Məhkəmə qərarları › İş №1(062)-153/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-153/2025

15.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-153/2025 15.01.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə xx.xx.1963-cü ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İİ qrup Çernobıl əlili, Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 25 aprel 2024-cü il tarixdə cəza müddəti bitmiş, məhkumluğu ödənilməmiş, Tovuz rayonu Aşağı Öysüzlü kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda, Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005ci il tarixli Qanununun 1-ci siyahısına əsasən, xeyli miqdarda, yəni 44,760 qram təmiz çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlamış, Tovuz RPŞ-nin Narkotiklərlə mübarizə qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə saat 18:47-də Tovuz şəhəri Avaztəpə yaşayış ərazisində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq həmin tarixdə və həmin yerdə saat 18:47-dən saat 19:04-dək üstü yoxlanılarkən sol ayağına geyindiyi corabın yuxarı hissəsindən bir ədəd qara rəngli sellofan torbanın içərisində olmaqla tərkibində narkotik maddələr olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış, xeyli miqdarda, yəni 44,760 qram təmiz çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanununun 1-ci siyahısına əsasən, xeyli miqdarda , yəni 44,36 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişi qanunsuz olaraq əldə edib satış məqsədi olmadan üzərində saxlamış, Tovuz RPŞ-nin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə xx.xx.2025-ci il tarixdə saat 16:22-də Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində küçədə piyada hərəkətdə olarkən saxlanılaraq həmin tarixdə və həmin yerdə saat 16:22-dən saat 16:39-dək üstü yoxlanılarkən əyninə geyindiyi qara rəngli gödəkçənin sağ iç yan cib hissəsindən bir ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofan torbanın içərisində olmaqla tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, xeyli mqdarda, yəni 44,36 qram təmiz çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yaşamaqla rəsmi olraq heç bir yerdə işləmir. Narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan və tiryəkdən istifadə edir. Təxminən iki-üç gün əvvəl piyada Tovuz rayon avtovağzalının yaxınlığında gəzərkən qarşısına siqaret qutusu çıxmış və siqaret qutusunu götürüb içərisinə baxdıqda içərisində bir ədəd qara rəngli sellofan aşkar etmişdir. Həmin qara rəngli sellofanı açıb içərisinə baxan zaman içərisində narkotik vasitə olan tiryək olduğunu görmüş və həmin kütləni özünün istifadə etməsi üçün cibinə qoyub saxlamaq qəqrarına gəlmişdir. Daha sonra həmin tiryəkdən 2-3 dəfə istifadə etmiş, qalanını isə corabının başında gizlədərək üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Tovuz şəhəri Avaztəpə yaşayış ərazisində piyada hərəkətdə olarkən 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmış, özlərini polis əməkdaşı olaraq təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdiriməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Baxış keçirilən zaman onun sol ayağında olan corabının yuxarı hissəsindən içərisində narkotik vasitə olan tiryək qara rəngli sellofan aşkar edilmiş və daha sonra həmin sellofana baxış keçirilmişdir. Bir ədəd qara rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofan ilə birlikdə 46,41 qram təşkil etmişdir. Daha sonra qara rəngli sellofanda olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhrü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahıdan X2 vəkil olaraq seçmişdir. Müdafiəçisi X3 iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. Bundan başqa o, təxminən 2-3 gün əvvəl Tovuz rayonu “Mal bazarı” adlanan yerdə piyada gəzərkən yerdə qara rəngli sellofan torba görərək əyilib onu götürmüş, içərisinə baxmış və içərisində bir ədəd yapışqan lentlə lentlənmiş kütlə olduğunu görmüşdür. O, həmin kütləni açıb içini yoxladıqda sellofandakı kütlənin marixuana olduğunu görüb özü istifadə etməsi üçün həmin kütləni götürüb cibinə qoymuşdur. O, bu günlər ərzində 2-3 dəfə həmin marixuananın üzərindən götürüb istifadə etmiş, qalan marixuananı isə əynində olan qara rəngli gödəkcənin sağ iç cibində gizlədərək üzərində gəzdirmişdir. xx.xx.2025-ci il tarixdə o, Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində, köhnə mal bazarı adlanan yeri ilə piyada hərəkət edən zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparmış, özlərini polis əməkdaşı olaraq təqdim etmiş və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirilməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdiriməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olmadığını bildirmişdir. Baxış keçirilən zaman onun əynində olan qara rəngli gödəkçənin sağ iç cibində gizlətdiyi qara rəngli sellofanda üzəri yapışqan lentlə lentlənmiş bir ədəd kütlə aşkar edilərək götürülmüşdür. Daha sonra həmin qara rəngli sellofanda üzəri yapışqan lentlə lentlənmiş kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofan ilə birlikdə 48,53 qram təşkil etmişdir. Daha sonra qara rəngli sellofanda üzəri yapışqan lentlə lentlənmiş kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhrü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. Orada onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahıdan Müdafiəçi vəkil olaraq seçmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxılıb qablaşdırılmışdır. Onun həmin narkotik vasitəni satmaq niyyəti olmamış, sadəcə olaraq imkan yarananda öz istifadəsi üçün cibində saxlamışdır. Saxlanılarkən polis əməkdaşları tərəfindən ona hər hansı zorakılıq olmamışdır. Onda narkotik vasitə olması barədə heç kimin məlumatı olmamışdır. Hazırda əməlindən səmimi peşman olmasını və İİ qrup Çernobıl əlili olmasını nəzərə alaraq onun barəsində amnistiya aktının tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin Narkotiklərlə mübariz qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə polis mayorudur. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3 və Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə 08 sentyabr 2025-ci il tarixdə saat 18:47-də Təqsirləndirilən şəxs Tovuz şəhəri Avaztəpə yaşayış ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmişlər, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ onlar tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzərini yoxlamağa başlamışlar. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olnumuş hər hansı əşyanın olması soruşulmuş, sonuncu isə üzərində elə bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zaman onun ayağına geyindiyi corabın yuxarı hissəsindən bir ədəd qara rəngli sellofanda kütlə aşkar edilmişdir. Həmin sellofan açılaraq baxış keçirilmiş və baxış zamanı qara rəngli sellofanın içərisində tünd qəhvəyi rəngli, spesifik iyli, ilkin görünüşdən tiryəkə bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, sol ayağına geyindiyi corabın yuxarı hissəsindən aşkar edilərək götürülən bir ədəd qara rəngli sellofanda olan kütlə narkotik vasitə hesab edilən tiryəkdir. Həmin kütləni 3-4 gün əvvəl Tovuz rayonunda Bak-Qazax dəmiryol xəttininkənarında siqaret qutusunun içərisindən tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qara rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofan ilə birlikdə 46,41 qram təşkil etmişdir. Daha sonra bir ədəd qara rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhrü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid5 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid5 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, o, Tovuz RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Rütbəcə poliMal bazarıs adlanan yerdə baş leytenantıdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi faktına dair daxil olmuş əməliyyat məlumatının yoxlanılması və realizə edilməsi məqsədilə Tovuz RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Tovuz RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid4 ilə birlikdə 28 sentyabr 2025-ci il tarixdə saat 16:22-də Təqsirləndirilən şəxs Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində yol kənarında müəyyən edib yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim etmişlər, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsində şübhəli olduğunu bildirmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ onlar tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üzərini yoxlamağa başlamışlar. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olnumuş hər hansı əşyanın olması soruşulmuş, sonuncu isə üzərində elə bir əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zaman onun əynində olan qara rəngli gödəkçənin sağ iç yan cibindən bir ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanda kütlə aşkar edilmişdir. Həmin sellofan açılaraq baxış keçirilmiş və baxış zamanı qara rəngli sellofanın içərisində yaşıl rəngli, kəskin iyli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əyninə geyindiyi qara rəngli gödəkçənin sağ iç yancibindən aşkar edilərək götürülən kütlə narkotik vasitə hesab edilən qurudulmuş marixuanadır. Həmin kütləni 1 gün əvvəl Tovuz rayonunda “Mal bazarı” adlanan yerdən tapıb özü istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd üzəri yapışqanla lentlənmiş qara rəngli sellofanda olan kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin çəkisi sellofan ilə birlikdə 48,53 qram təşkil etmişdir. Daha sonra bir ədəd qara rəngli sellofanda olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-in 177 saylı möhrü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 və Şahid4 Şahid6 ifadəsi ilə eyni məzmunda ifadələr verərək, Şahid6 göstərdiyi xüsusatları məhkəmə iclasında bir daha təsdiq etdilər. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 09 sentyabr 2025-ci il tarixli 16/770 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd qara rəngli sellofan bükümdə, təmiz çəkisi 44,760 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəkdir. Ekspertiza rəyinin qeyd hissəsində tiryəkin təmiz çəkisi – 44,760 qram, tədqiqata sərf edildi – 0,2 qram, qalıq – 44,560 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Nazrkoloji Dispanserinin 17 sentyabr 2025-ci il tarixli 1480 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X4 Bölməsi tərəfindən verilmiş 29 sentyabr 2025-ci il tarixli 16/827 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülən kütlə” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd üzəri yapışqan lentlə bağlanmış qara rənglisellofan bağlamada, təmiz çəkisi 44,36 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. Ekspertiza rəyinin qeyd hissəsində həşişin təmiz çəkisi – 44,36 qram, tədqiqata sərf edildi – 0,08 qram, qalıq – 44,28 qram kimi göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 01 il 05 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin 14 mart 2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 01 ay 11 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 25 aprel 2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Tovuz Rayon İHB-nin Aşağı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Tovuz Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 16 sentyabr 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ildən “narkomaniya” diaqnozu ilə Tovuz RMX PHŞ-i poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatındadır. Poliklinika şöbəsində həkim –psixiatrın dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1963-cü ildə anadan olmuşdur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs az ağır cinayət törətdiyinə görə Tovuz Rayon Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 (bir) ay 11 (on bir) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmış, lakin cəzasını çəkib qurtardığı tarixdən sonuncu cinayət törətdiyi, yəni 08 sentyabr 2025-ci il tarixədək 02 (iki) il müddət keçmədiyindən məhkumluğu ödənilməmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı (bundan sonra – Amnistiya Qərarı) tətbiq olunmalı və o, cinayət məsuliyyətindən azad olunaraq cinayət işinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 39.1, 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır; 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Amnistiya Qərarının: Həmin Amnistiya aktının 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. Həmin Amnistiya aktının 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 1.11-ci bəndinə əsasən Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş şəxslər və onlara himayəçilik edən şəxslər (himayəçilik qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuşdursa) cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.14-cü bəndinə əsasən bu Qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatmış şəxslər cəzadan azad edilirlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6- cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir, onun əməli amnistiya aktının 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlərin tətbiq dairəsinə düşmür və həmin qərarın 1.11 və 1.14-cü bəndləri bu cinayəti törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini labüd edir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs İİ qrup Çernobıl əlili olduğundan və 62 yaşı olduğundan, onun Azərbaycan Respublikasının Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Amnistiya aktının 1-ci hissəsinin 1.11 və 1.14-cü bəndlərinə əsasən amnistiya tətbiq edilən şəxslərin dairəsinə aid olmasını, həmin amnistiya aktınının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin Təqsirləndirilən şəxs tətbiq edilməməsini nəzərə alıb belə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə, cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,560 qram narkotik vasitə olan xaşxaş və 44,28 qram narkotik vasitə olan həşiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İşdə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-in 39.1.12, 43.3, 321 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 44,560 qram narkotik vasitə olan xaşxaş və 44,28 qram narkotik vasitə olan həşiş qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 60,80 (altmış manat səksən qəpik) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar