Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-158/2025 05.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə xx.xx.2003-cü ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində, istintaqa məlum olmayan ayrı-ayrı tarixlərdə və vaxtlarda qeyri-rəsmi ər-arvad münasibətində birgə yaşadığı, aralarındakı yaş fərqi iki ildən çox olan, həmin dövrə münasibətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girib öz cinsi ehtirasını təmin etmək məqsədi ilə sonuncunun könüllü razılığı əsasında özünün yaşadığı Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinin yataq otağında cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil edərək müntəzəm şəkildə təbii yolla cinsi əlaqədə olmaqla seksual xarakterli hərəkətlər edib öz cinsi ehtirasını təmin etmişdir. Göstərilən xüsusatlar məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs tanıyır. Belə ki, o, Ruhiylə 2025-ci ilin yanvar ayının dəqiq xatırlamadığı günündə “Tik- Tok” sosial şəbəkəsində tanış olmuşdur. Tanış olduqdan sonra onlar bir-birinə mobil nömrələrini vermiş və mobil telefon vasitəsi ilə danışmağa davam etmişlər. Vaxt keçdikcə onlar aralarında sevgi münasibəti yaranmışdır. 2025-ci ilin aprel ayının əvvəllərində o, Ruhi ilə danışan zaman Ruhi anasının onu qohumu ilə evləndirmək istədiyini bildirmişdir. Bu səbəbdən onlar birlikdə qaçmaq qərarına gəlmişlər. Buna görədə o, xx.xx.2025-ci ili tarixdə Ruhinin anası ilə birlikdə yaşadığı Qaradağ rayonu Sahil qəsəbəsinin yaxınlığına getmişdir. Ruhi də yaşadığı evdən çıxıb qəsəbənin yaxınlığında onunla görüşmüşdür. Onlar birlikdə yoldan keçən tanımadıqları şəxsə məxsus dövlət qeydiyyat nişanını xatırlamadığı “Mercedes Benz” markalı avtomobilə əyləşib Qaradağ rayonundan üzü Tovuz rayonu istiqamətində hərəkətə başlamışlar. Yolda düşünmüşdür ki, Ruhini bir başa yaşadığı evə aparmasın. Fikirləşmişdir ki, o, Ruhini ilk öncə Ağstafa rayonu Eynallı kəndində yaşayan qohumugilə aparsın. Orada valideyinlərinə məlumat versinlər. Daha sonra isə ailə üzvləri ilə birliktə yaşadığı evə gedər. Onlar elə də etmişlər. İlk öncə Ağstafa rayonu Eynallı kəndinə qohumugilə getmişlər. Orada qohumu Nərgiz xala valideyinlərinə zəng edib olanlar barədə məlumat vermişdir. Onun valideyinləri razılıq verdikdən sonra o, Ruhi ilə birlikdə yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evlərinə getmişlər. Həmin gündə o, Ruhi ilə ilk dəfə öz yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evində otaqların birində ilk dəfə cinsi əlaqədə olmuşlar. Belə ki, onlar birlikdə çarpayıya çılpaq formada uzanmışlar. Bundan sonra o, öz gərilmiş kişi cinsiyyət üzvünü Ruhinin qadın cinsiyyət üzvünə yeritmişdir. Nəticədə Ruhinin qadın cinsiyyət üzvündən qan gəlmiş və Ruhinin qızlıq pərdəsinin tamlığı pozulmuşdur. Bundan sonra onlar Zərərçəkmiş şəxs ilə ər-arvad kimi yaşamağa davam etmişlər. Hazırda da birlikdə yaşayırlar. O və Ruhi xx.xx.2025-ci il tarixdən etibarən daimi olaraq cinsi əlaqədə olurlar. Bundan başqa onların övladı da olacaqdır. Ruhi hazırda hamilədir. Bu barədə onu deyə bilər ki, Ruhi Qasımov xx.xx.2009-cü il tarixdə anadan olmuş və o, Ruhi ilə ilk dəfə cinsi əlaqədə olan zaman Ruhinin 16 yaşı tamam olmamışdır. O, Zərərçəkmiş şəxs 2025-ci ilin yanvar ayının dəqiq xatırlamadığı günündən tanıyır. O, Zərərçəkmiş şəxs tanıyan zaman Ruhinin 15 yaşı olmuşdur. O, Ruhini evlənmək niyyəti ilə yaşadığı evə aparan və cinsi əlaqəyə girən zaman Ruhinin 15 (on beş) yaşının olmasını bilmişdir. O, ümumiyyətlə Qaradağ rayonu, Sahil qəsəbəsini yaxşı tanımamışdır. Zərərçəkmiş şəxs yaşadığı evin ünvanını Ruhinin ona Whatsapp ani mesajlaşma proqramı vasitəsi ilə qeyd etdiyi məlumat vasitəsi ilə tapmışdır. O, həmin ünvana tanımadığı taksi vasitəsi ilə tək gedib Zərərçəkmiş şəxs götürdükdən sonra da başqa bir tanımadığı taksi vasitəsi ilə də geri üzü Ağstafa rayonu istiqamətində geri qayıtmışdır. O, Zərərçəkmiş şəxs yaşadığı evin yerləşdiyi küçədən götürən zaman Ruhi tək olmuşdur. Onunla Zərərçəkmiş şəxs evlənmək niyyətləri olmasını, bu səbəbdən birlikdə qoşulub qaçmaqlarından və Ruhi ilə ailəsi ilə birlikdə yaşayacağı evə gətirəcəyindən əvvəlcədən heç kəsin xəbəri olmamışdır. Törətmiş olduğu cinayət əməlindən səmimi peşmançılığını, Zərərçəkmiş şəxs ondan heç bir şikayət tələbinin olmamasını, Ruhu Qasımova ilə ər-arvad kimi bir ailədə mehriban yaşamaqlarını nəzərə alıb ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, o, xx.xx.2009-cu ildə anadan olmuş, Qaradağ rayon Sahil qəsəbəsində anası ilə birlikdə yaşamışdır. Hal-hazırda heç bir yerdə işləmir. O, xx.xx.2025-ci il tarixədək anası Gültəkin ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsində yaşamışdır. 2025-ci ilin yanvar ayında mobil telefonunda olan “Tik-Tok” sosial şəbəkəsindən istifadə edərkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Onlar Yaşar ilə sosial şəbəkədə tanış olduqları gündən bir-birilərinə mobil nömrələrini vermiş və danışıqları mobil telefonda davam etmişdir. Onlar tanış olduqdan sonra onların aralarında sevgi münasibəti yaranmışdır. Lakin, anası onu qohumları ilə evləndirmək istəmişdir. O da bu barədə Yaşara danışmışdır. 2025-ci ilin aprel ayında Yaşarla mobil telefon vasitəsi ilə danışan zaman Yaşar ilə razılaşmışlar ki, Yaşar gəlib onu yaşadığı qəsəbənin yaxınlığından götürsün və onlar birliktə Yaşarın yaşadığı Tovuz rayonuna getsinlər. Onlar danışdıqları kimi də etmişlər. Belə ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yaşar onun yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsinin yaxınlığına gəlmişdir. O da anasından xəbərsiz birlikdə yaşadıqları evdən çıxıb Yaşarla görüşmüş və onlar tanımadıqları “X2” markalı nömrəsini xatırlamadığı avtomobilə əyləşib üzü Tovuz rayonu istiqamətində hərəkətə başlamışlar. Lakin, onlar ilk öncə Ağstafa rayonuna gəlmişlər. Çünki, yolda Yaşar demişdir ki, ilk öncə Ağstafa rayon Eynallı kəndində yaşayan qohumlarıgilə gedək, onlar Yaşarın ailəsinə xəbər verdikdən sonra Yaşarın yaşadığı evə gedərlər. Bununla da onlar Ağstafa rayonu Eynallı kəndinə getmişlər. Onlar Eynallı kəndinə xx.xx.2025-ci il tarixdə təxminən saat 14 radələində çatmışlar. Orada Yaşarın tanımadığı qohumunun evində bir neçə saat qalmışlar. Orada qaldıqları müddət ərzində evində qaldıqları şəxslər Yaşarın ailəsinə onların evində olmaqları barədə məlumat vermişlər. Bundan sonra o, Yaşarla həmin gün, yəni xx.xx.2025-0ci il tarixdə Ağstafa rayonu Eynallı kəndindən Tovuz rayonu, Yuxarı Öysüzlü kəndinə Yaşarın ailəsi ilə birliktə yaşadığı evə gəlmişlər. Həmin tarixdən, yəni xx.xx.2025-ci il tarixdən bu yana o, Yaşarla ər arvad kimi yaşayırlar. O, Təqsirləndirilən şəxs ilə ilk dəfə xx.xx.2025-ci il tarixdə onun yaşadığı Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evində ilk dəfə cinsi əlaqədə olmuşlar. O, Təqsirləndirilən şəxs ilə Yaşarın yaşadığı evin otaqlarından birində, çarpayıya uzanmış, həmin vaxt Yaşar onunda razılığı ilə öz kişi cinsiyyət üzvünü onun qadın cinsiyyət üzvünə daxil etmişdir. Nəticədə o, ağrı hiss etmiş və onun cinsiyyət üzvündən qan gəlmişdir. Beləliklə, onun bəkarəti pozulmuşdur. O, Təqsirləndirilən şəxs ilə cinsi əlaqədə olan zaman Yaşarın onun yaşının neçə olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ona qarşı digər seksual xarakterli hərəkətlər etməmiş, ona qarşı zor tətbiq etməklə cinsi əlaqədə olmamışdır. Çünki, onlar Yaşarla ərarvad münasibətlərində olmuşdur. Hal-hazırda Tovuz rayonu Yuxarı Öysüzlü kəndində əri Təqsirləndirilən şəxslə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq etməmiş, yalnız onun könüllü razılığı əsasında cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ilə evlənib ailə olmaq onun ən böyük arzusudur. Onun Təqsirləndirilən şəxs heç bir şikayət tələbi yoxdur. Yaşara azadlıqdan məhrum etmə ilə bağlı cəza verilərsə, onun ailə münasibəti dağılacaqdır. Odur ki, Təqsirləndirilən şəxs həbslə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2025-ci il tarixdə oğlu Yaşar səhər saatlarında işləmək üçün evdən çıxıb getmişdir. Həmin gün axşam saatlarında Ağstafa rayonu Eynallı kəndində yaşayan qohumu Nərgiz adlı şəxs ona zəng etmiş və Yaşarın evlənmək niyyəti ilə onun evinə tanımadığı qızla birlikdə gəldiyini demişdir. O, Nərgizə Yaşarın həmin qızla öz evinə gəlməsini bildirmişdir. Bundan sonra Yaşar adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evlərinə gəlmişlər. Onlar evə gəldikdən sonra ona məlum olmuşdur ki, Yaşar Ruhi adlı qızla “Tik-Tok” sosial şəbəkəsində tanış olmuşlar. Onlar bir müddət danışdıqdan sonra evlənmək qərarına gəlmişlər. Aralarında razılaşdıqları kimi Yaşar Ruhini yaşadığı yerdən götürüb Tovuz rayonuna, yaşadıqları evlərinə gətirmişlər. Evə gəldikdən sonra o, Ruhidən neçə yaşı olduğunu soruşmuş, sonuncu isə 18 yaşı olduğunu bildirmişdir. O, Ruhidən şəxsiyyət vəsiqəsini istəmiş, sonuncu isə vəsiqənin üzərində olmadığını və heç bir yaxın yaxın qohumunun olmadığını söyləmişdir. Bundan sonra o, yaşadıqları evdə olan otaqlardan birini Yaşarla Ruhi üçün hazırlamışdır. Onlar ilk dəfə xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən evlərində cinsi əlaqədə olmuşlar. Bundan təxminən 10 gün sonra Zərərçəkmiş şəxs anası adını sonradan bildiyi Şahid2 onların yaşadığı evə gəlmişdir. Bu zaman Ruhinin 18 yaşı olmadığı, evə gələn zaman 16 yaşı tamam olmadığı onlara məlum olmuşdur. Ruhinin anası Gültəkin təxminən 15-20 gün onların evlərində qonaq kimi qalmışdır. xx.xx.2025-ci il tarixdən hal-hazıradək Zərərçəkmiş şəxs onun yaşadığı evdə gəlni kimi yaşamaqdadır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. xx.xx.2025-ci il tarixdə qızı Ruhi çörək almaq adı ilə evdən çıxmış və daha sonra geri qayıtmamışdır. O, bu barədə Bakı şəhəri Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə məlumat vermişdir. Daha sonra ona məlum olmuşdur ki, qızı Ruhi tanış olduğu Tovuz rayon sakini Təqsirləndirilən şəxs ilə birlikdə evlənmək niyyəti ilə qaçmışdır. Həmin tarixdən təxminən 10 gün sonra o, qızı Ruhinin yanına getmiş, bir neçə gün orada qalmış və daha sonra geri qayıtmışdır. Hazırda onlar ər-arvad münasibətindədirlər və bir evdə yaşayırlar. Onların birlikdə yaşamalarına etirz etmir.Ruhi körpə ikən o ərindən ayrılmışdır. Ruhi atasız böyümüşdür. Ruhi bir müddət Ümid sığınacaq evində də yaşamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X1 Tovuz rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 309 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs Azər qızının bədən səthində xəsarət aşkar edilməmiş, qızlıq pərdəsinin anatomik tamlığı pozulmuş, pozulma müddəti iki həftədən artıqdır, arxa keçəcəyində qeyri-təbbi yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar olunmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Zərərçəkmiş şəxs xx xxxxx 2009-cu ildə anadan olmuşdur. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yuxarı Öysüzlü kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib, qeyd edilən maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib, əməlindən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin ondan şikayət tələbinin olmamasını, ər-arvad kimi bir yerdə yaşamalarını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999-cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Məhkəmə diqqətə çatdırır ki, cinayət qanunvericiliyində məhkumun təyin edilmiş cəzanı çəkmədən, xüsusi qaydada islah olunması vasitələrindən biri kimi şərti məhkum etmə institutu nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə onun islah olunmasına kömək edən vəzifələr qoyur. Şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Nəzərə almaq lazımdır ki, şərti məhkum etmə cəzasızlıq demək deyil və cəzadan azad olunma kimi də hesab oluna bilməz. O cəzanın xüsusi növü olmasa da, onun bəzi elementlərini özündə ehtiva edir. Məsələn, o yalnız məhkəmə hökmu ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq olunur və bu şəxs üçün bəzi məhdudiyyətlərin mövcudluğu ilə müşaiyət olunur. Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1 -ci maddəsinin şərh edilməsinə dair» xx.xx.2010-cu il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə, törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Bunlara onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək və s. daxildir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilərək, cəzanın real olaraq çəkilməsi qənaətinə gəlinməsi faktiki ər-arvad münasibətində olan Zərərçəkmiş şəxs da uşaq kimi maraqlarını zərbə altına qoyacaqdır. Belə ki, bu hadisə baş verməzdən öncə onsuz da Zərərçəkmiş şəxs faktiki olaraq ana və ata qayğısı ilə əhatələnməmişdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs anası tərəfindən Ümid sığınacaq evinə yerləşdirilmişdir. Şahid2 sərhəd keçmə məlumatlarından da göründüyü kimi qızının aqibəti onu maraqlandırmadan o 2025-ci ilin avqust ayında ölkə hüdudlarını tərk etmiş, bundan sonra da mütəmadi olaraq Türkiyə Respublikasına gedib-gəlmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi gedəcəyi və sığınacağı yeri olmayan Ruhinin də həyat tərzinə köklü zərbə vurmuş olacaqdı. Uşaqlarda ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsi Ailə Məcəlləsinin vəzifələrindəndir. Uşağın faktiki olaraq nikah münasibətində oilan “ərindən”ayrı salınmasından daha çox, onun real vəziyyətə və real şəraitə uyğunlaşdırılması Ruhidə ailə və cəmiyyət qarşısında məsuliyyət hissinin tərbiyə edilməsinə xidmət etmiş olardı. Eynmi zamanda məhkəmə onu da qeyd edir ki, ailə dəyərlərinin və ailə hüquq münasibətlərinin gələcəkdə dövlət tərəfindən tanınması və ailə münasibətlərindən irəli gələn hüquq və vəzifələrin gələcəkdə daha səmərəli şəkildə həyata keçirilməsi və təqsirləndirilən şəxsin məsuliyyət hissinin artırılması baxımından onun üzərinə Ruhi yetkinlik yaşına çatdıqdan sonra Ruhi ilə nikah bağlanması vəzifəsinin qoyulması da təqsirləndirilən şəxsin islah edilməsinə hesablanmalıdır. CM-nin 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 25-ci bəndində göstərilmişdir ki, şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə üzərində 01 (bir) il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və Zərərçəkmiş şəxs yetkinlik yaşına çatdıqdan sonra onunla nikah bağlamaq vəzifəsi qoyulsun. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-158/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-158/2025
05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver