Məhkəmə qərarları › İş №1(062)-161/2025

Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-161/2025

11.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-161/2025 11.02.2026 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi X8, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 iştirakları ilə, xx.xx.1966-cı il tarixdə Tovuz rayonu, Böyük Qışlaq kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Tovuz rayonu, Aşağı Quşçu kəndində qeydiyyatda olan, Tovuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını təkrar ələ keçirmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilən sosial təqaüdün məbləğinin artırılmasını təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, sonuncudan 14 iyun 2024-cü il tarixdə, saat 16 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən çay evində 4000 (dörd min) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs3 məxsus 4000 (dörd min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs5 sonuncunun adına dövlət tərəfindən "xxxx" ASC-də bank hesabı yaradıldığını və həmin hesabda 24000 manat məbləğində pul vəsaitinin toplanıldığını, toplanılmış həmin vəsaitin 12000 manat hissəsinin "xxxx" ASC tərəfindən ona verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla bu məqsədlə Zərərçəkmiş şəxs5 2024-cü ilin iyun ayının ortalarında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Koxanəbi kəndində yerləşən sonuncunun yaşadığı evdə 520 (beş yüz iyirmi) manat və 2024-cü ilin iyul ayının sonlarında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində 200 (iki yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs5 məxsus ümumilikdə 720 (yeddi yüz iyirmi) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs4 sonuncunun mərhum ərinin əmək pensiyasının ona təyin edilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs4 2023-cü ilin oktyabr ayının ortalarında, istintaqa məlum olmayan vaxtda Şəmkir şəhəri, Bakı-Ələt- Qazax-Gürcüstan avtomobil yolunun üzərində yerləşən Şəmkir rayon Mərkəzi Xəstəxanasının inzibati binasında 220 (iki yüz iyirmi) manat, 2024-cü ilin fevral ayında, istintaqa məlum olmayan gündə və vaxtda Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının içərisində 50 (əlli) manat, 2024-cü ilin may ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan gündə və vaxtda Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının içərisində 200 (iki yüz) manat, 01 iyun 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Şəmkir rayon Mərkəzi Xəstəxanasının inzibati binasının içərisində 100 (bir yüz) manat, 01 oktyabr 2024-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən X3 inzibati binasının içərisində 450 (dörd yüz əlli) manat və 23 oktyabr 2024-cü il tarixdə, istintaqa dəqiq məlum olmayan vaxtda Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”in binasının qarşısında 1200 (bir min iki yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 məxsus ümumilikdə 2220 (iki min iki yüz iyirmi) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 2-ci qrup əlil oğlu Taleh Xalıqverdiyevə əvvəllər təyin edilmiş, lakin sonradan dayandırılmış sosial müavinəti bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs2 06 sentyabr 2023-cü il tarixdə, saat 12 radələrində Tovuz şəhəri, İstiqlal küçəsində 45 (qırx beş) manat, 06 sentyabr 2023-cü il tarixdə, saat 16 radələrində 850 (səkkiz yüz əlli) manat, 26 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında 900 (doqquz yüz) manat, 15 dekabr 2023-cü il tarixdə, günorta saatlarında 250 (iki yüz əlli) manat, 05 may 2024-cü il tarixdə, günorta saatlarında 1600 (bir min altı yüz) manat məbləğində pul vəsaitlərini Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində, 20 sentyabr 2024cü il tarixdə, səhər saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Hemodializ” xəstəxanasının qarşısında 200 (iki yüz) manat, 02 noyabr 2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən çay evində 1200 (bir min iki yüz) manat, 15 dekabr 2024-cü il tarixdə, səhər saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndində, Tovuz-Qazax və Tovuz-Böyük Qışlaq avtomobil yollarının kəsişməsində yerləşən yolayrıcında 200 (iki yüz) manat məbləğində pul vəsaitini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə xeyli miqdarda 5245 (beş min iki yüz qırx beş) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa, o, təkrar etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Zülfüqar qızının yetkinlik yaşına çatmayan oğlu X5 əlillik dərəcəsi təyin etdirib əlilliyə görə sosial müavinət verilməsini təşkil edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, hissə-hissə olmaqla Zərərçəkmiş şəxs1 Zülfüqar qızından 07 iyul 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda 100 (bir yüz) manat, 20 iyul 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda 300 (üç yüz) manat, 08 avqust 2023-cü il tarixdə, istintaqa məlum olmayan vaxtda 100 (bir yüz) manat məbləğində pul vəsaitlərini Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən Tovuz rayon Mərkəzi Xəstəxanasının qarşısında, 09 avqust 2023-cü il tarixdə, günorta saatlarında Gəncə şəhəri, Əli Nəzmi küçəsində yerləşən X1rşısında 600 (altı yüz) manat, 05 sentyabr 2023-cü il tarixdə, günorta saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının qarşısında 100 (bir yüz) manat, 08 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”in binasının qarşısında 1200 (bir min iki yüz) manat, 09 yanvar 2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının qarşısında 100 (bir yüz) manat, 10 yanvar 2024-cü il tarixdə, günorta saatlarında X1rşısında 300 (üç yüz) manat, 08 dekabr 2024-cü il tarixdə, səhər saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının qarşısında 100 (bir yüz) manat, 09 dekabr 2024-cü il tarixdə, günorta saatlarında X1rşısında 300 (üç yüz) manat, 28 aprel 2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz rayon Mərkəzi Xəstəxanasının qarşısında 600 (altı yüz) manat məbləğində pul vəsaitlərini nağd şəkildə alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 Zülfüqar qızına məxsus ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğində pul vəsaitlərini etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərdən ilk əvvəl Zərərçəkmiş şəxs1 Zülfüqar qızı ilə tanış olmuşdur. Onu 2023-cü ilin iyun ayından tanıyır. Belə ki, 2023cü ilin iyun ayında hazırda dəqiq xatırlamadığı gündə və vaxtda şəxsi işi ilə bağlı Tovuz rayon Mərkəzi Xəstəxanasında olarkən Zərərçəkmiş şəxs1 oğluna pensiya düzəltmək üçün ona yaxınlaşmışdır. Pulu da ona həmin məqsədlə vermişdir. Nə qədər məbləğ aldığı dəqiq yandında deyildir. Onun sənədlərinin hamısı hazır idi, 14 yaşında uşaq işlədiyi üçün pensiya düzəlmədi, imtina vurdular. Aldığı pulların hamısını yollara və özlərinə xərcləmişdir. Digər şəxsləri də Zərərçəkmiş şəxs1 onunla tanış etmişdir. Zərərçəkmiş şəxs3 ona müharibə veteranı statusu almağına kömək etmək üçün yaxınlaşmışdır. O, da komissiyadan keçmədiyi üçün imtina verilmişdir. Yusifdən 2000 manat pul almışdır. Onun da 300 manatını özünə qaytarmışdır. Aldığı pulları da müxtəlif orqanlara getməyə və yollara xərcləmişdir. Zərərçəkmiş şəxs5la qohumluq münasibətləri vardır və bir-birinin evinə gedib-gəlirdilər. Zərərçəkmiş şəxs5 kreditini ödəmək üçün 720 manat borc almışdır. Məzahirin yoldaşının pensiyası ödənilmirdi, bank hesabında qalmışdır. Onlara kömək elədi, yoldaşı pensiyasını ala bildi. Zərərçəkmiş şəxs4 Zərərçəkmiş şəxs1 ona məxsus mobil nömrəsini əldə edib onunla telefon əlaqəsi yaratmış və dolanışığının çətin olduğunu, az məbləğdə də olsa aylıq pensiya almaq istədiyini, bu işdə ona kömək etməyini xahiş etmişdir. O, Hökümədən nə işlə məşğul olduğunu soruşduqda sonuncu ona dul qadın olduğunu, işsiz olduğunu bildirmişdir. Ona pensiya təyin etdirə biləcəyini deyib bu yolla kömək edə biləcəyini demişdir. Hökümə də onunla razılaşmışdır. Hökümədən nə qədər pul alması dəqiq yadında deyildir. Zərərçəkmiş şəxs2 2023-cü ilin sentyabr ayının əvvəllərindən tanıyır. Onu da Ülviyyə vasitəsi ilə tanımışdır. O, oğlu Taleh Xalıqverdiyevin əvvəllər 2-ci qrup əlilliklə bağlı sosial müavinət aldığını, sonradan həmin müavinətin verilməsinin dayandırıldığını bildirib oğluna kömək göstərməyini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 nə qədər pul alması dəqiq yadında deyildir. Ümümiyyətlə kimdən nə qədər pul alması dəqiq yadında deyildir. Aldığı pulları da onların özlərinə, yol xərcinə xərcləmişdir. Hər sənəddən ona təxmini 300 manat pul qalırdı. Aldığı pulları onların özlərinə xərclədiyi üçün qaytarmaq fikri də yoxdur. Yüngül cəza verilməyini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 Zülfüqar qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin iyun ayından tanıyır. Belə ki, himayəsində olan anadan gəlmə nitq qüsurlu, azyaşlı oğlu X10 maddi vəziyyəti yaxşı olmadığı üçün müalicə etdirə bilmədiyinə görə, sonuncunun səhhətində olan problemə görə ona sosial təqaüd düzəltdirmək istəmişdir. Bu məqsədlə də 2023-cü ilin iyun ayının ortalarında hazırda dəqiq xatırlamadığı gündə və vaxtda oğlu X16 rayon Mərkəzi Xəstəxanasında həkim müayinəsinə aparmışdır. O, Tovuz rayon Mərkəzi Xəstəxanasında olan zaman orada sonradan tanıdığı Təqsirləndirilən şəxs görüb məsləhət almaq məqsədilə sonuncuya yaxınlaşmış və oğlu Elçin Cəfərova nitq qüsurlu olduğunu deyib ona sosial təqaüd düzəltmək istədiyini və bunun üçün xəstəxanada kimə yaxınlaşa biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona təqaüd düzəltmək işini özünün həll etdiyini deyib problemsiz bu məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra onlar bir-birinə istifadələrində olan mobil nömrələri bildirmişlər. Beləliklə, 2025-ci ilin iyun ayının ortalarından etibarən o, Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaratmağa başlamışdır. Təqsirləndirilən şəxs oğlu Elçinə sosial təqaüd düzəldilməsi üçün ümumilikdə nə qədər pul vəsaiti lazm olacağını soruşduqda Asim ona bunu əvvəlcədən bilməyin mümkünsüz olduğunu, ödənişlərin vaxt keçdikcə hissə-hissə olacağını deyib onun işini çalışan qədər ucuz alındıracağını bildirmişdir. O, da razılaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs oğlu Elçin Cəfərova 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə və əlilliklə bağlı 220 manat pensiya düzəltdirəcəyi barədə vədlərinə inanıb, etibar edərək ilk dəfə 07 iyul 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt yanında başqa bir şəxs olmamışdır. Bundan sonra 20 iyul 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 300 (üç yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onların yanında hər hansı şəxs olmamışdır və Təqsirləndirilən şəxs həmin pul vəsaitini ondan Qazax ruhi xəstəxanasında oğlu Elçin Cəfərovu müalicə alan kimi qeydiyyatdan keçirmək üçün almışdır. Daha sonra 08 avqust 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 09 avqust 2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Əli Nəzmi küçəsində yerləşən Gəncə Psixiatrik xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 600 (altı yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt onların yanında hər hansı şəxs olmamışdır. Təqsirləndirilən şəxs həmin 600 manat məbləğində pul vəsaitini ələ keçirərkən ona bildirmişdir ki, həmin pul vəsaiti oğlu X17 Psixiatrik Xəstəxanasında qeydiyyatdan keçirmək məqsədilə lazmdır. Bundan başqa 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. 2023-cü ilin sentyabr ayının əvvəllərində Təqsirləndirilən şəxs ona bildirmişdir ki, Qazax və Gəncə ruhi əsəb dispanserlərdə qeydiyyat məsələsini oğlu Elçin Cəfərov stasionar müalicə (yatış) olmadan da həll edə bilmişdir, lakin son mərhələ olaraq göndəriş əsasında Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”ə gedib bir neçə gün orada stasionar müalicə almalıdır. O, Təqsirləndirilən şəxs oğlu Elçin həmin xəstəxanada qalmadan da bu işi həll etməyin mümkün olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs ona bildirmişdir ki, pensiya düzəltmək olar, amma sonradan həmin pensiya dayandırılacaq, əgər “Respublika Psixiatriya Xəstəxanası X21”ə gedib bir neçə gün orada stasionar müalicə alsa oğlu Elçinin pensiyası ömürlük, yəni müddətsiz olacaq. Bunu eşitdikdən sonra o, razılaşmışdır. Təqsirləndirilən şəxs ona hazırlıqlı olmağını, Bakıya gedəndə orada xəstəxanaya vermək üçün 1200 manat pul lazım olacağını əvvəlcədən demişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə o, oğlu Elçin Cəfərovla birlikdə Təqsirləndirilən şəxsla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində görüşmüşlər. Elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”in qarşısında Təqsirləndirilən şəxs ondan 1200 manat məbləğində pul vəsaitini nağd və əlbəəl formada ondan almış və oğlu Elçin Cəfərovu və onu xəstəxanaya daxil etmişdir. Xəstəxanaya daxil olduqdan sonra o, və oğlu xəstəxananın qeydiyyat şöbəsinin yanında dayanaraq durmuşlar. Təqsirləndirilən şəxs baş həkimin yanına getməli olduğunu deyib bir neçə dəqiq sonra geri qayıtmış və beş gün oğlum Elçinin orada qalmalı olduğunu demişdir. O, da etiraz etməmiş, lakin oğlu Elçin Cəfərov 5 gün yox, 12 gün orada qalmışdır. Nəhayət xx.xx.2023-cü il tarixdə oğlu Elçin Cəfərov Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”dən çıxmışdır. Bundan başqa xx.xx.2024-cü il tarixdə günorta saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa 10 yanvar 2024-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Əli Nəzmi küçəsində yerləşən Gəncə Psixiatrik xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 300 (üç yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə səhər saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa xx.xx.2024-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Əli Nəzmi küçəsində yerləşən Gəncə Psixiatrik xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 300 (üç yüz) manat məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs vermiş və nəhayət sonuncu dəfə xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Aşağı Öysüzlü kəndi ərazisində yerləşən Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 600 (altı yüz) manat məbləğində pul vəsaitini nağd və əlbəəl formada Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdən 28 aprel 2025-ci il tarixədək olan dövrdə oğlu Elçin Cəfərova 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə və əlilliklə bağlı 220 manat pensiya düzəltdirəcəyinə dair yalan vədlər verib onu özünə inandırmaqla nağd və əlbəəl formada hissə-hissə olmaqla ümumilikdə 3800 (üç min səkkiz yüz) manat məbləğdə nağd pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. O, Təqsirləndirilən şəxs verdiyi həmin pul vəsaitlərinin bir hissəsini "xxxx" ASC lombardından, bir hissəsini isə anası Ziyafət Yadigarovadan əldə etmişdir. Hər dəfə ondan soruşanda işin düzəldiyini, qaçılmaz olduğunu bildirirdi. 4400 manat pul verib, ancaq ittihamda 3800 manat qeyd olunubdur. Həmin puldan heç bir ödəniş edilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən etibarən tanımışdır. Belə ki, həmkəndlisi X11 xx.xx.2023-cü il tarixdə səhər saatlarında ona zəng edərək onu və bir nəfər tanışı ilə Tovuz şəhərinə aparmağını xahiş etmiş, o da taksi olaraq razılaşmışdır. Bundan sonra Aynur və onun tanışı əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 Zülfüqar qızını özünə məxsus VAZ-2104 minik markalı, 99-ÇZ-409 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Tovuz şəhərinə aparmışdır. Yolboyu Aynur və Ülviyyə pensiya düzəldilməsindən danışmışlar, o, onların söhbətini eşitsə də, tam olaraq maraqlanmamışdır. Tovuz şəhəri İstiqlal küçəsinə çatdıqda indiki “Araz” supermarketin yaxınlığında Ülviyyə ondan avtomobilini dayandırmağını xahiş etmişdir. O, avtomobilini yol kənarında dayandırdıqdan sonra bir nəfər ortayaşlı, əvvəllər tanımadığı, görmədiyi, şəxsiyyəti sonradan ona məlum olan Asim adlı şəxs avtomobilinə yaxınlaşıb salona əyləşmişdir. Təqsirləndirilən şəxs sənədlə bağlı Ülviyyə və Aynurla danışdıqdan sonra ondan Tovuz RMX-ya sürməyi tələb etmişdir. O, da Tovuz RMX-ya doğru avtomobilini hərəkət etdirmişdir. Xəstəxananın həyətində onlar üçü də düşüb xəstəxanaya getmişlər, o isə avtomobildə gözləmişdir. Təxminən yarım saat sonra geri qayıtmışlar. O, həmin vaxt oğlu Taleh Xalıqverdiyevin 2-ci qrup əlil olduğunu deyib əvvəllər ona əlilliyinə görə 150 manat pul aldığını, lakin 2020-ci ilin dekabr ayında pensiyasının kəsildiyini bildirib oğlunun pensiyasının yenidən düzəlməsində də kömək edə bilib-bilmədiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona sənədlərə baxmadan bir söz deyə bilməyəcəyini bildirmişdir. O, oradan birbaşa Tovuz VTEK şöbəsinə getmişdir. VTEK şöbəsindən oğlu Talehə dair sənədləri alıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, oğlu Talehin işi digərlərinin işindən daha tez və asan həll oluna bilər. O, bunun üçün nə qədər pul lazm olacağını soruşduqda Asim ona bu barədə hələ dəqiq bir söz deyə bilməyəcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs VTEK-dən aldığım sənədləri kserosurətini çıxarmaq üçün ilkin olaraq 45 manat istəmişdir. O, da xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Tovuz şəhəri İstiqlal küçəsində avtomobilinin içərisində Aynurdan 45 manat alıb Asimə vermişdir. O, uşağın hazırda Rusiyada olduğunu demiş, Asim də uşağın mütləq gəlməyini demişdir. Uşaq Rusiyadan gəlmiş gömrükdən keçən vaxt Asim ona zəng etdi ki, niyə deməmisən uşağn Rusiyada olduğunu, gömrükdən keçdiyini, həkim 300 manat pul istəyir. O da pulu olmadığı üçün 250 manat pul vermişdir. xx.xx.2023-cü il tarixdə, saat 16 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən yerdə nağd və əlbəəl formada 850 (səkkiz yüz əlli) manat məbləğində, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən yerdə nağd və əlbəəl formada 900 (doqquz yüz) manat məbləğində, xx.xx.2023-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən yerdə nağd və əlbəəl formada 250 (iki yüz əlli) manat məbləğində, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən yerdə tanışım X6 yanında nağd və əlbəəl formada 1600 (bir min altı yüz) manat məbləğində, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində yerləşən “Hemodializ” xəstəxanasının qarşısında oğlu Taleh Xalıqverdiyevin yanında nağd və əlbəəl formada 200 (iki yüz) manat məbləğində, xx.xx.2024-cü il tarixdə, günorta saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən yerdə, tanımadığı və hazırda adını xatırlamadığı çayxanada nağd və əlbəəl formada 1200 (bir min iki yüz) manat məbləğində, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində Bakı-Qazax avtomobil yolu ilə Tovuz-Böyük Qışlaq avtomobil yolunun kəsişməsində olan yolayrıcında nağd və əlbəəl formada 200 (iki yüz) manat məbləğində pul vəsaitlərini ələ keçirərək, ümumilikdə 7245 manat pul verib, ancaq 2000 manat subut olmadığı üçün 5245 manat pula sübutu vardır. Oğlu 2024-cü ilin oktyabr ayında Tovuz RMX-nın 3-cü mərtəbəsində 10 gün stasionar müalicə almışdır. Bundan sonra isə hazırda dəqiq xatırlamadığı tarixdə Maştağa xəstəxanasında stasionar 1 həftə müalicə almışdır. Dəymiş ziyandan heç məbləğ ödəməyibdir. Tərsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, İbrahimhacılı kənd sakini Zərərçəkmiş şəxs1 Zülfüqar qızının vasitəsilə tanımışdır. Belə ki, həmkəndlisi Zərərçəkmiş şəxs1 söhbət əsnasında ona bildirmişdir ki, tanışı Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs köməyi ilə fiziki qüsurlu oğluna pensiya düzəldir. O, Ülviyyəyə həmin tanışının ona da pensiya düzəldə bilibbilməyəcəyini soruşduqda sonuncu bildirmişdir ki, bu barədə Təqsirləndirilən şəxs özü ilə danışıb məlumat əldə etsin. Bundan sonra o, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs mobil telefon nömrəsini əldə edib onunla əlaqə saxlamış və Təqsirləndirilən şəxs ilə danışıb, ona pensiya düzəldə bilib-bilməyəcəyi barədə soruşmuş, sonuncu problem olmadığını, ona pensiya düzəldə biləcəyini demişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan hissə-hissə pul vəsaitləri tələb etməyə başlamışdır. Belə ki, Təqsirləndirilən şəxs ona əmək pensiyası düzəldəcəyinə dair yalan vədlər verib aldatmaqla ayrı-ayrı vaxtlarda 4800 manat pul məbləği almışdır. O, həmin pulları qonşusundan borc almaqla, həyətindəki borunu satmaqla Asimə vermişdir. Hazırda ona vurduğu ziyandan heç bir məbləğ ödəməmişdir. Tərsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Təqsirləndirilən şəxsla qohumluq əlaqələri vardır. Buna görə də Təqsirləndirilən şəxs dəfələrlə yaşadığı evdə qonaq olmuşdur. 2024-cü ilin may ayının sonlarında hazırda dəqiq xatırlamadığı evdə Təqsirləndirilən şəxsla görüşən zaman sonuncu ona "xxxx" ASC-də onun adına hesab olduğunu və həmin hesabda təxminən 24000 manat məbləğdə pul vəsaiti toplandığını deyib istəsə həmin pulu əldə edib ona verə biləcəyini demişdir. O, bu barədə Təqsirləndirilən şəxs ətraflı məlumat verməsini istəmişdir. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, hər bir Azərbaycan Respublikası vətəndaşının adına fərdi qaydada "xxxx" ASC-də hesab yaradıldığını və şəxs öldükdən sonra həmin hesaba toplanan pulun tam şəkildə, sağ ikən isə yarı hissəsinin əldə edilə biləcəyini bildirmişdir. O, necə həmin pulu əldə etmək olar deyib soruşmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, “sənin nəyinə lazmdır, mən bu işlərin yolunu izini bilirəm” istəsən həll edərəm. O, Təqsirləndirilən şəxs bunun üçün nə etməli olduğunu dedikdə Təqsirləndirilən şəxs müəyyən məbləğdə pul lazm olacağını deyib işin gedişində həmin məbləğin nə qədər olacağını bilməyin mümkün olacağını deyib onun üçün çalışan qədər az xərcə həll edəcəyini bildirmişdir. O, da razılaşmışdır. Beləliklə onlar danışıb razılaşmışlar. Aradan bir neçə gün keçdikdən sonra, 2024-cü ilin iyun ayının sonlarında hazırda dəqiq xatırlamadığı tarixdə və gündə, günorta saatlarında Təqsirləndirilən şəxs Tovuz rayonu, Koxanəbi kəndində yerləşən yaşadığı evə gəlib ondan işinin həll olunmasından ötrü 520 manat pul vəsaiti istəmişdir. Həmin vaxt onların yanında arvadı Minarə və qızı Dünya olmuşdurlar. O, Təqsirləndirilən şəxs ona "xxxx" ASC-də onun adına hesab olması və həmin hesabda təxminən 24000 manat məbləğdə pul vəsaiti toplanması barədə məlumat verib, həmin pul vəsaitinin 12000 manat hissəsini bankdan ona ödətdirəcəyinə dair vədinə inanıb 2024-cü ilin iyun ayının sonlarında hazırda dəqiq xatırlamadığı gündə, günorta saatlarında Tovuz rayonu, Koxanəbi kəndində yerləşən yaşadığı evdə ailə üzvlərinin yanında 520 manat məbləğdə pul vəsaiti vermişdir. Bundan başqa 2024-cü ilin iyul ayının sonlarında hazırda dəqiq xatırlamadığı tarixdə və vaxtda Tovuz rayonu, Dondar Quşçu kəndində “Piryez” adlanan ərazidə 200 manat məbləğdə pul vəsaiti nağd və əlbəəl formada vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs 2024-cü ilin iyun-iyul ayları ərzində iki dəfə olmaqla ümumilikdə 720 manat məbləğdə pul vəsaitini ələ keçirmişdir. Həmin pullar özünə məxsus olmuşdur. O, bu barədə Asimdən soruşmuşdur. Asim ona bu barədə heç bir məlumat verməmişdir. Aldığl pulu hələ də ödəməmişdir. Tərsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, birinci Qarabağ müharibəsi iştirakçısıdır. Müharibə dövründə bronxial astma xəstəliyinə yoluxmuş və müharibə bitdikdən sonra o, təqaüd almaq üçün müraciət etmiş və ona 2-ci qrup mülki əlillik dərəcəsi təyin olunmuş və o, 300 (üç yüz) manat təqaüd almağa başlamışdır. O, Təqsirləndirilən şəxs 2024-cü ilin may ayından tanıyır. Belə ki, 2024-cü ilin may ayında hazırda dəqiq xatırlamadığı tarixdə və vaxtda Tovuz şəhəri, M.Ə.Sabir küçəsi ərazisində, "xxxx"ın inzibati binası ilə üzbəüz yerləşən çayxanada tanış olmuşdur. Təqsirləndirilən şəxsla ilk dəfə ünsiyyətləri zamanı o, müharibə iştirakçısı olduğunu, ona hazırda 2-ci qrup əlillik dərəcəsi təyin olunduğunu və əlillik qrupuna müvafiq olaraq 300 manat məbləğdə pensiya aldığını, lakin həmin məbləğin azlıq təşkil etdiyini və müalicə və dərmanları üçün yetərli olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olduğunu deyib istəsə həmin tanışları vasitəsilə pensiyasının məbləğini çoxalda biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olduğunu bildirsə də, konkret hər hansı bir şəxsin adını qeyd etməmişdir. O, Təqsirləndirilən şəxsla bir qədər də söhbət etmişdir. Söhbət əsnasında Təqsirləndirilən şəxs onu inandırmaq üçün Qazax və Ağstafa rayon sakinləri, Tovuz rayonunun bir sıra kəndlərindən olan şəxslərə də bu barədə köməklik göstərmiş, bəzilərinin əlillik qrupunu dəyişdirib, bəzilərinə təyin olunmuş pensiyanın məbləğini çoxaldıb. Beləliklə, o, Təqsirləndirilən şəxsla bir qədər ünsiyyətdə olduqdan sonra sonuncunun dediklərinə inanıb ona da pensiyasının məbləğinin çoxaldılmasında kömək göstərməsini xahiş etmiş və bunun müqabilində nə qədər pul lazm olacağını soruşmuşdur. Təqsirləndirilən şəxs ona təyin olunmuş 300 (üç yüz) manat pensiyasının məbləğini çoxaltdıraraq 770 (yeddi yüz yetmiş) manat təyin etdirəcəyinə dair vəd verib bunun müqabilində əvvəl 15000 manat istəmişdir. Sonda 4500 manata razılaşdılar. Daha sonra Təqsirləndirilən şəxs ondan xəstəliyinə dair bir sıra sənədləri tələb etmişdir. O, tələb olunan sənədləri əldə edib Təqsirləndirilən şəxs vermişdir. O, xx.xx.2024-cü il tarixdə ABB-in Tovuz rayon filialından 2000 manat məbləğdə pul krediti götürmüş və qalan 2000 manat pulu isə qardaşı Bayram Bədəlovdan borc qismində almışdır. O, qardaşı Bayram Bədəlova da Təqsirləndirilən şəxsla aralarında olmuş razılaşma barədə məlumat vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs ondan tələb etdiyi 4000 manat pulu tam düzəldib hazır etdikdən sonra elə həmin gün, yəni xx.xx.2024-cü il tarixdə saat 16 radələrində Tovuz rayonu, Aşağı Quşçu kəndi ərazisində “Piryez” olaraq bilinən ərazidə yerləşən çayxanada Təqsirləndirilən şəxsla görüşüb nağd və əlbəəl formada sonuncuya vermişdir. Beləliklə, o, Təqsirləndirilən şəxs tələb etdiyi 4000 manat pul vəsaitini verdikdən sonra, 2024-cü ilin avqust ayında Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhərində yerləşən əlillərin bərpa mərkəzinə getmişlər və o, tək orada hərbi həkim komissiyasından keçmişdir. Təqsirləndirilən şəxs ona narahat olmamağını, tezliklə pensiyasının məbləğini çoxaldacağını bildirmişdir. Beləliklə, bir neçə dəfə də hazırda adlarını xatırlamadığı xəstəxanalarda olmuşlar, lakin bu günədək nə onun pensiyasının məbləği çoxaldılıb, nə də Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirilmiş ona məxsus 4000 manat pul vəsaiti geri qaytarılmışdır. Tərsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2023-cü ilin noyabr-dekabr ayından tanımışdır. Belə ki, qızı Zərərçəkmiş şəxs1 həmin dövrdə Tovuz rayonu, Aşağı Quşçu kənd sakini Təqsirləndirilən şəxs vasitəsilə fiziki qüsurlu oğlu Elçin Cəfərova əlillik dərəcəsi təyin etdirib bununla bağlı pensiya düzəltdirdiyini demişdir. O, bunun üçün pul verib-vermədiyini qızı Ülviyyədən soruşduqda sonuncu ona Təqsirləndirilən şəxs qızının oğlu Elçin Cəfərova 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyinə və əlilliklə bağlı 220 manat pensiya düzəltdirəcəyi barədə vədlərinə inanıb, etibar edərək ilk dəfə 07 iyul 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində, 20 iyul 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 300 (üç yüz) manat məbləğində, 08 avqust 2023-cü il tarixdə Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində, 09 avqust 2023-cü il tarixdə günorta saatlarında Gəncə şəhəri, Kəpəz rayonu, Əli Nəzmi küçəsində yerləşən Gəncə Psixiatrik xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 600 (altı yüz) manat məbləğində 05 sentyabr 2023-cü il tarixdə günorta saatlarında Tovuz rayon Mərkəzi Xəstəxanasının inzibati binasının qarşısında, yəni xəstəxananın həyətində nağd və əlbəəl formada 100 (bir yüz) manat məbləğində, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Psixiatriya Xəstəxanası X21”in qarşısında Təqsirləndirilən şəxs 1200 manat məbləğində pul vəsaitini nağd və əlbəəl formada Təqsirləndirilən şəxs verdiyini demişdir. Bundan sonra da Zərərçəkmiş şəxs1 müəyyən məbləğlərdə pul vəsaitləri vermişdir. Həmçinin ondan da Təqsirləndirilən şəxs vermək məqsədilə 2023-cü ilin noyabr ayının hazırda dəqiq xatırlamadığı tarixdə və vaxtında 600 manat məbləğdə pul vəsaiti borc qismində almışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr ayından tanıyır. Belə ki, tanışı, Tovuz rayonu, İbrahimhacılı kənd sakini Zərərçəkmiş şəxs1 Zülfüqar qızı 2022-ci ilin sentyabr ayının əvvəlində ona bildirmişdir ki, tanışı Asim adlı şəxsin vasitəsilə fiziki qüsurlu övladına sosial təqaüd düzəltdiyini demişdir. O, da bu barədə xalası X2 bildirmişdir. Xalası Mətanət də ona xərçəng xəstəsi olan əri Ədalətə də xəstəliyinə görə təqaüd düzəltdirmək istədiyini demişdir. O, bu barədə Ülviyyəyə demiş, sonuncu da problem olmadığını Təqsirləndirilən şəxsla danışıb həll etməyin mümkün olduğunu bildirmişdir. Beləliklə, o, Zərərçəkmiş şəxs1 ilə birlikdə Təqsirləndirilən şəxsla danışıb razılaşmaq məqsədilə xx.xx.2022-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 avtomobili ilə Tovuz şəhərinə getmişlər. Tovuz şəhəri, İstiqlal küçəsi ərazisində, indiki Araz marketin yaxınlığında Ülviyyə avtomobili dayandırmağı istəmiş və sonradan tanıdığı orta yaşlı, Təqsirləndirilən şəxs avtomobilə yaxınlaşıb əyləşmişdir. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə sənədləşmə barədə danışıb Tovuz RMX-ya getməyi istəmişdir. Xəstəxanaya gedib təxminən yarım saat orada olduqdan sonra Təqsirləndirilən şəxs xəstəxanadan çıxmışdır. Onlar yenidən Zərərçəkmiş şəxs2 avtomobilinə əyləşmişlər. Yolboyu sürücü Zərərçəkmiş şəxs2 də öz oğlunun 2-ci qrup əlil olduğunu deyib əvvəllər pensiya aldığını, lakin hazırda pensiyasının 2020-ci ildən dayandırıldığını bildirmiş və ona da kömək edə bilib-bilməyəcəyini Təqsirləndirilən şəxs soruşmuşdur. Sonuncu sənədlərə baxdıqdan sonra bir söz deyə biləcəyini demişdir. Ardınca Zərərçəkmiş şəxs2 tez Tovuz şəhər VTEK-dən oğlunun əlilliyinə dair sənədləri alıb Təqsirləndirilən şəxs təqdim etmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxdıqdan sonra problem olmadığını, həll edə biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 nə qədər pul lazm olacağını soruşmuşdur. Təqsirləndirilən şəxs da ilkin olaraq sənədləri surətini çıxarıb hazır etmək üçün 45 (qırx beş) manat pul istəmişdir. Zərərçəkmiş şəxs2 həmin vaxt ondan borc olaraq 45 manat almış və Təqsirləndirilən şəxs vermişdir. Bundan başqa o da xalasının əri Ədalətin xərçəng xəstəsi olduğunu demiş və ona da pensiya düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs tibbi sənədləri gətirməyini istəmişdir. O, da xalasına zəng edib əri Ədalətin xəstəliyinə dair sənədləri hazır edib ona göndərməsini istəmişdir. Beləliklə, onlar günorta saatlarında ayrılmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs ondan nömrəsini istəmiş və o, nömrəsini bildirmişdir. xx.xx.2025-ci il tarixdə o, saat təxminən 16 radələrində qohumu Ədalətin sənədlərini götürüb Tovuz rayonu, Aşağı Quşçu kəndində “Piryez” deyilən yerdə hazırda adını xatırlamadığı çayxanada Təqsirləndirilən şəxsla görüşüb ona sənədləri təqdim etmişdir. Təqsirləndirilən şəxs sənədlərə baxıb ASAN xidmətdə bu sənədlərin surətini çıxarmaq və başqa sənədləşmə işləri görmək üçün 86 manat rüsum lazm olacağını deyib ondan 86 manat pul istəmişdir. O, da xalası ilə razılaşıb 86 manat pulu nağd və əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Aradan bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək qohumu Ədalətə pensiya düzəltmək məqsədilə əlavə 450 manat da pul lazm olacağını demiş və o da razılaşmışdır. Beləliklə, Təqsirləndirilən şəxs qohumu Ədalətə pensiya düzəltməkdən ötrü növbəti dəfə 2022-ci ilin sentyabr ayının sonlarında hazırda dəqiq xatırlamadığı tarixdə və gündə Tovuz rayonu, Aşağı Öysüzlü kəndində yerləşən Tovuz RMX-nın həyətində nağd və əlbəəl şəkildə 450 manat pul vəsaiti vermişdir. Aradan bir qədər keçdikdən sonra Təqsirləndirilən şəxs ona yenidən zəng edərək əlavə 500 manat da istəmiş, lakin o, artıq Təqsirləndirilən şəxs dələduzluq etdiyini başa düşüb pul verməkdən imtina etmişdir. Aradan bir müddət keçdikdən sonra ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmkəndlisi Zərərçəkmiş şəxs2 oğlunun pensiyasını yenidən təyin etdirəcəyinə dair sonuncudan 5245 manat pul almış, eyni zamanda Rüfətin oğlunu Rusiyadan gətizdirib Bakı şəhəri, Maştağa qəsəbəsində ruhi xəstəxanada müalicə etdirmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının vəsatəti və müdafiə tərəfinin razılığı əsasında ifadəsi elan edilməklə tədqiq edilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, hazırda Tovuz rayonu, Koxanəbi kəndində daimi pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayır. Zərərçəkmiş şəxs5 onun əridir. Təqsirləndirilən şəxs isə onların qohumlarıdır. 2024-cü ilin iyun ayının sonlarında hazırda dəqiq xatırlamadığı tarixdə və gündə, günorta saatlarında qohumu Təqsirləndirilən şəxs Tovuz rayonu, Koxanəbi kəndində yerləşən yaşadıqları evə gəlib əri Zərərçəkmiş şəxs5 "xxxx" ASC-də onun adına hesab olması və həmin hesabda təxminən 24000 manat məbləğdə pul vəsaiti toplanması barədə məlumat verib, həmin pul vəsaitinin 12000 manat hissəsini bankdan ona ödətdirəcəyinə dair vəd verib inandırmaqla bu işin həll olunmasından ötrü 520 manat pul vəsaiti istəmişdir. Həmin vaxt onların yanında o, da olmuşdur və danışıqlarını eşitmişdir. Əri Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs "xxxx" ASC-də əri Məzahirin adına hesab olması və həmin hesabda təxminən 24000 manat məbləğdə pul vəsaiti toplanması barədə məlumat verib, həmin pul vəsaitinin 12000 manat hissəsini bankdan əri Məzahirə ödətdirəcəyinə dair vədinə inanıb 2024-cü ilin iyun ayının sonlarında hazırda dəqiq xatırlamadığı gündə, günorta saatlarında Tovuz rayonu, Koxanəbi kəndində yerləşən yaşadıqları evdə onun yanında 520 manat məbləğdə pul vəsaiti vermişdir. Həmin pul onların ailə büdcələrinin pulu olmuşdur. Bundan başqa əri Məzahir ondan 200 manat pul da alıb 2024-cü ilin iyul ayının sonlarında hazırda dəqiq xatırlamadığı tarixdə və vaxtda Tovuz rayonu, Dondar Quşçu kəndində “Piryez” adlanan ərazidə nağd və əlbəəl formada Təqsirləndirilən şəxs vermişdir. Beləliklə, Təqsirləndirilən şəxs əri Zərərçəkmiş şəxs5 2024-cü ilin iyun-iyul ayları ərzində iki dəfə olmaqla ümumilikdə 720 manat məbləğdə pul vəsaiti ələ keçirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - «Cinayət işinin başlanılması və icraata qəbul edilməsi» haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilən əsasa görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmışdır. «Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələr üzrə ittiham elan edilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğuna dair məlumat yoxdur. Cinayət əməlinin tövsif edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. “Tovuz rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz RMX PHŞ Poliklinika şöbəsində həkim psixiatrın kabinetində “şizoid şəxsiyyət pozğunluğu” diaqnozu ilə qeydiyyata alınmışdır. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X20 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 695 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onu hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət-Prosessual Məcəlləsinin 144 və 145.1-ci maddələrində təsbit edilmişdir ki, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi ilə yanaşı, mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində göstərilmişdir ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməllərin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi sübut edilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 7 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs dələduzluq yolu ilə zərərçəkmiş şəxslərdən pullarını ələ keçirməsi iş üzrə toplanmış mötəbər sübutlarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə məxsus pulları onların iradəsinə zidd olaraq deyil, onlara pensiya təyin etdirmək, bank hesabında olan pulları götürmək kimi yalan vədlər verərək zərərçəkmiş şəxslərin könüllü iradələri əsasında ələ keçirmişdir. Bu zaman onun niyyəti verdiyi vədləri həyata keçirmək olmamışdır. İş üzrə toplanmış sübutlarla müəyyən olunur ki, onun niyyəti yalnız özgənin pul vəsaitlərini əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə yönəlmişdir. Bu zaman o, dələduzluq cinayətinin üsulları kimi aldatma və etibardan sui-istifadə etmə üsullarından istifadə etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 qarşı dələduzluq cinayəti törətmədiyini, 720 manat pulu borc aldığını bildirsə də, təqsirləndirilən şəxsin bu ifadəsi iş üzrə toplanmış digər sübutlarla təkzib olunur. Belə ki, zərərçəkmiş şəxsin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələri, eləcə də onunla təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti protokolu ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs5 bank hesabında olan pulun çıxarılması ilə bağlı verdiyi vədə inandıraraq ondan 720 manat almışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, onun zərərçəkmiş şəxslərə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 nömrəli Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə göstərir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə cəzasını ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmasını qanunamüvafiq hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Təsvir edilən maddi hüquq normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməyi mümkün edir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edib əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir, Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini qeyd edir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxin şəxsiyyəti, cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də cəzanın səmərəliliyi və məqsədəuyğunluğu nəzərə alınmaqla təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmənin qənaətinə görə cəzanın növü və həddi müəyyən edilərkən, cəza təyin etmənin ümumi prinsipləri rəhbər tutulmalı, təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmaması qeyd edilməli, zərərçəkmiş şəxslərin ondan şikayətiçi olmaları, dəymiş ziyanın ödənilməməsi nəzərə alınmalı və ona təqsirləndirildiyi sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzası təyin olunmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qeyd olunmuşdur ki, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir Cəzaçəkmə müddətinin əvvəli onun məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Cinayət Prosessual Məcəllənin 158.2-ci maddəsində qeyd olunmuşdur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət Məcəllənin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346-cı maddəsində nəzərdə tutulan, məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında müzakirə edilməli olan digər məsələlərlə bağlı aşağıdakıları qeyd edir: İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Məhkəmə qətimkan tədbiri ilə bağlı qeyd edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs ibtidai istinaq və məhkəmə zamanı həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Pərvanə İsaqlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar