Azərbaycan Respublikası adından HÖKM Tovuz rayon İş № 1(062)-163/2025 18.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx.xx.1998-ci ildə Tovuz rayonu Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqları olan, Tovuz rayonu Yanıqlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Tovuz rayon X2 hissəsinin 129 nömrəli yanğından mühafizə bölməsinin dispetçeri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Tovuz rayon X2 Hissəsinin böyük yanğınsöndürəni vəzifəsində işləyən tanışı Zərərçəkmiş şəxs1 vəzifəsini Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Tovuz rayon X2 X3 bölməsinə manqa komandiri vəzifəsinə dəyişilməsi üçün kömək edəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, sonuncu tərəfindən hissə-hissə olmaqla Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Zəhra market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 14:25-də "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 700 (yeddi yüz) manat və Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Zəhra market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə xx.xx.2024-cü il tarixdə, saat 11:42-də "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 400 (dörd yüz) manat məbləğdə pul vəsaitinin köçürülməsinə nail olub, həmin vəsaitləri ələ keçirərək, yəni Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 1100 (bir min bir yüz) manat məbləğdə pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. Bundan başqa o, təkrar xx.xx.2019-cu il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Tovuz rayon X2 hissəsinin 129 nömrəli yanğından mühafizə bölməsinin dispetçeri vəzifəsində işləyərkən qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmə məqsədi ilə, tanışı Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X2 Xidmətinin Tovuz rayon X2 hissəsinin yanğınsöndürəni vəzifəsinə təyin etdirəcəyinə dair yalan vəd verib aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə sonuncu tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 13:02-də Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Zəhra market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 550 (beş yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə, saat 19:08-də Tovuz şəhərində fəaliyyət göstərən “Target market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 1500 (bir min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 18:13-də Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Bazarstore” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 20:36-da Tovuz şəhərində fəaliyyət göstərən “Target market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 17:03-də Tovuz şəhəri ərazisindən mobil tətbiq vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 11:38-ə Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Zəhra market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6961-0696 nömrəli kart hesabına 600 (altı yüz) manat, xx.xx.2025-ci il tarixdə, saat 17:28-də Tovuz şəhəri, Musa Musayev küçəsində fəaliyyət göstərən “Zəhra market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6961-0696 nömrəli kart hesabına 50 (əlli) manat, xx.xx.2025-ci il tarixdə, saat 13:37-də Tovuz şəhərində fəaliyyət göstərən “Target market” mağazasına quraşdırılmış “Mpay” ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6961-0696 nömrəli kart hesabına 400 (dörd yüz) manat və xx.xx.2025-ci il tarixdə, istintaqa məlum olmayan vaxtda Tovuz şəhəri ərazisindən ödəmə terminalı vasitəsi ilə "xxxx" ASC-də olan özünə məxsus 5522-0993-6480-5713 nömrəli kart hesabına 400 (dörd yüz) manat məbləğdə pul vəsaitlərinin göndərilməsinə nail olub həmin vəsaitləri ələ keçirərək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 4600 (dörd min altı yüz) manat məbləğdə pul vəsaitini qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrar ələ keçirməklə dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı dindirilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri və işin digər tədqiq olunmuş halları ilə aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham olunduğu əməli törətməkdə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2024-cü ilin oktyabr ayında əvvəlcədən tanıdığı, Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon X2 Hissəsinin böyük yanğınsöndürəni Zərərçəkmiş şəxs1 onun vəzifəsini Fövqəladə Hallar Nazirliyində işləyən qohumu vasitəsilə FHN-nin Tovuz rayon Böyük Qışlaq kəndi ərazisində yerləşən X2 X3 bölməsinə manqa komandiri olaraq dəyişə biləcəyini bildirərək bunun müqabilində ondan müxtəlif vaxtlarda onlayn ödəniş üsulları ilə 1100 manat məbləğində pul vəsaiti əldə etmiş, Adillə danışdıqda onun işini 700 manat qarşılığında dəyişəcəyini bildirsə də, həmin məbləği əldə etdikdən sonra ondan 400 manat da istəmiş, lakin həmin pulları aldıqdan sonra Adilin iş yerinin dəyişilməsi barədə heç bir şəxslə əlaqə yaratmamış, həmin pul vəsaitlərini Zərərçəkmiş şəxs1 onlayn şəkildə ona məxsus olan 5522 0993 6480 5713 nömrəli ABB kartına göndərmişdir. Tanışı Zərərçəkmiş şəxs1 ona qohumu Zərərçəkmiş şəxs2 işə düzəlmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs1 qohumu Zərərçəkmiş şəxs2 15000 manat məbləğində pul qarşılığında FHN-nin Tovuz rayon X2 Hissəssinin yanğınsöndürəni kimi işə düzəldəcəyimi bildirmiş, həmin məbləği isə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 həmin məbləğin 4600 manatını onlayn şəkildə hissə-hissə ödəmiş, Adil onun işini dəyişməyi ilə bağlı xx.xx.2024-cü il tarixdə 700 manat, xx.xx.2025-ci il tarixdə isə 400 manat pulu onlayn şəkildə onun "xxxx" ASC-də olan **********805713 nömrəli kart hesabına göndərmişdir. Zərərçəkmiş şəxs2 ilk dəfə xx.xx.2024cü il tarixdə 550 manat, xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, sonrakı gün, yəni xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində əlavə pul da lazım olduğunu bildirdikdən sonra, həmin gün ona məxsus **********805713 nömrəli ABB kartına 500 (beş yüz) manat pul göndərmiş, növbəti dəfə xx.xx.2024-cü il tarixdə 500 manat məbləğində pulu ona məxsus həmin karta göndərmiş, xx.xx.2024-cü il tarixdə 600(altı yüz) manat pulu ona məxsus ABB kartına göndərmiş, xatırladığı qədərilə xx.xx.2024-cü il 100(bir yüz) manat, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu ərazisindən 50 manat, xx.xx.2025-ci il tarixdə 400( dörd yüz) manat və 2025-ci ilin aprel ayının xatırlamadığı günündə xatırladığı qədərilə 400 (dörd yüz) manat pulu onun "xxxx" ASC-də olan **********805713 və **********610696 nömrəli kart hesablarına göndərmişdir. O, Zərərçəkmiş şəxs1 hazırkı işini dəyişəcəyimə və Zərərçəkmiş şəxs2 işə düzəldəcəyimə dair onların hər ikisinə də vəd verərək, Zərərçəkmiş şəxs1 1100 manat, Zərərçəkmiş şəxs2 isə 4600 manat məbləğində pul vəsaiti əldə etmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixdə 700 (yeddi yüz) manat, xx.xx.2025-ci il tarixdə isə 400 (dörd yüz) manat pul vəsaitlərini ona onlayn qaydada göndərmişdir. Zərərçəkmiş şəxs2 isə xatırladığı qədərilə, xx.xx.2024-cü il tarixdə 550 (beş yüz əlli) manat, xx.xx.2024-cü il tarixdə 1500 (min beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 500 (beş yüz) manat, xx.xx.2024-cü il tarixdə 600 manat, xx.xx.2024-cü il 100 (bir yüz) manat, xx.xx.2025-ci il tarixdə Tovuz rayonu ərazisindən 50 manat, xx.xx.2025-ci il tarixdə 400 (dörd yüz) manat və 2025-ci ilin aprel ayının xatırlamadığı günündə təxminən 400 (dörd yüz) manat pulu onun "xxxx" ASC-də olan **********805713 və **********610696 nömrəli kart hesablarına göndərmişdir. Zərərçəkmiş şəxs2 onun "xxxx" ASC-də olan **********805713 və **********610696 nömrəli kart hesablarına ümumilikdə 4600 (dörd min altı yüz) manat pul vəsaiti köçürmüşdür. Lakin həmin pul vəsaitlərinin dəqiqliklə hansı vaxtlarda və hansı məbləğlərdə köçürdüyünü xatırlamır. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ona əlbəəl pul verməmişdir. Hazırda zərərçəkmiş şəxsə vurduğu zərəri qismən ödəmiş və geri qalan 12500 (on iki min beş yüz) manat pulun qaytarılması ilə bağlı ayda 500 manat olmaqla razılığa gəlmişlər. Hazırda zərərçəkmiş şəxslərə vurduğu zərəri ödəmiş, onlarla barışıq əldə etmişdir. Əməlindən səmimi peşman olmasını, himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını nəzərə alıb məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində ibtidai istintaqda vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək və məhkəməyə ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində ibtidai istintaqda vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək və məhkəməyə yazılı ərizə təqdim edərək bildirdi ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənildiyindən ondan heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etdi. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmə yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin müvafiq qaydada təsdiq edilmiş surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci ildə anadan olmuş Nilay və xx.xx.2024-cü ildə anadan olmuş Fərid adlı 2 (iki) nəfər azyaşlı uşaqları var. İş materiallarında olan Tovuz Rayon İHB-nin Yanıqlı kənd İƏD üzrə nümayəndəliyinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilir. Onun bu əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Ona görə də o, həmin maddələr ilə təqsirli bilinib, onun sanksiyası daxilində cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, aşağıdakıları nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikası CPM-nin 139.0.5 və 353.2.3-cü maddələrinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs cinayəti etiraf edib əməlindən səmimi peşman olmasını, cəmiyyətdə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tam ödəməklə barışmasını və himayəsində 2 (iki) nəfər azyaşlı uşaqlarının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin hümanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncamının 10.3-cü bəndində qeyd edilmişdir ki, törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” fərmanına əsasən, cəza siyasətinin hümanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması üzrə tədbirlərin davam etdirilməsi tövsiyyə edilmişdir. Məhkəmə yuxarıda qeyd olunan cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini və təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsini qanuni və əsaslı olmaqla onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir. 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, 52-1.2.2. elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, 52-1.3. Məhkəmə məhkum üçün əlavə vəzifələr müəyyən edə bilər, 52-1.3.1. kütləvi və ya digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, 52-1.3.3. alkoqolizimdən, narkomaniyadan və taksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək yaşadığı Tovuz rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vəsitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı yaşayış yerinin və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və idarə etmədə rəhbər vəzifə tutan şəxslərlə ünsiyyətdən çəkinmə vəzifələri qoyulmalıdır. Belə ki, işdən görünür ki, qulluq mövqeyindən və rəhbər şəxslərlə əlaqələrindən istifadə edərək zərərçəkmiş şəxslərə yalan vədlər verməklə hazırki cinayəti törətmişdir. Odur ki, gələcəkdə də bu növ cinayət törədilərkən ətrafdakıları inandırmaq üçün vəzifəli şəxslərlə görüntü üçün ünsiyyətə girmək imkanlarının olması istisna edilmir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25 avqust 2025-ci il tarixdən 27 avqust 2025-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində saxlanılmışdır. Ona görə də Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, həmin müddət bir günə iki gün hesabı ilə hesablanmaqla təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 381 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 04 (dörd) gün müddət ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması əsas cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Tovuz rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və idarə etmədə rəhbər vəzifə tutan şəxslərlə ünsiyyətdən çəkinmə vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №1(062)-163/2025
Tovuz Rayon Məhkəməsi Hökm — İş №1(062)-163/2025
18.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver