Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-159/2025 19.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi İsayev Emin Arif oğlunun katibliyi, Azərbaycan Respublikasının Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 19 fevral 2026-cı il tarixdə Tovuz şəhərində, xx.xx.1980-ci ildə Belarusiya Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, beş nəfər yetkinliklik yaşına çatmayan uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olan, Tovuz şəhəri Aşağı Öysüzlü yaşayış ərazisində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə, vaxtda və mənbədən xeyli miqdarda 44,75 qram təmiz çəkidə narkotik vasitə olan həşişi satış məqsədi olmadan qanunsuz olaraq əldə edib 1 ədəd “Argo” markalı siqaret qutusunun içərisində olmaqla üzərində saxlayaraq daşıyarkən Tovuz rayon Polis Şöbəsinin CAB-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2025-ci il tarixdə, saat 17:35 dəqiqədə Tovuz rayonu, Bozalqanlı kəndi ərazisində yerləşən Tovuz X4 yaxınlığında yolun kənarında piyada şəkildə saxlanılaraq həmin tarixdə, saat 17:35 dəqiqədən saat 17:47 dəqiqəyədək olan vaxt ərzində saxlanıldığı yerdə üstü yoxlanılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd “Argo” markalı siqaret qutusunun içərisində polietilen torbacığa bükülü vəziyyətdə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 44,75 qram təmiz çəkidə narkotik vasitə olan həşiş aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü elan edilmiş ittihamda tam təqsirli bilərək verdiyi ifadəsində göstərdi ki, narkotik vasitə aludəçisidir. Narkotik vasitə olan marixuanadan və həşişdən istifadə edir. Təxminən tutulmamışdan 10 gün əvvəl yəni xx.xx.2025-ci il tarixdə Tovuz rayon Bozalqanlı kəndi ərazisində yerləşən “Tovuz X4” yaxınlığında gəzərkən yerdə polietilen bükümdə həşiş tapmışdır. Həmin həşişi tapdıqdan sonra o, üzərində olan qara rəngli gödəkcənin sağ yan cibinə özü istifadə etmək məqsədilə qoymuşdur. Təxminən 10 gün ərzində həmin tapdığı həşişdən istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə isə həmin küçədə, yəni Tovuz rayon Bozalqanlı kəndi ərazisində yerləşən “Tovuz X4” yaxınlığında piyada hərəkətdə imiş. O, yol kənarı ilə hərəkətdə olan zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşmışdır. Onlardan bir nəfəri özünə məxsus mobil telefonla videoçəkiliş aparırmış. Həmin 3 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və ondan üzərində narkotik vasitə olduğundan şübhələndiklərini, üzərinə baxış keçirəcəklərini demişlər. Baxış keçirməzdən əvvəl ondan üzərində əldə edilməsi, daşınması, saxlanması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya olub-olmadığı soruşulmuşdur. O, əvvəllər də məhkum olunduğum üçün polis əməkdaşlarına üzərində qanunla saxlanması, istifadəsi, daşınması, gəzdirilməsi qadağan olunmuş əşya olmadığını demişdir. Lakin, polis əməkdaşları tərəfindən onun üzərinə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən bir ədəd üzərində “Arqo” yazısı yazılmış siaqret qutusu aşkar edilmişdir. Daha sonra həmin “Arqo” markalı siqaret qutusunun içərisində olan polietilen torbaya baxış keçirilmişdir. Həmin zaman “Arqo” markalı siqaret qutusunda, polietilen torbanın içərisindən kəskin iyli, yaşıl rəngli, ilkin görünüşdən qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən ona müəyyən suallar verilmişdir, o, isə cavab olaraq bildirmişdir ki, həmin kütlə narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin kütlənin 10- 15 gün bundan əvvəl “X4” yaxınlığında tapmışdır. Bundan sonra bir ədəd “Arqo” markalı siqaret qutusu içərisində polietilendə olan həşiş siqaret qutusu ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Bir ədəd siqaret qutusu içərisində həşiş olan polietilen torbanın siqaret qutusu ilə birlikdə ümumi çəkisi 51.41 qram təşkil etmişdir. Sonra “Arqo” markalı siqaret qutusunun içərisində polietilen torbada olan kütlə zərfə qoyulub qablaşdırılmış və zərfin ağzı Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra onu Tovuz RPŞ-yə dəvət etmişlər. O, bir otağa daxil olmuşdur. Onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmişdir. O da həmin siyahının içərisindən Müdafiəçi vəkil olaraq seçmişdir. Müdafiəçisi Müdafiəçi iştirakı ilə həmin zərfə açılıb yenidən baxış keçirilmişdir. Baxış keçirilən zaman həmin kütlənin siqaret qutusu ilə birlikdə çəkisi yenidən 51,41 qram təşkil etmişdir. Daha sonra aşkar edilmiş bir ədəd siqaret qutusunun içərisində politilen torbanın içərisində olan kütlə bir ədəd zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri iştirakçlılar tərəfindən imzalanmışdır. Qablaşdırılmış kütləni narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X2 Bölməsinə göndərilməsindən ötrü götürülmüşdür. Əməlindən səmimi peşmandır. Odur ki, barəsində 5 uşağının olması amnistiyanın tətbiq olumasını və işin icraatına xitam verilməsini xahiş edir. İşin 37-ci vərəqəsində olan 20 sentyabr 2025-ci il tarixli ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertizanın dəyəri 30 (otuz) manat 40 (qırx) qəpik təşkil edir. Cinayət işinin 38-ci vərəqəsində olan 20 sentyabr 2025-ci il tarixli 16/806 nömrəli ekspert rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Tovuz rayonu, Aşağı Öysüzlü kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd “Arqo” markalı siqaret qutusunda olan 1(bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 44,75 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşişdir. İşin 112-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 18 oktyabr 2025-ci il tarixli, 1657 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan həşiş qətranından istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 64-cü vərəqəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə edilir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs 01aprel 2008-ci il tarixdə Qabil, 19 fevral 2011-ci il tarixdə Aqil, 03 avqust 2014-cü il tarixdə Habil, 22 sentyabr 2015-ci il tarixdə Rəhim və 27 sentyabr 2016-cı il tarixdə Aygün adlı uşaqları anadan olmuşdur. İşin 91-93-cü vərəqəsində olan tələbnamədən Təqsirləndirilən şəxs məhkumluğunun olması müəyyən edilir. Beləliklə, məhkəmədə araşdırılmış sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır və barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini, vəkilin xahişini və dövlət ittihamçısının fikrini dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar vardır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1.16-cı maddəsinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla) təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər. Həmin Qərarın 6-cı maddəsinə əsasə “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Təqsirləndirilən şəxs törətdiyi əməl həmin Qərarın 7-ci maddəsində göstərilən məhdudiyyətlər və amnistiya aktının tətbiq edilməsi mümükün olmayan CM-nin maddələrinin təsiri altına düşmür. Göründüyü kimi, Təqsirləndirilən şəxs amnistiya qərarının 5.1-ci bəndinə əsasən amnistiya tətbiq olunmalı şəxslərin dairəsinə düşür və həmin bənddə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi göstərilmişdir. Təqsirləndirilən şəxsin vəkili və özü tərəfindən imzalanmış və məhkməyə təqim olunmuş ərizədən də görünür ki, Təqsirləndirilən şəxs barəsində amnistiya qərarının tətbiq olunmasını xahiş olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsinin təsiri altına düşür. Belə ki, Təqsirləndirilən şəxs həmin qərarın 1.16-cı maddəsinin tələbinə əsasən himayəsində yetkinlik yaşına çatmayan uşaqları vardır və həmin amnistiya haqqında qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin təsiri dairəsinə düşmür. Azərbaycan Respublikası CPM-nin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 43.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 44,67 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə çəkilmiş cəmi 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 43-cü və 343-347-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci maddəsinə əsasən xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. İş üzrə maddi sübut olan Tovuz RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra qalmış ümumi çəkisi 44,67 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi Narkoloji Dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə çəkilmiş cəmi 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya protesti və şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №1(062)-159/2025
Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-159/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver