü il tarixdə, gecə saatlarında oğlu Zərərçəkmiş şəxs işlətdiyi kafeyə gedən zaman anbarın qarşısında “Qazel” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin olduğu və içərisi dəmirlərlə dolu olduğunu görmüşdür, həmçinin, həmin zaman orada maşın sahibi olan Şahid1 və digər iki nəfər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olduğunu görmüşdür. Aqil onlara yaxınlaşan zaman Təqsirləndirilən şəxs1 qaçıb getmiş, lakin Anarla Allahverdi orada qalmışdır. Aqil həmin şəxslərdən orada nə işlə məşğul olduqlarını soruşmuşdur, həmin zaman Anar ona demişdir ki, həmin dəmirlər guya ki, Ramindən pul müqabilində alıb. Həmin zaman Aqil polis əmkdaşlarına zəng edərək baş vermiş hadisə barəsində məlumat vermişdir. Bir qədər sonra hadisə polis əmkdaşları gəlmiş, həmin zaman onlar yük avtomobilinə xeyli sayda dəmir materialları yığmışlar, qalanlarını isə daşıyıb avtomobilin yanında yerə yığmışlar. Polis əməkdaşları gələn zaman yerdə qalan digər materialları da avtomobilə yığdırmışlar və bundan sonra onlar Tovuz rayon polis şöbəsinin Qovlar polis bölməsinə getmişlər. Həmin zaman polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 polis bölməsinə gətirilmişdir. Aqil orada bir qədər gözlədikdən sonra çıxıb yaşadığı evə getmişdir. Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerələşən saxlanc anbardan oğurluqlar nəticəsində ona ümumilikdə 7 min manata yaxın dəyərində maadi ziyan dəymişdir. Belə ki, həmin anbardan 22 dekabr 2024-cü il tarixdə Ramin və Anar adlı şəxslər tərəfindən 1 ədədi 150 manat dəyərində olmaqla hər biri 165 sm x 133 sm ölçüdə, 1 sm diametrlərdə dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli 4 ədəd dəmir pəncərə barmaqlıqları, 1 ədədi 50 manat dəyərində olmaqla hər biri 90 sm x 107 sm ölçüdə, 1 sm diametrli dəmirdən yığılmış 2 ədəd dəmir pəncərə barmaqlığı, 1 ədəd 30 manat dəyərində və 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, 1 ədəd 50 manat dəyərində traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, 1 ədəd 45 manat dəyərində olmaqla diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 1 ədəd 50 manat dəyərində olmaqla 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 1 ədəd 40 manat dəyərində olmaqla 3 metr uzunluğu, 5 mm qalınlığı və 60 sm eni olan dəmir list, eləcə də ümumilikdə 12 manat dəyərində və 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda dəmir qırıntıları oğurlanmışdır. Onların ümumi dəyəri 927 manat olmuşdur. Ondan əlavə, həmin oğurluqdan təxminən bir həftə əvvəl ona məxsus olan anbardan Ramin və Anar adlı həmkəndlilərim tərəfindən hər biri 30 manat dəyərində, 76 mm diametrdə və 4 metr uzunluqda olan ümumilikdə 5 ədəd dəmir boru, hər biri 40 manat dəyərində, 5 metr uzunluqda, 76 mm diametrdə olan ümumilikdə 12 ədəd dəmir boru, hər biri 25 manat dəyərində, 50 mm diametrdə və 5 metr uzunluqda olan ümumilikdə 32 ədəd dəmir boru, hər biri 24 manat dəyərində, 50 mm diametrdə və 4 metr uzunluqda olan ümumilikdə 25 ədəd dəmir boru, hər biri 18 manat dəyərində, 50 mm diametrdə və 3 metr uzunluqda olan ümumilikdə 20 ədəd dəmir boru, hər biri 15 manat dəyərində, 2.5 metr uzunluqda və 50 mm diametrdə olan ümumilikdə 12 ədəd dəmir boru, hər biri 12 manat dəyərində, 2 metr uzunluqda və 50 mm diametrdə olan ümumilikdə 10 ədəd dəmir boru, hər biri 12 manat dəyərində, 5 mm diametrdə və 4 metr uzunluqda olan ümumilikdə 8 ədəd dəmir künclük, hər biri 30 manat dəyərində, 60 sm x 120 sm ölçüdə olan ümumilikdə 8 ədəd dəmir qızdırıcı su radiatoru, hər biri 10 manat dəyərində, 5 mm qalınlığında, 2.5 metr uzunluqda olan ümumilikdə 14 ədəd dəmir künclük, 1 ədəd 40 manat dəyərində, 40 mm diametrdə və 8 metr uzunluqda olan dəmir boru, hər biri 40 manat dəyərində, 8 metr uzunluqda və 50 mm diametrdə olan ümumilikdə 2 ədəd dəmir boru, hər biri 27 manat dəyərində, 6 metr uzunluqda və 40 mm diametrdə olan ümumilikdə 18 ədəd dəmir boru, hər biri 33 manat dəyərində, 76 mm diametrdə və 5.5 metr uzunluqda olan ümumilikdə 3 ədəd dəmir borular, hər biri 18 manat dəyərində, 3 metr uzunluqda və 5 mm diametrdə olan ümumilikdə 14 ədəd “T” şəkilli dəmir künclük, 1 ədəd 150 manat dəyərində və 320 mm diametri olan artezian smistiteli, 1 ədəd 1.000 manat dəyərində 30 kv-lıq üçfaza generator, 1 ədəd 600 manat dəyərində işlək vəziyyətdə olmayan köhnə traktor mühərriki oğurlanmışdır. Həmin oğurluq nəticəsində isə ona ümumilikdə 5.873 manat maddi ziyan dəymişdir. Hər iki oğurluq nəticəsində isə ona 6.800 manat maddi ziyan vurulmuşdur. Qeyd edilən həmin anbarda videomüşahidə kamerası olmamışdır. Məhkəmə istintaq zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyanın bir qismi, yəni 1000 manat ödəniş edilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayəti yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, halhazırda Tovuz rayonu, Dönük Qırıqlı kəndində qeydiyyatda olmaqla həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Lakin, buna baxmayaraq rayon ərazisində fəhləliklə məşğul olaraq normal dolanışığını təmin edir. Zərərçəkmiş şəxs onun həmkənlisidir, onun Aqillə olan münasibətləri hər zaman yaxşı olmuşdur, onunla hər hansı bir ədavəti, düşmənçiliyi, həmçinin qohumluq əlaqəsi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 da onun həmkəndliləridir, onlarla da hər hansı bir ədavəti düşmənçiliyi və yaxud qohumluq münasibəti yoxdur. O, əvvəllər özünə məxsus olan “Qazel” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili idarə etmişdir. Lakin hal-hazırda həmin avomobili satmışadır. 22 dekabr 2024-cü il tarixdə o, özünə məxsus olan “Qazel№ markalı avtomobillə Qovlar şəhərindən Xatınlı kəndində mebel daşımışdır. O, Xatınlı kəndində olan zaman həmkənliləri Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona məxsus olan ***-***-**-** mobil telefon nömrəsinə zəng edərək yük olduğunu və həmin yükün yatağa aparmaq lazım olduğunu demişlər. Həmin zaman Ramin və Anar hər ikisi onunla telefonla danışmışlar. O, onlarla telefonla danışan zaman onlara bildirmişdir ki, hal-hazırda Tovuz rayonu, Xatınlı kəndindədir, həmin kəndə mebel gətiribdir. Onlar isə ona bildirmişlər ki, işini qurtar sonra gələrsən. O, həmin tarixdə saat təxminən 20 radələrində işini qurtardıqdan sonra yaşadığı kəndə getmişdir. O, kəndin girişində yerləşən “Oba” marketin qarşısında Ramin və Anarın orada olduğunu görmüşdür. Onlar onun avtomobilinə əyləşmişlər və bildirmişlər ki, Ramingilin evinə getmək lazımdır. Bundan sonra o, avtomobillə hərəkətə başlayaraq Raminin yaşadığı evə tərəf getmişlər. Onlar kənddə yerləşən anbarın yanına çatan zaman Ramin və Anar ona demişlər ki, avtomobili saxla yük buradadır. O da avtomobili saxlamışdır. O, Aqil və Anardan soruşmuşdur ki, bu nə yükdür, bu yük oğurluq deyilki?. Həmin zaman Anar ona demişdir ki, özünə lazım olmadığına görə tanış adam pay verib. Onlar hər ikisi daha sonra avtomobilin yük hissəsinə bir qədər dəmir yükləmişlər. O isə onlara həmin zaman köməklik etməmişdir. Onlar orada olmaqlarından təxminən 20 dəqiqə sonra həmkəndliləri Zərərçəkmiş şəxs onların olduqları yerə gəlmişdir. Aqil onların yanına gələn zaman Anara demişdir ki, siz burada nə edirsiz, bu dəmirləri hara aparırsınız? Həmin zaman Anar demişdir ki, o, bu dəmirləri Ramindən 30 manata almışdır. Aqil isə demişdir ki, 30 manat nədir, bu dəmirlər onundur. Anarla Aqil söhbət edən zaman isə Ramin qaçıb onların yanından getmişdir. Daha sonra isə dəmirlərin oğurluq olduğunu bildiyi üçün o, dəmirləri maşından yerə düşürtmək istəmişdir, lakin Aqil demişdir ki, dəmirləri yerə düşürmə, polis əmədaşlarına xəbər veribdir, qoy gəlib baxış keçirsinlər. Bir qədər sonra isə hadisə yerinə polis əməkdaşları gəlmişdir, Ramin və Anarın oğurladığı bütün dəmirləri avtomobilin yük hissəsinə yığaraq Qovlar polis bölməsinə aparmışlar. Bundan sonra onun razılığı ilə avtomobilin yük hissəsində olan dəmirlərə baxış keçirmişlər. Bildirmişdir ki, onun qeyd etdiyi oğurluq hadisəsi ilə əlaqədar olaraq həmin cinayətdə heç bir iştirakı olmamışdır. Belə ki, Anar və Ramin onu oraya özlərinə məxsus olan yüklərin daşınması üçün sürücü kimi çağırmışlar. Həmçinin, Ramin və Anar ona demişlər ki, həmin yükləri yatağa daşımaq üçün ona 20 manat pul verəcəklər. O, Zərərçəkmiş şəxs məxsus Tovuz rayonu, Dönük Qırıqlı kəndində yerləşən saxlanc anbarından Ramin və Anarın oğurluq etdiyini bilməmişdir. O, həmin anbardan əvvəlcə heç bir əmlak götürərək heç bir yerə aparmamışdır. O, həmin zaman Anar və Raminə heç bir köməklik etməmişdir. Belə ki, o, həmin zaman avtomobilin yanında durmuşdur. Ramin və Anar ona demişlər ki, həmin dəmirləri yatağa aparmaq üçün ona 20 manat verəcəklər, o isə bunun üçün dəmirləri daşımaq üçün onlarla razılaşmış, lakin Ramin və Anar ona heç bir məbləğdə pul verməmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Qiymətləndiricilər Palatasına üzv olan "xxxx" MMC-nin 15 sentyabr 2025-ci il tarixli №CC/0xx/xx-2025 nömrəli qiymətləndirmə hesabatından görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən dəmir borular və profillər 2520 manat, katanka və listlər 790 manat, radiator və barmaqlıqlar 715 manat, elektrik mühərriki 1000 manat, tarktor mühərriki 600 manat, digər materiallar 400 manat, ümumilikdə 6025 (altı min iyirmi beş) manat təşkil edir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Dönük Qırıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Dönük Qırıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2008-ci ildə anadan olmuş Elvin və xx.xx.2011-ci ildə anadan olmuş Elmir adlı 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 haqqında axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 haqqında axtarış elan edilməklə, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. Tovuz RPŞ-nin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddələr ilə təqsirli bilinib, onların sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı qismən ödəməklə barışmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə 08 dekabr 2025-ci ildən həbsdədir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməklə 03 dekabr 2025-ci ildən həbsdədir. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, onun həbsdə saxlanıldığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilməli və onlar dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidirlər. Hökm qanuni qüvvəyə minənədək barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin Qovlar PB-də saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 165 sm x 133 sm ölçüdə, 1 sm diametrlərdə dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli 4 ədəd dəmir pəncərə barmaqlıqları, 90 sm x 107 sm ölçüdə, 1 sm diametrli dəmirdən yığılmış 2 ədəd dəmir pəncərə barmaqlığı, 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 3 metr uzunluğu, 5 mm qalınlığı və 60 sm eni olan dəmir list, 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda dəmir qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq "xxxx" MMC-nin AZ03NABZ******************** nömrəli hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 19 (on doqquz) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 05 (beş) ay 08 (səkkiz) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.

2. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinib 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) ay 25 (iyirmi beş) gün azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününün bərabər tutulması qaydası ilə hesablanmaqla, 05 (beş) ay 20 (iyirmi) gün müddət ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-nin Qovlar PB-də saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 165 sm x 133 sm ölçüdə, 1 sm diametrlərdə dəmirdən yığılmış, araları 0.5 sm diametrdə dəmirdən naxış işləməli 4 ədəd dəmir pəncərə barmaqlıqları, 90 sm x 107 sm ölçüdə, 1 sm diametrli dəmirdən yığılmış 2 ədəd dəmir pəncərə barmaqlığı, 120 sm x 90 sm ölçüdə, araları 0.5 sm diametrli dəmirdən yığılmış dəmir pəncərə barmaqlığı, traktor qoşqusunu qaldırıb-endirən mühərrikin dəmir materialdan olan dayağı, diametri 32 sm, uzunluğu 140 sm, qalınlığı 5 mm olan dəmir boru, 50 sm x 70 sm x 30 sm ölçüdə dəmir su çəni, 3 metr uzunluğu, 5 mm qalınlığı və 60 sm eni olan dəmir list, 30 kq çəkidə olmaqla müxtəlif ölçülərdə və sayda dəmir qırıntıları hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq "xxxx" MMC-nin AZ03NABZ******************** nömrəli hesabına keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar