Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-149/2023 27.12.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Fərid Nadir oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi Müdafiəçi2 və Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 iştirakları ilə, xx xxxxxx 1970-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, işsiz, Tovuz Rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktoru ilə Tovuz şəhəri, Azadlıq küçəsi ilə H.Əliyev prospektinin kəsişməsində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 - “Yol verin” nişanının) tələbini pozaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda öz hərəkətini davam etdirməklə, həmin vaxt Tovuz-Qazax avtomobil yolu ilə Qazax rayonu istiqamətində hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs1 nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Tovuz-Qazax yolunun Tovuz rayonu, H.Əliyev prospektindən keçən hissəsində toqquşmuş və nəticədə ehtiyatsızlıqdan “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 sağ diz oynağının sağ diz qapağının yerdəyişməli sınığı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır və həmin vaxt “Ford Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus avtomobilində sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sol bayır topuğun sınığı, alın təpə nahiyyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almalarına səbəb olmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, onun lizinq yolu ilə aldığı özünə məxsus “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktoru vardır. O, həmin tarktoru xüsusi sürücülük vəsiqəsi əsasında idarə edir. 02 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində o, özünə məxsus traktorla Ayan Palasın qarşısından keçib Tovuz rayonu H.Əliyev prospektinə daxil olmaq üçün avtomobili tam dayanma həddinə qədər azaldıb sağa və sola baxıb avtomobil gəlmədiyini görmüşdür. Traktoru hərəkətə gətirib üzü Tovuz rayonu, Aşağı Quşçu kəndi istqamətinə tərəf dönməyə başlamışdır. Tovuz rayon Olimpiya Kompleksinin qarşısına çatmağına az qalmış əks istiqamətdən “Ford” markalı, dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı mikroavtobus avtomobilinin yüksək sürətlə gəldiyini görmüşdür. O, traktoru yolun öz hərəkət istiqamətində tam sağ hissəsinə sürüb yola düzəlmək istəyərkən “Ford” markalı avtomobil onun hərəkət zolağına çıxdığı və sürəti yüksək olduğu üçün həmin vaxt onun idarə etdiyi tarktor ilə toqquşmuşdur. Toqquşmadan sonra o, traktordan düşüb adının sonradan Nizami olduğunu bildiyi sürücüyə yaxınlaşmışdır. Bu zaman o, “Ford” markalı avtomobilin əvvəlcədən tanımadığı sürücüsü, adını sonradan öyrəndiyi Nizami adlı şəxsin və həmin “Ford” markalı avtomobildə sərnişinlər üçün nəzərdə tutulmuş arxa yerdə sərnişin qismində əyləşmiş əvvəlcədən bir həmkəndli kimi tanıdığı Güldəstə adlı qadının müxtəlif dərəcəli bədən xəsarətləri aldığını görmüşdür. Ona görə də o, Nizami adlı sürücü və həmkəndlisi Güldəstə adlı qadın xəsarət aldığı üçün təcili tibbi yardım çağırıb onları Tovuz rayon mərkəzi xəstəxanasına yola salmışdır. O, idarə etdiyi traktorla H.Əliyev prospektinə daxil olmazdan əvvəl sağ və sol istiqamətlərdən avtomobil gəlib gəlmədiyinə baxmışdır. O, hərəkətə başlamazdan əvvəl “Ford” markalı avtomobil əks hərəkət zolağı ilə onun hərəkət istiqamətində gəlirmiş. Həmin vaxt onun idarə etdiyi traktorla “Ford” markalı avtomobil arasında təxminən 150-200 metr məsafə olmuşdur. Onun hərəkəti üçün təhlükə “Ford” markalı avtomobilin onun hərəkət istiqamətinə çıxdığı andan yaranmışdır. Lakin o, həmin məsafənin dəqiq nə qədər olduğunu xatırlamır. O, hadisə zamanı traktorda tək olmuş, ondan başqa idarə etdiyi traktorda hər hansı şəxs və ya şəxslər olmamışdır. Həmin vaxt onun idarə etdiyi traktorda yük və nasazlıq yox olmamışdır. Hadisə zamanı yol örtüyü quru, hava aydın və yol örtüyü düz olmuşdur. Onun hadisə zamanı idarə etdiyi traktorun surəti saatda təxminən 20 kilometr olmuşdur. Hazırda etdiyi əməldən peşmandır və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Belə ki, zərərçəkmiş şəxslərə dəymiş bütün ziyanı ödəmişdir. Odur ki, barəsində cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifdəsində göstərmişdir ki, hazırda onun arvadı X1 məxsus olan və onun etibarnamə ilə idarə etdiyi “Ford-Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı mikroavtobus avtomobili vardır. O, həmin avtomobili BCD kateqoriyalı, AE 325158 nömrəli sürücülük vəsiqəsi əsasında idarə edir. 02 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində o, özünə məxsus “Ford- Transit” markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Asan Ximdət”-in inzibati binasının qarşısındakı əsas yolla üzü H.Əliyev prospekti ilə üz-üzə Tovuz rayonu istiqamətində hərəkət edib körpünü keçib davam etmişdir. Tovuz rayon Olimpiya Kompleksinə çatmağına təxminən 20 metr qalmış “Ayan Palas” istiqamətindən gələn və yola çıxmaq istəyən traktoru görmüşdür. Bu vaxt avtomobilin ön işıqları ilə traktora işarə etmişdir. Həmin vaxt sürücü traktoru saxlamışdır. O, isə hərəkətini davam etdirmişdir. Bu zaman traktor yenidən hərəkətə başlayıb yola çıxaraq əks hərəkət zolağına doğru dönməyə başlamışdır. Traktor onun hərəkət istiqamətinə çıxdıqda o, sükanı sola döndərib əsk hərəkət zolağı ilə hərəkətini davam etdirmək istəmişdir. Bu vaxt Tovuz rayon Olimpiya Kompleksinin qarşısında onun idarə etdiyi avtomobilin qabaq tərəfdən sağ qanad və sağ qapı hissəsi həmin traktor markalı avtomobilin ön hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı o və avtomobildə olan adının sonradan ona məlum olduğu Güldəstə adlı qadın sərnişin xəsarət almışlar. Toqquşmadan sonra o və Güldəstə adlı qadın Tovuz rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Hadisə zamanı yol örtüyü quru, hava aydın və yol örtüyü düz olmuşdur. O, hadisə zamanı avtomobili saatda təxminən 80 kilometr saat sürətlə idarə etmişdir. Həmin vaxt traktor markalı avtomobil qəfil hərəkətə başlayaraq yola çıxdığından o, sadəcə xəbərdarlıq siqnalı vermişdir ki, traktor hərəkətini dayandırsın, lakin traktor hərəkətini davam etdirdiyi üçün o, əyləc pedalını belə sıxmağa macal tapmadan toqquşma hadisəsi baş vermişdir. Çünki o, xəbərdarlıq siqnalını verərkən traktorun dayanacağını düşündüyü üçün idarə etdiyi avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmışdır. Lakin həmin vaxt traktor sola dönərək hərəkətini davam etdirdiyi üçün o, yolnəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Həmçinin hadisə zamanı o, tormoz etmədiyini və həmin tormoz izinin ona məxsus olmadığını qeyd etmişdir. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 da məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbinin olmamasını, işə onun iştirakı olmadan baxılaraq iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə» baxış keçirilməsi haqqında 02 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Tovuz şəhəri, Azadlıq küçəsi ilə Tovuz rayon H.Əliyev prospektinin kəsişməsində, Tovuz-Qazax yolunun Tovuz rayonu, H.Əliyev prospektindən keçən hissəsində baş vermişdir. Həmin avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, yoxuş, hadisə baş verən zaman quru, hamar olmaqla hər iki istiqamətə hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə baş vermiş avtomobil yolunun ümumi eni 12 metrdir. Yolun hər iki tərəfindən ehtiyat hissəsi, ehtiyat hissəsindən sağda H.Əliyev adına Tovuz şəhər parkı, və solda isə Tovuz rayon Olimpiya Kompleksi yerləşir. Yolun orta hissəsində bir hərəkət istiqamətini digərindən ayıran xətt yoxdur. Bunda başqa “Ford-Transit” minik markalı avtomobilin hərəkət istiqamətində 30 metr uzunluğunda tormoz izi aşkarlanmışdır. Təqsirləndirilən şəxs 02 oktyabr 2022-ci il tarixdə, saat 08 radələrində idarə etdiyi “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktoru ilə Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən “Ayan Palace” hoteli istiqamətindən üzü Tovuz rayon Olimpiya Kompleksinə doğru gəlib Tovuz rayon Asan Xidmət Mərkəzi istiqamətinə dönən zaman həmin istiqamətdən gələn Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford-Transit” minik markalı, **-BC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə toqquşmuşdur. Məhkəmə tibb ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 719 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində aşağıdakı xəsarətlər- sağ diz oynağının sağ diz qapağının yerdəyişməli sınığı ilə müşayiət edilən əzilmiş-cırılmış yaralarıdnan sonrakı çapıqları və alın haniyəsinin əzilmiş yarasından sonrakı çapıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Məhkəmə tibb ekspertizasının 02 sentyabr 2023-cü il tarixli 720 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində aşağıdakı xəsarətlər- sol bayır topuğunun sınığı, alın-təpə nahiyəsinin qapalı kəllə-beyin travması və baş beyin silkələnməsi ilə müşayiət edilən əzilmişcırılmış yarasından sonrakı çapığı, sol gözün bayır tərəfinin və alt çənə nahiyəsinin əzilmiş yaralarından sonrakı çapıqları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumillikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az-ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 noyabr 2023-cü il tarixli 8/3086 №-li rəyindən görünür ki, “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nömrə nişanlı traktorun sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 - “Yol verin” nişanının) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi iləyanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsnın əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da diqqətə çatdırır ki, Təqsirləndirilən şəxsnın cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir. Ona görə də təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Habelə, digər Zərərçəkmiş şəxs2 da məhkəməyə ərizə ünvanlayaraq təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını bildirmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin Qeydinə əsasən cinayət məsuliyyətindən azad edilməli və həmin maddə ilə təqsirləndirilməsinə dair cinayət təqibinə CPM-nin 43-cü maddəsinə əsasən xitam verilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktor və “Ford Transit” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Belarus-892” markalı, **-AB-*** dövlət qeydiyyat nişanlı traktor və “Ford Transit” minik markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(062)-149/2023
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-149/2023
27.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver