Məhkəmə qərarları › İş №1(062)-154/2024

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-154/2024

26.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-154/2024 26.11.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 26 noyabr 2024-cü il tarixdə Tovuz şəhərində, xx xxxxx 1998-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Abulbəyli kəndində yaşayan, Təqsirləndirilən şəxs– Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə hazırlıq iclası iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 noyabr 2024-cü il tarixdə saat 01 radələrində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində “Dondar preyezi” adlanan yerdə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruqla vuraraq ona sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası kimi dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs izahatında bildirdi ki, Tovuz rayonu Aşağı Quşçu kəndi ərazisində “Dondar preyezi” adlanan yerdə Zərərçəkmiş şəxs ilə mübahisə zamanı sonuncunu Zərərçəkmiş şəxs yumruqla vurmuşdur. Hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır. Bir daha ona qarşı heç bir qeyri-qanuni hərəkətlər etməyəcək. Odur ki, məhkəmədən barəsində olan işin icraatına xitam verilməsini xahiş etdi. İş üzrə Zərərçəkmiş şəxs məhkəmə icaslında verdiyi ifadəsində göstərdi ki, hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi qalmamış, odur ki, məhkəmədən Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin ifadələrini, dövlət ittihamçısının fikrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilmsi və Zərərçəkmiş şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. İşin 6-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X3 tərəfindən 11 noyabr 2024-cü il tarixli 937 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarət sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası küt əşyanın təsirindən əmələ gələ bilər və sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşin 39-cu vərəqəsində olan xasiyyətnamədən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması müəyyən edilir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 37-ci vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmadığı müəyyən edilir. İşdə olan arayışdam görünür ki, Təqsirləndirilən şəxs 28 aprel 2018-cı il təvəllüdlü Şəbnəm, 02 avqust 2021-ci il təvəllüdlü Yavər və 06 avqust 2024cü il təvəllüdlü Telli adlı yetkinlik yaşına çatmayan uşaqları vardır. İşə əlavə edilmiş, Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur və Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CM-nin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsində bu Məcəllənin 127.1, 128, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyətindən azad edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında müəyyən olunmuş hallarını, təqsirləndirilən şəxslə zərərçəkmişin barışmasını və cinayət işinə xitam verilməsi barədə ərizələrini nəzərə alaraq hesab edir ki, işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə görə, məhkəmə gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2ci maddəsinə əsasən, məhkəmənin qərarı ilə xitam verilə bilər. Belə olan halda təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialının icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyrimi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar