Məhkəmə qərarları › İş №1(062)-168/2025

Tovuz Rayon Məhkəməsi Qərar — İş №1(062)-168/2025

11.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Tovuz rayon İş № 1(062)-168/2025 11.12.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclasının katibi İsmayılov Emil İsrayıl oğlunun katibliyi ilə X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X1 xüsusi ittiham qaydasında şikayətinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq məhkəmə, M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X2 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə islah işləri növündə cəza təyin edilməklə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası təkrarən xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş, lakin xüsusi ittihamçı X2 və barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs X4 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə hazırlıq iclası xx.xx.2025-ci il tarixə saat 15:15-ə təyin edilmiş, tərəflərə rəsmi qaydada məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin xüsusi ittihamçı X2 və barəsində şikayət olunmuş şəxs X4 məhkəmə iclasına gəlməmişlər. İş təkrarən xx.xx.2025-ci il tarixə saat 15:00-a təyin edilmiş, lakin xüsusi ittihamçı ikinci dəfə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və xüsusi ittihamçının ikinci dəfə məhkəmə iclasına gəlməməsini nəzərə alaraq hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası CPM-nin 302.1.8-ci maddəsinə əsasən, şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul çıxarılır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası CPM-nin 302, 321, 344-347, 356, 358 və 384-cü maddələrin tələblərini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Barəsində xüsusi ittiham qaydasında şikayət olunmuş şəxs X3 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə ittiham hökmü çıxarılmasına dair şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar