Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-152/2025 11.03.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi X1 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Tovuz rayonu, Kirən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu, Kirən kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs özgənin əmlakını tamah məqsədilə, əvəzsiz, gizli olaraq talamaq niyyəti ilə 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radələrində Tovuz şəhəri, Sabir küçəsində, insanların mədəni istirahəti üçün nəzərdə tutulmuş parkın içərisində yerləşən və Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin balansında olmaqla ictimai əhəmiyyətli su xətti hesab edilən fəvvarənin təyinatı üzrə işləməsini təmin edən, qeyd olunan nümayəndəlik tərəfindən fəvvarənin su-boru xəttinin təmiri məqsədi ilə müvəqqəti çıxarılaraq kənara qoyulmuş bir ədəd 1200 (bir min iki yüz) manat dəyərində “ГНОМ” markalı, SSRİ istehsalı olan, istifadə edilmiş, saz və işlək vəziyyətdə olan su mühərrikini həmin fəvvarənin kənarından oğurlamış, yəni zərərçəkmiş hüquqi şəxs qismində tanınmış Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə məxsus 1200 (bir min iki yüz) manat dəyərində əmlakı gizli olaraq talamışdır. Bununla da, o, Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 23 avqust 2025-ci il tarixdə, təxminən gecə saat 02 radələrində Tovuz şəhəri, Sabir küçəsi ərazisində piyada gəzişmişdir. Həmin vaxt o, Tovuz şəhəri, Sabir küçəsi ərazisində, Tovuz rayon İcra Hakimiyyəti inzibati binasının qarşısında yerləşən fontanının hovuzunun kənarına qoyulmuş bir ədəd su mühərriki görmüşdür. Həmin vaxt o, pulsuz və maddi sıxıntılar içərisində olduğu üçün həmin bir ədəd su mühərrikini oğurlamaq qərarına gəlmişdir. Ona görə də o, həmin vaxt ətrafa göz gəzdirmiş və ətrafda heç kimin olmadığını görüb su mühərrikini götürmüşdür. O, həmin vaxt su mühərrikini götürüb Tovuz şəhəri, Sabir küçəsi ilə yaşadığı ev istiqamətində piyada hərəkətdə olduğu zaman Tovuz rayon X9-Patrul Xidmətinin əməkdaşları ona yaxınlaşmışlar və ondan əlində olan su mühərrikini haradan və nə məqsədlə götürdüyünü soruşmuşlar. Bu zaman o, həmin polis əməkdaşlarına su mühərrikini fontanın yanından satmaq məqsədi ilə götürüb apardığını demişdir. Ondan sonra tanımadığı və adlarını bilmədiyi polis əməkdaşları onu öz könüllü razılığı əsasında Tovuz rayon Polis Şöbəsinə gətirmişlər. Orada Tovuz rayon X6 Bölməsində baş təhqiqatçı tərəfindən onun etmiş olduğu oğurluq əməli barəsində izahatı alınmışdır. Ondan sonra 23 avqust 2025-ci il tarixdə baş təhqiqatçı tərəfindən oğurladığı su mühərrikinə baxış keçirilmiş və həmin su mühərriki ondan götürülmüşdür. O, etmiş olduğu oğurluq əməli ilə bağlı çox peşmandır və söz verir ki, bir daha belə hallara yol verməyəcəkdir. 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radlərində Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən fontanın hovuzunun kənarından oğurladığı bir ədəd su mühərrikini özü tək şəkildə oğurlamışdır və ona bu işdə başqa hər hansı şəxs və ya şəxslər köməklik etməmişlər. 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radlərində Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən fontanın hovuzunun kənarından oğurladığı bir ədəd su mühərrikini sataraq maddi qazanc əldə etmək məqsədi ilə oğurlamışdır. O, 23 avuqst 2025-ci il tarixdə, saat 02 radələrində Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən su fontanının hovuzunun kənarından həmin fontana aid bir ədəd su mühərrikini oğurladığı zaman onu kənardan hər hansı şəxs və ya şəxslər görməmişdir. O, 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radələrində Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin balansında olan Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən su fontanına aid bir ədəd su mühərrikini həmin fontanın hovuzunun kənarından oğurladıqdan sonra bir qədər kənar bir yerə çəkilib gözləmiş və polis əməkdaşlarına yaxalanmamaq üçün gizlənə-gizlənə yaşadığı ev istiqamətində, yəni Tovuz rayon Yeraltı Avtomobil keçidi istiqamətində piyada hərəkət etməyə başlamışdır. Həm də oğurladığı bir ədəd su mühərriki ağır olduğu üçün onun piyada hərəkət etməyi çətinləşmişdir. Ona görə də o, 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radələrində bir ədəd su mühərrikini oğurladıqdan sonra həmin gün saat 04 radələrində su mühərrikini oğurladığı yerdən təxminən 500-600 metr uzaqlıqda olan Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən Tovuz rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısına çatmış və həmin vaxt da Tovuz RPŞ-nin PPXB-nin əməkdaşlarına yaxalanmışdır. Hazırda əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirmişdir ki, Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairə üzrə nümayəndəliyindən daxil olmuş 08 oktyabr 2025-ci il tarixli məktuba əsasən rəhbərlik tərəfindən nümayəndəliyin balansında olan bir ədəd su mühərrikinin oğurlanması məsələsi ilə bağlı işlədiyi nümayəndəliyi təmsil edən şəxs qismində göndərilmişdir. Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən su fontanı Tovuz rayon İcra Hakimiyyəti Başçısının Tovuz şəhər İnzibati Ərazi Dairə üzrə nümayəndəliyinə məxsusdur. Həmin su fontanının 01 ədəd su mühərrikinin 23 avqust 2025-ci il tarixdə naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etmişlər. Ondan sonra oğurluq hadisəsi ilə bağlı Tovuz şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Tovuz rayon Polis Şöbəsinə rəsmi müraciət ünvanlanmışdır. Həmin su mühərrikinin balans dəyəri 1200 (bir min iki yüz) manat təşkil etmiş və həmin su mühərriki nümayəndəliyin balansına 2023-cü ilin dekabr ayında verilmişdir. Daha sonra onlara məlum olmuşdur ki, 01 ədəd “ГНОМ” markalı, SSRİ istehsalı olan, istifadə edilmiş, saz və işlək vəziyyətdə olan, balans dəyəri 1200 (bir min iki yüz) manat olmaqla 2023-cü ilin dekabr ayından Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin balansına verilmiş su mühərriki Tovuz rayon sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmışdır. Hazırda su mühərriki icra hakimiyyətinin balansına qaytarılmışdır. Odur ki, təqsirləndirilən şəxsdən şikayət və tələblərinin olmamasını qeyd etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, 23 avqust 2025-ci il tarixdə, təxminən saat 04 radələrində Tovuz şəhəri ərazisini əhatə edən 1 nömrəli postda Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid2 ilə birgə xidmət aparıb Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən Tovuz rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısında piyada hərəkət etdikləri zaman əvvəlcədən Tovuz rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs qucağında hər iki əli ilə tutduğu su mühərrikini Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən Tovuz rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısı ilə Tovuz rayon Yeraltı Avtomobil keçidi istiqamətində piyada hərəkət edərək apardığını görmüşlər. Həmin vaxt o, Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri, polis sıravisi Şahid2lə birlikdə Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək Təqsirləndirilən şəxs hər iki əli ilə qucağına alıb apardığı su mühərrikini haradan götürüb haraya apardığını soruşmuşlar. Bu zaman Təqsirləndirilən şəxs hər iki əli ilə qucağına alaraq apardığı su mühərrikini Tovuz şəhəri, Sabir küçəsində yerləşən su fontanı hovuzunun kənarından satmaq məqsədi ilə gizli götürüb apardığını bildirmişdir. Belə olan halda onlar Tovuz rayonu, Kirən kəndində qeydiyyatda olmaqla Tovuz şəhəri, M.F.Axundov küçəsində yaşayan Təqsirləndirilən şəxs Tovuz RPŞ-yə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların dəvətləri əsasında əlindəki su mühərriki ilə bərabər onlarla birlikdə Tovuz RPŞ-yə gəlmişdir. O, 23 avqust 2025-ci il tarixdə Tovuz RPŞ-yə gələn kimi Tovuz rayon sakini olan Təqsirləndirilən şəxs Tovuz şəhəri, Sabir küçəsi ərazisindən su mühərrikini oğurlaması ilə bağlı raportla rəhbərliyə məruzə etmişdir. Onun Tovuz rayonu, Kirən kənd sakini Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında hər hansı ədavət və yaxud düşmənçilik olmamışdır. Onların 23 avqust 2025-ci il tarixdə, təxminən saat 04 radələrində Təqsirləndirilən şəxs Tovuz şəhəri, Sabir küçəsi ərazisində yerləşən Tovuz rayon Mərkəzi Poçtunun inzibati binasının qarşısında saxladıqları yer Tovuz şəhəri, Sabir küçəsində yerləşən su fontanı hovuzundan təxminən 500-600 metr məsafə uzaqdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: «Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 30 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Baxış və götürmə haqqında 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, 01 ədəd su mühərrikinin üzəri paslanmış vəziyyətdədir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin su mühərrikini 23 avqust 2025-ci il tarixdə, gecə saat 02 radələrində Tovuz rayon İcra Hakimiyyətinin qarşısında yerləşən su fontanının ətrafından götürüb oğurladığını bildirmişdir. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin 01 ədəd su mühərriki götürülmüşdür. Hadisə yerinə baxış keçirilməsi haqqında 02 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Tovuz şəhəri, Sabir küçəsi ərazisidir. Həmin ərazidə yerləşən su fontanının sol tərəfindən Tovuz rayon İcra Hakimiyyətinin inzibati binası, sağ tərəfində isə "xxxx" ASC-nin və "xxxx" ASC-nin Tovuz rayon filialları yerləşir. Həmin su fontanına baxış zamanı orada təmir işlərinin getdiyi müəyyən edilmişdir. Baxış zamanı baxışda iştirak edən Tovuz şəhər İƏD üzrə nümayəndəsinin müavini Fariz Rüstəmov bildirmişdir ki, ünvanı qeyd olunan su fontanına məxsus 01 ədəd su mühərrikinin oğurlanması nəticəsində nümayəndəliyə 1200 (bir min iki yüz) manat dəyərində maddi ziyan dəymişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. "xxxx" MMC-nin CC/0xx/xx-2025 nömrəli, “ 08 ”oktyabr 2025-ci il hesabatından görünür ki, bununla bağlı təyin edilmiş ekspertiza təyini haqqında qərarın təsviri hissəində göstərilən su mühərrikinin 23 avqust 2025-ci il tarixə olan orta bazar dəyəri 1200 (bir min iki yüz) AZN müəyyən edilmişdir. Azərbaycan Respublikası “TƏBİB” X10 “Tovuz Rayon Mərkəzi Xəstəxanası” X8 daxil olmuş 09 oktyabr 2025-ci il tarixli, 18-1-76/2-1120/2025 №-li məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon X2 X4 Şöbəsində həkim-narkoloqun və həkim-psixiatrın qeydiyyatında dayanmır. Tovuz rayon İcra Hakimiyyəti başçısının Tovuz rayonu, Kirən kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən daxil olmuş 10 oktyabr 2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsindən həmin məcəllənin 177.2.3-2-ci maddəsinə tövsif olunmaqla istintaqının davam etdirilməsi qərara alınmışdır. «Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr üzrə yenidən ittiham elan edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, ekspert rəyi, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsində göstərilmişdir ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli, 01 nömrəli Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 44.2 və 44.2.4-cü maddələrində göstərilmişdir ki, bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi oğurluq cinayətlərinin xarakterini, həmin əməllərə görə cəzasını yüngülləşdirən halları, həmin əmələ görə cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olar. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Maddi sübut kimi tanınmış 01 ədəd su mühərrikinin zərərçəkmiş şəxs Tovuz Rayon İcra Hakimiyyətinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 (iki yüz əlli) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq AZ03NABZ******************** nömrəli hesaba keçirilməlidir. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində olan «başqa yerə getməmək haqqında» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd su mühərrikinin zərərçəkmiş şəxs Tovuz Rayon İcra Hakimiyyətinə qaytarılması nəzərə alınsın. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 250 manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq AZ03NABZ******************** nömrəli hesaba keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №1(062)-152/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-152/2025
11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver