Məhkəmə qərarları › İş №1(062)-147/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-147/2024

07.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-147/2024 07.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 Zərərçəkmiş şəxs X6 iştirakları ilə xx.xx.1975-ci ildə Tovuz rayonu Mülkülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 02 (iki) nəfər yetkinlik yaşına çatmayan və 01 (bir) nəfər azyaşlı uşaqları olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Mülkülü kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 18 oktyabr 2024-cü il tarixdə saat 20 radələrində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Tovuz rayonu Aşağı Mülkülü kəndində X4 evinin yaxınlığında yolun kənarında X6 yumruqla burun nahiyəsinə vuraraq sonuncuya sağ alt göz qapağı və sağ gözaltı nahiyəsinin qançır-şişkinliyi, sağ üst göz qapağının qançırı kimi sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilməyən və burun sümüyünün yerdəyişməli burun qanaxması ilə müşayiət edilən burun nahiyəsinin qançır-şişkinliyi kimi dərəcəsinə görə sağlamlığn uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, zərərçəkmiş şəxs X1 qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. X8 tanıyır, həmkəndlisidir, həmçinin aralarında qohumluq münasibəti də vardır. Raqiflə münasibəti həmişə yaxşı olmuşdur. Onların aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə həmkəndlisi X2 rayonu Aşağı Mülkülü kəndində yerləşən evində qızı üçün “ciyəraxşamı” şənliyi təşkil etmişdir. Həmin şənlikdə o, da iştirak etmişdir. Şənlikdə iştirak edənlərin sırasında Raqif də olmuşdur. Raqif masaların birində əyləşib dostları ilə yemək yeyib spirtli içki qəbul etmişdir. Bir müddət məclisdə əyləşdikdən sonra o, evə getmək üçün masadan qalxıb küçəyə çıxmışdır. Yolun kənarında Emnalıyev Raqiflə həmkəndlisi X3 etdiklərini görmüşdür. Qaranın əsl adı Camaləddindir. Lakin kənddə onu hamı Qara kimi tanımışdır. O, onların öz aralarında münaqişə etdiklərini fikirləşmişdir. Bu səbəbdən onlara yaxınlaşaraq nə üçün münaqişə etdiklərini soruşmuşdur. Bu zaman Emnalıyev Raqif ona Qaranın onun sinif yoldaşı olduğunu, heç bir münaqişə etmədiklərini demişdir. Daha sonra Raqif onların işinə qarışdığını bəhanə edərək onun ünvanına söyüş söyməyə başlamışdır. O, Raqifə nə üçün onu söydüyünü demişdir. Raqif yenə Qaranın yanında ona nalayiq söyüş söymüşdür. Raqif onu söyəndə o, da əsəbləşib yumruqla onun burnuna bir zərbə vurmuşdur. Zərbədən sonra Raqifin burnundan qan axmağa başlamışdır. O, Raqifi döyəndə Qara araya keçib onları ayırmışdır. Bundan sonra o, oradan evlərinə gəlmişdir. Sonradan o, Raqifin onun barəsində şikayət etdiyini öyrənmişdir. Onların arasında olan münaqişə təxminən 2-3 dəqiqə çəkmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışmış, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs tanıyır, Rasim onun həmkəndlisdir, həmçinin onların qohumluq əlaqələri də vardır. Rasimlə münasibəti həmişə yaxşı olmuşdur. Aralarında ədavət və düşmənçilik olmamışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o, dayısı X4 Tovuz rayonu Aşağı Mülkülü kəndində yerləşən evində təşkil olunmuş “ciyəraxşamı” şənliyində olmuşdur. Təqsirləndirilən şəxs də həmin şənlikdə iştirak etmişdir. Təqsirləndirilən şəxs yan masaların birində əyləşmişdir. O, da dostlarıyla yemək yeyib spirtli içki qəbul etmişdir. Saat təxminən 21:30-da o, əyləşdiyi masadan qalxıb şənlikdən çıxaraq küçəyə tərəf gəlmişdir. O, küçədə dostu X10 görmüşdür. Onunla salamlaşıb öz aralarında söhbət etməyə başlamışdır. Onlar söhbət edərkən Rasim də onların yanına gəlmişdir. Rasim ondan “nə olub, nə üçün mübahisə edirsiz?” deyə soruşmuşdur. O, Rasimə Qara ilə mübahisə etmədiyini, aralarında olanların ona heç bir aidiyyəti olmadığını demişdir. Bu səbəbdən onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, əsəbləşib Rasimi söymüşdür. O, Rasimin ünvanına söyüş söydükdə o, qəfildən yumruqla onun burun nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Rasim onu vurduqdan sonra o, bir anlıq huşunu itirərək yerə yıxılmışdır. Birtəhər özünü toparlayıb ayağa qalxmışdır. Rasim onu vurduqdan sonra onun burnundan qan axmağa başlamışdır. Onların yanında olan dostu Qara Rasimi sakitləşdirərək oradan uzaqlaşdırmışdır. O, üzünün qanını yuduqdan sonra evə gəlmişdir. Evə gədikdən sonra Azərbaycan Respublikasının DİN-in “102” xidməti-zəng mərkəzinə müraciət edərək döyülməyi barədə məlumat vermişdir. Aralarında olan dava-dalaş təxminən 2-3 dəqiqə çəkmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X14 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2024-cü il tarixli, 860 nömrəli rəyindən görünür ki, X6 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: burun sümüyünün yerdəyişməli sınığı və burun qanaxması ilə maşyiət edilən burun nahiyəsinin qançır şişkinliyi, sağ alt göz qapağı və sağ gözaltı nahiyənin qançır-şişkinliyi, sağ üst göz qapağının qançırı küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMXna müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən burun sümüyünün yerdəyişməli sınığı və burun qanaxması ilə maşyiət edilən burun nahiyəsinin qançır şişkinliyi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Tovuz Rayon İHB-nin Aşağı Mülkülü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci ildə anadan olmuş Səma, xx.xx.2009-cu ildə anadan olmuş Aqşin adlı 02 (iki) nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2016-cı ildə anadan olmuş Eşqin adlı 1 (bir) nəfər azyaşlı uşaqları var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməli ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar