Məhkəmə qərarları › İş №1(062)-156/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-156/2025

06.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-156/2025 06.11.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci ildə Rusiya Federasiyası Omsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 16 oktyabr 2025-ci il tarixdə saat 03 radələrində yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı yumruq və təpik zərbələri ilə qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs baş və bədinin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq, sonuncuya sağ və sol hər iki göz qapaqlarının, hər iki gözaltı və burun nahiyələrinin, sağ qulaq seyvanının, hər iki bazu nahiyələrinin, sol bazu və sağ bud-çanaq oynaqlarının, sağ bud nahiyəsinin qançırları, sağ yanaq və sağ almacıq nahiyəsinin qançır şişkinliyi, üst dodaq nahiyəsinin sıyrıqları kimi dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilməyən və hər iki qulağın posttravmatik, perforativ, orta otiti, üst dodaq nahiyəsinin sol yarısının selikli qişasının əzilmiş yarası, sağ bazu nahiyəsi-sağ dirsək oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan hematoması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məğuldur. Zərərçəkmiş şəxs onun qeyri-rəsmi arvadıdır. Onlar bir ildir ki, evlidir və uşaqları yoxdur. Onlar Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ona məxsus evdə yaşayırlar. Onların aralarında bir neçə dəfə mübahisələri olmuş və sonradan barışmışlar. 15 oktyabr 2025-ci il tarixdə onun ad günü olmuşdur. O, ailə üzvləri ilə birlikdə yaşadığı evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxt evdə valideynləri və Aynişan olmuşdur. Axşam saatlarında anası Aminə Sadıqova və atası Dursuməli Sadıqov evdən çıxaraq bacısı Sevincin evinə getmişlər. O, spirtli içki qəbul edib sərxoş olmuşdur. Daha sonra Aynişan ilə söhbət etməyə başlamışdır. Söhbət zamanı Aynişan onun sözlərinə kobud cavab vermişdir. O, Aynişana bir neçə dəfə normal danışmasını bildirsədə, sonuncu kobud rəftar etməyə davam etmişdir. xx.xx.2025-ci il tarixdə saat təxminən 03 radələrində onların aralarında yaranan anlaşılmazlıq səbəbindən o, Aynişana əl və ayaq zərbələri ilə bir neçə dəfə vurmuşdur. O, Aynişanın baş və bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş və daha sonra yatmışdır. Həmin vaxt evdə heç kim olmamış və hadisəni görməmişdir. Baş vermiş münaqişə təxminən 15-20 dəqiqə davam etmişdir. Hazırda əməlindən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxslə barışaraq bir evdə yaşayırlar, sonuncunun ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, material üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs onun qeyri-rəsmi əridir. Onlar 1 ildir ki, evlidir və uşaqları yoxdur, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayırlar. Onun Təqsirləndirilən şəxsla əvvəllər bir neçə dəfə münaqişələri olmuşdur. Niyaməddin spirtli içki qəbul edir və evə gəldikdə mübahisə edir. xx.xx.2025-ci il tarixdə Niyaməddinin ad günü olmuşdur. Sonuncu yaşadıqları evdə yemək yeyib spirtli içki qəbul etmişdir. Həmin vaxt evdə Niyaməddinin valideynləri, o və sonuncu olmuşdur. Axşam saatlarında Niyaməddinin anası Aminə Sadıqova və atası Dursunəli Sadıqov evdən çıxaraq baldızı Sevincin evinə getmişlər. Niyaməddin spirtli içki qəbul edib sərxoş olmuşdur. xx.xx.2025-ci il tarixdə saat təxminən 03 radələrində Niyaməddin heç bir səbəb olmadan onunla mübahisə etməyə başlamışdır. Sonuncu onu xəyanət etməkdə günahlandırmış, o isə şər atmamısını demişdir. Niyaməddin onu yataq otaqlarına apararaq əl və ayaq zərbələri ilə döyməyə başlamışdır. Niyaməddin onun baş və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr endirmişdir. Evdə tək olduqları üçün onları ayıran olmamışdır. Təxminən 15-20 dəqiqə dava-dalaş davam etmişdir. Bundan sonra Niyaməddin yatmış, o isə evdən çıxaraq qaçmışdır. O, Tovuz şəhərinə gedib həmin gün rəfiqəsinin qohumu olan Pərvanə adlı qadının evində qalmışdır. Həmin vaxt onlar evdə tək olmuşdur. Aralarında olan münaqişəni başqa heç kim görməmişdir. Hazırda təqsirləndirilən şəxslə barışaraq bir evdə yaşayırlar. Onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: МТЕ və PA X1 şəxsin Tovuz rayon şöbəsinin xx.xx.2025-ci il tarixli, 873 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər: hər iki qulağın posttravmatik, perforativ, orta otiti, üst dodaq nahiyəsinin sol yarısının selikli qişasının əzilmiş yarası, sağ bazu nahiyəsi-sağ dirsək oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan hematoması, sağ və sol hər iki göz qapaqlarının, hər iki gözaltı və burun nahiyələrinin, sağ qulaq seyvanının, hər iki bazu nahiyələrinin, sol bazu və sağ bud-çanaq oynaqlarının, sağ bud nahiyəsinin qançırları, sağ yanaq və sağ almacıq nahiyəsinin qançır şişkinliyi, üst dodaq nahiyəsinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən 1-2 gün əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdən hər iki qulağın posttravmatik, perforativ, orta otiti, üst dodaq nahiyəsinin sol yarısının selikli qişasının əzilmiş yarası, sağ bazu nahiyəsi-sağ dirsək oynağının həmin oynaqda hərəkət məhdudluğu yaradan hematoması dərəcələrinə görə həm ümumilikdə, həmdə ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən yekun protokolda qeyd olunan Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, eləcə də iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmiş və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud deyildir. Bununla yanaşı məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək, barəsində olan cinayət təqibinə xitam verilməlidir. Cinayət Məcəlləsinin 73.2-ci maddəsində qeyd olunmuşdur ki, Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Cinayət Prosessual Məcəllənin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər həmin əməli törətsə də, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ərizə təqdim edərək göstərdi ki, təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan hər hansı şikayət və tələbi yoxdur. Ona görə də cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Həmçinin məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə təqdim edərək, özünü təqsirli bildiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini və sonuncu ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb barəsində olan işin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışması qəbul edilməli, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 37, 39, 40, 43, 175, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Barəsində olan cinayət təqibinə və məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar