Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-15/2023 09.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Tovuz Rayon Məhkəməsinin hakimi Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi X3, Zərərçəkmiş şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində 17 noyabr 2022ci il tarixdən həbs qətimkan tədbiri seçilmiş, 30 noyabr 2022-ci il tarixdən həbsdə olan və Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 130 manat sabit pul məbləğində alimenti övladı 17 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödəməsinə dair Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2020-ci il tarixli 2(062)- 1378/2020 saylı qətnaməsinin icrasını təmin etməsi ilə əlaqədar icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyindən həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli 3(062)-530/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək 10 gün müddətində inzibati həbs edilməsinə, .məhkəmə aktını icra etməsi ilə əlaqədar ona 11 dekabr 2020-ci il, 18 mart 2022-ci il, 22 aprel 2022-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilən 29 aprel 2022-ci il tarixədək şəxsi maraq niyəti ilə cəmi 2730 manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməmiş, habelə sonuncuya maddi ziyan vurmaqla qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, aylıq gəliri 160 manat təşkil edir. Zərərçəkmiş şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X6 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə Zərərçəkmiş şəxs ona qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 22 oktyabr 2020-ci il tarixli 2(062)1378/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və 11 iyun 2020-ci il tarixdən başlayaraq, hər ay bir uşağa 130 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladı 17 mart 2014-cü il təvəllüdlü Hümbət Bayramovun yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Bununla əlaqədar Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ona bildiriş təqdim etməklə qətnamənin icrasını tələb etmiş, o isə maddi imkanı yüksək olmadığından məhkəmə aktını icra etməmiş, icra məmuru alimentin ödənilməsi ilə əlaqədar ondan izahatlar almış, hətta həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli 3(062)-530/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on: gün müddətində inzibati həbs edilmiş, bundan sonra icra məmuru məhkəmə aktının icrasını təmin etməsinə dair ona yeni müddət təyin etməklə rəsmi xəbərdarlıq verməsinə baxmayaraq, alimenti ödəməmişdir. Hal-hazırda maddi imkanı olmadığına görə o, Zərərçəkmiş şəxs olan aliment borcundan heç bir ödəniş etməmişdir. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılığını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə evlənmiş, birgə nikahlarından X6 doğulmuş, evli olduqları müddətdə bir yerdə yaşamaqları mümkün olmadığından 2020-ci ildə sonuncuya qarşı nikahlarına xitam verilməsinə və aliment tələbinə dair Tovuz Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 22 oktyabr 2020ci il tarixli 2(062)-1378/2020 saylı qətnaməsi ilə iddia təmin edilərək nikahlarına xitam verilmiş və əvvəli 11 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 130 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq övladı 17 mart 2014-cü il təvəllüdlü Hümbət Bayramovun yetkinlik yaşına çatana kimi saxlanması üçün onun xeyrinə ödənilməsi qət edilmiş, qətnamənin icrası ilə Tovuz Rayon İcra və Probasiya Şöbəsinin icra məmurları məşğul olmuş, bununla əlaqədar borcluya bildiriş təqdim edilmiş, sonuncu isə alimenti ödəməkdən imtina edərək icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli 3(062)-530/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətində inzibati həbs edilmiş, icra məmuru alimenti ödənilməsi üçün ona rəsmi xəbərdarlıq verilməsinə baxmayaraq, sonuncu alimenti ödəməməklə məhkəmə aktının icrasından qərəzli olaraq yayınmışdır. Hazırda Təqsirləndirilən şəxs ona olan aliment borcundan heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs şikayətçi olmasını nəzərə alaraq, Təqsirləndirilən şəxs qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, əvvəli 11 iyun 2020-ci il tarixdən hesablanmaqla, hər ay bir uşağa 130 manat sabit pul məbləğində aliment Təqsirləndirilən şəxs tutularaq 17 mart 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Zərərçəkmiş şəxs xeyrinə ödənilməsinə dair Tovuz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 22 oktyabr 2020-ci il tarixli 2(062)-1378/2020 saylı qətnaməsi icra edilməsi üçün Tovuz Rayon İcra və Probasiya Şöbəsinə daxil olmuş, icra sənədi icraata qəbul edilərək icraata başlamaq haqqında qərar qəbul edilmiş, aliment tələbinin təmin edilməsi ilə əlaqədar Təqsirləndirilən şəxs bildiriş təqdim edilmiş, tələb könüllü icra müddətində təmin olunmadığı üçün məcburi icra tədbiri olaraq sonuncunun əmlak vəziyyəti yoxlanılmış, lakin ona məxsus əmlakları aşkar etmək mümkün olmamış, bundan sonra o, şöbəyə dəvət olunaraq izahatları alınmış, habelə qanunun tələbləri və məsuliyyəti ona izah edilmiş, Təqsirləndirilən şəxs isə izahatlarında fərdi əməklə məşğul olduğunu bildirsə də alimenti ödəməmiş, üzərindən uzun müddət keçsə də sonuncu icra məmurunun qanuni tələblərini müxtəlif vaxtlarda yerinə yetirməkdən üzrsüz səbəbdən yayındığından həmin məhkəmənin 09 oktyabr 2020-ci il tarixli 3(062)-530/2020 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən təqsirli bilinərək on gün müddətində inzibati həbs edilmiş, qətnaməni icra etməsindən ötrü ona yeni müddət təyin edilsə də hərəkətlərini davam etdirməklə məhkəmə aktını qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 şahid X1 ifadəsi ilə eyni məzmunda ifadə verərək, Vüqar Dəmirçiyevin göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Böyük Qışlaq kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbhnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli 2(062)-1378/2020 saylı qətnaməsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, 11 iyun 2020-ci il tarixdən başlayaraq, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs birgə nikahlarından 17 mart 2014cü ildə anadan olmuş Hümbət adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 130 (bir yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İş materiallarında olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 21 iyul 2020-ci il tarixli icraata başlamaq haqqında qərarının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli 2(062)-1378/2020 saylı icra vərəqəsi üzrə icraata başlanılmış, icranı könüllü təmin etmək üçün Təqsirləndirilən şəxs qanunda göstərilən 10 (on) gün könüllü müddət verilmişdir. İş materiallarında olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin ctələbin könüllü icrası haqqındaə bildirişin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Tovuz Rayon İcra və Probasiya Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərarı və həmin qərar üzrə icranı könüllü təmin etmək üçün Təqsirləndirilən şəxs bildiriş göndərilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli 3(062)-530/2020 saylı qərarının müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli 2(062)- 1378/2020 saylı icra vərəqəsini icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İş materiallarında olan Tovuz Rayon İcra və Probasiya Şöbəsinin 22 aprel 2022-ci il tarixli sonuncu xəbərdarlığın müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, Tovuz Rayon Məhkəməsinin 22 oktyabr 2022-ci il tarixli 2(062)-1378/2020 saylı icra vərəqəsini icra etmədiyinə görə Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb oluna biləcəyi barədə Təqsirləndirilən şəxs sonuncu xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilən Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022ci il tarixli 1(062)-140/2022 saylı qərarından görünür ki, xx xxx 1985-ci ildə Tovuz rayonu Böyük Qışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan edilməklə, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, həbs qətimkan tədbiri ilə əvəz olunmuşdur. İş materiallarına əlavə edilən Tovuz RPŞ-nin 30 noyabr 2022-ci il tarixli məktubundan və protokolundan görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən Tovuz rayonu Böyük Qışlaq kəndində qeydiyyatda olan xx xxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 30 noyabr 2022-ci ildə Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtanış tədbirləri nəticəsində Tovuz rayonu ərazisində tutularaq Tovuz RPŞ-yə gətnmş və 30 noyabr 2022-ci il tarixdə saat 13:50-də Tovuz RPŞ-nin MSY-yə təhvi verilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 306.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib qeyd olunan maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqındaə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yünglləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və cəmiyyətdə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan mərhum etmə cəzasına məhkum edilməsini qanuni, əsaslı, ədalətli, onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Təqsirləndirilən şəxs barəsində Tovuz Rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ümumi refimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən, cəzasını ümumi relimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni 30 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-15/2023
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-15/2023
09.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver