Məhkəmə qərarları › İş №1(062)-15/2024

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-15/2024

19.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-15/2024 19.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər Müdafiəçi1, X3 və X2, Zərərçəkmiş şəxs iştirakları ilə

1. xx.xx.1985-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşaqları olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs1

2. xx.xx.1986-cı ildə Goranboy rayonu Dəliməmmədli qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşaqları olan, Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkməmiş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs3

3. xx.xx.1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 02 (iki) nəfər azyaşlı uşaqları olan, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş

Təqsirləndirilən şəxs2

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə,

M ü ə y y ə n e t d i:

Təqsirləndirilən şəxs1 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 19 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən açıq ərazi olan avtomobil təmiri sexinin qarşısından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 (üç yüz) manat dəyərində Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora aid, istifadəyə yararlı, çuqun metaldan hazırlanmış, heç bir zədəsi və sınığı olmayan aralıq qoşqusunu, 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə yararlı surət qutusunu və 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan mühərrik blokunu oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1100 (bir min yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs3 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 19 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən açıq ərazi olan avtomobil təmiri sexinin qarşısından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 (üç yüz) manat dəyərində Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora aid, istifadəyə yararlı, çuqun metaldan hazırlanmış, heç bir zədəsi və sınığı olmayan aralıq qoşqusunu, 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə yararlı sürət qutusunu və 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan mühərrik blokunu oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1100 (bir min yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Təqsirləndirilən şəxs2 özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 19 noyabr 2022-ci il tarixdə, saat 20 radələrində Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən açıq ərazi olan avtomobil təmiri sexinin qarşısından Zərərçəkmiş şəxs məxsus 01 ədəd 300 (üç yüz) manat dəyərində Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora aid, istifadəyə yararlı, çuqun metaldan hazırlanmış, heç bir zədəsi və sınığı olmayan aralıq qoşqusunu, 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə yararlı surət qutusunu və 01 ədəd 400 (dörd yüz) manat dəyərində Rusiya Federasiyasından istehsal olmuş, MTZ-8089 markalı traktora aid çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan mühərrik blokunu oğurlamış, yəni Zərərçəkmiş şəxs məxsus ümumilikdə 1100 (bir min yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onunla münasibəti, düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin yay aylarından "xxxx" MMC-də sürücü kimi çalışır. O, icarəyə avtomobil götürüb qeyd olunan firmanın su-sok məhsullarını şirkət tərəfindən təyin olunmuş dükanlara təhvil verir. Şirkətlə işləməyə başladığı gündən o, **-CE-*** dövlət qeydiyyat nişanlı “Fort Tranzit” markalı avtomobili icarəyə götürmüşdür. Avtomobilin icarə haqqını özü ödəyir. O, gündəlik "xxxx" MMC-də su-sok məhsullarını götürüb qərb bölgəsinə dükanlara paylayır. Bu səbəbdən də ara-sıra Şəmkir-Tovuz-Qazax bölgələrində yerləşən iri market və dükanlara gəlib-gedir. Tovuz rayonunda yerləşən bir çox dükanlara mal payladığı üçün rayonun çox yerini tanıyır. Təxminən 2022-ci ilin noyabr ayının əvvəllərində Gəncə şəhərində Miri adlı şəxslə tanış olmuşdur. Belə ki, Miri Gəncə şəhərində dəmiryolu vağzalında yerləşən avtoyuma məntəqələrinin birində işləyirmiş. O, tez-tez həmin avtoyuma məntəqəsinə avtomobilini yuduzdurmağa gedirmiş. Miri ilə tanışlığı həmin vaxtlara təssadüf edir. Bir müddət sonra Miri həmin avtoyuma məntəqəsindən işdən çıxmışdır. Miri işdən ayrıldıqdan sonra o, bir neçə dəfə onunla çay içib söhbət etmişdir. Bir gün Miri ilə çay içərkən Miri ona əvvəllər metal alqısatqısı ilə məşğul olduğunu, həmin işdə yaxşı pul qazana biləcəklərini demişdir. Belə ki, Miri ona təklif etmişdir ki, onu özü ilə köməkçi aparsın, şirkətin məhsullarını bölgələrə payladıqdan sonra geri qayıdarkən yolun kənarlarında boş sahələrdə olan metal tullantılarını avtomobilə yığıb Gəncə şəhərində metal qəbulu məntəqələrinə verib pul qazansınlar. O, Mirinin azyaşlı uşaqlarını və onun işsiz olmasını nəzərə alıb onun təklifini qəbul etmişdir. Təxminən 10-15 gün Miri onunla birlikdə şirkətin məhsullarını müəyyən olunmuş dükanlara paylamağa köməklik göstərmişdir. Geri qayıdarkən isə onlar yolun kənarında, boş sahələrdə gördükləri metal hissələrini, enerji içkilərinin boş qutularını avtomobilə yığıb Gəncə şəhərində yerləşən metal qəbulu məntəqələrinə gətirib sataraq pul əldə etmişlər. 2022-ci ilin noyabr ayı ərzində Miri onu Nəsir adlı Gəncə şəhər sakini ilə tanış etmişdir. Miri Nəsirin onun uşaqlıq dostu olduğunu demişdir. Miri ondan Nəsirin də onlarla birlikdə işləməsini xahiş etmişdir. O, da razı olmuşdur. 19 noyabr 2022-ci il tarixdə hər üçü şirkətin məhsullarını Qazax rayonunda yerləşən dükanlara aparıb paylamışlar. Geri qayıdarkən onlar qərara gəlmişlər ki, Tovuz rayonunda yerləşən çayxanaların birində oturub çay içsinlər. 19 noyabr 2022-ci il tarixdə, saat təxminən 20:00 radələrində o, Miri və onun tanışı Nəsir Tovuz rayonu Aşağı Quşçu kəndində Quşçu-Qovlar avtomobil yolunun sol kənarında yerləşən “Viktoriya” adlanan çayxanaya getmişlər. Çayxananın yaxınlığında avtomobil təmir sexi də vardır. Onlar çayxanaya girmişlər. Orada kofe və pivə içmişlər. Təxminən 30-35 dəqiqədən sonra oradan çıxmışlar. Çölə çıxanda Miri onlara çayxananın qarşı tərəfində dəmir metallarının olduğunu bildirmişdir. Miri həmin dəmirlərin boş sahədə, sahibsiz olduğunu demişdir. Razılaşmışlar ki, həmin dəmir metalları götürüb avtomobilə yükləsinlər. Bunun üçün o, idarə etdiyi avtomobili, Miri yerini göstərdiyi avtomobil sexinin qarşısına sürmüşdür. Miri və Nəsir həmir dəmir metal hissələrini onun idarə etdiyi **-CE-*** qeydiyyat nömrə nişanlı “Fort Tranzit” markalı avtomobilə yükləmişlər. O, həmin dəmir metala baxanda görmüşdür ki, traktor avtomobilinin sürət qutusunun hissəsidir. Həmin metalı xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində avtomobilə yükləyib Gəncə şəhərinə aparmışlar. Səhəri günü isə, yəni 20 noyabr 2022-ci il tarixdə hər üçü Naftalan rayonuna aparmışlar. Hər üçü həmin dəmir metal hissələrini metal qəbulu məntəqəsinə 145 manata satmışlar. Həmin puldan Miri ona 30 manat pul vermişdir. Onlar həmin traktorun sürət qutusunun sahibinin olduğunu, etdikləri hərəkətin oğurluq olduğunu dərk etmişlər. Həmin traktorun avtomobil sürət qutusunu satdıqdan sonra onlar Gəncə şəhərinə getmişlər. O, etdiyi hərəkətin səhv olunduğunu anlamış və əməlindən peşmandır. Hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və himayəsində 02 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxsla münasibətləri, düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs2 uzun illərdir ki, tanıdığını və qonşu olduqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 ilə isə 2022-ci ilin təxminən oktyabr ayından etibarən yaxından münasibətləri yaranmışdır. 2022-ci noyabr ayı ərzində Seymur adlı şəxslə yaxından tanış olmuş, belə ki, onu Seymurla Miri tanış etmişdir. Həmin ilin təxminən noyabr ayının əvvəllərində o, Miri ilə çayçıda oturub söhbət etmiş, söhbət əsnasında Miri ona iş barədə təklif irəli sürmüş, "xxxx" MMC-də işləyən, rayonlara su-sok paylayan Seymur adlı şəxslə tanış olduğunu bildirmişdir. Miri özünün də Seymurun yanında işlədiyini bildirmiş və istədiyi təqdirdə Seymura onun da gəlib onların yanında işləməsini deyə biləcəyini demişdir. O, da razılaşmışdır. Sonra isə Miri onu çay evlərinin birində Seymurla tanış etmiş və onlar oturub çay içib söhbət etmişlər. Seymur onlarla işləməyinə narazılıq etməmişdir. Həmin gündən sonra o, təxminən 6-7 dəfə onlarla bir yerdə regionlara gedib-gəlmiş, həmçinin Tovuz rayonunda da 2-3 dəfə olmuşdur. Təxminən bir ay o, Seymura şirkətin məhsullarını müəyyən olunmuş dükanlara paylamağa köməklik göstərmişdir. Geri qayıdarkən isə onlar yolun kənarında, boş sahələrdə gördükləri metal hissələrini, enerji içkilərinin boş qutularını avtomobilə yığıb Gəncə şəhərində yerləşən metal qəbulu məntəqələrinə gətirib sataraq pul əldə etmişlər. 19 noyabr 2022-ci il tarixdə onlar üçü də şirkətin məhsullarını Qazax rayonunda yerləşən dükanlara aparıb paylamışlar. Geri qayıdarkən qərara gəlmişlər ki, Tovuz rayonunda yerləşən çayxanaların birində oturub çay içsinlər. 19 noyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində o, Seymur və Miri Tovuz rayonu Aşağı Quşçu kəndində Quşçu- Qovlar yolunun sol kənarında yerləşən “Viktoriya” adlanan çayxanaya getmişlər. Çayxananın yaxınlığında avtomobil təmir sexi də olmuş, onlar çayxanaya girmişlər. Seymur kofe, onlar isə pivə içmişlər. Təxminən 30-35 dəqiqə çayxanada olduqdan sonra oradan çıxmışlar. Çölə çıxanda Miri çayxananın qarşı tərəfində dəmir metallarının olduğunu və həmin dəmirlərin boş sahədə, sahibsiz olduğunu demişdir. Həmin dəmir metalları götürüb avtomobilə yükləmək barədə razılaşmışlar. Bunun üçün Seymur idarə etdiyi avtomobili, Mirinin yerini göstərdiyi avtomobil sexinin, qarşısına sürmüşdür. Onunla Miri həmin dəmir metal hissələrini Seymurun idarə etdiyi **-CE-*** qeydiyyat nömrə nişanlı “Fort Tranzit” markalı avtomobilə yükləmişlər. Həmin dəmir metallar traktorun sürət qutusunun hissələri olmuşdur. Həmin metalı xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində avtomobilə yükləyib Gəncə şəhərinə aparmışlar. Səhəri günü isə yəni 20 noyabr 2022-ci il tarixdə hər üçü də Naftalan rayonuna aparmışlar. Onların üçü də həmin dəmir metal hissələrini metal qəbulu məntəqəsinə 145 manata təhvil vermişlər. Həmin pulu, avtomobilə aid xərci kənara qoymaqla, Seymur 3 nəfərin arasında bölmüşdür. Hər bir nəfərə 30 manat pul düşmüşdür. Həmin traktorun sürət qutusunun sahibinin və etdiyi hərəkətin oğurluq olduğunu dərk etdiklərini qeyd etmişdir. Həmin traktorun sürət qutusunu satdıqdan sonra onlar Gəncə şəhərinə gəlmişlər. Səhv hərəkət etdiyini bildirmiş və etdiyi hərəkətdən peşman olduğunu demişdir. Onların oğurladıqları əşyaların içərisində traktora məxsus sürət qutusunun hissələri, mühərrəkin “qolovkası” və traxtora məxsus hansısa bir adını bilmədiyi yararsız bir hissəsi olmuşdur. Həmin ehtiyyat hissələrini də onlar cəmi 145 manata əlvan-metal alveri ilə məşğul olan şəxsə təhvil vermişlər. Hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və himayəsində 02 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı Quşçu kənd sakini X5 əvvəllər tanımamışdır. Adı çəkilən şəxslə münasibətləri, davaları və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs3 uzun illərdir ki, tanıdığını, bir-biri ilə qonşuluqda yaşadıqlarını bildirmişdir. X6 ilə isə təxminən bir ay olar ki, yaxından münasibətləri yaranmışdır. Sonuncunu əvvəllər üzdən tanımış, lakin yaxın münasibətləri olmamışdır. Belə ki, əvvəllər avtoyumada yuyucu kimi işləyəndə onun yanında avtomobilini yuduzdurmuşdur. 2022-ci noyabr ayı ərzində Seymur adlı şəxslə yaxından tanış olmuşdur. Belə ki, o bir müddət avtoyumada işlədikdən sonra işdən çıxmış və həmin ərəfələr işsiz olduğu üçün iş axtarmaqda olmuşdur. O, işdən ayrıldıqdan sonra bir neçə dəfə Seymurla çay içib söhbət etmiş, bir gün çay içərkən Seymura əvvəllər metal alqı-satqısı ilə də məşğul olduğunu, həmin işdə yaxşı pul qazana biləcəklərini bildirmişdir. Belə ki, o, Seymura təklif etmişdir ki, onu özü ilə köməkçi aparsın və şirkətin məhsullarını bölgələrə payladıqdan sonra geri qayıdarkən yolun kənarlarında boş sahələrdə olan metal tullantılarını avtomobilə yığıb Gəncə şəhərində metal qəbulu məntəqələrinə verib pul qazansınlar. Seymur da onun işsiz olmağını nəzərə alıb onun təklifini qəbul etmişdir. Təxminən 10-15 gün o, Seymura şirkətin məhsullarını müəyyən olunmuş dükanlara paylamağa köməklik göstərmişdir. Geri qayıdarkən isə onlar yolun kənarında, boş sahələrdə gördükləri metal hissələrini, enerji içkilərinin boş qutularını avtomobilə yığıb Gəncə şəhərində yerləşən metal qəbulu məntəqələrinə gətirib sataraq pul əldə etmişlər. Günlərin birində təxminən 2022-ci ilin noyabr ayı ərzində o, Seymuru qonşusu Nəsir ilə tanış etmişdir. O, Nəsirin uşaqlıq dostu olduğunu demişdir. Həmçinin, Seymurdan Nəsirin də onlarla birlikdə işləməsini xahiş etmişdir. Seymur da razı olmuşdur. 19 noyabr 2022-ci il tarixdə onlar üçü də şirkətin məhsullarını Qazax rayonunda yerləşən dükanlara aparıb paylamışlar. Geri qayıdarkən qərara gəlmişlər ki, Tovuz rayonunda yerləşən çayxanaların birində oturub çay içsinlər. 19 noyabr 2022-ci il tarixdə saat təxminən 20:00 radələrində o, Seymur və Nəsir Tovuz rayonu Aşağı Quşçu kəndində Quşçu-Qovlar yolunun sol kənarında yerləşən “Viktoriya” adlanan çayxanaya getmişlər. Çayxananın yaxınlığında avtomobil təmir sexi də olmuşdur. Onlar çayxanaya girmişlər. Seymur kofe, onlar isə pivə içmişlər. Təxminən 30-35 dəqiqə çayxanada olduqan sonra oradan çıxmışlar. Çölə çıxanda o, çayxananın qarşı tərəfində dəmir metallarının olduğunu və həmin dəmirlərin boş sahədə, sahibsiz olduğunu demişdir. Həmin dəmir metalları götürüb avtomobilə yükləmək barədə qərara gəlmişlər. Bunun üçün Seymur idarə etdiyi avtomobili, onun yerini göstərdiyi avtomobil sexinin qarşısına sürmüşdür. Onunla Nəsir həmin dəmir metal hissələrini Seymurun idarə etdiyi **-CE-*** dövlət qeydiyyat nişanlı “Fort Tranzit” markalı avtomobilə yükləmişdir. Həmin dəmir metallar traktorun sürət qutusunun hissələri olmuşdur. Həmin metalı xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində avtomobilə yükləyib Gəncə şəhərinə aparmışlar. Səhəri günü isə, yəni 20 noyabr 2022-ci il tarixdə hər üçü də Naftalan rayonuna aparmışlar. Onların üçü də həmin dəmir metal hissələrini metal qəbulu məntəqəsinə 145 manata təhvil vermişlər. Həmin pulu, avtomobilə aid xərci kənara qoymaqla, Seymur 3 nəfərin arasında bölmüşdür. Hər bir nəfərə 30 manat pul düşmüşdür. Qeyd etmişdir ki, onlar həmin traktorun sürət qutusunun sahibinin və etdikləri hərəkətin oğurluq olduğunu dərk etmişlər. Həmin traktorun sürət qutusunu satdıqdan sonra onlar Gəncə şəhərinə gəlmişlər. Səhv etdiyini və etdiyi hərəkətdən peşman olduğunu bildirmişdir. Hazırda əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini və himayəsində 02 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Tovuz rayonu Xatınlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Özünə məxsus Tovuz rayonu Aşağı Quşçu kəndində yerləşən avtomobil təmiri sexi, avtomobil ehtiyyat hissələri satışı dükanı və çay evinin olmasını bildirmişdir. Bunların hər birinin eyni binada yerləşdiyini də qeyd etmişdir. Təxminən 3-4 ay bundan əvvəl traktor alıb onu hissələrə ayırıb, ehtiyyat hissələrini isə özünə məxsus dükanın qarşısında yığmışdır. Həmin yerdə traktorun sürət qutusu, aralıq qoşqusu, bir ədəd mühərrik bloku və digər xırda hissələri olmuşdur. xx.xx.2022-ci il tarixdə səhər saat 11 radələrində o, dükana gəlmişdir. Dükanın qarşısında dayanan zaman yolun kənarına qoyduğu mühərrik blokunun yerində olmadığını aşkar etmiş, təxminən 10 gün həmin bloku axtarmış, lakin tapa bilməmişdir. xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət edərək, ona məxsus 400 manat dəyərində mühərrik blokunun oğurlandığını bildirmişdir. Daha sonra o, ehtiyyat hissələrinin içərisində əlavə olaraq traktora məxsus aralıq qoşqusunun və traktora məxsus sürət qutusunun yerində aşkar etməmişdir. Həmin traktora məxsus ehtiyyat hissələrindən başqa sexdən və ya sexin qarşısından hər hansı bir əşyalar oğurlanmamışdır. Baş vermiş cinayət nəticəsində ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən onun sonunculardan heç bir şikayət və tələbinin olmamasını bildirdi. Odur ki, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinin tələbatlarını ödəmək üçün əlvan metal qəbulu ilə məşğuldur. 2022-ci ilin təxminən noyabr-dekabr ayları olardı tanışı Bəhruz onun yaşadığı mənzilə, metal qəbul etdiyi yerə gəlmişdir. Onunla bir yerdə 3 nəfər şəxslər də olmuşlar. Onlar sarı rəngli “Ford” markalı avtomobil ilə gəlmişlər. Lakin heç birinin adlarını xatırlamır. Onlardan biri dəmir satmaq istədiyini bildirmişdir. Onlar danışıb razılaşdıqdan sonra avtomobilin yük yerində olan metalları onlar köməkləşib boşaldaraq tərəziyə qoymuşlar. Tərəzidə dəmirləri çəkdikdən sonra, onun həmin vaxt pulu olmadığı üçün, Bəhruz onun yerinə, onlardan birinə 145 manat pul vermişdir. Daha sonra onlar çıxıb getmişlər. Məhkəmə iclasında Şahid1 elan olunaraq tədqiq edilmiş ibtidai istintaqda verdiyi ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsinin tələbatlarını ödəmək üçün ustalıqla məşğuldur. 2022-ci ilin təxminən dekabr ayı ərzində o, yolun kənarında yerləşən avtomobil sexində, hər gün olduğu kimi, avtomobil təmiri ilə məşğul olmuşdur. Bu vaxt onun yanında sarı rəngli “Ford” markalı avtomobil dayanmışdır. Bir nəfər ona yaxınlaşıb rayon ərazisində əlvan metal alveri ilə məşğul olan şəxslərin və ya məntəqənin olub-olmadığı barədə maraqlanmışdır. O, həmin şəxsə bildirmişdir ki, bir nəfər tanışı var, həmin şəxs əlvan metal alqı-satqısı ilə məşğuldur. Sonra həmin şəxs, bələdçilik edərək, onları tanışının yaşadığı evə aparmışdır. Orada danışıb razılaşdıqdan sonra avtomobilin yük yerində olan metalları, onlar köməkləşib boşaltmışlar və tərəziyə qoymuşlar. Sonra hesablayıb həmin şəxslərin pulunu vermişlər. Həmin şəxslər 3 nəfər olmuşlar. Lakin heç birinin adlarını xatırlamır. Tərəzidə dəmirləri çəkdikdən sonra o, onlardan birinə 145 manat pul vermişdir. Daha sonra onlar çıxıb getmişlər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2023-cü il tarixli 9/2140 nömrəli rəyinə əsasən, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən, təxminən 1990-cı il buraxılışlı, MTZ-8089 markalı və təxminən 30-35 il istifadəyə yararlı olan traktorun ehtiyyat hissələrinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora məxsus, istifadəyə yararlı, çuqun metaldan hazırlanmış, heç bir zədəsi və sınığı olmayan, istifadəyə yararlı aralıq qoşqusu - 300 manat, - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora məxsus çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə yararlı olan, surət qutusu - 400 manat, - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora məxsus çuqundan hazırlanmış, heç bir zədəsi, sınığı olmayan, istifadəyə yararsız olan, mühərrik blokunun hansı səbəbdən yararsız olduğu haqqında kifayət qədər məlumat olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli 9/2908 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertiza rəyinə əsasən, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin noyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən aşağıdakı kimi müəyyən edilir: - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, 1990-cı il buraxılışlı, MTZ-8089 markalı traktora məxsus, çuqun metaldan hazırlanmış, istifadəyə yararlı aralıq qoşqusu təxminən 300 manat, likvid dəyəri 270 (300-10%) manat, - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, 1990-cı il buraxılışlı, MTZ-8089 markalı traktora məxsus, çuqun metaldan hazırlanmış, istifadəyə yararlı surət qutusu təxminən 400 manat, likvid dəyəri 360 (400-10%) manat, - 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, 1990-cı il buraxılışlı, MTZ-8089 markalı traktora məxsus, çuqun metaldan hazırlanmış, istifadəyə yararlı mühərrik bloku təxminən 500 manat, likvid dəyəri 450 (500-10%) manat, Qərarda göstərilən digər üç adda Rusiya Federasiyasında istehsal olmuş, MTZ-8089 markalı traktora məxsus çuqundan hazırlanmış, istifadəyə yararsız halda aralıq qoşqusunun, sürət qutusunun və mühərrik blokunun hansı səbəbdən yararsız olduğu haqqında kifayət qədər məlumat olmadığı üçün həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmadı. İş materiallarında olan Gəncə şəhər Nizami rayonu Evlər üçlüyünün təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. “AZEMİS” elektron məhkəmə informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs1 himayəsində xx.xx.2011-ci ildə anadan olmuş Ayxan və xx.xx.2012-ci ildə anadan olmuş Yusif adlı 02 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Goranboy Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(045)- 34/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi nəzərə alınaraq üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarına əlavə edilən Gəncə Şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs3 bugünədək cəzanın icrası ilə bağlı Şöbədə qeydiyyata alınmadığına görə Goranboy Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(045)- 34/2023 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 10 (on) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası çəkilməmiş qalmışdır. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan Tovuz RPŞ-nin xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə tutularaq Tovuz RPŞ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimakn tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, həbsdən azad edilmişdir. İş materiallarına əlavə edilən ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 anası X1 xx.xx.2024-cü il tarixdə ölmüşdür. “AZEMİS” elektron məhkəmə informasiya sisteminə baxış zamanı Təqsirləndirilən şəxs3 himayəsində xx.xx.2015-ci ildə anadan olmuş Vaqif və xx.xx.2017-ci ildə anadan olmuş Emil adlı 02 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(125)- 16/2023 saylı hökmünə əsasən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsi nəzərə alınaraq üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2016-cı ildə anadan olmuş Fatimə və xx.xx.2017ci ildə anadan olmuş Əli adlı 02 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurlmuş maddi ziyan tamamilə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilir. Onların bu əməlləri istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də onlar, həmin maddə ilə təqsirli bilinib, sanksiyası daxilində cəzalandırılmalıdırlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri tərəfindən dəymiş ziyanın məbləği mübahisələndirilmiş, onlar tərəfindən götürülmüş avadanlıqların dəyərsiz əşya olması ilə bağlı dəlillər irəli sürülmüşdür. Məhkəmə tərəfindən həmin dəlillərin həqiqətə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, qeyd edilən dəlillərə hüquqi qiyumət verilməsi üçün əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əşyaların dəyərinin ibtidai istintaq zamanı müəyyən edilmiş dəyərindən elə də fərqli dəyərə malik olmaması müəyyən edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs1 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs3 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs2 cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs3 Goranboy Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib təyin edilmiş qəti cəza olan 01 (bir) il 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanılmalı, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və cəza çəkmə müddətinin əvvəli axırıncı hökm çıxarılan gündən, yəni 19 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxslərin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirləndirildikləri maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmələrini qanuni və əsaslı olmaqla onların islah olunmaları, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i:

1. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

2. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və həbsdə saxlanıldığı 01 (bir) il 07 (yeddi) gün, cəmi 01 (bir) il 09 (doqquz) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 02 (iki) il 14 (on dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Goranboy Rayon Məhkəməsinin 31 avqust 2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 təyin edilmiş qəti cəza olan 01 (bir) il 10 (on) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə ona təyin edilmiş 04 (dörd) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, qismən toplanılaraq, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs3 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs3 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın.

3. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 100 (bir yüz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Gəncə Şəhər Probasiya Şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar