Məhkəmə qərarları › İş №1(062)-152/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-152/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-152/2024 19.12.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi2 Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Tovuz rayonu Hacallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, ali təhsilli, "xxxx" MMC-də satış təmsilçisi işləyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Hacallı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 03 may 2024-cü il tarixdə, saat 18:30 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ əsasında idarə etdiyi “Mercedes-Benz C-240” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Tovuz rayon Əyyublu-Qovlar avtomobil yolunda Tovuz rayonu Əyyublu kəndindən Tovuz rayonu Qovlar şəhəri istiqamətinə doğru hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin tələblərə əsasən nişanda göstərilmiş 60 km/saat sürətdən artıq sürətlə hərəkətin qadağan olunmasına baxmayaraq həmin yolda ən azı 97,4 km/saat sürətlə hərəkət etməklə, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələblərə əməl etməyib öz hərəkətlərini davam etdirərək həmin vaxt Əyyublu-Qovlar avtomobil yolunun Tovuz rayonu Alakol kəndi ərazisindən keçən hissəsində yolun sağ çiyinində dayanmış sürücü Şahid2 nəqliyyat vasitələrini idarə etmə hüququ əsasında idarə etdiyi “VAZ 21074” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa hissəsi ilə toqquşaraq idarəetməni itirərək həmin yerdən 5,5 metr məsafədə olan Tovuz rayonu Alakol kəndindən hərəkətə başlayaraq yol ayrıcına daxil olmuş “VAZ 21074” minik markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ qənəd hissəsi ilə toqquşmuş və nəticədə ehtiyyatsızlıqdan “VAZ 21074” minik markalı, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs İİ boyun fəqərəsinin bilaterial laminasının bir qədər dəyənəkləşmiş, yerdəyişməmiş sınığı, sağ almacıq və sağ gicgah-təpə nahiyələrinin, həmçinin sağ ayaq pəncəsinin qançır şişkinliyi, sağ baldır nahiyələrinin hematomaları ilə müşayiət olunan dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olmuşdur. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, “Mercedes-Benz C-240” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Fərdi şifahi razılaşmaya əsasən avtomobilin sahibinə 18 ay olmaqla hər ay 500 manat ödəyir. Sürücülük vəsiqəsi və hüququ vardır. 03 may 2024-cü il tarixdə saat 18:30 radələrində həmin avtomobili Qovlar-Əyyublu avtomobil yolunun 6-cı km-də Tovuz rayonu, Alakol kəndinin ərazisindən keçən hissəsində Əyyublu istiqamətindən Qovlar istiqamətinə doğru saatda 80 km/sürətlə idarə etmişdir. Həmin vaxt avtomobildə sərnişin olmamışdır. Tovuz rayonu, Alakol kənd yolunun Əyyublu- Qovlar avtomobil yoluna birləşən hissəsinə təxminən 50 metr qalmış Alakol kənd yolundan hərəkət edən Tovuz rayonu, Yanıqlı kənd sakini X6 idarə etdiyi ağ rəngli “VAZ 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edib onun hərəkəti üçün təhlükə yaradaraq onun hərəkət yoluna çıxaraq Qovlar istiqamətinə doğru yönəlmiş və bunu görüb toqquşmamaq üçün tornoz vermiş, lakin hadisənin qarşısını ala bilməmişdir. İdarə etdiyi həmin avtomobilin qabaq hissəsi ilə əvvəl yolun onun istiqamətində sağ tərəfdə dayanaraq yola çıxan qara rəngli VAZ 21074 markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin axra hissəsi ilə toqquşmuş və toqquşmadan sonra idarə etdiyi avtomobil idarəetmədən çıxaraq Tovuz rayonu, Yanıqlı kənd sakini X2 idarə etdiyi ağ rəngli “VAZ 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsi ilə toqquşmuşdur. Hadisə zamanı o, ciddi xəsarət almamışdır. Hadisə Tovuz rayonu, Yanıqlı kənd sakini X2 idarə etdiyi ağ rəngli “VAZ 21074” markalı 60-BS 554 dövlət qeydiyyat nişanlı avtomobilin yol hərəkəti üstünlüyünə malik olan nəqliyyat vasitəsinin hərəkət yoluna çıxması şəraitində baş vermişdir. Belə ki, ağ rəngli “VAZ 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 avtomobili Alakol yolu ilə hərəkət etdirib Əyyublu-Qovlar avtomobil yolunun kəsişməsinə çatıb dayanmadan idarə etdiyi həmin avtomobili saatda 20-30 km/sürətlə hərəkətə başlaması və təxminən onun hərəkət yoluna çıxmasına 50 metr məsafədən görmüşdür. Həmin avtomobil Alakol kənd avtomobil yolunun onun hərəkətdə olduğu yola birləşən hissəsindən toqquşma yerinədək 1 metr məsafə qət edib qövsvari vəziyyətdə olarkən onun idarə etdiyi avtomoillə qara rəngli “VAZ 21074” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşduqdan sonra idarəetməni itirmiş və həmin vəziyyətdə ağ rəngli “VAZ 21074” markalı avtomobilin sağ qabaq yan hissəsi ilə toqquşmuşdur. O, həmin avtomobilin onun hərəkət yoluna çıxmasına 50 metr məsafədən görüb dərhal tormoz vermiş və asfalt üzərində 49 metr uzunluğunda tormoz izinin olması aşkr edilmişdir. Onun hərəkəti üçün maneə, yəni təhlükə X2 idarə etdiyi ağ rəngli “VAZ 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxması olmuşdur. Hadisə zamanı avtomobilin sürücüsü ayıq halda, sürücülük vəsiqəsi və sürücülük hüququ olmaqla avtomobili idarə etmək üçün verilmiş etibarnamə əsasında idarə etmişdir. Hazırda törətdiyi əməldən peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəməklə barışmışdır. Odur ki, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərdi ki, o, 03 may 2024-cü il tarixdə saat 18:30 radələrində Şahid2 idarə etdiyi qara rəngli “VAZ 21074” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmişdir. Həmin vaxt onun atası X5 qabaq sağ oturacaqda, arxa oturacaqda isə özü və Qolar şəhər sakini Almaz adlı qadın əyləşmişdir. Şahid2 avtomobili idarə edib Əyyublu-Qovlar avtomobil yolu ilə üzü Qovlar istiqamətinə doğru hərəkət edib Tovuz rayonu, Alakol kəndinə gedən avtomobil yolunun başlanğıc hissəsinə çatdıqda onun düşməsi üçün avtomobil üzü Qovlar şəhəri istiqamətində yolun sağ kənarında saxlamışdır. Özü avtomobilin arxa oturacağının arxa yan sağ qapısını açıb düşmək istəyərkən həmin anda arxadan yəni Əyyublu kəndi istiqamətindən hərəkət edən Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes- Benz C-240” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili Əyyublu istiqamətindən hərəkət etdirib qabaq hissəsi ilə onun sərnişini olduğu avtomobilin arxa hissəsindən vurmuşdur. Həmin vaxt xəsarət alıb özünü itirdiyi üçün sonra nə baş verdiyini bilməmişdir. Hadisədən az əvvəl avtomobilin arxa oturacağından sağ yan qapını açıb düşmək istədiyi vaxtı üzü sağ tərəfə olduğu üçün əks tərəfdə Alakol kəndi istiqamətindən gələn nəqliyyat vasitəsini görmədiyi üçün hadisənin baş vermə mexanizmi barədə konkret göstərə bilmir. Hadisə zamanı xəsarət almışdır. Sonradan bilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes-Benz C-240” markalı **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobili çox böyük sürətlə, saatda 140 km/saat sürətlə hərəkət etdirməsi Alakol kəndi avtomobil yolundan hərəkət edib Əyyublu-Qovlar avtomobil yoluna çıxan X3 idarə etdiyi “VAZ 21074” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobili hərəkət etdirib əks yolda hərəkət edən nəqliyyat vasitəsinə yol verilməli olduğu halda bunu etməyərək qəza şəraiti yaratması şəraitində baş vermişdir. Onun “VAZ 21074” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 heç bir şikayəti və mülki tələbi yoxdur. Onun inibati və cinayt məsuliyyətinə cəlb olunmasını istəmir. Hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar çıxarılmasını xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 oktyabr 2024-cü il tarixli 8/2651 №-li məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, “Mercedes -Benz” С240 markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin (hadisələrin) baş verməsi arasında səbəbli əlaqə olmuş və onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin (hadisələrin) qarşısını almağa texniki imkanı olmuşdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi məhkəmə tibbi ekspertizasının Tovuz Rayon Şöbəsinin 11 may 2024-cü il tarixli, 343 №-li rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – İİ boyun fəqərəsinin bilaterial laminasının bir qədər döyənəkləşmiş, yerdəyişməmiş sınığı, sağ almacıq və sağ gicgah-təpə nahiyələrinin, həmçinin sağ ayaq pəncəsinin qançır şişkinliyi, sağ baldır nahiyələrinin hematomaları küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Azərbaycan Respublikası DİN-nin BDYPİ-nə bilavasitə tabe olan Tovuz RQİ və TB şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli ***-**** nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək “BC” kateqoriyalı, AE- 329632 №-li sürücülük vəsiqəsi verilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Tovuz Rayon Məhkəməsi tərəfindən sürücülük hüququndan məhrum edilmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Tovuz Rayon İHB-nin Hacallı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan doğum haqqında şəhadətnamlərin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci ildə anadan olmuş Musa və xx.xx.2024-cü ildə anadan olmuş Harun adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə onu da diqqətə çatdırır ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin qeyd hissəsinin 2-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Göründüyü kimi Azərbaycan Rsepublikası CM-nin 263.1-ci maddəsinin qeyd hissəsində nəzərdə tutulmuş hallar, yəni zərərçəkmişlə barışıq olduğuna və dəymiş zərər tamamilə ödənildiyinə görə iş üzrə icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsində göstərilmişdir ki, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərmişdir ki, təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş, o sonuncu ilə barışmışdır. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs ərizə təqdim edərək göstərmişdir ki, o, zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tamamilə ödəyərək barışıq əldə etmiş, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrini və məhkəməyə təqdim edilən ərizələri tədqiq edib, cinayət işinin materiallarını araşdırıb hesab edir ki, Azərbaycan Rsepublikası CM-nin 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinin tələbinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Rsepublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli, həmin maddə ilə barəsində olan cinayət təqibinə xitam verilməli və onun əməlində inzibati xəta tərkibinin əlamətləri olub-olmaması məsələsi müzakirə edilməsi üçün hökmün surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Cinayət Prosessual Məcəllənin 175.5-ci maddəsində göstərilmişdir ki, müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olması araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz” markalı, **-MC-*** dövlət qeydiyyat nişanlı, “VAZ 21074” markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və “VAZ 21074” markalı **- BS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin sahiblərinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 128 (bir yüz iyirmi səkkiz) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar